Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2470/2024 01.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 оğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Sabirabad rayon Yolçubəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində xx.xx.1994-cü il tarixdə tərtib edilmiş 32 saylı ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “Sabirabad rayon Yolçubəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində xx.xx.1994-cü il tarixdə tərtib edilmiş 32 saylı ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Sabirabad rayon Yolçubəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.1994-cü il tarixdə 32 saylı ölüm haqqında akt qeydi tərtib edilmişdir. O, Cavabdehnə müraciət edərək, xx.xx.1994-cü il tarixli, 32 saylı ölüm haqqında akt qeydinin ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı və cаvаbdеh Cavabdehnə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. İddiaçı və cavabdeh məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-16-5/4-1898 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1993-cü ildə anadan olmuş, ata qrafasında X1 adı, ana qrafasında X2 adı qeyd edilmişdir. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. - xx.xx.2013-cü il tarixli, SX ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. - Sabirabad rayon Yolçubəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində xx.xx.1994-cü il tarixdə tərtib edilmiş 32 saylı ölüm haqqında akt qeydindən görünür ki, İddiaçı xx.xx.1994-cü ildə ölmüşdür. - Sabirabad rayon İcra Hakimiyyəti başçısının Yolçubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-70-36/-937/2023 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən hal-hazırda Sabirabad rayonunun Yolçubəyli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. - Sabirabad rayon İcra Hakimiyyəti başçısının Yolçubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli aktından görünür ki, İddiaçı həqiqətən halhazırda sağdır və yaşayır. 2010-cu ildə Yolçubəyli kənd tam orta məktəbini bitirmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Sabirabad rayonunun Yolçubəyli kəndində qeydiyyatda olan xx.xx.1993-cü il təvəllüdlü İddiaçı Sabirabad rayon İcra Hakimiyyəti başçısının Yolçubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.1994-cü il tarixli, 32 saylı ölüm haqqında akt qeydi tərtib edilmişdir. Sabirabad rayon İcra Hakimiyyəti başçısının Yolçubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-70- 36/-937/2023 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən hal-hazırda Sabirabad rayonunun Yolçubəyli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Bundan başqa iş materiallarında olan Sabirabad rayon İcra Hakimiyyəti başçısının Yolçubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli aktından görünür ki, İddiaçı həqiqətən hal-hazırda sağdır və yaşayır. 2010-cu ildə Yolçubəyli kənd tam orta məktəbini bitirmişdir. İddiaçı xx.xx.1994-cü il tarixli, 32 saylı ölüm haqqında akt qeydinin ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə tərəfindən cavabdeh inzibati orqana sorğu verilməsinə baxmayaraq ölüm haqqında akt qeydinin tərtib edilməsinə əsas olan sənədləri məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, ölüm haqqında akt qeydinin ləğv edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında ölümün qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Sabirabad rayon Yolçubəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1994-cü il tarixli, 32 saylı ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-2470/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2470/2024
01.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver