Məhkəmə qərarları › İş №2-1(120)-2489/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2489/2025

25.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2489/2025 25.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.1951-ci il tarixdə Cavabdeh tərəfindən verilən 20 nömrə ilə qeydə alınmış İddiaçı doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh üzərinə, barəsində 10 aprel 1951-ci il tarixdə Ağcabədi rayon Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 20 saylı, doğum haqqında ilkin akt qeydinin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının vəkili və nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “xx.xx.1951-ci il tarixdə Cavabdeh tərəfindən verilən 20 nömrə ilə qeydə alınmış İddiaçı doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 07 mart 2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilərək tələb dəqiqləşdirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxx 1946-cı il tarixdə Ağdam rayonunun Hindarx kəndində doğulmuş, bu barədə 10 aprel 1964-cü il tarixdə Ağdam rayon Qeydiyyat şöbəsində 219 saylı doğum haqqında bərpa akt qeydi tərtib olunmuşdur. Həmin tarixdə doğulmağı bütün sənədlərdə, o cümlədən, doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, hərbi bilet, əmək kitabçası və nikah haqqında şəhadətnamə ilə təsdiqini tapmışdır. 1965-ci il tarixdə hərbi xidmətə getmiş, lakin bu yaxınlarda ona məlum olmuşdur ki, 10 aprel 1964-cü il tarixdə barəsində Ağdam rayon Qeydiyyat şöbəsində 219 saylı doğum haqqında bərpa akt qeydi tərtib olunduğu halda, barəsində 10 aprel 1951-ci il tarixdə Ağcabədi rayon Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 20 saylı, doğum tarixi yanlış olaraq 13 noyabr 1951-ci il tarixi kimi göstərilmiş doğum haqqında akt qeydi ləğv olunmamışdır. Müəyyən sənədləşmə işi aparılarkən qeydiyyat şöbəsində barəsində bir neçə doğu aktı qeydi olduğundan lazım olan işlərini görə bilməmişdir. Qeyd edilən ziddiyyətlərin aradan qaldırılması üçün ərizə ilə Cavabdehnə müraciət etmiş, lakin Cavabdeh xx.xx.2024-cü il tarixdə rəsmi məktubla mənə bildirmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmə qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Odur ki, 10 aprel 1951-ci il tarixdə Ağcabədi rayon Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 20 saylı doğum haqqında ilkin akt qeydinin ləğv olunması rayon qeydiyyat şöbəsində mümkün deyil, məsələ ilə bağlı məhkəməyə müraciət etməyi ona tövsiyyə edilmişdir. Cavabdeh təşkilat qeyd edilən vəziyyəti bilə-bilə mənə əsassız şəkildə imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının vəkili və nümayəndəsi gəlmiş, cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: İş materiallarında olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1946-cı il tarixdə Ağdam rayonunun Hindarx kəndində anadan olmuş, Ağcabədi rayonu, Hindarx kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1946-cı il tarixdə Ağdam rayonunun Hindarx kəndində anadan olmuşdurdur. İş materiallarında olan xx.xx.1968-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, 1946-cı il təvəllüdlü İddiaçı xx.xx.1968-ci il tarixsən xx.xx.2013-cü il tarixədək əmək fəaliyyətində olmuşdur. İş materiallarında olan nikahınm bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1946-cı il tarixdə doğulmuş İddiaçı ilə xx.xx.1955-i il tarixdə doğulmuş X2 xx.xx.1974-cü il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 20 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1950-ci il tarixdə Ağdam rayonunun Hindarx kəndində doğulmuşdur. İş materiallarında olan Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-Ə-1293/2024 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1946-cı ildə Ağdam rayonu, Hindarx kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1964-cü il tarixdə Cavabdehndə 219 nömrəli doğum haqqında bərpa akt qeydi tərtib olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-Ə-1293/24 nömrəli məktubundan görünür ki, xx.xx.1951-ci il tarixdə Ağcabədi rayon Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 20 saylı doğum haqqında akt qeydi tərtib olunduğu halda xx.xx.1964-cü il tarixdə Ağdam rayon qeydiyyat şöbəsində tərar olaraq 219 saylı saylı doğum haqqında bərpa akt qeydi tərtib edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163-cü maddəsinin 163.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmə qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. xx.xx.1951-ci il tarixdə Ağcabədi rayon Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 20 saylı doğum haqqında ilkin akt qeydinin ləğv olunması rayon qeydiyyat şöbəsində mümkün olmadığı bildirilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-Ə-1293/24 nömrəli məktubuna əlavə edilmiş xx.xx.1951-ci il tarixli, 20 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1950-ci il tarixdə anadan olmuş, atası X3, anası X1r. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-360/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və İddiaçı doğum haqqında akt qeydi xx.xx.1964-cü iltarixdə 219 nömrə ilə Ağdam rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2-ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1-ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, akt qeydinin ümumiyyətlə ləğv edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-360/2022 saylı, xx.xx.2022-ci il tarixli) İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə iddiaçı tərəfi dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydinin ləğv edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvlərə yol verilib-verilməməsini və ya iddiaçının adına başqa doğum akt qeydinin olubolmamasını müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” haqqında Qanunun:

2. Doğumun qeydə alınması 2.1. Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir. 2.3. Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. İnzibati icraat haqqında Qanunun: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi xx.xx.1951-ci il tarixdə Cavabdeh tərəfindən verilən 20 nömrə ilə qeydə alınmış İddiaçı doğum haqqında akt qeydinin ləğv edilməsidir. Belə ki, İddiaçı xx.xx.1946-cı il tarixdə Ağdam rayonunun Hindarx kəndində doğulmuş, bu barədə ona xx.xx.1964-cü il tarixli, 219 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Onun atası X3, anası X1r və bu halı təsdiq edən doğum haqqında şəhadətnaməni məhkəməyə təqdim etmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-360/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və İddiaçı doğum haqqında akt qeydi xx.xx.1964-cü il tarixdə 219 nömrə ilə Ağdam rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Belə ki, doğumun qeydiyyatı barədə Ailə Məcəlləsinin və “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın yuxarıda göstərilən müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquqmüəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217-ci qətnaməsi ilə qəbul edilmiş “Ümümdünya insan hüquqları Bəyannaməsi”nin 15-ci maddəsində elan olunmuşdur ki, hər bir insan vətəndaşlıq hüququna malikdir. Heç kəs öz vətəndaşlığından və öz vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz. Bu Bəyannamədə elan olunmuş vətəndaşlıq hüququnun doğumun qeydiyyatından asılı olması, 1959-cu il 29 noyabr tarixdə qəbul edilmiş “Uşaq hüquqları Bəyannaməsi”nin 3-cü prinsipində təsbit edilərək qeyd olunur ki, uşaq doğulandan ad və vətəndaşlıq hüququna malik olmalıdır. “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt”ın 24-cü maddəsinin ikinci bəndində göstərilir ki, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır (Azərbaycan Respublikası bu Pakta Milli Məclisin 1992-ci il tarixli 277 №-li Qərarı ilə qoşulmuşdur). Həmçinin iş materiallarına əlavə edilən nikah haqqında şəhadətnaməyə, şəxsiyyət vəsiqəsinə, nümayəndəliyin arayışına, əmək kitabçasına və digər sənədlərə nəzər yetirilən zaman iddiaçının təvəllüdünün xx.xx.1946-cı il olduğu və hüquqların xx.xx.1964-cü il tarixli, 219 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən qeydə alındığı müəyyən edilir. Eləcə də, iddiaçıya məxsus H3 № ******* nömrəli hərbi biletinə baxış keçirilən zaman xx.xx.1965-ci ildə hərbi xidmətdə olduğu müəyyən edilir. Belə ki, Cavabdeh tərəfindən verilən xx.xx.1951-ci il tarixdə Cavabdeh tərəfindən verilən 20 nömrə ilə qeydə alınmış İddiaçı doğum haqqında akt qeydində iddiaçının doğum tarixi xx.xx.1950 kimi qeyd olunmuşdur ki, belə olan halda iddiaçının 14 yaşında hərbi xidmətdə ola biləcəyi halı ortaya çıxır. Məhkəmə hesab edir ki, iddiaçıya 2 ədəd doğum akt qeydi verilmişdir ki, bu hal onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Eləcə də, sənədlərə əsasən Cavabdeh tərəfindən verilən xx.xx.1951-ci il tarixdə Cavabdeh tərəfindən verilən 20 nömrə ilə qeydə alınmış İddiaçı doğum haqqında akt qeydinin qanuni əsaslarla qəbul olunmadığı müəyyən edilir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı barəsində hal-hazırda iki doğum haqqında akt qeydi qüvvədə olduğundan, qeyd edilən hal İddiaçı konstitusion hüquqlarını məhdudlaşdırdığından Cavabdeh xx.xx.1951-ci il tarixdə Cavabdeh tərəfindən verilən 20 nömrə ilə qeydə alınmış İddiaçı doğum haqqında akt qeydinin ləğv edilməsini tələb etməkdə etməkdə haqlıdır. Odur ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən verilən xx.xx.1951-ci il tarixdə Cavabdeh tərəfindən verilən 20 nömrə ilə qeydə alınmış İddiaçı doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən verilən xx.xx.1951-ci il tarixdə Cavabdeh tərəfindən verilən 20 nömrə ilə qeydə alınmış İddiaçı doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar