Məhkəmə qərarları › İş №2-1(120)-2540/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2540/2025

03.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2540/2025 03.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə qarşı «xx.xx.2024-cü il tarixli 1 saylı qərarı qanunsuz hesab edilərək, xx.xx.1999-cu ildə anadan olmuş X4 «şəhid» statusunun verilməsi, atası İddiaçı və anası X1 şəhid ailəsinin üzvləri hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xx.xx.2024-cü il tarixli 1 Saylı qərarını qanunsuz hesab edilərək, xx.xx.1999-cu ildə anadan olmuş X4 «şəhid» statusunun verilməsi,atası İddiaçı və anası X1 şəhid ailəsinin üzvləri hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, onun oğlu X5 17 yanvar 1999-ci ildə Sabirabad rayonunda anadan olmuşdur. O, xx.xx.2019-cu il tarixdə Sabirabad Hərbi Komisarlığından həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.2021-ci ilədək N saylı hərbi hissədə xidmət etmişdir. xx.xx.2023-cü il tarixdə X5 ağciyər və ürək çatmamazlığının digər dəqiqləşdirilmiş formaları nəticəsində vəfat etmişdir. Bu barədə mərhumun AO № ******* saylı hərbi biletinin 22-ci səhifəsində müvafiq qeydlər aparılmışdır. Bundan əlavə olaraq xx.xx.2023-cü il tarixli, N nömrəli hərbi hissənin arayışından müəyyən edilir ki, əsgər X5 həqiqətən xx.xx.2019-cu il tarixdən xx.xx.2023-ci il tarixədək N saylı hərbi hissədə həqiqi xidmətdə, olmuş, xx.xx.2023-cü il tarixdə ağciyər və ürək çatmamazlığının digər dəqiqləşdirilmiş formaları nəticəsində vəfat etmişdir. N saylı hərbi hissə döyüş şəraitində yerləşir və döyüş tapşırığını yerinə yetirir.Həmçinin iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamədə göstərilir ki, X5 ağciyər və ürək çatmamazlığının digər dəqiqləşdirilmiş formaları nəticəsində vəfat etmişdir. X2 şəhid olması ilə bağlı xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad Rayon Şöbəsinə ərizə ilə müraciət edərək X4 şəhidlik statusu verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad Rayon Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-43-54/2-404/2025 saylı məktubla iddiaçının müraciətində göstərdiyi şəhid statusunun verilməsinə imtina etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, X4 şəhidlik statusunun verilməsi və İddiaçı “şəhid ailəsi” hesab edilməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur.Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Sabirabad rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Sabirabad rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon Şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-43-54/2-404/2025 nömrəli məktubda “Ağdamın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunması qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-43-54/2-172/2025 nömrəli məktuba əsasən, Sabirabad rayon Azadkənd kəndində doğulmuş, xx.xx.1999-cu il təvəllüdlü X5 xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur.Ağdam istiqamətində xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə döyüşlərdə iştirak etmişdir.Valideyini İddiaçı təqdim etdiyi Milli Onkologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli X3 surətinə əsasən O.İddiaçı xx.xx.2020-ci il tarixdə hərbi hissədə sağ baldırın yuxarı 1/3 hissəsinin yumşaq toxuma absesi diaqnozu ilə absesin drenajlanması icra edilmişdir. O.İddiaçı yenidən baldır nahiyəsində şişkinlik qeyd edildiyindən xx.xx.2021- xx.xx.2021 -ci il tarixlərdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müalicədə olmuşdur. Xəstəyə xx.xx.2021-ci il tarixdə SQ-nin BKHda sağ baldır nahiyəsinin Hematomasının açılması cərrahi əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonra yara ikincili sağalmışdır. O.İddiaçı yenidən sağ baldırın yuxarı 1/3 hissəsində şişkinlik, ağrı qeyd edildiyindən xx.xx.2022-ci il tarixdə “Bakı Sağlamlıq” Klinikasında MRT müayinəsi olunmuş,sağ qamış sümüyünün proksimal 1/3 hissəsində metafizar nahiyədə ortada 17x16x13 mm ölçüdə T1 hipo, STİR hiperintes ocaq təyin edilmişdir. Əlavə müayinə və müalicə üçün ilk dəfə xx.xx.2022-ci il tarixdə MOM-a müraciət etmişdir. Aparılmış müayinələrə əsasən “sağ baldır nahiyyəsinin sinoval sarkoması.Sağ qasıq limfa düyünü və hər iki ağciyərə metastaz” diaqnozu təsdiq olunmuşdur. Xəstəyə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə MOM-da 3 kurs PKT aparılmışdır. O.İddiaçı xx.xx.2023-cü il tarixdə törəmənin qanaması şikayəti ilə təkrar müraciət etmiş, O.İddiaçı cərrahi əməliyyat məsləhət görülmüş və MOM-un Ümumi Onkologiya şöbəsində hospitalizasiya olunmuşdur. O.İddiaçı xx.xx.2023-cü il tarixdə Sağ mid femoral amputasiyası icra edilmişdir. X5 xx.xx.2023-cü il tarixdə Ağ ciyər və ürək çatmamazlığının digər dəqiqləşdirilmiş formaları nəticəsində vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon Şöbəsinin məhkəməyə ünvanladığı “xx.xx.2024-cü il tarixli, 1 nömrəli qərarına əsasən, İddiaçı xx.xx.2024 tarixli müraciətində (vəsatətində) övladı X4 şəhid statusunun verilməsini, atası İddiaçı Ədalət oğlunun və anası X1 şəhid ailəsinin üzvləri hesab edilməsini xahiş etmişdir. Mövcud sənədlərə əsasən X4 xx.xx.2020-ci il tarixdə hərbi hissədə saq baldırın yuxarı 1/3 hissəsinin yumşaq toxuma absesi diaqnozu ilə absesin drenajlanması icra edilmişdir. X5 yenidən baldır nahiyəsində şişkinlik qeyd edildiyindən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müalicədə olmuşdur. Xəstəyə xx.xx.2021-ci il tarixdə SQ-nin RKH-da saq baldır nahiyəsinin Hematomasının açılması cərrahi əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonra yara ikincili sağalmışdır. X5 yenidən saq baldırın yuxarı 1/3 hissəsində şişkinlik, ağrı qeyd edildiyindən xx.xx.2022-ci ıl tarixdə “Bakı Sağlamlıq” Klinikasında MRT müayinəsi olunmuş, saq qamış sümüyünün proksimal 1/3 hissəsində metafizar nahiyədə ortada 17x16x13 mrn ölçüdə T1 hipo, STİR hiperintes ocaq təyin edilmişdir. Əlavə müayinə və müalicə üçün ilk dəfə 05.07 2022-ci il tarixdə MOM-a müraciət etmişdir. Aparılmış müayinələrə əsasən “saq baldır nahlyyəsinin sinoval sarkoması.Saq qasıq limfa düyünü və hər iki ağciyərə metastaz” diaqnozu tssdic; olunmuşdur. Xəstəyə xx.xx.2022-13.09 2022-ci il tarixlərdə MOM-da 3 kurs PKT aparılmışdır. X5 xx.xx.2023-cü il tarixdə törəmənin qanamasi şikayəti ilə təkrar müraciət etmiş, O.İddiaçı cərrahi əməliyyat məsləhət görülmüş və MOM-un Ümumi Onkologiya şöbəsində hospitalizasiya olunmuşdur. O.İddiaçı xx.xx.2023-cü il tarixdə Sağ mid femoral amputasiyası icra edilmişdir. xx.xx.2023-cü il tarixdə yenidən MQM-a müraciət etmiş, sağ baldır nahiyyənin sinovial sarkoması. Sağ qasıq limfa düyünü və hər iki aq ciyərə metastaz metastaz.3 kurs PKT və saq mid femoral amputasiya sonrakı dövr diaqnozunun qoyulması müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1036-11Q nömrəli Qanununun 59 cu maddəsini “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən gözəştiər haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 1.2.5,1.2.6 bəndlərini rəhbər tutaraq, İddiaçı 11 dekabr 2024-cü il tarixli müraciəti (vəsatəsi) təmin edilməməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli ambulator kartdan çıxarışa əsasən, X4 xx.xx.2020-ci il tarixdə hərbi hissədə sağ baldırın yuxarı 1/3 hissəsinin yumuşaq toxuma absesi diaqnozu ilə absesin drenajlanması icra edilmişdir. Xəstədə yenidən baldır nahiyədə şişkinlik qeyd edildiyindən xx.xx.2021 -xx.xx.2021 tarixlərdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müalicədə olmuşdur. Xəstəyə xx.xx.2021 tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında sağ baldır nahiyəsinin Hematomasının açılması cərrahı əməliyyatı icra edilmişdir. Əməliyyatdan soma yara ikincili sağalmışdır. Xəstədə yenidən sağ baldır yuxarı 1/3 hissəsində şişkinlik, ağrı qeyd edildiyindən xx.xx.2022 tarixdə "Bakı Sağlamlıq" klinikasında MRT müayinəsi olunmuş, sağ qamış sümüyünün proksimal 1/3 hissəsində metafızar nahiyədə ortada 17x 16x13 mm ölçüdə T1 hipo, STİR hiperirıtens ocaq təyin edilmişdir. Xəstə əlavə müayinə və müalicə üçün ilk dəfə xx.xx.2022 tarixdə MOM-a müraciət elmişdir. Xəstəyə aparılmış müayinələrə əsasən "Sağ baldır nahiyyəsinin sinovial sarkoması. Sağ qasıq limfa düyünü və hər iki ağciyərə ınetastaz" diaqnozu təsdiq olundu. Xəstəyə kimyaterapevt tərəfindən baxıldı, prosesin yayılma dərəcəsini nəzərə alaraq PKT məsləhət görüldü. Xəstəyə 25.07.22-13.09.22 tarixlərdə MOM-da 3 kurs PKT aparılmışdır. Xəstə xx.xx.2023 tarixdə törəmənin qanaması şikayəti ilə təkrar müraciət etmiş, xəstəyə cərrahi əməliyyat məsləhət görülmüş və xəstə MOM-ıın Ümumi Onkologiya şöbəsinə hospitalizasiya olunmuşdur. Xəstəyə xx.xx.2023 tarixdə Sağ mid femoral amputasiyası icra edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 278 saylı qərarına əsasən, Sabirabad RHK tərəfindən 2019-cu ildə hərbi xidmətə çağırılmış, xx.xx.2021-ci il tarixdən hərbi qeydiyyatda olan vətəndaş X2 hərbi xidmət dövründə hərbi xidmət keçərkən xəstələndiyi və xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə kimi SQ Baş Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz:”Sağ baldırın yuxarı 1/3-nin ön səthinin hematoması. Çoxsaylı karies” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-54/2-1118 nömrəli göndərişi, xx.xx.2023-cü il tarixli 182 nömrəli arayışı, SQ Baş Klinik Hospitalından verilmiş xx.xx.2021-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır”. İşdə olan Silahlı Qüvvələrin Baş X6 Cərrahiyyə Bölməsinin xx.xx.2021-ci il tarixli çıxarış epikrizindən görünür ki, xx.xx.2021-ci il tarixdə SQ-nin BKH-da sağ baldır nahiyəsinin Hematomasının açılması cərrahi əməliyyatı icra edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 201 saylı Hərbi Hissənin xx.xx.2025-ci il tarixli, 3-25-133/2-6697/2025 saylı məktubdan görünür ki, X5 barədə hərbi hissə tərəfindən təqdim olunan əmrdən çıxarışlar göndərilmişdir. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli, 2 saylı əmrdən çıxarışa əsasən, X5 N saylı hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli 57 nömrəli sərəncamına əsasən, hərbi xidmətlərin davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş, xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətininn siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulsun, müvafiq vəzifəyə təyin edilmişdir. N saylı Hərbi Hissənin 193 saylı, xx.xx.2021-ci il tarixli əmrdən çıxarışına əsasən, X5 xx.xx.2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, ərzaq və əşya təminatından xx.xx.2021-ci il tarixdən isə pul təminatından çıxarılmış, hərbi qeydiyyata durmaq üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq idarə, şöbə və bölmələrinə göndərilmişdir. - İşdə olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə anadan olmuş və Sabirabad rayonu, Azadkənd kəndində qeydiyyatdadır. İşdə olan AZ № 397097 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə ağciyər və ürək çatmamazlığının digər dəqiqləşdirilmiş formaları nəticəsində vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.1999-cu il tarixdə anadan olmuş, xx.xx.2023-cü il tarixdə ağciyər və ürək çatışmamazlığının digər dəqiqləşdirilmiş formaları nəticəsində vəfat etmiş X2 hərbi xidmət keçməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edib-etməməsi, o cümlədən yaralanması (səbəbi, hadisə ilə bağlı araşdırmaların nəticələri) barədə Ağdam Hərbi Prokrorluğunda məlumat olmadığından müraciətin adiyyəti üzrə O.İddiaçı hərbi xidmət keçdiyi hərbi hissəyə göndərilməsi məqsədəmüvafiqdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» 03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»na əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər (bənd 1.2.5). Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər (bənd 1.2.6). Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissəninarayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir (bənd 4.1). Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir (bənd 4.2). «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin, «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinin tətbiq edilməli olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli qanunun tələblərinə müvafiq təkmilləşdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, habelə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən görünür ki, şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsi: 1.4.2. Həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. İş materialları və məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı cavabdeh orqana müraciət edərək, X2 “şəhid” və İddiaçı “şəhid ailəsi” hesab edilməsi barədə arayışın verilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən imtina edilərək bildirilmişdir ki, X5 xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2023-ci il tarixdə ağciyər və ürək çatmamazlığının digər dəqiqləşdirilmiş formaları nəticəsində vəfat etmişdir. Şəhid və şəhid ailəsi statusunun verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na əsasən həyata keçirilir. Bu Qaydanın 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində yerləşən hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itgin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. İddiaçı xx.xx.2025-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə ünvanladığı ərizəsində də qeyd etmişdir ki, oğlu ağciyər və ürək çatmamazlığının digər dəqiqləşdirilmiş formaları nəticəsində vəfat etmişdir. Odur ki, bu kateqoriyadan olan hərbi qulluqçulara şəhid, ailələrinə şəhid ailəsi statusunun verilməsi qanunvericiliklə nəzərdə tutulmadığından, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsi tərəfindən mərhum X4 şəhid statusunun verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın tələblərinə uyğun deyil. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli ambulator kartdan çıxarışa əsasən, X4 xx.xx.2020-ci il tarixdə hərbi hissədə sağ baldırın yuxarı 1/3 hissəsinin yumuşaq toxuma absesi diaqnozu ilə absesin drenajlanması icra edilmişdir. Xəstədə yenidən baldır nahiyədə şişkinlik qeyd edildiyindən xx.xx.2021 -xx.xx.2021 tarixlərdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müalicədə olmuşdur. Xəstəyə xx.xx.2021 tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında sağ baldır nahiyəsinin Hematomasının açılması cərrahı əməliyyatı icra edilmişdir. Əməliyyatdan soma yara ikincili sağalmışdır. Xəstədə yenidən sağ baldır yuxarı 1/3 hissəsində şişkinlik, ağrı qeyd edildiyindən xx.xx.2022 tarixdə "Bakı Sağlamlıq" klinikasında MRT müayinəsi olunmuş, sağ qamış sümüyünün proksimal 1/3 hissəsində metafızar nahiyədə ortada 17x 16x13 mm ölçüdə T1 hipo, STİR hiperirıtens ocaq təyin edilmişdir. Xəstə əlavə müayinə və müalicə üçün ilk dəfə xx.xx.2022-ci il tarixdə MOM-a müraciət elmişdir. Xəstəyə aparılmış müayinələrə əsasən "Sağ baldır nahiyyəsinin sinovial sarkoması. Sağ qasıq limfa düyünü və hər iki ağciyərə ınetastaz" diaqnozu təsdiq olundu. Xəstəyə kimyaterapevt tərəfindən baxıldı, prosesin yayılma dərəcəsini nəzərə alaraq PKT məsləhət görüldü. Xəstəyə 25.07.22-13.09.22-ci il tarixlərdə MOM-da 3 kurs PKT aparılmışdır. Xəstə xx.xx.2023-cü il tarixdə törəmənin qanaması şikayəti ilə təkrar müraciət etmiş, xəstəyə cərrahi əməliyyat məsləhət görülmüş və xəstə MOM-ıın Ümumi Onkologiya şöbəsinə hospitalizasiya olunmuşdur. Xəstəyə xx.xx.2023 tarixdə Sağ mid femoral amputasiyası icra edilmişdir. Həmçinin təqdim edilmiş sənədlər üzrə müəyyən edilir ki, iddiaçı O.Quliyev xx.xx.2020-ci il tarixdən düşmən təxribatının qarşısının alınması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Lakin döyüş əməliyyatları gedişatında xəsarət və yaralanma hadisəsi baş verməmişdir. Bundan sonra N saylı Hərbi Hissənin 193 saylı, xx.xx.2021-ci il tarixli əmrdən çıxarışına əsasən, X5 xx.xx.2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, ərzaq və əşya təminatından xx.xx.2021-ci il tarixdən isə pul təminatından çıxarılmış, hərbi qeydiyyata durmaq üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq idarə, şöbə və bölmələrinə göndərilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının altsistemdən verilmiş məlumata əsasən, mərhum X4 xx.xx.2023-cü il tarixdən müddətsiz ümumi xəstəlik səbəbindən birinci dərəcə əlillik təyin edilmişdir. Bundan bir müddət sonra isə X5 xx.xx.2023-cü il tarixdə ağciyər və ürək çatmamazlığının digər dəqiqləşdirilmiş formaları nəticəsində vəfat etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Cavabdeh orqan iddiaçının mərhum oğluna şəhid statusunun verilməsindən imtina edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, belə halların mövcudluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və işin faktiki halları ilə də təsdiq olunduğu kimi iddiaçının mərhum oğlu qanunvericiliyin tələbi baxımından şəhid hesab olunmur. Belə olan halda onun şəhid hesab edilməsi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun tələblərinə zidd olacaqdır. Belə ki, mərhum O.Quliyev döyüş əməliyyatlarında iştirak etməmişdən əvvəl xəstə olmuşdur, bundan sonra əməliyyat olunmuş və xx.xx.2020-ci il tarixdə hərbi hissədə sağ baldırın yuxarı 1/3 hissəsinin yumuşaq toxuma absesi diaqnozu ilə absesin drenajlanması icra edilmişdir. Döyüş əməliyyatlarında iştirak etdikdən bir neçə il sonra, yenidən baldır nahiyədə şişkinlik qeyd edildiyindən xx.xx.2021-xx.xx.2021 tarixlərdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müalicədə olmuş, xx.xx.2021 tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında sağ baldır nahiyəsinin Hematomasının açılması cərrahı əməliyyatı icra edilmişdir və daha sonra digər cərrahi əməliyyatlar həyata keçirilmişdir. Qeyd edilən qanunvericilik normalarının tələbləri baxımından şəxsin şəhid hesab edilməsi üçün onun ölümü ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması (yəni döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi) arasında səbəbli əlaqə mövcud olmalıdır. İş üzrə mərhumun döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar hər hansı xüsusat müəyyən edilməmişdir. Göründüyü kimi, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş səbəbli əlaqə hazırkı iş üzrə iddiaçının mərhum oğluna münasibətdə müəyyən edilmədiyinə görə, inzibati orqanın iddiaçının oğluna şəhid statusu verilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçının cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə qarşı “xx.xx.2024-cü il tarixli 1 Saylı qərarını qanunsuz hesab edərək, xx.xx.1999-cu ildə anadan olmuş X4 «şəhid» adının verilməsi atası İddiaçı və anası X1 şəhid ailəsinin üzvləri hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə qarşı «xx.xx.2024-cü il tarixli 1 Saylı qərarını qanunsuz hesab edilərək, xx.xx.1999-cu ildə anadan olmuş X4 «şəhid» adının verilməsi atası İddiaçı və anası X1 şəhid ailəsinin üzvləri hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar