Məhkəmə qərarları › İş №2-1(120)-2509/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2509/2025

06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2509/2025 06.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Azərbaycan SSR-Nazirlər Sovetinin 20 yanvar 1986-cı il tarixli, 28 nömrəli qərarına əsasən, Lənkəran rayon X2 xx.xx.1986-cı il tarixli, 37 nömrəli əmrinə əsasən Lənkəran rayon Babək adına sovxozun 4 may 1989-cu il tarixli, 41 nömrəli əmri ilə Komissiyonların 22 aprel 1989-cu il tarixli aktına əsasən ona, yəni İddiaçı ayrılmış, Lənkəran rayonu, Rvo kəndində yerləşən 0.06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin onun adına dövlət qeydiyyatına alınması və onun adına müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Azərbaycan SSR-Nazirlər Sovetinin 20 yanvar 1986-cı il tarixli, 28 nömrəli qərarına əsasən, Lənkəran rayon X2 xx.xx.1986-cı il tarixli, 37 nömrəli əmrinə əsasən Lənkəran rayon Babək adına sovxozun 4 may 1989-cu il tarixli, 41 nömrəli əmri ilə Komissiyonların 22 aprel 1989-cu il tarixli aktına əsasən ona, yəni İddiaçı ayrılmış, Lənkəran rayonu, Rvo kəndində yerləşən 0.06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin onun adına dövlət qeydiyyatına alınması və onun adına müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürərək iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin baxılmadan geri qaytarılmasına dair ərizə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz etməmişdir. Məhkəmə iddiaçının “iddia ərizəsinin qaytarılması barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iş üzrə icraata xitam verilməlidir. İnzibati Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur. Ona görə də, iddiaçının belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmanı istisna etmir. Göstərilənlərə əsasən və İPM-in 55-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Daşınmaz əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Azərbaycan SSR-Nazirlər Sovetinin 20 yanvar 1986-cı il tarixli, 28 nömrəli qərarına əsasən, Lənkəran rayon X2 xx.xx.1986-cı il tarixli, 37 nömrəli əmrinə əsasən Lənkəran rayon Babək adına sovxozun 4 may 1989-cu il tarixli, 41 nömrəli əmri ilə Komissiyonların 22 aprel 1989-cu il tarixli aktına əsasən ona, yəni İddiaçı ayrılmış, Lənkəran rayonu, Rvo kəndində yerləşən 0.06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin onun adına dövlət qeydiyyatına alınması və onun adına müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın və inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, o, gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar