Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2520/2025 07.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı nümayəndəsi X11, Üçüncü şəxs X12 iştirakları ilə, İddiaçı cavabdeh İmişli rayonu X6rşı «0.12 ha torpaq sahəsinin satılması barədə İmişli rayonu Qulubəyli Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 12 saylı qərarının ləğv edilməsi» tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh İmişli rayonu Qulubəyli bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «0.12 ha torpaq sahəsinin satılması barədə İmişli rayonu Qulubəyli bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 12 saylı qərarının ləğv edilməsi» barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2520/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə X19 hazırki inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb etmə qaydasında cəlb edildi. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2520/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh İmişli rayon Qulubəyli bələdiyyəsi əsl cavabdeh İmişli rayon Yuxarı Qaralar bələdiyyəsi ilə əvəz edildi. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2520/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Beyləqan Ərazi İdarəsi üçüncü şəxs qismində (adi cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edildi. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2520/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi X11 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin əməkdaşları Natiq Abdurrahmanov, Mahir Məmmədovu X10 əməkdaşı Şükür Hüseynovu, Qulubəyli kənd sakini X21 və Qulubəyli kənd sakini X7 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmə barədə vəsatəti təmin edilməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İmişli rayonu X5 Vidadi Məhəmməd oğluna xx.xx.2007-ci il tarixli 13 saylı qərarla 0.12 ha torpaq sahəsini həyətyanı sahə kimi satmış sonradan o məqsədli şəkildə bilə-bilə qanunsuzluq edərək həmin torpağı yuxarıda qeyd edildiyi kimi xx.xx.2009-cu il tarixli, 12 saylı qərarla vəzifəsindən sui-istifadə cinayət tərkibi yaradan əməl törədərək yenidən həmkəndliləri 3-cü şəxs X3. İlk baxışda belə görünə bilər ki, Azərbaycan Respublikası MM-nin 373-cü maddəsi ilə müəyyən olunmuş 6 il iddia müddəti ötürülmüşdür. Lakin əslində elə qanunsuzluq edildiyi vaxtdan bu mülki mübahisə bu günədək Məhkəmə müstəvisində mübahisələndirilməkdə davam etməkdədir. Azərbaycan Respublikası MPMnin 14.2 maddəsinin tələbinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı olduğuna və hər bir tərəf öz tələb və etiraflarının əsası kimi istinad etdiyi hallan sübut etməli olduğuna görə iddia ərizəsinə əlavə edilən Qulubəyli Bələdiyyəsinə ünvanlanan 24.1 1.2024-cü il tarixli ərizənin surəti ilə sübut olunur ki, X12 qanunsuz aldığı həmin torpağın mülkiyyət hüququnun qeydiyyata alınması barədə qaldırdığı iddia Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(120)-1588/2020 saylı qərardadı ilə mümkünsüz hesab olunmuşdur. İddiaçı Qulubəyli Bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixli 13 saylı protokol əsasında 0.12 ha torpaq sahəsi -həyətyanı torpaq sahəsi kimi verilmiş və həmin torpağa AR ƏMDX yanında DƏDRX - Hüquqların Dövlət Qeydiyyatı Beyləqan 6 saylı Ərazi İdarəsində xx.xx.2013-cü il tarixdə ********** sayla qeydiyyata alınmaqla (6 saylı kitab, 65-ci vərəqə) ona 01556889 №-li çıxarış verilmişdir. Bundan sonra Qululbəyli Bələdiyyəsi xx.xx.2009-cu il tarixli 12 saylı protokolla qanunsuz və əsassız olaraq həmin 1200 kvadrat metr torpağı 2-ci dəfə Qulubəyli kənd sakini X4 və birbaşa onun mülkiyyətinə verməklə “Bələdiyyələr haqqında” qanunun 6.2 maddəsinin tələbini pozmaqla qanunsuzluq etmiş, yəni ki, səlahiyyət həddini aşmışdır ki, bu da cinayət tərkibli əməl deməkdir. Qeyd olunanlara əsasən Beyləqan ƏMDX DƏDR Xidməti 6 saylı Ərazi İdarəsinə müraciət etsə də həmin idarə oğlu Vidadinin 1200 kvadrat metr olan həmin torpağının döngə nöqtə koordinatlarını qeyd edə bilməmiş və iş Məhkəmə müstəvisinə keçmişdir. Belə ki, X25 Məhkəməsinin 2-1(086)- 369/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarı əsasında koordinatların naturada müəyyən olunması qərara alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən №-li 060687 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi (kadastr planı) tərtib edilmişdir. X25 Məhkəməsinin yuxarıdakı qərarı ilə ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası “X10 11 noyabr 2021-ci il tarixli 565 N^-li rəyi ilə müəyyən edilmişdir ki, kadastr planı tərtib edilərkən Qulubəyli Bələdiyyəsinin planında göstərilən 0.12 ha torpaq sahəsinin coğrafi yerləşməsindən 928 metr sürüşməklə şimal tərəfdə göstərilmişdir” Həmin A№ 060687 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında DƏDRX-nin Beyləqan Ərazi İdarəsi tərəfindən RX seriyalı ******* saylı çıxarış və AA seriyalı 005808 saylı Toıpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuşdur. Beləliklə də iş materiallarına əlavə olunan İmişli rayonu Qulubəyli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 13 saylı qərarı ilə İmişli rayon Qulubəyli kənd sakini İddiaçı Qulubəyli Bələdiyyəsinin mülkiyyətindən həyətyanı üçün ayrılmış 0.12 ha toıpaq sahəsinin natura üzrə coğrafi məkan göstəriciləri (koordinatları) müəyyən edilmişdir. Qeyd edilir ki, qanuni və əsaslı olan həmin rəyə aerofotoplan, plan-sxem və baxış protokolu əlavə olunduğundan mən sübut növü kimi həmin qanuni olan plan sxemin surətini hal hazırki ərizəyə əlavə etmişdir. Yuxarıdakı Məhkəmə qərarı icra olunması üçün Beyləqan İcra və Probasiya şöbəsinə göndərilmiş, həmin şöbənin xx.xx.2018-ci il tarixli qərarı ilə iş icraata qəbul olunmuş xx.xx.2019-cu il tarixli qərarla X25 Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1 (086)369/2018 saylı qərarının icrası ilə başlanmış icraata xitam verilmişdir. Həmin qərardan Vidadinin verdiyi şikayət əsasında X25 Məhkəməsi 03 iyun 2019-cu il tarixli 2-1 (086)-369/2018 saylı qərardadla icraatın davam etdirilməsi qərara alınmışdır. Bu qərardaddan icra məmuru Camal Alıyev şikayət vermiş müddətin ötməsinə görə X25 Məhkəməsi 03 iyun 2019-cu il tarixli 2-1 (086)-369/2019 nömrəli qərarla işi icraata qəbul etməkdən imtina olunmuşdur. 2-ci dəfə Beyləqan İcra və Probasiya şöbəsi xx.xx.2021-ci il tarixli qərarı ilə X25 Məhkəməsinin yuxarıdakı qərarının icrasına xitam vermiş, həmin qərardan Ocaqov X18 İnzibati Məhkəməsinə şikayət vermiş və əsaslandırmışdır ki, mənə Qulubəyli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 13 saylı qərarı ilə 0.12 ha torpaq sahəsi 2ci dəfə qanunsuz olaraq Qulubəyli Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 0.12 saylı qərarı ilə kənd sakini X1 Vidadinin torpağının koordinatları bilə-bilə sürüşdürülərək 928 metr kənara sürüşdürülmüşdür. Ona görə də Beyləqan rayon İcra və Probasiya şöbəsinin həmin xitam qərarı ləğv olunmalıdır. Qeyd edirəm ki, 928 metr sürüşdürülməli torpaq kənd sakini X16 torpağı ilə üst-üstə düşür və oğlum Vidadi bu 0.47 sot torpağı Qulubəyli Bələdiyyəsinin sədri Qalib Nağıyevin yazdığı, 6 nəfərin imzaladığı akt əsasında xx.xx.2009-cu il tarixli aktla 2200 manat almışdır. Vidadinin 0.12 sot koordinatları düzgün vurulmayan torpağı isə bu ərizəyə əlavə olan plan-ölçü sxeminə əsasən məktəbin yanındadır. Yəni ki, bir tərəfi məktəbə bitişikdir. Bir tərəfi isə mağaza və mağazaya gedən yol, digər tərəfi isə su arxıdır. Həmin 0.12 sot torpağı Qulubəyli Bələdiyyəsi 2-ci dəfə yuxarıda qeyd etdiyim kimi kənd sakini X2 edərək satmış, o isə həmin torpağa iddia qaldırmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-l(120)-l583/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardad da ərizəyə əlavə olunur. Ona görə də oğlu İddiaçı məktəbin çəpərinə söykənən 0.12 sot torpağının koordinatlarının düzgün vurulmasına maneçilik törədən Qulubəyli Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 12 saylı qərarının, yəni ki, həmin torpağın 2-ci dəfə əsassız olaraq X15 verilməsi qərarının araşdırılması üçün zərurət yaranmışdır. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli məktubla iddiaçıya hüquqi yardım edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X20 iddia ərizəsini və vəsatətlərini müdafiə etmişdir, hüquqi yardım məktubu ilə razı olmadığını bildirmişdir, belə ki, cavabdeh orqan bu işlə bağlı cavabdehlik daşıyır və cavab verməlidir. Üçüncü şəxs E.Qasımovla aralarında çox məhkəmə mübahisələri olmuşdur, nəticəsi ondan ibarət olmuşdur ki, ən son Hilal Nəcəfovun icraatında olan iş üzrə mən torpaq sahəsinin koordinatının üst-üstə düşməsindən məlumatlı oldu və iddia tələbi ilə müraciət etdi. Ona İmişli rayonu Qulubəyli bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 12 saylı qərarı verilməmişdir, gec məlumatlı olmuşdur, digər işlə bağlı apellyasiya məhkəməsinin icraatında iş bitdikdən sonra məlumatlı olmuşdur və bir ay keçdikdən sonra məhkəmə iddia tələbi qaldırmışdır. Hilal Nəcəfovun icraatında iş gedən zaman müvafiq Bələdiyyə qərarının mövcudluğundan xəbərdar olmamışdır. Belə ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı icra edilmədikdən sonra, icra sənədləri üzrə xitam verildi, şikayətlər verdi, baxıldı, sonra müəyyən edildi ki, xəritə üzrə üst-üstə düşmə halı mövcuddur. Sonradan iddiaçı üçüncü şəxs E.Qasımova ayrılmış müvafiq bələdiyyə qərarının surətini məhkəmənin dəftərxanasından əldə etdi. 2014-cü il tarixdən Bələdiyyə tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsi ilə bağlı məhkəməyə müraciət etmişdir, həmin torpaq sahəsinin koordinatları müəyyənləşdirilən zaman 2017-ci il tarixdə mübahisələr yaranmağa başlamışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1200/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadında İmişli rayonu Qulubəyli Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 12 saylı qərarı barəsində məlumatı oxumamışdır, digər şəxslərin sözləri əsasında hakim tərəfindən həmin qərar qeyd edilmişdir. Üçüncü şəxs X19 məhkəmə iclasında bildirmişdir ki, İmişli rayonu Qulubəyli bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 12 saylı qərarından iddiaçı həmişə məlumatlı olmuşdur. Torpaq sahələri arasında hasar çəkilmişdir. Arlarında mübahisə təxmini 2017-ci il tarixdən başlamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh və digər üçüncü şəxslər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-45/2-585/25 nömrəli məktubunda, xx.xx.2025-ci il tarixli sorğuya cavab olaraq bildirir ki, sorğuda qeyd edilən xx.xx.2013-cü il tarixli, Seriya RX № ******* seriya nömrəli çıxarış və həmin çıxarışın verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim olunur. Əlavə olaraq bildiririk ki, xx.xx.2008-ci il tarixli, A № 060687 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətləri də məhkəməyə təqdim olunur. İşə əlavə olunan İddiaçı xx.xx.2025-ci il tarixli şikayt ərizəsində Cavabdeh imişli rayon Qulubəyli Bələdiyyəsi üçüncü şəxslər Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Beyləqan 6 saylı Ərazi idarəsi və X15 qarşı icraatınızda olan 2-1(120)2520/2025 saylı inzibati iş üzrə aşağıdakı əsaslarla izah edir ki: Qulubəyli Bələdiyyəsinin sədri X13 2007-ci ilin noyabr ayının əvvəlində evində 1000 (bir min) manat pul vermişdir. Həmin pulu xx.xx.2008-ci ildə 19 nömrəli qəbizə 200 manatı Amil Ocaqovun adına özü mədaxil edib. xx.xx.2008-ci ildə 20 nömrəli qəbizə 80 manatın Məhəmməd Ocaqovun adına özü mədaxil edib. xx.xx.2008-ci ildə 21 nömrəli qəbizə 240 manatın Babək Ocaqovun adına özü mədaxil edib. xx.xx.2008-ci ildə qeydiyyat nömrəsi olmayan qəbzə 240 manatın İddiaçı adına özü mədaxil edib. 240 manat pulu qəbzdə öz əksini tapmır. Pulu mənimsədiyini qeyd edir. İmişli rayon Qulubəyli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 13 saylı qərarı ilə Qalib Nağıyev oğlanları Vidadi, Babək, Amil ilə ayrı-ayrılıqda 0.12 ha həyətyanı məqsədi üçün torpaq sahəsini alqı-satqı yolu ilə almışdır. Həmin qərar əsasında 0.40 ha sahibkarlıq məqsədi üçün özünə alqı-satqı yolu ilə almışdır. Həmin 0.12 ha həyətyanı torpaq sahəsinə DTXK-nun İmişli rayon şöbəsinin kadastrı kitabında 15 iyul 2008-ci il tarixdə 233 nömrə ilə uçota alınmış A060687 nömrəli plan ölçü sənədi İddiaçı adına verilmişdir. Həmin 0.12 ha həyətyanı torpaq sahəsinə ƏMDK yanında DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi xx.xx.2013-cü il tarixdə RX ******* nömrəli Çıxarış ona əlavə olunmuş AA005808 nömrəli plan ölçü sənədi vermişdir. Həmin idarəyə xx.xx.2014cü ildə ərizə vermişdir ki, həmin 0.12 ha torpaq sahəsinin döngə nöqtə koordinatını vurulmasına qarşı xx.xx.2014-cü il tarixli **********67 nömrəli imtina məktubunu sədr müavini Rafiq Cəmilov yazır ki, DTXK-nin imişli rayon şöbəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin planı və ölçüsündə fərq olduğu müəyyən edilmişdir.Təkrar Beyləqan 6 saylı ərazi idarəsinə xx.xx.2017-ci il tarixdə məktub göndərilib ki, oğluna verilən çıxarışın koordinatını qeyd edilməsi üçün həmin əraziyə oranın əməkdaşı X23 gəlmiş döngə nöqtə koordinatı vuranda Elxan Qasımovun onun oğluna xx.xx.2017-ci ildə **********734 nömrəli imtina məktubunda 3-cü bəndində yazır ki, baxış zamanı qonşular arasında mübahisə yarandıqdan torpaq sahəsinin naturada yerinin və döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır. Bundan sonra o, işə X19 xx.xx.2017-ci il tarixli məktubun 9-cu sətrində yazır İddiaçı adına verilmiş RXO156889 saylı Çıxarış sənədi xidmətin mütəxəssisləri tərəfindən bilərəkdən yol verdikləri səhv nəticəsində ona aid olan torpaq sahəsinin bir hissəsi və bələdiyyə mülkiyyətinə aid olan alqı-satqı predmeti olmayan yolu İddiaçı adına sənədləşdirmişdirlər. Digər tərəfdən RXO 156889 saylı Çıxarış sənədi ilkin olaraq İmişli rayon torpaq şöbəsi tərəfindən hazırlanmış cizgi-plan sənədi və torpaq sahəsinin plan və ölçü sənədi ilə ziddiyyət təşkil edir. Elxan Qasımov və Qulubəyli Bələdiyyəsinin sədri Qalib Nağıyev Məhkəməyə üçüncü şəxs qismində cəlb edilmiş məktubu ərizəsinə əlavə etmişdir. Yuxarıdakı qərardan Qalib Nağıyev Apelyasiya Məhkəməsinin Ali Məhkəməyə şikayət etsə də şikayəti mümkün sayılmamışdır. X25 Məhkəməsinin 2-1(086)369/2018 saylı xx.xx.2018-ci il tarixli xx.xx.2019-cu il tarixli Akt ilə onun iştirakı olmadan oğlu Vidadi yaşadığı yerin koordinatın Qalib Nağıyev qeyd etdirib. Oğlu Vidadi yaşayan 0.47 ha torpaq sahəsini X14 almışdır. Aktı imza etmədiyini bildirir. (Aktı ərizəsinə əlavə edib) Bundan əlavə 6 saylı Ərazi İdarəsi xx.xx.2019-cu il tarixli **********01 nömrəli məktubun dördüncü bəndində Beyləqan rayon İcra və Probasiya şöbəsinə yazır ki, aparılmış mərzçəkmə işləri nəticəsində vətəndaşın iddia etdiyi torpaq sahəsi ilə mülkiyyətə verilmiş torpaq sahəsi arasında 970 metr fərq var beşinci bəndində bildirir ki, Vidadinin yaşadığı evin həyətinə düşür. Bu saxta akt əsasında icra probasiya şöbəsinin əməkdaşı Camal Aliyev xitam qərarı çıxartmışdır. X25 Məhkəməsinin 2- 1(086)369/2018 saylı xx.xx.2019-cu il tarixli qərardadla ləğv olunmuşdur. Həmin qərardan X30 Apelyasiya Məhkəməsinin 2-1(106)619/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadla şikayəti təmin olunmamışdır. (Hər iki qərardadları ərizəsinə əlavə edib) Bütün bunlara baxmayaraq Camal Aliyev yenədə təkrar xx.xx.2021-ci il tarixdə yenə də qərarı icra etmə kimi ləğv etmişdir. Həmin qərarı cənab sədr Fehruz Abbasov 2-1(120)1200/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadla ləğv olunmuşdur. Bundan sonra Beyləqan rayon İcra və Probasiya şöbəsi işi İmişli rayon İcra və Probasiya şöbəsinə göndərmiş icra şöbəsi ekspert təyin etmişdir ekspert Şükür Hüseynov xx.xx.2021-ci il tarixli 565 nömrəli Rəyi ilə müəyyən olub ki, 928 metr şimala tərəf sürüşdürüb məktəbin yanının cizgisini çəkib. İddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İşdə olan Bələdiyyələrlə İş Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-16-9/2-21655/25 nömrəli məktubunda xx.xx.2025-ci il tarixli sorğuya cavab olaraq bildirilir ki, Qulubəyli bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 12 nömrəli qərarı Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmamışdır. Qeyd olunur ki, "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli, 50-VİİQ nömrəli Qanununa əsasən Qulubəyli və Yuxarı Qaralar bələdiyyələrinin əhatə etdiyi Qulubəyli, Ölcələr, Soltanmuradlı və Yuxarı Qaralar kəndlərində Yuxarı Qaralar bələdiyyəsi yaradılmışdır. Həmçinin bildirilir ki, xx.xx.2025-ci il tarixli sorğuya Bələdiyyələrlə İş Baş İdarəsinə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-45/2-4641/2025 saylı məktubuna əsasən, sorğuda qeyd edilən İmişli rayon Qulubəyli bələdiyyəsinin xx.xx.2009-cu il taixli, 12 saylı qərarın və həmin qərarın verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətləri –arayışlar, rəy, plan sxem, torpaqların alqı-satqı aktı və digər sənədlər məhkəməyə təqdim olunmuşdur. İşdə olan İmişli rayonu Qulubəyli bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 12 saylı qərarının surətindən görünür ki, Qulubəyli kənd sakini X15 fərdi yaşayı ş evinin tikintisi məqsədi üçün 1200 kv.m torpaq sahəsinin xüsusi mülkiyyətinə satılmasına razılıq verilmişdir. Məhkəmə ilk növbədə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görəməhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia tələbindən aydın göründüyü kimi, İmişli rayonu Qulubəyli bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 12 nömrəli qərarının ləğv edilməsini xahiş edir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. İddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı hüququnun pozulmasına əsaslanmaqla tələbinin təmin edilməsi barədə iddia qaldırmaq hüququ o halda mövcud ola bilər ki, həmin torpaq sahəsi ilə bağlı iddiaçının hüququ normativ hüquqi aktlardan irəli gəlmiş olsun. İş materiallarından müəyyən edilir ki, İmişli rayonu Qulubəyli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 saylı protokolundan çıxarış əsasında İddiaçı İmişli rayonu, Qulubəyli kəndndə yerləşən 0.12 ha torpaq sahəsi ayrılmışdır, plan ölçü sxemi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin AN 060687 saylı, xx.xx.2008-ci il tarixli plan və ölçü sənədi tərtib edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı, xx.xx.2013-cü il tarixli çıxarışla İmişli rayonu, Qulubəyli kəndndə yerləşən 0.12 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin yerquruluşu üzrə mühəndisi X8, İmişli rayonu Qulubəyli kənd İƏD üzrə nümayəndəliyinin baş mühasibi X22, İmişli rayonu Qulubəyli kənd sakini İddiaçı, İmişli rayonu Qulubəyli kənd bələdiyyəsinin nümayəndəsi X9 iştirakı ilə tərtib edilmiş xx.xx.2020ci il tarixli Aktın təsdiq edilmiş surətində qeyd edilmişdir ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə verdiyi ərizə və Beyləqan rayon İcra və Probasiya şöbəsinin məktubu əsasında İddiaçı məxsus olan 0,12 ha torpaq sahəsinə baxış keçirilmişdir. İnventarlaşdırma işləri (çöl ölçmə) zamanı İddiaçı mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinə dair ləğv edilmiş DT və XK-nin İmişli rayon şöbəsi tərəfindən tərtib edilmiş A № 060687 saylı "Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında verilmiş **********82 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən döngə nöqtələrinin koordinatları təyin edilərkən ona göstərilsə də, İddiaçı inventarlaşdırma işlərinin (çöl ölçmə) aparılmasından narazı qalmış və inventarlaşdırma işləri (çöl ölçmə) zamanı tərtib edilmiş aktı imzalamaqdan imtina etmişdir. xx.xx.2019-cu il tarixdə ilkin olaraq torpaq sahəsinə tərəflərin və mütəxəssislərin iştirakı ilə baxış keçirilmiş, mərzçəkmə işlərinin aparıldığı və müvafiq aktın tərtib edildiyi müəyyən olunur. Tələbkar (iddiaçı) tərəf AR ƏMDK yanında DƏDRX-nin 6 saylı ərazi idarəsinin hərəkətlərindən narazı qaldıqları üçün icra qurumu tərəfindən inzibati orqan barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş, son olaraq Beyləqan rayon məhkəməsinin 16 dekabr 2020-ci il tarixli qərarına əsasən inzibati işin icraatına xitam verilmiş və Şirvan Apellyasiya məhkəməsinin 3(106)-34/2021saylı, 11 fevral 2021-ci il tarixli qərarına əsasən Beyləqan rayon məhkəməsinin 16 dekabr 2020-ci il tarixli inzibati qərarı dəyişdirilmədən saxlanlmışdır. Digər bir icra tədbiri isə icra qurumu tərəfindən "Müstəqil ekspertiza Mərkəzi” MMC-nin mütəxəssislərinin cəlb edilməsi ilə bağlı olmuşdur ki, icra hərəkətləri nəzticəsində 03 noyabr 2021-ci il tarixdə X10 mütəxəssisi və eksperti tərəfindən xx.xx.2021 -ci il tarixli, 565 saylı rəyində koordinatlar müəyyən edilmişdir. AR ƏMDK yanında DƏDRX-nin 6 saylı ərazi idarəsi tərəfindən icra sənədi icra edilmədiyindən 25 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş və Beyləqan rayon məhkəməsinin 3(020)-52/2022 saylı, 09 mart 2022-ci il tarixli qərar ilə 1200 manat cərimə olunmuşdur. Daha sonra Beyləqan rayon məhkəməsinin 3(020)-52/2022 saylı, 09 mart 2022-ci il tarixli qərarından apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya məhkəməsinin 3(106)- 157/2022 saylı, 04 may 2022-ci il tarixli qərarına əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Şirvan Apellyasiya məhkəməsinin 3(106)-157/2022 saylı, 04 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, AR. ƏMDK yanında DƏDRX-nin 6 saylı ərazi idarəsi tərəfindən edilməli olan hərəkətlər lazımı qaydada icra edilmiş, tələbkarlar icranı qəbul etməmişdir. İcra qurumu tərəfindən son icra tədbiri 15 noyabr 2022-ci il tarixə təyinat verilərək mütəxəssislərin, nümayəndələrin, hal-şahidlərinin və tələbkar İddiaçı etibarnamə üzrə nümayəndəsi X11 iştirakı ilə İddiaçı mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsində müvafiq mərzçəkmə işlərinin aparılması olmuş və bununla bağlı müvafiq akt tərtib edilmişdir. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlar nəzərə alındığında baxılan iş üzrə yoxlanılmalı olan ilkin mümkünlük şərti iddiaçının hazırkı iddiaya dair subyektiv hüququnun olub-olmamasıdır. Beləliklə, Məhkəmə qanunvericiliyinin müddəalarını, eləcə də işin hallarını nəzərə alaraq qeyd edir ki, hazırkı iddia ərizəsi ilə iddiaçının hər hansı bir subyektiv hüququ yaranmamışdır. Məhkəmə tərəfindən İPM 13-cü maddəsinin tələblərinə uyğun olaraq, iddiaçıya hüquqi yardım göstərərək, hazırki halda iddiaçının subyektiv hüququnun olması və cavabdeh orqan tərəfindən subyektiv hüququn və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran və hazırki iddianı qaldırmaqda hüquqi marağın olmasına dair sübutların məhkəməyə təqdim edilməsi təklif olunsa da, iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. İşdə olan Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1200/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, ərizəçi İddiaçı Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(120)-369/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021ci il tarixli qərarının ləğv edilməsi barədə ərizəsi təmin edilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(120)-369/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilmiş və iş üzrə icra tədbirləri davam etdirilmişdir. Qərardadın təsviri hissəsində İddiaçı ərizəsi ətraflı olaraq göstərilmiş və məhz həmin ərizədə İddiaçı İmişli rayonu Qulubəyli bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 12 saylı qərarı ilə Qulubəyli kənd sakini X15 fərdi yaşayı ş evinin tikintisi məqsədi üçün 0.12 ha torpaq sahəsinin satılması barədə məlumatı məhkəməyə bildirmişdir. Bundan başqa Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(106)- 34/21 saylı qərarına əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta üzrə icraata xitam verilməsinə dair Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(020)-2020 saylı qərarından tələbkar İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Qərarın təsviri hissəsində İddiaçı tərəfindən verilmiş şikayətin təsvirində İmişli rayonu Qulubəyli bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 12 saylı qərarı ilə Qulubəyli kənd sakini X15 fərdi yaşayı ş evinin tikintisi məqsədi üçün 0.12 ha torpaq sahəsinin satılması barədə və digər məlumatları ətraflı göstərmişdir. X26 Məhkəməsinin 8-1(120)-1/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, ərizəçi İddiaçı Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və cavabdehin barəsində xüsusi qərardad çıxarılması” barədə ərizəsi əsassız olduğu üçün təmin edilməmişdir. Müvafiq iş üzrə xx.xx.2023-cü il tarixli qərardadla X19 və digər şəxslər üçüncü şəxs qismində inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddia tələbindən aydın göründüyü kimi, İmişli rayonu Qulubəyli bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 12 saylı qərarının ləğv edilməsini xahiş edir. Göründüyü kimi yuxarıda qeyd edilən məhkəmə proseslərində hazırda iddiaçı tərəfindən mübahisələndirilən İmişli rayonu Qulubəyli bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 12 saylı qərarı müzakirə edilmişdir, həmin məhkəmə prosesləri dövründə İddiaçı ərizə və şikayətlərində ətraflı müvafiq qərar barədə məlumatlar vermişdir, X19 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilmiş, məhkəmə-tikinti texniki ekspertizası təyin edilmişdir, həmin iş materiallarında mübahisələndirilən qərar və ona əlavə edilən digər sənədlər iş materiallarına əlavə edilmişdir, ekspert rəyi üzrə iddiaçıya məxsus torpaq sahəsinin koordinatları qeyd edilmiş, mübahisəli torpaq sahələrinin üst-üstə düşməməsi müəyyən edilmişdir, aktlaşma və digər prosessual hərəkətlər həyata keçirilmişdir, ən son Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(120)-369/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarının icra sənədi üzrə icraata xitam verilmişdir, Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı məhkəmə qaydasında mübahisələndirilmiş, van İnzibati Məhkəməsinin 8-1(120)-1/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin edilməmişdir, qərardaddan İddiaçı tərəfindən verilmiş şikayətlər təmin edilməmişdir və müvafiq qərardad qanuni qüvvəsini almışdır. Bütün qeyd olunan hallar birmənalı olaraq onu deməyə əsas verir ki, iddiaçı mübahisələndirdiyi qərardan ən geci 2021-ci ildən məlumatı olmuş, hətta həmin qərar üzrə mübahisəyə baxılarkən məhkəmə proseslərində iştirak etmişdir. İddiaçı ən geci 2021-ci ildən mübahisəli qərardan məlumatlı olduğundan və prosessual müddətin axımını həmin qərardan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Məhkəmə iclasında isə iddiaçının nümayəndəsinin mübahisəli qərardan gec məlumatlı olması barədə izahatı məhkəməyə inandırıcı gəlməmişdir. Belə olan halda iddiaçı tərəfindən qaldırılan iddia mümkün sayıla bilməz. Bununla əlavə hətta iddiaçı həmin qərarı mübahisələndirmək üçün qanunvericiliklə müəyyən edilmiş müddəti də ötürmüşdür. Belə ki, işin araşdırılmış hallarından aydın görünür ki, iddiaçı sözügedən qərar barədə ən geci 2021-ci il tarixdən məlumatlı olmuş, digər məhkəmə mübahisələrində mübahisələndirilən qərar əsasında ayrılmış torpaq sahəsi mübahisələndirilmişdir. Başqa sözlə iddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi İmişli rayonu Qulubəyli bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 12 saylı qərarından məlumatlı olduğu vaxtdan 4 (dörd) ilə yaxın vaxt keçdikdən sonra müraciət etmişdir. Hüquq münasibətlərinin yarandığı zaman yəni xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir (maddə 73). İddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir (maddə 76). İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur (maddə 76). İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir (maddə 82). xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11-ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh İmişli rayonu X6rşı «0.12 ha torpaq sahəsinin satılması barədə İmişli rayonu Qulubəyli Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 12 saylı qərarının ləğv edilməsi» tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-2520/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2520/2025
07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver