Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2535/2025 29.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.N0NNci il tarixli, 0N08 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli, N-1(1N0)-3N3/N0N4 saylı Qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunması” tələbinə dair iddiası mümkün hesab edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli, N-1(106)-5N3/N0N4 saylı Qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli, N-1(1N0)- 3N3/N0N4 saylı Qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün Şirvan inzibati Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.N0N5-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Hərbi Hava Qüvvələrinin Komandanlığının tabeçiliyinidə olan, Kürdəmir rayonunda yerləşən N saylı hərbi hissədə qulluq keçmişdir, N- N014-cü illərdə Naxçıvan şəhərində yerləşən, Heydər Əliyev adına hərbi litseydə təhsil almış, N014-N018-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbi aviasiya mühəndisliyi (aviasiya silahları) ixtisası ürə bitirmişdir. Xidmət keçdiyi dövrdə həmişə komandanlığın tapşırıqlarını şərəflə icra etmişdir. Belə ki, N018-ci ilin iyul ayında Hərbi Hava Qüvvələri üzrə keçirilən futbol birinciliyində 1-ci yer, N019-cu ilin mart ayında Hərbi Hava Qüvvələri üzrə keçirilən cüdo-güləş yarışında 3-cü yer, N019-cu ilin may ayında Silahlı Qüvvələrin atletika üzrə ordu birinciliyində 100 metr məsafədə ordu rekordunu təzələyərək 1-ci yer, 400 metr məsafədə ordu rekordunu təzələyərək 1-ci yer, N019-cu ilin avqust ayında Hərbi Hava Qüvvələri üzrə keçirilən futbol birinciliyində N-ci yer, N0N1-ci ilin aprel ayında Silahlı Qüvvələrin atletika üzrə ordu birinciliyində 400 metr məsafədə 3-cü yer, N0N1-ci ilin iyul ayında Hərbi Hava Qüvvələri üzrə keçirilən voleybol birinciliyində 1-ci yer tutaraq Müdafə Nazirliyinin rəhbərliyindən 3 dəfə, Hərbi Hava Qüvvələrinin rəhbərliyi tərəfindən 4 dəfə fəxri fərman və təşəkkümamə ilə mükafatlandırılmışdır. Sonuncu dəfə N0N1-ci ilin iyul ayında hərbi hissənin komandiri tərəfindən ona rəsmi təşəkkür elan olunmuşdur. 44 günlük Vətən Müharibəsində möhtərəm cənab Prezidentinin rəhbərliyi altında X15 çalaraq qalib gəldiyi zamanda o da bütün silahdaşları ilə bərabər xidmətdə olmuş və Müharibə veteranı adı qazanmışdır. Məlumat üçün demək istəyir ki, N0N0-ci ildə səhhətində problem yaranmış və məzuniyyətdə olduğu dövrdə Bakı şəhərində Medera Hospitalda sinir sistemini müalicə elətdirməyə başlamış və uzun müddət psixotrop və antidepresant dərmanlardan istifadə etmişdir. N0N1-ci ilin oktyabr ayının N3-də onu digər hərbi qulluqçularla birlikdə qanda narkotik maddələrin olub olmamasını müəyyən etmək üçün MN-nin Məhkəmə Tibbi Espertiza və X7 göndərdilər. N0N1-ci ilin yanvar ayının 8-də xidmət keçdiyi hərbi hissədə test cavabının müsbət çıxdığı ona elan olunub. Yanvar ayının 11-də o, tibbi müayinədən keçmək üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə getmiş və müayinənin nəticəsi ilə məlum olub ki, onda heç bir narkotik maddə aşkar olunmadı. Bütün bu proseslərdən sonra ona elan olunan müayinənin cavabından narazı olduğunu yazılı olaraq bildirdib və təkrar müayinə keçirilməsi ilə əlaqədar raportla müraciət etmişdir. Bundan sonra Hərbi Hava Qüvvələrinin Komandanlığı tərəfindən təkrar müayinə olunmasına göstəriş verildi. Barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N sayllı hərbi hissənin təhqiqatçısı ədliyyə leytenantı X3 tərəfindən araşdırılma aparılaraq cinayət işinin başlanması haqqında rədd qərarı verilmişdir. Həmin araşdırma materialında olan Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X10 tərəfindən təqdim edilmiş “955/K” saylı maddi sübutların tədqiqat aktında sonuncunun verdiyi analiz nümunələrində “Metamfetamin” adlı psixotrop maddə aşkar edilməsi göstərilsə də təkrar analizlərdə fakt təsdiq olunmur. Əksinə başqa şəxslərə aid nümunələr araşdırmada istifadə olunduğu təhqiqatçının aşağıda qeyd edilən öz əsaslandırmasında təsdiqini tapır. Baş leytenant İddiaçı MN TE ve PAM-i tərəfindən təqdim edilmiş “955/K” saylı aktla tanış olduğunu, həmin aktda qeyd olunanlarla razı olmadığını və heç vaxt narkotik və psixotrop maddələrdən istifadə etmədiyini bildirmişdir. Bundan başqa baş leytenant İddiaçı xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N1-ci il tarixədək müxtəlif vaxtlarda “Medera Hospital”da xüsusi dərmanlarla müalicə aldığını bildirmişdir. İzahatları alınmış, N nömrəli hərbi hissənin, RHM-nin rəisi vəzifəsində xidmət edən kapitan X8 ve N nömrəli hərbi hissənin, RHM-nin reqlament işləri qrupunun rəisi vəzifəsində xidmət edən baş leytenant X9 izahatlarında hadisələrin yuxarıda qeyd olunan formada olduğunu təsdiq etmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” Publik Hüquqi şəxs Məhkəmə-kimya şöbəsi tərəfindən verilmiş xx.xx.N0NN-ci il tarixli N77/K nömrəli ekspert rəyindən görünür ki, İddiaçı götürülmüş qan və sidik nümunələrinin məhkəmə-kimyəvi tədqiqatına əsasən və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlir: X6 götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan Metamfetamin aşkar edildi. Tərtər rayon hərbi məhkəməsinin 13 iyun N0NN-ci ildə 3(098)-170 N0NN saylı işinə həmin icraata baxan və sədrlik edən Əhməd Sariyevin icraata xitam vermək haqqında qərarı ilə təsdiqini tapır. Belə ki, Müdafiə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X4 də İddiaçı qan, sidik və saç nümunələri götürülərək narkoloji yoxlama aparılmış, həmin Mərkəzin ekspertinin tərtib etdiyi N3 dekabr N0N1-ci il tarixli 955/K nömrəli akta əsasən İddiaçı qan və sidik nümunələrinin tərkibində metamfetamin adlı psixotrop maddə aşkar olunmuş, lakin həmin rəy İddiaçı məlum olduqdan az müddət sonra o, ekspertin bu aktı ilə razılaşmadığından özü müstəqil olaraq Respublika Narkoloji Mərkəzində yenidən narkoloji yoxlamadan keçmiş, həmin Mərkəzin aktı ilə isə onda psixotrop maddələrin istifadə etməsi akşar edilmədiyi müəyyən edilmişdir. İşin təhqiqatını aparan təhqiqatçı ayrı-ayrı idarələr tərəfindən aparılmış narkoloji yoxlamanın nəticələrinin ziddiyyətli olması səbəbindən məhkəmə-kimyəvi ekspertiza təyin etmiş, həmin ekspertizanın rəyi ilə İddiaçı qan və sidik nümunələrində metamfetamin aşkar edildiyi göstərilsə də, ekspertiza rəyində tədqiqat üçün istifadə olunmuş qan və sidik nümunələrinin N.Nəsirova məxsusluğuna dəlalət edən məlumatlar göstərilmədiyindən, bu isə nümunə kimi istifadə olunmuş qan və sidiyin N.Nəsirova məxsus olduğuna əsaslı şübhələr yaratdığından məhkəmə tərəfindən təkrar ekspertiza keçirilməsi zərurətini yaratmış, məhkəmənin keçirdiyi təkrar ekspertizanın rəyi ilə isə İddiaçı psixotrop maddə aşkar olunmamışdır. Bundan başqa izahatı alınmış şahidlər də, Nəsirovun narkotik və ya psixotrop maddə qəbul etməsi ilə rastlaşmadıqlarını göstərmişlər. Göründüyü kimi, məhkəmədə araşdırılmış sübutlar ziddiyyətli olmaqla, biridigərini inkar edir və İddiaçı psixotrop maddə qəbul etməsi, beləliklə onun əməlində İXMnin N06-cı maddəsinin tərkibi olması barədə mötəbər nəticəyə gəlməyə əsas verilmir. Bununla əlaqədar Azərbaycan Respublikası MN-ə edilmiş müraciətə Hüquq İdarəsinin rəisi Emin Əzimzadənin imzası ilə cavablandırılaraq göstərilmişdir ki, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinə ünvanlanmış, İddiaçı həqiqi hərbi xidmətə bərpa olunması ilə bağlı 07 aprel N0NN-ci il tarixli təkrar ərizəyə Müdafiə Nazirliyinin Hüquq İdarəsində baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət etdiyi müddətdə narkotik vasitə istifadə etməsi faktı ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin N06-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında icraat başlanmışdır. Bununla əlaqədar olaraq, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə qərar qəbul edilmişdir. Baxmayaraq ki Tərtər rayon hərbi məhkəməsinin 13 iyun N0NN-ci ildə 3(098)-170 N0NN saylı işinə həmin icraata baxan və sədrlik edən Əhməd Sariyevin icraata xitam vermək haqqında qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin etirazı: Cavabdeh Müdafiə Nazirliyi ddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı, xx.xx.N014-cü il tarixdən xx.xx.N0NN-ci il tarixədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olmuş, o, xx.xx.N0N0-ci il tarixdən N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız hərbi qulluqçu kimi tanıtmışdır. Belə ki, N nömrəli hərbi hissənin qərargah rəisinin N3 nömrəli xx.xx.N0N1-ci il tarixli teleqramına əsasən müayinə üçün MN-nin MTE və PAM-nə göndərilmişdir. Daxili Təhlükəsizlik İdarəsi rəisinin 7/1349 nömrəli xx.xx.N0N1-ci il tarixli məktubuna və Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 955/K nömrəli aktına əsasən baş leytenant İddiaçı götürülmüş nümunələrin məhkəmə-kimyəvi tədqiqatı nəticəsində tərkibində Fenilalkilaminlərin sintetik yolla əldə olunan nümayəndəsi Metamfetamin adlı psixotrop maddə aşkar olunmuşdur. Aşkarlanan bu narkotik vasitə dövriyyəsi və qəbulu qadağan olunmuş narkotiklərin siyahısına daxildir. Göstərilənlərə əsasən N nömrəli hərbi hissənin komandiri iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsatət qaldırmış, Müdafiə nazirinin 0N mart N0NN-ci il tarixli 0N08 nömrəli əmri ilə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçının hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasının əsasında ondan götürülmüş nümunələrin məhkəmə-kimyəvi tədqiqatı nəticəsində tərkibində Fenilalkilaminlərin sintetik yolla əldə olunan Metamfetamin adlı psixotrop maddə aşkarlanması olmuşdur. İddiaçının yerinə yetirdiyi xidmətin xüsusiyyətlərini, silah və sursatlara buraxılışının olmasını, narkotik vasitələrin qəbuluna başqa şəxsləri cəlb etməsinin mümkünlüyünü və sair baş verə biləcək təhlükəli nəticələri nəzərə alaraq müvafiq mərkəzi icra hakimiyyətinin rəhbəri iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə inzibati akt qəbul etmişdir. O, narkotik vasitənin qəbuledicisi kimi hərbi xidmətədə saxlanıla bilməzdi. Azərbaycan Respublikası Silahlı XN qeyd olunur ki, möhkəm hərbi intizam yüksək döyüş hazırlıqlı və döyüş qabiliyyətli olmağın əsas şərtidir. Müasir dövrdə hərbi intizamın rolu əvəz edilməzdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların yüksək şüurluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqımızın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Lakin bunlar öz hərbi borcuna etinasız yanaşan hərbi qulluqçulara məcburiyyət tədbirlərinin tətbiqini istisna etmir. Bütün komandirlər (rəislər) bu Nizamnamənin tələblərini rəhbər tutaraq, hissə və bölmələrdə hərbi intizamın daim yüksək səviyyədə saxlanmasını təmin etməyə borcludurlar. Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. İddiaçı barəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimləmə qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilir. Hərbi xidmətə daxil olma və hərbi xidmətdən buraxılma da həmin qanunvericilik aktları ilə tənzimlənir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. İddiaçı həmin əmri, yəni inzibati aktın qəbul edilməsindən 6 ay sonra onu mübahisələndirmişdir. Məhkəməyə şikayət vermək üçün qanunla müəyyən edilmiş müddətin axımı inzibati aktın təqdim (elan) olunduğu vaxtdan başlayır. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.N0N5-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 6N.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. İlk öncə qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi ona xx.xx.N0NN-ci il tarixli, 0N08 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından “mübahisələndirmə haqqında” iddia növünə aiddir. Həmin Qanununun N.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin N.N.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 3N.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 8.1.N-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.N-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Hazırkı mübahisələndirmə haqqında iddia növü olduğundan, İPM-in 8.1.N-ci maddəsinin təsir dairəsinə düşür. İddiaçının yaşadığı yer Kürdəmir şəhəridir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr N019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Kürdəmir şəhər ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçı tərəfindən qanunda nəzərdə tutulmuş iddia müddətinə riayət edilməsidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: xx.xx.N0NN-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş leytenant İddiaçı analiz nümunələrində psixotrop maddələrin izlərinin aşkar edilməsi faktında cinayət hadisəsi olmadığından həmin fakt üzrə Azərbaycan Respublikasının CPM 39.1.N-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Müdafiə Nazirinin xx.xx.N0NN-ci il tarixli, 0N08 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, N nömrəli hərbi hissənin Raketlərin hazırlanma mövqeyinin konservasiya-raskonservasiya qrupunun rəisi baş leytenant İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.N0NN-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın surətindən görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş leytenant İddiaçı barəsində İXM-nin N06-cı maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. xx.xx.N0NN-ci il tarixli təkrar məhkəmə-kimyəvi ekspertizası təyin edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin N06-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xətaya dair iş üzrə təkrar məhkəmə-kimyəvi ekspertiza təyin edilmişdir. xx.xx.N0NN-ci il tarixli inzibati xətaya dair iş üzrə Tərtər Hərbi Məhkəməsinin qərarının surətindən görünür ki, İddiaçı əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində İXM-nin N06-cı maddəsi ilə olan inzibati icraata xitam verilmişdir. İddiaçı N nömrəli hərbi hissənin komandirinə xx.xx.N0NN-ci il tarixdə müraciət edərək əsəb-sinir sistemlərinin müalicəsi üçün psixotrop tərkibli antidepresant maddələr qəbul etdiyi üçün təkrar müayinəyə göndərilməyi üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli, 86 nömrəli əmrindən çıxarışdan görünür ki, Baş leytenant İddiaçı, N nömrəli hərbi hissənin Raketlərin hazırlanma mövqeyinin konservasiya-raskonservasiya qrupunun rəisi, Azərbaycan Respublikası Müdafiə nazirinin 0N mart N0NN-ci il tarixli, 0N08 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmiş, N0NN-ci il üçün istifadə etmədiyi 8 səkkiz) təqvim günü müddətinə məzuniyyət verilməklə 05 aprel N0NN-ci il tarixdən hərbi nissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə göndərilmişdir. Baş leytenant E.V. Nəsirov N0NN-ci ilin yanvar-mart aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli NN nömrəli əmri ilə nəzərdə tutulmuş pul mükafatını almağa layiq deyil. Baş leytenant İddiaçı N0NN-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib, N0NN-ci ilin məzuniyyətindən tam istifadə edib, 1 (bir) aylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı ödənilməsi, Baş leytenant İddiaçı ehtiyata buraxılması ilə əlaqədar pul təminatının N (iki) misli miqdarında birdəfəlik pul müavinəti ödənilmişdir. Müdafiə Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.N0NN-ci il tarixli, 11/N094 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini- Azərbaycan Ordusunun Baş Qərargah rəisinə ünvanlanmış, övladınız İddiaçı həqiqi hərbi xidmətə bərpa olunması ilə bağlı 07 aprel N0NN-ci il tarixli təkrar ərizənizə Müdafiə Nazirliyinin Hüquq İdarəsində baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət etdiyi müddətdə narkotik vasitə istifadə etməsi faktı ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin N06cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə Tibbi Ekspertiza və X4 Maddi sübutların tədqiqatına dair 955/K nömrəli aktından görünür ki, araşdırma zamanı keçirilmiş Məhkəmə-kimyəvi ekspertiza nəticəsində övladınız İddiaçı qan və sidik nümunələrinin tərkibində Fenilalkilaminlərin sintetik yolla əldə olunan nümayəndəsi olan Metamfetamin adlı psixotrop maddə aşkar olunmuş və aşkarlanan həmin maddənin dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxildir. Bununla əlaqədar olaraq, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərb xidmətdən ehtiyata buraxılması barədə qərar qəbul edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliklərə yol verilmir. Tərtər Hərbi X1 ünvanladığı xx.xx.N0NN-ci il tarixli, NNHP3606 nömrəli məktubundan görünür ki, Kürdəmir şəhəri, Aran qəsəbəsi, ev 30, mənzil 11-də yaşayan, vətəndaş X1N övladı İddiaçı işə bərpa olunması ilə bağlı xx.xx.N0NN-ci il tarixli ərizəsi xx.xx.N0NN-ci il tarixdə Tərtər Hərbi Prokurorluğuna daxil olmuş və baxılmışdır. Ərizədə göstərilən xüsusatlar araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı Tərtər Hərbi Məhkəməsinə təqdim etdiyi öz təşəbbüsü ilə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X19 narkotik rərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 11 yanvar N0NN-ci il tarixli 1N1 nömrəli aktına əsasən İddiaçı sidiyində narkotik və ya psixotrop maddə aşkar olunmamışdır. Bundan əlavə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X11 XN0 N6 aprel N0NN-ci il tarixli 1370/K nömrəli ekspert rəyində İddiaçı götürülmüş qan və sidik nümunələrinin məhkəmə-kimyəvi tədqiqatı nəticəsində onun qanında və sidiyində amfetamin və metamfetamin, fenotiazin, pirazolan, salisilatlar və kannabionid aşkar edilmədiyi qeyd edilmişdir. Tərtər Hərbi Məhkəməsinin inzibati xətaya dair iş üzrə xx.xx.N0NN-ci il tarixli 3(098)-170/N0NN saylı qərarı ilə İddiaçı əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası İXM-nin N06-cı maddəsi ilə olan inzibati icraata xitam verilmişdir. Müdafiə Nazirliyi şəxsi heyət baş idarəsinin X13 ünvanladığı xx.xx.N0NN-ci il tarixli, 1/M- 6710 nömrəli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 N6 oktyabr N0N1-ci il tarixli 955/K nömrəli aktına (maddi sübutların tədqiqatı) əsasən ehtiyatda olan baş leytenant İddiaçı qan və sidik nümunələrinin tərkibində “Metamfetamin” adlı psixotrop maddə aşkar olunmuşdur. Baş leytenant İddiaçı narkotik vasitələrin izlərinin aşkar olunması onun Azərbaycan Respublikası müdafiə nazirinin 6 aprel N0N0-ci il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydalan”nın 8.N -ci bəndinin tələblərinin pozulması kimi qiymətləndirilir və intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin NN-ci maddəsinə əsasən hərbi qulluqçuların ehtiyata buraxılması xidmət etdiyi hərbi hissə komandiri tərəfindən imzalanmış təqdimat əsasında həyata keçirilir. Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə daxil olmuş təqdimat və təqdimata əlavə olunmuş müvafiq sənədlərə əsasən, baş leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin imzalanması zamanı qüvvədə olan qanunların pozuntusuna yol verilməmişdir. Müdafiə nazirinin 0N mart N0NN-ci il tarixli 0N08 nömrəli əmri ilə Nİddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin N1 yanvar N0NN-ci il tarixli Təqdimatında iddiaçının “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) əsasən ethiyata buraxılması üçün təqdim edilmiş, o, özünü xx.xx.N0N0-ci il tarixdən N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız hərbi qulluqçu kimi tanıtdığı, tələbləri kobud şəkildə pozduğu və etdiyi bu hərəkət digər hərbi qulluqçular arasında neqativ əhval ruhiyyənin yaranmasına və hərbi hissədə intizamın səviyyəsinin aşağı düşməsinə səbəb olmasını və yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Ordusu sıralarından “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması məqsədəuyğun hesab olunaraq yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Müdafiə Nazirliyi N saylı hərbi hissənin X13 ünvanladığı xx.xx.N0NN-ci il tarixli, 7098 nömrəli məktubundan görünür ki, övladı baş leytenant İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 06 aprel N0N0-ci il tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 8.1 yarımbəndinin (hərbi qulluqçular sağlam həyat tərzi keçirməli, narkotik vasitələr və psixatrep maddələr qəbul etməməlidirlər) tələblərini kobud şəkildə pozmuşdur. N hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli təqdimatında baş leytenant İddiaçı xx.xx.N0N0-ci il tarixdən N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü intizamsız hərbi qulluqçu kimi göstərdiyini, etdiyi bu hərəkət digər hərbi qulluqçular arasında neqativ əhval ruhiyyənin yaranmasına və hərbi hissədə intizamın səviyyəsinin aşağı düşməsinə səbəb olmasını və yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Ordusu sıralarından “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması məqsədəuyğun hesab olunaraq yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N0NN-ci il tarixli müvafiq əmri ilə baş leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) əsasən Azərbaycan Ordusu sıralarından ehtiyata buraxılması barədə qərar qəbul edilmişdir. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbaycan Ordusu sıralarından ehtiyata buraxılan hərbi qulluqçuların yenidən hərbi xidmətə qəbulu mümkün deyildir. Birinci söhbət vərəqəsinin surətindən müəyyən olunur ki, iddiaçı ehtiyata buraxılmağa təqdim olunmasına razı olmadığını, psixotrop maddə istifadə etmədiyini, ehtiyata buraxılmağa razı olmadığını və təkrar müayinəyə göndərilməyinə köməklik göstərilməsini xahiş etmişdir. İkinci söhbət vərəqəsinin surətindən müəyyən olunur ki, iddiaçı ehtiyata buraxılmağa təqdim olunmasına razı olmadığını, psixotrop maddə istifadə etmədiyini, ehtiyata buraxılmağa razı olmadığını və təkrar müayinəyə göndərilməyinə köməklik göstərilməsini xahiş etmişdir. Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 məhkəməyə ünvanladığı xx.xx.N0N3cü il tarixli, 565 nömrəli məktubundan görünür ki, Məhkəmə Tibbi Ekspertiza və X5 N6.10.NN -ci il tarixdə N №li hərbi hissənin hərbi qulluqçusu, baş leytenant İddiaçı 10 ml qan, 80 ml sidik və 1q tük nümunəsi götürülərək kimyaçı ekspert tərəfindən məhkəmə kimyəvi tədqiqat aparılmış və 955/K saylı akt tərtib edilmişdir. Aktın qeydiyyatlarına əsaslaranaraq İddiaçı götürülmüş qan və sidik nümunələrinin tərkibində Fenilalkilaminlərin sintetik yolla əldə olunan nümayəndəsi olan Metamfetamin adlı psixotrop maddə aşkar olunmuşdur. N4.01.NN-ci il tarixdə N №li hərbi hissə komandirinin məktubu əsasında təhqiqatçı M.Əzimov tərəfindən qalan nümunələrin bir hissəsi (3 ml qan, 50 ml sidik, 1q tük nümunəsi) digər tibb müəssisəsində müayinə məqsədilə götürülmüşdür. Məhkəmə Tibbi Ekspertiza və X4 arxivində saxlanılan nümunələrin qalan hissəsi N8.11.NN-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin N0 mart N0N0-ci il tarixli 05№li qərarında qeyd olunmuş bioloji nümunə saxlanılma qaydasının tələblərinə uyğun olaraq məhv edilmişdir. İddiaçı Xidmət Dəftərçəsindən görünür ki, o, xx.xx.N014-xx.xx.N018-ci il ərzində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində Xüsusi təyinatlı texnika və sistemlər ixtisası üzrə təhsil almışdır. Daha sonra xx.xx.N018-xx.xx.N019-cu illər ərzində N-ci aviasiya eskadriyasının xidmət qrupunun baş aviasiya texniki,xx.xx.N019-xx.xx.N019-cu illər ərzində maddi-texniki təminat bölməsinin aviasiya silahları və döyüş sursatı xidmətinin rəisi, xx.xx.N019xx.xx.N0N0-ci illər ərzində aviasiya silahları və döyüş sursatı xidmətinin rəisi, xx.xx.N0N0xx.xx.N0N1-ci illər ərzində texniki-istismar dəstəsinin reqlamnet işləri qrupunun rəisi, xx.xx.N0N1-xx.xx.N0NN-ci illər ərzində raketlərin hazırlanması mövqeyinin konservasiyaraskonversiya qrupunun rəisi vəzifəsində işləmiş və Müdafiə nazirinin 0N mart N0NN-ci il tarixli 0N08 nömrəli əmri ilə İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.N019-cu il tarixli, 0N8N nömrəli hərbi hissə komandirinin əmri ilə “3”-cü məharət dərəcəsi verilmişdir. N nömrəli Hərbi Hissənin Xidmət Vərəqəsindən müəyyən olunur ki, iddiaçıya müxtəlif vaxtlarda həvəsləndirmə tədbiri qismində Təşəkkürlər və cəza kimi Töhmətlər verilmişdir. İddiaçının N nömrəli hərbi hissəyə ünvanladığı xx.xx.N0NN-ci il tarixli izahatda qeyd edilmişdir ki, o, narkotik vasitələrin adını belə bilmir, həmin maddələrin istifadəçisi deyil, şübhələnir ki, qanında tapılan həmin maddə onun müalicəsi ilə əlaqədar içdiyi dərmanlar nəticəsində yaranmışdır, narkomaniyadan əziyyət çəkmir, müayinə aktı ilə razı deyil və təkrar ekspertizaya göndərilməsini xahiş edir. Hərbi hissənin xx.xx.N0NN-ci il tarixli Qərarı ilə məhkəmə-kimyəvi ekspertizası təyin edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X11” PHŞ-nin xx.xx.N0NN-ci il tarixli, N77/K saylı rəyinə əsasən, İddiaçı götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan Mütamfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, salisilatlar və kannabionid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəməyə ünvanladığı xx.xx.N0N4-cü il tarixli, N98 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı oglu ad soyadlı vətəndaş Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasında qeydiyyata alınmayıb və heç vaxt müraciət etməyib. Eyni zamanda bildirilir ki, Şirvan İnzibati Məhkəməsindən iş üzrə zəruri olan sorğu məktubunun qoşma hissəsindəki resept blankasında adları qeyd olunan dərman maddələri 1) preqabalin - 75 mg N) mirtazn - 30 mg, 3) deploram - 10 mg. 4) lamiktal - 5 mg (tab.) 5) risperidon - N mg 6) çiklodol -- N mg psıxotrop və antidepresant təsirli olması ilə bərabər narkotik hallüsinasiya xüsusiyyətli sintetik maddə olan metamfetamindən fərqli təsir mexanizminə malikdirlər. Məhkəmə sorğu resept blankında qeyd olunmuş dərman preparatları, istifadə nəticəsində qan və sidiyin tərkibində qeyd edilən metamfetamin təsirinə oxşar effekt deyil, fərqli effekt yaradan maddələrdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kürdəmir Rayon Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.N0N5-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1996-cı il təvəllüdlü ehtiyatda olan baş leytenant İddiaçı xx.xx.N014-cü il tarixdən xx.xx.N018-ci il tarixədək AAHM-də kursant, xx.xx.N018-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək zabit qismində həqiqi hərbi xidmət keçmişdir. Müdafiə Nazirinin 0N mart N0NNci il tarixli əmrilə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e“ bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. xx.xx.N0NN-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsində hərbi qeydiyyatdadır Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iddia, etiraz ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının: N6-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 76-cı maddəsinin İ hissəsinə görə vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. «İnzibati icraat haqqında» Qanunun: N.0.N-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 13-cü maddəsində etimad hüququnun qorunması prinsipimüəyyən olunaraq qeyd olunmuşdur ki, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. N4.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. N4.N-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:
1. Bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir.
2. Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmətdə olan vətəndaşlar hərbi qulluqçular, ehtiyatda xidmətdə olanlar isə hərbi vəzifəlilər adlanırlar. Hərbi qulluqçular və hərbi vəzifəlilər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əsgər, matros, kursant, çavuş, gizir, miçman və zabit kimi hərbi xidmət keçirlər. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilmişdir: əsgərlərin, matrosların və çavuşların müddətli həqiqi hərbi xidməti; əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidməti; hərbi məktəb kursantlarının həqiqi hərbi xidməti; gizirlərin və miçmanların həqiqi hərbi xidməti; zabitlərin həqiqi hərbi xidməti.
8. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinə həqiqi hərbi xidmət keçən, “Hərbi xidməthaqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada kiçik leytenant və ondan yuxarı (bu maddədə, ümumqoşun hərbi rütbələrinin göstərildiyi digər maddələrdə və bu Əsasnamənin 10-cu maddəsində göstərilən onlara bərabər hərbi rütbələr) hərbi rütbələr verilmiş hərbi qulluqçular aiddirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti hərbi rütbələrdən asılı olaraq aşağıdakılara bölünür: kiçik zabit heyətinə (kapitan daxil olmaqla kiçik leytenantdan kapitana qədər); baş zabit heyətinə (polkovnik daxil olmaqla mayordan polkovnikə qədər); ali zabit heyətinə (ordu generalı daxil olmaqla general-mayordan ordu generalına qədər); hərbi xidməti özünə peşə seçmiş, bu Əsasnamənin 13-cü və 14-cü maddələri ilə zabitlər üçün nəzərdə tutulmuş qaydalar və şərtlər daxilində həqiqi hərbi xidmət keçən zabit heyətindən olan şəxslər kadr zabiti heyətinə aiddirlər.
155. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar.
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: ... e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ... Barələrində istintaq işi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmətdən buraxıla bilməzlər. Qanunsuz məhkum edilməsi ilə əlaqədar həqiqi hərbi xidmətdən buraxılmış, yaxud qanunsuz surətdə cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar vəzifəsindən azad edilmiş hərbi qulluqçular müəyyən edilmiş qayda ilə həqiqi hərbi xidmətə və tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa olunurlar. 16N. Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.N014-xx.xx.N018-ci il ərzində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində Xüsusi təyinatlı texnika və sistemlər ixtisası üzrə təhsil almışdır. Daha sonra xx.xx.N018-xx.xx.N019-cu illər ərzində N-ci aviasiya eskadriyasının xidmət qrupunun baş aviasiya texniki,xx.xx.N019-xx.xx.N019-cu illər ərzində maddi-texniki təminat bölməsinin aviasiya silahları və döyüş sursatı xidmətinin rəisi, xx.xx.N019-xx.xx.N0N0-ci illər ərzində aviasiya silahları və döyüş sursatı xidmətinin rəisi, xx.xx.N0N0-xx.xx.N0N1-ci illər ərzində texniki-istismar dəstəsinin reqlamnet işləri qrupunun rəisi, xx.xx.N0N1-xx.xx.N0NN-ci illər ərzində raketlərin hazırlanması mövqeyinin konservasiya-raskonversiya qrupunun rəisi vəzifəsində işləmiş və Müdafiə nazirinin 0N mart N0NN-ci il tarixli 0N08 nömrəli əmri ilə İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ehiyyata buraxılmamın əsasını İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 06 aprel N0N0-ci il tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 8.1 yarımbəndinin (hərbi qulluqçular sağlam həyat tərzi keçirməli, narkotik vasitələr və psixatrep maddələr qəbul etməməlidirlər) tələblərini kobud şəkildə pozması təşkil etmişdir. Lakin N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş leytenant İddiaçı həmin dəlillər ilə razılaşmayaraq, ehtiyata buraxılması barədə əmri mübahisələndirir və həmin halla bağlı ərizəsində qeyd etmişdir ki, N0N0-ci ildə onun səhhətində problem yaranmış və məzuniyyətdə olduğu dövrdə tibb müəssisəsində sinir sistemini müalicə elətdirməyə başlamış və uzun müddət psixotrop və antidepresant dərmanlardan istifadə etmişdir. Həmin hal iş materiallarında olan sübut əhəmiyyəti daşıyan sənədlərlə də öz təsdqini tapır. Belə ki, tibb müəssisəsinin verdiyi xx.xx.N0N0-ci il tarixli resept blankında iddiaçıya 1) preqabalin - 75 mg N) mirtazn - 30 mg, 3) deploram - 10 mg. 4) lamiktal - 5 mg (tab.) 5) risperidon - N mg 6) çiklodol - N mg adlı güclü təsirə malik psıxotrop və antidepresant dərmanlar təyin edilmişdir. Məhkəmə müəyyən edir ki, iddiaçı barəsində Müdafiə Nazirliyi tərəfindən mübahisəli əmr tərtib edilən zaman yalnız Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 955/K aktına əsasən maddi sübutların tədqiqatına dair akta əsaslanmışdır. Həmin aktda İddiaçı qan və sidik nümunələrinin tərkibində Fenilak əminlərin sintetik yolla əldə olunan nümayəndəsi olan Metamfetamin adlı psixotrop maddə aşkar olunduğu qeyd edilsə də iddiaçı ilə iki dəfə söhbət aparılmış və hər söhbət zamanı o, israrla narkotik vasitələrin istifadəçisi olmadığını, müayinə aktı ilə razı olmadığını və təkrar ekspertizaya göndərilməsini xahiş etmişdir. Bundan əlavə iddiaçı ehtiyata buraxılanadək bir neçə dəfə yenə ərizə ilə müraciət edərək təkrar ekspertiza keçirilməsini xahiş etmişdir. İşdə olan N nömrəli hərbi hissə, raketlərin hazırlanma mövqeyinin konservasiyaraskonservasiya qrupunun rəisi polkovnik-leytinant R.Fəmanovla baş leytenant İddiaçı arasında olan söhbət vərəqəsindən görünür ki, İddiaçı keçirilmiş ekspertizanın nəticəsindən narazıdır, göstərilən psixotrop maddə ilə məşğul deyil və ehtiyata buraxılmaq istəmir. İddiaçının müraciəti əsasında o, təkrar ekspetizadan keçmiş, 11 yanvar N0NN-ci il tarixli 1N1 nömrəli aktına əsasən İddiaçı sidiyində narkotik və ya psixotrop maddə aşkar olunmamışdır. Bundan əlavə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X11 XN0 N6 aprel N0NN-ci il tarixli 1370/K nömrəli ekspert rəyində İddiaçı götürülmüş qan və sidik nümunələrinin məhkəmə-kimyəvi tədqiqatı nəticəsində onun qanında və sidiyində amfetamin və metamfetamin, fenotiazin, pirazolan, salisilatlar və kannabionid aşkar edilmədiyi qeyd edilmişdir. Hətta İddiaçı analiz nümunələrində psixotrop maddələrin izlərinin aşkar edilməsi faktında cinayət hadisəsi olmadığından həmin fakt üzrə Azərbaycan Respublikasının CPM 39.1.N-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilməsi haqqında xx.xx.N0NN-cil il tarixli qərar qəbul olunmuşdur. Daha sonra Tərtər hərbi prokuroru tərəfindən İddiaçı barəsində inzibati iş üzrə icraatın başlanması haqqında 10 mart N0NNci il tarixli qərar qəbul edilmiş və Tərtər Hərbi Məhkəməsinin inzibati xətaya dair iş üzrə xx.xx.N0NN-ci il tarixli 3(098)-170/N0NN saylı qərarı ilə İddiaçı əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası İXM-nin N06-cı maddəsi ilə olan inzibati icraata xitam verilmişdir. Bundan sonra Tərtər hərbi prokurorluğu tərəfindən İddiaçı atası X1N ərizəsi İddiaçı işə bərpa olunması məsələsinə baxılması üçün NN iyun N0NN-ci il tarixdə Müdafiə Nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanına göndərilmişdir. Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.N0NN-ci il tarixli, 7098 nömrəli məktubunun məzmunundan isə görünür ki, İddiaçı atası X1N Tərtər hərbi prokurorluğuna ünvanladığı şikayət ərizəsinə baxılmış, baş leytenant İddiaçı “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 8.1-ci yarımbəndinin tələblərini kobud şəkildə pozması qeyd edilmiş, “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən Azərbaycan Ordusu sıralarından ehtiyata buraxılan hərbi qulluqçuların yenidən hərbi xidmətə qəbulunun mümkün olmaması əsas gətirilərək müraciətin icrasında imtina edilmiş və ona məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə yuxarıda göstərilən işin faktiki hallarına münasibətdə qeyd edir ki, iddiaçı barəsində araşdırma yekunlaşmadan, bütün faktiki hallara hərtərəfli, tam və obyektiv qiymət verilmədən, o, natamam araşdırma nəticəsində əmr verilərək ehtiyata buraxılmışdır. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinə əsasən, barələrində istintaq işi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmətdən buraxıla bilməzlər. Qanunsuz məhkum edilməsi ilə əlaqədar həqiqi hərbi xidmətdən buraxılmış, yaxud qanunsuz surətdə cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar vəzifəsindən azad edilmiş hərbi qulluqçular müəyyən edilmiş qayda ilə həqiqi hərbi xidmətə və tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa olunurlar. Məhkəmə həmçinin qeyd edir ki, mübahisələndirilən əmr cavabdehin diskresion səlahiyyətləri çərçivəsində qəbul edilmişdir ki, həmin səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərdən istifadə edərək verilmiş əmrinə (iddiaçını məhz xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması məsələsinə) qiymət verilərkən mübahisələndirilən əmrin qəbul edilməsi zamanı tətbiqi zəruri olan maddi hüquq normasının tələblərinə əməl olunmamış, iddiaçı barəsində araşdırma yekunlaşmadan, onun barəsində natamam sübutlar əsasında əlverişsiz inzibati akt tərtib edilmişdir. Belə olan halda iş materiallarında olan sübutlar iddiaçının mübahisələndirdiyi – onun xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair 0N mart N0NN-ci il tarixli 0N08 nömrəli əmrinin qanuniliyini şübhə altına alır. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə əsasən, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 5N-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.N-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. 74-cü maddəsinə görə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıdakılara əsasən və aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdehin 0N08 nömrəli, xx.xx.N0NN-ci il tarixli əmri Konstitusiyaya, qanuna, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 11, 17, N4, 58-ci maddələrinə zidd olmuş və onun hüquqlarının həyata keçirilməsinə maneələr yaratmış, yəni hüquqlarının pozulmasına səbəb olmuşdur və bu beləliklə də, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.N0NN-ci il tarixli, 0N08 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası əsaslı olduğu üçün təmin edilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İnzibati-Prosessual Məcəllənin 4.1, N, 5N, 68-69, 75.4, 85.N -ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə nazirinin 0N mart N0NN-ci il tarixli 0N08 nömrəli əmri ləğv edilsin, onun işə bərpa olunması və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Pərvanə Qurbanova