Məhkəmə qərarları › İş №2-1(120)-254/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-254/2025

28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-254/2025 28.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi X18 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “X4 adına **********70-10301 reyestr nömrə ilə aparılmış qeydiyyatın 0.04 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun X4 adına qeydə alınması hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “X4 adına **********70-10301 reyestr nömrə ilə aparılmış qeydiyyatın 0.04 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun X4 adına qeydə alınması hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Maraqlı şəxs2 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmənin qərardadı ilə iddia tələbi “X4 adına **********70-10301 reyestr nömrə ilə aparılmış qeydiyyatın 0.04 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun X4 adına qeydə alınması hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 18 iyun 1998-ci il tarixli 11 saylı qərarı ilə Lənkəran rayonunun Liman şəhəri ərazisində 0,04 ha həyətyanı torpaq sahəsi səkkiz nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Bu barədə Torpağın mülkiyyətə verilməsinə dair JN 994 F nömrəli (KOD ********) Şəhadətnamə Lənkəran rayon Torpaq və Xəritəçəkmə şöbəsi tərəfindən tərtib olunaraq onlara verilmişdir. Həmin şəhadətnamədə 1-ci sırada göstərilən X8 xx.xx.2005-ci il tarixdə, 2-ci sıradakı X6 xx.xx.2015-ci il tarixdə, 4-cü sırada göstərilən X19 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 6-cı sırada X13 qeyd edilmişdir. Bu adla bağlı şəhadətnamədə texniki səhv getmişdir. "Ülviyyə" əvəzinə səhvən "Gülmirə" kimi yazılmışdır. Lənkəran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Torpağın mülkiyyətə verilməsinə dair JN 994 F nömrəli (KOD ********) Şəhadətnamədə mülkiyyətçilər sırasında altıncı sətirdə göstərilən adın İddiaçı2 məxsus olması faktı müəyyən edilmişdir. Bu yaxınlarda onlar ümumi mülkiyyətdə olan torpaq sahəsindən onlara düşən payın müəyyən edilməsi və naturada ayrılması barədə məhkəməyə müraciət etmək istəmişlər. Sənədlər toplanarkən məlum olub ki, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə 0,04 ha torpaq sahəsinə mülkiyyət hüqququ X4 adına qeydə alnmışdır. Göstərilən torpaq sahəsinə və yaşayış evinə mülkiyyət hüququ o vaxt fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə qeydə alınmışdır. 0,04 ha həyətyanı torpaq sahəsi səkkiz nəfərin ümumi mülkiyyətində olsa da bütün torpaq sahəsi Şabəyim Səfərovanın mülkiyyətinə verilmişdir. Bununla da digər torpaq mülkiyyətçilərinin mülkiyyət hüququ pozulmuşdur. Bundan sonra İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişlər. Həmin idarə ərizədə göstərilənlərin icra olunmasından imtina edilməsi barədə cavab vermişdir. Buna görə məhkəməyə müraciət etməli olmuşlar. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəməyə ünvanladığı iddia tələbinə münasibətdə qeyd edilmişdir ki, araşdırma nəticəsində mübahisələndirilən həmin əmlakın hüquqi rejiminə münasibətdə müəyyən oldu ki, hazırki iş üzrə ləğvi qoyulmuş xx.xx.2008-ci il tarixli, ********* qeydiyyat nömrəli “Çıxarış" Lənkəran rayonu, Liman şəhəri ərazisində yerləşən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 18 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən tərtib olunmuş JN-994F nömrəli şəhadətnamə ilə hazırki iş üzrə iddiaçıların adları daxil olmaqla ayrılmış 0.04 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair vahid daşınmaz əmlak obyekti kimi dövlət reyestrindən verilmiş hüquqmüəyyənedici sənəddir. Mübahisələndirilən əmlakın hüquqi rejiminə münasibətdə bildirilir ki, islahatın müvafiq qərarı əsasında ilkin hüquqmüəyyənedici sənəd qismində ailə başçısı olaraq X3 (ümumilikdə 8 nəfər olmaqla) adına tərtib olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-994F nömrəli “Şəhadətnamə üzrə ayrılmış 0.04 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 45.0 kv.m yaşayış, 22.1 kv.m köməkçi sahədən ibarət 36 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə vahid daşınmaz əmlak obyekti olaraq daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2008-ci il tarixli, ********* qeydiyyat nömrəli Çıxarışla hal-hazırda Maraqlı şəxs2 mülkiyyətindədir. Aparılan araşdırma nəticəsində məlum oldu ki, yuxarıda barəsində qeyd olunan xx.xx.2008-ci il tarixli, ********* qeydiyyat nömrəli “Çıxarış” təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənədlər əsasında “X30 X12” əsas götürülməklə vətəndaş Maraqlı şəxs2 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmişdir. Məlumat üçün bildirilir ki, sözü gedən JN-994F nömrəli “Şəhadətnamə” üzrə əvvəlki hüquq sahibi olaraq X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.04 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair ilkin qeydiyyat aparılarkən texniki qüsurlara yol verildiyindən (torpaq sahəsi vərəsəlik şəhadətnaməsində səhfən mərhumun tam mülkiyyəti kimi göstərildiyindən, tərəfimizdən bütövlükdə vərəsə olaraq səhvən Maraqlı şəxs2 tam mülkiyyətinə verilmişdir) aidiyyəti hissədə araşdırılması zərurəti yaranmışdır. Belə ki, yuxarıda barəsində qeyd olunan hal-hazırda Maraqlı şəxs2 məxsus Lənkəran rayonu, Liman şəhəri, Rəsul Rza küçəsi ünvanında yerləşən 36 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi rellıqda həmin şəhadətnamə ilə göstərilən şəxslərin ümumbirgə mülkiyyəti sayılır, habelə hüquqmüəyyənedici sənəd olaraq həmin şəhadətnamə hal-hazırda qüvvədədir. Ərazi idarəsi olaraq bildirilir ki, yuxarıda barəsində qeyd olunan xx.xx.2008-ci il tarixli, ********* qeydiyyat nömrəli “Çıxarış”la yanaşı sonuncu mülkiyyətçi olaraq Maraqlı şəxs2 adına dövlət reyestrindən verilmiş xx.xx.2008-ci il tarixli, ********* qeydiyyat nömrəli müvafiq “Çıxarış", habelə həmin çıxarışın verilməsinə əsas olmuş xx.xx.2008-ci il tarixli, 2-V-01- 126 reyestr nömrəli “X30 X12” ləğv edildiyi təqdirdə, iş üzrə iddiaçıların (torpaq sahəsinə münasibətdə) adına yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması məsələsinə baxıla bilər. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına üçüncü şəxs gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X24 təqdim etdikləri iddia ərizəsinə münasibətin məzmununa uyğun izahat verərək, iş üzrə mövcud olan hər iki çıxarışın ləğv olunduqdan sonra məsələyə baxılmasının mümkün olacağını qeyd etdi. Əsaslandırıcı hissə: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etirazı və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: İş materialında olan: Torpağın mülkiyyətə verilməsinə dair JN-994F, KOD 80202004 nömrəli şəhadətnamədən görünür ki, Lənkəran rayonu, Liman şəhər sakinləri X8, X6, X14, X19, X15, X13, X21 və İddiaçı1 Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə 0.04 ha həyətyanı torpaq sahəsi mülkiyyətə verilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin iddiaçılara ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Lənkəran rayonu, Liman şəhəri, Rəsul Rza küçəsi ərazisində yerləşən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında JN-994F nömrəli şəhadətnamə əsasında fərdi yaşayış evinin tikintisindən ötrü onların ümumbirgə mülkiyyətinə verilmiş 0.04 ha torpaq sahəsi üzərində əvvəllər yaranmış hüquqların qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən müvafiq “Çıxarış”ın, habelə plan ölçü sənədinin verilməsi proseduru ilə əlaqədar Ərazi İdarəsinə daxil olmuş ********** qeydiyyat nömrəli, 2023-cü il 20 fevral tarixli müraciətə 10 saylı Lənkəran Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, Qanunun 9-cu maddəsində hüquqların dövlət qeydiyyatının aparılması qaydaları və 10-cu maddədə isə hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin təqdim edilməsi təsbit edilmişdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydaları qanunvericiliklə müəyyən edilir. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Hazırki müraciətlə əlaqədar həmin ilkin hüquqmüəyyənedici sənəd olaraq JN- 994F nömrəli şəhadətnamə üzrə ayrılmış 0.04 ha həyətyanı torpaq sahəsinə dair arxiv və baza məlumatları aidiyyəti hissədə araşdırılarkən məlum olmuşdur ki, sözügedən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə digər şəxsin adına qeydiyyata alınmışdır. Qeyd olunan səbəblərdən hazırki müraciətdə barəsində qeyd olunan digər şəxsin adına verilmiş həmin “Çıxarış”a dəyişiklik edilməklə onların adına torpağın mülkiyyətə verilməsinə dair tərtib edilmiş JN-994F nömrəli şəhadətnamə üzrə əvvəllər yaranmış hüquqların qeydiyyatının aparılmasından imtina edilir. Bu baxımdan bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər, eyni zamanda həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Lənkəran rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)-866/2022 nömrəli qətnaməsi ilə Lənkəran rayon Aqrar İslahat Komissiyasının 18 iyun 1998-ci il tarixli 11 nömrəli qərarı ilə verilmiş, JN 994 F (KOD ********) saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə mülkiyyətçilər sırasında altıncı sətirdə göstərilən adın İddiaçı2 məxsus olması faktı müəyyən edilməsi qət edilmişdir. Daşınmaz Əmlakin Dövlət Reyestri Xidməti Hüquqların X17 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № ******* nömrəli, ********* qeydiyyat nömrəli, **********70- 10301 nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Liman şəhəri, Rəsul Rza küçəsində mülkiyyətində olan 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 45 kv.m yaşayış, 22.1 kv.m köməkçi sahədən ibarət 36 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 121 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X17 Daşınmaz Əmlakın Dövlət Reyestrindən 297 nömrəli, xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Lənkəran rayonu, Liman şəhəri, Rəsul Rza küçəsi 36 küçəsində 1 mərtəbəli, 3 otaqlı, 45 kv.m yaşayış, 67.1 kv.m ümumi sahədən ibarət X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X17 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № ******* nömrəli, ********* qeydiyyat nömrəli, **********70- 10301 nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Liman şəhəri, Rəsul Rza küçəsində mülkiyyətində olan 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 45 kv.m yaşayış, 22.1 kv.m köməkçi sahədən ibarət 36 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs2 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 121 nömrəli vərəqində qeydiyyata alınmışdır. Lənkəran rayonunun Liman şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid 19 avqust 2002-ci il tarixli cədvəlin surətindən müəyyən olunur ki, X8, X6, X14, Tahirə Qafur qızı, Günay Balamirzə qızı, X13, İddiaçı3 və İddiaçı1 Balamirzə oğlu birgə təsərrüfat idarə etmiş və mülkiyyətlərində 0.0400 ha torpaq sahəsi olmuşdur. xx.xx.2008-ci il tarixli Reyestrdə 2-V-01-126 nömrə ilə qeyd edilmiş X30 X12dən görünür ki, xx.xx.2005-ci ildə vəfat etmiş X4 vərəsəsi Maraqlı şəxs2dır. X7 məxsus Lənkəran rayonu, Liman şəhəri, Rəsul Rza küçəsində mülkiyyətində olan 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 45 kv.m yaşayış, 22.1 kv.m köməkçi sahədən ibarət 36 nömrəli fərdi yaşayış evi Maraqlı şəxs2 miras verilmişdir. Ədliyyə Nazirliyinin Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsi Lənkəran Rayon 1 Saylı Notariat Ofisinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 87 nömrəli məktubunda qeyd edilmişdir ki, mərhum X7 və X11 aid «Elektron notariat» X1 müvafiq araşdırma aparıldı, vərəsəlik işinin açılması və «Vərəsəlik hüququ haqqında» şəhadətnamənin verilməsi faktı müəyyən edilməmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, mübahisələndirilən əmlakın yerləşdiyi 0.04 ha torpaq sahəsi JN-994F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə hazırki iş üzrə iddiaçıların və onların ailə üzvlərinin (8 nəfərdən ibarət tərkibdə) ümumbirgə mülkiyyətindədir. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 12-12/121 nömrəli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində Ev təsərrüfatlarının uçotu kitabı” Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən 2013-cü ildə verilmiş və sözügedən kitabda “təsərrüfat üzvlərinin siyahısı” bölməsi olmasına baxmayaraq daşınmaz əmlakın mülkiyyəti barədə bölmə nəzərdə tutulmamışdır. Bu səbəbdən mülkiyyət barədə qeydlər aparılmayıb. Eyni zamanda bildirilir ki, ünvan 4 ünvanda yaşamış X8 2005-ci ildə vəfat etdiyindən ümumiyyətlə onun adı 2013-2023-cü illər ərzində verilmiş kitablarda qeyd olunmamış və adına Liman şəhəri ərazisində daşınmaz əmlakın olub-olmaması barədə nümayəndəlikdə hər hansı bir məlumat yoxdur. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 12-12/129 nömrəli məktubunda qeyd edilmişdir ki, iddia edilən 0,04 ha həyətyanı torpaq sahəsi ünvan 5 ünvanda yerləşir.Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları və Liman bələdiyyəsinin işirakı ilə həyətyanı sahəyə baxış keçirildi (akt əlavə olunur) və məlum oldu ki, fərdi yaşayış evi bir damın altında olmaqla iki hissəyə ayrılmışdır. Halhazırda həmin torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evinin 2 otaq, 1 dəhliz və 1 mətbəx olmaqla bir hissəsindən İddiaçı1 4 nəfərdən ibarət olan ailə üzvləri ilə birlikdə istifadə edir və yaşayır. Evin 2 otaq, 1 dəhliz və 1 mətbəx olmaqla digər hissəsinin baxış zamanı bağlı olduğu müəyyən edilmişdir. Verilən məlumata əsasən sözügedən evin bağlı hissəsində mərhum X4 övladı Bakı şəhərində yaşayan Maraqlı şəxs2 əraziyə gəldiyi təqdirdə yaşayır və oradan istifadə edir. Sözügedən 0,04 ha həyətyanı torpaq sahəsində iki sanitar qovşaq, iki hamam, iki işıq və iki qaz sayğacları vardır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəməyə ünvanladığı məktubda qeyd edilmişdir ki, ləğvi qoyulmuş xx.xx.2008-ci il tarixli, ********* qeydiyyat nömrəli “Çıxarış” Lənkəran rayonu, Liman şəhəri ərazisində yerləşən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 18 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən tərtib olunmuş JN- 994F nömrəli şəhadətnamə ilə hazırki iş üzrə iddiaçıların adları daxil olmaqla ayrılmış 0.04 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair vahid daşınmaz əmlak obyekti kimi dövlət reyestrindən verilmiş hüquqmüəyyənedici sənəddir. Mübahisələndirilən əmlakın hüquqi rejiminə münasibətdə bildirilir ki, islahatın müvafiq qərarı əsasında ilkin hüquqmüəyyənedici sənəd qismində ailə başçısı olaraq X3 (ümumilikdə 8 nəfər olmaqla) adına tərtib olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-994F nömrəli “Şəhadətnamə” üzrə ayrılmış 0.04 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 45.0 kv.m yaşayış, 22.1 kv.m köməkçi sahədən ibarət 36 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə vahid daşınmaz əmlak obyekti olaraq daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2008-ci il tarixli, ********* qeydiyyat nömrəli Çıxarışla hal-hazırda Maraqlı şəxs2 mülkiyyətindədir. Aparılan araşdırma nəticəsində məlum oldu ki, yuxarıda barəsində qeyd olunan xx.xx.2008-ci il tarixli, ********* qeydiyyat nömrəli “Çıxarış” təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənədlər əsasında “X30 X12” əsas götürülməklə vətəndaş Maraqlı şəxs2 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmişdir. Məlumat üçün bildiririk ki, sözügedən JN-994F nömrəli “Şəhadətnamə” üzrə əvvəlki hüquq sahibi olaraq X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.04 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair ilkin qeydiyyat aparılarkən texniki qüsurlara yol verildiyindən torpaq sahəsi vərəsəlik şəhadətnaməsində səhvən mərhumun tam mülkiyyəti kimi göstərildiyindən, bütövlükdə vərəsə olaraq Maraqlı şəxs2 tam mülkiyyətinə verilmişdir. Belə ki, yuxarıda barəsində qeyd olunan hal-hazırda Maraqlı şəxs2 məxsus Lənkəran rayonu, Liman şəhəri, Rəsul Rza küçəsi ünvanında yeriəşən 36 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi reallıqda həmin şəhadətnamə ilə göstərilən şəxslərin ümumbirgə mülkiyyəti sayılır, habelə hüquqmüəyyənedici sənəd olaraq həmin şəhadətnamə halhazırda qüvvədədir. Əlavə olaraq bildiririk ki, X5 xx.xx.2008-ci il tarixli , ********* qeydiyyat nömrəli Çıxarış 297 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən verilmiş, həmçinin sözügedən Qeydiyyat Vəsiqəsi isə Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 333 saylı Sərəncamından Çıxarışa əsasən verilmişdir. Eyni zamanda bildirilir ki, ********* qeydiyyat nömrəli Çıxarış verilərkən Şəhadətnamədə göstərilmiş mülkiyyətçilərin razılığı ilə bağlı hər hansı bir məlumat Ərazi İdarəsinin arxiv məlumatlarında aşkar edilməmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 333 saylı sərəncamından görünür ki, Liman şəhəri R.Rza küçəsi 36 saylı evdə yaşayan X4 mərhum həyat yoldaşı X9 477,3 kv.m həyətyanı torpaq sahəsində tikdiyi ümumi sahəsi 67,1 kvm,yaşayış sahəsi 45,0 kvm olan bir mərtəbəli,üç otaqlı fərdi yaşayış evi onun adına qeydə alınsın. Şəhər icra hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsi qeydə alınan obyektlərin layihələrini hazırlayıb təsdiq etsin. Rayon texniki invenlarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi vəfəndaşların sənədlərində müvafiq düzəliş aparsın və bu barədə aidiyyatı bələdiyyələrə məlumat versin. Məhkəmənin mövqeyi və tətbiq olunan hüquq normaları: Belə ki, Konstitusiyanın 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-994F, KOD 80202004 nömrəli şəhadətnaməsi ilə Lənkəran rayonu, Liman şəhər sakinləri X8, X6, X14, X19, X15, X13, X21 və İddiaçı1 oluna Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə 0.04 ha torpaq sahəsi mülkiyyətə verilmiş, lakin torpaq sahəsi ümumbirgə mülkiyyətdə olmasına baxmayaraq Azərbaycan Respublikasınin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X17 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № ******* nömrəli, ********* qeydiyyat nömrəli, **********70-10301 nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışla Lənkəran rayonu, Liman şəhəri, Rəsul Rza küçəsində mülkiyyətində olan 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 45 kv.m yaşayış, 22.1 kv.m köməkçi sahədən ibarət 36 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə tək mülkiyyətçi kimi X4 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 121 nömrəli vərəqində qeydiyyata alınmış, daha sonra xx.xx.2008-ci il tarixli Reyestrdə 2-V-01-126 nömrə ilə qeyd edilmiş X30 X12 ilə Maraqlı şəxs2 miras verilmişdir və həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X17 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № ******* nömrəli, ********* qeydiyyat nömrəli, **********70-10301 nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışla Lənkəran rayonu, Liman şəhəri, Rəsul Rza küçəsində mülkiyyətində olan 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 45 kv.m yaşayış, 22.1 kv.m köməkçi sahədən ibarət 36 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs2 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 121 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, islahatın müvafiq qərarı əsasında ilkin hüquqmüəyyənedici sənəd qismində ailə başçısı olaraq X3 (ümumilikdə 8 nəfər olmaqla) adına tərtib olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-994F nömrəli “Şəhadətnamə” üzrə ayrılmış 0.04 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 45.0 kv.m yaşayış, 22.1 kv.m köməkçi sahədən ibarət 36 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə vahid daşınmaz əmlak obyekti olaraq daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2008- ci il tarixli, ********* qeydiyyat nömrəli “Çıxarışla hal-hazırda Maraqlı şəxs2 mülkiyyətindədir. Aparılan araşdırma nəticəsində məlum oldu ki, yuxarıda barəsində qeyd olunan xx.xx.2008-ci il tarixli, ********* qeydiyyat nömrəli “Çıxarış” təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənədlər əsasında “X30 X12” əsas götürülməklə vətəndaş Maraqlı şəxs2 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmişdir. Belə ki, sözügedən JN-994F nömrəli “Şəhadətnamə” üzrə əvvəlki hüquq sahibi olaraq X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.04 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair ilkin qeydiyyat aparılarkən texniki qüsurlara yol verildiyindən torpaq sahəsi vərəsəlik şəhadətnaməsində səhvən mərhumun tam mülkiyyəti kimi göstərildiyindən, tərəflərindən bütövlükdə vərəsə olaraq Maraqlı şəxs2 tam mülkiyyətinə verilmişdir. Qeyd olunan hal-hazırda Maraqlı şəxs2 məxsus Lənkəran rayonu, Liman şəhəri, Rəsul Rza küçəsi ünvanında yeriəşən 36 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi reallıqda həmin şəhadətnamə ilə göstərilən şəxslərin ümumbirgə mülkiyyəti sayılır, habelə hüquqmüəyyənedici sənəd olaraq həmin şəhadətnamə hal-hazırda qüvvədədir. X2 xx.xx.2008-ci il tarixli, ********* qeydiyyat nömrəli Çıxarış 297 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən verilmiş, həmçinin sözügedən Qeydiyyat Vəsiqəsi isə Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 333 saylı Sərəncamından Çıxarışa əsasən verilmişdir. Eyni zamanda bildirilmişdir ki, ********* qeydiyyat nömrəli Çıxarış verilərkən Şəhadətnamədə göstərilmiş mülkiyyətçilərin razılığı ilə bağlı hər hansı bir məlumat Ərazi İdarəsinin arxiv məlumatlarında aşkar edilməmişdir. Göründüyü kimi, Lənkəran Rayon Aqrar İslahatı Komissiyasının 18 iyun 1998-ci il tarixli, 11 nömrəli qərarı əsasında 0,04 ha həyətyanı torpaq sahəsi X3, o cümlədən İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi mülkiyyətinə verilsə də, sonradan ********* qeydiyyat nömrəli Çıxarış verilərkən Şəhadətnamədə göstərilmiş mülkiyyətçilərin razılığı olmadan cavabdehin də qeyd etdiyi kimi texniki qüsura yol verilərək mübahisəli torpaq sahəsi səhvən X3 tam mülkiyyəti kimi göstərilmiş və digər mülkiyyətçilərin mülkiyyət hüququ pozulmuşdur. Belə ki, İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Beləliklə, məhkəmə müəyyən edir ki, Lənkəran Rayon Aqrar İslahatı Komissiyasının 18 iyun 1998-ci il tarixli, 11 nömrəli qərarı əsasında X3 və onun 8 nəfər ailə üzvlərinin xüsusi mülkiyyətinə ayrılmış 0,04 ha həyətyanı torpaq sahəsi ilə bağlı ailə üzvlərinin payları müəyyənləşdirilmədiyindən həmin torpaq sahəsi ümumi birgə mülkiyyətdə olan torpaq sahəsidir. Mülki Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 213.7-ci maddəsinin tələbinə görə ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəllənin 222.2-ci maddəsinin tələbinə görə birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Həmin Məcəllənin 223.2-ci madəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Göründüyü kimi, qanunvericiliyin yuxarıda sadalanan maddi hüquq normaları ümumi birgə mülkiyyətdə olan əşyaya (hazırki mübahisədə torpaq sahəsinə) dair sərəncam vermək hüqunun bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilməli, habelə ümumi birgə mülkiyyətdə olan əşyanın digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyulmalı və ya başqa şəkildə yüklü edilməli olduğunu tələb edir. Beləliklə, məhkəmə müəyyən edir ki, mübahisələndirilən çıxarışın verilməsinin birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin digər iştirakçılarının, o cümlədən İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 razılığı əsasında həyata keçirildiyini təsdiq edən hər hansı bir sübut növü məhkəməyə təqdim edilməmişdir. X10 0,04 ha həyətyanı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi barədə müraciət edərkən cavabdeh inzibati orqan birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin digər iştirakçılarının razılıq ərizəsini tələb etməmiş, yəni hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün əsasların olub-olmadığını müəyyən etməmiş, bununla da, qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq qanunsuz inzibati akt qəbul etməklə, həmin şəxslərin, o cümlədən iddiaçıların qanunla qorunan hüquqlarına müdaxilə etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 8.0.2. Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; Maddə 8.0.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Maddə 8.0.4. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Maddə 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 8.0.6. Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Maddə 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə 8.0.8. Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: Maddə 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: Maddə 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; Maddə 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; Maddə 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Maddə 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: Maddə 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Maddə 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Maddə 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə 9.1.3. Bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi cavabdeh inzibati orqanın vəzifə səlahiyyətlərinə daxildir. Maddə 15.1.5. Daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Maddə 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Maddə 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddə 23.1 Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1 -ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 -ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların X17 ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən X4 adına **********70-10301 reyestr nömrə ilə aparılmış qeydiyyatın 0.04 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun onun adına qeydə alınması hissəsində ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə mübahisəyə qiymət verərkən qanunvericiliyin aşağıdakı müddəalarını qeyd etməyi zəruri sayır: «İnzibati icraat haqqında» Qanun: 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 36.3-cü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. 36.4-cü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər. Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. İPM-in: 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, qeyd olunan qanunvericilik normalarına istinadən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, X4 adına **********70-10301 reyestr nömrə ilə aparılmış qeydiyyatın 0.04 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun X4 adına qeydə alınması hissəsində ləğv edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə : Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci. 62-ci, 68 – 69-cu, 75ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin. X4 adına **********70-10301 reyestr nömrə ilə aparılmış qeydiyyatın 0.04 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun X4 adına qeydə alınması hissəsində ləğv edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar