Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-247/2021 09.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Üçüncü şəxs Cavabdeh iştirakı ilə, İddiaçı Ağcabədi Regional X3 cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 125 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı Ağcabədi Regional X5 Cavabdeh qarşı “sərəncamın ləğv edilməsi və binasının öz vəsaiti hesabına sökülüb, ərazinin boşaldılması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(120)-247/2021 nömrəli qərardadı ilə iddiaçı Ağcabədi Regional X3 Cavabdeh qarşı “sərəncamın ləğv edilməsi və binasının öz vəsaiti hesabına sökülüb, ərazinin boşaldılması” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı kimi Ağcabədi Regional X3, cavabdeh kimi İmişli rayon İcra Hakimiyyətinin tanınması, Cavabdehlər sırasından çıxarılması, iddia tələbinə “İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 125 saylı sərəncamının ləğv edilməsi” kimi baxılması, Cavabdeh üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Мəhkəmə iclasında üçüncü şəxs Cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı Ağcabədi Regional X3 nümayəndəsi və cavabdeh İmişli rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı Ağcabədi Regional X3 nümayəndəsinin və cavabdeh İmişli rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı Ağcabədi Regional X3 iddiası mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı Ağcabədi Regional X3 cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016cı il tarixli, 125 saylı sərəncamının ləğv edilməsi” barədə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 125 saylı sərəncamından görünür ki, İmişli rayonu Şahverdili kənd sakini Cavabdeh müraciəti nəzərə alınmış və Şahverdili kəndi ərazisində yerləşən Qeyri-Hökümət Təşkilatı tərəfindən inşa edilmiş tikili onun istifadəsinə verilmişdir. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2-1(86)-940/2017 nömrəli qərarından görünür ki, üçüncü şəxs kimi X6 və Bərpası Müəssisəsinin məhkəmə icraatına cəlb edildiyi iddiaçı X4 cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı İmişli rayon İcra Hakimiyyətinin Şahverdili kəndinin ərazisində yerləşən qeyri-hökumət təşkilatı tərəfindən tikilmiş tikilinin Cavabdeh istifadəsinə verilməsinə dair xx.xx.2016-cı il tarixli, 125 saylı sərəncamının ləğv edilməsi barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək bildirmişdir ki, Ağcabədi Regional X5 2018-ci ildə yaradılmış və bundan sonra onlara məxsus ərazilərin dairəsi müəyyən olunmuşdur. Hazırda mübahisələndirilən sərəncamla verilmiş tikili onlara məxsus ərazidə yerləşir. İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 125 saylı sərəncamından elə həmin vaxtda yəni 2018-ci ildə məlumatlı olmuşdur. 2018-ci ildən bugunə kimi həmin şəxsdən dəfələrlə tikilinin və torpaq sahəsinin boşaldılması tələb olunmuşdur. Lakin həmin şəxs tikilini və ərazini tərk etməmişdir. Müraciətləri şifahi qaydada olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 125 saylı sərəncamı əsasında Şahverdili kəndi ərazisində yerləşən Qeyri-Hökümət Təşkilatı tərəfindən inşa edilmiş tikili İmişli rayonu Şahverdili kənd sakini Cavabdeh istifadəsinə verilmişdir. İddiaçı İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 125 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinin onlara məxsus əraziyə aid olduğunu iddia edərək sözügedən sərəncamın ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçının məhkəmə iclasında verdiyi izahatından məlum olmuşdur ki, iddiaçı mübahisələndirdiyi İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 125 saylı sərəncamından 2018-ci il tarixdən məlumatlı olmuşdur. Bununla belə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı həmin sərəncamdan 2018-ci ildən deyil, daha əvvəldən yəni 2017-ci il tarixindən məlumatlı olmuşdur. Belə ki, iş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2-1(86)-940/2017 nömrəli qərarından görünür ki, iddiaçı X4 cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı iş üzrə X6 və Bərpası Müəssisəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Azərbcayn Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2018-ci il tarixli, 374/Ü nömrəli əmrinin 1.11-ci bəndinə əsasən Ağcabədi və X6 və bərpası müəssisələrinin, X7 Tingliyi Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Ağcabədi Regional X5 yaradılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 55.1-ci maddəsinə əsasən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, X6 və Bərpası Müəssisəsinin birləşmə formasında yenidən təşkili yolu ilə Ağcabədi Regional X5 (iddiaçı) yaradıldığından və X6 və X2 rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 125 saylı sərəncamının ləğv edilməsi lə bağlı 2017-ci il tarixində keçirilən 2-1(86)-940/2017 nömrəli inzibati işdə tərəf kimi cəlb edildiyindən və hazırda onun hüquq və vəzifələri yeni yaradılmış hazırkı iddiaçıya - Ağcabədi Regional X5nə keçdiyindən mübahisləndirilən qərardan iddiaçının məlumatlı olması vaxtı 2017-ci ldən (məhkəmə qərarının qəbul edildiyi vaxtdan) müəyyən edilməlidir. Hətta, iddiaçının mübahisələndirdiyi qərardan yəni İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 125 saylı sərəncamından 2018-ci il tarixindən məlumatlı olduğunu və prosessual müddətin axımını həmin sərəncamdan məlumatlı olduğu vaxtdan, hesablandığını nəzərə alsaq belə, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə ki, iddia ərziəsi xx.xx.2020-ci il tarixdə poçta, xx.xx.2020-ci il tarixdə isə məhkəməyə daxil olmuşdur. Başqa sözlə iddiaçı Ağcabədi Regional X5 inzibati icraat qaydasanda iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 125 saylı sərəncamından məlumatlı olduğu vaxtdan 2 (iki) ildən artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Ağcabədi Regional X3 cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Ağcabədi Regional X3 cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 125 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Ağcabədi Regional X3 cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 125 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-247/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-247/2021
09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver