Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-250/2024 09.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. Yaşa görə pensiya alır. Onun aldığı pensiya məbləği 414.72 manat təşkil edir. Lakin onunla eyni iş stajı olan hətta ondan az iş stajı olan iş yoldaşları onun aldığı pensiya məbləğindən daha çox pensiya alırlar. Belə ki, o, 01,09.1970-ci il tarixdən xx.xx.1971-ci il tarixə kimi əyani təhsil almış, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Bundan başqa 1972-ci il tarixdən xx.xx.2013-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. O, pensiya məbləğinin yenidən hesablanması ilə əlaqədar cavabdeh orqana müraciət etmiş, lakin ona məktubla bildirildi ki, xx.xx.2003-cü il tarixdən 01,04.2005-ci il tarixədək Şəmkir “Turan Xazinedaroğlu ve X13 Ortaklığı” Azərbaycan Respublikası müəssisəsindəki və xx.xx.2005-ci il tarixdən 01.01,2006-cı il tarixə kimi "xxxx" MMC-dəki iş stajının və əmək haqlarının araşdırılması zərurəti yaranmışdır. Yuxarıda qeyd edilən iş stajı əmək kitabçasında qeyd edilmiş və idarələrin möhürü ilə öz təsdiqini tapmışdır. Onun pensiyasının hesablanması barədə cavabdehin imtinası tam qanunsuz və əsassızdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələblərinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var, əmək kitabçasına əsasən onun 25 il iş stajı 12 il 6 ay güzəştli iş stajını artıqlaması ilə toplamışdır, işlədiyi peşələr “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahında öz əksini tapmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 çatdıqda, 20 il sığorta malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarına 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə əmək pensiyası növü üzrə-pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş stajını təsdiq edən sənəd (sosial sığorta) və s. sənədlər təqdim olunur. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinin 31.1 -ci bəndinəəsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər və həmin Qanunun 32-ci maddəsinin 32.1-ci bəndinə müvafiq olaraq yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Yenə həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinəəsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona yaşa görəəmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən iddiaçının işlədiyi Şəmkir “Turan Xazinedaroğlu ve X13 Ortaklığı” Azərbaycan Respublikası müəssisəsindəki və "xxxx" MMC-də işlədiyi dövrlərin araşdırılması zərurəti yarandığı üçün ona yaşa görəəmək pensiyasının yenidən hesablanmasından imtina edildiyi bildirilmişdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görəəmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görəəmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. 1.0.1-ci maddəsinəəsasən əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü iləəlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinəəsasən sosial sığorta stajı- əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 22-1.1-ci maddəsinə uyqun olaraq,əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görəəmək pensiyası təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. 37.3.1-ci maddəsinəəsasənyasa görəəmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyəəsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyəəsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdəəmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyəəsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “a” bəndinəəsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsiəsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır. Maddənin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. İddiaçı “Əmək pensiyaları haqqında” Qanununun 22-1.1ci maddəsinin tələblərinəəsasən xx.xx.2021 -ci il tarixdən 374.04 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görəəmək pensiyası təyin edilmişdir. Daha sonra təqdim edilən sənədlərin surətlərinəəsasən onun əmək fəaliyyəti dövrü, o cümlədən 01,09.1970-ci il tarixdən xx.xx.1971-ci il tarixədək əyani təhsil dövrü, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr, eyni zamanda əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 31 il 1 ay 20 gün sığorta stajıvə xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 34032.96 manat pensiya kapitalıəsasında yaşa görəəmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2021-ci il tarixdən 401.28 manat müəyyən edilmişdir. Həmçinin Qanunun 29.1-ci maddəsinə əsasən İddiaçı əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixdən 414.72 manata çatdırılmışdır. “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsindəəlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinəəsasən 01,01.2022-ci il tarixədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görəəlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********0 nömrəli imtina məktubunda bildirilmişdir ki, təqdim edilən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Şəmkir “Turan Xazinedaroqlu ve X13 Ortaklıqı” Azərbaycan Respublikası müəssisəsindəki və xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi "xxxx" MMC-dəki iş stajı vəəməkhaqlarının araşdırılması zərurəti yaranmışdır. Odur ki, iş üzrə iddia tələbinə dair inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə- Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Hacıqabul şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və iddiaçı Hacıqabul şəhərində qeydiyyatda olduğundan, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1956-cı il tarixdə doğulmuş Məmmədov X1 rayonu, Atbulaq kəndində qeydiyyatdadır. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********0 saylı imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2021-ci il tarixindən 374.04 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görəəmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 22-1.3cü maddəsinəəsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 - 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, təqdim edilən sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1970-ci il tarixdən xx.xx.1971-ci il tarixə kimi əyani təhsil dövrü, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr, eyni zamanda əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 31 il 1 ay 20 gün sığorta stajı və xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 34032.96 manat pensiya kapitalı əsasında yaşa görə əmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2021-ci il tarixdən 401.28 manat müəyyən edilmişdir. Həmçinin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixindən 414.72 manata çatdırılmışdır. “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görəəlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Təqdim edilən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Şəmkir “Turan Xazinedaroğlu ve X13 Ortaklığı” Azərbaycan Respublikası müəssisəsindəki və xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi "xxxx" MMC-dəki iş stajının və əmək haqlarının araşdırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən sözügedən araşdırma nəticələndikdən sonra yaşa görə əmək pensiyasının hesablanmasına yenidən baxılacaqdır. Ötən dövr üzrə (xx.xx.2021-ci il tarixdən) hesablanmış fərq məbləği cari pensiyasının üzərinə əlavə edilməklə növbəti aylarda ödəniləcəkdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. - İşdə olan xx.xx.1977-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1972-xx.xx.2021-ci illərdə müxtəlif yerlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. - N ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1975-xx.xx.1977-ci il tarixdə hərbi xidmətdə olmuşdur. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktuba əsasən, İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Şəmkir rayon “Turan Xazinedaroğlu və X13 Ortaklığı” müəssisəsində olan əmək fəaliyyəti dövrünün araşdırılmasına dair tərtib olunmuş qarşılıqlı yoxlama aktının surəti təqdim edilir. İddiaçının xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-də işlədiyi dövrlər sığorta stajına əlavə edilmişdir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X3 və araşdırma şöbəsinin aparıcı mütəxəssisi tərəfindən təqdim edilmiş siğorta stajının araşdırılması haqqında xidməti məruzə mətubundan görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək işləmiş olduğu “Turan Xazinedaroğlu və X13 Ortaklığı” müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin illərin siğorta stajını araşdırmaq mümkün olmadı. - İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 01/3-4666 saylı, xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Şəmkir “Turan XarinedaroğJu ve X13 Ortaklığı” Azərbaycan Respublikası Müəssisəsinə və "xxxx" MMC-yə dair məlumat mövcud deyildir. “Turan Xəzinədaroğlu və X13 Ortaqlığı” Şirkəti (sonradan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) 20 noyabr 2000-ci il tarixdən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə 26 noyabr 2003-cü il tarixdən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadırlar. - İşdə olan Milli Gəlirlər Baş İdarəsinin X9 Qeydiyyat İdarəsinin xx.xx.2022-ci il tarixli, **********717600 saylı məktubuna əsasən, reyestrdə xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) (əvvəlki adı xx.xx.2008-ci il tarixədək Turan Xəzinədaroğlu və X13 X4 Cəmiyyəti) və xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) ləğv olunması barədə məlumat aşkar edilməmişdir. - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********79 saylı məktubuna əsasən, Şəmkir “Turan Xazinedaroğlu ve X13 Ortaklığı” Azərbaycan Respublikası müəssisəsi və "xxxx" MMC-nin hansı tarixdə qeydiyyatdan keçməsi, təşkilati- hüquqi formasında dəyişikliyin olub-olmaması, hüquqi varisliyin müəyyən edilib-edilməməsi, həmçinin iddiaçının xx.xx.2003-cü il tarixindən xx.xx.2005-ci il tarixinə və xx.xx.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək ardıcıllıqla həmin müəssisələrdə işləməsi barədə məlumatların təqdim edilməsi ilə bağlı sorğuya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Yuxarıda adları çəkilən müəssisələr dövlət müəssisələri olmadığı üçün Əmlak Məsələləri Dövlət Xidmətində hər-hansı məlumat yoxdur, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında” Əsasnamənin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. Məlumat üçün bildirilir ki, "xxxx" MMC-nin 3-cü redaksiyada təsdiq edilmiş nizamnaməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamenti Kommersiya X9 Qeydiyyatı İdarəsi tərəfindən 23 aprel 2010-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.11-ci yarımbəndinə əsasən kommersiya hüquqi şəxslərin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərin dövlət qeydiyyatını həyata keçirmək və dövlət reyestrini aparmaq Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. - Məhkəmənin tələbi əsasında cavabdeh tərəfindən məhkəməyə iddiaçının pensiya işinin təsdiq edilmiş surəti təqdim edilmişdir. - İşdə olan Azərbaycan Respublikası Dövlət X5 xx.xx.2022-ci il tarixli, k-3-212 saylı məktubuna əsasən, Şəmkir "Turan Xarinedaroğlu və X14 Ortaklığı” və "Azərinşaatservis“ MMCnin arxiv sənədləri Şəmkir Filialına təhvil verilməmişdir. - İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli qərarına əsasən, İddiaçı xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilə kimi “X7 Ticarət Anonim” şirkətinin Azərbaycan Respublikasındakı Filialı təqdim edilmiş arayışlara əsasən yarandığı tarixdən heç bir faəliyyəti olmamışdır. Hesabatlarda işçi sayı göstərilməmişdir. Bunları nəzərə alaraq əmək kitabçasında qeyd olunmuş xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilə kimi olan siğorta stajını ümumi saya qəbul etmək mümkün deyil. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən 374.04 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra xx.xx.2006-cı il tarixədək 31 il 1 ay 20 gün sığorta stajı və xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi hesabının siğorta hesabının siğorta hissəsində qeydə alınmış 34032.96 manat pensiya kapitalı əsasında yaşa görə əmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2021-ci il tarixdən 401.28 manat müəyyən edilmişdir. Həmçinin Qanunun 29.1-ci maddəsinəəsasən İddiaçı əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixdən 414.72 manata çatdırılmışdır. İddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək, pensiyanın yenidən hesablanmasını xahiş etmiş, cavabdeh orqan tərəfindən təqdim edilən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Şəmkir “Turan Xazinedaroğlu ve X13 Ortaklığı” Azərbaycan Respublikası müəssisəsindəki və xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi "xxxx" MMC-dəki iş stajının və əmək haqlarının araşdırılması zərurəti yarandığı bildirilmişdir. İddiaçı məhkəməyə müraciət edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Bundan sonra cavabdeh orqan tərəfindən məhkəməyə məlumat verilmişdir ki, iddiaçının xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-də işlədiyi dövrlər sığorta stajına əlavə edilmişdir. Məhkəmə tərəfindən qeyd edilir ki, cavabdeh inzibati orqan tərəfindən İddiaçı xx.xx.2003cü il tarixdən xx.xx.2005-ci il tarixədək Şəmkir rayon “Turan Xazinedaroğlu və X13 Ortaklığı” müəssisəsində operator vəzifəsində işlədiyi illər mübahisə edilmişdir. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Şəmkir rayon “Turan Xazinedaroğlu və X13 Ortaklığı” müəssisəsində operator vəzifəsində işlədiyi dövrlər ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə tərəfindən araşdırmalı hal odur ki, İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Şəmkir rayon “Turan Xazinedaroğlu və X13 Ortaklığı” müəssisəsində operator vəzifəsində işlədiyi illərinin sosial sığorta stajına daxil edilməsinin “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə zidd olub-olmamasıdır. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019- 2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçının xx.xx.1956-cı il tarixdə doğulması və xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin olunması işin mübahisəsiz hallarıdır. Cavabdehin imtinasının, eləcə də etirazının əsas dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən əmək kitabçası təqdim olunsa da, İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Şəmkir rayon “Turan Xazinedaroğlu və X13 Ortaklığı” müəssisəsində operator vəzifəsində işlədiyi dövrlər sığorta stajına əlavə edilmədiyi bildirilmişdir. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı əmək fəaliyyətinə xx.xx.1972-ci il tarixdən başlayaraq müxtəlif müəssisələrdə işləmişdir. Əmək kitabçasının qeydlərinə əsasən həmçinin, cavabdehin mübahisələndirdiyi xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək işləməsi də müəyyən olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyitarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a(X12) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Hazırda cavabdehin mübahisələndirdiyi xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövr də həmin qanun qüvvəyə minənədək olan dövrlə əhatə olunduğundan, bu müddətdə iddiaçının iş stajının əmək kitabçasında qeyd edilməsi həmin dövrün onun sığorta stajına daxil edilməsi üçün yetərli əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bundan başqa, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. İddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, məhkəməyə ünvanlanmış Milli Gəlirlər Baş İdarəsinin X9 Qeydiyyat İdarəsinin xx.xx.2022-ci il tarixli, **********717600 saylı məktubuna əsasən, reyestrdə xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) (əvvəlki adı xx.xx.2008-ci il tarixədək Turan Xəzinədaroğlu və X13 X4 Cəmiyyəti) ləğv olunması barədə məlumat aşkar edilməmişdir. İddiaçı M.Həmidov barəsində əmək kitabçası və Milli Gəlirlər Baş İdarəsinin X9 Qeydiyyat İdarəsi tərəfindən reyestrdə xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) (əvvəlki adı xx.xx.2008-ci il tarixədək Turan Xəzinədaroğlu və X13 X4 Cəmiyyəti) ləğv olunması barədə məlumat aşkar edilməməsi onun xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Şəmkir rayon “Turan Xazinedaroğlu və X13 Ortaklığı” müəssisəsində operator vəzifəsində işlədiyi illərinin sosial sığorta stajına daxil edilməsinin üçün mötəbər sübut olaraq qəbul edilməlidir. Məhkəmə iclasları zamanı cavabdehin nümayəndələri iddiaçının xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Şəmkir rayon “Turan Xazinedaroğlu və X13 Ortaklığı” müəssisəsində operator vəzifəsində işlədiyi illərinin hansı sənədlər əsasında nəzərə aldığını əsaslandıra bilməmişdirlər. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar üzrə göstərilmişdir ki, İddiaçı xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilə kimi “X7 Ticarət Anonim” şirkətinin Azərbaycan Respublikasındakı Filialı təqdim edilmiş arayışlara əsasən yarandığı tarixdən heç bir fəaliyyəti olmamışdır. Hesabatlarda işçi sayı göstərilməmişdir. Bunları nəzərə alaraq əmək kitabçasında qeyd olunmuş xx.xx.2003cü ildən xx.xx.2005-ci ilə kimi olan siğorta stajını ümumi saya qəbul etmək mümkün deyil. Məhkəmə tərəfindən xüsusi olaraq vurğulanır ki, iddiaçının xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilədək işlədiyi şirkət Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli qərarında göstərilən “X7 Ticarət Anonim” şirkətinin Azərbaycan Respublikasındakı Filialı deyildir. Şirkətin adı “Turan Xazinedaroğlu və X13 Ortaklığı” şirkətidir. Vergi orqanı tərəfindən verilmiş məlumata görə xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmış, əvvəlki adı xx.xx.2008-ci il tarixədək Turan Xəzinədaroğlu və X13 X4 Cəmiyyəti olmuş, və hazırda adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) qeyd edilmişdir. Həmçinin cavabdeh orqan tərəfindən qərar üzrə qeyd edilmiş şirkətin yarandığı tarixdən heç bir fəaliyyəti olmaması barədə arayışlar məhkəməyə təqdim edilməmiş, hesabatlarda işçi sayı göstərilməməsi barədə məlumatı hardan və necə əldə edilməsi barədə sübut iş materiallarına əlavə edilməmişdir. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X8 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Bundan başqa, adıçəkilən normanın iddiaçıya tətbiq olunması sosial ədalət prinsipinin də qorunmasına gətirib çıxarır. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Beləliklə də məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Şəmkir rayon “Turan Xazinedaroğlu və X13 Ortaklığı” müəssisəsində operator vəzifəsində işlədiyi iş stajı sığorta stajı kimi nəzərə alınaraq, ona yaşa görə təyin edilmiş əmək pensiyasının məbləğinin yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək “Turan Xazinedaroğlu və X13 Ortaklığı” müəssisəsində operator vəzifəsində işlədiyi iş stajı sığorta stajı kimi nəzərə alınaraq, ona yaşa görə təyin edilmiş əmək pensiyasının məbləğinin yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-250/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-250/2024
09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver