Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2471/2025 29.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «60 yaşdan əmək pensiyasının təyin edilməsi» barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, Müəyyən etdi: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 29 iyun 2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli, 2-1(120)-2471/2025 nömrəli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «60 yaşdan əmək pensiyasının təyin edilməsi»kimi baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında pensiya hüququnun yarandığı 29 iyun 2022-ci il tarixindən Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən pensiya təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi məsələsi ilə əlaqədar mübahisə yaranmışdır. 29 iyun 2022ci il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi və ötən dövr üçün ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi xahişi ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmən müraciət etmişdir. Lakin cavabdeh 26 noyabr 2024-cü il tarixli, 3-17-1/2-B- 289580/2024 məktubu ilə xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, „işlədiyiniz Hədiyiniz elektrik montyoru peşəsi qazanxana,turbin (buxar-qaz turbini) avadanlığının təmiri sexlərinin istehsalat sahələrinə aid deyil. Qeyd olunanları nəzərə alaraq, qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı mümkün hesab edilir”Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi etirazda qeyd edilmişdir ki, iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. İddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Sözügedən müraciətə uyğun olaraq iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda güzəştli iş stajının mövcud olmaması səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Bundan narazı qalan iddiaçı Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı məhkəməyə ünvanlanmış İddia ərizəsində cavabdehin imtinasını qanunsuz hesab edərək xx.xx.2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin yaşa və staja görə tələbləri nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X9 qərarlarını, X9 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri, rəhbərlər və mütəxəssislər yarımbəndində (b) isə qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları vəzifələri nəzərdə tutulmuşdur. İş materiallarına əsasən, Mərkəzi Filiala təqdim edilmiş "Azərenerji” ASC X7 Şəbəkəsi MMC-nin İddiaçı dair xx.xx.2024-cü il tarixli 13-9- 119/A/xx/xx/2024 nömrəli arayışında xx.xx.1983-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində X5 Mühafizə və İzolyasiya xidmətində elektrik montyoru, xx.xx.1987-xx.xx.1989-cü il tarixləri arasındakı dövr ərzində usta, xx.xx.1989-01,08.2001-ci il tarixləri arasındakı dövr ərzində elektrik montyoru, xx.xx.2001-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində RMİ xidmətində elektrik montyoru, xx.xx.2002- xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin RMADTİV və Rabitə xidmətində elektrik montyoru, xx.xx.2004xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində usta, xx.xx.2007-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində RMADTİVX üzrə usta, və 01,05.2014-cü il tarixdən hazırki tarixədək "xxxx" MMC-nin RMA xidmətində usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi X5 Mühafizə və İzolyasiya və RMİ, "xxxx" MMC-nin RMADTİV, Rabitə və RMADTİVX və "xxxx" MMC-nin RMA xidmətlərinin fəaliyyət sahələri yuxarıda qeyd olunan qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət sahəsinə, həmçinin qazanxana, turbin (qaz turbini), yanacaqgötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinə aid deyildir. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur.Qeyd etməyi zəruri hesab edirik ki, İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş 21 avqust 2024-cü il tarixli 13-9-119/A/xx/xx/2024 nömrəli arayışa əsasən tərəfimizdən xx.xx.2024-cü il tarixdə arayışda qeyd edilmiş dövrlər ərzində ödənilmiş əməkhaqları, işlədiyi sahənin buxar və güc təsərrüfatına aid olub-olmaması, işlədiyi müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsini dəqiqləşdirilərək qarşılıqlı yoxlama keçirilməsi və məlumatların təqdim edilməsi barədə Fondun 1 saylı Şirvan Salyan regional filialına xidməti məktub ünvanlanmışdır. Həmin xidməti məktub əsasında xx.xx.2024-cü il tarixdə X1rşılıqlı yoxlama keçirilmiş və aşağıdakı məzmunda akt tərtib edilmişdir: “X7 Şəbəkəsinin sənədlərinə baxış zamanı vətəndaş İddiaçı iş stajı araşdırıldı və məlum oldu ki, vətəndaşın işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 24-cü bölməsində nəzərdə tutulmuş sahəyə aid deyil”. Məhz buna görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı ümumi iş stajı 43 il 5 ay 2 gün (01.01,2006-cı il tarixədək 24 il 5 ay 2 gün (xx.xx.1980-xx.xx.1982-ci il (hərbi xidmət dövrü), xx.xx.1983-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 19 il) təşkil edir.Eyni zamanda bildiririk ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı xx.xx.2025-ci il tarixə 75374,67 manat təşkil edir. Yuxarıda sadalananları nəzərə alaraq Sizdəİddiaçı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair 2-1(120)- 2471/2025 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən İmişli şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı: İddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur, hal-hazırda yaşa görə əmək pensiyası alır. Əmək fəaliyyəti ilə məşğul olduğu tarixlərdə zərərli və ağır şəraitli işlərdə çalışmışdır. Bu səbəbdən də ona 60 yaşdan əmək pensiyası təyin edilməlidir. Ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 il ümümi iş stajnın və 12 il 6 ay güzəştli iş stajının olması tələb olunur. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə İmişli şəhərində anadan olmuşdur. İmişli şəhəri, Araz küçəsi, ev 67 ünvanında yaşayır. - İşdə olan iddiaçının НЗ ******* nömrəli hərbi biletinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-cı il tarixdən 30.11,1982-ci il tarixədək keçmiş Sovet ordusunda müddətli həqiqi hərbi xidmət keçmişdir. - İşdə olan iddiaçının ИТ-İ № ******* nömrəli, xx.xx.1986-cı il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.2014-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Düvlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2-B-289580/2024 nömrəli məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsindəqeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiyatəminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkanvermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq özfəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X9 qərarlarını, X9 sədrinin sərəncam və əmrlərini rəhbər tutur.Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilirAzərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısTnın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri, rəhbərlər və mütəxəssislər yarımbəndində (b) isə qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC X7 Şəbəkəsi MMC- nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli 13-9-119/A/xx/xx/2024 nömrəli arayışında xx.xx.1983-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində X5 Mühafizə və İzolyasiya xidmətində elektrik montyoru, xx.xx.1987-xx.xx.1989-cü il tarixləri arasındakı dövr ərzində usta, xx.xx.1989-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində elektrik montyoru, xx.xx.2001-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində RMİ xidmətində elektrik montyoru, xx.xx.2002-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin RMADTİV və Rabitə xidmətində elektrik montyoru, xx.xx.2004-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində usta, xx.xx.2007-xx.xx.2014- cü il tarixləri arasındakı dövr ərzində RMADTİVX üzrə usta, və 01,05.2014-cü il tarixindən bugünədək "xxxx" MMC-nin RMA xidmətində usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi X5 Mühafizə və İzolyasiya və RMİ, "xxxx" MMC-nin RMADTİV, Rabitə və RMADTİVX və "xxxx" MMC-nin RMA xidmətlərinin fəaliyyət sahələri yuxarıda qeyd olunan qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət sahəsinə, həmçinin qazanxana, turbin (qaz turbini), yanacaqgötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. - İşdə olan Azərbaycan Respublikası "xxxx" AÇİQ SƏHMDAR CƏMİYYƏTİ “X7 Şəbəkəsi” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 13-9-119/A/xx/xx/2024 nömrəli arayışda göstərilmişdir ki, hazırki arayış verilir İddiaçı ondan ötəri ki, o, həqiqətən də xx.xx.1983-cü il tarixli 484 saylı əmr ilə 01,09.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək X5 Mühafizə və İzolyasiya xidmətində elektrik montyoru, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək 586 saylı əmrlə həmin xidmətdə usta, xx.xx.1989-cu il tarixdən xx.xx.2001-ci il tarixədək həmin xidmətdə elektrik montyoru, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 15-2 saylı əmrlə X5 RMİ xidmətinə elektrik montyoru, “X11 X4”MMC-nin xx.xx.2002-ci il tarixli 10k-33 saylı əmri ilə xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək İmişli YGEŞR-da RMADTİV və Rabitə xidmətində elektrik montyoru, xx.xx.2004-cü il tarixli 21 k-3 saylı əmrlə xx.xx.2004-cü il tarixdən 01,02.2007-ci il tarixədək həmin xidmətdə usta, xx.xx.2007-ci il tarixli 08-29 saylı əmrlə xx.xx.2007-ci il tarixdən xx.xx.2014-cü il tarixədək “imişli YGEŞ’’MMC-nin RMADTİVX üzrə usta, 201K saylı əmrlə 01,05.2014-cü il tarixdən hal-hazıradək "xxxx"MMC-nin RMA xidmətində usta işləyir. İddiaçı xx.xx.1983-cü ildən hal-hazıradək işlədiyi idarələr güc təsərrüfatına aiddirlər. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 40 il 11 ay 15 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Bu vəzifədə işləyən elektrik montyorlarının vəzifə öhdəliklərinə daim nominal gərginlik altında olan 330kV və daha yüksək elektrik cərəyanı xətlərinin, cərəyan transformatorlarının, gərginlik transformatorlarının, əlaqəli avadanlıq və qurğuların sınağı və izolyasiya səviyyəsinin ölçülməsi və s. daxildir. Ağır və zərərli iş şəraitinə görə bu vəzifədə çalışdığı müddətdə İddiaçı əməkhaqqına 10 faizlik əlavə ödənilmişdir. Qeyd edilən sahədə (330 kV və daha yüksək gərginlik xətləri ilə bağlı güc istehsalat sahəsi) əmək fəaliyyəti dövründə elektrik montyoru işlədiyi vəzifənin peşə xüsusiyyətləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş .,, Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 Nq-İİ Siyahısı”nın Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar və güc təsərrüfatı bölməsində 2140000a—19834 kodu ilə qeyd edilmiş gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü gurguların sınağı və ölçülməsi üzrə elektrik montyorları (nominal gərginlik altında olan) vəzifəsinin peşə xüsusiyyətləri ilə eynilik təşkil edir. Bu vəzifədə işləyən elektrik montyorları üçün zərərli əmək şəraiti aşağıdakılardır, lakin bunlarla məhdudlaşmır; Yüksək gərginliklə bağlı həyat üçün birbaşa təhlükə, açıq hava şəraitində atmosfer şəraitinin-yüksək və aşağı temperaturun və hava nəmliyinin birbaşa təsiri, yüksək gərginlikli elektrik xətləri ətrafında daim mövcud olan yüksək intensivlikli maqnit sahəsinin orqanizmə mənfi təsiri, yüksəklikdə işləmə və s. - İşdə olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti “X7 Şəbəkəsi” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 13-9-119/2-27/2025 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı 01,09.1983-cü il tarixdən hal-hazıradək yüksək gərginlikli 330/230/110/35/10 kv-luq “İmişli" y/st-da Rele mühafizəsi və Avtomatika xidmətində elektrik montyoru və usta vəzifəsində işləyərək zərərli işə görə 8% əlavə əmək haqqı alır. Hal-hazırda işləyir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01 2007-ci il tarixli 12 saylı qərarında təsdiq olunmuş 24 ”a” bəndində 330 kv-luq açıq paylayıcı qurğularda, yüksək gərginlikli bölüşdürücü qurğularda cərayan transfarmatoru,gərginlik transfarmatoru və başqa avadanlıqların sınağı və ölçülməsi üzrə elektrik montyoru,usta vəzifəsində işləmişdir. İddiaçı enerji sistemdəki əmək fəaliyyəti barədə 21,08.2024-cü il tarixli 13-9-119/A/xx/xx/2024 nömrəli arayışın verilməsinə əsas olmuş sənədlərin və “Vəzifə təlimatları”nın müvafiq qaydada təsdiq olunmuş surətləri göndərilir. - İşdə olan Azərbaycan Respublikası "xxxx" AÇİQ SƏHMDAR CƏMİYYƏTİ “X7 Şəbəkəsi” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 13-9-119/2-59/2025 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı xx.xx.1983-cü il tarixdən hal-hazıradək gərginliyi 330/230/110/35/10 kv-luq,gücü 780 MVA (X12) olan yarımstansiyada elektrik montyoru,usta vəzifələrində işləmişdir. Qeyd edilən sahədə (330 və yüksək gərginlikli xətləri ilə bağlı güc istehsalat sahəsi)əmək fəaliyyəti dövründə elektrik montyoru işlədiyi vəzifənin peşə xüsusiyyətləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 32 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa,qocalığa görə güzəştli şərtlərlə” pensiya hüququ verən istehsalatların, işlərin,peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısının Xİİİ.Elektrik stansiyaları, enerjiqatarları, buxar və güc təsərrüfətı bölməsində 2140000a-19834 kodu ilə qeyd edilmiş gərginlik altında olan 330 kv və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik montyorları (nominal gərginlik altında olan) vəzifəsinin peşə xüsusiyyətləri ilə eynilik təşkil edir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2-16558/2025 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı Mərkəzi Filiala müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surətlərini təqdim edir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2-32666/2025 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı ümumi iş stajı 43 il 5 ay 2 gün (xx.xx.2006-cı il tarixinədək 24 il 5 ay 2 gün (xx.xx.1980-xx.xx.1982-ci il (hərbi xidmət dövrü), xx.xx.1983xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 19 il ) təşkil edir. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı xx.xx.2025-ci il tarixə 75374,67 manat təşkil edir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2-85540/2025 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı ümumi iş stajı 43 il 5 ay 2 gün (xx.xx.2006- cı il tarixinədək 24 il 5 ay 2 gün (xx.xx.1980-xx.xx.1982-ci il (hərbi xidmət dövrü), xx.xx.1983xx.xx.2002-ci il, xx.xx.2002-01.012006-cı il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 19 il ) təşkil edir. Bundan başqa, İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 60 yaşının tamamlandığı 17 mart 2022-ci il tarixinə ona münasibətdə 48960,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 53864,38 manat təşkil edirdi. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2-164458/2025 nömrəli məktubunda göstərilmişdir ki, 17 mart 2022-ci il tarixədək olan dövr üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya sığorta kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 48960 manat təşkil edir. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1962-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, cavabdeh orqan tərəfindən iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərində qeyd olunanlara əsasən, Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC X7 Şəbəkəsi MMC-nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli 13-9- 119/A/xx/xx/2024 nömrəli arayışında xx.xx.1983-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində X5 Mühafizə və İzolyasiya xidmətində elektrik montyoru, xx.xx.1987-xx.xx.1989-cü il tarixləri arasındakı dövr ərzində usta, xx.xx.1989-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində elektrik montyoru, xx.xx.2001-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində RMİ xidmətində elektrik montyoru, xx.xx.2002-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin RMADTİV və Rabitə xidmətində elektrik montyoru, xx.xx.2004xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində usta, xx.xx.2007-xx.xx.2014- cü il tarixləri arasındakı dövr ərzində RMADTİVX üzrə usta, və 01,05.2014-cü il tarixindən bugünədək "xxxx" MMC-nin RMA xidmətində usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi X5 Mühafizə və İzolyasiya və RMİ, "xxxx" MMC-nin RMADTİV, Rabitə və RMADTİVX və "xxxx" MMC-nin RMA xidmətlərinin fəaliyyət sahələri yuxarıda qeyd olunan qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət sahəsinə, həmçinin qazanxana, turbin (qaz turbini), yanacaqgötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. İddiaçı məhkəmə prosesi gedişində 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, ümumi iş stajı 43 il 5 ay 2 gün (xx.xx.2006-cı il tarixinədək 24 il 5 ay 2 gün (xx.xx.1980-xx.xx.1982-ci il (hərbi xidmət dövrü), xx.xx.1983xx.xx.2002- ci il, xx.xx.2002-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 19 il ) təşkil edir. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı xx.xx.2025-ci il tarixinə 75374,67 manat təşkil edir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2-85540/2025 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı ümumi iş stajı 43 il 5 ay 2 gün (xx.xx.2006- cı il tarixinədək 24 il 5 ay 2 gün (xx.xx.1980-xx.xx.1982-ci il (hərbi xidmət dövrü), xx.xx.1983xx.xx.2002-ci il, xx.xx.2002-01.012006-cı il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 19 il ) təşkil edir. Bundan başqa, İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 60 yaşının tamamlandığı 17 mart 2022-ci il tarixinə ona münasibətdə 48960,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 53864,38 manat təşkil edirdi. İşin mübahisəli halı iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə yuxarıda qeyd edilən məlumatları özündə əks etdirən iş yerinin arayışının təqdim edilməsi ilə bağlı olmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. İddia ərizəsindən və iddiaçının məhkəmə iclaslarından verdiyi izahatlardan aydın olur ki, iddiaçı 60 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçının 60 yaşı –xx.xx.2022-ci ildə tamam olmuşdur. Həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən, (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya tələb etdiyi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun yaşı qanunla müəyyən edilmiş həddə çatmalı, 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Həmçinin hazırda qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya tələb etdiyi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun yaşı qanunla müəyyən edilmiş həddə çatmalı, 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İşdən müəyyən olunur ki, iddiaçının Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 ay olması şərti yerinə yetirilir. Məhkəmə qeyd etmək istəyir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə, iddiaçının iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Lakin, mübahisə predmetini təşkil edən məsəlin aydınlaşdırılması xüsusi bilik tələb etdiyindən, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq, iddiaçının işlədiyi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısına daxil olub-olmaması ilə bağlı mütəxəssis arayışının təqdim olunması xahiş olunmuşdur. Azərbaycan Respublikası "xxxx" AÇİQ SƏHMDAR CƏMİYYƏTİ “X7 Şəbəkəsi” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 13-9-119/2-59/2025 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı xx.xx.1983-cü il tarixdən hal-hazıradək gərginliyi 330/230/110/35/10 kv-luq,gücü 780 MVA (X12) olan yarımstansiyada elektrik montyoru,usta vəzifələrində işləmişdir. Qeyd edilən sahədə (330 və yüksək gərginlikli xətləri ilə bağlı güc istehsalat sahəsi)əmək fəaliyyəti dövründə elektrik montyoru işlədiyi vəzifənin peşə xüsusiyyətləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 32 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa,qocalığa görə güzəştli şərtlərlə” pensiya hüququ verən istehsalatların, işlərin,peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısının Xİİİ.Elektrik stansiyaları, enerjiqatarları, buxar və güc təsərrüfətı bölməsində 2140000a-19834 kodu ilə qeyd edilmiş gərginlik altında olan 330 kv və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik montyorları (nominal gərginlik altında olan) vəzifəsinin peşə xüsusiyyətləri ilə eynilik təşkil edir. Məhkəmə təqdim edilmiş məhkəmə qərarlarını və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı işlədiyi əmək funskiyası ilə eynilik təşkil etdiyi üçün həmin dövrlər güzəştli iş stajına daxil edilməlidir. Belə olan halda iddiaçı tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajına malik olur ki, bu da ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün kifayət edir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-in 14.3-cü maddəsinin birinci cümləsi) iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan bəlli rəsmi sənədlərə malikdir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında» Əsasnamənin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar 12 il 6 aydan artıq güzəştli iş stajına malik olmuşdur. Məhkəmə qeyd edir ki, müvafiq dövrlər üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Odur ki, iddiaçı tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajına malikdir ki, bu da ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün kifayət edir. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Beləliklə, iddiaçıya 60 yaşından pensiya hüququ yarandığından xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələbinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə görə yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Yenə həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya tələb etdiyi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun yaşı qanunla müəyyən edilmiş həddə çatmalı, 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar 12 il 6 aydan artıq güzəştli iş stajına malik olmuşdur. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı 60 yaşdan (xx.xx.2022-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, H.Z.Tağıyev 10) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-2471/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2471/2025
29.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver