Məhkəmə qərarları › İş №2-1(120)-2518/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2518/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-2518/2023 05.07.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “3000 manat mənəvi ziyanın iddiaçıya ödənilməsi və s.” barədə iddia ərizəsi üzrə inzibati işə Masallı şəhərində, Masallı Kompleks məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respunlikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin səlahiyyətli müstəntiqi Bəxtiyar Quliyevin ciddi və əhəmiyyətli qanun pozuntularına yol verib, 21 noyabr 2022-ci il tarixdə barəmdə başladığı cinayət işi qərarının surətinin “Məhkəmə nəzarəti” qaydasında şikayət verilməsindən ötrü çoxsaylı prosessual tələbkarlığının olması ciddi nəzərə alınmaqla, müvafiq ərizənin poçt zərfinə qablaşdırılaraq, aidiyyatı ünvanına göndərilməsinin sifarişli rədd edilib, "xxxx" MMC-də hüquqlarının əsaslı və qanuni müdafiəsinə mane olmaqla, bu ərizəsinin göndərilməsinə ciddi maneçilik törədən cavabdeh təşkilatın hərəkət,/hərəkətsizliyinin/ qanunsuz hesab edilməsini, cavabdeh təşkilatın qanuna zidd hərəkətləri /hərəkətsizliyi/ məqsədli və planlı yoğrulub sifarişli məqsədlər naminə ədalətin və haqqın müdafiəsini təmin etmədiyindən,cavabdeh təşkilatın maraqları və qanuna zidd davranışları bəlli edildiyindən,ədalətsizliklərin müdafiəsi məqsədinə yönəldilən poçt-məmur özbaşınalıqları,poçt rabitə xidmətinin normal iş ahəngini ciddi pozaraq, vəzifəli şəxslərin qanuna zidd hərəkətləri /hərəkətsizliyi/ insan və vətəndaş hüquq və azadlıqlarımın məhdudlaşdırılması məqsədinə xidmət etdiyi ciddi nəzərə alınmaqla,qanunla qorunan prosessual və konstitusion hüquqlarını pozduğundan,bunların aradan qaldırılması məqsədilə cavabdeh təşkilat üzərinə müvafiq məcburedici bir vəzifənin,/öhdəliyin/ qoyulmasını təmin edəcək müvafiq məhkəmə qərarını konstitusion məhkəmə müdafiə hüququ tələbkarlığında qəbul edərək, səlahiyyətli bu təşkilatın normal iş ahəngini bərpa etməklə, gələcək bu kimi hallara yol verilməsi qarşını ala biləcək məhkəmə aktını qəbul edilməsini; Cəlilabad rayon Mərkəzi poçt-rabitə qovşağında bu gün sənədlərin, məktubların və xidməti tələbkarlıqların qəsdli, qərəzli pozulması nəticəsində, məhz sifarişli məqsədlərə xidmət edilib, məktubunun göndərilməsinə dair poçt-rabitə qaydalarının kobudcasına pozularaq, qanunların ciddi və əhəmiyyətli pozulması faktına ciddi diqqət yetrilməklə, bu gün görünməyən poçt-rabitə xidmətindəki rəhbər nəzarətinin yoxluğu qanunla qorunan hüquqlarımı ciddi və əhəmiyyətli pozduğundan, məhz lazımi nəzarətin təmin edilməsi məqsədilə 3-cü şəxs üzərinə məcburedici vəzifənin qoyulmasını təmin edəcək müvafiq məhkəmə aktını çıxarıb, poçtrabitə işçilərinin vəzifə məsuliyyətsizliyi edərək, bu məkandakı sifarişli məmur özbaşınalıqlarına son qoyub, vəzifədən sui-istifadə edilməklə, hakimiyyət həddi aşılmalarının qarşısını alaraq, burada da insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn sifarişli xidmətlərin rədd edilməsini və insan hüquqlarının əsaslı müdafiəsini təmin etmək məqsədilə ədalətsizliklərə son qoyulmasını müəyyənləşdirən müvafiq məhkəmə qərarını qəbul edilməsini, təşkili, planlı və sifarişli məqsədlər naminə barəsində qaldırılan “qondarma cinayət işi” insan hüquq və azadlıqlarının məhdudlaşdırılması məqsədinə xidmət edib, istintaqçının sifarişli istintaq hərəkətlərinin mahiyyətini açıqladığı kimi, poçt-rabitə işçilərinin də sifarişli maraq dairəsini açıqlayaraq, bu gün mənəvi sarsıntıları,mənəvi əzabları və mənəvi işgəncələri onlara qarşı yönəldib, əzabverici hərəkətlərlə mənəvi sarsıntıları onlara yaşadıb, Cəlilabad rayon Poçt- Rabitə xidməti tələbkarlığında yol verilən məmur özbaşınalıqları sifarişli mahiyyət kəsb etdiyindən,bu məkanda kifayət qədər görünməyən rəhbər nəzarəti yoxluğunu rəsmi bəyan etdiyindən, 3000 manat mənəvi ziyan pulun cavabdeh təşkilatdan alınaraq, əlbəttə, “CİNAYƏTKAR” kimi görünməyən, məhz zərərçəkmiş şəxs olaraq, ona ödənilməsini təmin edib, poçt-rabitə xidmətini sifarişli pozan şəxslərin dairəsini müəyyənləşdirməklə, səlahiyyətli bu təşkilatın görünməyən rəhbər nəzarətinin yoxluğu barədə prosessual ciddi tədbirlərin görülməsi məqsədilə müvafiq xüsusi qərardadın çıxarılmasını prosessual təmin edib, səlahiyyətli yuxarı tabe olduqları təşkilata göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə olan halda məhkəmə mövcud iddia ərizəsi üzrə tələbə münasibət bildirməyi zəruri hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə qeyd edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq olunmuş «X1» Cavabdeh inzibati orqan kimi göstərilməmişdir. Bundan başqa, hazırki iddia ərizəsi üzrə tərəflər arasında olan münasibətlər inzibati sahədə (publik) deyil, mülki hüquq sahəsində yaranmışdır. Bu səbəbdən də həmin şəxslər arasında qeyd edilən mülki mübahisələrə inzibati mübahisə kimi inzibati məhkəmələrdə baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçıya izah edilir ki, hazırki tələblə bağlı mülki icraat qaydasında aidiyyəti üzrə ümumi məhkəməyə (rayon və ya şəhər məhkəməsinə) müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “3000 manat mənəvi ziyanın iddiaçıya ödənilməsi və s.” tələbinə dair iddiasına inzibati icrat qaydasında baxaılması mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 50 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “3000 manat mənəvi ziyanın iddiaçıya ödənilməsi və s.” tələbinə dair iddiasına inzibati icrat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar