Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-253/2023 03.08.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə və onun üzərində olan qeyriyaşayış binasına mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 03 avqust 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli rayonu Yalavac bələdiyyəsinin 15 yanvar 2007-ci il tarixli, 01 saylı qərarı ilə ona məişət obyekti tikintisi üçün alqı-satqı yolu ilə satdığı 120 kv.m torpaq sahəsinin və üzərindəki tikintinin dövlət reyestrində qeydiyyata alınması, Texniki Pasportunun tərtib edilməsi və Reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İmişli rayonu Yalavac bələdiyyəsinin 15 yanvar 2007-ci il tarixli, 01 saylı qərarı ilə ona məişət obyekti tikintisi üçün 120 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə verilmişdir. Bu barədə bütün zəruri sənədlər, kadastr planı tərtib edilmişdir. İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli, 124 nömrəli sərəncamı ilə tikintiyə icazə verilmişdir. Tikintiyə dair bütün aidiyyəti idarələrin razılıq rəyləri verilmişdir. O, həmin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinə ərizə vermişdir. Həmin idarənin xx.xx.2021-ci il tarixli cavab məktubunda deyilir ki, müraciətinin icrasından imtina edilmişdir. Səbəb kimi göstərilir ki, tikdiyi qeyri-yaşayış binasının kanal ərazisində yerləşməsi müəyyən edilmiş, keçmiş Torpaq şöbəsi tərəfindən tərtib edilmiş kadastr planı arxiv və elektron baza məlumatlarında aşkar olunmamışdır. Həmin imtinanı düzgün hesab etmir. Qanuni qaydada ona satılaraq onun istifadəsinə verilmiş torpaq sahəsinin adına sənədləşməsinə, texniki pasport və çıxarış verilməsinə heç bir maneə yoxdur və heç bir aidiyyəti dövlət orqanı da buna etiraz etmir. DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinin istinad etdiyi kanal ərazisi ilə bağlı X2 İdarəsinin xx.xx.2021-ci il tarixli, 70 saylı məktubunda göstərilir ki, bələdiyyə tərəfindən ona verilmiş 120 kv.m torpaq sahəsi kanal ərazisindən kənarda yerləşir və həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına etiraz etmirlər. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddaçı İddiaçı müraciəti əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən qeyri-yaşayış binası və yerləşdiyi torpaq sahəsinə baxış keçirilərək müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılmışdır. İnventarlaşdırma (çöl ölçmə) işləri zamanı sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətə uyğun döngə nöqtələrinin koordinatları İmişli rayonu, Yalavac kəndində aid islahatın kompleks yerquruluşu xəritəsi ilə eyniləşdirilən zaman sözügedən qeyri-yaşayış binasının kanal ərazisində yerləşməsi müəyyən edilmişdir. Bundan əlavə sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətə uyğun döngə nöqtələrinin koordinatları X4 X6 ilə eyniləşdirilərkən isə qeyri-yaşayış binasının dövlət mülkiyyətinə aid su fondu torpaqları kateqoriyalı, uqodiyası kollektor olan ərazidə yerləşməsi müəyyən edilmişdir. Həmçinin bildirirlər ki, iddiaçının müraciətinə əlavə etdiyi sözügedən qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinə aid ləğv edilmiş DT və XK-nin İmişi rayon şöbəsi tərəfindən tərtib edilmiş **********03000002 nömrəli “Torpaq sahəsinin kadastr planı”na aid Ərazi İdarəsinin elektron məlumat bazasında hər hansı bir məlumat aşkar edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin kaeqoriyası, məqsədli istifadə növü barədə və **********03000002 nömrəli “Torpaq sahəsinin kadastr planı”na aid məlumatların elektron məlumat bazasında olub olmaması barədə Ərazi İdarəsinə məlumat verilməsi üçün Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə müraciət edilmişdir. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin ********** saylı, 07 dekabr 2021-ci il tarixli cavab məktubuna əsasən arxiv və elektron baza məlumatlarında təqdim edilmiş Kadastr planına dair məlumat aşkar edilməmişdir. Bu səbəbdən də iddaçının mülkiyyət hüququnun qeydiyyata alınması barədə iddiasını əsassız hesab edirlər. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmiş, bununla belə İddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin iddiaçının nümayəndəsi X5 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: İmişli-Cəfərli avtomobil yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binası üzərində etibarnamə üzrə nümayəndəsi olduğunuz İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 05 noyabr 2021-ci il tarixli müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, müraciətiniz əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən qeyri-yaşayış binası və yerləşdiyi torpaq sahəsinə baxış keçirilərək müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılmışdır. İnventarlaşdırma (çöl ölçmə) işləri zamanı sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətə uyğun döngə nöqtələrinin koordinatları İmişli rayonu, Yalavac kəndində aid islahatın kompleks yerquruluşu xəritəsi ilə eyniləşdirilən zaman sözügedən qeyri-yaşayış binasının kanal ərazisində yerləşməsi müəyyən edilmişdir. Bundan əlavə bildiririk ki, sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətə uyğun döngə nöqtələrinin koordinatları X4 X6 ilə eyniləşdirilərkən isə qeyri-yaşayış binasının dövlət mülkiyyətinə aid su fondu torpaqları kateqoriyalı, uqodiyası kollektor olan ərazidə yerləşməsi müəyyən edilmişdir. Həmçinin bildiririk ki, müraciətinizə əlavə etdiyiniz sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə aid ləğv edilmiş DT və XK-nin İmişli rayon şöbəsi tərəfindən tərtib edilmiş **********03000002 nömrəli “Torpaq sahəsinin kadastr planı”na aid Ərazi idarəsinin elektron məlumat bazasında hər hansı bir məlumat aşkar edilməmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin kaeqoriyası, məqsədli istifadə növü barədə və **********03000002 nömrəli “Torpaq sahəsinin kadastr planı” na aid məlumatların elektron məlumat bazasında olubolmaması barədə Ərazi İdarəsinə məlumat verilməsi üçün Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzinə müraciət edilmişdir. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin ********** saylı, 07 dekabr 2021-ci il tarixli cavab məktubuna əsasən arxiv və elektron baza məlumatlarında təqdim edilmiş Kadastr planına dair məlumat aşkar edilməmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, İmişli-Cəfərli avtomobil yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binası üzərində etibarnamə üzrə nümayəndəsi olduğunuz İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 05 noyabr 2021-ci il tarixli müraciətinizin icrası mümkün olmamışdır. İş materiallarında olan İmişli rayonu Yalavac Bələdiyyəsinin 15 yanvar 2007-ci il tarixli, 01 saylı iclas protokolundan Çıxarışdan görünür ki, İmişli şəhər sakini İddiaçı ona avtoyuma sexi tikintisi altına alqı-satqı yolu ilə 120 kv.m torpaq sahəsi ayrılmasına köməklik göstərilməsi barədə Yalavac bələdiyyəsinə daxil olmuş ərizəsi nəzərə alınaraq, İddiaçı Yalavac Bələdiyyəsi ərazisinə düşən hissədə avtoyuma sexi tikintisi altına alqısatqı yolu ilə 120 kv.m torpaq sahəsi satılmışdır. İş materiallarına əlavə olunmuş torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, İmişli şəhər sakini İddiaçı tərəfindən İmişli rayonu Yalavac bələdiyyəsinə 08 yanvar 2007-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Yalavac Bələdiyyəsi ərazisində 120 kv.m torpaq sahəsinin satılması barədə 15 yanvar 2007-ci il tarixli, 01 nömrəli qərar qəbul edilmişdir. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin xx.xx.2007-ci il tarixli rəyindən görünür ki, İmişli rayon Yalavac kənd sakini İddiaçı satılması nəzərdə tutulmuş torpaq sahəsi 120 kv.m olmaqla Yalavac bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi avtoyuyucu sexi məqsədi üçün satılması qanuna müvafiqdir. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin Arayışından görünür ki, İmişli rayon Yalavac kənd sakini İddiaçı mülkiyyətinə sahibkarlıqla məşğul olmaq üçün alqı-satqı yolu ilə ayrılması nəzərdə tutulan torpaq sahəsi bələdiyyənin kənd təsərrüfatına yararsız olan ərazisinə aiddir. İş materiallarında olan İmişli Rayon İcra Hakimiyyəti Başçısı Aparatı Memarlıq və Tikinti şöbəsinin Rəyindən görünür ki, İmişli rayon Yalavac kəndində yerləşən tikintialtı sahəsi 120 kv.metr olan İddiaçı məxsus ticarət və xidmət obyektinin binası tikinti tələblərinə cavab verir və şəhərin ümumi arxitektura planına uyğundur. İş materiallarında olan İmişli Rayon İcra Hakimiyyəti Başçısının 07 iyun 2011-ci il tarixli, 124 nömrəli Sərancamından görünür ki, İmişli şəhər sakini İddiaçı müraciəti nəzərə alınaraq, ona İmişli-Cəfərli avtomobil yolunun sol hissəsindəki bələdiyyə mülkiyyətindən ayrılmış 120,0 kv.m torpaq sahəsində ticarət və xidmət obyektinin tikintisinə icazə verilmşdir. İş materiallarında olan İmişli Rayon İcra Hakimiyyəti Başçısı Aparatı Memarlıq və Tikinti şöbəsinin Rəyindən görünür ki, İmişli rayon Yalavac kəndində yerləşən tikintialtı sahəsi 120 kv.metr olan İddiaçı məxsus ticarət və xidmət obyektinin binası tikinti tələblərinə cavab verir və şəhərin ümumi arxitektura planına uyğundur. İş materiallarında olan “Tikinti-Quraşdırma İşləri başa çatmış obyektin İstismara qəbul edilməsi haqda Qəbul Komissiyasının xx.xx.2012-ci il tarixli Aktından görünür ki, İddiaçı məxsus ticarət və xidmət obyekti Tikinti-Quraşdırma İşləri başa çatmış obyekt kimi istismara qəbul edilmişdir. İş materiallarında olan İmişli rayonu Yalavac bələdiyyəsinin xx.xx.2021-cim il tarixli, 44 saylı Arayışından görünür ki, İmişli rayonu Yalavac Bələdiyyəsinin 15 yanvar 2007-ci il tarixli, 01 saylı iclas protokoluna əsasən İddiaçı alqı-satqı yolu ilə verilmiş 120 kv.m torpaq sahəsi Yalavac kənd ərazisində yerləşir, qeyd olunan torpaq sahəsi ona məxsus olmaqla hal-hazırda onun istifadəsindədir. Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına heç bir etirazları yoxdur. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti X1 İdarəsinin xx.xx.2021-ci il tarixli, 70 saylı Arayışından görünür ki, İmişli rayonu Yalavac kənd Bələdiyyəsi tərəfindən İddiaçı verilmiş 120,0 kv.m torpaq sahəsi X1 İdarəsinin balansında olan Təzə Rəsul arx kanalının istismar zolağından kənarda yerləşir və həmin torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına etiraz etmirlər. İş materiallarında olan xx.xx.2007-ci il tarixli, **********03000002 nömrəli “Torpaq sahəsinin Kadastr Planı”ndan görünür ki, İmişli rayonu Yalavac Bələdiyyəsinin 15 yanvar 2007-ci il tarixli, 01 saylı qərarı və xx.xx.2007-ci il tarixli, 13 saylı alqı-satqı müqaviləsi ilə İddiaçı xüsusi mülkiyyətinə sahibkarlıq məqsədi üçün ayrılmış 120 kv.m torpaq sahəsi ilə bağlı “Torpaq sahəsinin Kadastr Planı” tərtib edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə görə hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.24) tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarizasiyasını həyata keçirmək, inventarizasiya işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İmişli rayon Yalavac kənd sakini İddiaçı tərəfindən İmişli rayonu Yalavac Bələdiyyəsinə 08 yanvar 2007-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və İmişli rayon İmişli-Cəfərli yolunun sol tərəfində yerləşən 120 kv.m torpaq sahəsinin satılması barədə 15 yanvar 2007-ci il tarixli, 01 nömrəli qərar qəbul edilmiş və onunla alqısatqı müqaviləsi bağlanmışdır. Bundan sonra iddiaçı həmin torpaq sahəsində ticarət və xidmət obyektinin tikintisinə icazə verilməsi üçün İmişli Rayon İcra Hakimiyyətinə müraciət etmiş, İmişli Rayon İcra Hakimiyyəti Başçısının 07 iyun 2011-ci il tarixli, 124 nömrəli Sərancamına əsasən İddiaçı müraciəti nəzərə alınaraq, ona İmişli-Cəfərli avtomobil yolunun sol hissəsindəki bələdiyyə mülkiyyətindən ayrılmış 120,0 kv.m torpaq sahəsində ticarət və xidmət obyektinin tikintisinə icazə verilmşdir. Eləcə də İmişli Rayon İcra Hakimiyyəti Başçısı Aparatı Memarlıq və Tikinti şöbəsinin Rəyindən görünür ki, İmişli rayon Yalavac kəndində yerləşən tikintialtı sahəsi 120 kv.metr olan İddiaçı məxsus ticarət və xidmət obyektinin binası tikinti tələblərinə cavab verir və şəhərin ümumi arxitektura planına uyğundur. Həmçinin “Tikinti-Quraşdırma İşləri başa çatmış obyektin İstismara qəbul edilməsi haqda Qəbul Komissiyasının xx.xx.2012-ci il tarixli Aktından görünür ki, İddiaçı məxsus ticarət və xidmət obyekti Tikinti-Quraşdırma İşləri başa çatmış obyekt kimi istismara qəbul edilmişdir. İddiaçı İmişli rayonu Yalavac Bələdiyyəsinin 15 yanvar 2007-ci il tarixli, 01 nömrəli iclas protokolunun qərarına əsasən ona qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 120,0 kv.m torpaq sahəsinə dair, eləcə də həmin torpaq sahəsinin üzərində inşa edilmiş qeyri-yaşayış binasına hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, Texniki Pasportunun tərtib edilməsi və Reyestrdən çıxarış verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasında bildirmişdir ki, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən qeyri-yaşayış binası və yerləşdiyi torpaq sahəsinə baxış keçirilərək müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılmış, İnventarlaşdırma (çöl ölçmə) işləri zamanı sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətə uyğun döngə nöqtələrinin koordinatları İmişli rayonu, Yalavac kəndində aid islahatın kompleks yerquruluşu xəritəsi ilə eyniləşdirilən zaman sözügedən qeyri-yaşayış binasının kanal ərazisində yerləşməsi müəyyən edilmişdir. Bundan əlavə, sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətə uyğun döngə nöqtələrinin koordinatları X4 X6 ilə eyniləşdirilərkən isə qeyri-yaşayış binasının dövlət mülkiyyətinə aid su fondu torpaqları kateqoriyalı, uqodiyası kollektor olan ərazidə yerləşməsi müəyyən edilmişdir. Həmçinin, sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə aid ləğv edilmiş DT və XK-nin İmişi rayon şöbəsi tərəfindən tərtib edilmiş **********03000002 nömrəli “Torpaq sahəsinin kadastr planı”na aid Ərazi idarəsinin elektron məlumat bazasında hər hansı bir məlumat aşkar edilməmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatı çərçivəsində İmişli Rayon İcra Hakimiyyətinə göndərilmiş sorğu əsasında hazırkı iddiaçıya torpaq sahəsi ayrılması barədə ilkin hüquqmüəyyənedici sənədlərin arxiv çıxarışları həmin qurum tərəfindən məhkəməyə təqdim olunmuşdur. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq ekspertlər qarşısında - İmişli rayonu Yalavac bələdiyyəsinin 15 yanvar 2007-ci il tarixli, 01 saylı qərarı ilə İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış 120 kv.m torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - İddiaçı tikdirdiyi qeyri-yaşayış binası İmişli rayonu Yalavac bələdiyyəsinin 15 yanvar 2007-ci il tarixli, 01 saylı qərarı ilə İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış 120 kv.m torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşirmi? - İddiaçı tərəfindən inşa edilmiş qeyri-yaşayış binası İmişli rayon İHB aparatının Memarlıq və tikinti şöbəsi tərəfindən verilmiş layihəyə uyğun inşa edilmişdirmi və qeyriyaşayış binasının layihəsi tikinti və şəhərsalma normalarına uyğundurmu? - Mübahisəli torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - İddiaçı tərəfindən inşa edilmiş qeyri-yaşayış binası başqa şəxslərin hüquqlarını pozurmu və başqa şəxslərin mülkiyyətindən maneəsiz istifadəyə məhdudiyyət yaradırmı? - Mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ mülkiyyətdə, yəni dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olması müəyyən edilsin. - Mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binası hər hansı hissədə həmin ərazidəki kanalın mühafizə zolağına düşürmü? Əgər həmin zonaya düşürsə hansı hissədə və hansı ölçüdə? - Mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binası kanalın mühafizə zolağından hansı məsafədə yerləşir ? məzmununda suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubu ilə iş üzrə 29 mart 2023-cü il tarixli, 10/560 nömrəli ekspert rəyi və iş materialları məhkəməyə daxil olmuşdur. Ekspert rəyində aşağıdakılar bildirilmişdir: Qərardadın birinci sualı üzrə: İmişli rayonu Yalavac bələdiyyəsinin 15 yanvar 2007-ci il tarixli, 01 saylı qərarı ilə İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış 120 kv.m torpaq sahəsinin naturada və sənəd üzrə yerinin koordinatları müəyyən ediimişdir. Qərardadın ikinci sualı üzrə: İddiaçı tikdirdiyi qeyri-yaşayış binası imişli rayonu Yalavac bələdiyyəsinin 15 yanvar 2007-ci il tarixli, 01 saylı qərarı ilə İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış 120 kv.m torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşir. Qərardadın üçüncü sualı üzrə: İddiaçı tərəfindən inşa edilmiş qeyri-yaşayış binası İmişli rayon İHB aparatının Memarlıq və tikinti şöbəsi tərəfindən verilmiş layihəyə uyğun inşa edilməsi və qeyri-yaşayış binasının layihəsinin tikinti və şəhərsalma normalarına uyğunluğunu müəyyən etmək məsələsi mütəxəssislər tərəfindən cavablandırılmamışdır. Qərardadın dördüncü sualı üzrə: Mübahisəli torpaq sahəsinin koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Qərardadın besinci sualı üzrə: İddiaçı tərəfindən inşa edilmiş qeyri-yaşayış binası başqa şəxslərin hüquqlarını pozmur və başqa şəxslərin mülkiyyətindən maneəsiz istifadəyə məhdudiyyət yaratmır. Qərardadın altıncı sualı üzrə: Mübahisəli torpaq sahəsi ayrılan zamanı bələdiyyə mülkiyətində, hazırda isə xüsusi mülkiyyətdə olan torpaq sahəsidir. Qərardadın yeddinci sualı üzrə: Mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binası həmin ərazinin yaxınlığından keçən kanalın mühafizə zolağına düşmür. Qeyd: 6 saylı Beyləqan Ərazi İdarəsinin X1 İdarəsinə ünvanladığı mübahisəli torpaq sahəsinin yaxınlığından keçən kanalın su buraxma qabiliyyətinin saniyədə neçə kub.metr olması barədə 15 avqust 2022-ci il tarixli **********34 saylı məktubuna cavab olaraq X1 İdarəsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə ünvanladığı 16 avqust 2022-ci il tarixli 150 saylı məktubunda mübahisəli torpaq sahəsinin yaxınlığından keçən kanalın su buraxma qabiliyyətinin saniyədə 10 kub.metr oldğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 56 nömrəli qərarının 12-ci bəndinə əsasən, kanalın su buraxma qabiliyyəti saniyədə 3-10 kub.metr olduqda mühafizə zolağınm eni 10 metr nəzərdə tutulmuşdur. Qərardadın səkkizinci sualı üzrə: Mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binası kanalın mühafizə zolağından 12 metr məsafədə yerləşir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İş üzrə təyin edilmiş ekspertizanın nəticələri iddiaçıya ayrılmış (alqı-satqı yolu ilə) 120 kv.m torpaq sahəsinin yüklü olmamasını, hər hansı şəxsin həmin sahəyə mülkiyyət hüququnun qeydiyyata alınmamasını təsdiqləyir. Digər tərəfdən də məhkəmə qeyd edir ki, İmişli rayonu Yalavac bələdiyyəsinin 15 yanvar 2007-ci il tarixli, 01 saylı qərarı və həmin tarixli “Torpağın alqı-satqısına dair müqavilə”si mübahisələndirilmədiyindən (və ləğv edilmədiyindən), eləcə də etibarsız sayılmadığından mötəbər sayılmalıdır. Cavabdeh inzibati orqanının imtina dəlillərindən biri “inventarlaşdırma (çöl ölçmə) işləri zamanı sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətə uyğun döngə nöqtələrinin koordinatlarını İmişli rayonu, Yalavac kəndində aid islahatın kompleks yerquruluşu xəritəsi ilə eyniləşdirilən zaman sözügedən qeyri-yaşayış binasının kanal ərazisində yerləşməsi” barədədir. İş üzrə təyin edilmiş ekspertizanın rəyindən görünür ki, mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binası həmin ərazinin yaxınlığından keçən kanalın mühafizə zolağına düşmür. Cavabdeh inzibati orqanının imtina dəlillərindən biri isə “sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətə uyğun döngə nöqtələrinin koordinatları X4 X6 ilə eyniləşdirilərkən isə qeyri-yaşayış binasının dövlət mülkiyyətinə aid su fondu torpaqları kateqoriyalı, uqodiyası kollektor olan ərazidə yerləşməsi” barədədir. İş üzrə təyin edilmiş ekspertizanın rəyindən görünür ki, mübahisəli torpaq sahəsi ayrılan zamanı bələdiyyə mülkiyətində, hazırda isə xüsusi mülkiyyətdə olan torpaq sahəsidir. Cavabdeh inzibati orqanının imtina dəlillərindən digər isə sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə aid ləğv edilmiş DT və XK-nin İmişli rayon şöbəsi tərəfindən tərtib edilmiş **********03000002 nömrəli “Torpaq sahəsinin kadastr planı”na aid Ərazi idarəsinin elektron məlumat bazasında hər hansı bir məlumatın aşkar edilməməsi” barədədir. Məhkəmə qeyd edir ki, İmişli rayonu Yalavac bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaq ayrıma sənədləri əsasında ləğv edilmiş DT və XK-nin İmişli rayon şöbəsi tərəfindən tərtib edilmiş **********03000002 nömrəli “Torpaq sahəsinin kadastr planı”na aid Ərazi idarəsinin elektron məlumat bazasında hər hansı bir məlumatın aşkar edilməməsi” iddiaçının iradəsindən asılı olan hal deyil. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqanın iddiaçıya bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qeydə alınmasına imtinasını ləğv edilmiş DT və XK-nin İmişli rayon şöbəsi tərəfindən tərtib edilmiş **********03000002 nömrəli “Torpaq sahəsinin kadastr planı”na aid Ərazi idarəsinin elektron məlumat bazasında hər hansı bir məlumatın aşkar edilməməsi” ilə şərtləndirməsi özü-özlüyündə yolverilməzdir. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərə qədər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29 iyun 2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun 6.5-ci maddəsinin qüvvədə olmuş mətninə görə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinin tələblərinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin səlahiyyətli orqanlar tərəfindən rəy verilmədən vətəndaşlara satılması və bununla əlaqədar iddiaçı tərəfindən xx.xx.2007-ci il tarixdə 120 manat məbləğində torpağın satışına görə pulun İmişli rayonu Yalavac Bələdiyyəsinin hesabına ödənilməsi özü-özlüyündə torpaq sahəsinin alqı-satqısına dair aktın mövcudluğunu (torpaq sahəsinin alqı-satqısının lazımi qaydada rəsmiləşdirilməsini) ehtiva edir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (Beyeler İtaliyaya qarşı, “X7 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və “əmlak” anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan Hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmənin mövqeyi belədir ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə İmişli rayonu Yalavac bələdiyyəsinin 15 yanvar 2007-ci il tarixli 01 saylı iclas protokolunun qərarı nə qədər ki, mübahisələndirilməmiş və ləğv olunmamışdır, qanunsuz sayıla bilməz. Bu baxımdan inzibati orqana “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi müvafiq tədbir görmək səlahiyyəti versə də, məsələ ilə bağlı heç bir hal ortaya çıxamışdır. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçı müvafiq torpaq sahəsinin qanuni istifadəçisi kimi ona hüquqlarının qeydiyyata alınmasını tələb etməkdə haqlıdır. Vahid əmlakın digər hissəsi kimi, torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binasına gəldikdə isə, məhkəmə qeyd edir ki, inşa edilmiş qeyri-yaşayış binası İddiaçı İmişli rayonu Yalavac bələdiyyəsinin 15 yanvar 2007-ci il tarixli 01 saylı qərarı ilə İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış 120 kv.m torpaq sahəsinin ərazi hüdudları daxilində inşa edildiyindən, istifadəsində olan 120 kv.m torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri üst-üstə düşməsi müəyyən edilmədiyindən, eləcə də həmin qeyri-yaşayış binası şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirmədiyindən, həmçinin həmin tikilinin mövcudluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən mübahisələndirilmədiyindən, eləcə də tikinti layhəsinin razılaşdırılması, tikintiyə icazə və istismara icazə sənədlərinin səlahiyyətli orqan tərəfindən verilməsi müəyyən edildiyindən iddiaçının həmin torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduğu halda cavabdeh hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Göründüyü kimi cavabdeh inzibati orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində göstərilən halların mövcudluğu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Odur ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin imtinası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci və 10.2-ci maddələrinin müddəalarına, eləcə də «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24-cü, 15-ci maddəsinin tələblərinə uyğun deyil. Qeyd olunanlara əsasən cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd olunaları işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hazırkı halda iddiaçının əmlaka hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatından imtina əsasları mövcud olmadığından, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin İddiaçı İmişli rayonu Yalavac bələdiyyəsinin 15 yanvar 2007-ci il tarixli 01 saylı iclas protokolunun qərarına əsasən qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 120 kv.m torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış sahəsinə (vahid əmlak kimi) hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı İmişli rayonu Yalavac bələdiyyəsinin 15 yanvar 2007-ci il tarixli 01 saylı iclas protokolunun qərarına əsasən İmişli-Cəfərli avtomobil yolunun sol hissəsində qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 120,0 kv.m torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış sahəsinə (vahid əmlak kimi) onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, Texniki Pasportun tərtib edilməsi və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı İmişli rayonu Yalavac bələdiyyəsinin 15 yanvar 2007-ci il tarixli 01 saylı iclas protokolunun qərarına əsasən İmişli-Cəfərli avtomobil yolunun sol hissəsində qeyriyaşayış binasının tikintisi üçün ayrılmış 120,0 kv.m torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış sahəsinə (vahid əmlak kimi) onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, Texniki Pasportun tərtib edilməsi və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-253/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-253/2023
03.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver