Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-25/2021 24.06.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 (Şrvan şəhəri, Energetik küçəsi, ev 9-da yaşayış yeri üzrə qeydiyyatda olan), İddiaçı nümayəndəsi və vəkili X3 (Bakı şəhəri, Qara Qarayev prospekti, ev 39, mənzil 114-də yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X4 (Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 152, mənzil 111-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı 20.06.2019-cu il tarixli, **********7798200 nömrəli qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı cəmi 212177,37 manat, o cümlədən əsas vergi borcu üzrə 154372,89 manat, faiz borcu üzrə 57644,48 manat, maliyyə sanksiyası üzrə 160 manat borc olmasına dair tələbin icraya yönəldilməsi haqqında 01.07.2019-cu il tarixli, **********617800 nömrəli, 18245,19 manat hesablanmasına dair (2017-ci ilin may ayı üzrə ƏDV) 19.06.2019-cu il tarixli, **********197300 saylı, 27848,37 manat (2017-ci il üzrə mənfəət vergisi) hesablanmasına dair 19.06.2019-cu il tarixli, **********187600 saylı, 827,30 manat hesablanmasına dair (2017-ci ilin dekabr ayı üzrə ƏDV) 20.06.2019-cu il tarixli, **********798200 saylı, 11.694,63 manat (2017-ci ilin avqust ayı üzrə ƏDV) hesablanmasına dair 20.06.2019-cu il tarixli, **********801700 saylı, 783,30 manat (2017-ci ilin noyabr ayı üzrə ƏDV) hesablanmasına dair 20.06.2019-cu il tarixli, **********795100 saylı, 6845,1 manat (2017-ci ilin iyun ayı üzrə ƏDV) hesablanmasına dair 24.06.2019-cu il tarixli, **********849800 saylı, 2520,03 manat (2017-ci ilin noyabr ayı üzrə ƏDV) hesablanmasına dair 24.06.2019-cu il tarixli, **********850200 saylı, 3281,09 manat (2017-ci ilin aprel ayı üzrə ƏDV) hesablanmasına dair 24.06.2019-cu il tarixli, **********872000 saylı, 51368,84 manat (2016-cı ilin dekabr ayı üzrə ƏDV) hesablanmasına dair 24.06.2019-cu il tarixli, **********093200 saylı, 12989,76 manat (2017-ci il üzrə mənfəət) hesablanmasına dair 25.06.2019-cu il tarixli, **********766800 saylı, 24,63 manat (2017-ci il üzrə mənfəət) hesablanmasına dair 27.06.2019-cu il tarixli, **********805300 saylı qərarların qanunsuz və əsassız hesab edilməsi və ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4.-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan İddiaçı nümayəndəsi və vəkili X6 iddia tələbinin həcminin azaldılması barədə ərizəni məhkəməyə təqdim edərək, iddia tələbinin İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı 20.06.2019-cu il tarixli, **********7798200 nömrəli qərarın ləğv edilməsi kimi qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 24.06.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X6 izahat verərək bildirdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi İddiaçınə 20.06.2019-cu il tarixli, **********7798200 nömrəli qərarla 827,30 manat əlavə vergi haqqı hesablamışdır. Vergilərin hesablanmasına əsas kimi vergi orqanı təsdiqləyici sənədlər təqdim olunmama səbəbi olaraq kameral hesablanmış vergi məbləğləri azaldıldığı üçün bərpa edilməsi olmuşdur. Hesablanmış vergi məbləği ümumiyyətlə əsassızdır, qanunsuzdur və tələb edilə bilməz. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X7 izahat verərək bildirdi ki, iddiaçının iddia tələbi, arqumentləri və dəlilləri əsassızdır. Eyni zamanda bildirdi ki, iddiaçı tərəfindən mübahisələndirilən 20.06.2019-cu il tarixli, **********7798200 nömrəli qərardan başqa digər qərarlar hüquqi qüvvəsini itirdiyindən hazırda qüvvədə deyildir. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddianın əsaslılığı : İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı cavabdehin qərarı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. Mübahisəli qərar 20.06.2019-cu ildə qəbul olunmuş, iddiaçı 18.07.2019-cu ildə poçt vasitəsi ilə iddia ərizəsini məhkəməyə göndərmişdir. Mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür. Məhkəmənin qənaətinə görə mübahisələndirilən 20.06.2019-cu il tarixli, **********7798200 nömrəli qərar qanunazidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu üçün iddiaçı həmin əlverişsiz inzibati aktın ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materialında olan 20.06.2019-cu il tarixli, **********7798200 nömrəli qərarın təsdiq edilmiş surətindən görünür ki, İddiaçınə 827,30 manat əlavə dəyər vergisi hesablanmışdır. İş materialında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin 19.09.2019-cu il tarixli, **********372400 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı MMC-i 11.10.2016-cı il tarixdə vergi ödəyicisi kimi onlayn qaydada dövlət qeydiyyatına alınmış, əsas fəaliyyət növü “digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi”ndən ibarət olmuş, 19.10.2016cı il tarixdən ƏDV qeydiyyatına alınmış və ƏDV-nin ödəyicisidir. Cəmiyyətin Şirvan şəhəri, Z.Hacıyev keçəsində yerləşən əsas sahəsi 67,16 kv.m. olan obyekti 18.10.2016-cı il tarixdən vergi orqanında qeydiyyata alınmışdır. İddiaçının iddia ərizəsində vergi orqanı tərəfindən vergi qanunvericiliyinin tələbləri pozulmaqla əsassız hesablamalar aparması barədə qeydləri tamamilə əsassızdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanı bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək hüququna malikdir. Həmin Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. İlk öncə qeyd etmək istəyirik ki, iddiaçının ərizəsində göstərdiyi 212177,37 manat borcun hesablanmasına dair 01.07.2019-cu il tarixli Qərar” “İnzibati icraat haqqında” qanunun 82-ci maddəsinə əsaslanaraq qəbul edilmiş pul tələbinin ödənilməsi ilə bağlı Qərardır. “İnzibati icraat haqqında” qanunun 82.2ci maddəsinə əsasən İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Cavabdeh inzibati orqan tərəfindən qərar qəbul olunarkən hər hansı qanun pozuntusuna yol verilməmiş, iddiaçının qərarda qeyd olunan tarixə mövcud olan vergi borcunun (vergilər üzrə 154372,89 manat, hesablanmış faizlər üzrə 57644,48 manat, tətbiq edilmiş maliyyə sanksiyası üzrə 160,00 manat) ödənilməsinin təmin edilməsi məqsədilə 01.07.2019-cu il tarixli **********617800 nömrəli “Tələbin icraya yönəldilməsi barədə” Qərar qəbul edilmiş və məcburi icra olunması üçün Şirvan şəhər İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bundan başqa, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində mübahisələndirdiyi “Vergilərin hesablanması barədə” qərarlar ilə əlaqədar bildiririk ki, 2016-cı ilin dekabr ayı üzrə vergi ödəyicisi tərəfindən vergi tutulan dövriyyənin 01.04.2017-ci il tarixdə təqdim etdiyi bəyannamədə 293877.42 manat göstərdiyi halda, həmin dövr üçün 21.05.2019-cu il tarixdə dövriyyənin azalmasını təsdiq edən sənədlər təqdim etmədən vergi tutulan dövriyyə 8495.0 manat qeyd edilərək vergilərin 285382.42 manat azaldılması aşkar edilmiş vergi ödəyicisinə 24.05.2019-cu il tarixli **********755800 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubla zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən əsaslandırılmış izahat məktubu və ya təsdiq edən sənədlər təqdim edilmədiyi üçün vergi orqanının 24.06.2019-cu il tarixli **********093200 nömrəli “Vergilərin hesablanması barədə” Qərarı ilə 51368.84 manat ƏDV üzrə əlavə vergi məbləği kameral qaydada hesablanmışdır. 2017-ci ilin aprel ayı üzrə aşkar edilmiş uyğunsuzluqla əlaqədar vergi ödəyicisinə 01.06.2017-ci il tarixli **********394100 saylı, 22.05.2019-cu il tarixli **********369100 saylı və 24.05.2019-cu il tarixli **********755800 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktublar göndərilərək əsaslandırılmış yazılı izahat və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması tələb olunmuşdur. Cəmiyyət tərəfindən müvafiq izahat məktubu və təsdiqedici sənədlər təqdim edilmədiyi üçün 24.06.2019-cu il tarixli **********872000 nömrəli “Vergilərin hesablanması barədə” Qərarla 3281.09 manat ƏDV üzrə əlavə vergi məbləği hesablanmışdır. 2017-ci ilin may ayı üçün vergi ödəyicisi tərəfindən 21.05.2019-cu il tarixdə vergi tutulan dövriyyə 85050.25 manat göstərilmişdir. Təqdim edilmiş vergi bəyannaməsinin kameral yoxlaması zamanı müəyyən edilmiş uyğunsuzluqla əlaqədar vergi ödəyicisinə 24.05.2019-cu il tarixli **********755800 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilərək əsaslandırılmış yazılı izahat və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən əsaslandırılmış izahat məktubu və ya təsdiq edən sənədlər təqdim edilmədiyi üçün vergi orqanı tərəfindən vergi tutulan dövriyyə 186417.78 manat müəyyən edilərək 19.06.2019-cu il tarixli **********197300 nömrəli “Vergilərin hesablanması barədə” Qərarla ƏDV üzrə 18245.19 manat əlavə vergi məbləği kameral vergi yoxlaması ilə hesablanmışdır. 2017-ci ilin iyun ayı üzrə vergi ödəyicisi tərəfindən 05.09.2017-ci il tarixdə təqdim edilmiş ƏDV bəyannaməsinin kameral yoxlanması zamanı müəyyən edilmiş uyğunsuzluqla əlaqədar 24.05.2019-cu il tarixli **********755800 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” əsaslandırılmış yazılı izahat və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən əsaslandırılmış izahat məktubu və ya təsdiq edən sənədlər təqdim edilmədiyi üçün vergi tutulan dövriyyə 136619.51 manat müəyyən edilərək vergi orqanı tərəfindən 24.06.2019-cu il tarixli **********849800 nömrəli “Vergilərin hesablanması barədə” Qərarla 6845.10 manat ƏDV üzrə əlavə vergi məbləği kameral qaydada hesablanmışdır. 2017-ci ilin avqust ayı üzrə vergi ödəyicisi tərəfindən 10.10.2017-ci il tarixdə dövr üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin kameral yoxlaması zamanı müəyyən edilmiş uyğunsuzluqla əlaqədar 24.05.2019-cu il tarixli **********755800 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” əsaslandırılmış yazılı izahat və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən əsaslandırılmış izahat məktubu və ya təsdiq edən sənədlər təqdim edilmədiyi üçün vergi tutulan dövriyyə 226723.78 manat müəyyən edilərək vergi orqanı tərəfindən 20.06.2019-cu il tarixli **********801700 nömrəli “Vergilərin hesablanması barədə” Qərarla 11649.63 manat ƏDV üzrə əlavə vergi məbləği kameral qaydada hesablanmışdır. 2017-ci ilin noyabr ayı üzrə vergi ödəyicisi tərəfindən 22.01.2018-ci il tarixdə vergi tutulan dövriyyə 14000.0 manat göstərilmişdir. Vergi ödəyicisi tərəfindən 21.05.2019-cu il tarixdə həmin dövr üçün dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmiş və vergi tutulan dövriyyənin 14000.00 manat, MÖMV üzrə isə 783.3 manat vergilərin azaldılması qeyd edilmişdir. Vergi bəyannaməsinin kameral yoxlanması zamanı aşkar edilmiş uyğunsuzluqla əlaqədar vergi ödəyicisindən 24.05.2019-cu il tarixli **********755800 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubla əsaslandırılmış yazılı izahat və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən əsaslandırılmış izahat məktubu və ya təsdiq edən sənədlər təqdim edilmədiyi üçün vergi orqanı tərəfindən 24.06.2019-cu il tarixli **********850200 nömrəli “Vergilərin hesablanması barədə” Qərarla 2520.00 manat ƏDV üzrə, 783.3 manat isə MÖMV üzrə əlavə vergi məbləğləri kameral qaydada hesablanmışdır. Müəssisənin 2017-ci ilin mənfəət vergisi üzrə vergiyə cəlb edilən gəliri 1964976.97 manat olmuş, mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli Qərarı tətbiq edilməklə 19.06.2019cu il tarixli **********187600 nömrəli və 25.06.2019-cu il tarixli **********766800 nömrəli “Vergilərin hesablanması barədə” Qərarlarla ümumilikdə 40862.76 manat mənfəət vergisi üzrə kameral qaydada əlavə vergi məbləğləri hesablanmışdır. İş materialında olan Şirvan şəhər Məhkəməsinin 06.02.2020-ci il tarixli, 1(032)- 01/2020 nömrəli hökmünün təsdiq olunmuş surətindən görünür ki, X5 Azərbaycan Respublikasının CM-nin 213.1-ci maddəsi ilə təqsirsiz bilinərək, CPM-in 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığından ona bəraət verilmş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. İş materialında olan Məhkəmə Ekspertiza Mərkəzinin 07.04.2021-ci il tarixli, 9/4475 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, vergi qanunvericiliyinin tələbləri nəzərə alınmaqla iş materiallarında olan sənədlərə (kassa çekləri, VHF-lər, qaimə fakturalar, yük gömrük bəyannamələri, bəyannamələr və s.) əsasən 19.06.2019-cu il tarixli, **********197300 saylı, 19.06.2019-cu il tarixli, **********187600 saylı, 20.06.2019-cu il tarixli, **********798200 saylı, 20.06.2019-cu il tarixli, **********801700 saylı, 20.06.2019-cu il tarixli, **********795100 saylı, 24.06.2019-cu il tarixli, **********849800 saylı, 24.06.2019cu il tarixli, **********850200 saylı, 24.06.2019-cu il tarixli, **********872000 saylı, 24.06.2019-cu il tarixli, **********093200 saylı, 25.06.2019-cu il tarixli, **********766800 saylı, 27.06.2019-cu il tarixli, **********805300 saylı qərarlar üzrə vergi borcunun düzgün hesablanmaması və İddiaçı MMC tərəfindən 2016-cı ilin noyabr-2017-ci ilin dekabr ayları üzrə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergi borcunun 13094,09 manat məbləğində olması müəyyən olunur, o cümlədən: -mənfəət vergisi üzrə borc -12.947,09 manat, -ÖMV üzrə-21,00 manat, -MÖMV üzrə 126 manat, -ƏDV üzrəborc yoxdur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Konstitusiyanın 73-cü maddəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.9-cu maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. 23.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək (maddə 23.1.1), qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır (maddə 23.1.5). 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar (maddə 36.2). 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halları və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məhkəmə iş materiallarında olan sübutlarla müəyyən etdi ki, İddiaçı MMC-i 11.10.2016-cı il tarixdə vergi ödəyicisi kimi onlayn qaydada dövlət qeydiyyatına alınmış, əsas fəaliyyət növü “digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi”ndən ibarət olmuş, 19.10.2016-cı il tarixdən ƏDV qeydiyyatına alınmış və ƏDV-nin ödəyicisidir. Cəmiyyətin Şirvan şəhəri, Z.Hacıyev keçəsində yerləşən əsas sahəsi 67,16 kv.m. olan obyekti 18.10.2016-cı il tarixdən vergi orqanında qeydiyyata alınmışdır. Sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 20.06.2019-cu il tarixli, **********7798200 nömrəli qərarı ilə İddiaçınə 827,30 manat əlavə dəyər vergisi hesablanmışdır. İş materiallatına əlavə edilmiş 07.04.2021-ci il tarixli, 9/4475 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ...“vergi qanunvericiliyinin tələbləri nəzərə alınmaqla iş materiallarında olan sənədlərə (kassa çekləri, VHF-lər, qaimə fakturalar, yük gömrük bəyannamələri, bəyannamələr və s.) əsasən İddiaçı MMC-in ƏDV üzrə-borc yoxdur.” Məhkəmə iş materiallarında Məhkəmə Ekspertiza Mərkəzinin 07.04.2021-ci il tarixli, 9/4475 nömrəli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən inzibati akt (20.06.2019-cu il tarixli) qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Beləliklə, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin 20.06.2019-cu il tarixli, **********7798200 nömrəli qərarı ləğv edilməlidir. İPM-in 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən prosessual xərclər (ekspertiza xərci) cavabdehdən tutulmalıdır. İPM-in 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. İPM-in 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin 20.06.2019-cu il tarixli, **********7798200 nömrəli qərarı ləğv edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 145 (bir yüz qırx beş) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22. Hesab № AZ43CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-25/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-25/2021
24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver