Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2536/2025 12.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı X14 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2005-ci il təvəllüdlü İddiaçı «məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1534/2024 nömrəli 14 mart 2024-cü il tarixli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə qarşı “xx.xx.2005-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1534/2024 nömrəli 30 aprel 2024-cü il tarixli qərarı ilə, iddia təmin edilərək xx.xx.2005-ci il təvəllüdlü İddiaçı «məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1534/2024 nömrəli 30 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikəyəti həmin işlə birlikdə baxılması üçün Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 2-1(106)-428/2024 nömrəli 24 dekabr 2024-cü il tarixli qərarı ilə, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1534/2024 nömrəli 30 aprel 2024-cü il tarixli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 2-1(106)-428/2024 nömrəli 24 dekabr 2024-cü il tarixli qərarı üzrə göstərilmişdir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə mübahisəyə aid sənədlərin, faktların və digər mübahisəli halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərarın qəbuluna imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Bu prosessual məhkəmə qənaəti prinsipinin tələblərindən və məhkəmə mübahisəsinin uzanmasının qarşısının alınması məqsədlərindən də irəli gəlir. İşin faktiki hallarından görünür ki, iddiaçı məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan Füzuli rayonunun Horadiz şəhərinin işğaldan azad edildiyindən, 08 noyabr 2020-ci il tarixdən işğalda olan ərazilərin azad edilməsindən sonra, təmas xəttinin ləğv edildiyini əsas gətirərək müraciətin icrasından imtina etmişdir. İddiaçı həmin imtina ilə razılaşmayaraq məhkəmə qaydasında mübahisələndirmişdir. "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna, eləcə də "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli, 148 nömrəli Fərmana əsasən Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsi qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarlar qəbul etməkdə səlahiyyətlidir. İş materialarından görünür ki, tam səlahiyyətli inzibati orqan kimi Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin sədri tərəfindən qəbul edilmiş 31 may 2024cü il tarixli, 42 nömrəli əmri ilə Füzuli rayonunun Horadiz şəhəri və 21 kəndindən (Füzuli rayonunu Alıxanlı kəndinin Axundlu ərazisindən olan şəxslər istisna olmaqla) və Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndində olan şəxslərə verilmiş məcburi köçkün statusunun 2024-cü il 1 may tarixindən ləğv edilməsi qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, 1993-1994-cü illərdə Ağdam rayonunun Təzəkənd, Orta Qərvənd, Ayaq Qərvənd, Əhmədağalı, Çıraqlı, Kolqışlaq və Mirəşellı kəndləri, Füzuli rayonunun Horadiz şəhəri və Əhmədalılar, Mirzənağılı, Qazaxlar, Arayatılı, Babı, Mollaməhərrəmli, Şükürbəyli, X12, Böyük Bəhmənli, Bala Bəhmənli, Mahmudlu-1, Araz Dılağarda, ArazZərgar, Əhmədbəyli, Mahmudlu-2, Qarabağ, Murtuzalılar, Aşağı Kürdmahmudlu, Kürdmahmudlu, Alıxanlı kəndləri və 2016-cı il 4 aprel tarixdə Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndi işğaldan azad olunsa da, həmin ərazilər Ermənistan Silahlı Qüvvələrinin yerləşdikləri mövqelərə yəni təmas xəttinə yaxın ərazidə yerləşdiyindən, burada yaşayan insanların çətin və təhlükəli şəraitdə yaşamaları nəzərə alınaraq onların məcburi köçkün statusu və məcburi köçkünlər üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmələrinə dövlət tərəfindən xüsusi qaydada şərait yaradılmışdır, 2020-ci il tarixdə isə X1mış Zəfər nəticəsində ərazilərimizin işğaldan azad olunması nəticəsində təmas xətti tamamilə ləğv edilmiş, əhalinin təhlükəsiz və dinc yaşaması təmin edilmişdir. Göründüyü kimi əvvəllər mövcud olmasa da, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarından sonra cavabdeh iddiaçının valideyininə verilmiş məcburi köçkün statusunun ləğv olunması barədə 2024-cü il 31 may tarixli inzibati akt qəbul etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 rayonu Horadiz şəhərində qeydiyyatdadır və 1993-cü ildə ailəsi ilə birlikdə məcburi köçkün düşmüşdür. 2000-ci ildə Füzuli rayonu Horadiz şəhərindən olan X24 ilə faktiki nikaha girməklə ailə qurmuş və bu nikahdan xx.xx.2001-ci il təvəllüdlü X15, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı anadan olmuşdur. X24 ilə nikahları 19 yanvar 2012-ci ildə rəsmiləşdirilmişdir. Onlar və övladları İddiaçı məcburi köçkünük və hamımız məcbri köçkünlər üçün nəzərdə tutulmuş müavinət alırlar. Onların məcburi köçkün vəsiqələri olsa da, övladları xx.xx.2005-ci il təvəllüdlü İddiaçı məcburi köçkün vəsiqəsi yoxdur. Bu da onun məcburi köçkünlər üçün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etməsinə maneçilik yaradır. Övladları xx.xx.2005-ci il təvəllüdlü İddiaçı 2023-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Davamlı inkişafın idarə olunması ixtisasının əyani şöbəsinə ödənişli əsaslarla qəbul olmuşdur. İllik təhsil haqqı 2300 manat təşkil edir. Lakin onun hal-hazırda həmin məbləğdə təhsil haqqını ödəmək imkanı yoxdur. Qanunvericiliyə əsasən, məcburi köçkünlər təhsil haqqı ödəməkdən azad edilmişdirlər. Lakin övladı İddiaçı məcburi köçkün vəsiqəsi olmadığına görə universitet onu təhsil haqqından azad etmir. O, xx.xx.2023-cü il tarixli ərizə ilə Qaçqın və X11 üzrə Dövlət Komitəsinə müraciət edərək övladı xx.xx.2005-ci il təvəllüdlü İddiaçı məcburi köçkün vəsiqəsi verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Lakin ərizənin Qaçqın və X11 üzrə Dövlət Komitəsinə çatmasından 35 gündən çox vaxt keçməsinə baxmayaraq ərizəyə cavab verilməmişdir. Belə olan halda o məcbur qalıb məhkəməyə müraciət etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı X14 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə qarşı Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, övladı xx.xx.2005-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusu və məcburi köçkün statusuna dair vəsiqənin verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən, iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Hazırki inzibati iş üzrə iddia ərizəsi qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı X14 övladı xx.xx.2005-ci il təvəllüdlü İddiaçı hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəməyə məhz öz adından müraciət etmişdir. xx.xx.2005-ci il təvəllüdlü İddiaçı isə məhdud fəaliyyət qabiliyyətli şəxsdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna aşağıdakılar malikdirlər: 26.1.1. mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər; 26.1.2. mülki hüquq normalarına əsasən məhdud fəaliyyət qabiliyyətli hesab edilən, lakin inzibati məhkəmə icraatının predmetinə münasibətdə ümumi hüquq normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyətli sayılan şəxslər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.2-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 nömrəli 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 1.3-cü bəndinə əsasən,mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tuturHəmin Qərarın 15.1-ci bəndinə əsasən, məhkəmələrə tövsiyyə edilsin ki, işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı İPM-in müddəalarına əməl olunmasına ciddi diqqət yetirsinlər. Həmin Qərarın 15.2-ci bəndinə əsasən, tərəfin həm inzibati prosessual hüquq qabiliyyətinə, həm də mülki və ümumi hüquq normalarına uyğun olaraq fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır (İPM-in 25 və 26-cı maddələri). Yuxarıda göstərilən qanunvericilik normalarının məntiqi yekunu olaraq qeyd olunmalıdır ki, İddiaçı məhdud fəaliyyət qabiliyyətli şəxs olduğundan, hazırkı iddia tələbi üzrə iddiaçı qismində özü çıxış etməli, lakin məhkəmə icraatı zamanı onlar qanuni nümayəndələri tərəfindən təmsil olunmalı idi. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 25 noyabr tarixli 2-1(102)-2114/2020 nömrəli qərarında da analoji yanaşma mövcuddur). İddiaçı X5 müvafiq iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, X5 “övladı xx.xx.2005-ci il təvəllüdlü İddiaçı məcburi köçkün vəsiqəsinin verilməsi barədə” Komitəyə daxil olmuş müraciəti Komitənin cavab məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, Füzuli rayonunun Horadiz şəhəri işğaldan tam azad kənd olduğundan, 08 noyabr 2020-ci il tarixdən işğaldan azad edilməsindən sonra, təmas xətti ləğv edildiyindən qeydiyyatda olduğu kənd sakinlərinə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi dayandırıldığına görə övladına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi imkan xaricindədir. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2013-cü il 5 iyun tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir.Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər.Göründüyü kimi, Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi qəbul edir.Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkə narı na əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır.Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir.“Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir.İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsi tərəfindən araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı atası X14 məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olaraq, yaşayış yeri üzrə 1994-cü il tarixdə işğaldan azad olunmuş Füzuli rayonu, Horadiz şəhəri ünvanında qeydiyyatda olmuşdur. Həmçinin, İddiaçı anası X24 da məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq Füzuli rayonu, Horadiz şəhəri ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.Bildiririk ki, Füzuli rayonu, Horadiz şəhəri 1994-cü il tarixdə işğaldan azad olunmağına baxmayaıdq, həmin ərazi Ermənistan Silahlı Qüvvələrinin yerləşdikləri mövqelərə, yəni “təmas xətti”nə yaxın ərazidə yerləşdiyindən burada yaşayan insanların çətin və təhlükəli şəraitdə yaşamaları nəzərə alınaraq onların məcburi köçkünlər üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmələrinə şərait yaradılmışdır. Lakin 2020-ci il tarixdə X1mış Zəfər nəticəsində ərazilərimizin işğaldan azad olunması nəticəsində, həmçinin cənab X23 də çıxış zamanı qeyd etdiyi kimi təmas xətti tamamilə ləğv edilmişdir.Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1 -ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.Göründüyü kimi 1994-cü ildə Horadiz səhəri işğaldan azad olunduqdan sonra kənd sakinləri faktiki olaraq orada yaşamış və onların daimi yaşayış verlərini tərk edərək məcburi köçkün düşmə faktı bas verməmişdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 14-cü maddəsinə əsasən, şəxs məcburi köçkün statusunu aşağıdakı hallarda itirir:
1. əvvəl adətən yaşadığı verə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış veri ilə əvəzsiz qaydada təmin edildikdə;
2. bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Göründüyü kimi iddiaçının valideynləri 1994-cü ildə işğaldan azad olunmuş Füzuli rayonunun Horadiz şəhəri ünvanına qayıtmaq imkanına malik olduqlarından Azərbaycan Respublikasının “Qaçqmların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanunun tələblərinə uyğun olaraq, məcburi köçkün statusunu itirmişdirlər.X14 və X16 məcburi köçkün statusuna malik olmaları faktı belə onların övladına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün əsas ola bilməz. Çünki Füzuli rayonu, Horadiz şəhəri 1994-cü il tarixdə işğaldan azad olunduğundan, həmçinin X4 sonra təmas xətti ləğv edildiyindən İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilə bilməz. İddiaçı valideynləri işğaldan azad Füzuli rayonu, Horadiz şəhəri ünvanında qeydiyyatda olduqlarından və təmas xətti ləğv edildiyindən İddiaçı məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məcburi köçkün statusuna malik olan qadın işğaldan sonra məcburi köçkün statusuna malik olmayan şəxslə nikaha daxil olmaqla və ya olmadan ailə həyatı qurduqda, qadın öz əvvəlki yaşayış yerindən qeydiyyatdan çıxmasa belə, ailə həyatı qurduğu şəxsin yaşayış yeri ailənin yaşayış yeri hesab edilir. Nəticədə, onların işğaldan sonra doğulmuş uşaqlarının yaşayış yeri işğal zonası olmadığından həmin uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilmir. İddiaçı valideynləri işğaldan azad Füzuli rayonu, Horadiz şəhəri ünvanında qeydiyyatda olduqlarından və təmas xətti ləğv edildiyindən İddiaçı Füzuli rayonu, Horadiz şəhərindən məcburi köçkün düşə bilməzdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən,məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmədən iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə qarşı “övladı İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi”nə dair iddia tələbini əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçının cavabdeh inzibati orqana qarşı tələbi “ona məcburi köçkün statusu və vəsiqəsinin verilməsi” barədədir. Bununla bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-ci bəndinin tələblərinə istinad edərək tələbin təmin olunmasından imtina etmişdir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğua istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İş materiallarında olan AZE13215660 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X19 xx.xx.1963-cü il tarixdə Füzuli rayonu, Horadiz qəsəbəsində anadan olmuş, hazırda Füzuli rayonu, Horadiz şəhəri,Azadlıq küçəsi, ev 1-də qeydiyyatdadır. İş materiallarında olan AZE13215670 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X24 xx.xx.1978-ci il tarixdə Füzuli rayonu, Horadiz qəsəbəsində anadan olmuş, hazırda ünvan 4-də qeydiyyatdadır.. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə Füzuli rayonu, Horadiz qəsəbəsində anadan olmuş, hazırda Horadiz şəhəri, B.SƏrdarov küçəsi, ev 1-də qeydiyyatdadır. İş materiallarında olan AA192510 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, X19 xx.xx.2008-ci il tarixdən məcburi köçkündür. İş materiallarında olan AA256244 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, X24 xx.xx.2012-ci il tarixdən məcburi köçkündür. İş materiallarında olan AZ-İ№738539 nömrəli nigah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X24 xx.xx.2012-ci il tarixdə nigah bağlamışlar. İş materiallarında olan AZ-İ№733776 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə Füzuli rayonu, Horadiz qəsəbəsində anadan olmuşdur. Ata qrafasında X20, ana qrafasında X24 qeyd edilmişdir. İş materiallarında olan Füzuli Rayon İcra Hakimiyyəti Başçısının müavininin xx.xx.2024-cü il tarixli, 5-43/2-202/2024 nömrəli məktubunda göstərilmişdir ki, X9 və ailəsi- atası X19 və digər ailə üzvləri Horadiz şəhəri, Azadlıq küçəsi, ev 1 ünvanında daimi pasport qeydiyyatındadırlar. Onların adları Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün nəzərdə tutulmuş vahid aylıq müavnət alan Horadiz şəhər əhalisinin adlı siyahısında var. Məcburi köçkündürlər və Nazirlər Kabinetinin 2017-ci 24 yanvar 11 nömrəli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarına əsasən vahid aylıq müavinət alırlar. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-36/2-4256/2023 saylı məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə daxil olmuş müraciətinizə baxılmışdır. X2 rayonundan məcburi köçkündür, Füzuli rayonu, Horadiz şəhəri, Azadlıq küçəsi, ev 1 ünvanında qeydiyyatdadır və ailəsi ilə birlikdə faktiki həmin ünvanda məskunlaşmışdır. X7 və ailə üzvlərinə vahid aylıq müavinətin ödənilibödənilməməsi barədə məlumatın təqdim edilməsi üçün aidyyəti üzrə Füzuli rayon icra hakimiyyətinə müraciət etmək tövsiyyə olunur. X5 övladı, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar Komitəyə daxil olmuş ərizəsi və ərizəyə verilmiş cavabın surəti təqdim olunur. İş materiallarında olan Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Horadiz şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-43-12/2-168/2024 nömrəli arayışında göstərilmişdir ki, X14 həqiqətən onun qızı İddiaçı Horadiz şəhər, Azadlıq küçəsi, ev 1 ünvanında qeydiyyatdadır və hal-hazırda həmin ünvanda yaşayır. Məcburi köçkündürdürlər. Məcburi köçkünlər üçün Dövlət tərəfindən verilən aylıq müavinəti alır. Məcburi köçkünlər üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Onun adı məcburi köçkünlər üçün Dövlət tərəfindən verilən aylıq müavinət alan Horadiz şəhər əhalisinin adlı siyahısına daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin sədri tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 42 saylı əmrində göstərilmişdir ki, regional idarəetmə və status şöbəsinə tapşırılsın ki, qeyd olunan Füzuli rayonunun Horadiz şəhəri və 21 kəndindən (Füzuli rayonunun Alıxanlı kəndinin Axundlu ərazisindən olan şəxslər istisna olmaqla) və Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndindən olan şəxslərə verilmiş məcburi köçkün statusunun 2024-cu il 1 may tarixindən ləğv edilməsi ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin görülməsini təmin etsin.Sosial təminat və kommunal xidmətlər şöbəsinə tapşırılsın ki. qeyd olunan Ağdam rayonunun 7 kəndindən (evləri bərpa olunmayan və yaşadığı yerə geri qayıtmayan 58 nəfər vahid aylıq müavinət alan şəxslər istisna olmaqla). Fuzulı rayonunun Horadiz şəhəri və 21 kəndindən (evləri bərpa olunmayan və yaşadığı yerə geri qayıtmayan 1312 nəfər vahid aylıq müavinət alan şəxslər istisna olmaqla) və Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndindən olan (evləri bərpa olunmayan və yaşadığı yerə geri qayıtmayan 731 nəfər vahid aylıq müavinət alan şəxslər istisna olmaqla) şəxslərin sosial müdafiə tədbirlərinin (eyni zamanda vahid aylıq müavinətin) 2024-cü ıl 1 may tarixindən ləğv edilməsi ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin. İş materiallarında olan Füzuli Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5- 43/2-88/2025 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı Horadiz şəhərində daimi pasport qeydiyyatındadır. Onun adı Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün nəzərdə tutulmuş vahid aylıq müavinət alan Horadiz şəhər əhalisinin adlı siyahısında olmuşdur. Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar 11 nömrəli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarına əsasən vahid aylıq müavinət almışdır. Lakin, Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin 16 may 2024-cü il tarixli, 3-36/2-171/2024 nömrəli məktubuna əsasən Füzuli rayonun 21 yaşayış məntəqəsində o cümlədən Horadiz şəhərində daimi qeydiyyatda olan əhaliyə verilən vahid aylıq müavinət 2024-cü ilin may ayından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.10-cu bəndinə əsasən (əvvəlki daimi yaşayış yerinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il keçəndən sonra əvvəlki yaşayış yerinə geri qayıtmış və qayıtmamış şəxslərə) dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli, 3-36-3/2-753/2025 saylı məktubunda göstərilmişdir ki,. İddiaçı ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayır. Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2024-cü illəri əhatə edən elektron məlumat bazasında ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə qeyd aşkar edilmədi.X5 xx.xx.2005-ci il təvəllüdlü övladı İddiaçı məcburi köçkün statusunun verilməsinə dair Komitəyə daxil olmuş ərizəsi və ərizəyə verilmiş cavabın surəti göndərilir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2005-ci il tarixdə anadan olmuşdur, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almışdır, onun “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə ilə təmin olunmaq hüququ yaranmışdır, İddiaçı qeydiyyatı və daimi yaşayış yeri - Füzuli rayonu, Horadiz qəsəbəsi olmuşdur və hər iki valideyninə məxsus məcburi köçkün vəsiqəsi mövcuddur, müavinət alırlar. Hazırkı iş üzrə müəyyən olunur ki, İddiaçı nümayəndəsi E.Əhmədov məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə tələblə Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə (cavabdeh inzibati orqana) müraciət etmiş, cavabdeh tərəfindən isə imtina edilərək göstərilmişdir ki, X5 “övladı xx.xx.2005-ci il təvəllüdlü İddiaçı məcburi köçkün vəsiqəsinin verilməsi barədə” Komitəyə daxil olmuş müraciəti Komitənin cavab məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, Füzuli rayonunun Horadiz şəhəri işğaldan tam azad kənd olduğundan, 08 noyabr 2020-ci il tarixdən işğaldan azad edilməsindən sonra, təmas xətti ləğv edildiyindən qeydiyyatda olduğu kənd sakinlərinə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi dayandırıldığına görə övladına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi imkan xaricindədir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda “məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)” anlayışı “Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs” olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın 4.1-ci bəndin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Cavabdeh orqanın Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin iddiaçıya ünvanladığı məktubdan görünür ki, imtinanın istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə “valideynlərindən atası“ məcburi köçkün” statusuna malikolan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon(şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verildiyi şəxslər olaraq müəyyən edilmişdir. Qaydaların istinad edilən bəndinə görə,o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki: 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon(şəhər)olsun; 3)Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Hazırkı işdə iddiaçıya münasibətdə 1-ci və 3-cü şərtlərin ödənilməsi mübahisəsizdir. Cavabdeh tərəfindən bu hallar mübahisələndirilmir. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı məcburi köçkündür. Eyni zamanda “Elektron Məhkəmə İnformasiya Sistemi”ndəki məlumatlara əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2021-ci ildə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, sözügedən Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon(şəhər)olması ilə bağlı tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Beləliklə, Qaydalar “məcburi köçkün” statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır. Bununla yanaşı, qeyd olunmalıdır ki, Qaydaların 4.1.6-cı bəndi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərlə də uzlaşmır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin müddəalarının tələbinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, İrq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər (maddə 33.1). Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur (maddə 33.2). «Qaçqınların və məcbiri köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 187 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»nin 3.1-ci bəndinə görə Komitə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla «məcburi köçkün» statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir. Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin xx.xx.2013cü il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın - 1.1-ci bəndinə görə “Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən sənədin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsi qəbul edir. Məhkəmə tərəfindən qeyd edilir ki, cavabdeh orqan tərəfindən verilmiş məlumata əsasən, Baxışova X8 məcburi köçkünlərin vahid elektron bazasında Füzuli rayonundan məcburi köçkün kimi Füzuli rayonu, Horadiz qəsəbəsi ünvanında yaşayış yeri üzrə müvəqqəti qeydiyyatda olmaqla faktiki məskunlaşıb. Komitənin Regional idarəetmə və status şöbəsinin elektron məlumat bazasında X10 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə qeyd aşkar edilmişdir. İddiaçı adı Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün nəzərdə tutulmuş vahid aylıq müavinət alan Horadiz şəhər əhalisinin adlı siyahısında olmuşdur. Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar 11 nömrəli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarına əsasən vahid aylıq müavinət almışdır. Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi qaydalarını müəyyən edir. Qaydanın 1-ci bəndinə əsasən, aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə; 1.2. hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər araşdırılan zaman müəyyən olunmuşdur ki, iddiaçının valideynləri və özü yaşayış yeri üzrə 1994-cü il tarixdə işğaldan azad olunmuş Füzuli rayonu, Horadiz şəhəri ünvanında qeydiyyatda olmuşdur. Füzuli rayonu, Horadiz şəhəri 1994-cü il tarixdə işğaldan azad olunmağına baxmayaraq, həmin ərazi Ermənistan Silahlı Qüvvələrinin yerləşdikləri mövqelərə, yəni “təmas xətti”nə yaxın ərazidə yerləşdiyindən burada yaşayan insanların çətin və təhlükəli şəraitdə yaşamaları nəzərə alınaraq onların məcburi köçkünlər üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmələrinə şərait yaradılmışdır. Lakin 2020-ci il tarixdə X1mış Zəfər nəticəsində ərazilərimizin işğaldan azad olunması nəticəsində, həmçinin cənab X23 də çıxış zamanı qeyd etdiyi kimi təmas xətti tamamilə ləğv edilmişdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1-ci maddəsinə əsasən məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. 1994-cü ildə Alıxanlı kəndi işğaldan azad olunduqdan sonra kənd sakinləri faktiki olaraq orada yaşamış və onların daimi yaşayış verlərini tərk edərək məcburi köçkün düşmə faktı bas verməmişdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 14-cü maddəsinə əsasən, şəxs məcburi köçkün statusunu aşağıdakı hallarda itirir:
1. əvvəl adətən yaşadığı verə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış veri ilə əvəzsiz qaydada təmin edildikdə;
2. bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. İddiaçı atası X14 məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olaraq, yaşayış yeri üzrə 1994-cü il tarixdə işğaldan azad olunmuş Füzuli rayonu, Horadiz şəhəri ünvanında qeydiyyatda olmuşdur. Həmçinin, İddiaçı anası X24 da məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq Füzuli rayonu, Horadiz şəhəri ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Füzuli rayonu, Horadiz şəhəri 1994-cü il tarixdə işğaldan azad olunmağına baxmayaraq, həmin ərazi Ermənistan Silahlı Qüvvələrinin yerləşdikləri mövqelərə, yəni "təmas xətti”nə yaxın ərazidə yerləşdiyindən burada yaşayan insanların çətin və təhlükəli şəraitdə yaşamaları nəzərə alınaraq onların məcburi köçkünlər üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmələrinə şərait yaradılmışdır. Lakin 2020-ci il tarixdə X1mış Zəfər nəticəsində ərazilərimizin işğaldan azad olunması nəticəsində, həmçinin cənab X23 də çıxış zamanı qeyd etdiyi kimi təmas xətti tamamilə ləğv edilmişdir. Həmçinin Ağdam rayonunun Təzəkənd, Orta Qərvənd, Ayaq Qərvənd, Əhmədağalı, Çıraqlı, Kolqışlaq və Mirəşelli kəndlərindən, Füzuli rayonunun Horadiz şəhəri və Əhmədalılar, Mirzənağılı, Qazaxlar, Arayatılı, Babı, Mollaməhərrəmli, Şükürbəyli, Kərimbəyli, Aşağı Yağlıvənd, Böyük Bəhmənli, Bala Bəhmənli, Mahmudlu-1, Araz Dilağarda, Araz Zərgar, Əhmədbəyli, Mahmudlu-2, Qarabağ, Murtuzalılar, Aşağı Kürdmahmudlu, Kürdmahmudlu, Alıxanlı və Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndlərindən olan məcburi köçkünlər artıq 1994-cü ildə və ondan sonrakı illərdə yaşadıqları yerlərə qayıtdıqlarına, eləcə də kənd sakinlərinin faktiki olaraq orada yaşadıqları və onların daimi yaşayış yerlərini tərk edərək məcburi köçkün düşmə faktı baş vermədiyinə görə, 2024-cü ilin 1 may tarixindən Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununun 14-cü maddəsinə və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən onların məcburi köçkün statusunun ləğv edildiyi və sosial müdafiə tədbirlərinin verilməsinin dayandırıldığı bildirilmişdir. Məhkəmə tərəfindən hesab edilir ki, cavabdeh orqan tərəfindən iddiaçı tələbinə verilmiş imtina qanuni və əsaslı olmuşdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.
Hakim: Amilya Hüseynova