Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2477/2024 14.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçıN iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçıN cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon Şöbəsinə qarşı “mərhum oğulları X6 şəhid və ailələrinə şəhid ailəsi adının verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçıN cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon Şöbəsinə qarşı məhkəmədə iddia qaldıraraq mərhum oğulları X6 şəhid və ailələrinə şəhid ailəsi adının verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. İddiaçıların iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların oğlu şəhid olmuş X8 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində Ağdam rayonu orta Qərvənd kəndində N5 fevral N018-ci ildə erməni işğalçıları sərhəd xəttini pozmaq istəyərkən snayper gülləsindən şəhid olub. Səhərisi gün, yəni N6 fevral N018-ci ildə Dövlət Radio və Televiziyası dövlət sərhədini erməni işğalçılarından müdafiə edən zaman əsgər X8 qəhrəmancasına şəhid olması xəbərini vermişdir. Şəhid oğlu dövlət səviyyəsində dəfn olunmuş və dəfn zamanı onun şəfərinə yaylım atəşi açılmışdır. Dəfndə iştirak edən ali dövlət qurumlarının rəhbərləri onlara şəhid ailəsi statusu, mərhum oğullarına isə şəhid statusu verəcəklərinə söz vermişdirlər. Həmin rəsmi şəxslər övladlarının bütün mərasimlərində iştirak etmişdirlər. Oğluna şəhid kimi yanaşıldığı üçün onlara qısa müddət ərzində 11000 (on bir min) manat sığorta pulu, qəbirüstü abidəsinin hazırlanmasına 3000 (üç min) manat verilmişdir. Oğlunun dəfnində iştirak edən ali rütbəli zabitlər onlara başsağılığı verərək bildirmişdirlər ki, tez bir zamanda övladlarına şəhidlik, onların ailəsinə isə şəhid ailəsi statusu veriləcək. Bundan sonra onlar cavabdehə və üçüncü şəxs olan Müdafiə Nazirliyinə müraciət edərək, mərhum oğluna şəhid statusunun verilməsini xahiş etsələr də, müraciətlərinin təmin edilməsindən imtina edilmişdir. Odur ki, mərhum X6 “şəhid”, iddiaçılara isə “şəhid ailəsi” statusunun verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdurlar. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və onun təmin edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçıN iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və onun təmin edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə, iddiaçıların izahatını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia tələbinin mahiyyəti cavabdeh tərəfindən oğlunun şəhid, özünün isə şəhid ailəsi olmasının tanınması olmuşdur. Başqa sözlə, iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı ondan ibarətdir ki, cavabdeh tərəfindən oğlunun şəhid olmasını təsdiq edən sənəd vəsiqə) verildiyi halda, o, oğlunun adını müvafiq qanunvericiliyə uyğun əbədiləşdirəcək və şəhid ailələrinə edilən güzəştlərdən istifadə edəcəkdir. Məhkəmə iddiaçının iddia tələbi üzrə nəticəyə gələrkən aşağıdakı sübutları və hüquq normalarını rəhbər tutmuşdur. Belə ki, iş materiallarında olan Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 9005N0 saylı, N7 fevral N018-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 N5 fevral N018-ci il tarixdə “güllə yarası” səbəbindən Ağdam rayonu, Orta Qərvənd kəndində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.N0NN-ci il tarixli, 1/Kol-1765 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Hərbi məsələlər şöbəsi müdirinin müavininin müşayiət məktubu ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə daxil olmuş kollektiv müraciətinizə Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsində baxılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.N.6-cı bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X3 Dövlət Agentliyində dövüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. N nömrəli hərbi hissədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinə təqdim edilmiş 18 sentyabr N018-ci il tarixli N538 nömrəli arayışa əsasən əsgər X8 N5 fevral N018-ci il tarixdə Ağdam rayonunun Orta Qərvənd kəndi ərazisində, düşmənlə təmas xəttində yerləşən N nömrəli hərbi hissənin 3-cü taborunun 9-cu bölüyünün 6 nömrəli döyüş mövqeyində xidməti vəzifələrini yerinə yetirərkən əsgər yoldaşı H.V.Şahbazov tərəfindən açılan atəş nəticəsində vəfat etmişdir. Mərhum əsgər Q.İddiaçıN ölüm şəraiti ilə bağlı müvafiq arayışın N nömrəli hərbi hissədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinə təqdim olunduğunu nəzərə alaraq, ona “Şəhid”, ailəsinə isə “Şəhid ailəsi” statusunun verilməsi məsələsinə baxılması üçün toplanmış sənədlər tərəfimizdən aidiyyəti üzrə xx.xx.N019-cu il tarixdə 1/C-840 nömrəli məktubla Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.N019-cu il tarixli, 1/C-N111 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi rəisinin müşayiət məktubu ilə Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsində baxılmışdır. N nömrəli hərbi hissədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinə təqdim edilmiş 18 sentyabr N018-ci il tarixli N538 nömrəli arayışa əsasən əsgər Q.İddiaçıN N5 fevral N018-ci il tarixdə Ağdam rayonunun Orta Qərvənd kəndi – ərazisində düşmənlə təmas xəttində yerləşən nömrəli hərbi hissənin 3-cü taborunun 9-cu bölüyünün 6 nömrəli döyüş mövqeyində xidməti vəzifələrini yerinə yetirərkən əsgər yoldaşı H.V.Şahbazov tərəfindən açılan atəş nəticəsində vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.N.6-cı bəndinə görə şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərdir. Mərhum əsgər Q.İddiaçıN ölüm şəraiti ilə bağlı müvafiq arayışın N nömrəli hərbi hissədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinə təqdim olunduğunu nəzərə alaraq, ona “Şəhid”, ailəsinə isə “Şəhid ailəsi” statusunun verilməsi məsələsinə baxılması üçün toplanmış sənədlər tərəfimizdən aidiyyəti üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Prokurorunun xx.xx.N018-ci il tarixli ittiham aktından görünür ki, N5 fevral N018-ci il tarixdə N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər XN xidməti istifadəsində olan odlu silahdan bir atəş açaraq həmin hərbi hissənin əsgəri X7 qəsdən öldürməsi faktına görə Qarabağ hərbi prokuroru, ədliyyə polkovniki Fərid Şükürov tərəfindən H.V.Şahbazov barəsində Azərbaycan Respublikası CM-nin 1N0.1-ci maddəsi ilə başlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.N019-cu il tarixli, C/486 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Müdafiə Nazirliyindən daxil olmuş, mərhum övladınız X6 “şəhid” adının, valideynlərinə “şəhid ailəsi” statusunun verilməsinə dair məktuba baxılmışdır. Nəzərinizə çatdırırıq ki, qeyd olunan məsələ ilə əlaqədar eyniməzmunlu əvvəlki müraciətinizə Xidmətin Aparatı tərəfindən xx.xx.N018-ci il tarixli 6/308N nömrəli məktubla Sizə ətraflı cavab verilmişdir. Bir daha bildiririk ki, Tərtər hərbi məhkəməsinin xx.xx.N018-ci il tarixli, 1(098)-NN8/N018 nömrəli hökmündən məlum olur ki, əsgər X8 N saylı hərbi hissədə xidməti vəzifəsinin icrası zamanı aralarında baş verən mübahisə və şəxsi münasibətlərin pozulması səbəbindən əsgər yoldaşı X4 tərəfindən qəsdən açılmış atəş nəticəsində xx.xx.N018-ci il tarixdə qətlə yetirilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.N.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qərarın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Qeyd olunanlardan məlum olur ki, X8 xidməti vəzifəsinin icrası zamanı Azərbaycan Respublikasının azadlığı, suverenliyi, ərazi bütövlüyü ilə əlaqədar və ya döyüş tapşırığının (döyüş təminatı ilə bağlı tapşırıqların) yerinə yetirilməsi üzrə yox, xuliqanlıq niyyətilə baş vermiş cinayət hadisəsi nəticəsində vəfat etmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən, mərhum X6 “şəhid” adının və valideynlərinə “şəhid ailəsi" statusunun verilməsi hazırda mümkün deyil. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.N018ci il tarixli, 115 nömrəli bildirişində qeyd edilmişdir ki, N saylı hərbi hissə komandirinin 6N6 saylı xx.xx.N018-ci il tarixli bildirişinə əsasən Sizin oğlunuz N nömrəli hərbi hissənin əsgəri 1999-cu il təvəllüdlü X8 xx.xx.N018-ci il tarixdə başın bir ədəd dəlib-keçən güllə yaralanması, kəllə sümüklərinin çox qəlpəli sınığı, baş-beyinin əzilib-dağılması, kəskin qan itirmə nəticəsində həlak olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.N018ci il tarixli, 566 nömrəli bildirişində qeyd edilmişdir ki, oğlunuz N nömrəli hərbi hissənin əsgəri 1999-cu il təvəllüdlü X8 xx.xx.N018-ci il tarixdə Ağdam rayonunun Orta Qərvənd kəndi ərazisində, düşmənlə təmas xəttində yerləşən N nömrəli hərbi hissənin 3-cü taborun 9-cu bölüyünün 06 nömrəli döyüş mövqeyində və xidməti vəzifəsini yerinə yetirərkən əsgər yoldaşı X4 tərəfindən açılan atəş nəticəsində vəfat etmişdir. İş materiallarında olan Tərtər Hərbi Məhkəməsinin 1(098)-NN8/N018 saylı, 1N iyul N018-ci il tarixli hökmünün surətindən və xx.xx.N018-ci il tarixli, 1484 nömrəli göstərişdən görünür ki, 1999-cu il təvəllüdlü X8 xx.xx.N018-ci il tarixdə Ağdam rayonunun Orta Qərvənd kəndi ərazisində, düşmənlə təmas xəttində yerləşən N nömrəli hərbi hissənin 3cü taborun 9-cu bölüyünün 06 nömrəli döyüş mövqeyində öldürülməsinə görə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N0.N.N-ci maddəsi ilə təqsirli bilinib 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hökm qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin N saylı istintaq təcridxanasına və N saylı hərbi hissəyə göndərilimişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.N0NN-ci il tarixli, C/4N78 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 1.N.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi oütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidmətlərində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qərarın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Belə ki, N saylı hərbi hissə komandirinin xx.xx.N018-ci il tarixli 64 nömrəli əmrindən çıxarışında, X5 xx.xx.N018ci il tarixdə əsgər yoldaşı tərəfindən ehtiyatsızlıq səbəbindən açılan atəş nəticəsində “Başın bir ədəd dəlib keçən güllə yaralanması, baş beynin əzilib dağılması, kəllə sümüklərinin çoxqəlpəli sınığı, kəskin qanitirmə’’dən həlak olması qeyd olunsa da, ölümün hərbi xidməti vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olmadığı göstərilmişdir. Əlavə olaraq, Tərtər Hərbi Məhkəməsinin xx.xx.N018-ci il tarixli 1(098)-NN8/N018 nömrəli hökmünə əsasən, Q.İddiaçıN hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin pozulması səbəbindən əsgər yoldaşı tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən öldürülmüşdür. Təqsirləndirilən şəxs X4 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bu səbəbdən Xidmətin Salyan rayon şöbəsində mərhum övladınız Q.İddiaçıN şəhid kimi uçotunun aparılması, Sizə şəhid ailəsi statusu haqqında müvafiq arayışın verilməsi yuxarıda göstərilən qanunvericiliyin tələblərinə ziddir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.N0NN-ci il tarixli, 11/5559 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış mərhum övladınız N nömrəli hərbi hissənin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X6 şəhid statusunun verilməsi ilə bağlı ərizənizə Müdafiə Nazirliyinin Hüquq İdarəsində baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 1.N.6-cı bəndinə əsasən şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərdir. Məktubunuza əlavə olunan sənədlərdən, habelə sorğularımız əsasında əldə edilmiş Ağdam Hərbi Prokurorluğunun xx.xx.N0NN-ci il tarixli 18/6631 nömrəli məktubundan və Tərtər Hərbi Məhkəməsinin xx.xx.N018-ci il tarixli 1(098)-NN8/N018 nömrəli hökmündən görünür ki, mərhum X5 həlak olması, əsgər XN qəsdən avtomat silahından açdığı atəş nəticəsində baş vermişdir. Q.İddiaçıN müddətli həqiqi hərbi xidmət keçdiyi hərbi hissənin döyüş şəraitində yerləşməsinə baxmayaraq, hadisə mərhumun döyüş növbətçiliyində olmaması, habelə həmin anda onun döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirməməsi zamanı baş vermişdir. Bu səbəbdən ona şəhid adının verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 4-cü hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada məhkəməyə şikayət etmək hüququnuz Sizə izah edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, N nömrəli hərbi hissənin əsgəri 1999-cu il təvəllüdlü X8 xx.xx.N018-ci il tarixdə Ağdam rayonunun Orta Qərvənd kəndi ərazisində, düşmənlə təmas xəttində yerləşən N nömrəli hərbi hissənin 3-cü taborun 9-cu bölüyünün 06 nömrəli döyüş mövqeyində və xidməti vəzifəsini yerinə yetirərkən əsgər yoldaşı X4 tərəfindən xuliqanlıq niyyəti ilə açılan atəş nəticəsində vəfat etmişdir. Hazırda iddiaçı X5 atası və anası oğlunun xidməti vəzifəsini yerinə yetirərkən həlak olduğunu qeyd edərək, ona «şəhid ailəsi» statusu barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N.N-ci maddələrinə əsasən inzıbati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati icraat haqqında Qanunun 11-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Məhkəmə, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin hərəkətlərinin qanuna əsaslanmasını yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçıların hüquqlarına müdaxilə edilməmişdir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» 03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğurunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.N.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Həmin Qaydaların 4.1-ci maddəsinə əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin Kadrlar İdarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) İcra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 №-li qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.N.6-cı maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 dekabr N008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.N.6-cı bəndinin, «о cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinin tətbiq edilməli olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.N.6-cı bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun tələblərinə müvafiq təkmilləşdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilməsi qərara alınmışdır. İddiaçılar övladları X5 xidməti vəzifəsinin icrası zamanı həlak olduğunu qeyd edərək, X5 şəhid olduğunu hesab edir. Ona görə də mərhum oğulları X6 şəhid və ailələrinə şəhid ailəsi adı olan şəxslər kateqoriyasına aid olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, N nömrəli hərbi hissənin əsgəri 1999-cu il təvəllüdlü X8 xx.xx.N018-ci il tarixdə Ağdam rayonunun Orta Qərvənd kəndi ərazisində, düşmənlə təmas xəttində yerləşən N nömrəli hərbi hissənin 3cü taborun 9-cu bölüyünün 06 nömrəli döyüş mövqeyində və xidməti vəzifəsini yerinə yetirərkən əsgər yoldaşı X4 tərəfindən xuliqanlıq niyyəti ilə açılan atəş nəticəsində vəfat etmişdir. Faktla bağlı cinayət işinə Tərtər Hərbi Məhkəməsində baxılmış, məhkəmənin hökmü ilə xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə dair fakt müəyyən edilmiş və X4 1N0.N.N-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 17 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçıların oğlu X8 hərbi xidmət keçərkən vəfat etsə də, onun ölümü Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyünün qorunması ilə əlaqədar deyil, cinayət hadisəsi nəticəsində baş verdiyindən X6 şəhid adının verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 5N-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-68.N-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə işin yuxarda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından iddiaçılar İddiaçı1 və İddiaçıN cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon Şöbəsinə qarşı “mərhum oğulları X6 şəhid və ailələrinə şəhid ailəsi adının verilməsi” barədə iddası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N.N.N, 4, 68-70, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçıN cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon Şöbəsinə qarşı “mərhum oğulları X6 şəhid və ailələrinə şəhid ailəsi adının verilməsi” barədə iddası təmin edilməsin. Qərаrdаn, оnun tаm fоrmаdа təqdim оlunduğu gündən 30 (оtuz) gün müddətində Şirvаn İnzibаti Məhkəməsi vаsitəsi ilə Şirvаn Аpеlyаsiyа Məhkəməsinə (Şirvаn şəhəri, Nахçıvаn küçəsi 3) şikаyət vеrilə bilər. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-2477/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2477/2024
14.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver