Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-252/2024 24.01.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X6 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən, (xx.xx.2021-ci il tarixdən) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görəəmək pensiyasının təyin edilməsi vəəmək pensiyası hüququnun yarandığı həmin vaxtdan ödənilməyən güzəştli şərtlərlə yaşa görəəmək pensiyasının məbləğinin hesablanıb mənə ödənilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, hazırda "X12 Limited" şirkətinin X7 və vurulması Sexində (NKHVS) 5-ci dərəcə texnoloji nasosların maşinist peşəsində işləyir. Bundan əlavə o, həmin idarənin 28 08 1990-cı il tarixli 76k sayli əmrlə 30.08 1990-cı il ildə NKHV Sexində 3-cü dərəcəli əmtəə operatoru vəzifəsində işə qəbul edilmişdir. 03 03 1997-ci ilə qədər bu peşə üzrə işləmişdir. İşləmiş olduğu iş yeri tərəfindən ona verilən arayışa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il, 12 saylı Qərarının 10-cu bəndinin 10.02 yarımbəndinə əsasən, onun "Sirvanneft" NOÇİ,"xxxx" BMMM və "Shivan OCL" şirkətində 25 il, 01 ay, 17 gün iş stajı güzəştli şərtlərlə əmək stajı hesab edilmişdir. xx.xx.1997-ci il tarixli 38/k sayl əmrlə xx.xx.1997-ci il tarixdən halhazıradək (xx.xx.2022-ci il tarixədək) "Sirvanneft" NOCİ, "xxxx" BMMM və "xxxx" Şirkətinin NKH sexində nasos qurğu maşinisti-texnoloji nasosların maşinisti peşəsində işləməsində həmçinin qeyd olunub. İş yeri tərəfindən verilən arayışa əsasən o da qeyd olunur ki, İddiaçı vəzifə öhdəliklərini və həmin öhdəlikləri həyata keçirdiyi ağır və zərərli iş saatı nəzərə alınaraq onun "xxxx" BMMM-in və Shirvan OCL" sirkətinin X4 və Vurulması Sexində 5-ci dərəcə texnoloji nasosların maşinisti peşəsi Azarbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısı"nda 10-cu bənd əsasən Neft hasilatı fəsli a) fəhlələr, texnoloji nasosların maşinistləri peşəsinə uyğun olması qeyd olunub. (vəzifə kodu 1100000a-14754). Ona pensiya təyin edilməsi ilə əlaqədar cavabdehə rəsmi qaydada müraciət ünvanladı. Cavabdeh tərəfindən ona bildirdilər ki, onun işləmiş olduğu sahə əmtəə operatoru qeyd olunub, amma həmin sahə kömrün, şistin, neftin və qaz kondesatorlarının emalı sahəsinə uyğun deyil və iş stajının 8 il 9 ay 28 gün olmasını bildirib. Bu əsaslada ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanmasını qeyri-məqbul hesab etmişdir. Verilmiş olan bu imtinanı qanunsuz və əsassız hesab edir. Belə ki, 1990-cı ildən əmtəə operatoru vəzifəsinə yiyələnməsinə baxmayaraq görmüş olduğu iş maşinist vəzifəsində çalışır. Bu barədə iş yerində gəlib şahid kimi ifadə verənlər də olar. Həmin maşinist sahəsi nefti bir yerdən başqa bir neft vurma nasoslarıdır. Bundan əlavə o, maşinist üzrə imtahan vermişdir. Məzuniyyətə çıxdığı vaxt ərizəni daimi 5-ci dərəcə maşinist kimi qeyd edirdi. Hər il ona maşinist peşəsi ilə bağlı elektrik təlimatı keçirlər. İşləmiş olduğu dövrdə mator yanmışdı, onun əmək haqqından tutmuşdular. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarına 13.3 bəndinə əsasən, əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraati qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Qeyd olunanların nəzərə alınaraq iddia ərizəsinin təmin olunması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi etirazda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Filiala qarşı güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair iddiasını qəbul etmir. İddiaçı iddia edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçının dəlili yersizdir. 1)“Vətəndaşların pensiya təminatı haqqında ” qanun iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görəəvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər - 57 yaşma çatdıqda və azı 25 il iş stajı olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun İddiaçıya şamil edilə bilməsi üçün İddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; və 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. Qeyd olunan Qərar ilə təsdiq edilmiş 2 nömrəli siyahının 12-ci bölməsinin (“Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı”) 3-cü bəndində (“Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı”) əmtəə operatorları (kod 2130301a—16085) vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Filiala təqdim etdiyi 11 aprel 1986-cı il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında və “X12 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının təqdim etdiyi xx.xx.2022-ci il tarixli 16 nömrəli arayışında xx.xx.1990 - xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının NKHV sexində əmtəə operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı sahəsinə uyğun deyildir. Bu səbəbdən də İddiaçının xx.xx.2006-cı il tarixinədək güzəştli iş stajı cəmi 8 il 9 ay 28 gün (xx.xx.1987 - xx.xx.2006) təşkil edir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun qüvvədə olduğu dövrdə İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Belə ki, xx.xx.2006-cı il tarixədək İddiaçının güzəştli iş stajı 12 il 6 aydan azdır. Bu mənada, ƏPQnin 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun müddəalarının İddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Şərh edilənlərə əsasən və İPM-in tələblərini rəhbər tutaraq, İddiaçı cavabdeh Filiala qarşı güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair iddiasının rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X16 iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Salyan şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı: İddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuşdur. Əmək fəaliyyəti ilə məşğul olduğu tarixlərdə zərərli və ağır şəraitli işlərdə çalışmışdır. Bu səbəbdən də ona 57 yaşdan əmək pensiyası təyin edilməlidir. Ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 12 il 6 ay güzəştli iş stajının olması tələb olunur.İddiaçının 12 il 6 ay güzəştli iş stajı üzrə Şirvanneft” Neft və Qazçıxarma idarəsinin Neft hazırlama və vurma sexində xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək əmtəə operatoru işləməsi iddiaçıya məxsus əmək kitabçası ilə və şirkətin arayışı ilə təsdiq olunur. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan iddiaçının AT-V ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1986-cı il tarixdən hal-hazıradək fasilələrlə müxtəlif idarələrdə işləmişdir. - İşdə olan iddiaçının НЗ №4640107 nömrəli hərbi biletinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1982-xx.xx.1984-cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya göndərdiyi xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 9.8-ci maddəsinəəsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1 -ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görəəmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısf’nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində (10 5) əmtəə operatorları vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 11 aprel 1986-cı il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında və “X13 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2022-ci il tarixli 16 nömrəli arayışında xx.xx.1990-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində NKHV sexində əmtəə operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə yuxarıda qeyd olunan neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə uyğun deyil. Bu səbəbdən də 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan az (8 il 9 ay 28 gün (xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya göndərdiyi xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdəəmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görəəmək pensiyası hüququ vardır. Həmin Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinəəsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görəəmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ayını çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa həmin Qanunun 9.8-ci maddəsinəəsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görəəvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görəəmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görəəmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 71864,46 manat təşkil edir. Əlavə olaraq, İlham X8 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən xx.xx.2006-cı il tarixinədək onun ümumi stajı 26 il 2 ay 29 gün (xx.xx.1982-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1990-ci il, xx.xx.1990-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 8 il 9 ay 28 gün (xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bu səbəbdən də adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görəəmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya göndərdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/2-102647/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdəəmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görəəmək pensiyası hüququ vardır. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görəəmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ayını çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görəəmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinəəsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görəəmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görəəmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinəəsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1 -ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görəəmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək vəəhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X20 qərarlarını, X20 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görəəmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnm neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində (10.5) əmtəə operatorları vəzifəsi nəzərdə tutulmuşdur. İlham Məmi oğlu X8 təqdim etdiyi 11 aprel 1986-cı il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında və “X13 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının ona dair xx.xx.2022-ci il tarixli 16 nömrəli arayışında xx.xx.1990-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində NKHV sexindəəmtəə operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, adıçəkilən şəxsin işlədiyi “X13 LTD”-in fəaliyyət sahəsi yuxarıda qeyd olunan neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid deyil. - Azərbaycan Respublikasi Elm Və Təhsil Nazirliyi X9 X17 138 saylı, xx.xx.2022-ci il tarixli məktubuna əsasən, X9 və X10 şöbəsi tərəfindən Əli X14nun məzunu İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli 224 saylı arayışın verilməsinə əsas olan sənədlərin müvafiq təsdiq olunmuş qaydada surətlərini təqdim etmişdir. - İşdə olan AR X18 Filialının xx.xx.2022-ci il tarixli, 644 saylı arxiv arayışına əsasən, X18 filialında mühafizə olunan Salyan rayon Yenikənd kənd “Bəşirabad” kolxozunun 1979-1982-ci illərə aid arxiv sənədlərində , o cümlədən inventarizasiya kitablarında Baxıyev İlhamin iş fəaliyyəti barədə cədvəl göndərilmişdir. - İşdə olan “X12 Ltd" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2022-ci il tarixli, 727/12 saylı məktubuna əsasən, İddiaçı “X12 Ltd" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının təsis edildiyi - xx.xx.2009-cu il tarixdən hazırkı vaxtadək X4 və vurulması sexində texnoloji nasosların maşinisti peşəsində işləyir. İddiaçı işlədiyi peşənin güzəştli əmək pensiyası hüququna əsas olan işinin xüsusiyyətləri aşağıdakı kimidir: -Ötürücü neft bazalarında neftin vurulması və hazırlanması, neft məhsullarının və başqa özlü mayelərin vurulması üzrə nasos stansiyalarına xidmət edilməsi. -Nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən elektrik mühərriklərinə düşən yükə, nasoslarda və boru kəmərlərində işçi təzyiqə. avtomatika cihazlarının, yağlama sisteminin, soyutma və ventilyasiyanın, paylayıcı qurğuların, bağlayıcı armaturanın işinə nəzarət edilməsi. -Elektrik mühərriklərinin işə buraxılması və saxlanması. - Yastıqlarda yağın olmasının yoxlanılması. -Yastıqların açılması, yuyulması və sürtülməsi. - Qoruyucuların dəyişdirilməsi, vurulan məhsulların sızmasının ləğv edilməsi. -Avadanlığın iş rejiminə nəzarət edilməsi. İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2022-ci il tarixədək güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajı isə 13 il 02 ay təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bəndinin, 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, a) fəhlələr yarımbəndinin texnoloji nasosların maşinistləri sətrinə uyğundur. 1990-2009-ci illərə aid tələb etdiyi məlumatların Şirkətin Filialında olmadığını. Şirkətin özündən əvvəl “Kürovdağ” yatağında fəaliyyət göstərmiş müəssisələrin hüquqi varisi olmadığını və onların öhdəlikləri üçün məsuliyyət daşımadığını, həmçinin onlara aid sənədlərin SOCAR-ın Mərkəzi Arxivinə təhvil verildiyini nəzərə alaraq, müvafiq məlumatları və sənədlərin surətlərini əldə etmək üçün aidiyyatı üzrə SOCAR-ın Mərkəzi Arxivinə müraciət etməyi məqsədəuyğun hesab edir. - Azərbaycan Respublikasi Elm Və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, 18-18- 123/12 saylı məktubuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002- ci il tarixli 140 nömrəli Qərarı ilə X3 ləğv edilmişdir. Hazırda onun arxiv sənədləri X9 və Humanitar Kollecində saxlanılır. Sözügedən Kollec tərəfindən təqdim edilən sənədlərəəsasən, X19 1982-ci ildə X2 “Metalın kəsməklə emalı” ixtisası üzrə (əyani) qəbul olunmuş, 1987-ci ildə həmin ixtisas üzrə tam kursu bitirmiş, ona X3 tərəfindən 3T 051389 nömrəli diplom və “texnik- texnoloq” ixtisas dərəcəsi verilmişdir. Direktorun 3 noyabr 1982ci il tarixli 181 nömrəli əmri ilə İ.Baxışova hərbi xidmətə getməsi iləəlaqədar akademik məzuniyyət verilmiş, hərbi xidmətdən tərxis olunduqdan sonra direktorun 13 dekabr 1984cü il tarixli 232 nömrəli əmri ilə o, texnikumun tələbələri sırasına bərpa edilmişdir. İddiaçı adına yazılmış 3T 051389 nömrəli diplom blankı dövlət nümunəli sənəddir. - İşdə olan “Azneft” İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, sorğu məktubunuzdakı qeydlərə və SOCAR-ın Baş ofisinin Mərkəzi arxivi tərəfindən verilmiş 29 dekabr 2021-ci il tarixli SOCAR**********80020123X00387 nömrəli arxiv arayışa əsasən, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin Neft hazırlama və vurma sexində xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək əmtəə operatoru, həmin sexdə xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək maşinist, “Şirvan X15 Müəssisəsinin NKHS-də xx.xx.1997-ci il tarixdən xx.xx.2009-cu il tarixədək maşinist peşəsində işləmişdir. İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2009-cu il tarixədək (12 il ay 02 gün) işlədiyi maşinist peşəsi yerinə yetirilən işin xüsusiyyətinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görəəmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz konsensatı, kömür və şistin emalı” bölməsinin 10.2 “Neft, qaz və qaz kondensatının hasilatı qəbulu və saxlanması sahəsi” yarımbölməsində nəzərdə tutulan texnoloji nasosların maşinistləri” peşəsi ilə eynilik təşkil edir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəi Filialı tərəfindən etiraz təqdim edilərək qeyd edilmişdir ki, İddiaçı Mərkəzi filiala xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçının Mərkəzi filiala xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizəsinə və ona əlavə edilmmiş sənədlərə aidiyyəti üzrə baxılaraq, güzəştli iş stajı 12 il 6 aydan az olduğundan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci addəsinin 29 iyun 202.2-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək aiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya inatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ayını çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görəəmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış ərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun -ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görəəmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Dublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək vəəhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X20 qərarlarını, X20 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, sənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Dublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görəəmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində 10.5) əmtəə operatorları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 11 aprel 1986-cı il tarixli l/İT-İ ******* nömrəli Əmək kitabçasında və “X13 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının ona dair xx.xx.2022-ci il tarixli 16 nömrəli arayışında xx.xx.1990-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində NKHV sexində əmtəə operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, adıçəkilən şəxsin işlədiyi “X13 LTD”-in fəaliyyət sahəsi yuxarıda qeyd olunan neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının 1 yanvar 2006-cı il tarixədək güzəştli stajı 12 il 6 aydan az (8 il 9 ay 28 gün (xx.xx.1997-xx.xx.2005-ci il tarixləri asındakı dövr)) təşkil edir. İddiaçı xx.xx.1964-cü il təvəllüdlü olduğundan Qanunun 9.1-ci maddəsinə əsasən kişilər üçün tələb olunan 60 yaş həddinə çatmamışdır. Qeyd olunanlar nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. - İşdə olan “X12 Ltd" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2022ci il tarixli, 16 saylı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələ üzrə iş stajı haqqında arayışa əsasən, İddiaçı hal-hazırda "X12 Limited” şirkətinin X4 və Vurulması Sexində (NKHVS) 5-ci dərəcə texnoloji nasosların maşinisti peşəsində işləyir. İddiaçı 28 08.1990-ct il tarixli 76/k saylı əmrlə xx.xx.1990-cı il ildə NKHY Sexində 3-cü dərəcəli əmtəə operatoru peşəsinə işə qəbul edilmişdir və xx.xx.1997-ci ilə qədər bu peşə üzrə işləmişdir. AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarının 10-cu bəndinin 10.2. yarımbəndinə əsasən, (Neft, qaz və qaz kondensatının hasilatı) İddiaçı “Şirvanneft” NQÇİ, "xxxx" BMMM və "xxxx" Şirkətində 25 il, 01 ay, 17 gün güzəştli şərtlərlə əmək stajı var. xx.xx.1997-cı il tarixli 38/k saylı əmrlə 03.03 1997-cı il tarixdən hal-hazıradək (xx.xx.2022ci il tarixədək) “Şirvanneft” NQÇİ, "xxxx" BMMM və "xxxx" Şirkətinin NKHV sexində nasos qurğu maşinisti-texnoloji nasosların maşinisti peşəsində işləyir (25 il, 01 ay, 17 gün) 10.2. Neft, qaz və qaz kondensatının hasilatı a) fəhlələr. (Səh.66. Texnoloji nasosların maşinistləri). İddiaçı M,nni oğlunun vəzifə öhdəliklərini və həmin öhdəlikləri həyata keçirdiyi ağır və zərərli iş şəraiti nəzərə alınaraq onun "Shirvan Oyl” BMMM-in və "xxxx" şirkətinin X4 və Vurulması Sexində 5-ci dərəcə texnoloji nasosların maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il 12 saylı Qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nda 10-cu bəndinin 10.02. yarımbəndinə əsasən (Neft, qaz va qaz kondensatının hasilatı) a) fəhlələr: texnoloji nasosların maşinistləri peşəsinə uyğundur və "Əmək Pendsiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 9.1 yarımbəndinə əsasən, əmək şəraitinə görə güzəştli şərtlərlə 60 yaşına çatdığı zaman onun yaşa gorə əmək pensiyası hüququ vardır. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının göndərdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/2-140883/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ayını çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X20 qərarlarını, X20 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində (10.5) əmtəə operatorları vəzifəsi nəzərdə tutulmuşdur. İlham Məmi oğlu X8 təqdim etdiyi 11 aprel 1986-cı il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında və “X13 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının ona dair xx.xx.2022-ci il tarixli 16 nömrəli arayışında xx.xx.1990- xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində NKHV sexində əmtəə operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, adıçəkilən şəxsin işlədiyi “X13 LTD”-in fəaliyyət sahəsi yuxarıda qeyd olunan neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid deyil. - İşdə olan “Azneft” İB-nin xx.xx.2023-cü il tarixli, 14-2-1/2-1535/2023 nömrəli məktubuna əsasən, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivi tərəfindən verilmiş 29 dekabr 2021-ci il tarixli SOCAR**********80020123X00387 nömrəli arxiv arayışına əsasən, İddiaçı “Şirvanneft” Neft və Qazçıxarma idarəsinin Neft hazırlama və vurma sexində xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək əmtəə operatoru, xx.xx.1997-ci il tarixdən xx.xx.1997ci il tarixədək maşinist, "xxxx" X15 Müəssisəsinin NKHS-ində xx.xx.1997-ci il tarixdən xx.xx.2009-cu il tarixədək maşinist peşəsində işləmişdir. İddiaçı “Şirvanneft” Neft və Qazçıxarma İdarəsində və "xxxx" X15 Müəssisəsində xx.xx.1997-ci il tarixdən xx.xx.2009cu il tarixədək (12 il 07 ay 02 gün) işlədiyi maşinist peşəsi yerinə yetirilən işin xüsusiyyətinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf’nm 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2 “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində nəzərdə tutulan "texnoloji nasosların maşinistləri” peşəsi ilə eynilik təşkil edir. İddiaçı "Şirvanneft" Neft və Qazçıxarma İdarəsinin Neft hazırlama və vurma sexində xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək (06 il 06 ay 03 gün) işlədiyi əmtəə operator peşəsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2 “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində və 35-ci “Ümumi peşələr” bölməsində qeyd edilən peşələrlə eynilik təşkil etmir. Lakin Neft hazırlama və vurma sexində əmtəə operatoru peşəsində işləyərkən yerinə yetirdiyi işlərin xüsusiyyətləri həmin Siyahının 10.5 “Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” yarımbölməsində nəzərdə tutulmuş “İstehsalatda neft xammalının hazırlanmasında məşğul olan əmtəə operatorları” peşəsinin işinin xüsusiyyətlərinə uyğundur. Belə ki, Neft hazırlama və vurma sexində işləyən əmtəə operatorları aşağıdakı işləri yerinə yetirirlər: Neft məhsulunun (quyu məhsulunun) tərkibində olan mexaniki qarışıqların və suyun neftdən ayrılması. Neft məhsullarının rezervuarlarda, sistemlərdə, neft kəmərlərində ölçülməsi. Nümunə götürülməsi. Tutumlardan və rezervuarlardan suyun və çirkabın vurulması və xaric edilməsi. Rezervuarlarda (çənlərdə), sistemlər və başqa tutumlarda neftin, məhsullarının xüsusi çəkisinin müəyyən edilməsi. Neft tutucularından neftin və neft məhsullarının yığılması və ölçü çənlərinə vurulması. Rezervuarlarda (çənlərdə) kalibr cədvəlinə əsasən maye məhsullarının həcminin müəyyən edilməsi. Rezervuarların və tutumların həcmlərinin ölçülməsində iştirak edilməsi. Rezervuarların, boru kəmərlərin, boşaltma-doldurma avadanlığının və başqa avadanlığın təmirə hazırlanması. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 156-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq (Yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir), Neft hazırlama və vurma sexində yerinə yetirilən işlər Azərbaycan Respublikası neft sənayesi sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid X1 Neft və neft məhsullarının, qazın, şistin, kömürün emalı və magistral boru kəmərlərinə xidmət” bölməsində nəzərdə tutulmuş əmtəə operatorunun işinin xüsusiyyətlərinə uyğun olduğuna görə həmin işlərin icrası üçün nəzərdə tutulan ştat vahidləri əmtəə operatoru adlandırılmışdır. - İşdə olan “Azneft” İB-nin xx.xx.2023-cü il tarixli, 14-2-1/2-2296/2023 nömrəli məktubuna əsasən, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivində saxlanılan sənədlərin siyahısında “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin və "xxxx" X15 Müəssisənin “İş yerlərinin attestasiyasf’nın nəticilərinə aid sənədlərin saxlanmadığına görə xx.xx.1964-cü il təvəllüdlü İddiaçı “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin Neft hazırlama və vurma sexində və "xxxx" X15 Müəssisəsinin X4 sexində əmtəə operatoru və maşinist (nasos qurğularının) peşəsində işlədiyi dövrdə əmək şəraitinin zərərli olub-olmadığını müəyyən etmək mümükün deyildir. İddiaçı SOCAR- ın Mərkəzi arxivdə saxlanılan əmək haqqı cədvəllərində zərərli əmək şəraitinə görə əlavə ödəniş haqqında qeydlər aşkarlanmadı. Eyni zamanda “Şirvanneft” NQÇİ-nin və "xxxx" X15 Müəssisəsinin məzuniyyət əmrlərinin SOCAR-ın Baş ofisinin Mərkəzi arxivində saxlanılmadığını (saxlanma müddəti bitmişdir) nəzərə alaraq bildirilmişdir ki, həmin təşkilatlarla fəaliyyət istiqaməti eyni olan “Azneft” İBnin Neft və Qazçıxarma İdarələrinin (NQÇİ) müvafiq sahəsində (sexində) əmtəə operatoru peşəsində işləyən işçilərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 05 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq etdiyi “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın 6-cı “Neft və qaz sənayəsi” bölməsinin “Neft quyusunun qazılması, neft və qazın hasilatı” yarımbölməsinin 14-cü sətirində qeyd edilən “əmtəə operatoru” peşəsinə, həmin sahələrdə (sexlərdə) nasos qurğularının maşinisti peşəsində işləyən işçilərə isə müvafiq Siyahının həmin bölməsinin “Neft, qaz və şistin emalı, qaz, neft, yağların, sürtkü yağlarının, süni maye yanacaq və sintetik məhsulun hasil edilməsi, neftin, neft məhsullarının, qatran və qazın nəqli və saxlanılması” yarımbölməsinin “Neftin emulsiyasızlaşdırılması və duzsuszlaşdırılması” bəndinin 41-ci sətirində qeyd edilən “neftin emulsiyasızlaşdırılması və duzsuzlaşdırılması ilə məşğul olan nasos qurğularının maşinisti” peşəsinə uyğun olduğuna görə 6 təqvim günü əlavə məzuniyyət verilir və “İş yerlərinin attestasiyasının nəticələrinə əsasən onların tarif maaşlarına zərərli əmək şəraitinə görə 1,04 (4 faiz) artım əmsalı tətbiq edilir. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1964-cü ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin ona 12 il 6 aydan az (8 il 9 ay 28 gün (xx.xx.1997-xx.xx.2005-ci il tarixləri asındakı dövr)) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmaması səbəbindən xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının olmadığı göstərilərək, müraciətindən imtina olunmuşdur. İşin mübahisələndirilməyən halı odur ki, İddiaçı hal-hazırki tarixədək ümumi iş stajı 25 ildən çox təşkil edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. İddia ərizəsindən və iddiaçının məhkəmə iclaslarından verdiyi izahatlardan aydın olur ki, iddiaçı 57 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçının 57 yaşı –xx.xx.2021-ci ildə tamam olmuşdur. Həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya tələb etdiyi xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun yaşı qanunla müəyyən edilmiş həddə çatmalı, 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. “Əmək pensiyaları haqqında” Qanundan əvvəl qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, xx.xx.2006cı ilədək, yəni “Şirvanneft” Neft və Qazçıxarma idarəsinin Neft hazırlama və vurma sexində xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək əmtəə operatoru, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək maşinist, "xxxx" X15 Müəssisəsinin NKHS-ində xx.xx.1997-ci il tarixdən xx.xx.2009-cu il tarixədək maşinist peşəsi kimi əmək şəraiti zərərli və ağır olan işlərdə çalışdığını bildirən iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajları xx.xx.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı inzibati orqana təqdim edilməlidir. İşdən müəyyən olunur ki, iddiaçının 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 ay olması şərti yerinə yetirilir. Belə ki, ona məxsus AT-V ******* nömrəli əmək kitabçasından göründüyü kimi, o, xx.xx.2006-cı ilədək, Şirvanneft” Neft və Qazçıxarma idarəsinin Neft hazırlama və vurma sexində xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək əmtəə operatoru, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək maşinist, "xxxx" X15 Müəssisəsinin NKHS-ində xx.xx.1997-ci il tarixdən xx.xx.2009-cu il tarixədək maşinist peşəsi vəzifəsində çalışmışdır. Cavabdejh orqan tərəfindən 8 il 9 ay 28 gün (xx.xx.1997-xx.xx.2005-ci il tarixləri asındakı dövr qəbul edilmişdir.2 nömrəli Siyahının “10.2. Neft, qaz və qaz kondensatının hasilatı-a)fəhlələr: neft və qaz hasilatı üzrə operatorlar; quyuların yeraltı təmiri üzrə operatorları; neft qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər; quyuların kimyəvi təmizlənməsi üzrə operatorlar; quyuların əsaslı təmirinin qazmaçıları” nəzərdə tutulmuşdur. Həmçinin “X12 Ltd" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2022-ci il tarixli, 16 saylı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələ üzrə iş stajı haqqında arayışa və “Azneft” İB-nin xx.xx.2023-cü il tarixli, 14-2-1/2-2296/2023 nömrəli məktubunda öz əksini tapmışdır. Belə olan halda iddiaçı tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajına malik olur ki, bu da ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün kifayət edir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-in 14.3-cü maddəsinin birinci cümləsi) iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan bəlli rəsmi sənədlərə malikdir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında» Əsasnamənin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Məhkəmə qeyd etmək istəyir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə, xx.xx.2006-cı il tarixədək iddiaçının iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Lakin, mübahisə predmetini təşkil edən məsəlin aydınlaşdırılması xüsusi bilik tələb etdiyindən, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq, iddiaçının işlədiyi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısına daxil olub-olmaması ilə bağlı mütəxəssis arayışının təqdim olunması xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş “Azneft” İB-nin xx.xx.2023-cü il tarixli, 14-2-1/2- 2296/2023 nömrəli məktubuna əsasən, “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin Neft hazırlama və vurma sexinin əsas funksiyası Mədənlərdə neft quyularından hasil olunmuş neftin (quyu məhsulunun) qəbulu, hazırlanması və təhvili üzrə istehsal tapşırıqlarını yerinə yetirməkdir. Neft hazırlama və vurma sexində əmtəə operatoru peşəsində işləyən işçinin əmək funksiyası aşağıdakı kimidir: Neft yığımı məntəqəsinin avadanlıqlarına xidmət etmək. Nefti, reagentləri və başqa məhsulları qəbul etmək, yerləşdirmək, vurulmasını və saxlanmasını təmin etmək. Rezervuarlarda (çənlərdə) və başqa tutumlarda neftin və başqa maye məhsulların xüsusi çəkisinin müəyyən etmək. Qeyd edilən məhsulların temperaturunu, tərkibindəki mexaniki qarışıqları və suyun miqdarını müəyyən etmək. Neft tutucularından neftin və neft məhsullarının yığılması və ölçü çənlərinə vurulmasını yerinə yetirmək. Rezervuarlardan suyun və çirkabın vurulmasını yerinə yetirmək. Rezervuarlarda (çənlərdə) kalibr cədvəlinə əsasən maye məhsullarının həcminin müəyyən etmək. Rezervuarları, boru kəmərlərini, boşaltma-doldurma avadanlığını və başqa avadanlıqları təmirə hazırlamaq. Neft tutucularına xidmət etmək. Neftin susuzlaşdırılması, duzsuzlaşdırılması və yüngül karbohidrogenlərin geniş fraksiyasını ayırıb götürməklə onun sabitləşdirilməsi texnoloji prosesinin aparılmasında iştirak etmək. Məlumat üçün bildirilmişdir ki, “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin istismar etdiyi yataqlar üzrə sulaşma faizi 90 faizdən yüksəkdir. Mədənlərdən yığılan neft, X4 məntəqəsində tam hazırlandıqdan sonra əmtəəlik neftin tərkibi (İİİ qrup xam neft üçün) minimum 99 faiz neft olmaqla təhvil verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın Xİİ “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsinin 3-cü “Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı” yarımbölməsinin 1-ci hissəsinə əsasən həmin hissədə sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər istehsalatda aşağıdakı işlərlə məşğul olduqları halda şəxsin “Siyahı”nın həmin hissəsində qeyd edilən peşələrdə (vəzifələrdə) işlədiyi dövr güzəştli əmək stajı sayılır. “Siyahı”nın Xİİ bölməsinin 3-cü yarımbölməsinin 1-ci hissəsində göstərilmiş işlər: neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyasının, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, İddiaçı “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin Neft hazırlama və vurma sexində əmtəə operatoru peşəsində işlədiyi dövrdə (xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək (06 il 06 ay 03 gün)) yerinə yetirdiyi işlər “Siyahı”nın Xİİ bölməsinin 3-cü yarımbölməsinin 1-ci hissəsində nəzərdə tutulmuş “neft xammalının hazırlanması” işi ilə eynilik təşkil edir. İşdə olan “Azneft” İB-nin xx.xx.2023-cü il tarixli, 14-2-1/2-2296/2023 nömrəli məktubuna əsasən, həmin təşkilatlarla fəaliyyət istiqaməti eyni olan “Azneft” İB-nin Neft və Qazçıxarma İdarələrinin (NQÇİ) müvafiq sahəsində (sexində) əmtəə operatoru peşəsində işləyən işçilərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 05 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq etdiyi “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın 6-cı “Neft və qaz sənayəsi” bölməsinin “Neft quyusunun qazılması, neft və qazın hasilatı” yarımbölməsinin 14-cü sətirində qeyd edilən “əmtəə operatoru” peşəsinə, həmin sahələrdə (sexlərdə) nasos qurğularının maşinisti peşəsində işləyən işçilərə isə müvafiq Siyahının həmin bölməsinin “Neft, qaz və şistin emalı, qaz, neft, yağların, sürtkü yağlarının, süni maye yanacaq və sintetik məhsulun hasil edilməsi, neftin, neft məhsullarının, qatran və qazın nəqli və saxlanılması” yarımbölməsinin “Neftin emulsiyasızlaşdırılması və duzsuszlaşdırılması” bəndinin 41-ci sətirində qeyd edilən “neftin emulsiyasızlaşdırılması və duzsuzlaşdırılması ilə məşğul olan nasos qurğularının maşinisti” peşəsinə uyğun olduğuna görə 6 təqvim günü əlavə məzuniyyət verilir və “İş yerlərinin attestasiyasının nəticələrinə əsasən onların tarif maaşlarına zərərli əmək şəraitinə görə 1,04 (4 faiz) artım əmsalı tətbiq edilir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar 12 il 6 aydan artıq güzəştli iş stajına malik olmuşdur. Məhkəmə qeyd edir ki, müvafiq dövrlər üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Beləliklə, iddiaçıya 57 yaşından pensiya hüququ yarandığından xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələbinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə görə yaşagörə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir.Yenə həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, iddiaçıya hüququnun yarandığı tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməli və müraciət tarixindən əvvəlki 3 il müddətinə ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İş materiallarında olan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktubundan görünür ki, iddiaçının hazırki tələblə bağlı müraciəti (ərizəsi) xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana daxil olmuşdur. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı hüququnun yarandığı tarixdən, 57 yaşdan (xx.xx.2021-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, H.Z.Tağıyev 10) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-252/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-252/2024
24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver