Məhkəmə qərarları › İş №2-1(120)-2504/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2504/2025

23.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2504/2025 23.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2024-cü il tarixli, K-73 nömrəli əmrin və eləcə də həmin əmrin verilməsi üçün əsas olmuş X6 xx.xx.2024-cü il tarixli, 01 saylı protokol qərarının ləğv edilərək əvvəlki vəzifəsinə Cavabdeh Astara rayonu üzrə təhsil sektoruna məsləhətçi vəzifəsinə işə bərpa edilməsi, qanunsuz işdən çıxarıldığına görə işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi məcburi iş buraxma müddətinə görə əmək haqqı və son haqq-hesabı gecikdirdiyi üçün əmək haqqının az bir faizi məbləğində ödənc verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran -Astara Regional Təhsil İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cii il tarixli K-73 nömrəli əmrin və eləcə də həmin əmrin verilməsi üçün əsas olmuş Lənkəran -Astara Regional Təhsil İdarəsinin X6 05 fevral 2024-cü il tarixli 01 saylı qərarının ləğv edilməsi, qanunsuz işdən çıxarıldığıma görə cavabdehin məni işdən çıxardığı günün sonrakı günündən yəni 14 fevral 2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi məcburi iş buraxma müddətinə görə əmək haqqı, şərəf və ləyaqətin alçaldılmasına görə 10 000 manat kompensasiya ödənilməsi və son haqq-lıesabı gecikdirdiyi üçün mənə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri məhkəmənin sərəncamına əsasən cavabdehə təqdim olunaraq, sonuncudan iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunmuş, həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49.1.1-ci maddəsinə əsasən tərəflər işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəməyə dəvət olunmuşlar. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2504/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə, İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, iddia tələbinə İddiaçı Cavabdehnə qarşı “xx.xx.2024-cü il tarixli, K-73 nömrəli əmrin və eləcə də həmin əmrin verilməsi üçün əsas olmuş X6 xx.xx.2024-cü il tarixli, 01 saylı protokol qərarının ləğv edilərək əvvəlki vəzifəsinə Cavabdeh Astara rayonu üzrə təhsil sektoruna məsləhətçi vəzifəsinə işə bərpa edilməsi, qanunsuz işdən çıxarıldığına görə işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi məcburi iş buraxma müddətinə görə əmək haqqı və son haqq-hesabı gecikdirdiyi üçün əmək haqqının az bir faizi məbləğində ödənc verilməsi” kimi baxılması davam etdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 13 fevral 2024-cü il tarixində X1 İdarəsi onunla bağlanmış dövlət qulluqçusu kimi əmək müqaviləsinə “X15” Azərbaycan Respublikası qanununun 33.1.6-cı maddəsi ilə xitam vermişdir. Həmin əmri əsassız sayaraq 28 fevral 2024-cü il tarixində ünvan 2 ünvanında yerləşən mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya prosesində müsbət nəticə əldə edə bilmədiyindən Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin müraciət Astara Rayon Məhkəməsinin təşəbbüsü ilə cavabdehin hüquqi ünvanının Lənkəran rayonunun ərazisində olması səbəbindən Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsi onun iddiasının əsaslı olmasını təsdiq etməklə iddianı qismən təmin etmişdir. Belə ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1850/2024 saylı qətnaməsinə əsasən İddiaçı dövlət qulluğundan azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Lənkəran -Astara Regional Təhsil İdarəsinin 3-29-35/3-1-73K/2024 nömrəli 13 fevral 2024-cü il tarixli əmrinin ləğv edilməsi və Lənkəran -Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun məsləhətçisi vəzifəsinə bərpa olunması, eləcə də 14 fevral 2024-cü il tarixdən işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanıb ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1719/2024 saylı qərardadı ilə həmin apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə icraata xitam verilmişdir. Yuxarı instansiya məhkəməsi hazırkı işdə aidiyyət qaydalarının pozulmasını müəyyən etmişdir və hesab etmişdir ki, hazırkı işə inzibati məhkəmədə baxılmalıdır. Məhz bu səbəbdən də o, cavabdehə yenidən məktub ünvanladı, həmin cavab məktubunu 18 dekabr 2024-cü il tarixdə əldə edə bildi. Odur ki, qanunvericiliyə uyğun olaraq o, 19 dekabr 2024-cü il tarixdə inzibati məhkəməyə müraciət edir. Müraciətinə əlavə etdiyi sənədlər işin xronoloji ardıcıllığını ehtiva edir. O, ali təhsillidir, Lənkəran Dövlət Universitetinin Humanitar elmlər fakültəsinin məzunu olmuşdur. Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2003-cü il tarixindən müəllim kimi Astara rayon Koraoba kənd orta məktəbində (indiki Tüləgüvən kənd tam orta məktəb) pedaqoji fəaliyyətə başlamışdır. 2008-2011-ci illərdə rayonun Ərçivan qəsəbə 1 saylı tam orta məktəbində ikinci iş yeri kimi ixtisasım üzrə tarix müəllimi, 2011-2016-cı illərdə Ərçivan qəsəbə 1 saylı tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2016-2018-ci illərdə Astara şəhər 6 saylı tam orta məktəbində direktor, 2018-2022-ci ilin may ayına kimi Astara rayon təhsil şöbəsində müddətli müqavilə ilə məsləhətçi vəzifəsində işləmişdir. Dövlət qulluğunun müsabiqə və müsahibə mərhələsinin nəticəsinə əsasən uğur qazandığından yeni yaranmış Cavabdeh Astara rayonu üzrə təhsil sektorunda xx.xx.2022ci il tarixində vakant məsləhətçi vəzifəsinə işə qəbul olunmuşdur. Əvvəlcə stajçı kimi 6 ay, sonra sınaq müddətinə 3 ay işlədikdən sonra 13 mart 2023-cü il tarixindən daimi dövlət qulluğu vəzifəsinə keçirilməklə ona “kiçik dövlət qulluqçusu” ixtisas dərəcəsi verilmişdir. Dövlət qulluğu vəzifəsində işlədiyi müddətdə “X15” Azərbaycan Respublikası Qanununun 18,19 və 20-ci maddələrində nəzərdə tutulmuş bəndlərin icrasını layiqincə yerinə yetirmiş və tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. İşlədiyi müddətdə heç vaxt intizam tənbehi almamışdır. Əksinə, işlədiyi müddətdə rayonun ictimai siyasi həyatında fəal iştirak etmiş və xidmətlərinə görə 2023-cü ilin dekabr ayında Astara Rayon İcra Hakimiyyəti başçısı tərəfindən fəxri fərmanla təltif olunmuşdur. Qeyd olunmuş nailiyyətlərinə baxmayaraq Cavabdeh vakant müdir vəzifəsinə yeni təyinat almış (xx.xx.2023-cü il tarixdə) Bəhruz Mehdiyev onunla dövlət qulluqçusu kimi bağlanmış əmək müqaviləsinə “X15” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsi ilə xx.xx.2024-cü il tarixli K-73 nömrəli əmrlə xitam vermişdir. Verilən əmr əsassız olduğundan ləğv edilməlidir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli K-73 nömrəli əmrin və eləcə də həmin əmrin verilməsi üçün əsas olmuş Cavabdeh X6 05 fevral 2024-cü il tarixli 01 saylı qərarının ləğv edilməsi, qanunsuz işdən çıxarıldığına görə cavabdehin onu işdən çıxardığı günün sonrakı günündən yəni 14 fevral 2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi məcburi iş buraxma müddətinə görə əməkhaqqı, şərəf və ləyaqətin alçaldılmasına görə 10000 manat kompensasiya ödənilməsi və son haqq-hesabı gecikdirdiyi üçün ona əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən sonradan iddia ərizəsi (dəqiqləşmə ərizəsi) təqdim edilərək, göstərilmişdir ki, 13 fevral 2024-cü il tarixində Lənkəran - Astara Regional Təhsil idarəsi onunla bağlanmış dövlət qulluqçusu kimi əmək müqaviləsinə “X15” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsi ilə xitam verilmişdir. Həmin əmri əsassız sayaraq 28 fevral 2024-cü il tarixdə ünvan 4 ünvanda yerləşən mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya prosesində müsbət nəticə əldə edə bilmədiyindən Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin müraciət Astara Rayon Məhkəməsinin təşəbbüsü ilə cavabdehin hüquqi ünvanın Lənkəran rayonunun ərazisində olması səbəbindən Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsi onun iddiasının əsaslı olmasını təsdiq etməklə iddianı qismən təmin etmişdir. Belə ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1850/2024 saylı qətnaməsinə əsasən, İddiaçı dövlət qulluğundan azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh 3-29-35/3-1-73K/2024 nömrəli 13 fevral 2024-cü il tarixli əmrinin ləğv edilməsi və Lənkəran - Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil .ektorunun məsləhətçisi vəzifəsinə bərpa olunması, eləcə də 14 fevral 2024-cü il tarixindən şə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanıb ödənilməsi qət edilmişdir. Lənkəran- Astara Regional Təhsil idarəsi həmin qətnamədən apelyasiya şikayəti vermiş və Şirvan Appelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1719/2024 saylı qərardadı ıə həmin apelyasiya şikayəti qismən təmin etmiş, iş üzrə icraata xitam verilmişdir. Yuxarı istansiya məhkəməsi hazırkı işdə aidiyyət qaydalarının pozulmasını müəyyən etmişdir və hesab etmişdir ki, hazırki işə inzibati məhkəmədə baxılmalıdır. Məhz bu səbəbdən də o, 19 dekabr 2024-cü il tarixdə inzibati məhkəməyə müraciət edir. Müraciətinə əlavə edilmiş sənədlər işin xronoloji ardıcıllığını ehtiva edir. O, ali təhsillidir, Lənkəran Dövlət Universitetinin Humanitar Elmlər fakültəsinin məzunu olmuşdur. Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2003-cü il tarixdən müəllim kimi Astara rayon Koraoba kənd orta məktəbində (indiki Tüləküvan kənd tam orta məktəb) pedaqoji fəaliyyətə başlamışdır. 2008-2011-ci illərdə rayonun Ərçivan qəsəbə 1 saylı tam orta məktəbində ikinci iş yeri kimi ixtisası üzrə tarix müəllimi, 2011- 2016- cı illərdə Ərçivan qəsəbə 1 saylı tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 2016-2018-ci illərdə Astara şəhər 6 saylı tam orta məktəbində direktor, 2018- 2022-ci il may ayına kimi Astara rayon təhsil şöbəsində müddətli müqavilə ilə məsləhətçi vəzifəsində işləmişdir. Dövlət qulluğunun müsabiqə və müsahibə mərhələsinin nəticəsinə əsasən uğur qazandığından yeni yaranmış Cavabdeh Astara rayonu üzrə təhsil sektorunda xx.xx.2022-ci il tarixində vakant məsləhətçi vəzifəsinə işə qəbul olunmuşdur. Əvvəlcə stajçı kimi 6 ay, sonra sınaq müddətinə 3 ay işlədikdən sonra 13 mart 2023-cü il tarixindən daimi dövlət qulluğu vəzifəsinə keçirilməklə ona “kiçik dövlət qulluqçusu” ixtisas dərəcəsi verilmişdir. Dövlət Qulluğu vəzifəsində işlədiyi müddətdə “X15” Azərbaycan Respublikası Qanunun 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş bəndlərin icrasını layiqincə yerinə yetirmiş və onun tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir, işlədiyi müddətdə heç vaxt intizam tənbehi almamışdır. Əksinə, işlədiyi müddətdə rayonun ictimai siyasi həyatında fəal iştirak etmiş və xidmətlərinə görə 2023-cü il dekabr ayında Astara rayon icar Hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur. Qeyd olunmuş nailiyyətlərinə baxmayaraq Cavabdeh vakant müdir vəzifəsinə yeni təyinat almış (xx.xx.2023-cü il tarixdə) Bəhruz Mehdiyev onunla dövlət qulluqçusu kimi bağlanmış əmək müqaviləsinə “X15” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsi ilə xx.xx.2024-cü il tarixli K-73 nömrəli əmrlə xitam verilmişdir. Verilən əmr əsassız olduğundan ləğv edilməlidir. 21 il pedaqoji, o cümlədən 2 il dövlət qulluqçusu kimi iş stajı var. İşlədiyi müddətdə müxtəlif vəzifələrdə çalışmış və işlədiyi müddətdə, xüsusən son 3 il ərzində heç bir intizam tənbehi almamışdır. İşində həmişə nümunəvi olmuşdur. Lənkəran-Arsatara Regional Təhsil idarəsinin xx.xx.2024-cü il tarixli K-73 nömrəli Dövlət Qulluğuna xitam əmrində qeyd olunur ki, onun sosial şəbəkələrdə qeyri-etik davranışlarının yayılması və bu davranışların ictimayyət arasında müzakirəyə səbəb olması, bu barədə idarəyə çoxsaylı şikayətlərin daxil olması səbəbi ilə “Dövlət Qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2;7.1 -ci maddələrinə laqeyd yanaşdığına, o cümlədən “X15 “ Azərbaycan Respublikası Qanununun 18.0.4, 18.0.12-ci maddələrində üzərimə düşən öhdəlikləri yerinə yetirməyərək etik davranış qaydalarına uyğun olmayan hərəkətlərə yol verilmişdir. Həmin xitam əmrində və Cavabdeh X6 xx.xx.2024-cü il tarixli 01 nömrəli protokol qərarında etik qaydaların nə vaxt pozulduğu və hansı sosial şəbəkələrdə paylaşılması barədə heç bir məlumat verilməmişdir. Qeyd etməlidir ki, işlədiyi müddətdə işimdə həmişə düz olmuş və bu məqsədlə bir qrup şəxslər onu sosial şəbəkələrdə həmişə ləkələməyə çalışmışlar. Onu işdən azad etmək üçün 2020-ci ilin aprel-may aylarında şəklini bir qadın şəkili ilə montaj edib şantaj etmək istəyiblər. Hətta fiziki güc tətbiq edib qorxutmaq məqsədi ilə tanımadığım şəxslərlə mübahisələrində olub. Həmin mübahisə 23 saniyəlik video kimi mobil telefonla qeydə alınıb, sonra da vvatsap şəbəkəsi üzərindən paylaşılmaqla onun şərəf və ləyaqətini alçatmaq istəyiblər. Onun müraciəti üzrə rayonun hüquq mühafizə orqanlarında araşdırma aparılmış, Astara Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ilə paylaşılan şəkilin montaj olduğu təsdiqlənmişdir. Çəkilən 23 saniyəlik video ilə bağlı Prokurorluğda cinayət işi açılmış, bu işi təşkil edən şəxslər məsuliyyətə cəlb edilmiş və Astara Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli 1(018)-186/2022 saylı cinayət təqibi üzrə icraata xitam verilməsinə dair qərarla münasibət bildirilmişdir. Hər hansı etik qaydaların pozulması baş verməmiş, əksinə ona qarşı hüquqpozma baş verilmiş, şərəf və ləyaqəti alçaldılmışdır. Baş vermiş hüquqpozmaya hüquq mühafizə orqanları hüquqi qiymət vermişdir. Lakin hansısa məqsədlərinə çata bilməyən bəzi üzdən İraq insanlar baş verənləri əllərində bayraq edərək vatsapp üzərindən paylaşımlar etmiş və həmin görüntülər youtobe kanalında arxiv kimi qalmışdır. Həmin hadisələrdən sonra 2022-ci il may ayında Cavabdeh yaranması ilə dövlət qulluğuna qəbul edilmişdir. Dövlət Qulluğu vəzifəsində işləməklə barəsində idarəyə heç bir şikayət daxil olmamışdır. Əgər işlədiyi müddətdə yoxarıda qeyd olunmuş hallar etik qaydaların pozulması kimi qiymətləndirilsəydi, hər halda ona xəbərdarlıq və ya intizam tənbehi tətbiq edilmiş olacaqdır. Ona qarşı baş vermiş hüquq pozuntusundan 4 il müddət keçmiş və Astara rayon Məhkəməsi baş vermiş hadisəyə hüquqi qiymət vermişdir. Lakin buna baxmayaraq 2024-cü il fevral ayında yeni təyinat almış Cavabdeh müdiri X13 kanalındakı videonu əsas götürərək onunla bağlanmış dövlət qulluqçusu kimi əmək müqaviləsinə xitam vermişdir. Lənkəran -Astara Regional Təhsil İdarəsinin X6 xx.xx.2024-cü il tarixli iclası cəmi 4 nəfər rəyasət heyətin üzvü (iki nəfəri müddətli müqavilə ilə işləyir) və mənimlə bərabər 2 nəfər dəvət olunmuş qonaq olmaqla cəmi 6 nəfərin iştirakı ilə baş tutmuşdur. Əgər həqiqətən onun fəaliyyəti işlədiyi müddətdə Cavabdeh imicini aşağı salmışdırsa bu idarənin həmkarlar təşkilatının iclasında müzakirə olunmalı idi ( 76 nəfər ştat işçilərin iştirakı ilə). Verilən qərar isə X6 rəyasət üzvləri arasında müzakirə olunub təsdiq olunmalı idi. Lakin müzakirə birbaşa təşkilatının üzvlərinin iştirakı ilə regional idarənin müdirinin təqdimatı əsasında aparılıb və qərarlaşdırılıb. Qəbul edilən qərarda da X14 məni birbaşa qərar verərək onunla bağlanmış əmək müqaviləsinə “X15” Qanunun 33.1.6-cı maddəsi ilə xitam vermişdir. Halbuki həmin səlahiyyət Bəhruz Mehdiyevdə olmuşdur. Həmkarlar təşkilatında idarə müdirinin təqdimatı müzakirə olunub. Onun fəaliyyəti ictimayəti narahat etmişdirsə, ilk öncə onunla bağlı məsələ Astara rayonu üzrə təhsil sektorunda müzakirə olunmalı idi və sektor rəhbərin arayışı X6 iclasına daxil olmalı idi. Bunların heç biri aparılmamış idarə rəhbərin təqdimatı müzakirə olunaraq əsassız qərar verilmişdir. Buna görə də Lənkəran - Astara Regional Təhsil idarəsinin X6 xx.xx.2024-cü il tarixli 01 saylı protokol qərarı, eləcə də Lənkəran - Astara Regional Təhsil idarəsinin 13 fevral 2024-cü il tarixli K-73 nömrəli əmri ləğv olunmalıdır. Lənkəran - Astara Regional Təhsil idarəsi onunla dövlət qulluqçusu kimi bağlanmış müddətsiz əmək müqaviləsini “X15” Qanunun 33.1.6-cı maddəsini rəhbər tutaraq 13 fevral 2024-cü il tarixdə K-73 nömrəli əmrlə xitam etmişdir. “X15” Qanunun 33.1.6-cı maddəsi ilə əmək müqaviləsinə xitam verərkən cavabdehb nəzərə almamışdır ki, həmin Qanunun 25.2.6-cı maddəsinə əsasən işçinin intizam tənbehi olmalıdır. Cavabdehin istinad etdiyi maddədə etik qaydaların pozulması bəndi qeyd olunmamışdır. Bu da onu deməyə əsas verir ki, cavabdeh onunla bağlanmış əmək müqaviləsinə qərəzli olaraq xitam vermişdir. Digər hal ondan ibarətdir ki, onunla bağlanmış əmək müqaviləsinə 13 fevral 2024-cü il tarixli K-73 nömrəli əmrdə “X15" qanunun 33.1.6-cı maddəsi ilə xitam edilmişdir. Lakin onunla dövlət qulluqçusu kimi bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə xitam edilmişdir. Digər hal isə Cavabdeh ilə onun arasında elektron əmək müqaviləsi mövcud olsa da, aralarında yazılı əmək müqaviləsi mövcud deyil. O tələb etsə də ona verilməmişdir. Onunla bağlanmış elektron əmək müqavilələrində xx.xx.2022, xx.xx.2023, xx.xx.2023 və 26.01,2024-cü il tarixdə xəbəri olmada müqavilə dəyişikliyi aparılmış və bu barədə ona məlumat verilməmiş və kağız müqavilə üzərində əksini tapmamışdır. Bu uyğunsuluqlardan görünür ki, Lənkəran - Astara Regional Təhsil idarəsinin X6 xx.xx.2024-cü il tarixli 01 saylı protokol qərarı və 13 fevral 2024-cü il tarixli K- 73 nömrəli əmri ləğv olunmalıdır. Əmək müqaviləsinə xitam verilərkən ona hesablanmış son haqq hesab 01 mart 2024-cü il tarixdə ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 174-cü maddəsinin 4 və 5-ci bəndlərinə uyğun olaraq işçi işdən çıxarkən ona veriləcək bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilməlidir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməlidir. “X15” Azərbaycan Respubnlikası Qanununa əsasən Dövlət Qulluğun imtahanından və müsahibə mərhələsindən uğur qazanaraq dövlət qulluğu vəzifəsinə təyin olunmuşdur. Onunla bağlı dövlət qulluğu vəzifəsində dövlət qulluqçusunun xidməti davranışında hər hansı qeyri-etik hərəkətlər olduğu halda bu məsələni Azərbaycan Respublikasının Dövlət Qulluğunu idarəetmə Şurası həll etməli və müvafiq qərarı verilməlidir. Dövlət Qulluğunu idarəetmə Şurasının əsasnaməsi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən 29 mart 2002-ci ildə təsdiq edilmişdir. Şura "X15" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən 18 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Şuranın 6 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 6 üzvü Azərbaycan Respublikası Milli Məclisinin sədri tərəfindən, 6 üzvü isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təyin edilir. Dövlət qulluqçusunun xidməti fəaliyyəti araşdırılmadan birbaşa onun barəsində qərar verilə bilməz. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh ilə aralarında dövlət qulluqçusu kimi bağlanmış əmək müqaviləsinə “X15” qanunun 33.1.6-cı maddəsinə əsasən çıxarılmış xx.xx.2024-cü il tarixli K- 73 nömrəli əmr ləğv olunmalı, məcburi iş buraxma meddətinə görə əmək haqqı ödənilməlidir. Hazırkı işdən görünür ki, Cavabdeh demək olar ki, heç bir araşdırma aparmamışdır və nəinki əlavə sübutlar, hətta zəruri olan heç bir sübutu toplaya bilməmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd olunmuşdur ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı xx.xx.2024-cü il tarixli, 01 saylı qərarının ləğv edilməsi, məcburi iş buraxma müddətinə görə əmək haqqı, şərəf və ləyaqətinin alçaldılmasına görə 10000 manat kompensasiya ödənilməsi və son haqq-hesab gecikdirilməsi üçün əmək haqqının azı bir faizi məbləğində ödəncin verilməsi tələbi ilə bağlı aşağıdakıları bildiririk. Cavabdeh Astara rayonu üzrə təhsil sektorunun məsləhətçisi İddiaçı sosial şəbəkələrdə qeyri-etik davranışlarının yayılması, bu davranışların ictimaiyyət arasında müzakirələrə səbəb olması və İdarəyə çoxsaylı vətəndaş şikayətlərinin daxil olması dövlət qulluqçusunun xidməti davranışına, eləcə də, İdarənin işgüzar nüfuzuna xələl gətirmişdir. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Həmçinin bu Qanunun 7.1-ci maddəsində dövlət qulluqçusunun Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borclu olduğu qeyd olunmuşdur. Eyni zamanda “X15” Azərbaycan Respublikası Qanununun 18.0.4-cü maddəsində dövlət qulluqçusu başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, 18.0.12-ci maddəsində isə etik davranış qaydalarına əməl etməli olduğu göstərilmişdir. Bütün bunlara baxmayaraq İddiaçı dövlət qulluqçusu olaraq üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməyərək etik davranış qaydalarına uyğun olmayan hərəkətlərə yol vermişdir. Cavabdeh müdiri xx.xx.2024-cü il tarixli 3-29-35/2- 61/2024 nömrəli məktubla Cavabdeh X6 sədrinə müraciət edərək İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı təqdimatına münasibət bildirilməsi xahiş olunmuşdur. Cavabdeh X6 05 fevral 2024-cü il tarixli 01 nömrəli iclas protokoluna əsasən Astara rayonu üzrə təhsil sektorunun məsləhətçisi İddiaçı “X15” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsi ilə əmək müqaviləsinə xitam verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Cavabdeh Astara rayonu üzrə təhsil sektorunun məsləhətçisi İddiaçı "X15” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə 13 fevral 2024-cü il tarixindən İdarənin xx.xx.2024-cü il tarixli 3-29-35/3-1- 73K/2024 nömrəli əmri ilə xitam verilmişdir. İddiaçı iddia ərizəsində iş prosesi zamanı nümunəvi işçi olması kimi özünü təqdim etməsinə münasibət olaraq bildirilir ki, vakansiyaların düzgün çıxarılmaması barədə vətəndaş müraciəti ilə əlaqədar araşdırma aparılan zaman müvafiq rayon üzrə məsul şəxs təyin olunmuş Astara rayonu üzrə təhsil sektorunun məsləhətçisi İddiaçı tərəfindən pedaqoji kadrlara olan tələbatın müəyyənləşdirilməsi zamanı nöqsana yol verildiyi aşkar edilmiş və izahatı alınmışdır. Cavabdeh üzrə xx.xx.2023-cü il tarixli, 3-29-35/3-1-605K/2023 nömrəli əmrlə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən yazılı xəbərdarlıq verilmişdir. Son haqq-hesabın ödənilməsilə əlaqədar olaraq bildirilir ki, İddiaçı 13 fevral 2024-ci ildə işdən azad edilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq son haqq hesab hesablanmış və xx.xx.2024-ci il tarixli 25 nömrəli QÖS (Qısamüddətli ödəniş sənədi) vasitəsilə müvafiq xərc əməliyyatlarının aparılmasından ötrü 22 saylı Regional Xəzinədarlıq İdarəsinə təqdim olunmuşdur. Odur ki, son haqq hesabın ödənilməsi vaxtında həyata keçrilmiş heç bir gecikmə halı baş verməmişdir. Lənkəran rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)- 1850/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh xx.xx.2024-cü il tarixli 3-29-35/3-1-73K/2024 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh Astara rayonu üzrə təhsil sektoruna məsləhətçi vəzifəsinə işə bərpa olunması, ona məcburi işburaxmaya görə əmək haqqının ödənilməsini qət etmişdir. Lənkəran rayon Məhkəməsi iş üzrə qətnamə qəbul edərkən tərəfimizdən təqdim olunmuş, işin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən sübutları nəzərə alınmamış, faktiki halları araşdırmamış, iddiaçının mülahizələrinə əsaslanaraq maddi və prossesual hüquq normalarını düzgün tətbiq etməyərək əsassız, mövcud şəraitə zidd olan qərar qəbul etmişdir. Cavabdeh nümayəndəsi məsələ ilə əlaqədar Lənkəran Rayon Məhkəməsinə ətraflı izahat vermişdir. Lakin məhkəmə bunu nəzərəalmayaraq hərtərəfli araşdırma aparmamış, təqdim edilən sübutlara hüquqi qiymət verməmişdir. Cavabdeh Astara rayonu üzrə təhsil sektorunun əməkdaşı İddiaçı Cavabdeh tərəfindən “X15” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunlarının tələbləri izah edilmişdir.Bütün bunlar məhkəmə prossesi zamanı, vəzifəli şəxs olaraq funksional vəzifələrinin qanunamüvafiq icra etməsi ilə bir araya sığmayan hərəkətlərinin olması məhkəmənin nəzərinə çatdırılmışdır. Təqdim edilən dəlil və subutlara (video görüntülər) məhkəmə lazımi qiymət vermədən dövlət orqanı olan Cavabdeh qeyd edilən Qanunların icrasına maneələr yaratmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2024-cü il tarixli 2(106)- 1719/2024 nömrəli Qərardadına əsasən Lənkəran Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli 2(049)- 1850/2024 nömrəli qətnaməsi ləğv edilmiş və İddiaçı Cavabdehnə qarşı işə bərpa, məcburi işburaxma müddətinə görə əmək haqqı və təzminatının ödənilməsi tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, işin hallarından da məlum olur ki, İddiaçı “X15” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilməsi əsaslıdır. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində göstərilir ki, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı qeyd edilən iddia müddətini ötürmüş və vaxtında aidiyyəti məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinin İİİ hissəsində qeyd olunur ki, qanunu bilməmək məsuliyyətdən azad etmir. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı iddia tələbi əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. İddianın mümkünlüyü İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia ərizəsinə baxılmalıdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (sərəncamın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İşdə olan Lənkəran Rayon Məhkəməsinin İddiaçı Cavabdehnə qarşı “işə bərpa, məcburi işburaxma müddətinə görə təzminatın və əməkhaqqının ödənilməsi” tələbinə dair Lənkəran Rayon Məhkəməsinin icraatında olmuş 2(049)-1850/2024 nömrəli mülki iş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmişdir, həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında mülki iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-1850/2024 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. İş materiallarından aydın göründüyü kimi, mübahisələndirilən Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, K-73 nömrəli əmrinin və eləcə də həmin əmrin verilməsi üçün əsas olmuş X6 xx.xx.2024-cü il tarixli, 01 saylı protokol qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə (zərf xx.xx.2024-cü il tarixdə göndərilmişdir) daxil olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsində müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Əsaslandırma Hissəsi Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə Astara rayonu, Pensər kəndində anadan olmuş, Astara rayonu, Kijəbə qəsəbəsində qeydiyyatdadır. İşdə olan xx.xx.2024-cü il tarixli 2371 nömrəli arayışın surətindən görünür ki, verilir İddiaçı ondan ötrü ki, həqiqətən Astara rayonu, Kijəbə qəsəbəsində yaşayır və aşağıdakı ailə tərkibi vardır. 1.Arvadı:X8 (xx.xx.1984), 2.Oğlu: X17 (xx.xx.2008), 3.Oğlu:X18 (xx.xx.2009), 4.Oğlu: X19 (xx.xx.2022). İşdə olan Cavabdeh xx.xx.2024-cü il tarixli 3-29-35/2-M-480-1/2024 nömrəli iş materialından görünür ki, Cavabdeh Astara rayonu üzrə təhsil sektoruna, əvvəlki işinə bərpa olunması barədə müraciətinə aidiyyəti üzrə Lənkəran - Astara Regional Təhsil idarəsində baxıldı. Astara rayonu üzrə təhsil sektorunda məsləhətçi vəzifəsində işləyərkən dövlət qulluqçusu olaraq üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməyərək etik davranış qaydalarına uyğun olmayan hərəkətlərə yol verdiyi üçün “X15” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixli 3-29-35/3-1- 73K/2024 nömrəli əmri ilə qanunamüvafiq olaraq dövlət qulluğunda fəaliyyətinə xitam verilib. Dövlət qulluğuna işə qəbul “X15” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. İşdə olan Cavabdeh xx.xx.2024-cü il tarixli 3-29-35/2-M-480-1/2024 nömrəli iş materialından görünür ki, müraciətin araşdırması zamanı əlavə məlumatların əldə edilməsi zəruri olduğundan araşdırma müddəti “Vətəndaşların müraciəti haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən uzadılmışdır. İşdə olan Cavabdeh xx.xx.2022-ci il tarixli K-35 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Təhsil Nazirliyi sistemində vakant olan vəzifələrin tutulması üçün 13 sentyabr 2021-ci il tarixdə elan edilmiş müsabiqə üzrə müsahibədən müvəffəqiyyətlə keçdiyi üçün 10 iyun 2022-ci il tarixdən 6 (altı) ay müddətinə stajçı kimi dövlət qulluğuna qəbul olunaraq, idarənin Astara rayonu üzrə təhsil sektorunun məsləhətçi vəzifəsinə təyin edilmişdir. İşdə olan Cavabdeh xx.xx.2022-ci il tarixli K-291 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı 12 dekabr 2022-ci il tarixdən 3 (üç) ay müddətinə idarənin Astara rayonu üzrə təhsil sektorunun məsləhətçi vəzifəsində sınaq müddətinə təyin edilmişdir. İşdə olan Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-29-35/3-1-110K/2023 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı sınaq müddət bitdiyinə görə 13 mart 2023-cü il tarixdən daimi dövlət qulluğuna qəbul edilmiş və ona “kiçik dövlət qulluqçusu” ixtisas dərəcəsi verilmişdir. İşdə olan Cavabdeh xx.xx.2024-cü il tarixli 3-29-35/3-1-73K/2024 nömrəli əmrinin surətindən görünür ki, Astara rayonu üzrə təhsil sektorunun məsləhətçisi İddiaçı ilə “X15” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrdə əsas olaraq İddiaçı izahatı, Cavabdeh X6 08 fevral 2024-cü il tarixli, 01 nömrəli məktubu və 05 fevral 2024-cü il tarixli, 01 nömrəli protokoldan çıxarış qeyd edilmişdir. İşdə olan Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-29-35/2-2659/2025 nömrəli məlumata əsasən, İddiaçı Mirzəağa oğlu Cavabdeh xx.xx.2022-ci il tarixli K-35 nömrəli əmri ilə 6 ay müddətinə stajçı kimi dövlət qulluğuna qəbul olunaraq Astara rayonu üzrə təhsil sektoruna məsləhətçi vəzifəsinə təyin edilmiş və xx.xx.2022-ci il tarixli K-291 nömrəli əmrlə stajçı müddətini başa vuraraq 3 ay sınaq müddətinə həmin vəzifəyə təyin edilmişdir. İddiaçı Mirzəağa oğlu xx.xx.2023-cü il tarixli 3-29-35/3-1-110K/2023 nömrəli əmrlə daimi dövlət qulluğuna qəbul edilərək Astara rayonu üzrə təhsil sektoruna məsləhətçi vəzifəsinə təyin edilmiş və "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğu üçün Cavabdeh xx.xx.2024-cü il tarixli 3-29- 35/3-1-73K/2023 nömrəli əmri ilə “X15” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh yeni idarə kimi yarandığı 2022-ci ildə “Əmək və məşğulluq” altsistemində texniki səbəblərdən dövlət orqanı kimi tanınmadığından işçilərlə əmək müqaviləsini dövlət qulluqçusu kimi deyil, adi əmək müqaviləsi bağlamaq mümkün olduğundan, İddiaçı Mirzəağa oğlu ilə dövlət qulluqçusu kimi deyil, adi əmək müqaviləsi bağlanmışdır. Bu səbəbdən İddiaçı Mirzəağa oğlunun əmək müqaviləsinə xitam verilən zaman Əmək və Məşğulluq (ƏMAS) altsistemi üzərində “X15” Azərbaycan Respublikası Qanununun müvafiq xitam maddəsi xitam əsası kimi aktiv olmadığı üçün (yalnız Əmək Məcəlləsinin maddələri xitam əsası kimi seçilə bildiyinə görə) onun müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilmişdir. Xitam bildirişinin qeyd hissəsində “X15" Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsi yazılmışdır. Yuxarıda göstərilən texniki problemin həlli olunması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə rəsmi müraciət edilsə də, məsələ həllini tapmamışdır. Qeyd olunanları nəzərə alaraq iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan Cavabdeh müdiri B.Mehdiyevin Cavabdeh X14na ünvanladığı xx.xx.2024cü il tarixli 3-29-35/2- 61/2024 nömrəli məktubuna əsasən, İddiaçı sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olması barədə məlumatların yayılması, bu halın dövlət qulluqçusunun, ümumilikdə idarənin nüfuzunun aşağı salınmasına səbəb olması qeyd edilərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsini müzakirə edərək, münasibət bildirilməsi xahiş edilmişdir. Cavabdeh X6 sədrinə müraciət edərək İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı təqdimatına münasibət bildirilməsi xahiş olunmuşdur. İşdə olan Cavabdeh X6 Cavabdehnə ünvanladığı xx.xx.2024-cü il tarixli, 01 nömrəli məktubuna əsasən, Cavabdeh Astara rayonu üzrə təhsil sektorunun məsləhətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə “X15” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsi məsələsi Cavabdeh X6 05 fevral 2024-cü il tarixli iclasında müzakirə edilmişdir. Cavabdeh X6 05 fevral 2024-cü il tarixli iclasının qərarına əsasən İddiaçı qeyd olunan maddə ilə işdən azad olunması məqsədəmüvafiq hesab edilmişdir. İşdə olan Cavabdeh X6 05 fevral 2024-cü il tarixli 01 nömrəli iclas protokoluna əsasən, Astara rayonu üzrə təhsil sektorunun məsləhətçisi İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Cavabdeh müdiri Bəhruz Mehdiyevin təqdimatı heyət üzvləri: Rövşən Məmmədov, Elnur Manafov, Elşən Bədəlov, Tofiq Əsgərov, Firəngiz Hüseyova, dəvət edilənlər X10 Mirzəzadənin iştirakı ilə müzakirə edilmişdir. İclasda iştirak edənlər öz çıxarışlarında İddiaçı dövlət qulluqçusuna layiq olmayan, qeyri-etik davranışlarının idarənin adına yaraşmayan hərəkət olduğu, təhsil işçisinin nüfuzuna xələl gətirən olduğunu, kobud əmək və icra intizamı kimi qiymətləndirildiyini, sosial şəbəkələrdə yayılan video görüntüləri utanc verici olduğunu qeyd edərək, İddiaçı işdən azad edilməsinə etiraz etmədiklərini bildirmişlər. İclasın qərarı ilə təqdimat nəzərə alınaraq, İddiaçı əmək müqaviləsinə “X15” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Astara rayonu üzrə təhsil sektorunun məsləhətçisi İddiaçı “X15” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsi ilə əmək müqaviləsinə xitam verilməsi məqsədəmüvafiq hesab edilmişdir. İşdə olan Cavabdeh X6 xx.xx.2024-cü il tarixli 01 nömrəli iclas protokolundan çıxarışa əsasən, Cavabdeh müdiri Bəhruz Mehdiyevin xx.xx.2024-cü il tarixli təqdimatı, Cavabdeh X6 sədri Rövşən Məmmədovun məlumatı və heyət üzvləri- Rövşən Məmmədovun məlumatı və heyətin üzvləri Elşən Bədəlov, Tofiq Əsgərov, Firəngiz Hüseyovanın çıxışları nəzərə alınmışdır. Cavabdeh Astara rayonu üzrə təhsil sektorunun məsləhətçisi İddiaçı “Youtube” kanalında yayılan görüntüləri dövlət qulluqçularına yaraşmayan hərəkətdir. İddiaçı əmək müqaviləsinə “X15” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsi məqsədəmüvafiq hesab edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli Cavabdeh əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsinin bildirişinə əsasən, iddiaçı E.Mizəzadə xx.xx.2022-ci il tarixdən müddətli məsləhətçi vəzifəsinə təyin edilmişdir. Bildirişin qeyd hissəsində Əmək Məcəlləsinin 73-cü maddəsinə istinad edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli Cavabdeh əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişinə əsasən, iddiaçı E.Mizəzadə xx.xx.2024-cü il tarixdə məsləhətçi vəzifəsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası: 70ç, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. İşdə olan Astara Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli 3-18-65/2-8431/25 nömrəli məktubuna əsasən, Astara rayonu, Tüləgüvan kənd sakini İddiaçı müraciəti əsasında Astara RPŞ-nin Təhqiqat Bölməsində aparılan ilkin araşdırma üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan hər hansısa bir şikayət daxil olmamış və qeyd olunan qərarın surəti göndərilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-1719/2024 nömrəli qərardadına əsasən, apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli 2(049)-1850/2024 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdehnə qarşı işə bərpa, məcburi işburaxma müddətinə görə əmək haqqı və təzminatın ödənilməsi tələbinə dair iş üzrə icraata xitam verilmişdir. İşdə olan Cavabdeh xx.xx.2025-ci il tarixli 3-29-35/2-1224/2025 nömrəli məktubuna əsasən, Şirvan İnzibati Məhkəməsi tərəfindən aparılan araşdırma üçün zəruri olan Cavabdeh xx.xx.2024-cü il tarixli, 01 saylı qərarının və həmin qərarın verilməsinə əsas olan sənədlərin və Cavabdeh xx.xx.2024-cü il tarixli, 01 saylı qərarının və həmin qərarı üzrə aparılmış inzibati icraat materiallarının müvafiq qaydada təsdiq olunmuş surətinin məhkəməyə təqdim olunması barədə müraciətinə aidiyyəti üzrə baxılmışdır. Cavabdeh üzrə müraciətdə göstərilən və tələb etdiyi müvafiq sənədlər təqdim edilir. İşdə olan Cavabdeh xx.xx.2025-ci il tarixli 3-29-35/2-1878/2025 nömrəli məktubuna əsasən, Şirvan İnzibati Məhkəməsi tərəfindən aparılan araşdırma üçün zəruri olan Cavabdeh xx.xx.2024-cü il tarixli, 01 saylı qərarının və həmin qərarın verilməsinə əsas olan sənədlərin və Cavabdeh xx.xx.2024-cü il tarixli, 01 saylı qərarının və həmin qərarı üzrə aparılmış inzibati icraat materiallarının müvafiq qaydada təsdiq olunmuş surətinin məhkəməyə təqdim olunması barədə müraciətə aidiyyəti üzrə baxılmışdır. Cavabdeh üzrə müraciətdə göstərilən və tələb etdiyi müvafiq sənədlər xx.xx.2025-ci il tarixində №3-29- 35/2-1224/2025 nömrəli məktubla, saat 14:50-də İRİA vasitəsilə elektron göndərilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 45.1-ci maddəsinə görə inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Həmin Qanunun 45.2-ci maddəsinə görə inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: - (maddə 45.2.1) sənədlərdən; - (maddə 45.2.2) tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; - (maddə 45.2.3) şahid ifadələrindən; - (maddə 45.2.4) müvafiq müayinələrin aparılmasından; - (maddə 45.2.5) ekspert rəylərindən; - (maddə 45.2.6) hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; - (maddə 45.2.7) işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. Həmin Qanunun 45.3-cü maddəsinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə müəyyən etdi ki, İddiaçı Mirzəağa oğlu Cavabdeh xx.xx.2022-ci il tarixli K- 35 nömrəli əmri ilə 6 ay müddətinə stajçı kimi dövlət qulluğuna qəbul olunaraq Astara rayonu üzrə təhsil sektoruna məsləhətçi vəzifəsinə təyin edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli K-291 nömrəli əmrlə stajçı müddətini başa vuraraq 3 ay sınaq müddətinə həmin vəzifəyə təyin edilmişdir. İddiaçı Mirzəağa oğlu xx.xx.2023-cü il tarixli 3-29-35/3-1- 110K/2023 nömrəli əmrlə daimi dövlət qulluğuna qəbul edilərək Astara rayonu üzrə təhsil sektoruna məsləhətçi vəzifəsinə təyin edilmişdir. Cavabdeh X6 05 fevral 2024-cü il tarixli 01 nömrəli iclas protokoluna əsasən, İddiaçı əmək müqaviləsinə “X15” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Astara rayonu üzrə təhsil sektorunun məsləhətçisi İddiaçı “X15” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsi ilə əmək müqaviləsinə xitam verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Cavabdeh orqan tərəfindən "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğu üçün Cavabdeh xx.xx.2024-cü il tarixli 3-29-35/3-1-73K/2023 nömrəli əmri ilə “X15” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək, əmri və iclas protokolunu mübahisələndirmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının mübahisələndirdiyi inzibati aktın ləğv edilməsi üçün qanun pozuntusu müəyyən olunmadı. Belə ki, məhkəmə gəldiyi nəticəsini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. “X15” Azərbaycan Respublikasının Qanunu: Maddə 18. Dövlət qulluqçusunun əsas vəzifələri 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; ... 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. 15.2-ci maddəsinə əsasən İlk dəfə daimi dövlət qulluğuna qəbul edilmiş vətəndaş vəzifəsinin icrasına başlamamışdan əvvəl aşağıdakı məzmunda and içir: «Azərbaycan Respublikasına sadiq olacağıma, onun Konstitusiyasına dönmədən əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, dövlət qulluğunun mənə verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücümlə və vətənin mənafeyi naminə həyata keçirəcəyimə and içirəm». 18.0.4-cü maddəsinə əsasən dövlət qulluqçuları vəzifədə olaraq başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. 18.0.12-ci maddəsinə əsasən dövlət qulluqçuları vəzifədə olaraq etik davranış qaydalarına əməl etməlidir. 20.1.3-cü maddəsinə əsasən dövlət qulluqçusunun dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa ixtiyarı yoxdur. 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.5-ci maddəsinə əsasən dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 25.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. 25.7-ci maddəsinə əsasən bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. 25.8-ci maddəsinə əsasən intizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən, onun imzalandığı gündən 7 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına şikayət vermək olar. Bu zaman həmin orqan tərəfindən intizam tənbeh tədbiri 10 iş günü müddətində ləğv olunmalı və ya qüvvədə saxlanılmalıdır. Tətbiq olunmuş intizam tənbeh tədbirindən şikayət verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. 25.9-cu maddəsinə əsasən dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər. 25.10-ci maddəsinə əsasən dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. Dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə Azərbaycan Respublikasının dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaiti hesabına ödənilir. 25.11-cu maddəsinə əsasən Dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. 33.1.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə dövlət qulluğuna xitam verilə bilər. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7.1-ci maddəsinə əsasən dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. 12.2-ci maddəsinə əsasən dövlət qulluqçusu onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir. 13.2-ci maddəsinə əsasən tərəflərdən biri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanı olan əqdlərdə həmin dövlət qulluqçusu digər tərəf ola bilməz. 15.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, qanunvericiliyə müvafiq olaraq, dövlət qulluğuna qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə məlumat verməyə borcludur. 23.1-ci maddəsinə əsasən etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə müəyyən etdi ki, Cavabdeh məsləhəyçisi vəzifəsində çalışmış İddiaçı dövlət qulluqçusu kimi öz vəzifələrini yerinə yetirə bilmədiyi üçün xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası “X15” Qanunun 25.2.6 maddəsinə uyğun olaraq vəzifəsindən azad edilərək dövlət qulluğuna xitam verilmişdir. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunu 3.1 Dövlət qulluqçusunun xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Dövlət qulluqçusunun xidməti davranışı bu Qanunla müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır. 8.1. Dövlət qulluqçularının fəaliyyəti insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət etməlidir. 8.2. Dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. 8.3. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət qulluqçusu xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir. 8.4. Dövlət qulluqçusu hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Maddə 23. Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət 23.1. Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. 23.2. Dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. 23.3. Aşağıdakı hallarda intizam icraatına başlanıla bilər: 23.3.1. bu Qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi; 23.3.2. mediada dövlət qulluqçusu tərəfindən bu Qanunun müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi; 23.3.3. bu Qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulmasının etik davranış üzrə müvəkkil tərəfindən müəyyən edilməsi. 23.4. İntizam icraatı zamanı dövlət qulluqçusu tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, həmin əlamətləri aşkar etmiş dövlət orqanının rəhbəri bu barədə cinayət təqibi orqanına məlumat verməlidir. Cavabdeh orqan tərəfindən təqdim edilmiş Astara Rayon sakinləri Ağa Məmmədov, X20 və Abdulla Orucov tərəfindən verilmiş İddiaçı barədə müraciət ərizəsi əsasında “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.3.1-ci maddəsinə uyğun olaraq, iddiaçı barəsində intizam icraatına başlanmışdır. Bundan sonra iddiaçı barəsində araşdırılma başlanılmış və mübahisələndirilən iclas protokol və əmri qəbul edilmişdir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməmiş, vəzifələrinin icrası zamanı kobud qanun pozuntusuna yol vermiş və bunun nəticəsi olaraq cavabdeh inzibati orqan tərəfindən onun tutduğu vəzifədən azad edilməsi və dövlət qulluğuna xitam verilməsi barədə müvafiq qərar qəbul edilmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, tətbiq edilmiş “dövlət qulluğundan azad edilmə” tənbeh tədbiri adekvat seçimdir. Eyni zamanda məhkəmə tərəfindən mübahisələndirilən inzibati aktın (əmrin) ləğv edilməsi üçün cavabdeh inzibat orqanın hərəkətlərində qanun pozuntusu müəyyən olunmur. Məhkəmə iş materiallarını araşdırararaq qeyd edir ki, iddiaçı E.Mirzazadə özü barəsində cavabdeh orqan tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Cavabdeh əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişində yanlışlığa yol verildiyini və onunla cavabdeh orqanı arasında əmək müqaviləsinə xitam verilməsinin əsasını Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsaslandığını göstərmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Cavabdeh əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişində iddiaçı E.Mizəzadənin xx.xx.2024cü il tarixdə məsləhətçi vəzifəsinə xitam verilən zaman əmək müqaviləsinə xitam verilməsinin əsası olaraq, ƏM-nin 70-ci maddəsinin “ç” bəndi- işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda-göstərilmişdir. Məhkəmə bununla bağlı nəzərə çatdırır ki, Cavabdeh xx.xx.2024-cü il tarixli 3-29- 35/3-1-73K/2023 nömrəli əmrindən görünür ki, “X15” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli Cavabdeh əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsinin bildirişinə əsasən, iddiaçı E.Mizəzadə xx.xx.2022-ci il tarixdən müddətli məsləhətçi vəzifəsinə təyin edilmişdir. Bildirişin qeyd hissəsində Əmək Məcəlləsinin 73-cü maddəsinə istinad edilmişdir. Bundan aydın olur ki, xx.xx.2024-cü il tarixli Cavabdeh əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişində cavabdeh orqan tərəfindən eyni yanlışlığa yol verilmişdir, Cavabdeh yeni idarə kimi yarandığı 2022-ci ildə “Əmək və məşğulluq” altsistemində texniki səbəblərdən dövlət orqanı kimi tanınmadığından işçilərlə əmək müqaviləsini dövlət qulluqçusu kimi deyil, adi əmək müqaviləsi bağlamaq mümkün olduğundan, İddiaçı Mirzəağa oğlu ilə dövlət qulluqçusu kimi deyil, adi əmək müqaviləsi bağlanması və bu səbəbdən İddiaçı Mirzəağa oğlunun əmək müqaviləsinə xitam verilən zaman Əmək və Məşğulluq (ƏMAS) altsistemi üzərində “X15” Azərbaycan Respublikası Qanununun müvafiq xitam maddəsi xitam əsası kimi aktiv olmadığı üçün (yalnız Əmək Məcəlləsinin maddələri xitam əsası kimi seçilə bildiyinə görə) onun müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilməsi barədə cavabdeh orqanın dəlilləri məhkəmə tərəfindən mötəbər sübut olaraq qəbul edilir. Həmçinin məhkəmə qeyd edir ki, xitam bildirişinin qeyd hissəsində “X15" Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsi yazılmışdır. Cavabdeh müdiri vəzifəsini icra edən müdir müavini R.Rəhimov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-29-35/3-1-605K/2023 saylı xəbərdarlığın elan edilməsi barədə məktubdan görünür ki, Cavabdeh müdiri tərəfindən “Müəllimlərin yerdəyişməsi və işə qəbulu müsabiqələrində vakansiyaların toplanılması və sistemə əlavə edilməsi üçün məsul şəxslərin təyin edilməsi barədə" 28 mart 2023-cü il tarixli, 3-29-35/3-2-37F/2023 nömrəli əmr imzalanmışdır. Həmin əmrlə Cavabdeh əhatə dairəsində yerləşən ümumi təhsil məktəblərində pedaqoji kadrlara olan tələbatın müəyyənləşdirilməsi, vakansiyaların toplanılması və aidiyyəti üzrə sifarişlərin verilməsi üçün rayonlar üzrə məsul şəxslər təyin edilmişdir. Vakansiyaların düzgün çıxarılmaması barədə Astara şəhər Z.Bünyadov adına 2 nömrəli tam orta məktəbin tarix müəllimi X2 müraciəti ilə əlaqədar araşdırma aparılan zaman müvafiq rayon üzrə məsul şəxs təyin olunmuş Astara rayonu üzrə təhsil sektorunun məsləhətçisi İddiaçı tərəfindən pedaqoji kadrlara olan tələbatın müəyyənləşdirilməsi zamanı nöqsana yol verildiyi aşkar edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, gələcəkdə bu kimi halların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 14 iyun 2022-ci il tarixli F-377 nömrəli əmri ilə təsdiq edilmiş “Cavabdeh Əsasnaməsi"nin 5.6.2-ci bəndini rəhbər tutaraq əmr etmişdir: Əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına qismən səhlənkar yanaşdığına görə Astara rayonu üzrə təhsil sektorunun məsləhətçisi İddiaçı Azərbaycan Respublikası ƏM-nin 186cı maddəsinin 3-cü hissəsinə əsasən yazılı xəbərdarlıq elan edilmişdir. Nəzərə çatdırılmışdır ki, gələcəkdə belə hallara yol verdiyi təqdirdə barəsində intizam tənbehi tətbiq ediləcəkdir. İddiaçı öz ərizəsində qeyd etmişdir ki, Lənkəran -Astara Regional Təhsil İdarəsinin X6 xx.xx.2024-cü il tarixli iclası cəmi 4 nəfər rəyasət heyətin üzvü (iki nəfəri müddətli müqavilə ilə işləyir) və mənimlə bərabər 2 nəfər dəvət olunmuş qonaq olmaqla cəmi 6 nəfərin iştirakı ilə baş tutmuşdur. Əgər həqiqətən onun fəaliyyəti işlədiyi müddətdə Cavabdeh imicini aşağı salmışdırsa bu idarənin həmkarlar təşkilatının iclasında müzakirə olunmalı idi ( 76 nəfər ştat işçilərin iştirakı ilə). Verilən qərar isə X6 rəyasət üzvləri arasında müzakirə olunub təsdiq olunmalı idi. Lakin müzakirə birbaşa təşkilatının üzvlərinin iştirakı ilə regional idarənin müdirinin təqdimatı əsasında aparılıb və qərarlaşdırılıb. Qəbul edilən qərarda da X14 məni birbaşa qərar verərək onunla bağlanmış əmək müqaviləsinə “X15” Qanunun 33.1.6-cı maddəsi ilə xitam vermişdir. Halbuki həmin səlahiyyət Bəhruz Mehdiyevdə olmuşdur. Həmkarlar təşkilatında idarə müdirinin təqdimatı müzakirə olunub. Onun fəaliyyəti ictimayəti narahat etmişdirsə, ilk öncə onunla bağlı məsələ Astara rayonu üzrə təhsil sektorunda müzakirə olunmalı idi və sektor rəhbərin arayışı X6 iclasına daxil olmalı idi. Bunların heç biri aparılmamış idarə rəhbərin təqdimatı müzakirə olunaraq əsassız qərar verilmişdir. Məhkəməyə təqdim edilmiş Cavabdeh X6 xx.xx.2024-cü il tarixli 01 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Cavabdeh Astara rayonu üzrə təhsil sektorunun məsləhətçisi İddiaçı “Youtube” kanalında yayılan görüntüləri dövlət qulluqçularına yaraşmayan hərəkət olması və İddiaçı əmək müqaviləsinə “X15” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsi məqsədəmüvafiq hesab edilməsi barədə məlumatlar öz əksini tapmışdır. Məhkəməyə təqdim edilmiş Cavabdeh X6 xx.xx.2024-cü il tarixli 01 nömrəli iclas protokolunun qanuna zidd tərtib edilməsi barədə iddiaçının mülahizəsini əsaslı hesab etməmiş və hər hansı pozuntu müəyyən etməmişdir. Belə ki, məhkəməyə İddiaçı ilə Astara sakinləri arasında baş vermiş konflik dialoqu və çəkiliş barədə görüntülülər təqdim edilmişdir. İddiaçı bu görüntülərə münasibətdə Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(018)-186/2022 saylı cinayət təqibi üzrə icraata xitam verilməsinə dair qərara istinad etmişdir. Məhkəmə bu barədə iddiaçının mövqeyi ilə razılaşaraq bildirir ki, qərarın təsviri və əsaslandırıcı hissəsindən görünür ki, videogörüntüdə çəkiliş aparan şəxslərlə İddiaçı arasında barışıq olduğu üçün cinayət işi üzrə icraata xitam verildiyi üçün həmin görüntülər hazırki iş üzrə məhkəmə tərəfindən nəzərə alınmamalıdır. Lakin bundan başqa cavabdeh orqan tərəfindən İddiaçı başqa qadınla dövlət qulluqçusuna yaraşmayan ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək digər görüntüsü təqdim edilmişdir. Müvafiq görüntü üzrə hazırki vəziyyətdə iddiaçı E.Mizəzadənin heç bir nöqsana yol verməməsi barədə iddiası məhkəməyə inandırıcı gəlməmişdir. İddiaçı E.Mizəzadənin barəsində qərar qəbul edilərkən buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. İPM-nin 73.3.1 -ci maddəsinə əsasən «inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə»... və 73.3.2-ci maddəsi «inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətlədirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı veriidikdə».... Məhkəmə bir qayda olaraq iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Qeyd edilənlərə əsasən, Məhkəmə hesab edir ki, cavabdehin tərəfindən qəbul edilmiş əmrlər əsaslı olmuş, qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilməmişdir. Həmçinin, iddiaçının digər tələblərinə münasibətdə də Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh orqanın əmri əsasında işdən xaric edilməsinə dair əmr əsaslı olmuşdur. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Hazırki iş üzrə iddiaçı işdən xaric edilməsi barədə əmri mübahisələndirir. Həmin əmri Cavabdeh malik olduğu diskresion səlahiyyətlərin icrası qaydasında qəbul edilmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Hazırki halda cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilməmiş, inzibati orqanın diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Mübahisələndirilən əmrdən və iş materiallarında olan digər sənədlərdən görünür ki, iddiaçı başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermiş, etik davranış qaydalarını pozmuş, nəticədə dövlət qulluğundan azad edilmişdir. Beləliklə də yuxarıda qeyd edilən hüquq normalarını işin müəyyən edilmiş bütün faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, hazırkı halda mübahisələndirilən əmr «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, “X15” Azərbaycan Respublikası Qanununun, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, iddiaçının həmin inzibati orqana qarşı “Cavabdehnə qarşı tələbi əsaslı deyil. Ona görə də, cavabdeh inzibati orqanın mübahisələndirilən əmri əsaslı və qanuni olduğundan, iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan, həmin tələb təmin edilməməlidir. Beləliklə, iddiaçının öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);.. Həmin Məcəllənin 32.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər:32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt;32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2024-cü il tarixli, K-73 nömrəli əmrin və eləcə də həmin əmrin verilməsi üçün əsas olmuş X6 xx.xx.2024-cü il tarixli, 01 saylı protokol qərarının ləğv edilərək əvvəlki vəzifəsinə Cavabdeh Astara rayonu üzrə təhsil sektoruna məsləhətçi vəzifəsinə işə bərpa edilməsi, qanunsuz işdən çıxarıldığına görə işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi məcburi iş buraxma müddətinə görə əmək haqqı və son haqq-hesabı gecikdirdiyi üçün əmək haqqının az bir faizi məbləğində ödənc verilməsi” barədə iddia tələbi təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2024-cü il tarixli, K-73 nömrəli əmrin və eləcə də həmin əmrin verilməsi üçün əsas olmuş X6 xx.xx.2024-cü il tarixli, 01 saylı protokol qərarının ləğv edilərək əvvəlki vəzifəsinə Cavabdeh Astara rayonu üzrə təhsil sektoruna məsləhətçi vəzifəsinə işə bərpa edilməsi, qanunsuz işdən çıxarıldığına görə işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi məcburi iş buraxma müddətinə görə əmək haqqı və son haqq-hesabı gecikdirdiyi üçün əmək haqqının az bir faizi məbləğində ödənc verilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar