Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2510/2025 28.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə onun iddiasını qismən təmin etmişdir. Buna baxmayaraq, cavabdeh orqan qərarı icra etməkdən imtina edir. Məcbur qalıb yenidən məhkəməyə müraciət etməli olmuşdur. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin etirazı: Cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli etiraz məktubunda qeyd edilmişdir ki, iddiaçı K.X14 Nazirliyinin Daxili Qoşunlarının sıralarında xidmət etdiyi dövrdə dislokasiya yeri Füzuli rayonu - döyüş bölgəsi olmuş N saylı hərbi hissədə atəşkəsdən sonrakı dövrdə xidmət etməsi, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi, həmçinin DİN-in müvafiq Komissiyasının protokollarında ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi barədə məlumatların müəyyən edilməməsi nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi qüvvədə olan qanunvericiliyə əsasən mümkün olmamışdır. Vətəndaş İddiaçı müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi ilə bağlı müraciətləri üzrə İdarədə əvvəllər aparılmış araşdırmaların nəticəsi üzrə müraciətinin müsbət həllinin mümkün olmaması barədə sonuncuya məlumat verilmişdir. Belə ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-l(120)-679/2023 nömrəli Qərarı ilə vətəndaş İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası DİN-in üzərinə qoyulması tələbi qismən təmin edilməklə inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik DİN-in üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Şirvan İnzibati Məhkəməsinin həmin qərarı xx.xx.2024-cü il tarixli 2-1(120)-679/2023 nömrəli məktubla icra edilməsi üçün DİN-ə göndərilmişdir. Məhkəmənin müvafiq qərarının icrası çərçivəsində DİN-in X17 İdarəsində inzibati icraat qaydasında aparılmış araşdırma zamanı İddiaçı müraciətinin müsbət həllinin mümkün olmaması qənaətinə gəlinməklə bu barədə xx.xx.2024-cü il tarixli 3-13-23/2-551/2024 nömrəli məktubla Şirvan İnzibati Məhkəməsinə və 3-13-23/2-552/2024 nömrəli məktubla müraciət müəllifinə məlumat verilmişdir. Azərbaycan Respublikası İnizbati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı K.X12 Məhkəməsinə hazırki müraciətini xx.xx.2024-cü il tarixdə ünvanlamaqla iddia qaldıra bilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Qeyd olunanları nəzər alaraq, sözügedən Məcəllənin 35.3cü madəsinə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. İlk öncə qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi ona müharibə veteranı adı və statusunun verilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından “məcburetmə haqqında” iddia növünə aiddir. “İnzibati İcraat Haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Hazırkı məcburetmə haqqında iddia növü olduğundan, İPM-in 8.1.2-ci maddəsinin təsir dairəsinə düşür. İddiaçının yaşadığı yer Masallı rayonudur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 20N-cu il tarixli, 4 nömrəli qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab edərək imtina etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Daxili İşlər Nazirliyi X17 İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, eyni məzmunlu müraciətlərinizə əvvəllər də baxılmış, iddianız əsasında Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)-679/2023 nömrəli qərarına uyğun inzibati icraat qaydasında aparılmış araşdırma nəticəsində ölkəmizin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakınız faktı, DİNin müvafiq Komissiyasının protokollarına baxış keçirilərkən barənizdə məlumatlar müəyyən edilmədiyindən, eyni zamanda Daxili İşlər Nazirliyinin Daxili Qoşunların dislokasiya yeri Füzuli rayonu - döyüş bölgəsi olmuş hərbi hissədə atəşkəsdən sonrakı dövrdə xidmət etməyiniz nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 216 nömrəli Qərarının tələblərinə uyğun olaraq Sizə müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi mümkün olmamış, bu barədə sonuncu dəfə xx.xx.2024-cü il tarixli 3-13-23/2-H-36459/3-38/2024 nömrəli məktubla Sizə məlumat verilmişdir. Müvafiq təsdiqedici əsaslar müəyyən olunacağı təqdirdə Sizə müharibə veteranı statusunun verilməsi məsələsinə yenidən baxıla bilər. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-679/2023 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuşdur. Daxili İşlər Nazirliyi X17 İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı K.X14 Nazirliyinin Daxili Qoşunlarının sıralarında xidmət etdiyi dövrdə dislokasiya yeri Füzuli rayonu - döyüş bölgəsi olmuş N saylı hərbi hissədə atəşkəsdən sonrakı dövrdə xidmət etməsi, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsinin, eləcə də DİN-in müvafiq Komissiyasının protokollarına baxış keçirilərkən ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi barədə məlumatın müəyyən edilməməsi nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə uvğun olaraq ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi qüvvədə olan qanunvericiliyə əsasən mümkün olmamışdır. Eləcə də, vətəndaş K. Hacıyevin hərbi xidmət zamanı yaralanması, xidmət etdiyi hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə hər hansı bir məlumat aşkar olunmamış, sonuncu Silahlı Qüvvələrə ehtiyata buraxılmaqla şəxsi heyətin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır. İddiaçıya məxsus H3 № ******* nömrəli, xx.xx.N92-ci il tarixli hərbi biletdə qeyd edilmişdir ki, İddiaçı N saylı hərbi hissənin tərkibində hissə komandirinin 36 saylı 5 fevral N93-cü il tarixli döyüş əmri ilə 10 fevral N93-cü il tarixdə Ağdərənin Mehmanə kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.N94-cü ildən xx.xx.N96-cı ilə kimi Füzuli döyüş bölgəsində xidmət keçib. Lənkəran “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş X3 **********749 nömrəli ərizəsində qeyd edilmişdir ki, mən X7 N saylı Daxili Qoşunların hərbi hissə Texniki işlədiyi dövrdə xx.xx.N74-cü il təvəllüdlü İddiaçı həmin hərbi hissənin siravi əsgəri kimi N93-cü ildə Ağdərə rayonunun Mehmanə kəndində gedən döyüşdə iştirak etmişdir. Lənkəran “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş X1 **********385 nömrəli ərizəsində qeyd edilmişdir ki, İddiaçı N saylı Daxili Qoşunların hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini işlədiyi dövrdə xx.xx.N74cü il təvəllüdlü İddiaçı həmin hərbi hissənin siravi əsgəri kimi N93-cü ildə Ağdərə rayonunun Mehmanə kəndində gedən döyüşdə iştirak etmişdir. Masallı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş X9 **********269 nömrəli ərizəsində qeyd edilmişdir ki, İddiaçı N saylı Daxili Qoşunların hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini işlədiyi dövrdə xx.xx.N74cü il təvəllüdlü İddiaçı həmin hərbi hissənin siravi əsgəri kimi N93-cü ildə Ağdərə rayonunun Mehmanə kəndində gedən döyüşdə iştirak etmişdir. Masallı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş X10 **********423 nömrəli ərizəsində qeyd edilmişdir ki, İddiaçı N saylı Daxili Qoşunların hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini işlədiyi dövrdə xx.xx.N74cü il təvəllüdlü İddiaçı həmin hərbi hissənin siravi əsgəri kimi N93-cü ildə Ağdərə rayonunun Mehmanə kəndində gedən döyüşdə iştirak etmişdir. N saylı hərbi hissənin 478/122 saylı xəstəlik tarixindən çıxarış epikrizində qeyd edilmişdir ki, N saylı hərbi hissənin əsgəri İddiaçı xx.xx.N93-cü il tarixdən xx.xx.N93-cü il tarixədək N saylı hərbi hissənin yoluxucu xəstəliklər bölməsində “Kəskin respirator virus infeksiyası, sol tərəfli xroniki yevstaxitlə ağırlaşma.” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.N74-cü il təvəllüdlü istefada olan əsgər İddiaçı Xidmətin Masallı rayon şöbəsi (keçmiş Masallı rayon Hərbi Komissarlığı) tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların N nömrəli hərbi hissəsində, xx.xx.N92-ci il tarixdən xx.xx.N94-cü il tarixədək və N nömrəli hərbi hissədə xx.xx.N94-cü il tarixdən xx.xx.N96-cı il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, xx.xx.N96-cı il tarixdə X5 xx.xx.N96-cı il tarixli 501 nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə müraciəti və müraciətinin araşdırılması barədə, hərbi xidmət zamanı yaralanması, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi və amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə Xidmətin Masallı rayon şöbəsində məlumat yoxdur. Masallı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş X10 **********423 nömrəli ərizəsində qeyd edilmişdir ki, İddiaçı N saylı Daxili Qoşunların hərbi hissənin siravi əsgəri olduğu dövrdə xx.xx.N74-cü il təvəllüdlü İddiaçı həmin hərbi hissənin siravi əsgəri kimi N93-cü ildə Ağdərə rayonunun Mehmanə kəndində gedən döyüşdə iştirak etmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş X4 **********125 nömrəli ərizəsində qeyd edilmişdir ki, İddiaçı ilə birlikdə N saylı Daxili Qoşunların hərbi hissənin siravi əsgəri kimi N93-cü ildə Ağdərə rayonunun Mehmanə kəndində gedən döyüşdə iştirak etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə edilən məlumatlara əsasən İddiaçı əlillik vəziyyəti xx.xx.2016-cı il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Hərbi hissənin xx.xx.N97-ci il tarixli, 4/1125 saylı Arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.N93-cü il tarixdən xx.xx.N93-cü il tarixədək N saylı torpaqların müdafiəsi uğrunda gedən döyüşlərdədə iştirak etmişdir. DİN Daxili Qoşunların Baş İdarəsi Arxivinin xx.xx.2023-cü il tarixli, 100 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, sıravi İddiaçı 5480 (25033) saylı və dislokasiya yeri Füzuli rayonu-döyüş bölgəsi olmuş N saylı hərbi hissələrin tərkibində müddətli həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır:
1. 5480 saylı hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 10 №-li əmrilə hissəyə yeni gəlmiş 34 (otuz dörd) nəfər əsgərin “andiçmə” mərasimi keçirilmişdir (bu əmr hərbi hissənin əlifba qeydiyyatı kitabında aparılmış qeydlərə istinadən verilir);
2. 5480 saylı hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 42 №-li əmrilə hərbi xəstəxanaya getmiş hesab edilmişdir;
3. N saylı hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 53 №-li əmrilə hərbi xəstəxanadan gəlmiş hesab edilmişdir;
4. N saylı hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 55 №-li əmrilə hissənin qazan təminatından çıxarılıb 28 fevral N93-cü il tarixədək ailə vəziyyətinə görə 4 (dörd) gün müddətinə məzuniyyətə getmiş hesab edilmişdir;
5. N saylı hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 61 №-li əmrilə məzuniyyətdən gəlmiş hesab edilərək 01 mart N93-cü il tarixdən hissənin qazan təminatına daxil edilmişdir;
6. N saylı hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 71 №-li əmrilə hərbi xəstəxanaya getmiş hesab edilmişdir;
7. N saylı hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 85 №-li əmrilə hərbi xəstəxanadan gəlmiş hesab edilmişdir;
8. N saylı hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 240 №-li əmrilə hissənin qazan təminatından çıxarılıb 07 sentyabr N93-cü il tarixədək 10 (on) gün müddətinə məzuniyyətə getmiş hesab edilmişdir;
9. N saylı hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 252 №-li əmrilə 07 sentyabr N93cü il tarixdə məzuniyyətdən qayıtmadığı üçün geçikmiş hesab edilmişdir; 10.25033 saylı hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 256 №-li əmrilə məzuniyyətdən gəlmiş hesab edilərək hissənin qazan təminatına daxil edilmişdir; 11.25033 saylı hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 346 №-li əmrilə hissənin qazan təminatından çıxarılıb 15 dekabr N93-cü il tarixədək ailə vəziyyətinə görə 3 (üç) gün müddətinə məzuniyyətə getmiş hesab edilmişdir; 12.25033 saylı hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 348 №-li əmrilə məzuniyyətdən gəlmiş hesab edilərək hissənin qazan təminatına daxil edilmişdir; 13.25033 saylı hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 28 №-li əmrilə avtomobil nəqliyyatının təmiri bölməsində dülgər vəzifəsinə təyin edilmişdir (əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır); 14.25033 saylı hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 42 №-li əmrilə hissənin qazan təminatından çıxarılıb 14 fevral N94-cü il tarixədək 3 (üç) gün müddətinə məzuniyyətə getmiş hesab edilmişdir; 15.25033 saylı hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 46 №-li əmrilə məzuniyyətdən gəlmiş hesab edilərək hissənin qazan təminatına daxil edilmişdir; 16.25033 saylı hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli N7 №-li əmrilə hissənin qazan təminatından çıxarılıb 21 iyul N94-cü il tarixədək nümunəvi xidmətinə görə 5 (beş) gün müddətinə məzuniyyətə getmiş hesab edilmişdir; 17.25033 saylı hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 203 №-li əmrilə məzuniyyətdən gəlmiş hesab edilərək hissənin qazan təminatına daxil edilmişdir;
18. X5 xx.xx.N94-cü il tarixli 225 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 305 №-li əmrilə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılıb, N saylı hərbi hissəyə keçirilmişdir;
19. X5 xx.xx.N94-cü il tarixli 225 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 299 №-li əmrilə xidmətini davam etdirmək üçün N saylı hərbi hissədən gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir; 20.67987 saylı hərbi hissə komandirinin xx.xx.N95-ci il tarixli 237 №-li əmrilə hissənin qazan təminatından çıxarılıb 25 avqust N95-ci il tarixdən 31 avqust N95-ci il tarixədək ailə vəziyyətinə görə qısamüddətli məzuniyyətə getmiş hesab edilmişdir; 21.67987 saylı hərbi hissə komandirinin xx.xx.N95-ci il tarixli 244 №-li əmrilə 01 sentyabr N95-ci il tarixdən məzuniyyətdən gəlmiş hesab edilərək hissənin qazan təminatına daxil edilmişdir (əmrdə atasının adı Camal kimi qeyd edilmişdir); 22.67987 saylı hərbi hissə komandirinin xx.xx.N95-ci il tarixli 275 №-li əmrilə Daxili Qoşunların qospitalına getmiş hesab edilmişdir; 23.67987 saylı hərbi hissə komandirinin xx.xx.N95-ci il tarixli 287 №-li əmrilə 14 oktyabr N95-ci il tarixdə qospitaldan gəlmiş hesab edilmişdir; 24.67987 saylı hərbi hissə komandirinin xx.xx.N96-cı il tarixli 320 №-li əmrilə hissənin qazan təminatından çıxarılıb 11 noyabr N96-ci il tarixdən məzuniyyətə getmiş hesab edilmişdir; 25.67987 saylı hərbi hissə komandirinin xx.xx.N96-cı il tarixli 323 №-li əmrilə 14 noyabr N96-cı il tarixdən məzuniyyətdən gəlmiş hesab edilərək hissənin qazan təminatına daxil edilmişdir;
26. Azərbaycan Respublikası Prezidentinin xx.xx.N96-cı il tarixli 501 №-li Fərmanına əsasən N saylı hərbi hissə komandirinin xx.xx.N96-cı il tarixli 323 №-li əmrilə Silahlı Qüvvələrə ehtiyata buraxılmaqla hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılıb, 14 noyabr N96-cı il tarixdən qeydiyyata durmaq üçün 769 saylı keçid vərəqəsi ilə Masallı RHK-nın sərəncamına göndərilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Konstitusiyasının: 9-cu maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.2). 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. N-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun: 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları. Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X6 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ... Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X6 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.
Məhkəmənin mövqeyi:
Məhkəmə iddia və etiraz ərizəsini və işin faktiki hallarını obyektiv və qərəzsiz şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İddiaçının hüquqi marağı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının döyüş bölgəsi olmuş N saylı hərbi hissədə atəşkəsdən sonrakı dövrdə xidmət etməsi, eləcə də ölkənin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakın təsdiq edilməməsi əsası ilə tələbin təminindən imtina etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən N91-ci il oktyabrın 9-dan N94-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilir. Qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər müharibə veteranı adının verilməsi üçün əsas hesab edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 28.6-cı maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş N yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir. Müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş zabitlərə hərbi biletin verilməsi həmin orqan tərəfindən həyata keçirilir. Hərbi biletlərin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə, iş materiallarında olan H3 ******* nömrəli hərbi biletdən, arayışdan və şahid ifadələrindən və mötəbər sübut əhəmiyyəti daşıyan digər sənədlərdən müəyyən edir ki, İddiaçı xx.xx.N93-xx.xx.N96-cı illərdə hərbi xidmətdə olmuş, N saylı hərbi hissənin tərkibində hissə komandirinin 36 saylı 5 fevral N93-cü il tarixli döyüş əmri ilə 10 fevral N93cü il tarixdə Ağdərənin Mehmanə kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həmçinin xx.xx.N94-cü ildən xx.xx.N96-cı ilə kimi Füzuli döyüş bölgəsində xidmət keçib. Həmçinin onunla birgə döyüş əməliyyatlarında iştirak edən şəxslərin notarial qaydada təsdiqlənmiş ərizələrində də qeyd edilmişdir ki, xx.xx.N74-cü il təvəllüdlü İddiaçı N saylı hərbi hissənin siravi əsgəri kimi N93-cü ildə Ağdərə rayonunun Mehmanə kəndində gedən döyüşdə iştirak etmişdir. Bundan başqa Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.N74-cü il təvəllüdlü istefada olan əsgər İddiaçı Xidmətin Masallı rayon şöbəsi (keçmiş Masallı rayon Hərbi Komissarlığı) tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların N nömrəli hərbi hissəsində, xx.xx.N92-ci il tarixdən xx.xx.N94-cü il tarixədək və N nömrəli hərbi hissədə xx.xx.N94-cü il tarixdən xx.xx.N96-cı il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, xx.xx.N96-cı il tarixdə X5 xx.xx.N96-cı il tarixli 501 nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə müraciəti və müraciətinin araşdırılması barədə, hərbi xidmət zamanı yaralanması, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi və amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə Xidmətin Masallı rayon şöbəsində məlumat yoxdur. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyindən, döyüş zamanı onun döyüşən hərbi hissənin tərkibində olduğu müəyyən edildiyindən, eyni zamanda qanuni əsaslarla hərbi hissədən tərxis olunduğundan və həmin hallar mötəbər sübut hesab edilən sənədlərlə öz təsdqini tapdığından о, müharibə veteranı sayılır və bu barədə ona müvafiq vəsiqə verilməlidir. Belə olan halda iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, iddia təmin edilməli, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulmalıdır.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 2, 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Pərvanə Qurbanova