Məhkəmə qərarları › İş №2-1(120)-2470/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2470/2025

08.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2470/2025 08.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın X9 Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “qərarın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın X9 Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “qərarın etibarsız hesab edilməsi” barədə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın X9 Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli, 03 nömrəli qərarının etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cəlilabad rayon Cavadxan Pr. Bəxtiyar Vahıbzadə küşəsində yeni massiv adlanan yaşayış yerində 0,6 ha torpaq sahəsində 2002-ci il tarixində özünə 14x 9 metir olmaqla iki mərtəbəli yaşayış evi inşa etmişdir. Sonradan Cəlilabad rayon sakini X5 onun inşa etdiyi torpaq sahəsinə 29 yanvar 1995-ci il çıxarışının 15 dekabr 1995-ci il tarixli Təkim Aktına və Əmrə əsasən verilmiş torpaq sahəsinin Şahinə məxsus olduğunu iddia edərək R.Axundov adına savxozun sənədləri ona verilmiş əsli kimi təqdim edib ondan onun qarşılığında pul tələb edərək və istədiyi məbləği ondan almışdır. 2013-2014-ci ildə X5 əlində olan Torpaq sahəsinin Plan və Ölçüsünü götürərək onun yaşadığı ünvana yenidən gələrək ondan səndləşmə işlərinə kömək edə biləcəyinə görə bu üzdən şirincəlik adı ilə pul yenidən verməyini tələb etmişdir. O, narazı qalmasın deyə X4 tələb etdiyi pulu vermişdir. Sonradan yaşadığı evi, və 0,6 ha həyətyanı sahəsini sənədləşdirmək istədiyi zaman məlum oldu ki, X4 verilmiş Azərbaycan Respublikasının Dövlət və Xəritəşəkmə Komitəsi tərəfindən Torpaq sahəsinin plan və ölçüsü saxtadır. Belə ki, X5 həmin sənədi qanunsuz əldə edib, belə ki, X5 onun yaşadığı ünvana gələrək ondan pul tələb edib alarkən iddia edirdi ki, bütün sənədlər onun adında olduğu üçün ona sənədləşməkdə köməklik göstərəcəkdir. Lakin sonradan məlum olub ki, X3 adına verilmiş ilkin sənədlər saxta olduğundan heç bir qanuni arxiv əsası olmadığından Torpaq sahəsinin Plan və Ölçüsü sənədlərinin ilkin sənədləşməyə əsasən yox, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə saxta yollarla əldə etmişdir. O üzdən 2002-ci ildə inşa etdiyi evə mülkiyyət hüququ əldə edə bilmir. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq icraata başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə mümkünlük iclasının vaxtı və yeri haqqında lazımi qaydada tərəflərin xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinin mümkün hesab edilməməsini xahiş etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: R.Axundov adına Sovxozun 15 yanvar 1995-ci il tarixli, 33 saylı əmrindən və Cəlilabad şəhər icra nümayəndəliyinin 16 yanvar 1996-cı il tarixli Qərarından müəyyən olunur ki, X4 ev tikmək üçün 0.06 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçkmə Komitəsinin A № 316068 nömrəli, 120192 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 03 nömrəli qərarı ilə X4 Cəlilabad şəhər ərazisindən 604.46 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İqtisadiyyat Nazirliyi Yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X9 Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cəlilabad şəhəri, Cavadxan pr, Bəxtiyar Vahabzadə küçəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair dəqiq məlumat olmadığından hüquqmüəyyənedici sənədləri təqdim etmək mümkün olmamışdır, həmçinin İddiaçı həmin torpaq sahəsi ilə bağlı müraciəti Ərazi İdarəsində aşkarlanmadı. İqtisadiyyat Nazirliyi Yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X9 Reyestri Publik Hüquqi Şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı Cəlilabad şəhəri ərazisində İddiaçı torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir. Cəlilabad Rayon İcra Hakimiyyəti Başçisinin Cəlilabad Şəhər İnzibati Ərazi X1 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cəlilabad bələdiyyəsinin 11 mart 2025-ci il tarixli,83 nömrəli məktubuna əsasən Cəlilabad şəhəri Cavadxan pr,Bəxtiyar Vahabzadə küçəsində yerləşən 0.06 ha torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir. Cəlilabad Rayon Cəlilabad Bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cəlilabad şəhəri, Cavadxan pr, Bəxtiyar Vahabzadə küçəsində yerləşən 0.06 ha torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir. Əsaslandırma hissəsi: Tətbiq olunan hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb və iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Belə ki, mübahisələndirdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri mövcud deyildir. İddia ərizəsinin məzmunundan belə müəyyən olunur ki, onunla X5 arasında 2013-cü ildə şifahi formada alqı-satqı müqaviləsi bağlanmış və İmanov Şahin mülkiyyətində olan torpaq sahəsini pul müqabilində iddiaçının istifadəsinə vermişdir. Daha sonra İddiaçı həmin torpaq sahəsini mülkiyyətinə keçirmək istəsə də bu mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında mülki mübahisə yaranmışdır. İddiaçı digər tərəfin öhdəliyini yerinə yetirmədiyini iddia edirsə, bu halda mülki icraat qaydasında öhdəliyin lazımi icrasını və ya pul tələbini mübahisələndirə bilər. Öhdəliyin natamam icrası iddiaçıya X5 barəsində torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Aqrar İslahat Komissiyasının müvafiq qərarını mübahisələndirmək hüququ vermir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarı: 1.Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 15.1. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 15.2. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İş materiallarında olan sənədlərdən məhkəmə müəyyən edir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 03 nömrəli qərarı ilə X4 Cəlilabad şəhər ərazisindən 604.46 kv.m həyətyanı torpaq sahəsi verilmiş, həmin həyətyanı torpaq sahəsi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçkmə Komitəsinin A № 316068 nömrəli, 120192 nömrə ilə uçota alınmış və Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İddiaçı hazırki tələblə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli, 03 nömrəli qərarının etibarsız hesab edilməsini istəyir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı tərəfindən cavabdeh də düzgün müəyyən edilməmişdir. Belə ki, mübahisələndirilən qərar Daşınmaz Əmlakın X9 Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən qəbul edilməmişdir və həmin orqan da hazırki iddiaya cavab verməli orqan deyildir. Həmçinin iddiaçı qərarın ləğvini deyil, etibarsızlığını mübahisələndirmişdir ki, “İnzibati icraat” haqqında Qanunun 65-ci maddəsinə əsasən, inzibati aktın etibarsızlığı əsaslarının dairəsi müəyyən olunmuşdur ki, hazırki halda həmin əsaslar mövcud deyildir. Bundan başqa inzibati aktın etibarsızlığının və ləğvinin doğurduğu hüquqi nəticələrin fərqliliyi də iddiaçıya hüquqi yardım göstərilməklə izah olunmuşdur. Bundan əlavə, iddiaçıya iddianın digər mümkünlük şərtləri, hüquqi marağının təmin edilməsi üçün iddia tələbinin düzgün olmaması və qanunvericilik normaları ilə təsbit edilmiş prosessual müddətinin ötürüldüyü də izah olunmuşdur. Məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın X9 Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin məhkəməyə ünvanladığı məktublardan da müəyyən olunur ki, iddiaçı həmin torpaq sahəsi ilə bağlı İdarəyə də heç bir müraciət etməmişdir. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlarla bağlı iddiaçıya 17 yanvar və 11 mart 2025-ci il tarixli hüquqi yardım məktubları ünvanlanaraq, iddianın mümkünlük şərtləri izah edilərək sübutların məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İddiaçı tərəfindən məktublar əldə edilsə də, münasibət bildirilməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən işin faktiki və hüquqi hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar