Məhkəmə qərarları › İş №2-1(120)-2487/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2487/2024

07.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2487/2024 07.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hаkim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Fövqaladə Hallar Nazirliyinə qarşı “1994/Ş saylı xx.xx.2023-cü il tarixli əmrin İddiaçı aid hissəsində ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikası FHN DYM Xidmətinin Kürdəmir rayon X13 Hissəsinə işə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 16 aprel 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : Təsviri hissə: İddiaçı cavabdeh Fövqaladə Hallar Nazirliyinə qarşı “1994/Ş saylı xx.xx.2023-cü il tarixli əmrin İddiaçı aid hissəsində ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikası FHN DYM Xidmətinin Kürdəmir rayon X13 Hissəsinə işə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “1994/Ş saylı xx.xx.2023-cü il tarixli əmrin İddiaçı aid hissəsində ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikası FHN DYM Xidmətinin Kürdəmir rayon X13 Hissəsinə işə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Cavabdeh X13 Xidmətinin Kürdəmir Rayon Dövlət X4 daxili xidmət çavuşu olaraq manqa komandiri vəzifəsində çalışmışdır. 25 avqust 2023-cü il tarixdə Kürdəmir Rayon Dövlət X4 aparılan yoxlama zamanı müəyyən edilmişdir ki, guya o, heç bir səbəb olmadan xidmətə çıxmamışdır. Amma onun həmin gün xidmətə çıxmamağına səbəb rəisin ona icazə verməsi olmuşdur. Lakin bütün bunlara baxmayaraq o, Azərbaycan Respublikası Fövqəladə Hallar Naziri, cənab Kəmaləddin Heydərovun 06 oktyabr 2023-cü il tarixli, 1994/Ş əmri ilə Fovqəladə hallar orqanlarında xaric edilmişdir. Onun işdən azad olunmağı ona maddi və mənəvi cəhətdən çox böyük ziyan vurmuşdur. Eyni zamanda işdən qanunsuz azad olunmağı onun səhətinə də zərbə vurmuş və ona psixoloji təsir etmişdir. Buna görə də o, işə pərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Onun ümidi ancaq məhkəməyədir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdiyini və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.Məhkəmə hesab edir ki, iddiaçı iddia müddətini ötürməmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh xx.xx.2023-cü il tarixli, 1994/Ş nömrəli əmrindən çıxarışdan görünür ki, vəzifəsinin icrası zamanı kobud pozuntulara görə Nazirliyin X13 Xidmətinin Kürdəmir rayon X13 hissəsinin manqa komandiri daxili xidmət baş çavuş İddiaçı fövqəladə hallar orqanından xaric edilmişdir. Kürdəmir rayon X13 hissəsinin xx.xx.2023-cü il tarixli aktından görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 15:14 radələrində Kürdəmir rayon Dövlət X4 xidmətin təşkili aparılması və işə davamiyyəti yoxlanılan zaman hissənin manqa komandiri daxili xidmət baş çavuşu İddiaçı və digər əməkdaşların xidmət yerində olmadıqları aşkar edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli izahatında qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər işə gəlib, düzülüşdə iştirak edib, hissənin rəisi Ağayev Fatehdən icazə alıb dam örtüyü vurmaq üçün usta işlədiyi evə getmişdir.Saat 15:13 radələrində ona idarədən zəng gəlmiş və işini yarımçıq qoyub idarəyə qayıtmışdır. Azərbaycan Respublikasinin Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh Kürdəmir rayon X13 Hissəsinin sabiq yanğınsöndürəni vəzifəsində xidmət etmiş İddiaçı ilə bağlı Nazirliyin 1994/Ş nömrəli 6 oktaybr 2023-cü il tarixli əmrin verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətini Sizə təqdim edirik. Eyni zamanda İddiaçı xidmət etdiyi əvvəlki dövrlərdə barəsində intizam tənbehi tətbiq edilməmiş, xidmətkeçməsinə xitam verilməsi barədə əmrlə tanış olmaq və əmək kitabçasını təhvil almaq məqsədi ilə Nazirliyin xx.xx.2024-ci il tarixli 3- 18/2-1272/2024 nömrəli məktubu ilə bildiriş göndərilmiş, lakin çağırışa gəlməmişdir. Daxili təhlükəsizlik Baş idarəsinin rəisinin X14 ünvanladığı təqrirdə qeyd edilmişdir ki, məruzə edirəm ki, Nazirliyin X13 Xidmətinin Kürdəmir rayon Dövlət X4 şəxsi heyət arasında işə davamiyyət və nizam-intizamın zəif təşkil olunması, bir qrup əməkdaşların mütamadi olaraq xidmətdən yayınmasını, hissə rəhbərliyi tərəfindən heç bir tədbir görülmədiyi barədə məlumat Daxili təhlükəsizlik Baş idarəsinə daxil olmuşdur. Məlumata əsasən Daxili təhlükəsizlik Baş idarəsinin əməkdaşları tərəfindən Kürdəmir rayon Dövlət X4 25 avqust 2023-ci il tarixdə yoxlama aparılmış, aparılan yoxlama zamanı Kürdəmir rayon X13 hissəsinin rəisi daxili xidmət mayoru X20, rəis müavini daxili xidmət mayoru X6, həmin hissənin əməkdaşları İddiaçı, X15 və X7 döyüş hesabında göstərilməsinə baxmayaraq növbədə olmamaları müəyyən edilmiş və araşdırma nəticəsində məlumatda göstərilən digər xüsusatlar öz təsdiqini tapmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, Kürdəmir rayon X13 hissəsinin rəis müavini X13 hissəsinin daxili xidmət mayoru X6 xidməti yerində olmamasına baxmayaraq 23 avqust 2023-cü il tarixində hissə rəisinə müraciət edərək təqrir yazmış 24-25 avqust 2023-cü il tarixində övladının əməliyyatı üçün Bakı şəhərində olacağını bildirmişdir. Hissə rəisi Ağayev Fateh həmin təqriri qeydiyyata almamış və Xidmətə məlumat verməmişdir. Yoxlama zamanı Kürdəmir rayon X13 hissəsinin manqa komandiri daxili xidmət baş çavuşu İddiaçı izahatında rayon ərazisində usta kimi fəaliyyət göstərdiyini, hal-hazırda Kürdəmir rayon Xırdapay kəndində yerləşən fərdi yaşayış evində işlədiyini, 25 avqust 2023-cü il tarixində hissə rəisi X8 işlədiyi evinin dam örtüyünün vurulması üçün icazə aldığını, həmçinin hissənin daxili xidmət çavuşu X7 onunla birlikdə həmin evdə usta kimi işlədiyini göstərmişdir. Yoxlama zamanı Kürdəmir rayon X13 hissəsinin yanğınsöndürəni daxili xidmət çavuşu X16 izahatında, 25 avqust 2023-cü il tarixində daxili xidmət baş çavuşu İddiaçıla birlikdə Kürdəmir rayon Xırdapay kəndində yerləşən fərdi yaşayış evində işləmək üçün hissə rəisi X8 icazə aldığını göstərmişdir. Yoxlama zamanı Kürdəmir rayon X13 hissəsinin yanğınsöndürəni daxili xidmət çavuşu X17 izahatında, 25 avqust 2023-cü il tarixində saat 15:14-də xidmətdə olmamağının səbəbi barədə bildirmişdir ki, hissənin istifadəsində olan generatora sürtkü materialı alınması üçün icazə alıb hissəni tərk etdiyini göstərmişdir. Kürdəmir rayon X13 hissəsinin dispetçeri daxili xidmət çavuşu X18 izahatında Kürdəmir rayon Dövlət X4 şəxsi heyət arasında işə davamiyyət və nizam-intizamın zəif təşkil olunması, bir qrup əməkdaş mütamadi olaraq xidmətdən yayınmasını, hissə rəhbərliyi tərəfindən heç bir tədbir görülmədiyini bildirmişdir. Yoxlama zamanı Kürdəmir rayon X13 hissəsinin rəisi daxilixidmət mayoru X20 izahatında 25 avqust 2023-cü il tarixində saat 15:14-də yoxlama zamanı özünü yorğun hiss etdiyi üçün evdə olmuş, hissənin rəis müavini d/x mayoru X3 övladının səhəti ilə bağlı 25-26 avqust 2023-cü il tarixlərində Bakı şəhərinə getməyinə icazə verdiyini Səbuhi Vahidovun yazdığı təqriri qeydiyyata almamış, həmin hissənin daxili xidmət çavuşu X11 hissənin istifadəsində olan generatora sürtkü materialı alınması üçün icazə verdiyini, daxili xidmət çavuşu X16 və daxili xidmət baş çavuşu İddiaçı işlədikləri evin dam örtüyünü vurulması üçün onlara icazə verdikləri, əvəzinə əməkdaş təyin etməməyini və bunlar barədə Xidmətə məlumat vermədiyini etiraf etmişdir. Beləliklə, araşdırma zamanı Kürdəmir rayon X13 hissəsinin rəisi daxili xidmət mayoru X20, manqa komandiri daxili xidmət baş çavuşu İddiaçı, yanğınsöndürənlər daxili xidmət çavuşu X16 və daxili xidmət çavuşu X9 xidmət vaxtı iş yerində olmadıqları öz təsdiqini tapmışdır. Göstərilənləri nəzərə alaraq, Kürdəmir rayon X13 hissəsinin rəisi daxili xidmət mayoru X20, daxili xidmət baş çavuşu İddiaçı, daxili xidmət çavuşu X16 və daxili xidmət çavuşu X17 barəsində intizam tənbehi tədbirlərinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. İş materiallarında olan İddiaçı Xidməti Xasiyyətnaməsindən görünür ki, İddiaçı X1 xx.xx.1998-ci ildən xx.xx.2023-cü ilədək xidmət edib. Xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı əməkdaş kimi göstərib. Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtlıvaxtında icra edib. Fiziki cəhətdən sağlamdır. Hərbi geyim formasının daşınması qaydasına ciddi riayət edib. Xidməti xasiyyətnamə aidiyyəti üzrə təqdim edilməsi üçün verilir. Azərbaycan Respublikasinin Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Cavabdeh X13 Xidmətinin Kürdəmir rayon Dövlət X4 xidmət dövrü “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən dövlət qulluğunun xüsusi növüdür. İddiaçı Xidmət siyahısından çıxarışı məktuba əlavə olunur. Azərbaycan Respublikasinin Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Cavabdeh X13 Xidmətinin Kürdəmir rayon X13 hissəsinin manqa komandiri vəzifəsindəki xidmət dövrü “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikasının Qanunu” nun 1.1-ci maddəsi ilə nəzərdə tutulmuş dövlət qulluğunun xüsusi növüdür. İddiaçı xidməti siyahısından çıxarışdan müəyyən edilir ki, o, xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixə kimi hərbi xidmətdə olmuş, xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək 63 saylı Müstəqil hərbiləşdirilmiş yanğın hissəsinin yanğınsöndürəni, xx.xx.1999cu il tarixdən xx.xx.2001-ci il tarixədək Kürdəmir rayonu Dövlət yanğın təhlükəsizliyi xidmətinin yanğınsöndürəni, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Kürdəmir rayonu Dövlət yanğın təhlükəsizliyi xidmətinin baş yanğınsöndürəni, xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək Kürdəmir rayonu X13 hissəsinin böyük yanğınsöndürəni, xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Kürdəmir rayonu X13 hissəsinin manqa komandiri vəzifələrində çalışmışdır.Ümumilikdə iddiaçı Fövqəladə hallar orqanlarında 24 ildən artıq qulluq etmişdir. Azərbaycan Respublikasinin Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-18/2-5437/2024 nömrəli tarixli məktubunda qeyd edilmişdir ki, Nazirliyin X13 Xidmətinin Kürdəmir rayon X13 hissəsinin manqa komandiri daxili xidmət baş çavuşu İddiaçı barəsində Nazirlik tərəfindən 6 oktyabr 2023-cü ilədək intizam tənbehi tətbiq edilməmişdir. Eyni zamanda bildiririk ki, Nazirliyin 6 oktyabr 2023-cü il tarixli 1994/Ş nömrəli əmri ilə vəzifələrinin icrası zamanı kobud pozuntulara görə İddiaçı fövqəladə hallar orqanlarından xaric edilmişdir. İddiaçı aid xx.xx.2024-cü il tarixli xidməti xasiyyətnamədə qeyd edilmişdir ki, bundan əvvəl İddiaçı verilmiş xidməti xasiyyətnamə araşdırılmadan, habelə Cavabdeh 06 oktyabr 2023-cü il tarixli 1994/ş nömrəli əmri ilə ona tətbiq olunmuş intizam tənbehi nəzərə alınmadan verilmişdir. Odur ki, İddiaçı barəsində bundan əvvəl verilmiş xasiyyətnamə etibarsız hesab edilir. Belə ki, İddiaçı X1 xx.xx.1998-ci ildən xidmətə başlamış, xidmət etdiyi son dövrlərdə özünü nizam-intizamsız əməkdaş kimi göstərmişdir. Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtı- vaxtında icra etməmiş, özünə qarşı tələbkar deyildir. Fiziki cəhətdən sağlamdır. Cavabdeh 06 oktyabr 2023-cü il tarixli 1994/ş nömrəli əmrinə əsasən barəsində intizam tənbehi tətbiq edilərək fövqəladə hallar orqanlarından xaric edilmişdir. Xidməti xasiyyətnamə aidiyyəti üzrə təqdim etmək üçün verilir. Tətbiq edilən hüquq normaları: Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə fövqəladə hallar orqanlarında xidmətkeçmənin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və digər normativ hüquqi aktlar təşkil edir. Həmin Qanunun 2.2-ci maddəsinıə görə fövqəladə hallar orqanlarında hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçməsi «Hərbi xidmət haqqında», «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının qanunları, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və digər normativ hüquqi aktlarla tənzimlənir. Həmin Qanunun 10-cu maddəsinə görə fövqəladə hallar orqanları əməkdaşları aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar: qanunvericiliyin tələblərinə riayət etməyə (10.0.1), fövqəladə hallar orqanlarının vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməyə (10.0.2), fövqəladə hallar orqanlarının digər işçilərinin işini çətinləşdirən, yaxud fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməyə (10.0.3), vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmağa və öz səlahiyyətləri daxilində onları qərəzsiz həll etməyə (10.0.4), vəzifə borcunun yerinə yetirilməsi zamanı vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı daxil olan məlumatları gizli saxlamağa və qanunda nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməyə (10.0.5), öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə xarakterli məlumatları qanunvericiliyə uyğun olaraq təqdim etməyə (10.0.6), qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə köçməklə xidmət etməyə və ya başqa vəzifələri icra etməyə (10.0.7), qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinədən keçməyə (10.0.8), dövlət sirrini və qanunla mühafizə edilən digər sirri saxlamağa (10.0.9), etik davranış və intizam qaydalarına əməl etməyə (10.0.10), qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməyə (10.0.11). Həmin Qanunun 11-ci maddəsinə əsasən, Fövqəladə hallar orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyət: 11.1. Fövqəladə hallar orqanlarının əməkdaşlarının seçkili və ya digər təyinatlı vəzifələr tutmasına, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa sahibkarlıq, kommersiya və digər ödənişli və ya siyasi fəaliyyətlə məşğul olmasına və siyasi partiyalara üzv olmasına yol verilmir. 11.2. Fövqəladə hallar orqanları əməkdaşının aşağıdakılara ixtiyarı yoxdur: 11.2.1. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə; 11.2.2. qanunvericiliklə müəyyən edilmiş hallardan başqa, dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa; 11.2.3. xidmət keçdiyi fövqəladə hallar orqanının rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına xarici ölkələrə getməyə; 11.2.4. fövqəladə hallar orqanlarında xidmətinə xitam verildikdən sonra qanunvericiliklə müəyyən edilmiş müddət ərzində xidməti fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə; 11.2.5. dini təbliğ etmək üçün fövqəladə hallar orqanları əməkdaşının statusundan istifadə etməyə və fövqəladə hallar orqanlarının tabeliyində olan obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə; 11.2.6. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə. Həmin Qanunun 31.1-ci maddəsinə görə fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: (31.1.1) məzəmmət (irad); (31.1.2) töhmət; (31.1.3) şiddətli töhmət; (31.1.4) tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; (31.1.5) aşağı vəzifəyə keçirmə; (31.1.6) xüsusi rütbənin bir pillə aşağı salınması; (31.1.7) vəzifədən azad etmə (bu halda fövqəladə hallar orqanlarının əməkdaşı müvafiq icra hakimiyyəti orqanının əmri ilə sərəncamda ola bilər və həmin müddət ərzində onun fövqəladə hallar orqanlarından xaric edilməsinə əsaslar olmazsa o, fövqəladə hallar orqanlarında yenidən vəzifəyə təyin edilir); (31.1.8) fövqəladə hallar orqanlarından xaric etmə; (31.1.9) qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə fövqəladə hallar orqanlarından xaric etmə. Həmin Qanunun 31.3-cü maddəsinə görə xidməti intizamı pozduğuna görə fövqəladə hallar orqanları əməkdaşının xüsusi rütbəsi (daxili xidmət sıravisi, tibb xidməti sıravisi, daxili xidmət kiçik leytenantı, tibb xidməti kiçik leytenantı və ali xüsusi rütbələr istisna olmaqla) bir pillə aşağı salına bilər. Həmin Qanunun 31.4-cü maddəsinə görə bu Qanunun 31.1-ci maddəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan, işçiyə şifahi və ya yazılı qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Həmin Qanunun 31.5-ci maddəsinə görə bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. Həmin Qanunun 32.10-cu maddəsinə görə fövqəladə hallar orqanlarının əməkdaşı intizam tənbehi tətbiq edilməsi barədə əmrdən qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı orqana və (və ya) məhkəməyə şikayət verə bilər. Həmin Qanunun 33.1 və 33.1.12-ci maddələrinə əsasən, fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə fövqəladə hallar orqanlarından xaric edildikdə xitam verilir. Qanunvericiliyin yuxarıda sadalanan normalarından görünür ki, fövqəladə hallar orqanlarından xaric etmə intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər.Və həmin tənbeh tədbirini qanaunverici ən ağır növ kimi müəyyən etmişdir. Məhkəmə ilk növbədə vurğulayır ki, qanunvericilikdə istər hərbi qulluqçuların, istərsə də dövlət qulluqçularının, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət edən şəxslərin xidməti fəaliyyəti üzrə intizam məsuliyyətinə cəlb olunması məsələlərini tənzimləyən normalar intizam tənbehlərinin tətbiqində aidiyyəti vəzifəli şəxslərin mümkün qanunauyğun qərarlardan birinin seçim imkanını nəzərdə tutsa da, bu seçim törədilmiş pozuntunun xarakteri, onun nəticəsi və digər xüsusatlar məcmusunda qiymətləndirmə aparılmaqla adekvat olmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, fövqəladə hallar orqanlarında xidmətkeçmənin qayda və şərtlərini müəyyən edən «Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında» Qanunun müddəaları “xidmətdən xaric edilmə” növündə tənbeh tədbirinin tətbiqini birmənalı olaraq, məhz vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntularla və həmin Qanunda nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərlə şərtləndirir. Hazırkı işin faktiki hallarına görə isə, Qeyd olunmalıdır ki, «Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında» Qanunun müddəalarında “kobud pozuntu”nun nədən ibarət olması və anlayışı hər hansı formada müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə iddiaçının inzibati icraatda verdiyi izahatında özünün etirafı və xidmət rəisinin izahatı da nəzərə alınmaqla FHN Kürdəmir rayon Dövlət X4 25 avqust 2023-cü il tarixdə yoxlama zamanı xidmətdə olmaması hərəkətləri xidməti vəzifələrinin icrasına diqqətsiz yanaşma qismində qəbul oluna bilər, lakin onun yol verdiyi pozuntu “kobud” xarakterli sayıla bilməz. Belə ki, iş materiallarından və hissənin rəisi X12 yazılı izahatından müəyyən olunur ki, iddiaçı həmin tarixdə xidmətə gəlmiş və rəisdən icazə alaraq iş yerini tərk etmişdir.Daha sonra yoxlama olduğu üçün yenidən işə geri qayıtmışdır.İş materiallarında onun bütöv gün ərzində işdə olmaması faktı öz təsdiqini tapmır. Müəyyən olunur ki, İddiaçı xidmət yerini özbaşına tərk etməmiş və Mühafizə hissəsinin rəisi X20 öz səlahiyyətindən istifadə edərək iddiaçıya şifahi formada icazə vermişdir. Və iddiaçı xidmət rəisinin davranışına (icazəsinə) etimad etmişdir. Cavabdeh inzibati orqan iddiaçının hərəkətlərini xidmətlə bir araya sığmayan qismində də dəyərləndirməmişdir. Beləliklə, iddiaçının hərəkətləri «Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında» Qanunun 31.5-ci maddəsində nəzərdə tutulan, yəni qanunla fövqəladə hallar orqanlarından xaric etmə növündə intizam tənbehinin tətbiqinə əsas verən hərəkətlərə aid oluna bilməz. Məhkəmə diqqətə çəkir ki, müvafiq tarixdə İddiaçı hərəkətləri nəticəsində FHN Kürdəmir rayon X13 hissəsinin fəaliyyətində hər hansı təhlükə yaradan, habelə əlaqəli qurumların işini pozan hadisə baş verməmişdir. Bir hal da vurğunmalıdır ki, məhkəmə icraatında iddiaçının 24 ildən artıq müddət fövqəladə hallar orqanlarında qüsursuz xidmət etdiyi, manqa komandiri vəzifəsinə kimi yüksəlməsi,“baş çavuş” rütbəsi alması və xidməti dövründə barəsində intizam tənbehi tətbiq olunmadığı müəyyən edilir. Sadalananlar özü də onun ötən 24 illik dövrdə, o cümlədən son illərdə xidməti vəzifələrini keyfiyyətlə yerinə yetirməsinə və səmərəli fəaliyyət göstərməsinə dalələt edir. Həmçinin iddiaçıya xidmət etdiyi inzibati orqan tərəfindən şəxsi və iş keyfiyyətləri yüksək qiymətləndirilməklə müsbət xasiyyətnamə verilmişdir. Daha sonra verilmiş xasiyyətnamədə əvvəlki xasiyyətnamənin etibarsız hesab olunması qeydinə münasibətdə məhkəmə bildirir ki, həmin xasiyyətnamə xx.xx.2024-cü il tarixdə, yəni iddiaçının xidmətinə xitam verildikdən sonra və iş məhkəmənin icraatında olan zaman verilmişdir və məhkəmə həmin məktubu mötəbər sübut kimi qiymətləndirmir. Bundan başqa məhkəmə bildirir ki, «Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında» Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə görə fövqəladə hallar orqanlarının əməkdaşı intizam məsuliyyətinə cəlb edilərkən onun xidməti və şəxsi keyfiyyətləri, törədilən xətanın xarakteri, törədilməsi şəraiti və digər hallar nəzərə alınır. Lakin hazırkı iddiaçıya intizam tənbehinin tətbiqində onun xidməti və şəxsi keyfiyyətlərinin nəzərə alındığı məhkəmə icraatında cavabdeh tərəfindən təqdim olunmuş sübut və dəlillərlə, habelə mübahisələndirilən 6 oktyabr 2023-cü il tarixli 1994/Ş nömrəli əmrin məzmunu ilə öz təsdiqini tapmır. Belə ki, inzibati orqan iddiaçıya münasibətdə onun ilk dəfə pozuntuya yol verdiyini, törədilmiş pozuntunun xarakterini,əvvəllər barəsində hər hansı intizam icraatının olmadığını və intizam tənbeh tədbirinin tətbiq edilmədiyini və digər yuxarıda sadalanan müsbət xarakterizə edilən halları nəzərə alaraq mümkün qanunauyğun qərarlardan birinin seçim imkanına malik olması səlahiyyətindən istifadə edərək daha ədalətli şəkildə qiymətləndirmə aparılmaqla adekvat tənbeh tədbiri seçə bilərdi. Eləcə də, cavabdeh inzibati orqan tərəfindən 6 oktyabr 2023-cü il tarixli 1994/Ş nömrəli əmr əlverişsiz inzibati akt kimi tərtib edilərkən İddiaçı aid hissədə əmrin məzmunu kifayət qədər əsaslandırılmamışdır. Belə ki, əmrdə iddiaçının hərəkətləri “kobud pozuntu” qismində dəyərləndirilməklə və müvafiq qanunverciliyin aidiyyəti normaları (maddələrin nömrəsi) sadalanmaqla kifayətlənilmişdır. Halbuki, «İnzibati icraat haqqında» Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Qeyd olunan Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktın – 6 oktyabr 2023-cü il tarixli 1994/Ş nömrəli əmrin qəbulu ilə həmin hallar uzlaşmır. Hazırki işin müəyyən olunan olunan faktiki və hüquqi əsaslarına münasibətdə məhkəmə qeyd edir ki, inzibati orqan hər bir halda yararlı olan tədbiri həyata keçirmiş olmalıdır. Bu, o deməkdir ki, inzibati orqan hər hansı bir müdaxilə tədbiri həyata keçirməklə icazə verilən qanuni məqsəd güdür və həmin tədbir bu məqsədə çatmanı təmin etməlidir. İnzibati orqanın hərəkəti həmçinin zəruri olmalıdır. Dövlətin adından edilən hərəkətin zəruriliyi ona görə vacib amil hesab olunur ki, kiçik problemlərin böyük tədbirlər vasitəsilə aradan qaldırılması hüquqi dövlətin tələblərinə uyğun sayılmır. Tədbir o zaman zəruri olur ki, inzibati orqan mümkün olan bir neçə yararlı davranış variantından maraqlı şəxsə münasibətdə ən yumşağını seçsin. İnzibati orqanın hərəkəti eyni zamanda mütənasib, yəni uyğun olmalıdır. Əgər yararlı və digər vasitələrlə müqayisədə, hətta ən yumşaq olan vasitə belə, vətəndaşın hüquqlarının məhdudlaşdırılmasına münasibətdə ədalətli olmazsa, tətbiq edilə bilməz. Məqsəd və vasitə arasındakı mütənasiblik İnzibati icraat haqqında Qanunun 17-ci maddəsində təsbit edilən və bütün inzibati orqanların davranışına şamil edilməli olan prinsipdir. Qanunvericiliyin bu nomasını hazırki tələbə münasibətdə tətbiq edərək məhkəmə bildirir ki, xüsusi rütbəyə və xidmətdə yüksəlməyə layiq görülmüş əməkdaş kimi hazırkı iddiaçının yuxarıda qeyd olunan tərzdə ifadə olunan və biruzə verilən bir hərəkətinə görə xidmətdən xaric olunması inzibati orqanın (cavabdehin) apardığı inzibati icraat üzrə güddüyü qanuni məqsədə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 17-ci maddəsində təsbit olunmuş “mütənasiblik” prinsipi ilə uzlaşmır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ-ci bəndində müəyyən edilmişdir ki, İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.7-ci maddəsinə görə diskresion səlahiyyətlər – qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 10-cu maddəsinə görə Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 22.1-ci maddəsinə görə inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 74-cü maddəsinə görə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıdakılara əsasən və aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdehin 1994/Ş saylı xx.xx.2023-cü il tarixli əmri iddiaçıya aid hissədə Konstitusiyaya, qanuna, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 11, 17, 24, 58-ci maddələrinə zidddir və onun hüquqlarının həyata keçirilməsinə maneələr yaradır, yəni hüquqlarının pozulmasına səbəb olmuşdur və İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı "əmrin ona münasibətdə ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 4.1, 2, 52, 68-69, 75.4, 85.1 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Fövqaladə Hallar Nazirliyi tərəfindən qəbul edilmiş 1994/Ş saylı xx.xx.2023-cü il tarixli əmr İddiaçı aid hissədə ləğv edilsin və İddiaçı Azərbaycan Respublikası FHN DYM Xidmətinin Kürdəmir rayon X13 Hissəsinə əvvəlki vəzifəsinə işə bərpa edilməsi öhdəliyi cavabdeh Fövqaladə Hallar Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar