Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-249/2020 04.03.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı (ünvan 2-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N92-ci ilin may ayından N93-cü ilin mart ayının N-a qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə hərbi xidmətdə olduğu müddətin hərbi xidmət illərinə hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 22.01.2020-ci il tarixli iclasında İddiaçı iddia tələbini dəyişərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulmasıbarədəqərarqəbuledilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 22.01.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, o, 20.01.N63-cü il tarixdə Lənkəran rayonunda anadan olmuşdur. N84-N85-ci illərdə Qazağıstan Respublikasının DİN Hərbiləşdirilmiş Yanğından Mühafizə İdarəsində sıravi yanğınsöndürən olaraq işləmişdir. N85-ci ildə Qazağıstan Respublikasının Almata şəhərində X2 Məktəbinə qəbul olunmuş, N87-ci ildə həmin məktəbi bitirmişdir. N87-N92-ci illərdə (N92-ci ilin may ayınadək) Qazağıstan Respublikası Manqışlaq Vilayətinin Şevçenko şəhərində yerləşən 42 saylı Hərbiləşdirilmiş Yanğından Mühafizə İdarəsində müxtəlif vəzifələrdə işləmişdir. N92-ci ilin fevral ayında baş vermiş Xocalı soyqırımından Azərbaycan Respublikasına gələrək könüllü olaraq vətən uğrunda döyüşmək üçün Lənkəran şəhərində yerləşən özünümüdafiə batalyonuna yazılmış və N93-cü ilin mart ayının N-dək N saylı hərbi hissədə zabit kimi xidmət etmiş, N.03.N93-cü il tarixdən 01.12.N93-cü il tarixədək Lənkəran Qarnizonunun Hərbi Komendaturasına, 01.12.N93-cü il tarixdən 18.10.N96-cı il tarixədək Lənkəran rayon Hərbi Polis şöbəsində zabit qismində xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 18.10.N96-cıil tarixli, 01049 nömrəli əmri ilə ehtiyata buraxılmışdır. Qazağıstan Respublikasından Azərbaycan Respublikasına gəldikdən sonra, yəni N92-ci ilin may ayından etibarən hərbi xidmətə başlamış və elə N92-ci ildə döyüşlərdə yaralanaraq hərbi hosbitala yerləşdirilmişdir. Lakin buna baxmayaraq N92-ci ilin may ayından N93-cü ilin mart ayının N-dək N saylı hərbi hissədə xidmət keçməyi barədə şəxsi işində məlumat yoxdur. Müharibə veteranı adının və vəsiqəsinin verilməsindən ötrü Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, ona 12.10.20N-cu il tarixli məktubla müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir.Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən təqdim edilmiş arayışda qeyd edilib ki, N nömrəli hərbi hissədə xidməti təsdiqlənmir. İddiaçı Lənkəran hərbi polisində xidmət keçib N.03.N93-cü ildən və onun döyüş tapşırığının yerinə yetirmək üçün ezam edilməsi barədə heç bir sənəd təqdim edilməmişdir. Odur ki, iddiaçıya komissiya tərəfindən haqlı olaraq imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli, 216 nömrəri Qərarına 28 sentyabr 2018-ci il tarixdə 422 nömrəli qərarla edilmiş dəyişikliyə əsasən hərbi xidmət keçməsini subut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə hərbi biletlə birlikdə təqdim edildiyi halda mötəbərdir. İddiaçı tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətini, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 25.07.20N-cu il tarixli, 9/2-10380 nömrəli məktubunu, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 12.10.20N-cu il tarixli, 1/H-14274 nömrəli məktubunu, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin 29.10.20N-cu il tarixli, 499 nömrəli arayışını və 05.11.20N-cu il tarixli, 1037 nömrəli məktubunuəlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur.Məhkəmə-Hüquq Şurasının 14 noyabr 20Ncu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Lənkəran rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibat Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsaslı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 15009145 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 20.01.N63-cü il tarixdə Lənkəran rayonunun Port-İliç şəhərində anadan olmuş, ünvan 2-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 25.07.20Ncu il tarixli, 9/2-10380 nömrəli arxiv arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin N.08.N92-ci il tarixli, 163 nömrəli əmrində hospitala daxil olaraq qazan təminatına qoyulmuş xəstələrin siyahısında N nömrəli hərbi hissədən gəlmiş kapitan V.VHəbibovun adı qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin 27.08.N92-ci il tarixli, 169 nömrəli əmrində hospitalın qazan təminatından çıxarılmış xəstələrin siyahısında N nömrəli hərbi hissədən gəlmiş kapitan İddiaçı adı qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin 02.08.N92-01.09.N92-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissə komandirinin may-iyul N92-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.704 nömrəli hərbi hissə komandirinin may N92-ci il tarixli hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin X3 ünvanladığı 12.10.20N-cu il tarixli, 1/H-14274 nömrəli məktubunda qeyd edilmişdir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 09.10.20N-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin 25.07.20N-cu il tarixli, 9/2-10380 nömrəli arayışına və N nömrəli hərbi hissənin xəstəlik haqqında çıxarış epiqrizinə və Statistika-uçot şöbəsinin xidmət kartasına əsasən 27.08.N92-ci il tarixdən N.03.N93-cü il tarixədək xidməti barədə məlumat olmadığına görə müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin 29.10.20N-cu il tarixli, 499 nömrəli arayışından görünür ki, N63-cü il təvəllüdlü istefada olan kapitan İddiaçı həqiqətən N.03.N93-cü il tarixdən 01.12.N93-cü il tarixədək Lənkəran Qarnizonunun Hərbi komendaturasında, 01.12.N93-cü il tarixdən 18.10.N96-cı il tarixədək Lənkəran rayon Hərbi Polis şöbəsində zabit qismində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 18.10.N96-cı il tarixli, 01049 nömrəli əmri ilə ehtiyata buraxılmışdır. İddiaçı N92-ci ildə xidmət keçməsi barəsində şəxsi işində heç bir məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin 05.11.20N-cu il tarixli, 1037 nömrəli məktubundan görünür ki, istefada olan kapitan İddiaçı N.03.N93cü il tarixdən 01.12.N93cü il tarixədək Lənkəran Qarnizonunun Hərbi komendaturasında, 01.12.N93-cü il tarixdən 18.10.N96-cı ilədək Lənkəran rayon Hərbi Polis şöbəsində zabit qismində həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 18.10.N96-cı il tarixli, 01049 nömrəli əmri ilə ehtiyata buraxılmışdır. N92-ci ilin may ayından N93-cü ilin mart ayının N-dək N saylı hərbi hissədə xidmət keçməsi barədə şəxsi işində heç bir məlumat olmadığından həmin müddətin ilinə hesablanması mümkün deyildir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin məhkəməyə ünvanladığı 17.12.20N-cu il tarixli, 9/2-20042 nömrəli məktubunda qeyd edilmişdir ki, N saylı hərbi hissə komandirinin avqust N92-ci ildən mart N93-cü ilədək olan nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N saylı hərbi hissə komandirinin may-iyul N92-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin məhkəməyə ünvanladığı 26.12.20N-cu il tarixli, 1239 nömrəli etirazından qeyd edilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan N63-cü il təvəllüdlü istefada olan kapitan İddiaçı şəxsi işinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidməti N.03.N93-cü il tarixdən qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 01049 nömrəli, 18.10.N96-cı il tarixli əmri ilə “Hərbi Xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 18-ci maddəsinin “D” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. İddiaçı şəxsi işində 20.05.N92-ci il tarixdən N.03.N93-cü il tarixədək həqiqi hərbi xidmət keçməsi barədə heç bir qeydiyyat olmadığından həmin dövrü tərəflərindən təmin etmək mümkün deyildir. Bununla bağlı İddiaçı müraciətinə əsasən yazılı məlumat verilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə N91ci il oktyabrın 9-dan N94-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.09.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Məhkəmə araşdırması zamanı iddaçının döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunması təsdiqini tapmamışdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddaçının döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmasının təsdiqlənməməsi onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə N.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə N.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən subutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, məhkəmə iş üzrə toplanmış subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin subutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Мəhkəmə hesab edir ki, prosessal xərc (məhkəmə xərci) – yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Prosessual xərc iddiaçıya aid edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-249/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-249/2020
04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver