Məhkəmə qərarları › İş №2-1(120)-2512/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2512/2023

29.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2512/2023 29.08.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X15 оğlunun katibliyi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdehnə qarşı “Lənkəran rayonu Sütəmurdov kənd İcra Nümayəndəliyində xx.xx.1999-cu il tarixdə İddiaçı1 adına 35 və İddiaçı2 adına 36 nömrə ilə qeydə alınmış vətəndaşlıq vəziyyəti aktları qeydlərinin ləğv olunması” tələbinə dair işə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdehnə qarşı “Lənkəran rayonu Sütəmurdov kənd İcra Nümayəndəliyində xx.xx.1999-cu il tarixdə İddiaçı1 adına 35 və İddiaçı2 adına 36 nömrə ilə qeydə alınmış vətəndaşlıq vəziyyəti aktları qeydlərinin ləğv olunması” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçılar ekiz qardaşdırlar, valideynləri Stəmurdov kəndində yaşasalar da bir müddət Rusiya Federasiyasının X2 Nyaqan şəhərində yaşamışlar, onlar da 28 dekabr 1998-ci il tarixdə həmin şəhərdə doğulmuşdurlar. Valideynlərinin nikahı Sütəmurdov kənd icra nümayəndəliyində qeydə alınmışdır. Valideynləri yalnız nikahın qeydə alınması üçün icra nümayəndəliyinə müraciət etmişlər və onlara doğum haqqında şəhadətnamənin verilməsi üçün müraciət etməmişdirlər. 2021-ci ildə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini almaq üçün müraciət edərkən təkrar doğum haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamədə doğum yeri kimi Lənkəran rayonunun Sütəmurdov kəndi göstərilmişdir. xx.xx.2000-ci il tarixdə Rusiya Federasiyasının X2 Nyaqan şəhər VVAQ şöbəsində İddiaçı1 barəsində 147 saylı akt qeydi, İddiaçı2 barəsində 146 saylı akt qeydi tərtib olunmuş, həmin akt qeeydlərində doğum yeri Rusiya Federasiyasının X2 Nyaqan şəhəri göstərilmişdir. İddiaçılar Lənkəran rayonu Sütəmurdov kənd İcra Nümayəndəliyində xx.xx.1999-cu il tarixdə İddiaçı1 adına 35 və İddiaçı2 adına 36 nömrə ilə qeydə alınmış vətəndaşlıq vəziyyəti aktları qeydlərinin ləğv olunması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Şifahi məhkəmə iclasında İddiaçı1 izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, Lənkəran rayonu Sütəmurdov kənd İcra Nümayəndəliyində xx.xx.1999-cu il tarixdə İddiaçı1 adına 35 və İddiaçı2 adına 36 nömrə ilə qeydə alınmış vətəndaşlıq vəziyyəti aktları qeydlərinin ləğv olunmasını məhkəmədən xahiş etdi. Cаvаbdеh Cavabdehnə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdeh xx.xx.2023-cü il tarixli, 135 və 136 nömrəli məktublardan görünür ki, Lənkəran rayonu Sütəmurdov kənd İcra Nümayəndəliyində xx.xx.1999-cu il tarixdə İddiaçı1 adına 35 və İddiaçı2 adına 36 nömrə ilə qeydə alınmış vətəndaşlıq vəziyyəti aktları qeydlərinin ləğv olunması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Cavabdeh xx.xx.2021-ci il tarixli, AZ-İ № 404971 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, X5 28 dekabr 1998-ci il tarixdə doğulmuş X1 doğulmuş X3 atası hesab edilmişdir. - Cavabdeh xx.xx.2021-ci il tarixli, AZ-İ № 404972 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, X5 28 dekabr 1998-ci il tarixdə doğulmuş X1 doğulmuş X4 atası hesab edilmişdir. - Cavabdeh Sütəmurdov kənd həkim məntəqəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 424 nömrəli məktubdan görünür ki, İddiaçı1 və İddiaçı2 Sütəmurdov kəndində doğulması barədə xx.xx.1999-cu il tarixdə tərəfinizdən həkim arayışının verilib-verilməməsi barədə məlumat verilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X6” X16 Sütəmurdov həkim məntəqəsinin Cavabdehnə göndərdiyi xx.xx.2022-ci il tarixli, 04 nömrəli məktubundan görünür ki, İddiaçı1 və İddiaçı2 barəsində heç bir ilkin sənəd və digər məlumatlar yoxdur. - xx.xx.2000-ci il tarixli, İ-PN № 516178 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 28 dekabr 1998-ci il tarixdə Rusiya Federasiyasının Xantı-Mansiysk muxtar dairəsində anadan olmuş, 2000-ci ilin mart ayının 30-cü günündə 146 nömrə ilə qeyd edilmişdir. - xx.xx.2000-ci il tarixli, İ-PN № 516179 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 28 dekabr 1998-ci il tarixdə Rusiya Federasiyasının Xantı-Mansiysk muxtar dairəsində anadan olmuş, 2000-ci ilin mart ayının 30-cü günündə 147 nömrə ilə qeyd edilmişdir. - xx.xx.2021-ci il tarixli, AZ-İV № 611296 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1998-ci il tarixdə Lənkəran rayonu Sütəmurdov kəndində anadan olması, 1999-cu ilin sentyabr ayının 03 də 35 nömrəli akt qeydi əsasında qeydiyyata alınmışdır. - xx.xx.2021-ci il tarixli, AZ-İV № 611296 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1998-ci il tarixdə Lənkəran rayonu Sütəmurdov kəndində anadan olması, 1999-cu ilin sentyabr ayının 03 də 35 nömrəli akt qeydi əsasında qeydiyyata alınmışdır. - xx.xx.2021-ci il tarixli, AZ-İV № 611925 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1998-ci il tarixdə Lənkəran rayonu Sütəmurdov kəndində anadan olması, 1999-cu ilin sentyabr ayının 03 də 36 nömrəli akt qeydi əsasında qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçılar ekiz qardaşdırlar, valideynləri Stəmurdov kəndində yaşasalar da bir müddət Rusiya Federasiyasının X2 Nyaqan şəhərində yaşamışlar, onlar da 28 dekabr 1998-ci il tarixdə həmin şəhərdə doğulmuşdurlar. Valideynlərinin nikahı Sütəmurdov kənd icra nümayəndəliyində qeydə alınmışdır. Valideynləri yalnız nikahın qeydə alınması üçün icra nümayəndəliyinə müraciət etmişlər və onlara doğum haqqında şəhadətnamənin verilməsi üçün müraciət etməmişdirlər. 2021-ci ildə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini almaq üçün müraciət edərkən təkrar doğum haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamədə doğum yeri kimi Lənkəran rayonunun Sütəmurdov kəndi göstərilmişdir. xx.xx.2000-ci il tarixdə Rusiya Federasiyasının X2 Nyaqan şəhər VVAQ şöbəsində İddiaçı1 barəsində 147 saylı akt qeydi, İddiaçı2 barəsində 146 saylı akt qeydi tərtib olunmuş, həmin akt qeeydlərində doğum yeri Rusiya Federasiyasının X2 Nyaqan şəhəri göstərilmişdir. İddiaçılar Lənkəran rayonu Sütəmurdov kənd İcra Nümayəndəliyində xx.xx.1999-cu il tarixdə İddiaçı1 adına 35 və İddiaçı2 adına 36 nömrə ilə qeydə alınmış vətəndaşlıq vəziyyəti aktları qeydlərinin ləğv olunması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İş materiallarından müəyyən olunur ki, Lənkəran rayonu Sütəmurdov kənd İcra Nümayəndəliyində xx.xx.1999-cu il tarixdə İddiaçı1 adına 35 və İddiaçı2 adına 36 nömrə ilə qeydə alınmış vətəndaşlıq vəziyyəti aktları qeydlərinin tərtib edilməsinə əsas olan sübutlar müəyyən olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, Lənkəran rayonu Sütəmurdov kənd İcra Nümayəndəliyində xx.xx.1999-cu il tarixdə İddiaçı1 adına 35 və İddiaçı2 adına 36 nömrə ilə qeydə alınmış vətəndaşlıq vəziyyəti aktları qeydlərinin ləğv olunması üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında ölümün qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Lənkəran rayonu Sütəmurdov kənd İcra Nümayəndəliyində xx.xx.1999-cu il tarixdə İddiaçı1 adına 35 və İddiaçı2 adına 36 nömrə ilə qeydə alınmış vətəndaşlıq vəziyyəti aktları qeydləri ləğv olunsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar