Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-25/2022 23.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı İcbari Tibbi Sığorta üzrə X15 Ərazi Bölmələrini İdarəetmə Birliyi "xxxx" X17 nümayəndəsi X7 və nümayəndəsi və vəkili X2, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı İcbari Tibbi Sığorta üzrə X15 Ərazi Bölmələrini İdarəetmə Birliyi "xxxx" X17 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «hesablaşma hesabından əsassız və qanunsuz silinmiş 11252,58 manat məbləğində pul vəsaitinin "xxxx" X17 Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialında olan hesablaşma hesabına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati işə 23 dekabr 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "xxxx" X20 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X17in hesablaşma hesabından əsassız və qanunsuz silinmiş 11252,58 manat məbləğində pul vəsaitinin "xxxx" X17 Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialında olan hesablaşma hesabına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bundan əlavə məhkəmənin qərardadı ilə iş üzrə üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 6 saylı Vergilər Baş İdarəsi 05 fevral 2020-ci il tarixli AS **********1 nömrəli Sərəncamına əsasən Azərbaycan Beynəlxalq Bankının Lənkəran filialından 11252 (on bir min iki yüz əlli iki) manat 58 qəpik məbləğində vəsaiti Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən yaradılmış “Lənkəran RMX” PHŞ-nin hüsablaşma hesabından əsassız və qanunsuz olaraq məlumatlandırmadan silmişdir. Lənkəran Mərkəzi Rayon Xəstəxanası büdcə təşkilatı olduğundan 01 yanvar 2020-ci il tarixə kimi Lənkəran şəhər Maliyyə İdarəsi tərəfindən maliyyələşmə əməliyyataları aparılmışdır. Lənkəran Mərkəzi Rayon Xəstəxanası tərəfindən Maliyyə İdarəsindən təyinatlar üzrə daxil olan vəsaitlərin 1-2 gün ərzində təyinatlar daxilində tibb işçilərinin əmək haqlarına, əmək haqqıya bərabər tutulmuş xərclərə və digər podradçı təşkilatlara sənədlər əsasında ödənişlər aparılması təmin edilir. Belə olan halda Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ 6 saylı Ərazi Vergilər Baş İdarəsinə vergi və digər borcları ola bilməz. Bununla əlaqədar 12 fevral 2020-ci il tarixli, 119 saylı məktubla 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət olunmuş və xahiş edilmişdir ki, əsası olmayan, kökü bilməyən hesablarından silinən 11252,58 manat borcun yaranma səbəbləri haqqında iddiaçıya məlumat versinlər. 26 fevral 2020-ci il tarixdə 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məktuba cavab olaraq göstərilmişdir ki, şəxsi hesab vərəqəsinin xx.xx.2020-ci il tarixə olan göstəricilərinə əsasən "xxxx" X17 sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə borcu yoxdur. Əlavə olaraq bildirilmişdir ki, müraciətinizdə qeyd etdiyiniz borcların yaranma səbəbləri araşdırılır və nəticəsi barədə Sizə məlumat veriləcəkdir. 05 marat 2020-ci il tarixdə 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dəvət olunma barədə məktuba əsasan ərizənin araşdırılması məqsədi ilə 16 mart 2020-ci il tarixdə saat 11:30-da 6 saylı Ərazi Vergitər Baş İdarəsinə dəvət olunmuşlar. Etibarnamə əsasında baş mühasib X10 büdcə bocunun araşdırılması məqsədi ilə nümayəndə kimi iştirak etmişdirr. Lakin 6 savlı Ərazi Vergilər Baş İdarəsi tərəfindən «Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X17 hesabından əsassız silinmiş bocun araşdırılması mümkün olmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə iddiaya qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Lənkəraı Rayon Mərkəzi Xəstəxanası” X20 Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 6 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə iddiaçının hesablaşma hesabından əsassız və qanunsuz silinmiş 11252,58 manat məbləğində pulun iddiaçının Azərbaycan Respublikası Beynəlxalq Bankın Lənkəran filialında olan hesablaşma hesabına qaytarılması vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Aşağıda qeyd olunan səbəblərdən hesab edirlər ki, iddia ərizəsi üzrə iddia tələbi tam əsassızdır: iddiaçı iddia ərizəsində qeyd edir ki, “Cavabdehin xx.xx.2020-ci il tarixli, AS **********1 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Beynəlxalq Barıkın Lənkəran filialından 11252,58 manat məbləğində vəsait iddiaçının hesabından əsassız və qanunsuz olaraq məlumatlandırmadan silinmişdir”. Bununla əlaqədar olaraq bildirirlər ki, iddiaçının xx.xx.2020-ci il tarixə ümumilikdə 11252,58 manat (o cümlədən muzdlu və qeyri muzdlu işdən əldə edilən gəlirlər üzrə 11023,04 manat, faizlər üzrə 229,54 manat) borcunun ödənilməsinə dair vergi ödəyicisinə “Muzdlu və qeyri muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair” bildiriş göndərilmiş, Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən göstərilən borcların 5 gün müddətində ödənilməsi tələb edilmişdir. Bildirişdə qeyd olunan müddətdə borc ödənilmədiyinə görə Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi ödəyicisinin bank hesabına sərəncam qoyulmuşdur. Digər tərəfdən, iddia ərizəsinin əsassız və qanunsuzluğu ilə bağlı onu da qeyd edirlər ki, iddiaçı iddia ərizəsində iddia tələbinin hüquqi əsası kimi Mülki Prosessual Məcəllənin 297.1-ci maddəsinə və 300.1-ci maddəsinə istinad etmişdir. Halbuki sözügüedən maddələr qüvvədən düşmüşdür. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi X12, nümayəndəsi və vəkili X5 və cavabdehin nümayəndəsi X6 gəlmiş, üçüncü şəxsin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X12 və nümayəndəsi və vəkili X5 iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdilər. İddiaçının nümayəndəsi X12 əlavə olaraq bildirdi ki, iddiaçının hesablaşma hesabından silinmiş 11252,58 manat pul vəsaitinin xx.xx.2018-ci il tarixə yaranmış 6709,11 manat penya borcu olduğunu, həmin məbləğin xx.xx.2019-cu il tarixə artırılaraq 11252,58 manat hesablandığını, xx.xx.2018-ci il tarixdən qüvvəyə minmiş “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Qanununun 3.0.1-ci maddəsinə əsasən silinməsi nəzərdə tutulan məbləğ olmasına baxmayaraq DSMF Lənkəran rayon şöbəsi tərəfindən həmin borcun silinməsi təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazın məzmununa uyğun izahat verərək iddiaçının hesablaşma hesabından silinmiş 11252,58 manat pul vəsaitinin xx.xx.2018-ci il tarixə yaranmış penya borcu olmasına baxmayaraq “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Qanununun 3.0.1-ci maddəsinin tələbinə əsasən 2018-ci ilin aprel-may aylarında həmin borcun 10 faizinin ödənildiyi təqdirdə qalan penya borcunun silinməli olduğunu, lakin iddiaçı tərəfindən həmin vaxt Qanunun bu tələbinə əməl olunmadığını bildirdi və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. İş materiallarında olan 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********0 nömrəli bildirişin surətindən görünür ki, xx.xx.2020-ci il tarixə dövlət büdcəsinə yaranmış 11252,58 manat, o cümlədən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 11023,04 manat, faizlər üzrə 229,54 manat vergi borcunun Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən 5 gün müddətində ödənilməsi "xxxx" X17dən tələb olunmuşdur. İş materiallarından, o cümlədən işdə olan xx.xx.2020-ci il tarixli, **********1AS nömrəli sərəncamın surətindən və iddiaçı təşkilatın cavabdeh inzibati orqana ünvanladığı xx.xx.2020-ci il tarixli, 119 nömrəli məktubundan görünür ki, dövlət büdcəsinə yaranmış 11252,58 manat borcunun ödənilməsini təmin etmək məqsədilə 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən "xxxx" X17 Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialında olan hesablaşma hesabına sərəncam verilmiş, bank tərəfindən 11252,58 manat məbləğində pul vəsaiti iddiaçının hesabından dövlət nəfinə silinmişdir. İş materiallarından, o cümlədən işdə olan iddiaçı təşkilatın cavabdeh inzibati orqana ünvanladığı xx.xx.2020-ci il tarixli 119 nömrəli, cavabdeh inzibati orqanın ƏƏSMN yanında DSMF Lənkəran şəhər şöbəsinə ünvanladığı “sosial sığorta haqları üzrə yaranmış borc barədə məlumatın verilməsi haqqında”, DSMF Lənkəran şəhər şöbəsinin vergi orqanına ünvanladığı 18 may 2020-ci il tarixli **********4 nömrəli məktublardan və sonuncu məktuba əlavə edilmiş cədvəldən görünür ki, "xxxx" X20 11252,58 manat məbləğində hesablanmış borca etirazını bildirmiş, cavabdeh inzibati orqanın sərəncamına əsasən hesablaşma hesablarından silinmiş həmin vəsaitin geri qaytarılmasını tələb etmiş, həmçinin, qeyd olunan borc məbləğinin yaranma tarixi və səbəbi barədə məlumatın verilməsini vergi orqanından xahiş etmiş, bununla əlaqədar cavabdeh inzibati orqan DSMF Lənkəran şəhər şöbəsinə sorğu ilə müraciət etmiş, DSMF Lənkəran şəhər şöbəsinin vergi orqanına ünvanladığı 18 may 2020-ci il tarixli **********4 nömrəli cavab məktubuna əlavə edilmiş cədvəldə "xxxx" X17 11252,58 manat məbləğində hesablanmış borcunun sosial sığorta haqları üzrə yaranmış 11023,04 manat əsas və 229,54 manat faiz borcundan ibarət olduğu bildirilmişdir. İş materiallarında olan 6 saylı Ərazi Vergilər Baş İdarəsinin "xxxx" X16 ünvanladığı xx.xx.2020-ci il tarixli, **********786100 nömrəli və iddiaçı təşkilatın cavabdeh inzibati orqana ünvanladığı xx.xx.2020-ci il tarixli, 2/2-188 nömrəli məktublardan görünür ki, vergi orqanı "xxxx" X17in xx.xx.2020-ci il tarixə sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcunun olmadığını bildirmiş, lakin iddiaçı cavabdehin məktubunda göstərilən tarixlə razılaşmayaraq "xxxx" X17in xx.xx.2020-ci il tarixə deyil, xx.xx.2020-ci il tarixə sosial sığorta və işsizlikdən sığorta haqları üzrə bocunun olmadığını bildirmiş və hesablaşma hesablarından silinmiş 11252,58 manat pul vəsaitinin 05 mart 2020-ci il tatixə kimi geri qaytarılmasını tələb etmişdir. İş materiallarında olan "xxxx" X17 məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, PHŞ/658-2-2022-886 nömrəli məktubunda hesablaşma hesabından silinmiş 11252,58 manat pul vəsaitinin xx.xx.2018-ci il tarixə yaranmış 6709,11 manat penya borcu olduğunu, həmin məbləğin xx.xx.2019-cu il tarixə artırılaraq 11252,58 manat hesablandığını, xx.xx.2018-ci il tarixdən qüvvəyə minmiş “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Qanununun 3.0.1-ci maddəsinə əsasən silinməsi nəzərdə tutulan məbləğ olmasına baxmayaraq DSMF Lənkəran rayon şöbəsi tərəfindən həmin borcun silinməsinin təmin edilmədiyini bildirmişdir. İddiaçı iddia ərizəsində və ona əlavə edilmiş sənədlərdə qeyd etdiyi dəlillərlə cavabdeh inzibati orqanın sərəncamına əsasən hesablaşma hesablarından 11252,58 manat məbləğində pul vəsaitinin əsassız və qanunsuz olaraq silindiyini, həmin vəsaitin geri qaytarılmalı olduğunu bildirmiş, cavabdeh təşkilat isə iddiaya qarşı etirazında həmin dəlillərin əsassız olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.2-ci maddəsinin tələbinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - “xx.xx.2020-ci il tarixli, **********0 nömrəli bildirişdə "xxxx" X16 muzdlu və qeyrimuzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə borc (11252,58 manat) düzgün hesablanmışdırmı? - Əgər qeyd edilən borc düzgün hesablanmamışdırsa, onda "xxxx" X17 məcburi dövlət sosial sığorta haqları üzrə borcu nə qədər olmuşdur? - Həmin borc hansı tarixdən yaranmışdır? (illər üzrə yaranmış borc ayrı-ayrılıqda göstərilməklə)”. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 24 avqust 2021-ci il tarixli, 9/4651 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: “təqdim edilmiş iş materiallarına əsasən xx.xx.2020-ci il tarixli, **********0 nömrəli bildirikdə “Lənkəran Rayon X8 Hüquqi Şəxsinə muzdlu və qeyrimuzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə hesablanmış 11252,58 manat borc məbləğinin düzgün hesablanıb-hesablanmamasını və eyni zamanda hansı məbləğdə hesablanmalı olduğunu mövcud sənədlər əsasında müəyyən etmək mümkün deyil. Lakin qeyd edilir ki, yuxarıda göstərilənləri nəzərə alaraq mövcud iş materiallarında olan Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 2017-2019-cu illər üzrə ƏSMF-na hesablanan və ödənilən vəsaitlər haqqında məlumatlar məhkəmə tərəfindən nəzərə alındığı təqdirdə “Lənkəran Rayon X8 Hüquqi Şəxs tərəfindən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə yayınma aşkar edilməmişdir. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 avqust 2021-ci il tarixli, 9/4651 saylı ekspert rəyi ilə razılaşmamış və bu barədə vəsatətlə məhkəməyə müraciət edərək, ekspert rəyində qoyulmuş suallara tam cavab verilmədiyini və təkrar ekspertizanın aparılmasının zəruriliyini irəli sürmüşdür. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - xx.xx.2020-ci il tarixli, **********0 nömrəli bildirişdə "xxxx" X16 muzdlu və qeyrimuzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə borc (11252,58 manat) düzgün hesablanmışdırmı? - Əgər qeyd edilən borc düzgün hesablanmamışdırsa, onda "xxxx" X17 məcburi dövlət sosial sığorta haqları üzrə borcu nə qədər olmuşdur? - Həmin borc hansı tarixdən yaranmışdır? (illər üzrə yaranmış borc ayrı-ayrılıqda göstərilməklə). - "xxxx" X21 tərəfindən təqdim olunmuş muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqları bəyannaməsi üzrə hesablanmış 11252,58 manata münasibətdə nə qədər ödəniş həyata keçirilmişdir. - Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqları ödənişləri qanunla müəyyən olunmuş müddətdə həyata keçirilmişdirmi? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 19 avqust 2022-ci il tarixli, 9/3614 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: “təqdim edilmiş iş materiallarına əsasən xx.xx.2020-ci il tarixli, **********0 nömrəli bildirişdə “Lənkəran Rayon X8 Hüquqi Şəxsinə muzdlu və qeyrimuzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə hesablanmış 11252,58 manat borc məbləğinin düzgün hesablanıb-hesablanmamasını və eyni zamanda hansı məbləğdə hesablanmalı olduğunu mövcud sənədlər əsasında müəyyən etmək mümkün deyil. Lakin qeyd edilir ki, mövcud iş materiallarında olan Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 2017-2019-cu illər üzrə ƏSMF-na hesablanan və ödənilən vəsaitlər haqqında məlumatlara əsasən “Lənkəran rayon X8 Hüquqi Şəxs tərəfindən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə yayınma aşkar edilmir. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 avqust 2022-ci il tarixli, 9/3614 sayiı ekspert rəyi ilə razılaşmamış və bu barədə etirazını məhkəməyə təqdim etmişdir. Məhkəmə etirazın dəlillərini araşdıraraq hesab edir ki, etiraz əsassızdır və Məhkəmə Ekspertizası Mərkəzinin 19 avqust 2022-ci il tarixli, 9/3614 ekspert rəyi Azərbaycan Respublikası Vergi Məcəlləsinə və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun hazırlanmışdır. Qeyd olunduğu kimi, cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli **********0 nömrəli bildirişdə xx.xx.2020-ci il tarixə dövlət büdcəsinə yaranmış ümumilikdə 11252,58 manat borcun 11023,04 manatının muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlərdən, 229,54 manatının isə faizlər üzrə yaranmış borc məbləği olduğu göstərilmişdir. İş materiallarinda olan DSMF Lənkəran şəhər şöbəsinin vergi orqanına ünvanladığı 18 may 2020-ci il tarixli, **********4 nömrəli cavab məktubuna əlavə edilmiş cədvəldə "xxxx" X17 11252,58 manat məbləğində hesablanmış borcunun sosial sığorta haqları üzrə yaranmış 11023,04 manat əsas və 229,54 manat faiz borcundan ibarət olduğu bildirilmişdir. İş materiallarında olan 6 saylı Ərazi Vergilər Baş İdarəsi "xxxx" X16 ünvanladığı xx.xx.2020-ci il tarixli, **********786100 nömrəli məktubunda "xxxx" X17in xx.xx.2020-ci il tarixə sosial sığorta və işsizlikdən sığorta haqları üzrə bocunun olmadığı bildirilmişdir. Lakin iddiaçı təşkilat cavabdeh inzibati orqana ünvanladığı xx.xx.2020-ci il tarixli, 2/2-188 nömrəli məktubunda bununla razılaşmayaraq "xxxx" X17in xx.xx.2020-ci il tarixə deyil, xx.xx.2020-ci il tarixə sosial sığorta və işsizlikdən sığorta haqları üzrə bocunun olmadığı bildirilmişdir Bundan başqa, "xxxx" X17 məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, PHŞ/658-2-2022-886 nömrəli məktubunda hesablaşma hesabından silinmiş 11252,58 manat pul vəsaitinin xx.xx.2018-ci il tarixə yaranmış 6709,11 manat penya borcu olduğu, həmin məbləğin xx.xx.2019-cu il tarixə artırılaraq 11252,58 manat hesablandığı bildirilmişdir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 19 avqust 2022-ci il tarixli, 9/3614 nömrəli ekspert rəyində bildirlmişdir ki, mövcud iş materiallarında olan Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 2017-2019-cu illər üzrə ƏSMF-na hesablanan və ödənilən vəsaitlər haqqında məlumatlara əsasən "xxxx" X20 tərəfindən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə yayınma aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi verdiyi izahatında "xxxx" X17 hesablaşma hesabından silinmiş 11252,58 manat pul vəsaitinin xx.xx.2018-ci il tarixə yaranmış 6709,11 manat penya borcu olduğunu, həmin məbləğin xx.xx.2019-cu il tarixə artırılaraq 11252,58 manat hesablandığını, xx.xx.2018-ci il tarixdən qüvvəyə minmiş “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Qanununun 3.0.1-ci maddəsinə əsasən silinməsi nəzərdə tutulan məbləğ olmasına baxmayaraq DSMF Lənkəran rayon şöbəsi tərəfindən həmin borcun silinməsinin təmin edilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi verdiyi izahatında iddiaçının hesablaşma hesabından silinmiş 11252,58 manat pul vəsaitinin penya borcu olduğunu mübahisələndirməmiş, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Qanununun 3.0.1-ci maddəsinin tələbinə əsasən 2018-ci ilin aprel-may aylarında həmin borcun 10 faizinin ödənildiyi təqdirdə qalan penya borcunun silinməli olduğunu, lakin iddiaçı tərəfindən həmin vaxt Qanunun bu tələbinə əməl olunmadığını bildirmişdir. İşdə olan DSMF Lənkəran şəhər şöbəsinin vergi orqanına ünvanladığı 18 may 2020-ci il tarixli, **********4 nömrəli məktubuna əlavə edilmiş cədvəldə "xxxx" X17 xx.xx.2018-ci il tarixə penya borcunun 6396,26 manat olduğu qeyd olunmuşdur. Beləliklə, işdə olan sübutlar və tərəflərin nümayəndələrinin izahatları çərçivəsində, həmçinin, iş üzrə alınmış ekspert rəyi əsasında müəyyən olunur ki, "xxxx" X17 hesablaşma hesabından vergi orqanının xx.xx.2020-ci il tarixli, **********1AS nömrəli sərəncamına əsasən silinmiş 11252,58 manat məbləğində pul vəsaiti iddiaçının xx.xx.2018-ci il tarixə yaranmış və ödənilməmiş 6396,26 manat penya borcunun artırılması nəticəsində yaranmış borc məbləğidir. xx.xx.2018-ci il tarixdən qüvvəyə minmiş “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Qanununun 3.0.1-ci maddəsinə əsasən sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may aylarında məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir. Məhkəmə "xxxx" X17 büdcədən maliyyələşən təşkilat olduğunu, məcburi dövlət sosial sığorta haqları üzrə dövlət büdcəsinə borcunun olmadığını, həmçinin ekspert rəyinə əsasən iddiaçı tərəfindən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə yayınmanın aşkar edilmədiyini nəzərə alaraq “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.1-ci maddəsinin hazırki mübahisə üzrə iddiaçıya münasibətdə tətbiq edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç kəsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.2-ci maddəsinə görə Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İcbari Tibbi Sığorta üzrə X15 Ərazi Bölmələrini İdarəetmə Birliyi "xxxx" X17 hesablaşma hesabından silinmiş 11252,58 manat məbləğində pul vəsaitinin 10 faizi - 1125,26 manat istisna olmaqla, qalan 10127,32 manat pul vəsaitinin iddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialında olan hesablaşma hesabına qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2.1-ci, 4.1-ci, 14.1-ci, 23.1-ci, 58.7-ci. 68-69-cu, 70-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı İcbari Tibbi Sığorta üzrə X15 Ərazi Bölmələrini İdarəetmə Birliyi "xxxx" X17 hesablaşma hesabından silinmiş 11252,58 manat məbləğində pul vəsaitindən 10127,32 manatı iddiaçının Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialında olan hesablaşma hesabına qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 200,0 (iki yüz) manat pul vəsaitinin 50,0 (əlli) manat məbləğində hissəsi iddiaçı İcbari Tibbi Sığorta üzrə X15 Ərazi Bölmələrini İdarəetmə Birliyi "xxxx" X17dən, 150,0 (bir yüz əlli) manat məbləğində hissəsi isə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (********** X4, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-25/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-25/2022
23.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver