Məhkəmə qərarları › İş №2-1(120)-2532/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2532/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2532/2025 11.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X4 nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “Çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına 11 iyun 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E TDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 06 mart 2023-cü il tarixli, reyestr nömrəsi **********31-10301, qeydiyyat nömrəsi ********** olan X4 adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi və ya dəyişdirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddia tələbinin dəyişdirilərək “cavabdeh tərəfindən 06 mart 2023-cü il tarixli, reyestr nömrəsi **********31-10301, qeydiyyat nömrəsi ********** olan X4 adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X12 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2007-ci ildə üçüncü şəxs X5 oğlu, X16 ilə nikahlarını rəsmi qeydə aldıraraq ailə qurmuşdur. Ailə qurmaq məqsədi ilə üçüncü şəxs Qızqayıd Misgərlinin hazırda mülkiyyətində olan o, (Qızqayıd Misgərlinin mərhum qaynanasına məxsus olan) ünvan 2 ünvanda yerləşən iki mərtəbədən ibarət fərdi yaşayış evinə gəlin köçmüşdür. X25 ilə birgə nikahlarından 10 dekabr 2008-ci il tarixdə X17 və 22 iyul 2014-cü il tarixdə X20 adlı uşaqları doğulmuşdur. 03 fevral 2021-ci il tarixdə məhkəmənin qərarı ilə Natiqlə aralarında olan nikah pozulmuşdur. Hazırda övladı 10 dekabr 2008-ci il təvəllüdlü X17 ilə birlikdə yaşadığı üçüncü şəxs Qızqayıd Misgərliyə məxsus Salyan şəhəri, H.Əliyev küçəsi 169-da qeydiyyatdadır. Bu barədə ona səyyari- ASAN xidməti tərəfındən xx.xx.2016-cı il tarixdə AZE № 12623740 seriyalı vətəndaşın şəxsiyyət vəsiqəsi verilmişdir. Sonradan üçüncü şəxsin qaynanasından miras qalmış fərdi yaşayış evi vərəsəlik qaydasında mıılkiyyətçi müəyyən edildikdən sonra X9 vərəsəlik qaydasında mülkiyyətinə verilmiş ünvan 9 ünvanında yerləşən əslində 2 mərtəbədən ibarət olan 3 otaqlı fərdi yaşayış evini qardaşı arvadı olan X8 hədiyyə etmişdir. Bu barədə Salyan rayon 2 saylı Xüsusi Notariat Kontorunda xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın bağışlanma müqaviləsi bağlanmışdır. Həmin bağışlanma mııqaviləsi əsasında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı PHŞ-nin 13 saylı Ərazi İdarəsi tərəfındən bağışlanmış fərdi yaşayış evini yeni mülkiyyətçisinə reyestr nömrəsi **********31-10301 saylı, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli reyestrdən çıxarış verilmişdir. Əlavə olaraq bildirir ki, onun üçüncü şəxs X13 ilə aralarında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ilə mülki mübahisələr olmuş və hal-hazırda mübahisə var. Məhkəmədə olan mübahisələr zamanı Qızqayıd Misgərlinin təqdim etdiyi sənədlərə əsasən məlum oldu ki, o, gəlin köçərək yaşadığı ünvan 4 ünvanında yerləşən ev vərəsəlik əsasında X3 mülkiyyətinə verilmişdir. Salyan rayon 2 saylı Xüsusi Notariat Kontorunda xx.xx.2023-cü il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən X9 xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evini qardaşı arvadı X8 hədiyyə etmişdir. Həmin bağışlanma müqaviləsi əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 13 saylı Şirvan Ərazi İdarəsi tərəfındən 06 mart 2023-cü il tarixdə reyestr çıxarışı verilmişdir. X1 Salyan şəhəri, H.Əliyev küçəsi ünvanında yerləşən 169 saylı fərdi yaşayış evi bağışlandığı halda ona verilmiş xx.xx.2023-cü il reyestr çıxarışı isə Salyan şəhəri, H.Əliyev küçəsi 169 A qeyd olunmuşdur. Onun hazırda Salyan Rayon Məhkəməsində tərəf olduğu mülki işə baxılması zamanı məhz 13 saylı Şirvan Ərazi İdarəsinin bu mübahisəli fərdi yaşayış evi ilə bağlı səhvin və ya yanlışlığın, yəni bağışlanmış ünvanla və bağışlanma əsasında verdikləri sənəddə olan ziddiyyət onu Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş hüquqlarını və Azərbaycan Respublikasının Mənzil, Mülki Məcəllələri ilə müəyyən edilmiş hüquqlarını kobud şəkildə pozur. O, kobud şəkildə pozulmuş hüquqlarının bərpası ilə bağlı yəni bu sənədlərlə bağlı cavab verilməsi səhv və ya yalnışlığın düzəldilməsi üçün 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Orada müraciətinə cavab vermədilər və cürbəcür bəhanələrlə imtina etdilər. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Üçüncü şəxs X12 məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “Çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddiası mümkünsüzdür və dəlillər aşağıdakılardan ibarətdir: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 1.1-ci bəndində əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bu qaldırılan iddia heç bir mümkünlük şərtlərinə cavab vermir və buna görə də mümkün sayılmalı deyil. Qeyd edilən qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada biıiəşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı onun oğlu X2 həyat yoldaşıdır. Mübahisə predmeti olan ev isə miras əmlakdır və notarial qaydada miras əmlak kimi qəbil edilmiş və onun adına tam olaraq qanuni şəkildə keçirilmişdir. İddiaçı onun evdən çıxarılmağı barədə iddianın təmin edilməsini görüb bilərəkdən işi uzatmaqdan ötrü bu addımı atır və onun xüsusi mülkiyyət hüququnu pozmağa davam edir. Bu iddianı qaldırmaq üçün İddiaçı subyektiv hüququ yoxdur. Sözügedən Qərarın 4.1-ci bədinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarınm pozulduğunu əsaslandırmalıdır. İddiaçı bu evlə bağlı hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını heç bir sübutla əsaslandıra bilməz. Bu işlə bağlı mülki qaydada məhkəmə qətnaməsi vardır və bütün hallarda onun xüsusi mülkiyyət hüquqları qorunmuş və İddiaçı iddiası rədd edilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn miibahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı Qərarın 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fıziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığınm (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırda icraatda olan inzibati iş sadalanan halların heç biri ilə uzlaşmır və mümkünlük şərtlərinə cavab vermir. Həmin Qərarın 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hiıquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. İddia predmeti olan ev onun xüsusi mülkiyyətindədir və notarial qaydada onun mülkiyyətinə keçmişdir və iddiaçının əmlakla bağlı heç bir iddiası ola bilməz və bu iddianı irəli sürmək üçün heç bir subyektiv hüququ yoxdur. Əgər qeydiyyat mülkihüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd etdiyi kimi, İddiaçı bu iddianı qaldırmaqda məqsədi mülki qaydada baxılan işin yubadılmasında ibarətdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı və üçüncü şəxsin nümayəndəsi X16 gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X16 iddianın mümkün sayılıb-sayılmaması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3-38/2-945/2025 saylı məktubunda bildirilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Ximətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı ”çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Salyan şəhəri, H.Əliyev küçəsi ünvanında yerləşən X6 məxsus olmuş evin ünvanının əvvəlllər ünvan 7muşdursa, sonradan hansı əsasla ünvan 9A-ya dəyişdirilməsi barədə rəsmi məlumatın verilməsi ilə bağlı müraciətinizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Ərazi İdarəsinin arxiv məlumatlarına istinadən bildiririk ki, Salyan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 22 saylı iclas protokolundan çıxarışa əsasən Salyan şəhər sakini X15 Salyan şəhəri, H.Əliyev küçəsində 500.0 kv.m torpaq sahəsi ayrılmışdır. X18 tərəfindən həmin ünvanda fərdi yaşayış evi inşa olunmuş, xx.xx.2010-cu il tarixdə həmin ev üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Salyan Ərazi İdarəsinə müraciət olunmuşdur. Salyan Ərazi İdarəsi tərəfindən müraciətin icrası təmin olunmuş, həmin evə ünvan 9 ünvanı təyin edilməklə xx.xx.2010-cu il tarixli, ********** nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. 2007-ci ildə əhalinin siyahıyaallınma işlərinə hazırlıq mərhələsində tərtib edilmiş və Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş sxematik planda həmin evin nömrəsi Salyan şəhəri, H.Əliyev küçəsi, 171 kimi qeyd olunmuşdur. Eyni zamanda Ərazi İdarəsinin arxiv məlumatlarına istinadən bildiririk ki, Salyan şəhəri, H.Əliyev küçəsi ünvanında yerləşən, X6 məxsus olmuş evin əvvəlki ünvanları ünvan 8n şəhəri, S.Vurğun küçəsi, ev 169 və ünvan 9 olmuşdur. ünvan 9 ünvanında qeydiyyatda olan X16 vərəsəlik işi ilə bağlı nənəsi X14 məxsus olmuş fərdi yaşayış evinin sənədləşdirilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə 13 saylı Şirvan Ərazi İdarəsnə müraciət etmişdir. 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən müraciətin icrası təmin olunmuş, həmin evə ünvan 9A ünvanı təyin edilməklə X10 adına xx.xx.2022-ci il tarixli, ********** nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. 2007-ci ildə əhalinin siyahıyaallınma işlərinə hazırlıq mərhələsində tərtib edilmiş və Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş sxematik planda həmin evin nömrəsi ünvan 10 ünvanının ünvan 11 şəhəri, H.Əliyev küçəsi, 169 ünvanının vətəndaş X15 məxsus fərdi yaşayış evinə verilməsi olmuşdur. Belə ki, Milli Qeydiyyat Sistemində eyni ünvanın təkrarən sistemə daxil edilməsi mümkün deyildir. ünvan 12 xx.xx.2022-ci il tarixli, 2V-401 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən ünvan 9A ünvanında yerləşən fərdi yaşayış evi X3 adına keçmiş, 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən X3 adına xx.xx.2022-ci il tarixli, ********** nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 12 xx.xx.2023-cü il tarixli, 4Ə-94 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqviləsi”nə əsasən ünvan 9A ünvanında yerləşən fərdi yaşayış evi X7 adına keçmiş, 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən X7 adına xx.xx.2023-cü il tarixli, ********** nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Hal-hazırda ünvan 9A ünvanında yerləşən fərdi yaşayış evi X7 xüsusi mülkiyyətindədir. İşin məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Salyan şəhəri, H.Əliyev küçəsi ünvanında yerləşən, X6 məxsus olmuş evin əvvəlki ünvanları ünvan 8n şəhəri, S.Vurğun küçəsi, ev 169 və ünvan 9 olmuşdur. ünvan 9 ünvanında qeydiyyatda olan X16 vərəsəlik işi ilə bağlı nənəsi X14 məxsus olmuş fərdi yaşayış evinin sənədləşdirilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə 13 saylı Şirvan Ərazi İdarəsnə müraciət etmiş, 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən müraciətin icrası təmin olunmuş, həmin evə ünvan 9A ünvanı təyin edilməklə X10 adına xx.xx.2022-ci il tarixli, ********** nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. 2007-ci ildə əhalinin siyahıyaallınma işlərinə hazırlıq mərhələsində tərtib edilmiş və Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş sxematik planda həmin evin nömrəsi ünvan 10 ünvanının ünvan 11 şəhəri, H.Əliyev küçəsi, 169 ünvanının vətəndaş X15 məxsus fərdi yaşayış evinə verilməsi olmuşdur. ünvan 12 xx.xx.2022-ci il tarixli, 2V-401 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən ünvan 9A ünvanında yerləşən fərdi yaşayış evi X3 adına keçmiş, 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən X3 adına xx.xx.2022-ci il tarixli, ********** nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 12 xx.xx.2023-cü il tarixli, 4Ə-94 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqviləsi”nə əsasən ünvan 9A ünvanında yerləşən fərdi yaşayış evi X7 adına keçmiş, 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən X7 adına xx.xx.2023-cü il tarixli, ********** nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə əmlak hüquqları ilə bağlı yarandığından və mübahisə predmeti olan hüquqların dövlət qeydiyyatından çıxarış miras qoyan şəxsin adına hazırlanmış mülkiyyət sənədinin və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin nəticəsi olduğundan hazırki tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Belə ki, “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir. Daşınmaz əmlakın alqı-satqısı və Dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. “Daşınmaz əmlakın Dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə eyni zamanda qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırki iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi mülki xarakterli olduğundan iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “Çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar