Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-254/2024 25.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və Ağayev Hüseyn Natiq oğlunun sağlamlıq imkanlarının məhdud hesab edilməsi edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 25 oktyabr 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağayev Hüseyn Natiq oğlunun əlilliyinin müəyyən edilməməsi barədə hərəkətlərin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Məhkəmənin 31 oktyabr 2022-ci il tarixli qərardadı ilə 14 Saylı Birləşmiş şəhər Xəstəxanası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmənin 06 iyun 2024-cü il tarixli qərardadı ilə iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının Ağayev Hüseyn Natiq oğlu barəsində xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməsi, İddiaçı övladı Ağayev Hüseyn Natiq oğlunun yetkinlik yaşına çatanadək sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2008-ci il tarixdə dünyaya gəlmiş oğlu Ağayev Hüseyn Natiq oğlu anadangəlmə ürək qüsurludur. Belə ki, oğlunda döş qəfəsinin deformasiya problemləri var və Travmatoloji Mərkəzdən 3-cü dərəcəli diaqnoz ilə, ikincə dərəcəli metrol qapaq prolapsi fəsadları müəyyən edilmişdir. Oğlunda tez-tez boğulma və təngənəfəslik halları baş verməkdədir.Evladını tək böyüdür. Onun daima qayğı və nəzarətə ehtiyacı olduğu üçün, o, işləyə bilmir. Həm də oğlunun müalicəsi üçün pula ehtiyacı vardır. Başqa heç bir yerdən gəliri və köməyi yoxdur. Oğlunun əlilliyinin müəyyən olunması və pensiya təyin edilməsi məqsədi ilə, xx.xx.2022-ci il tarixdə 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Həkim Məsləhət Komissiyasına müraciət etmişdir. Ancaq, xx.xx.2022-ci il tarixdə, 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının (HMK) sədri X5 tərəfindən 0174003AACZ5 sayılı bilidiriş əsasında, onun müraciətinə imtina gəlmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, oğlu Ağayev Hüseyn Natiq oğlunun əlillik vəziyyətinə Bakı 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Çökmüş döş qəfəsi, Döş qəfəsinin anadangəlmə qıfvari deformasiyası (ll-lll dərəcə) ilə əlaqədar onurğanın Th 1-12 fəqərələrdə sağdan sola İİ dərəcə, bel fəqərələrində soldan sağa İİ dərəcə skolioz qeyd olunur; Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: xəstəlik 2008-də başlayıb, 2022-ci ilə kimi bərpa müalicələri yoxdur, ətraflı müayinə olunmayıb, diaqnoz və ağırlaşmalar əvəzinə subyektiv müayinələr yazılıb” səbəbi ilə imtina verilmişdir.Göründüyü kimi, İddiaçı övladı Ağayev Hüseyn Natiq oğlunun əlillik vəziyyətinə Bakı 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında imtina verilməsinnin səbəbi “Göndərişin natamam doldurulması - Səbəb: xəstəlik 2008-də başlayıb, 2022-ci ilə kimi bərpa müalicələri yoxdur, ətraflı müayinə olunmayıb, diaqnoz və ağırlaşmalar əvəzinə subyektiv müayinələr yazılıb” olmuşdur. Xəstəliyin 2008-ci ildən başlandığı qeyd olunsada, 2022-ci ildək heç bir ambulator və ya stasionar müayinə barədə qeyd yoxdur. Heç bir müalicə almadığına görə iddiaçının övladının əlilliyin qiymətləndirilməsi mümkün deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasf’nın 1.5. -ci bəndində nəzərdə tutulduğu kimi 6 alıq müalicəsini başa çatdırdıqdan sonra yeni Forma 88 göndərməsi tövsiyyə olunur. Yeni göndəriş daxil edildikdən sonra qiymətləndirilmə aparılması mümkündür. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasfnm və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir.Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı, cavabdehin və üçüncü şəxsin nümayəndələri isə gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün saydı. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Həmçinin İddiaçı cavabdeh orqanın xx.xx.2021-ci il tarixli qərarını mübahisələndirmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, müvafiq inzibati aktı göndərilmə tarixi xx.xx.2021-ci il göstərilmiş, lakin iddiaçıya cavabdeh orqan tərəfindən təqdim edilməmişdir. Belə ki, cavadeh inzibati orqan hazırda mübahisələndirilən qərardan iddiaçının məlumatlı olması barədə rəsmi sənədi (poçt qəbzini və s.) məhkəməyə təqdim etməmişdir. Hansı ki, iddiaçının hüquq və qanunla qorunan maraqlarına birbaşa təsir göstərən, onun üçün əlverişsiz vəziyyət yaradan inzibati aktın məzmunu ilə vaxtında tanış olmaq və həmin inzibati akta qarşı öz müdafiəsini təşkil etmək hüququ, cavabdeh inzibati orqanın isə iddiaçının bu hüquqlarını təmin etmək vəzifəsi vardır. Buna görə də iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsində müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 690 saylı məktubuna əsasən, İddiaçı nümayəndəsi olduğu övladı, xx.xx.2008-ci il təvəllüdlü Ağayev Hüseyn Natiq oğlu ilk dəfə “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxs 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına xx.xx.2019-cu il tarixdə müraciət edib. Həkim şikayətləri dinləyib müayinə etdikdən sonra xəstəyə 2 saylı UKX-na stasionar müayinə və müalicə üçün göndəriş vermiş, xətəxanada ambulator tibbi yardım almış, stasionar müalicədən imtina etmişdir. xx.xx.2019-cu il trixində yenidən müraciət zamanı 14 nömrəli BŞX-nin poliklinikasında mütəxəssislər tərəfindən ambulator tibbi müayinədən keçirilmiş, ona “Döş qəfəsinin anadangəlmə qifvari deformasiyası “diaqnozu qoyulmuşdur. Ona ixtisaslaşdırılmış tibb müəssisəsində müayinə olunması tövsiyə edilmiş, lakin valideyn hal-hazırda gedə bilməyəcəyini bildirmiş, gələcəkdə ona münasib vaxtda ixtisaslaşdırılmış tibb müəssisənə müayinə və müalicə üçün gedəcəyinə söz vermişdir. xx.xx.2020-ci il tarixində təkrar poliklinikaya müraciəti zamanı ona ETTOİ-na müayinə üçün göndəriş verilmiş və müayinə zamanı “Döş qəfəsinin anadangəlmə qifvari deformasiyası “ diaqnozu qoyulmuşdur. Uşağa fizioterapiya müalicəsi təyin edilmişdir. xx.xx.2021-ci il tarixində xəstənin təkidi və şikayətlərinə əsasən forma-088 yazılıb TSEK-ə göndərilib lakin imtina cavabı gəlib. Çünki qoyulan diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının meyarlarının tələbinə cavab verməmişdir. Sonuncu dəfə xəstənin vəziyyəti ilə əlaqədar xx.xx.2023-cü il tarixində xəstə müayinə üçün ETTOlyə göndərilib, xx.xx.2023-cü il tarixdə ETTOİ-də “Döş qəfəsinin anadangəlmə İİİ dərəcəli qifvari deformasiyası” diaqnozu qoyulub. Aparılmış fizioterapiya müalicəsi uşağın yaşına və deformasiyanın ağırlığına görə effekt verməmişdir. ETTOİ- da spirometriya olunmadığı üçün xx.xx.2023-cü il tarixdə ETAXİ-yə göndərilib və ona “Qarışıq tipli mötədil ventilyasiya pozğunluğu” diaqnozu qoyulmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında iddiaçı xx.xx.2008-ci ildə İmişli rayonunda anadan olmuş və İmişli rayonu, Məzrəli kənd ünvanında qeydiyyatda Ağayev Hüseyn Natiq oğlu canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə; - şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı?- məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X4” X6 verdikləri xx.xx.2023-cü il tarixli, T45/2023 saylı rəydə göstərilmişdir ki, vətəndaş H.N.Ağayevin tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndəriş tam doldurulmuş və qeyd edilmiş diaqnoz xəstənin stasionarlarda müayinə və müalicəsi zamanı obyektiv, kliniki, laborator-instrumental müayinələrin əsasında müəyyən edilmiş, müalicə tədbirləri əsasən də bərpa idman müalicəsi xəstəliyə uyğun aparıldığından onların səmərəliliyi, proqnozu qənaətbəxş olmuşdur. H.N.Ağayevin qeyd edilən diaqnozla əlaqədar mütəmadi idman bərpa müalicəsinə ehtiyacı vardır..Əlilliklə əlaqədar sualın həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nm 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasının səlahiyyətlərinə aiddir. Məhkəmənin 12 dekabr 2023-cü il tarixli, 2-1(120)-720/2023 nömrəli qərardadı ilə, xx.xx.2008-ci ildə İmişli rayonunda anadan olmuş və İmişli rayonu, Məzrəli kənd ünvanında qeydiyyatda Ağayev Hüseyn Natiq oğlunun (şəxsiyyət vəsiqəsi seriya AZE********)əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Həmin təyinat əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə göndərdiyi 10.055.2024-cü il tarixli, 3-17-4/2-13205/2024 saylı məktubunda göstərilmişdir ki, H.Ağayev əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 0174003AACZ5 nömrəli göndərişi əsasında xx.xx.2024-cü ii tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında - xx.xx.2008-ci ildə İmişli rayonunda anadan olmuş və İmişli rayonu, Məzrəli kənd ünvanında qeydiyyatda Ağayev Hüseyn Natiq oğlu (şəxsiyyət vəsiqəsi seriya AZE********) canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə; - şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? - aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? - məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X4” X6 verdikləri 20 avqust 2024-cü il tarixli, T537 saylı rəydə göstərilmişdir ki, vətəndaş H.N.Ağayevin iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına 14 nömrəli Birləşmiş şəhər xəstəxanasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli göndərişdə qeyd edilmiş “Çökmüş döş qəfəsi, döş qəfəsinin anadangəlmə qıfvari deformasiyası (İİ-İİİ dərəcə) ilə əlaqədar olmayan Thl-12 fəqərələrdə sağdan sola İİ dərəcə, bel fəqərələrində soldan sağa İİ dərəcə skolioz” diaqnoz xəstənin stasionarlarda müayinə və müalicəsi zamanı obyektiv, kliniki, laborator-instrumental müayinələrin əsasında müəyyən edilmiş, müalicə tədbirləri, əsasən də bərpa idman müalicəsi xəstəliyə uyğun aparıldığından onların səmərəliliyi, proqnozu qənaətbəxş olmuşdur. X1 10 kodu ilə göstərilməsi hər bir ixtisas sahəsi üzrə mütəxəssis həkimlərin səlahiyyətlərinə aiddir. Əlilliklə əlaqədar sualın həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1 -ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasının səlahiyyətlərinə aiddir. Vətəndaş H.N.Ağayevin qeyd edilən diaqnozla əlaqədar mütəmadi idman bərpa müalicəsinə ehtiyacı vardır.H.N.Ağayevin barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndəriş tam doldurulmuşdur. Müvafiq diaqnozun təyin edilməsi üçün aparılmış instrumental müayinələr yetərincədir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, cavabdeh inzibati orqan 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən göndərilmiş 0174003AACZ5 saylı göndəriş əsasında Ağayev Hüseyn Natiq oğlunun sağlamlıq imkanları məhdud uşaq hesab olunmasından “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması. Həkimin rəyi: xəstəlik 2008-də başlayıb, 2020-ci ilə kimi bərpa müalicələri yoxdur, ətraflı müayinə olunmayıb, diaqnoz və ağırlaşmalar əvəzinə subyektiv müayinələr yazılıb” səbəbi ilə imtina edilmişdir. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, səhiyyə müəssisəsi tərəfindən göndərişin natamam və yanlış doldurulması iddiaçının təqsiri ucbatından olmamışdır və onun ziyanına təfsir oluna bilməz. İnzibati icraat hüququnun tələbləri baxımından cavabdeh normalda göndərişlə bağlı natamam məlumatların tamamlanmasını təmin etmək məqsədi ilə aidiyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməli idi. Yalnız bundan sonra əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı yekun qərar qəbul edilə bilərdi. Bu zaman həm də əlillik dərəcəsinin təyin olunması ilə bağlı ilkin müraciət tarixi də nəzərə alınmalıdır. Yəni cavabdeh tərəfindən əlillik dərəcəsinin müəyyən olunması ilə əlaqədar qəbul edilmiş yekun qərar son nəticədə iddiaçının həmin müraciəti ilə əlaqədardır və qərar həmin müraciət üzrə qəbul olunmuş sayılmalıdır. Ağayev Hüseyn Natiq oğlunun sağlamlıq imkanları məhdud uşaq hesab olunmasından imtinada və bu imtinanın əsasında qəbul edilmiş Tibbi Sosial Ekspert Komissiyasının mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərarında göstərilən səbəblər iddiaçının və onun təmsil etdiyi övladının iradəsindən asılı olmayan hallardır. Məhkəmə hesab edir ki, iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Digər tərəfdən, cavabdeh inzibati orqan tərəfindən Ağayev Hüseyn Natiq oğlunun xəstəliyi ilə əlaqədar tərtib edilmiş tibbi sənədlər əsasında sağlamlıq durumunun ona “sağlamlıq imkanları məhdud uşaq hesab olunmasına əsas vermir” nəticəsinə gəlinməmişdir. Göründüyü kimi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Hüseyn Natiq oğlunun sağlamlıq imkanları məhdud uşaq hesab olunmasından yalnız formal əsaslara istinadən imtina etmişdir. Məhkəmə tərəfindən əlavə olaraq nəzərə çatdırılır ki, keçirilmiş məhkəmə-tibb ekspertizaları əsasında daxil olmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 verdikləri xx.xx.2023-cü il tarixli, T45/2023 saylı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 verdikləri 20 avqust 2024-cü il tarixli, T537 saylı rəylərində H.N.Ağayevin barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndəriş tam doldurulması barədə məlumat qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. 3.2 Əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 3.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”:
1. Ümumi müddəalar 1.2. bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.6. bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 2.1. bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.4. bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir Bundan başqa, məhkəmənin qənaətinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının Ağayev Hüseyn Natiq oğlu barəsində xx.xx.2021-ci il tarixli qərarı qəbul edilən vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin “3. Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları” bölməsinin əhatə dairəsinə daxil edilmiş “3.1.39. dayaq-hərəkət aparatı orqanlarının nəzərəçarpan, dayanıqlı bərpaolunmazpozulmaları (G80.0-G80.9, A80, B91, Q05, Q06.2-Q06.4, Q65- Q66, Q67.5-Q68.8, Q71-Q74, Q76-Q79, M08, M41, S10-S39, R26, R27)” bəndi üzrə xəstəliklərə tam uyğunluğu müşahidə olunur. Bu Əsasnamənin 3.1.1.–3.1.22-ci bəndlərində göstərilən hallarda 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşından yuxarı olmamaqla 3 (üç) il müddətinə, qalan hallarda isə 18 yaşınadək müəyyən olunur. 18 yaşının tamam olmasına 6 (altı) ay və ondan daha az qalan uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşınadək müəyyən edilir. Həmçinin məhkəmə tərəfindən qeyd edilir ki, Ağayev Hüseyn Natiq oğlunun xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın “13. Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri” bölməsinin əhatə dairəsinə daxil edilmiş “13.5.1 çökmüş döş qəfəsi-Q67.6” xəstəliklərə tam uyğunluğu müşahidə olunur. Həmçinin, məhkəmə qeyd edir ki, Ağayev Hüseyn Natiq oğlunun xəstəliyi ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən, habelə onun sağlamlığının bərpa olunmasını təsdiq edən hər hansı dəlil, sübut cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Əksinə, məhkəməyə təqdim olunmuş tibbi sənədlərdə Ağayev Hüseyn Natiq oğlunun xəstəliyinin hal-hazıradək mövcud olması tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 verdikləri 20 avqust 2024-cü il tarixli, T537 saylı rəydə “vətəndaş H.N.Ağayevin iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına 14 nömrəli Birləşmiş şəhər xəstəxanasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli göndərişdə qeyd edilmiş “Çökmüş döş qəfəsi, döş qəfəsinin anadangəlmə qıfvari deformasiyası (İİ-İİİ dərəcə) ilə əlaqədar olmayan Thl-12 fəqərələrdə sağdan sola İİ dərəcə, bel fəqərələrində soldan sağa İİ dərəcə skolioz” diaqnoz xəstənin stasionarlarda müayinə və müalicəsi zamanı obyektiv, kliniki, laborator-instrumental müayinələrin əsasında müəyyən edilmiş, müalicə tədbirləri, əsasən də bərpa idman müalicəsi xəstəliyə uyğun aparıldığından onların səmərəliliyi, proqnozu qənaətbəxş olmuşdur” qeyd etmişdir. Lakin 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanası xx.xx.2023-cü il tarixli, 690 saylı məktubla göstərmişdir ki, İddiaçı nümayəndəsi olduğu övladı, xx.xx.2008-ci il təvəllüdlü Ağayev Hüseyn Natiq oğlu xx.xx.2019-cu il trixində yenidən müraciət zamanı 14 nömrəli BŞX-nin poliklinikasında mütəxəssislər tərəfindən ambulator tibbi müayinədən keçirilmiş, ona “Döş qəfəsinin anadangəlmə qifvari deformasiyası “diaqnozu qoyulmuşdur. xx.xx.2020-ci il tarixində təkrar poliklinikaya müraciəti zamanı ona ETTOİ-na müayinə üçün göndəriş verilmiş və müayinə zamanı “Döş qəfəsinin anadangəlmə qifvari deformasiyası “ diaqnozu qoyulmuşdur. Uşağa fizioterapiya müalicəsi təyin edilmişdir. xx.xx.2021-ci il tarixində xəstənin təkidi və şikayətlərinə əsasən forma-088 yazılıb TSEK-ə göndərilib lakin imtina cavabı gəlib. Sonuncu dəfə xəstənin vəziyyəti ilə əlaqədar xx.xx.2023-cü il tarixində xəstə müayinə üçün ETTOl-yə göndərilib, xx.xx.2023-cü il tarixdə ETTOİ-də “Döş qəfəsinin anadangəlmə İİİ dərəcəli qifvari deformasiyası” diaqnozu qoyulub. Aparılmış fizioterapiya müalicəsi uşağın yaşına və deformasiyanın ağırlığına görə effekt verməmişdir. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu nəticəyə gəlməyə əsas verir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının Ağayev Hüseyn Natiq oğlu barəsində xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməsi, övladı Ağayev Hüseyn Natiq oğlunun yetkinlik yaşına çatanadək, yəni xx.xx.2026-cı il tarixədək sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” barədə tələbində haqlıdır. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının Ağayev Hüseyn Natiq oğlu barəsində xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, İddiaçı övladı Ağayev Hüseyn Natiq oğlunun yetkinlik yaşına çatanadək, yəni xx.xx.2026-cı il tarixədək sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının Ağayev Hüseyn Natiq oğlu barəsində xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı övladı Ağayev Hüseyn Natiq oğlunun yetkinlik yaşına çatanadək, yəni xx.xx.2026-cı il tarixədək sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.
Hakim: Amilya Hüseynova