Məhkəmə qərarları › İş №2-1(120)-2538/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2538/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2538/2024 05.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “ev növbəsində olduğu evlə, mənzilə torpaq sahəsi ilə təmin olunması” öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “ev növbəsində olduğu evlə, mənzilə torpaq sahəsi ilə təmin olunması” öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, 1980-ci ildən və sonra isə yenidən xx.xx.1996-cı ildən Cavabdehndə ev növbəsindədir. Qeyd edilənləri nəzərə alaraq ev növbəsində olduğu evlə, mənzilə torpaq sahəsi ilə təmin olunması” öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Salyan rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddiaya qarşı etirazla bildirmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. İddiaçı X2 Bayramlı (indiki Şirvan) Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 58 nömrəli Sərəncamı ilə xx.xx.1996-cı il tarixdən ümumi əsaslarla yaşayış yeri üzrə 1 (bir) nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış, uçota alındığı kateqoriya üzrə növbəlik “Siyahısı”nda hazırda 122-ci sıradadır (Sərəncamın və “Siyahı”nın təsdiq olunmuş surətləri əlavə olunur). Şəhər ərazisində 1995-ci ildən hal-hazıradək ümumi əsaslarla yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxslər üçün yaşayış binaları tikilmədiyindən bu kateqoriyadan növbədə olan hər hansı bir şəxs İcra Hakimiyyəti tərəfindən mənzillə təmin olunmamışdır. Hazırda Şirvan şəhər ərazisində dövlət mənzil fondunda boş yaşayış sahələri mövcud deyildir. X3 mənzillə təmin olunmasına köməklik göstərilməsi barədə Cavabdehnə daxil olmuş müraciətlərinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməklə yazılı cavablar verilmiş (Məktubların surətləri əlavə olunur) Şirvan şəhəri ərazisində ümumi əsaslarla mənzil növbəliyinə götürülmüş şəxslər üçün yayayış binaları tikildikdə onun mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq növbəlik əsasında mənzillə təmin olunması məsələsinə baxılacağı bildirilmişdir. X1 dəfələrlə izah edilimşdir ki, vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması qanunvericiliyə əsasən bələdiyyələr tərəfindən həyata keçirildiyi üçün, bu məqsədlər üçün torpaq sahəsi əldə etmək istəyirsə aidiyyəti üzrə Şirvan Bələdiyyəsinə müraciət edə bilər. İddiaçı X3 Cavabdehnə qarşı “ev növbəsində olduğu evlə, mənzillə, torpaq sahəsi ilə təmin olunması” öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhər ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Şirvan şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, ancaq mahiyyəti üzrə əsaslı deyil. Belə ki, İddiaçı Cavabdehnə qarşı “Ev növbəsində olduğu evlə, mənzilə torpaq sahəsi ilə təmin olunması” öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə Əli Bayramlı şəhərində anadan olmuş və ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əli Bayramlı şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 58 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, ailə tərkibi bir nəfərdən ibarət olan atasına məxsus Ə.Bayramov 3/8-də yaşayan X5 yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 171 nömrəli məktubundan görünür ki, xx.xx.1996-cı il tarixdən ümumi əsaslarla yaşayış yeri üzrə Cavabdehndə 1 nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış, gələcəkdə Şirvan şəhəri ərazisində ümumi əsaslala mənzil növbəliyinə götürülmüş şəxslər üçün yaşayış binaları tikilərsə, mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq növbəlik əsasında mənzillə təmin olunmaq məsələnizə baxılacaqdır. İşdə olan Azərbaycan Respublikası Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-8/2-327/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı X2 Bayramlı (indiki Şirvan) Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 58 nömrəli Sərəncamı ilə xx.xx.1996-cı il tarixdən ümumi əsaslarla yaşayış yeri üzrə 1 (bir) nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış, uçota alındığı kateqoriya üzrə növbəlik “Siyahısı”nda hazırda 122-ci sıradadır. Şəhər ərazisində 1995-ci ildən hal-hazıradək ümumi əsaslarla yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxslər üçün yaşayış binaları tikilmədiyindən bu kateqoriyadan növbədə olan hər hansı bir şəxs İcra Hakimiyyəti tərəfindən mənzillə təmin olunmamışdır. Hazırda Şirvan şəhər ərazisində dövlət mənzil fondunda boş yaşayış sahələri mövcud deyildir. X3 mənzillə təmin olunmasına köməklik göstərilməsi barədə Cavabdehnə daxil olmuş müraciətlərinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməklə yazılı cavablar verilmişdir. Gələcəkdə Şirvan şəhəri ərazisində ümumi əsaslarla mənzil növbəliyinə götürülmüş şəxslər üçün yayayış binaları tikildikdə, mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq növbəlik əsasında X3 mənzillə təmin olunması məsələsinə baxılacaqdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17/2-8914/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı X3 inzibati işi haqqında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra - Nazirlik) daxil olmuş 21 avqust 2024-cü il tarixli 2-1(120)- 2538/2024 nömrəli məktuba Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyində (bundan sonra - Agentlik) aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Nazirlik tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli və 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli sərəncamlarına əsasən həyata keçirilir və həmin sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmçinin qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamına əsasən, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. X5 yuxarıda qeyd olunan sərəncamlarla müəyyənləşdirilmiş imtiyazlı şəxslər kateqoriyasına aid edilmədiyindən, Nazirlik tərəfindən mənzil və ya fərdi evlə təmin edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 10.0. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aşağıdakılar aiddir: 10.0.1. mənzil fondunun uçot qaydasını müəyyən etmək; 10.0.2. yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək; 10.0.3. sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların aztəminatlı hesab edilməsi əsaslarını və qaydasını müəyyən etmək; 10.0.4. bələdiyyə mənzil fonduna məxsus yaşayış sahələrinin sosial kirayə müqaviləsi üzrə aztəminatlı vətəndaşlara verilməsi qaydasını müəyyən etmək; 10.0.5. dövlət mənzil fondunun yaşayış sahələrinin verilməsi məqsədilə digər kateqoriyalardan olan vətəndaşları müəyyən etmək; 10.0.6. kateqoriyaları qanunvericiliklə müəyyənləşdirilən və yaşayış sahələrinə ehtiyacı olan vətəndaşlara dövlət mənzil fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən etmək; 10.0.7. dövlət və bələdiyyə mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri üzrə yaşayış sahələrinin verilməsi əsaslarını müəyyən etmək; 10.0.8. mənzil-tikinti kooperativlərinin təşkili və fəaliyyət qaydasını müəyyən etmək, belə kooperativ üzvlərinin hüquqi vəziyyətini, o cümlədən onlara mənzil-tikinti kooperativlərində yaşayış sahələrinin verilməsi qaydasını müəyyən etmək; 10.0.8-1. çoxmənzilli binanın idarə edilməsi qaydasını müəyyən etmək; 10.0.8-2. çoxmənzilli binanın idarə edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən etmək; 10.0.9. mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin təşkili və fəaliyyət qaydasını müəyyən etmək, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin üzvlərinin hüquqi vəziyyətini müəyyən etmək; 10.0.10. yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq; 10.0.11. yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək; 10.0.12. mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək; 10.0.13. yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək; 10.0.14. vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək; 10.0.15. yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi; 10.0.16. yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödənişin strukturunu, bu ödənişin hesablanması və ödənilməsi qaydasını müəyyən etmək; 10.0.17. dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək; 10.0.18. müəyyən edilmiş qaydada yaşayış sahələrinin qeyri-yaşayış və qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsi barədə qərar qəbul etmək; 10.0.19. mənzil münasibətləri sahəsində bələdiyyələrin və yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin səlahiyyətlərinə aid edilməmiş digər məsələlər. 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 51.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir; 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Qeyd olunan müddəaların təhlilindən aydın olur ki, mənzil sahəsində dövlətin həyata keçirdiyi vəzifələrdən biri də yaşayış sahəsinə ehtiyacı olan xüsusi qrup şəxslərin mənzil növbəsinə götürülməsi, növbəlilik qaydasına uyğun olaraq mərhələli şəkildə mənzillə təmin edilməsidir ki, iddiaçının da mənzilə ehtiyacı olan şəxs kateqoriyasına aid olduğu istisna edilməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əli Bayramlı şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 58 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, ailə tərkibi bir nəfərdən ibarət olan atasına məxsus Ə.Bayramov 3/8-də yaşayan X5 yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı X4 Əli Bayramlı (indiki Şirvan) şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 58 nömrəli Sərəncamı ilə xx.xx.1996-cı il tarixdən ümumi əsaslarla yaşayış yeri üzrə 1 (bir) nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış, uçota alındığı kateqoriya üzrə növbəlik “Siyahısı”nda hazırda 122-ci sıradadır. Şəhər ərazisində 1995-ci ildən hal-hazıradək ümumi əsaslarla yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxslər üçün yaşayış binaları tikilmədiyindən bu kateqoriyadan növbədə olan hər hansı bir şəxs İcra Hakimiyyəti tərəfindən mənzillə təmin olunmamışdır. Hazırda Şirvan şəhər ərazisində dövlət mənzil fondunda boş yaşayış sahələri mövcud deyildir. Lakin, məhkəmə hesab edir ki, hazırkı növ iddialara baxılması zamanı məhkəmə təkcə cavabdehin mövqeyi ilə kifayətlənməyib iddianın mahiyyəti üzrə qiymətləndirilməsində bütün faktiki və hüquqi halların mövcudluğuna münasibət bildirməli, bütün zəruri faktiki şərtlər yoxlanılmalıdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2-703/20 nömrəli İcmal Məktubunda da analoji mövqedən çıxış edilmiş, məhkəmənin cavabdehin imtina əsaslarından asılı olmaması öz əksini tapmışdır. İş materiallarını təhlil edərkən, eləcə də aparılan araşdırma nəticəsində məhkəmə hesab edir ki, Cavabdeh müvafiq hərəkətsizliyini iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Hazırda Şirvan şəhər ərazisində dövlət mənzil fondunda boş yaşayış sahələrinin mövcud olmadığı, gələcəkdə Şirvan şəhəri ərazisində ümumi əsaslarla mənzil növbəliyinə götürülmüş şəxslər üçün yayayış binaları tikildiyi təqdirdə mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq növbəlik əsasında X3 mənzillə təmin olunması məsələsinə baxılacağı halı müəyyən edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını işin faktiki hallarına tətbiq edərək, eyni zamanda iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, cavabdehin “imtina”sı qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, İddiaçı Cavabdehnə qarşı “ev növbəsində olduğu evlə, mənzilə torpaq sahəsi ilə təmin olunması” öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar