Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2486/2025 31.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağızadə Aygün Bahadır qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh üzərinə Şirvan şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.03 ha torpaq sahəsinin icarəyə ayrılmasına müsbət rəy verilməsi ilə bağlı öhdəlik qoyulması, habelə Cavabdeh qanunsuz əməlləri ilə bağlı cavabdeh tərəfindən ona vurulan 50.000 (əlli min) manat məbləğində zərər və 50.000 (əlli min) manat məbləğində mənəvi zərər görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində məhkəmənin inzibati binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh üzərinə Şirvan şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.03 ha torpaq sahəsinin icarəyə ayrılmasına müsbət rəy verilməsi ilə bağlı öhdəlik qoyulması, habelə Cavabdeh qanunsuz əməlləri ilə bağlı cavabdeh tərəfindən ona vurulan 50.000 (əlli min) manat məbləğində zərər və 50.000 (əlli min) manat məbləğində mənəvi zərər görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-nin 47-49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İ Qarabağ Müharibəsi iştirakçısıdır. Müharibədə iştirakla bağlı aldığı xəsarət nəticəsində orqanizmin funksiyaları 31-60 faiz pozulmuşdur. Odur ki, pezidentin müharibə iştirakçıları üçün yaratdığı imkanları da nəzərə alaraq Cavabdeh başçısına ərizə ilə müraciət edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı üçün ona Şirvan şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.03 hektarlıq torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. İcra hakimiyyəti tərəfindən verilən xx.xx.2022 tarixli cavab məktubu ilə müraciətinin təmin edilməsindən imtina edilmiş və imtinanın əsası qismində həmin ərazinin Şirvan şəhərinin 2033-cü ilə qədər ki dövrdə inkişafına dair “Şirvan şəhərinin Baş planı'na uyğun olaraq yaşıllıq sahə olması qeyd edilmişdir. Cavab məktubunda həmçinin qeyd olunan əraziyə baxış keçirilməsi və Şirvan şəhərinin Baş Planına əsasən həmin ərazinin yaşıllaşdırma sahəsinə düşdüyü qeyd olunmuşdur. Lakin məktubda qeyd olunan halların mövcudluğu əsaslandırılmamış və həmin ərazinin yaşıllıq zonası olmasını təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Halbuki inzibati icraat haqqında qanunvericiliyin tələblərinə müvafiq olaraq bu məsələ ətraflı və obyektiv araşdırılmalı idi. Odur ki, bu məsələ ilə bağlı Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin göndərdiyi sorğuya verilən cavab nəticəsində məlum olmuşdur ki, həmin ərazi bələdiyyə mülkiyyətindədir və yaşıllıq zona deyil, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün yararlı ərazidir. Cavabdeh tərəfindən qəsdən vətəndaşa yanlış məlumat verilmişdir. Bundan sonra Şirvan Bələdiyyəsi qeyd edilən ərazidə tikinti aparmaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmişdir. Komitə tərəfindən müraciətə verilən cavabda həmin ərazidə köşklərin quraşdırılmasının mümkünlüyü qeyd edilmişdir. Nəticədə, Şirvan Bələdiyyəsi qeyd edilən ərazinin quraşdırma işləri aparılaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bütün tələblərə uyğun olduğunu əldə rəhbər tutaraq, həmin ərazinin hərraca çıxarılmasına münasibət bildirilməsi məqsədi ilə Cavabdeh “Memarlıq və Tikinti" şöbəsinə müraciət etmişdir. Lakin Cavabdeh bu dəfə də 2016-2020-ci illər üçün nəzərdə tutulan Dövlət Proqramı çərçivəsində torpaqların Şirvan Bələdiyyəsinə təhvil verilməsi prosesinin tamamlanmamasını əsas gətirməklə, həmin torpaqlar üzərində Şirvan Bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmamasını bəhanə gətirərək torpağın ayrılması üçün müsbət rəy verilməsindən imtina etmişdir. Bildirir ki, Cavabdeh qərəzli olaraq həmin torpaq sahəsinin ona verilməsinə süni maneələr yaratdığı qənaətindədir. Belə ki, xx.xx.2021-ci il tarixində Şirvan səhər İcra Hakimiyyətinin başçısı İ.Abbasov tərəfindən X3 bələdiyyə mülkiyyətində olan ünvan 1 ünvanında sahəsi 163.3 kv.m. ver üstü mərtəbələrinin sahələrinin cəmi 222.2 kv m. həcmi 1524.6 kv m olan 2 mərtəbədən və zirzəmidən ibarət olan qeyri-vasayıs obyektinin tikintisinə icazə verilməsi, xx.xx.2022-ci il tarixində Şirvan səhər İcra Hakimiyyətinin “Memarlıq və Tikinti" şöbəsinin müdiri S.Şıxəliyev tərəfindən X1 Şirvan səhəri. M.Ə.Rəsulzadə küçəsində yerləşən bələdiyyə mülkiyyətinəndə olan 0, 0192 ha. torpaq sahəsinin qeyri-yaşayış sahəsi kimi ayrılmasına müsbət rəy verilməsi, habelə xx.xx.2021-ci il tarixində Şirvan səhər İcra Hakimiyyətinin “Memarlıq və Tikinti” şöbəsinin müdiri S.Şıxlivev tərəfindən X6 Şirvan səhəri, H.Əliyev prospektində yerləşən və bələdiyyə mülkiyyətində olan 0.0080 ha torpaq sahəsində qeyri-yaşayış sahəsinin ayrılmasına müsbət rəy verilməsi, X4 1 May küçəsində yerləşən, bələdiyyə mülkiyyətində olan 0.0230 ha torpaq sahəsinə dair Şirvan səhər İcra Hakimiyyəti “Memarlıq və Tikinti’' şöbəsinin müdiri S.Sıxəliyev tərəfindən xx.xx.2021-ci il tarixində hərrac və müsabiqəyə çıxarılmasına dair müsbət rəy yerilməsi faktları mövcuddur. Odur ki, Cavabdeh mövcud inzibati praktikasına olan etimadım qanunla qorunmalıdır. Bu faktlar bir daha təsdiq edir ki, torpaqlar üzərində Şirvan Bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmaması sadəcə bəhanədir və Cavabdeh qərəzli olaraq Şirvan şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.03 hektarlıq torpaq sahəsinin ayrılmasına qeyri-qanuni olaraq maneələr törədir. Odur ki, hazırda Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması məqsədi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh qanunsuz hərəkətlərinə görə adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən də məhrum olmuşdur. Belə ki, İcra Hakimiyyəti yuxarıda adıçəkilən şəxslərdə olduğu kimi mövcud inzibati praktikaya olan etimad hüququnu pozmasa, yəni Şirvan şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.03 hektarlıq torpaq sahəsinin ayrılmasına əsassız olaraq maneə törətməsə idi, 2021-ci il tarixindən etibarən qeyd edilən torpaq sahəsində 3 ədəd 60 kv.m. sahəsi olan ticarət köşkü quraşdırmaqla icarəyə verərək gəlir əldə edə bilərdi. Lakin hazırkı situasiyada həmin gəlir əldən çıxmış fayda olmaqla ona dəyən maddi zərərdən başqa bir şey deyildir. Habelə, mediada cənab Prezident tərəfindən müharibə iştirakçılarına mənzil, avtomobil bağışlanması ilə bağlı xəbərlərin yayıldığı bir dövrdə Cavabdeh müharibədə iştirakla bağlı aldığı xəsarətə görə əlilliyi müəyyən edilmiş bir vətəndaşa (yəni ona) qarşı bu qədər haqsızlıqlar etməsi, süründürməçiliyə yol verməsi onda mənfi emosiyalar (ümidsizlik, çarəsizlik və s.) yaratmış, nəticədə dərin sarsıntılar keçirməyinə səbəb olmuşdur. Nəticədə, ona maddi zərərlə yanaşı, mənəvi zərər də vurulmuşdur. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı əvvəllərdə Cavabdehnə qarşı iddia ərizəsi ilə ünvan 2 ünvanında yerləşən binanın arxasındakı ərazidən sahəsi 300 kv.metr olan torpaq sahəsinin onun daimi istifadəsinə ayrılması barədə qərar qəbul etmək öhdəliyinin Cavabdeh üzərinə qoyulması, cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində dəymiş 50000 (əlli min) manat məbləğində maddi və mənəvi ziyanın Cavabdehndən tutularaq ona ödənilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan inzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1 (120)-892/2023 nömrəli qərarı ilə İddiaçı iddiası təmin edilməmişdir. Həmin Qərardan iddiaçı tərəfindən apollyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1 (106)- 120/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023- cü il tarixli, 2-1(120)-892/2023 nömrəli Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024- cü il tarixli, 2-1(10G)-120/2024 nömrəli Qərarından Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024- cii il tarixli 2-1 (102)- 2871/2024 saylı Qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1 (106)-120/2024 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarları qanuni qüvvəsini almışdır. İddiaçı hazırki iddia tələbinə sübut kimi əlavə etdiyi və istinad etdiyi məktublar və sənədlər etirazda qeyd olunan məhkəmə instansiyalarında məhkəmə icraatında tədqiq olunmuş, araşdırılmış və qiymətləndirilmişdir. Ona görə hesab edirik ki, qeyd edilən sübutların iddiaçı tərəfindən yenidən araşdırılması üçün təqdim edilməsi əsassızdır. Qanunun tələblərindən göründüyü kimi torpaqsahəsinə dair müvafiq rəyin alınması hüququ Bələdiyyəyə aiddir. Bu səbəbdən də İddiaçının iddiasında göstərdiyi “Şirvan Şəhər İcıa Hakimiyyətinin üzərinə Şirvan şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.03 ha torpaq sahəsinin icarəyə ayrılmasına müsbət rəy verilməsi ilə bağlı öhdəlik qoyulması" ilə bağlı iddia tələbi üzrə subyektiv hüququ yoxdur. O səbbəbdən ki, qüvvodo olan qanunvericiliyo osasən vətəndaşlar (indiki halda) sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin onların icarəsinə və ya mülkiyyətinə ayrılması məqsədilə "X7” X16 Şirvan Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının təşkil etdiyi müsabiqə və hərraclarda iştirak edərək əldə edirlər. İddiaçının hazırki iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri iddia edilən torpaq sahəsinin qanunla müəyyən edilmiş hüquqmüəyyənedici sənədlər əsasında ona məxsus olmasıdır.Başqa sözlə hazırkı iddianın qeyd edilən hissəsini qaldırmaqda iddiaçının hüquqi marağı ovaxt olacaqdır ki, hüquq normalarına əsasən qeyd edilən formada torpaq sahəsinin üzərində mülkiyyət və icarə hüquqlarını açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə etmiş olsun və inzibati orqan tərəfindən hüquqi əsasla ona məxsus torpaq sahəsi barədə qərar vermiş olsun. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edirlər. Şirvan İnzibati məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-2486/2025 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “Cavabdeh üzərinə Şirvan şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.03 ha torpaq sahəsinin icarəyə ayrılmasına müsbət rəy verilməsi ilə bağlı öhdəlik qoyulması, habelə Cavabdeh qanunsuz əməlləri ilə bağlı cavabdeh tərəfindən ona vurulan 50.000 (əlli min) manat məbləğində zərər və 50.000 (əlli min) manat məbləğində mənəvi zərər görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi üzrə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Cavabdeh üzərinə Şirvan şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.03 ha torpaq sahəsinin icarəyə ayrılmasına müsbət rəy verilməsi ilə bağlı öhdəlik qoyulması, habelə Cavabdeh qanunsuz əməlləri ilə bağlı cavabdeh tərəfindən ona vurulan 129 600 (yüz iyirmi doqquz min altı yüz) AZN məbləğində maddi zərər və 129 600 (yüz iyirmi doqquz min altı yüz) AZN məbləğində mənəvi zərərə görə kompensasiya ödənilməsi” kimi baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X9 iddia ərizəsinə etiraz edərək təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. İddiaçının hazırkı iddia tələbinin əsası ondan ibarətdir ki, Cavabdeh üzərinə Şirvan şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.03 ha torpaq sahəsinin icarəyə ayrılmasına müsbət rəy verilməsi ilə bağlı öhdəlik qoyulması, habelə Cavabdeh qanunsuz əməlləri ilə bağlı cavabdeh tərəfindən ona vurulan 129 600 (yüz iyirmi doqquz min altı yüz) AZN məbləğində maddi zərər və 129 600 (yüz iyirmi doqquz min altı yüz) AZN məbləğində mənəvi zərərə görə kompensasiya ödənilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yalnış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin halların müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə ilk öncə qeyd edir ki, hazırki iddia üzrə subyektiv hüququnun olmasına və yaxud cavabdeh tərəfindən subyektiv hüququnun pozulmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Şirvan şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.03 hektarlıq torpaq sahəsi yaşayış məntəqələri kateqoriyalı torpaq sahəsi olmaqla hərrac və ya müsabiqə yolu ilə icarəyə ayrılması nəzərdə tutulan ümumi istifadədə olan Bələdiyyə torpaqlarına aiddir. İş materiallarında olan Cavabdeh 2907 nömrəli, 24 dekabr 2021-ci il tarixli məktubunun surətindən görünür ki, N.Nərimanov küçəsində sahibkarlıq fəaliyyəti məqsədilə torpaq sahəsi ilə bağlı tərəflərindən araşdırılma aparılmışdır. Məlum olmuşdur ki, həmin torpaq sahəsinin ayrılması Şirvan şəhərinin Baş planında yaşıllıq zonasına düşdüyü üçün sahibkarlıq fəaliyyəti üçün ayrılması məqsədəmüvafiq hesab edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-35/2-6870/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinə əsasən kiçik memarlıq formaları (köşklər, örtüklər və buna bənzər digər obyektlər) tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinə aid edilmişdir. Eyni zamanda bildirilmişdir ki, köşklərin quraşdırılması üçün ayrılması nəzərdə tutulan torpaq sahəsi şəhərsalma, memarlıq norma və qaydalaına uyğun olan, ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneçilik törətməyən sahədən müəyyən olunmaldır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasınının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2871/2024 nömrəli qərarının surətindən görünür ki, İddiaçı cavabdeh inzibati orqanın qanunsuz hərkətləri nəticəsində dəymiş 50000 (əlli min) manat məbləğində maddi və 50000 (əlli min) manat məbləğində mənəvi ziyanın Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi üzrə Şirvan Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin 5 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçıya yazılı şəkildə yardım göstərib, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqlarını, subyektiv hüquqlarına dair sübutlarının məhkəməyə təqdim olunmasının zəruriliyini izah etmişdir. Buna baxmayaraq iddiaçı həmin sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da belə bir sübut aşkar edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən biri də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Həmin Qərarın 8.4-cü bəndində qeyd edilir ki, “Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir” Həmin Qərarın 15.5-ci bəndində qeyd edilir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Qərarın 15.6-cı bəndində qeyd edilir ki, Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Məhkəmə qeyd edir ki, hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Yəni, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli 2-1(102)-412/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı əsasların olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh üzərinə Şirvan şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.03 ha torpaq sahəsinin icarəyə ayrılmasına müsbət rəy verilməsi ilə bağlı öhdəlik qoyulması, habelə Cavabdeh qanunsuz əməlləri ilə bağlı cavabdeh tərəfindən ona vurulan 129 600 (yüz iyirmi doqquz min altı yüz) AZN məbləğində maddi zərər və 129 600 (yüz iyirmi doqquz min altı yüz) AZN məbləğində mənəvi zərərə görə kompensasiya ödənilməsi” barədə iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 46.3, 50 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh üzərinə Şirvan şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.03 ha torpaq sahəsinin icarəyə ayrılmasına müsbət rəy verilməsi ilə bağlı öhdəlik qoyulması, habelə Cavabdeh qanunsuz əməlləri ilə bağlı cavabdeh tərəfindən ona vurulan 129 600 (yüz iyirmi doqquz min altı yüz) AZN məbləğində maddi zərər və 129 600 (yüz iyirmi doqquz min altı yüz) AZN məbləğində mənəvi zərərə görə kompensasiya ödənilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-2486/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2486/2025
31.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver