Məhkəmə qərarları › İş №2-1(120)-2491/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2491/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2491/2024 21.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X6, Üçüncü şəxsin nümayəndəsi-vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının xx.xx.2005-ci il tarixli, 188 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində məhkəmənin binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh başçısının 28 iyul 2005-ci il tarixli, 188 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən cavabdehə təqdim olunmuş, sonuncuya iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək, həmçinin, etirazı əsaslandıran sübutların məhkəməyə təqdim olunması üçün müddət təyin olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-2063/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının 28 iyul 2005-ci il tarixli, 188 saylı sərəncamının etibarsız hesab edilməsi tələbinə dair inzibati iş üzrə X18 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının 18 fevral 2004-cü il tarixli 48 saylı sərəncamına əsasən ona həyətyanı torpaq sahəsindən mağaza tikintisi məqsədilə 91 m2 torpaq sahəsi ayrılmışdır. Lakin, yaxın vaxtlarda olmuş məhkəmə prosesi zamanı ona məlum olmuşdur ki, guya o, onun üçün ayrılmış həmin torpaq sahəsində tikinti aparmaq üçün Ağcabədi şəhəri, S.Vurğun küçəsi, ev-64 də yaşayan X13 icazə verilməsinə razı olmuşdur və hətta bu barədə razılaşaraq ərizə belə yazmışdır və həmin ərizəsi əsasında Cavabdeh Başçısının 28 iyul 2005-ci il tarixli 188 saylı sərəncamı təsdiqlənmişdir. O, Ağcabədi şəhəri, S.Vurğun küçəsi, ev-64 də yaşayan X13 özünə məxsus torpaq sahəsində tikinti aparılmasına icazə verilməsi barədə heç yerə ərizə ilə müraciət etməmişdir və bu barədə onunla X19 arasında heç bir razılaşma olmamışdır. Məhz bu səbəblə o, 22 oktyabr 2021-ci il tarixdə cavabdeh quruma ərizə ilə müraciət edərək, Cavabdeh Başçısının 28 iyul 2005-ci il tarixli 188 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müraciətdən 1 aydan çox vaxt keçməsinə baxmayaraq, cavabdeh qurumdan heç bir cavab gəlməmişdir. Bu səbəbdən də, o, hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-210/2023 nömrəli qərarı ilə İddiaçı Cavabdehnə (X18 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı Cavabdeh başçısının 28 iyul 2005-ci il tarixli, 188 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-210/2023 nömrəli qərarından İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(106)-323/20023 nömrəli qərardadı ilə İddiaçı apelyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2-1(120)-210/2023 nömrəli qərarının ləğv edilməsi, inzibati işin Şirvan İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(106)-323/20023 nömrəli qərardadından üçüncü şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2820/2023 nömrəli qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 sentyabr 2023-cü il tarixli, 2-1(106)-323/2023 nömrəli qərardadından üçüncü şəxs Rəşad Şirinov tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkün sayılmaması, kassasiya şikayətinin qəbulundan imtina edilməsi qərara alınmışdır. Tərəflər 21 avqust 2024-cü il tarixdə, saat 17:15-də hazırlıq icraatı ilə bağlı məhkəmə iclasına dəvət olunmuşlar. Məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsi X10 iddia tələbini müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddia tələbini müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 izahatında mübahisələndirilən sərəncamın mövcud olmadığını, həmçinin iddianın təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi-vəkili X9 iddia tələbinin mümkünsüz sayılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini nəzərdən kеçirib, proses iştirakçılarının izahatlarını dinləyərək, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiаya inzibati icraat qaydasında baxılması mümkün sаyılmаmаlıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən bir də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Belə ki, iş materiallarında olan Cavabdeh Başçısının xx.xx.2004-cü il tarixli, 48 nömrəli sərəncamdan çıxarışın surətindən görünür ki, İddiaçı həyətyanı torpaq sahəsindən mağaza tikintisinə 91 m2 torpaq sahəsi ayrılması barədə İH-in torpaqseçmə komissiyasının xx.xx.2003-cü il tarixli aktı təsdiq edilmişdir. - İş materiallarında olan Cavabdeh Başçısının xx.xx.2005-ci il tarixli, 188 nömrəli sərəncamından çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixli ərizəsi nəzərə alınmış, Cavabdeh Başçısının xx.xx.2004-cü il tarixli, 48 nömrəli sərəncamı ilə İddiaçı həyətyanı torpaq sahəsində mağaza tikintisi üçün ayrılmış 91 m2 torpaq sahəsində öz razılaşmalarına əsasən, tikinti aparmağa icazə Ağcabədi şəhər, S.Vurğun küçəsi 64 sayı evdə yaşayan X13 verilməsi, Ağcabədi şəhər Ü.Hacıbəyov prospekti 37 saylı evdə yaşayan İddiaçı adına verilmiş Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 48 saylı sərəncamı dəyişdirilərək Ağcabədi şəhər, S.Vurğun küçəsi, 64 saylı evdə yaşayan X11 adına keçirilməsi qərara alınmışdır. - Ağcabədi rayon Polis şöbəsinin xx.xx.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərara əsasən, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, torplanmış materialda cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Qərarın təsviri hissəsində göstərilmişdir ki, izahatı alınmış İddiaçı sözügedən mağazanın tikildiyi 91 kv.m torpaq sahəsini 2005-ci ildə mərhum X15 7400 ABŞ dollarına satmış, orada tikilən mağazanı onlara icarəyə verməmişdir. Hazırda da mağazanı X12 Şirinov işlədir. Ağcabədi rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı sənədlər üzrə təqdim edilmiş İddiaçı xx.xx.2021-ci il tarixli izahatına əsasən, Şirinov Rəşadla heç bir ədavət və düşmənçiliyinin olmadığını, onu mağazanı mərhum atası Vaqif Şirinova satdandan sonra tanış olduğunu bildirmiş, 2005-ci ildə ona məxsus olmuş və onun adına İcra Hakimiyyəti tərəfindən verilmiş 73 kv.m sərəncamla ona verilmişdir. Həmin mağaza atası mərhum X7 adına olmuş torpaq olmuşdur. Sonradan mərhum anası X4 adına Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli qərarı ilə X27 kitabına AN 291866 saylı nömrə ilə anasının adına sənədləşdirilmişdir. Həmin torpaq sahəsi onun adına 73 kv.m mağaza sənədləşdirilib, 2005-ci ildə həmin mağazanı sənədləri ilə birlikdə X15 7400 ABŞ dolları məbləğində pul müqabilində satmışdır və 2-3 gündən sonra ona sənəd gətirib və qol çəkmişdir, həmin vaxtdan, 2005-ci ildən həmin dükan X20 işlətmiş və hazırda oğlu X19 həmin dükanı işlədir. Hazırda həmin dükana dair hər hansı bir hüquqi sənədi yoxdur. Ona alqı-satqı müqaviləsi yoxdur. Dükanı satan zaman sənədləri mərhum Vaqif Şirinova vermişdir. Dükanı satan zaman digər şəxslər bu barədə bilməmişlər. Hazırda dükanın ona qaytarılmasını tələb edir. - İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin **********0 saylı, xx.xx.2020-ci il tarixli arayışa əsasən, Ağcabədi rayonu, Ü.Hacıbəyli, ev 37, m 0 da yerləşən mağaza təsərrüfat subyektinin olduğu yer üzrə uçota alınmışdır. - İşdə olan Cavabdeh Ağcabədi rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 17 saylı məktubuna əsasən, Ağcabədi rayon RiHB-nın sərəncam kitabına baxış keçirilərkən xx.xx.2004-cü il tarixdə 48 saylı sərəncam İddiaçı adına verilməsi barədə qeydiyyat var. Həmin sərəncamı və sərəncamın verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surəti göndərilmiş, RİHB-nın sərəncam kitabında baxış keçirilərkən X11 adına xx.xx.2005-ci il tarixdə 188 saylı sərəncam verilməsi barədə hər hansı məlumat aşkarlanmadı. - İşdə olan AR Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin İ.Hüseynovaya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 5-H-140/2-3 saylı məktubuna əsasən, əvvəlki müraciətlə bağlı toplanmış sənədlərdən müəyyən edilmişdir ki, Cavabdeh Başçısının xx.xx.2005-ci il tarixli, 188 saylı sərəncamına əsasən Ağcabədi şəhəri, Ü.Hacıbəyov prospekti (hazırda H.Əliyev prospekti) 37 saylı evdə yaşayan həyat yoldaşınız İddiaçı xx.xx.2005-ci il tarixli ərizəsi nəzərə alınmış və İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 48 saylı sərəncamı ilə İddiaçı həyətyanı torpaq sahəsində mağaza tikintisi üçün ayrılmış 91 kv.m torpaq sahəsində öz razılaşmalarına əsasən tikinti aparmağa icazə Ağcabədi şəhəri, S.Vurğun küçəsi 64 saylı evdə yaşayan X13 verilmişdir. Həmçinin məlum olmuşdur ki, qanunvericiliyin tələbinə zidd olaraq Ağcabədi Bələdiyyəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının rəyi alınmadan, habelə bələdiyyənin müvafiq iclas qərarı olmadan, hərracdan kənar 91 kv.m torpaq sahəsinin 1 il müddətinə Rəşad Şirinovun icarəsinə verilməsinə dair xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmışdır. Bununla bağlı İdarə tərəfindən sözügedən müqavilənin ləğv edilməsi üçün xx.xx.2021-ci il tarixdə Ağcabədi Bələdiyyəsinə təklif məktubu göndərilmişdir. Hazırki müraciətlə bağlı Ağcabədi Bələdiyyəsi tərəfindən təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, idarənin qeyd edilən təklif məktubu bələdiyyənin xx.xx.2021-ci il tarixli ümumi iclasmda müzakirə edilərək, Ağcabədi Bələdiyyəsi ilə Rəşad Şirinov arasında bağlanmış xx.xx.2021 -ci il tarixli müqavilə ləğv edilmişdir. - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri” Publik hüquqi şəxsi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin arxivində saxlanılan AN-291866 (kod **********1689) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və "xxxx" MMC-nin arxivində saxlanılan Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 02 saylı Qərarı və Ağcabədi şəhəri üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından X5 qeyd edilmiş hissədən çıxarışın təsdiq edilmiş surəti təqdim edilmişdir. İşin hallarından müəyyən edilmişdir ki, iddiaçı 2004-cü il tarixdə Cavabdehnə həyətyanı torpaq sahəsindən mağaza tikintisi üçün 91 m2 torpaq sahəsi ayrılması barədə müraciət etmiş və Cavabdeh Başçısının xx.xx.2004-cü il tarixli, 48 nömrəli sərəncamı ilə İddiaçı həyətyanı torpaq sahəsindən mağaza tikintisinə 91 m2 torpaq sahəsi ayrılması barədə İcra Hakimiyyətinin torpaqseçmə komissiyasının xx.xx.2003-cü il tarixli aktı təsdiq edilmişdir. Sonradan məhkəməyə müraciət edərək, Cavabdeh Başçısının xx.xx.2005-ci il tarixli, 188 nömrəli sərəncamının etibarsız hesab edilməsini və 2005-ci il tarixdə ərizə ilə heç vaxt İcra Hakimiyyətinə 91 m2 torpaq sahəsində öz razılaşmalarına əsasən, tikinti aparmağa icazə Ağcabədi şəhər, S.Vurğun küçəsi 64 saylı evdə yaşayan X13 verilməsi üçün müraciət etmədiyini, mübahisələndirilən sərəncamın saxta olmasını, Şirinov Rəşada həmin mağazanı icarəyə verdiyini bildirmişdir. Cavabdeh başçısının 28 iyul 2005-ci il tarixli, 188 saylı sərəncamının etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdeh Başçısının xx.xx.2005-ci il tarixli, 188 nömrəli sərəncamının əsli iş materiallarına təqdim edilməmiş, Cavabdeh Başçısının xx.xx.2005-ci il tarixli, 188 nömrəli sərəncamından çıxarış təqdim edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri” Publik hüquqi şəxsi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin arxivində saxlanılan AN-291866 (kod **********1689) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən və Ağcabədi şəhəri üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından görünür ki, X8 0.06 ha torpaq sahəsi Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 02 saylı Qərarı əsasında, yəni mübahisələndirilən Cavabdeh Başçısının xx.xx.2005-ci il tarixli, 188 nömrəli sərəncamından sonra verilmişdir. İşdə olan məhkəmənin sorğusu əsasında göndərilmiş Ağcabədi rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 14 nömrəli məktubundan və ona əlavə olunmuş xx.xx.2005-ci il tarixli, 188 nömrəli sərəncamdan görünür ki, Ağcabədi rayon Dövlət Arxivində Cavabdeh Başçısı tərəfindən 188 nömrə ilə verilmiş yalnız xx.xx.2005-ci il tarixli, 188 nömrəli sərəncam mövcuddur və həmin sərəncamla X2 28 May küçəsində yerləşən 5,5x3.85 metr metal köşkün sökülüb yenidən mişar daşından tikintisinə icazə verilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(106)-323/20023 nömrəli qərardadının əsaslandırma hissəsində aşağıdakılar qeyd edilmişdir: “Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mübahisələndirilən Cavabdeh başçısının 28 iyul 2005-ci il tarixli, 188 nömrəli sərəncamının mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən tam dolğun araşdırılmamışdır. Belə ki, birinci instansiya məhkəməsindəki icraat zamanı tərtib edilmiş məhkəmə iclas protokollarının heç birindən mübahisələndirilən Cavabdeh başçısının 28 iyul 2005-ci il tarixli, 188 nömrəli sərəncamına baxış keçirilməsi müəyyən olunmur, işdə olan isə adi surətdir. Həmçinin birinci instansiya məhkəməsindəki icraat zamanı məhkəmə sorğusuna cavab olaraq mübahisələndirilən sərəncamın mövcud olması nə cavabdeh inzibati orqanda, nə də Ağcabədi rayon Dövlət Arxivində müəyyən edilməmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli iclasında İddiaçı nümayəndəsi vəkil Nümayəndə bildirdi ki, birinci instansiya məhkəməsində icraat zamanı mübahisələndirilən sərəncamın əsli və ya təsdiq edilmiş surəti üçüncü şəxs X19 tərəfindən məhkəməyə təqdim edilməmiş, belə ki, hakim tərəfindən dəfələrlə mübahisələndirilən sərəncamın üçüncü şəxsdə olan nüsxəsinin əslinin məhkəməyə təqdim edilməsi təklif edilsə də, üçüncü şəxs X19 tərəfindən mübahisələndirilən sərəncamın onda olan nüsxəsinin əsli məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə mübahisələndirilən sərəncamın mövcudluğu araşdırılmalı, əgər mövcuddursa, onun əsli və ya təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməlidir. Əgər mübahisələndirilən sərəncam mövcud deyildirsə, hazırkı iddia tələbinə baxılması mümkünsüzdür. Belə olan təqdirdə iddiaçının hüquqi marağı nəzərə alınaraq iddiaçıya hüquqi yardım göstərilməlidir. Mübahisələndirilən sərəncamın mövcudluğu müəyyən edilərsə, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam dolğun müəyyən etməli, o cümlədən mübahisələndirilən sərəncamın icra edilib-edilməməsini, icra edildiyi təqdirdə hansı qaydada icra edilməsini, mübahisəli mağazanın hansı tarixdə, hansı qaydada, hansı sərəncamın icrası ilə əlaqədar tikilməsi, hansı hüquqi əsaslarla və kim tərəfindən tikilməsi müəyyən edilməlidir. İşə yenidən baxarkən birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddiaçının tələbini və tələbinin əsaslarını müəyyən etməli, iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranarsa, iddiaçıya hüquqi yardım göstərməlidir. İşin faktiki hallarına uyğun olaraq iddiaçının hüquqi marağı, həmçinin iddianın növü düzgün şəkildə müəyyən edilməlidir. İddiaçının hüquqi marağı işin faktiki hallarından, mübahisələndirilən inzibati aktın icra edilib-edilməməsindən, icra edildiyi təqdirdə hansı qaydada icra edilməsindən asılı olaraq dəyişə bilər. Belə ki, mübahisələndirilən sərəncamın mövcudluğu müəyyən edilərsə, iddiaçı mübahisələndirmə barədə iddia qaldıra bilər, belə olan təqdirdə iddiaçı tərəfindən iddia qaldırılarkən iddia müddətinə riayət edilib-edilməməsi ilə bağlı iddianın mümkünlüyünə qiymət verilməlidir. Əgər mübahisələndirilən inzibati aktın artıq icra olunduğu müəyyən edilərsə, iddiaçının müvafiq hüquqi marağı müəyyən edilməli, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia növü vasitəsi ilə iddiaçının artıq icra olunmuş inzibati aktın qanunsuz sayılması barədə iddia qaldırmaq hüququ barədə iddiaçıya hüquqi yardım edilməli, həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinə əsasən inzibati aktın hansı hallarda etibarsız sayılması barədə hallar iddiaçının nəzərinə çatdırılmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə baxarkən bu halları dolğun aydınlaşdırmamışdır.” Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını yuxarıda qeyd edilən hüquq normaları ilə yanaşı aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 65.3-cü maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi mübahisələndirmə haqqında iddia onunla səciyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın özəlliyi ondadır ki, iddianı təmin edən məhkəmə qərarı dəyişdirici təsirə malik olur. Yəni belə bir məhkəmə qərarı inzibati aktın yaratdığı hüquqi nəticələri aradan qaldırmaqla, bilavasitə hüquqi vəziyyəti dəyişdirir. Hazırda İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının xx.xx.2005-ci il tarixli, 188 saylı sərəncamının etibarsız hesab edilməsini məhkəmədən tələb edir. Hazırki iddia müahisələndirmə haqqında iddia növünə aiddir və həmin iddia ilə mübahisələndirilən inzibati akt (sərəncam) nə cavabdeh inzibati orqanda, nə də Ağcabədi rayon Dövlət Arxivində müəyyən edilməmişdir. Bundan başqa işdə olan məhkəmənin sorğusu əsasında göndərilmiş Ağcabədi rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 14 nömrəli məktubundan və ona əlavə olunmuş xx.xx.2005-ci il tarixli, 188 nömrəli sərəncamdan görünür ki, Ağcabədi rayon Dövlət Arxivində Cavabdeh Başçısı tərəfindən 188 nömrə ilə verilmiş yalnız xx.xx.2005-ci il tarixli, 188 nömrəli sərəncam mövcuddur və həmin sərəncamla X2 28 May küçəsində yerləşən 5,5x3.85 metr metal köşkün sökülüb yenidən mişar daşından tikintisinə icazə verilmişdir. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 23 may 2024-cü il tarixli və 11 iyul 2024-cü il tarixli, 2-1(120)-2491/2024 nömrəli hüquqi yardım məktubları ünvanlanaraq, Cavabdehnə qarşı Cavabdeh başçısının xx.xx.2005-ci il tarixli, 188 saylı sərəncamının əslinin məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı tələb olunan sübutları təqdim etməmişdir. İddiaçıya məhkəmə prosesləri zamanı da qanunvericiliyin tələbləri izah olunmuşdur. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, mübahisələndirilən sərəncam (inzibati akt) mövcud olmadığından hazırki iddia mümkün sayılmamalıdır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçının hazırkı iddiası mümkün iddia deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının xx.xx.2005-ci il tarixli, 188 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamalıdır. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 50 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının xx.xx.2005-ci il tarixli, 188 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar