Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-250/2023 06.02.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «xx.xx.1989-cu il tarixli, 57 saylı ölüm haqqında akt qeydinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə inzibati işə 06 fevral 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağcabədi rayon Hindarx qəsəbə icra nümayəndəliyində xx.xx.1989-cu il tarixdə aparılmış 57 saylı ölüm haqqında akt qeydinin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1987-ci ildə Ağcabədi rayon Hindarx kəndində anadan olmuşdur. X2, anası X10r. O, uşaqlıq illərini Ağcabədi rayonu Hindarx kəndində keçirmiş və orada qeydiyyatda olmaqla həmin kənddə orta məktəbə də getmişdir. Uşaqları Hindarx qəsəbəsi E.İsmayılov adına 11 saylı orta məktəbində oxuyurlar. Uşaqlarına şəxsiyət vəsiqəsi düzəldən zaman məlum oldu ki, onun adına xx.xx.1989-cu il tarixdə Ağcabədi rayon Hindarx qəsəbə nümayəndəliyində ölüm haqqında akt qeydiyyatı aparılıbdır. Onun haqqında aparılmış ölüm haqqında akt qeydinin olması onun vətəndaş kimi ona aid digər sənədlərinində əldə edilməsi və ona məxsus hüquqlarının həyata keçirilməsinə maneçilik törədir. Artıq məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı göstərilənlərə və İPM-in 2.2.5-ci maddəsinə əsaslanaraq, Ağcabədi rayon Hindarx qəsəbə icra nümayəndəliyində xx.xx.1989-cu il tarixdə aparılmış 57 saylı ölüm haqqında akt qeydinin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı barəsində xx.xx.1989-cu il tarixdə Ağcabədi rayon Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 57 saylı ölüm haqqında akt qeydinin ləğv olunması ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli, xx/xx-1246/15 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə daxil olmuş xx.xx.2021-ci il tarixli ərizənizə baxılmışdır. Bildiririk ki, tərəfimizdən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, vətəndaş İbrahimova (Ağayeva) Süsanə Yelmar qızının barəsində xx.xx.1989-cu il tarixdə Ağcabədi rayon Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 57 saylı ölüm haqqında akt qeydi tərtib edilmiş, lakin vətəndaş xx.xx.2021-ci il tarixdə AZE ******** seriyalı şəxsiyyət vəsiqəsini təqdim edərək onun barəsində xx.xx.1989-cu il tarixdə Ağcabədi rayon Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində aparılmış 57 saylı ölüm haqqında akt qeydinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Bununla bağlı izah edirik ki, kifayət qədər əsaslar olmadığı üçün barənizdə xx.xx.1989-cu il tarixdə Ağcabədi rayon Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 57 saylı ölüm haqqında akt qeydinin ləğv olunması rayon qeydiyyat şöbəsində mümkün deyildir. Məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 36-cı maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını tələb edə bilər (maddə 36.1). Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər (maddə 36.2). Müəyyən etmə və ya haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddət ərzində həll edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər (maddə 36.3). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Həmin Məcəllənin 160.2-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. İş materiallarında olan Ağcabədi rayon Hindarx kənd soveti tərəfindən tərtib olunmuş 07 avqust 1987-ci il tarixli, 137 nömrəli Doğum haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.1987-ci il tarixdə Ağcabədi rayonu Hindarx kəndində doğulmuş, akt qeydinin ata qrafasında X16, ana qrafasında anası X17 yazılmışdır. İş materiallarında olan Ağcabədi rayon Hindarx kənd soveti tərəfindən verilmiş Xİİ ЖГ № 360729 nömrəli X14nin surətindən görünür ki, X15 xx.xx.1987-ci il tarixdə Ağcabədi rayon Hindarx kəndində doğulmuş, ata qrafasında X16, ana qrafasında X17 yazılmışdır. İş materiallarında olan 57 nömrəli, xx.xx.1989-cu il tarixli Ölüm haqqında Akt qeydinin surətindən görünür ki, X15 xx.xx.1989-cü ildə “üremiya böyrək çatışmazlığı” səbəbindən Ağcabədi rayonu, Hindarx kəndində vəfat etmişdir. İş materiallarında olan Ağcabədi Rayon İHB-nın Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 547 saylı arayışından görünür ki, Ağcabədi rayon Hindarx qəsəbə sakini İddiaçı hal-hazırda Hindarx qəsəbəsində yaşayır. İş materiallarında olan Seriya AZE № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə Ağcabədi rayonu Hindarx kəndində doğulmuş, Ağcabədi rayonu Hindarx qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2002-ci il tarixli, B N 554083 nömrəli Əsas Təhsil Haqqında Şəhadətnamənin surətindən görünür ki, 1987-ci ildə anadan olmuş X1 rayonu, Qaraş Əliyev adına Hindarx kənd əsas məktəbində oxumuş və 2002-ci ildə əsas təhsilini bitirmişdir. İş materiallarına əlavə olunmuş və Ağcabədi rayon Hindarx kənd icra nümayəndəliyi tərəfindən verilmiş “X13”nin surətindən görünür ki, X6 ilə X15 arasında nikah 30 noyabr 2004-cü il tarixdə bağlanmış, 62 saylı akt qeydi ilə rəsmiləşdirilmiş, nikah bağlandıqdan sonra arvada “İbrahimova” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ № 532921 seriyalı, xx.xx.2004-cü il tarixli “X14”nin surətindən görünür ki, X11 xx.xx.2003-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuş, atası X6, anası isə İddiaçıdır. İş materiallarına əlavə olunmuş AZ-İ № 687108 seriyalı, xx.xx.2005-ci il tarixli “X14”nin surətindən görünür ki, X12 xx.xx.2005-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, atası X6, anası isə İddiaçıdır. İş materiallarına əlavə olunmuş AZ-İİ № 391502 seriyalı, xx.xx.2012-ci il tarixli “X14”nin surətindən görünür ki, X7 xx.xx.2009-cu il tarixdə Ağcabədi rayonunda anadan olmuş, atası X6, anası isə İddiaçıdır. İş materiallarında olan, JN-255 saylı, kod 60806018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarına əsasən Ağcabədi rayonu Hindarx kəndində X8, X3, X4 və X5 ümumi birgə mülkiyyətinə 1,98 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Ədliyyə orqanlarının inkişafı haqqında” 446 nömrəli xx.xx.2006-cı il tarixli Fərmanı ilə (1.6-cı bənd) hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə şöbələri və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları əsasında hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatı işinin sadələşdirilməsi məqsədilə yerlərdə rayon (şəhər) qeydiyyat şöbələri yaradılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsasnamənin 1-ci bölməsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: - (maddə 65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; - (maddə 65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; - (maddə 65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; - (maddə 65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; - (maddə 65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; - (maddə 65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə görə etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 65.3-cü maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İşdə olan sübutlar əsasında müəyyən olunur ki, İddiaçı xx.xx.1987-ci ildə Ağcabədi rayon Hindarx kəndində anadan olmuş, orta məktəbi həmin kənddə oxuyub qurtarmış, 30 noyabr 2004-cü il tarixdə X6 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, həmin nikahdan xx.xx.2003-cü il tarixdə X11, xx.xx.2005-ci il tarixdə X12 və xx.xx.2009-cu il tarixdə X7 doğulmuş, hal-hazırda Ağcabədi rayonu Hindarx qəsəbəsində qeydiyyatda olmaqla, həmin qəsəbədə yaşayır. Belə olan halda, İddiaçı ölümünün xx.xx.1989-cu ildə Ağcabədi rayon Hindarx kənd icra nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınmasına dair 57 saylı ölüm haqqında akt qeydi iddiaçının mülki hüquqlarına və manefələrinə uyğun gəlməyən hal kimi qiymətləndirilməsinə əsas verir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Ağcabədi rayon Hindarx kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1987-ci il tarixdə doğulmuş İddiaçı adına tərtib edilmiş xx.xx.1989-cu il tarixli, 57 saylı ölüm haqqında akt qeydi etibarsız sayılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 52-ci, 58.7-ci, 62.3-cü, 69-cu, 75-ci, 78-79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Ağcabədi rayon Hindarx kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1987-ci il tarixdə doğulmuş İddiaçı adına tərtib edilmiş xx.xx.1989-cu il tarixli, 57 saylı ölüm haqqında akt qeydi etibarsız sayılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-250/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-250/2023
06.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver