Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2487/2023 23.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 оğlunun katibliyi ilə, İddiaçı Bəhram Ədalət oğlunun Cavabdehnə qarşı “Cavabdeh tərəfindən xx.xx.1981-ci il tarixdə tərtib olunmuş 13 nömrəli doğum haqqında bərpa akt qeydində düzəliş edilməsi, ona “Abbaslı” soyadı qeyd edilməklə və ata adının “Ədalət” kimi göstərilməklə doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Bəhram Ədalət oğlu Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh tərəfindən xx.xx.1981-ci il tarixdə tərtib olunmuş 13 nömrəli doğum haqqında bərpa akt qeydində düzəliş edilməsi, ona “Abbaslı” soyadı qeyd edilməklə və ata adının “Ədalət” kimi göstərilməklə doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bəhram Ədalət oğluna və cаvаbdеh Cavabdehnə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. İddiaçı və cаvаbdеh Cavabdeh məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdirlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, XXX İddiaçı xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. - B 194685 nömrəli diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bəhram Ədalət oğluna Bakı Dövlət Universitetinin sosiologiya fakültəsi üzrə bakalavr dərəcəsi verilmişdir. - AZ-İİ 488994 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı X1 ilə xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuşdur. - AO ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bəhram Ədalət oğlu hərbi xidmətdə olmuşdur. - xx.xx.2023-cü il tarixli, 3-16-5/69-413 nömrəli arayışdan görünür ki, Lamiyə Ədalət qızı xx.xx.1983-cü ildə anadan olmuş, ata qrafasında Abbasov Ədalət İddiaçı oğlu, ana qrafasında X5 qeyd edilmişdir. - xx.xx.2023-cü il tarixli, 3-16-5/69-412 nömrəli arayışdan görünür ki, X2 xx.xx.1976cı ildə anadan olmuş, ata qrafasında Abbasov Xanlar İddiaçı oğlu, ana qrafasında X3 qeyd edilmişdir. - xx.xx.2023-cü il tarixli, 3-16-5/69-413 nömrəli arayışdan görünür ki, X4 xx.xx.1981ci ildə anadan olmuş, ata qrafasında Abbasov Xanlar İddiaçı oğlu, ana qrafasında X3 qeyd edilmişdir. - xx.xx.2022-ci il tarixli, AZ-İİ 488994 nömrəli nikah haqqında akt qeydindən görünür ki, İddiaçı X1 ilə xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuşdur. - xx.xx.1981-ci il tarixli, 13 saylı doğum haqqında bərpa akt qeydindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə İmişli rayonu, Muradxanlı kəndində doğulması barədə qeydiyyat aparılmış, ata qrafasında Abbasov Xanlar İddiaçı oğlu, ana qrafasında X3 qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində Cavabdehndə tərtib edilmiş xx.xx.1981-ci il tarixli, 13 saylı doğum haqqında bərpa akt qeydində İddiaçı ata qrafasında Abbasov Xanlar İddiaçı oğlu, ana qrafasında X3 qeyd edilməsinə baxmayaraq, digər sənədlərdə onun soyadı qeyd edilməmiş, ata adı isə Ədalət göstərilmişdir. Məhkəmə iş materiallarına əlavə olunmuş doğum akt qeydinin surətindən müəyyən edir ki, iddiaçının soyadı Abbaslı qeyd edilmiş, sonradan hansı səbəbdən onun soyadının üzərindən xətt çəkilməsi müəyyən edilməmiş, lakin hər hansı soyadı qeyd edilməmişdir. Bununla yanaşı doğum akt qeydində iddiaçının ata qraşasında adı Xanlar qeyd edilsədə sonradan onun üzərindən xətt çəkilərək Ədalət qeyd edilmişdir. İddiaçı atasının adının Ədalət kimi qalmasını, lakin soyadının Abbaslı qeyd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının şəxsiyyət vəsiqəsi məlumatlarında və digər bütün sənədlərində soyadının qeyd edilməməsi onu deməyə əsas verir ki, doğum akt qeydində o soyadından imtina olunması kimi göstərilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən xx.xx.1981-ci il tarixdə tərtib olunmuş 13 nömrəli doğum haqqında bərpa akt qeydində düzəliş edilməsi, ona “Abbaslı” soyadı qeyd edilməklə və ata adının “Ədalət” kimi göstərilməklə doğum haqqında şəhadətnamənin verilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh tərəfindən xx.xx.1981-ci il tarixdə tərtib olunmuş 13 nömrəli doğum haqqında bərpa akt qeydində düzəliş edilməsi, ona “Abbaslı” soyadı qeyd edilməklə və ata adının “Ədalət” kimi göstərilməklə doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-2487/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2487/2023
23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver