Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2472/2023 06.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 və nümayəndəsi və vəkili X1, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 01 iyul 2022-ci il tarixli, **********999000 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 06 sentyabr 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vergi borcunun silinməsi və Bank Hesablarına qoyulmuş sanksiyanın götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X6 məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 01 iyul 2022-ci il tarixli, **********999000 nömrəli qərarın ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti l8 may 2006-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin X8 Lənkəran Bölgə şöbəsində qeydə alınmışdır və cəmiyyətə 0506-S4-12 saylı şəhadətnamə verilmişdir. "xxxx" MMC 2006-cı ildə müsabiqə yolu il Özəlləşdirməyə açıq elan edilmiş və 2007-ci ilin iyun ayında özəlləşdirilmiş “X11 Emalı” ASC-nin təsisçisidir. 5 saylı Ərazi Vergilər İdarəsinin onlara göndərdiyi 21 iyun 2022-ci il tarixli, **********30200 məktubunda göstərilir ki, "xxxx" QSC-nin 1989-2014-cü maliyyə illəri üzrə yaranmış və xx.xx.2021-ci il tarixə mövcud olan 57630486,38 manat dəyərində ümidsiz debitor borcları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli sərəncamına əsasən silinmişdir. Belə ki, "xxxx" QSC-yə xx.xx.2021-ci il tarixə 76722,27 manat kreditor borclarının oldugunu və həmin borcun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli sərəncamına əsasən silinməsi nəticəsində "xxxx" MMC-yə 2021-ci il üçün 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 3836,11 manat mənfəət vergisi üzrə borcun olması tələbi qoyularaq borc məbləgi kimi hesablanmış və sanksiya qərarı verilmişdir. xx.xx.2021-ci il tarixə kimi "xxxx" MMC ilə "xxxx" QSC arasında heç bir vaxt dəyəri ödənilməmiş dəmir yolu daşımaları xidməti və digər əməliyyatlar aparılmamışdır. Bu günə kimi "xxxx" QSC ilə aralarında borcun olub-olmaması barədə qarşılıqlı Üzləşmə aktı tərtib edilməmişdir. Tərəflərindən xx.xx.2022-ci il tarixdə 01 saylı məktubla cavabdehə rəsmi olaraq xx.xx.2021-ci il tarixə kimi "xxxx" MMC ilə "xxxx" QSC arasında heç bir vaxt dəmir yolu daşımaları xidməti və digər əməliyyatlar aparılmamışdır. Odur ki, daşımalara dair sifarişin və müqavilənin olmadıgını, eləcədə borcun olubolmaması barədə üzləşmə aktının olmamasını göstərərək, 5 saylı Ərazi Vergilər İdarəsinə təqdim etmək məqsədi ilə müəssisələrinin xx.xx.2021-ci il tarixə 16722,27 manat borclarının olmaması barədə arayış vermələrini xahiş etmişlər. Yuxarıda qeyd etdikləri kimi onların ümumiyyətlə "xxxx" QSC-yə borcları olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən edilmişdir. Həmin müddətdən artıq 14 il keçmişdir. Buna görə də artıq tələb hüququ itirilmişdir. Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutları obyektiv, qərəsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Cavabdeh xx.xx.2022-ci il tarixli, 210597 saylı cavab məktubunda bildirir ki, "xxxx" QSCnın debitor borclarının tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli sərəncamı ilə 1989-2014-cü maliyyə illəri üzrə 2021-ci il 01 yanvar tarixinə mövcud olan ümüdsiz debitor borcları silinmişdir. Qeyd edilən sərəncama əsasən müraciətinizdə göstərilən borc məbləgi ADY-nin uçot məlumatlarından çıxarılmışdır. Hesab edirlər ki, bu cavabla cavabdeh onların haqlı tələblərindən qaçaraq məsuliyyətdən yayınır. Hesab edirlər ki, bu hal onların işgüzar fəaliyyətlərinə çox böyük zərbə vurur, fəaliyyətləri tamamilə dayandırılmışdır. Sahibkarlıq fəaliyyətləri təhlükə qarşısındadır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) 1989-2014-cü maliyyə illəri üzrə yaranmış və xx.xx.2021-ci il tarixə mövcud olan 57630486,38 manat dəyərində ümidsiz debitor borcları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli Sərəncamına əsasən silinmişdir. Vergi Məcəlləsinin 13.2.16.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur. "xxxx" QSC-nə xx.xx.2021-ci il tarixə 76722,27 manat kreditor borcunun olması və həmin borcun ümidsiz debitor borcu kimi silinməsi nəticəsində "xxxx"nın (VÖEN **********) gəlirləri (mənfəət) formalaşmasına baxmayaraq 2021-ci il üçün mənfəət vergi bəyannaməsi təqdim edilməmişdir. "xxxx" QSCnə xx.xx.2021-ci il tarixə 76722,27 manat kreditor borcunuzun silinməsi nəticəsində "xxxx"nın (VÖEN **********) 2021-ci il üçün Mənfəət vergisi bəyannaməsinin 208. “İddia müddəti ötmüş və kreditorlar tərəfindən silinmiş borclar üzrə gəlir” sətri üzrə həmin məbləğin qeyd edilməməsi nəticəsində 2021-ci il üzrə 76722,27 manat dövriyyə məbləğinin, 3836,11 (76722,27x20%=15344,75-75%) manat isə vergi məbləğinin azaldılaraq vergidən yayınma riskinin olması kimi qiymətləndirilmişdir. Vergi ödəyicisi tərəfindən müvafiq bəyannamə təqdim edilmədiyi üçün xx.xx.2022-ci il tarixli, **********999000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarla 3836,11 manat əlavə vergi məbləği hesablanmışdır. Qeyd etmək istəyirlər ki, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələblərinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbulundan imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının qorunduğu pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Vergi ödəyicisi "xxxx" MMC sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün vergi orqanlarında qeydiyyata (VÖEN:**********) alınmış, lakin vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə vergilər üzrə xx.xx.2023-cü il tarixə 5056,10 manat borcu yaranmışdır. "xxxx" MMC iddia ərizəsində bank hesablarına qoyulmuş sərəncamın götürülməsini məhkəmədən xahiş etmişdir. Nəzərə alınması zəruridir ki, "xxxx" MMC-nin hal-hazırda (xx.xx.2023) aktiv bank hesabı yoxdur və bank hesabına sərəncam qoyulmamışdır. Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 və nümayəndəsi və vəkili X5 iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətindən və 01 iyun 2007-ci il tarixli, 02 nömrəli əmrdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 18 may 2006-cı il tarixdə 0506-S4-1252 nömrə ilə dövlət qeydiyyatına alınmış və X4 cəmiyyətin direktoru təyin edilmişdir. İş materiallarında olan 5 saylı Ərazi Vergilər İdarəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumtların) tələb edilməsi haqqında” məktubda bildirilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) 1989-2014-cü maliyyə illəri üzrə yaranmış və xx.xx.2021ci il tarixə mövcud olan 57630486,38 manat dəyərində ümidsiz debitor borcları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli Sərəncamına əsasən silinmişdir. Vergi Məcəlləsinin 13.2.16.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur. "xxxx" QSC-yə xx.xx.2021-ci il tarixə olan 76722,27 manat kreditor borcunun silinməsi nəticəsində "xxxx" MMC-nin gəlirləri formalaşmasına baxmayaraq bəyannamə təqdim edilməmişdir. Mənfəət vergi bəyannaməsinin 208. “İddia müddəti ötmüş və kreditorlar tərəfindən silinmiş borclar üzrə gəlir” sətri üzrə həmin məbləğin qeyd edilməməsi nəticəsində 2021-ci il üzrə 76722,27 manat, vergi məbləğinin 3836.11 (76722,27x20%=15344.75-75%) manat azaldılaraq vergidən yayınma riskinin olması kimi qiymətləndirilir. Kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri (məlumatları) vergi orqanına təqdim etməyiniz tələb olunur. Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan 2021-ci il üçün mənfəət vergi bəyannaməsi, araşdırmaya təqdim edilməsi üçün zəruri hesab etdiyiniz digər sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən vergi orqanının Sizin vergi öhdəliklərinizi yenidən hesablamaq hüququ vardır. İş materiallarında olan cavabdeh inzibati orqanın iddiaya qarşı etirazından və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 01 iyul 2022-ci il tarixli, **********999000 nömrəli qərarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə mənfəət vergisi bəyannaməsi və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumatlara əsasən 3836,11 manat məbləğində mənfəət vergisi hesablanmışdır. İş materiallarında olan 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı “Məlumatın təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********118800 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) 1989- 2014-cü maliyyə illəri üzrə yaranmış və xx.xx.2021-ci il tarixə mövcud olan 57630486,38 manat dəyərində ümidsiz debitor borcları Azərbaycan Respubublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli Sərəncamına əsasən silinmişdir. Vergi Məcəlləsinin 13.2.16.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur. Belə ki, "xxxx" QSC-yə xx.xx.2021-ci il tarixə 76722,27 manat kreditor borcunun (**********727700) silinməsi nəticəsində "xxxx" MMCnin (VÖEN: **********) gəlirləri formalaşmışdır. Lakin, "xxxx" MMC vergiyə cəlb edilən mənfəət əldə edilməsinə baxmayaraq mənfəət vergi bəyannaməsinin 208. “İddia müddəti ötmüş və kreditorlar tərəfindən silinmiş borclar üzrə gəlir” sətrində həmin məbləği qeyd etməmişdir. Nəticədə, 2021-ci il üzrə 76722,27 manat gəlirin təqdim edilmiş bəyənnamədə göstərilməməsi və 3836,11 (76722,27x20%=15344.75-75%) manat vergi məbləğinin azaldılması vergidən yayınma riskinin olması kimi qiymətləndirilmişdir. Tərəfimizdən xx.xx.2022-ci il tarixli **********233800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilərək əsaslandırılmış yazılı izahat və ya zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixli, **********846200 nömrəli və xx.xx.2022-ci il tarixli, **********150600 nömrəli izahat məktublarında hesablanmış əlavə vergi məbləğinin azaldılması "xxxx" QSC-nə kreditor borcunun olmadığını bildirilməsinə baxmayaraq qarşı tərəflə tərtib edilmiş üzləşmə aktı və ya borcun olmaması haqqında məktubun təqdim edə bilməməsi səbəbindən vergi ödəyicisinə xx.xx.2022-ci il tarixdə 2021-ci il mənfəət vergi bəyannaməsi üzrə kameral qaydada 76722.27 manat ziyan ləğv edilərək 3836,11 manat əlavə hesablama aparılaraq **********999000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərar göndərilmişdir İş materiallarında olan, iddiaçı "xxxx" MMC-nin 5 saylı Ərazi Vergilər İdarəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanladığı müraciətlərində, o cümlədən xx.xx.2022-ci il tarixli 02 sayli məktubunda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixə və 13 sentyabr 2022-ci il tarixə heç bir borcunun olmadığı bildirilmiş, xx.xx.2021-ci il tarixə süni surətdə yaradılmış 76722,27 manat borca görə əsassız hesablanmış mənfəət vergisinin törətdiyi maliyyə çətinliyinin aradan qaldırılması xahiş olunmuşdur. İş materiallarında olan cavabdeh inzibati orqanın “Vergi borcunun tutulması haqqında” qərarında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixə vergi borcunun 4896,59 manat təşkil etdiyi qeyd olunmuş, həmin borcun tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə görə ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi akt tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Həmin Qanunun 10.4-cü maddəsinə görə eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərə əsasən cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" QSC-yə xx.xx.2021-ci il tarixə 76722,27 manat kreditor borcunun olduğunu, həmin borcun silinməsi nəticəsində "xxxx" MMC-nin gəlirlərinin formalaşdığını, iddiaçı tərəfindən bu barədə mənfəət vergi bəyannaməsinin təqdim edilməli olduğunu, buna baxmayaraq həmin bəyannamənin təqdim edilmədiyini iddia edir. Bununla əlaqədar vergi orqanı 2021-ci il mənfəət vergi bəyannaməsi üzrə kameral qaydada 76722,27 manat ziyan ləğv edilərək vergi ödəyicisinə 3836,11 manat mənfəət vergisinin hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********999000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərar qəbul etmişdir. İddiaçı isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" QSC-yə heç bir borcunun olmadığını iddia edir. Məhkəmə hesab edir ki, iddiaçının barəsində əlverişsiz inzibati aktın, yəni məsuliyyətə cəlb edilməsinə dair qərarın qəbulu qanunvericiliyə uyğun deyildir və aşağıda qeyd olunan normalara əsasən ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********999000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarın qəbul edilməsinə əsas olmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" QSC-yə xx.xx.2021-ci il tarixə 76722,27 manat kreditor borcunun olduğunu, qeyd olunan cəmiyyətlər arasında xx.xx.2021-ci il tarixə kimi dəmir yolu daşımaları xidmətinə dair müqavilələrin və ya digər sənədlərin (üzləşmə aktlarının, qaimə-fakturaların və s.) mövcudluğunu təsdiq edən hər hansı dəlil və ya sübutların təqdim edilməsi təklif olunsa da, vergi orqanı tərəfindən bu barədə məhkəməyə heç bir mötəbər sənəd təqdim olunmamışdır. Vergi orqanı iddiaçıya mənfəət vergisinin əlaqəli məlumatlar əsasında hesablandığını bildirsə də, bu məlumatların nədən ibarət olduğu, hansı mənbədən əldə edildiyi barədə məhkəməyə heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan məhkəmə iclasında iddiaya etdiyi etirazın əsası kimi istinad etdiyi halların mövcudluğunu sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Əksinə, iş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 13-1/2-5046/2023 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" QSC ilə “X11 Emalı” Açıq Səhmdar Cəmiyyəti və ya "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında dəmir yolu daşımaları xidmətinə dair müqavilə aşkarlanmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 61.1-ci maddəsinə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Eləcə də inzibati orqanın mübahisələndirilən qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırılmamışdır. Belə ki, inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, hazırda mübahisələndirilən inzibati aktın özündə yazılı şəkildə əsaslandırılması yeterli qiymətləndirilmir. Məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən inzibati akt qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyinə zidd olaraq hesablanmış müvafiq məbləğdə vergi borcunu (əlavə faizlərlə) ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Beləliklə, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hallar isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 01 iyul 2022-ci il tarixli, **********999000 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2.1-ci, 4.1-ci, 14-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 70-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 01 iyul 2022-ci il tarixli, **********999000 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-2472/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2472/2023
06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver