Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-254/2023 05.07.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Beyləqan rayon Qarallar bələdiyyəsinin 14 noyabr 2021-ci il tarixli, 02 saylı qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı xx.xx.2021-ci il tarixli, 02 saylı qərarın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2-1(120)-860/2022 saylı qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “Beyləqan rayon Qarallar bələdiyyəsinin 14 noyabr 2021-ci il tarixli, 02 saylı qərarın ləğv edilməsi” kimi davam etdirilməsi qərara alınmışdır. İddia onunla əsaslandırılmışdır ki, yaşadığı Beyləqan rayonu Qarallar kəndinin ərazisindən Qarallar Bələdiyyəsinnin 11 oktyabr 2004-cü il tarixli icarə müqaviləsi ilə kənd təsərrüfatına az yararlı torpaq sahəsindən 7 hektar 15 il müddətinə onun icarəsinə verilmişdir. Buna dair Şəhadətnaməsi də vardır. Cavabdeh 14 noyabr 2021-ci il tarixli 02 saylı qərarı ilə ona 1540 manat vergi borcu hesablanaraq yerli büdcəyə ödənilməsinə qərar vermişdir. Ona göndərilmiş tədiyyə bildirişində isə əlavə vergi hesablanaraq ondan son 3 il üçün cəmi 1870 manat tələb edilir. Həmin torpaq sahəsi isə 2019-cu ilin oktyabr ayından onun icarəsində deyil. Bələdiyyənin həmin qərarı qanunaziddir. Belə ki, o, müqavilənin 2.4-cü bəndi ilə müəyyən edilmiş icarə haqqını vaxtlı-vaxtında bələdiyyənin bank hesabına ödəmişdir. Müqavilənin 2.7-ci bəndi ilə icarə haqqının miqdarı torpaqın normativ qiymətinə və qanunvericilik aktlarında dəyişikliklər olarsa həmin hallarda vaxtından əvvəl dəyişdirilə bilər. Bidirir ki, Azərbaycan Respublikasında torpağın normativ qiymətinin 1998-ci il 23 iyul tarixli Nazirlər Kabinetinin 158 nömrəli qərarı ilə təsdiq edilmiş və bu günə kimi də həmin qərarla təsdiq edilmiş normativ qiymətlərdə heç bir dəyişiklik yoxdur. Bununla bərabər torpağın şərti halları Nazirlər Kabinetinin 23 dekabr 2000-ci il tarixli 226 nömrəli qərarı ilə təsdiq edilmişdir ki, bu qərarda da o, müqavilə bağladıqdan sonra heç bir dəyişiklik olmamışdır. Bununla bərabər bildirir ki, Qarallar bələdiyyəsi onun icarəsində olan torpaq sahəsi ilə bitişik olan sahənin də 10 manata, aşağı hissəsnə torpaq sahəsni isə hal-hazıra kimi heç kəsin istifadəsinə verə bilmədiyi halda mənim icarəmdə olan torpaq sahəsinin ona qarşı qərəzli şəkildə 120 manat məbləğində pul hər hektarına verməyini tələb edir. Ona qarşı irəli sürdüyü məbləğ qərəzli xarakter daşıyır, əlavə olaraq bildirir ki, ona icarəyə verilmiş az yararlı torpaq sahəsində öz vəsaiti hesabına münbitləşdirmə işləri aparmışdır. Eyni zamanda əmlak payı kimi ona verilmiş tikinti həmin torpaq sahəsi üzərindədir. Həmin tikinti altında olan torpaq sahəsinin də ona verilməsini tələb etməyə üstünlük hüququ vardır. Odur ki, Qarallar bələdiyyəsi ona icarəyə verilmiş torpaqdan müqavilə şərti ilə müəyyən edilmiş formada istifadə etməyinə süni maneçilik yaradır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz edərək bildirmişdir ki, iş üçün zəruri olduğundan Beyləqan rayon Qaralılar bələdiyyəsindən İnzibati Məhkəməyə göndərməyi tələb etdiyiniz xx.xx.2004-cü il tarixli 05 saylı qərarın gündəliyi vətəndaşlara həyətyani torpaq sahəsinin verilməsinə aiddir və İddiaçı bələdiyyənin EFT-dan icarəyə ayrılması barədə 2000-2004cü illərə aid olan protokollarda hər-hansı məsələ müzakirə edilməmiş və qərar verilməmişdir. Qaralılar bələdiyyəsində həmin qərarın verilməsi üçün əsas yaradacaq hər hansı sənəd yoxdur. Qaralılar bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2004-cü il tarixli torpaq icarə müqaviləsi və digər sənədlər barədə heç bir sənəd yoxdur. Beyləqan rayon Qaralılar bələdiyyəsində İddiaçı adına verilmiş torpaqdan müvəqqəti istifadə hüququna dair JN- 7868, Kod-60700048 saylı şəhadətnamə vardır və həmin şəhadətnamə əsasında o, Qaralılar bələdiyyəsinin ehtiyat fondundan kənd təsərrüfatı məhsullarının istehsalı üçün əkinə yararlı torpaq sahəsindən 15 il istifadə etmişdir. Onun istifadə etdiyi 7 ha bələdiyyə torpağı kənd təsərrüfatı məhsulları istehsal etmək üçün yararlı torpaqlardır. Həmin torpaqda pambıq əkmək üçün pambıq zavodu ilə bağladığı müqavilə əsasında əldə etdiyi yüksək pambıq məhsuldarlığı da bunu təsdiq edir. İddiaçı illər üzrə hər il 7 ha torpaq sahəsinin hər hektarı üçün 20,0 manat pul ödəyib. Yəni 2018-ci il üçün 7,0 hektar torpaq sahəsinə 140.0 manat, 2019-cu ildə də həmçinin 7,0 hektara görə 140,0 manat icarə haqqı ödəmişdir. Qaralılar bələdiyyəsinin 12 mart 2015-ci il tarixli 03 saylı protokolunda gündəlik məsələ bələdiyyənin EFT-nm icarə qiymətlərinin tənzimlənməsi barədə olmuş və aşağı keyfiyyətli torpaqların bir hektarının bir illik icarə haqqı 60-80 manat, əkinə yararlı torpaqların bir hektarının bir illik icarə haqqı 120-150 manat müəyyən edilmişdir. Həmin qərarı əsas götürərək Qaralılar bələdiyyəsi İddiaçı istifadə etdiyi 7 ha torpaq sahəsinin 2018-2019-cu illər üzrə icarə haqqının bir hektar üçün illik icarə haqqı 120,0 manat olmaqla ödəməsini tələb etmişdir. Buna baxmayaraq o bizim təklifimizi qəbul etməmiş və nəticədə tərəfımizdən Beyləqan rayon İcra və Probasiya şöbəsinə müraciət olunmuşdur. İddiaçı ödəyəcəyi 1540,0 manat icarə borcunun yaranması 2018-ci il üçün 7 hektar torpaq sahəsinin hər hektarına 120,0 manatdan olmaqla 840,0 manat, 2019-cu il üçün yenə 840,0 manat hesablanmış, hər il üçün 140,0 manat ödənmişdir. Belə olduqda 2018-ci il üçün 700,0 manat, 2019-cu il üçün 700,0 manat icarə borcu qalır ki, bu da cəmi 1400,0 manat edir. İddiaçı 2020-ci ilin noyabr ayında torpaqdan istifadə hüququna dair JN-7868 şəhadətnamənin fəaliyyətinin dayandırılması barədə ərizə vermiş, torpaqdan istifadədən imtina edərək 7,0 hektar torpağın 4,9 hektarını oğlu X5, 1,0 hektarını oğlu X1 adına 15 illik icarəyə sənədləşdirmişlər və 1,1 hektarı isə İddiaçı öz istifadəsində qalmışdır və halhazırda həmin torpağı əkib- becərir ki, buna görə də 2020-ci il üçün 1,1 hektara görə 140,0 manat icarə haqqı hesablanmış və cəmi 1540,0 manat icarə pulunun ödənilməsi İddiaçı tələb edilmişdir. Əgər qanun yol verirsə və onlar tələb edə bilirlərsə 2015-2016- 2017-ci illər üzrə həmin 7,0 hektar torpağın illik icarə haqlarının Qaralılar bələdiyyəsinə ödənilməsinin təmin edilməsinə və eyni zamanda ödəyəcəyi icarə pulunun üzərinə 50% dəbbə pulunun əlavə edilməsinə qərar verməsini xahiş etmişlər. Cavabdehnə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iştirak edən İddiaçı oğlu iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmənin keçmiş iclasında iştirak edən cavabdehin nümayəndəsi qərarın qanuni və əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır, eləcə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı cavabdehin qərarı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. İş materiallarından görünür ki, Beyləqan rayon Qarallar bələdiyyəsinin 14 noyabr 2021-ci il tarixli, 02 saylı qərarından iddiaçının xəbəri olmamış yalnız Beyləqan rayon İcra və Probasiya şöbəsi tərəfindən 10 dekabr 2021-ci il tarixli icraata başlama haqqında qərar qəbul edildikdən və iddiaçıya məlumat verildikdən sonra xəbəri olmuş və xx.xx.2021-ci il tarixdə poçt vasitəsilə iddia ərizəsini göndərərək Şirvan İnzibati Məhkəməsində hazırki iddianı qaldırmışdır. Məhkəmə qeyd edir ki, inzibati aktın qəbul olunması haqqında məlumat vermə dedikdə, inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə rəsmi məlumat verilməsi başa düşülür (“İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsi). Cavabdeh mübahisələndirilən inzibati aktını (qərarını) 14.1.2021-ci il tarixdə qəbul etsə də, onun hazıradək qanunvericiliyin tələblərinə uyğun qaydada iddiaçıya təqdim etməsi barədə məhkəməyə hər hansı sübut (poçt qəbzi və s.) təqdim edə bilməmiş, bununla bağlı müvafiq sübutetmə vəzifəsini həyata keçirməmişdir (“İnzibati icraat haqqında” Qanunun 62.3-cü maddəsi-maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür). Başqa sözlə, iddiaçı məhkəməyə müraciət etdiyi vaxt iddia müddətini ötürməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmənin qənaətinə görə mübahisələndirilən 14 noyabr 2021-ci il tarixli, 02 saylı qərar qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu üçün iddiaçı həmin əlverişsiz inzibati aktın ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Beyləqan rayonu Qaralılar bələdiyyəsinin 14 noyabr 2021-ci il tarixli 02 saylı qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 208.6-cı maddəsinin tələblərini pozduğuna görə 1540 manat məbləğində vergi borcunu yerli büdcəyə məcburi qaydada ödənilməsi üçün icraata yönəldilməsi. İş materiallarında olan torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, İddiaçı ilə Beyləqan rayonu Qaralılar bələdiyyəsi arasında Beyləqan rayonu Qaralılar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 05 saylı qərarına əsasən 7 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsinə dair xx.xx.2004-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan JN-7868B, KOD 60700048 nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədən görünür ki, İddiaçı Beyləqan rayonu Qaralılar bələdiyyəsinin qərarı ilə 7 ha torpaq sahəsi 15 il müddətinə verilmişdir. İş materiallarında olan Beyləqan rayon Qaralılar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 05 saylı iclas protokolundan görünür ki, İddiaçı Qaralılar bələdiyyəsinin vergi borcunu ödəmədiyi üçün borcunun ödənilməsi barədə Beyləqan rayon İcra və Probasiya şöbəsinə tədbir görülməsi üçün göndərilmişdir. İş materiallarında olan Beyləqan rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlama haqqında qərardan görünür ki, İddiaçı Qaralılar bələdiyyəsinə olan vergi borcunun könüllü ödənilməsi təklif olunmuşdur. İş materiallarında olan Beyləqan rayon Qaralılar bələdiyyəsinin sədri Mehman Abışovun məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Beyləqan rayon Qaralılar kənd sakini, vergi ödəyicisi İddiaçı vergi borcunun məcburi qaydada büdcəyə ödənilməsi barədə 14 noyabr 2021-ci il tarixli 02 saylı qərarın protokolundan çıxarışın Sizə göndərilməsi barədə xx.xx.2022-ci il tarixli №2-l( 120)-860/2022 saylı məktubunuza cavab olaraq bildirirəm ki. Qaralılar bələdiyyəsində mənim sədr işlədiyim müddətdə vergi borcunun məcburi qaydada ödənilməsi birinci iş olaraq 23 aprel 2021-ci il tarixli 05 saylı iclasda çıxarılmış qərar əsasında qəbul edilmişdir ki. həmin sənədlərin toplusu Sizin tələbiniz əsasında təkrar olaraq Sizə göndərilmişdir. Biz. vergi borcunun məcburi qaydada ödənilməsi işini icra etməmişdən əvvəl bu barədə bizdə olmayan sənəd nümunələrini ilk dəfə Beyləqan rayon İcra və Probasiya şöbəsindən götürmüşük və Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu cənab Azəı Quliyevin verdiyi təlimatlar əsasında tərtib etmişik. Hansı ki. cənab Azər Quliyev hazırda Beyləqan rayon İcra və Probasiya şöbəsinin rəisidir. İddiaçı və qeydlərindən vergi borcunun məcburi qaydada ödənilməsi barədə keçirilmiş 23 aprel 2021-ci il tarixli 05 saylı iclasın çıxardığı qərar Qaralılar bələdiyyəsi adından çıxarılmış, 14 noyabr 2021-ci il tarixli 02 saylı qərar isə bələdiyyə sədrinin adından çıxarılmışdır. Bu isə bizə verilən doldurulması vacib olan xüsusi qərar formasıdır. 02 saylı qərarın protokolu 23 aprel 2021-ci il tarixli 05 saylı protokoldur. 23 aprel 2021-ci il tarixli 05 saylı iclasın qəbul etdiyi qərarın icrasına nəzarət mənə həvalə edildiyinə görə 02 saylı qərar mən Abışov Mehmanın adından çıxarılmışdır.Biz, yəni Qaralılar bələdiyyəsi 23 aprel 2021-ci il tarixli 05 saylı iclas protokolunu 02 iyun 2021-ci ildə 07 saylı qərarla Beyləqan rayon İcra və Probasiya şöbəsinə İddiaçı barəsində göndərmişik. 22 sentyabr 2021-ci il №229398/2021 saylı məktubla Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından geri qaytarılmışdır. Hələ həmin uyğunsuzluğun aradan qaldırılması üçün İcra və Probasiya şöbəsindən təlim alaraq çatışmayan sənədləri əlavə etməklə həmin sənədləri 14 noyabr 2021-ci il tarixdə təkrar İcra və Probasiya şöbəsinə göndərmişik. Göndərilmiş sənədlər təkrar nəzərdən keçirildikdən sonra düzgünlüyü nəzərə alınaraq 4 nəfər ödəyici barədə 10 dekabr 2021-ci il tarixdə məcburi ödəmə barədə icraata başlamaq haqqında icra məmuru X6 tərəfindən qərar qəbul edilib ki. həmin 4 nəfərdən biri də İddiaçıdur. Həmin qərarın surətini məktuba əlavə edirəm. İcra məmuru X6 məxburi ödəmə haqqında çıxardığı qərarda bizim tərtib etdiyimiz icra sənədlərinin «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsminin tələblərinə tam uyğun olduğunu qeyd elmiş və bu əsasla da qanunun 8-ci maddəsini rəhbər tutaraq qərar qəbul etmişdir. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun: 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 25.6-ci maddəsinə əsasən maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər. 25.8-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. 28.1.1-сi maddəsinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati iсraatın başlanılması üçün əsaslardan biridir; 36.1.2-сi maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraсiət etmiş fiziki və ya hüquqi şəxslər inzibati iсraatın iştirakçıları sayılırlar; 36.3-сü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçünсü (maraqlı) şəxs qismində iсraatda iştirakını təmin etməyə borсludur; 51.1-сi maddəsinə əsasən inzibati orqan inzibati iсraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərсüməçiləri və digər orqanların nümayəndələrini inzibati iсraatla bağlı iсlasın vaxtı və yeri haqqında xəbərdar etməyə borсludur; 51.2-сi maddəsinə görə bu Qanunun 51.1-сi maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah edilməsi və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. İşdən görünür ki, сavabdehin mübahisəli qərarı Vergi Məcəlləsinin 208.6-cı maddəsinin tələblərinin pozulmasına əsasən qəbul edilmişdir. Qəbul olunmuş inzibati aktın iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi açıq və aydın olsa da, сavabdehin onun inzibati iсraatda iştirakını təmin etmək üçün xəbərdar etməsi, hüquq və vəzifələrinin izah etməsi, bununla bağlı ona məlumatın çatdırılması məqsədilə rabitə vasitələrindən istifadə etməsi heç bir sübutla təsdiq olunmur. Məhkəmə müəyyən etdi ki, qərarda göstərilən dəlillərlə bağlı iddiaçının özü və ya nümayəndəsi çağrılaraq dinlənilməmiş və qəbul edilmiş inzibati akt vaxtında ona təqdim edilməmişdir. Məhkəmə tərəfindən tələb olunmasına baxmayaraq hazırda mübahisələndirilən inzibati aktın qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda qeyd edilən tələblərinə (proseduruna) əməl olunmasına dair hər hansı sənəd (sübut) və məlumat cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar torpaq bazarının obyekti ola bilər: bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində icarə hüquqları. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:
8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; 56.1 Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 2ci bəndinə əsasən, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Əlavə olaraq qeyd olunur ki, oxşar işlər üzrə formalaşmış məhkəmə praktikasında, bələdiyyə və fiziki şəxs arasında bu cür mübahisəli hallar yarandığı zaman bildirişinin fiziki şəxsə təqdim olunması mütləq qaydada yoxlanılır ki, bu hal mübahisənin həlli üçün əhəmiyyət kəsb edir. Belə ki, məhkəmə hesab edir ki, Beyləqan rayon Qaralılar bələdiyyəsi tərəfindən İddiaçı Cavabdeh 14 noyabr 2021-ci il tarixli 02 saylı qərarı ilə ona 1540 manat vergi borcu hesablanaraq yerli büdcəyə ödənilməsinə qərar vermişdir. Belə ki, ona göndərilmiş tədiyyə bildirişində isə əlavə vergi hesablanaraq ondan son 3 il üçün cəmi 1870 manat tələb edilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, həmin torpaq sahəsi 2019-cu ilin oktyabr ayından onun icarəsində olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, **********60 reyestr nömrəli plan ölçü sənədinə və xx.xx.2019-cu il tarixli **********61 reyestr nömrəli çıxarışa əsasən qeyd edilən torpaq sahələrinin bələdiyyənin mülkiyyətində olduğu, daha sonra xx.xx.2020-ci il tarixdə X2 və X3 icarəsinə verildiyi müəyyən edilir. Məhkəmə iclasında iştirak edən bələdiyyənin nümayəndəsi torpaq sahəsinin həqiqətən 2020-ci il tarixdən iddiaçının oğlunun icarəsində olduğunu bildirmişdir. Belə ki, bələdiyyə icarə haqqını hesabladığı zaman torpaq sahəsinin kimin icarəsində və istifadəsində olduğunu aydınlaşdırmalı idi. İş materiallarına əsasən bələdiyyə tərəfindən qərar qəbul edilməzdən əvvəl inzibati icraatın düzgün aparılmadığı və torpaq sahəsinin iddiaçının icarəsində olmadığı dövr üçün də icarə haqqı hesabladığı müəyyən olunur. Bələdiyyə tərəfindən inzibati akt inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmiş, inzibati icraat aparılmamış, iddiaçının icraatda iştirakı təmin edilməmiş, işin halları ilə əlaqədar iddiaçıdan hər hansı izahat və ya sübut tələb edilməmişdir. Başqa sözlə, cavabdeh vergi ödəyicisi barəsində qərarı yalnız qanunla müəyyən edilmiş qaydada və əsaslarla aparılmış inzibati icraat nəticəsində qəbul edə bilərdi. Hazırkı halda bu, baş verməmiş, bu qərarın yuxarıda göstərilən normaların tələbləri pozulmuşdur. Cavabdehin mübahisələndirilən qərarı “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən artıq formal-hüquqi baxımdan qanunsuz olduğundan, onun ləğvi üçün şərtlər mövcuddur. Məhkəmə bu qənaətini onunla əsaslandırır ki, tərəflər arasında 2004-cü il tarixdə icarə müqaviləsi bağlanmışdır ki, qeyd edilən müqaviləyə əsasən iddiaçı hər il icarə haqlarını ödəmiş və bu hal cavabdeh tərəfindən məhkəmə iclasında təsdiqini tapmış, mübahisələndirilməmişdir. Daha sonra bələdiyyə tərəfindən tərəfə məlumat verilmədən icarə haqqının artırılması və əvvəlki illərə vergi borcunun hesablanması halını məhkəmə pozuntu kimi qiymətləndirilir. Belə ki, icarə haqlarının artırılması barədə tərəfə məlumat verilməli, qeyd edilən qərarla tanış edilməli, habelə icarə müqaviləsində qeyd edilən hallarla bağlı tərəflərin razılığı ilə düzəliş edilməli idi ki, iş materiallarına əsasən belə halların olmadığı müəyyən edilir. Məhkəmə, qanunvericiliyin yuxarıda təhlil olunmuş normalarına əsaslanaraq hesab edir ki, hazırki mübahisə predmeti olan qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməmiş və onun mübahisə ilə bağlı fəaliyyəti qanuna zidd olmuşdur. Belə ki, “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, bələdiyyənin ərizəçiyə torpaq sahəsinin satılması barədə öz qərarını ləğv etmək səlahiyyətinin olmasının mülki işə baxan yuxarı məhkəmələr tərəfindən «Bələdiyyələrin statusu haqqında» Qanunun 48-ci maddəsinin 4-cü bəndinə istinadla əsaslandırılması mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. Belə ki, həmin normaya müvafiq olaraq, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. İstinad olunan maddənin 2-ci bəndi isə nəzərdə tutur ki, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, bələdiyyə tərəfindən sözügedən qərarının qəbul edilməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Eyni zamanda bələdiyyə tərəfindən mübahisələndirilən qərarın qəbul edilməsi ilkin olaraq torpaq sahəsinin ayrıldığı şəxsin inzibati aktın məzmununa etimad hüququnun pozulması ilə nəticələnmişdir. Etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Məhkəmə, belə nəticəyə gəlir ki, qüvvədə olan qanunvericiliyin, məhkəmə praktikasının tələbləri və yuxarıda qeyd edilənlər əsasında iddiaçı barəsində qəbul edilmiş qərar əsassız sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Beyləqan rayonu Qaralılar Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 02 saylı qərarı ləğv olunmalıdır. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. Beyləqan rayonu Qaralılar Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 02 saylı qərar ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.
Hakim: Hilal Nəcəfov