Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2543/2023 15.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli 97 saylı sərəncamının icarəsində olmuş 25 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi» barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli 97 saylı sərəncamının icarəsində olmuş 25 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi» barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Şirvan inzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının xx.xx.2004-cü il tarixli 102 saylı sərəncamı ilə mərhum əri X2 50 ha qış otlaq sahəsi 15 il müddətinə icarəyə verilmiş və vəfat etdikdən sonra müddətin qalan hissəsi RİHB-nin 13 yanvar 2012-ci il tarixli 05 saylı sərəncamı ilə ona verilmişdir. Müqavilə müddəti xx.xx.2019-cu ildə bitməsinə baxmayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 37s saylı sərəncamı ilə torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmiş və Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli sərəncamı, 08 saylı icarə müqaviləsi ilə həmin torpaq sahəsinin 25 ha "xxxx" MMC şirkətinə 49 il müddətinə icarəyə verilmişdir. 25 ha torpaq sahəsinə görə ona 2500 manat kompensasiya hesablanmış, lakin o, hesablanmış kompensasiyanı almaqdan imtina etmişdir. Göründüyü kimi icarəsindədə olan torpaq sahəsinin icarə müddəti bitməmiş Cavabdeh ondan xəbərsiz xx.xx.2017ci il tarixli 97 saylı sərəncamla icarə hüququna xitam vermiş və ona bu barədə heç bir məlumat verməmişdir. Həmin 25 ha torpaq sahəsi 2017-ci ildə "xxxx" MMC- nin icarəsinə verilsə də həmin torpaqdan o, 2022-ci ilə qədər istifadə etmiş və icarə haqqlarında ödəmişdir. Ona görə də hesab edir ki, Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli 97 saylı sərəncamı və 08 saylı icarə müqaviləsi qanunsuz və saxtadır. Qeyd edilənləri nəzərə alaraq xx.xx.2017-ci il tarixli sərəncamın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh tələbin icrasından imtina etmiş və imtinanı belə əsaslandırmışdır ki, Cavabdeh Başçısının xx.xx.2004-cü il tarixli 102 saylı sərəncamı ilə mərhum X2 50 ha qış otlaq sahəsi 15 il müddətinə icarəyə verilmiş və vəfat etdikdən sonra müddətin qalan hissəsi RİHB-nin 13 yanvar 2012-ci il tarixli 05 saylı sərəncamı ilə X1 verilmişdir. Müqavilə müddəti xx.xx.2019-cu ildə bitməsinə baxmayaraq Zeynəb Kazımova qanunsuz olaraq həmin torpaq sahəsindən çıxmamış, qanunsuz istismara davam etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 37s saylı sərəncamı ilə torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmiş və Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli sərəncamı,08 saylı icarə müqaviləsi ilə "xxxx" MMC şirkətinə uzun müddətə(49 il) icarəyə verilmişdir. 25 ha torpaq sahəsinə görə Zeynəb Kazımovaya 2500(iki min beş yüz)manat kompensasiya hesablanmış, iakin Zeynəb Kazımova hesablanmış kompensasiyanı almaqdan imtina etmişdir. ’’Azərşəkər” MMC şirkətinə icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsində olan 25 ha torpaq sahəsinə və əmlakına görə hesablanmış 13 500 manat kompensasiyanı almaqdan imtina etmişdir. Zeynəb Kazımova torpağı qanunsuz təyinatını dəyişməklə istismar etdiyinə görə onunla yeni icarə müqaviləsinin bağlanması məqsədə müvafiq hesab edilməmişdir. Hər iki şirkətə torpaq sahəsi verilərkən qiymətləndiricilər tərəfindən hesablanmış kompensasiyanı alması Zeynəb Kazımovayaya dəfələrlə təklif olunmasına baxmayaraq o, imtina etmiş və torpaq sahəsini yeni təsərrüfatlara icarəyə verilməsinə baxmayaraq qanunsuz əkin işlərini davam etdirmişdir. Zeynəb Kazımovanın əraziyə aid hüquqmüəyyənedici sənədi olmadığından irəli sürdüyü tələblər əsassızdır. Üçüncü şəxs "xxxx" MMC iddiaya qarşı etiraz edərək bildirmişdir ki, Ağcabədi icra hakimiyyəti ilə iddiaçı arasında torpaq icarə müqaviləsinin ləğv edilməsi tam əsaslı olmuşdur. Müqavilənin ləğv edilməsinin əsaslılığı və həmin hallara əsaslanır, iddia predmeti olan torpaq sahəsi cavabdehə maldarlıq məqsədləri ilə otlaq sahəsi qismində istifadə üçün verilmişdi. Cavabdeh isə həmin sahədən biçınçilik məqsədi ılə istifadə etmişdir, deməli, icarə müqaviləsi ilə müəyyənləşmiş icarə və istifadə şərtini pozmuşdur ki, bu da, icarəyə verənə, yəni, Cavabdehnə əsas vermişdir ki, icarə müqaviləsini ləğv etsin. Torpaq sahəsinin kateqoriyası sonradan heyvandarlıq kateqoriyasından əkinçilik kateqoriyasına keçirilmişdir və bu əsasla da icarə müqaviləsinin faktik əsası ləğv edildiyindən icarə müqaviləsi öz qüvvəsini itirmişdir. Belə ki, torpaq sahəsi onun kateqoriyası dəyişdirildikdən sonra heyvandarlıq məqsədləri ilə istifadə edilə bilməzdi, icarə müqaviləsi isə torpaq sahəsinin məhz heyvandarlıq məqsdlərı uçun istifadəsini nəzərdə tutuduğu üçün avtomatik olaraq qüvvəsini itıtrmış hesab olunmalıdır. Bu səbəbdən, Cavabdeh mütləq qaydada torpaq sahəsinin heyvandarlıq məqsədi ılə istifadəsini nəzərdə tutan müqaviləni ləgv etməli olmuşdur, əks halda, torpaq sahəsi qeyri-qanuni, istifadə məqsədlərinə zidd olaraq istifadə olunacaqdır kı, İcra Hakimiyyəti də belə bir qanunsuzluğa yol verə bilməzdi. Beləliklə, iddiaçı ilə icarə müqaviləsinin ləgv edilməsi Cavabdeh bilavasitə qanundan irəli gələn vəzifə borcu olmuşdur. İcarə müqaviləsi qüvvəsini itirdikdən sonra torpaq sahəsinin "xxxx" MMC-yə əkinçilik məqsədləri ilə istifadə edilməsi üçün verilməsi tam qanuni və əsaslı olmuşdur. Bu zaman bütün prosedur qaydalara əməl edilmişdir. Bu hal, torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi barədə Nazirlər Kabinetinin qərarından irəli gəlmişdir, belə kı, qərar torpaq sahəsindən istifadənin effektivliyini artımaq məqsədini müəyyən etmişdir ki, bu da torpaqların daha çox maddi və maliyyə resursuna malik olan və ya belə resurslar cəlb edə bilən istifadəçilərə verilməsini zəruri etmişdir. Bildirir kı, həm inzibatı aktın mübahısələndirilməsi üzrə, həm də icarə hüquqlarının ləğv edilməsi üzrə iddia müddətləri artıq çoxdan ötmüşdür və buna görə də, nə inzibatı akt. nə də icarə hüquqlarının ləğvi artıq məhkəmə qaydasında mübahisələndirilə bilməz, inzibati prosessual məcəlləsi inzibatı aktın mubahisələndirılməsi üçün 1 (bir) ay müddət nəzərdə tutur ki, bu müddət də 2017-ci ildə bıtmişdıı. c) Əlavə olaraq göstərmək istəyir ki, Ağcabədi icra hakimiyyəti ilə İddiaçı arasında müqavilənin müddəti 2019-cu ildə bitmişdir, deməli, artıq 4 ildir ki, müqavilə hüquqi qüvvəsini itirmişdir. Bu səbəbdən, hazırda müqavilənin müddəti bitdikdən sonra onu hüquqi qüvvəyə malik müqavilə qismində nəzərdən keçirilməsi uçun heç bır hüquqi əsas müəyyən edilmir. Sözü gedən müqaviləyə 2017-ci ildə xitam verilərkən iddiaçıya müqavilənin xitamı üçün ödəniləcək kompensasiya hesablanmış və ödənilməsinə "xxxx" MMC tərəfindən cəhd edildiyinə baxmayaraq, iddiaçı kompensasiya məbləğini qəbul etməkdən imtina etmişdir. Cavabdeh Nazirlət Kabinetinin qərarına əsaslanaraq müqaviləyə vaxtından əvvəl xitam vermiş və bunu etməkdə tam haqlı olmuşdur. Bu zaman iddiaçıya müqavilənin xitamı ilə əlaqədar ödəlıəcək kompensasiya hesablanmış Ağçabədı İcra Hakimiyyətinin qərarına əsasən müəyyən edilmiş, lakin iddiaçı kompensasiya almaqdan imtina etmişdir. Göründüyü kimi, Cavabdeh tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar olaraq iddiaçı müqavilənin huquqı qüvvəsinin bərpasını deyil, yalnız müəyyən kompensasiya ödənilməsini tələb edə bilər kı, kompensasiya məbləği də vaxtında hesablanmış və ödənilməsi iddiaçıya təklif edilmişdir. Aydın olur kı. Torpaq sahəsinin "xxxx" MMC-yə verilməsi tam əsaslı olduğu uçun inzibatı icraat qaydasında "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış torpaq icarəsi müqaviləsinin ləğv edilməsi qeyri-qanuni və əsassız olardı. Beləliklə də, baxılan iş üzrə inzibatı icraat qaydasında iddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilənin ləğvi edilməsinin əsassız hesab edilməsi üçün heç bir istər qanuni, istərsə də faktiki əsas müəyyən edilmir. Qeyd olunanlara əsasən. Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 29-cu maddisini rəhbər tutaraq iddia tələbi əsasız olduğu uçün rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, cavabdehə təqdim olunmuş bildirişdə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil buraxılmış iddia müddətinin üzürlü hesab edib bərpa edilməsini xahiş edir və iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin keçmiş iclasında iştirak edən cavabdehin nümayəndələri X4 və X3 iddiaya etiraz edərək tələblərinin əsassız olduğunu bildirmiş və təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 tərəflərindən iddianın etiraz olduğunun tam əsaslandırıldığı barədə təqdim edilən sübutları mötəbər sübut kimi qəbul edilməsini və tələbin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli sərəncamından çıxarışdan görünür ki, Ağcabədi rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid ehtiyat fondu torpaqlarından əkinə yararlı 1000 ha torpaq sahəsi yemçiliyin inkişafı üçün 49 il müddətinə "xxxx" MMC-yə icarəyə verilmiş, torpaq icarə müqavilələrinə vaxtından əvvəl xitam verilmiş vətəndaşlara əmlaklarının dəyəri olaraq "xxxx" MMC özəl qiymətləndirmə şirkəti tərəfindən hesblanmış və əlavə edilmiş siyahıda göstərilmiş şəxslərə kompensasiyanın, icarəyə götürülmüş 1000 ha torpaq sahəsinin notariat xidmətləri rüsumun və bank xərclərinin ödənilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. İş materiallarında olan torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2017-ci il tarixli müqavilənin surətindən göünür ki, Cavabdeh "xxxx" MMC-nə Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli sərəncamına əsasən 1000 hektar torpaq sahəsini 49 il müddətinə icarəyə vermişdir. İş materiallarında olan Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli sərəncamından görünür ki, Azerbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2017-ci il tarixli 37s saylı sərənncamı ilə Ağcabədi rayonunun inzibati ərazisinə daxil olan və əkin dövriyyəsinə cəlb edilməsi məqsədilə təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçlrilmiş 5800 hektar torpaq (qış otlağı) sahəsinin 5403 hektarından istifadə edən 94 icarədara məxsus əmlakın dəyərinin qiymətləndirilməsini, təyinatı dəyişdirilmiş torpaq sahəsini icarəyə götürən şirkətlə icarədariar arasında razılıq əsasında müəyyən edilmiş kompensasiyanın ödənilməsi öhdəliyini və bu barədə həmin torpaq sahəsindən istifadə edən icarədarlarn rayon İcra Hakimiyyətinə ünvanlanmış razılıq ərizələrini nəzərə alaraq müddəti bitmiş və bitməmiş icarə müqavilələrinə vaxtından əwəl xitam verilmişdir. İş materiallarında olan torpaqdan müvəqqəti istifadə hüququna dair JN-6652, KOD 60800001 nömrəli şəhadətnamədən görünür ki, Ağcabədi rayon Avşar kənd sakini X2 Cavabdeh başçısının xx.xx.2004-cü il tarixli 102 saylı qərarı və xx.xx.2004-cü il tarixli 102 saylı icarə müqaviləsi ilə Ağcabədi rayonun ərazisindən 110 saylı qış otlaq sahəsindən Qoyunçuluğu inkişaf etdirmək üçün 50.0 ha kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi müvəqqəti istifadə üçün verilmişdir. İş materiallarında olan Cavabdeh başçısının xx.xx.2012-ci il tarixli sərəncamından çıxarışdan görünür ki, Cavabdeh başçısının xx.xx.2004-cü il tarixli, 102 saylı sərəncamı ilə 15 il müddətinə icarəyə verilmiş 50.0 ha qış otlaq sahəsi üzərində icarə hüququ həmin müddətədək X1 verilmişdir. İş materiallarında olan Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli sərəncamından çıxarışdan görünür ki, Ağcəbədi rayonunun inzibati ərazisində yerləşən 102,102h.103,103h,104,105,105h.106 və 107 nömrəli qış otiaq sahələrindən (ərazidə olan hektarlar və tikinti altı ərazi hektar qeyd olunmaqla) şəkər çuğunduru, soya, buğda və qarğıdalı istehsalı məqsədilə əkin dövriyyəsinə cəlb edilməsi üçün 2500 ha torpaq sahəsinin təyinatının dəyişdirilməsi məqsədə müvafiq hesab edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli torpaq sahəsinin olanı və ölçüsündan görünür ki, "xxxx" MMC-nin icarəsində 1000.0 hektar torpaq sahəsi vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 97 saylı sərəncamına və xx.xx.2017-ci il tarixli, 08 saylı icarə müqaviləsinə əsasən Ağcabədi rayon ərazisindən 1000.0 hektar torpaq sahəsi "xxxx" MMC-nin icarəsinə verilmişdir. İş materiallarında olan Cavabdeh idiaçının vəkilinə ünvanladığı məktubundan görünür ki, Cavabdeh Başçısının xx.xx.2004-cü il tarixli 102 saylı sərəncamı ilə mərhum X2 50 ha qış otlaq sahəsi 15 il müddətinə icarəyə verilmiş və vəfat etdikdən sonra müddətin qalan hissəsi RİHB-nin 13 yanvar 2012-ci il tarixli 05 saylı sərəncamı ilə X1 verilmişdir. Müqavilə müddəti xx.xx.2019-cu ildə bitməsinə baxmayaraq Zeynəb Kazımova qanunsuz olaraq həmin torpaq sahəsindən çıxmamış, qanunsuz istismara davam etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 37s saylı sərəncamı ilə torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmiş və Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli sərəncamı,08 saylı icarə müqaviləsi ilə "xxxx" MMC şirkətinə uzun müddətə(49 il) icarəyə verilmişdir. 25 ha torpaq sahəsinə görə Zeynəb Kazımovaya 2500(iki min beş yüz)manat kompensasiya hesablanmış, iakin Zeynəb Kazımova hesablanmış kompensasiyanı almaqdan imtina etmişdir. ’’Azərşəkər” MMC şirkətinə icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsində olan 25 ha torpaq sahəsinə və əmlakına görə hesablanmış 13 500 manat kompensasiyanı almaqdan imtina etmişdir. Zeynəb Kazımova torpağı qanunsuz təyinatını dəyişməklə istismar etdiyinə görə onunla yeni icarə müqaviləsinin bağlanması məqsədə müvafiq hesab edilməmişdir. Hər iki şirkətə torpaq sahəsi verilərkən qiymətləndiricilər tərəfindən hesablanmış kompensasiyanı alması Zeynəb Kazımovayaya dəfələrlə təklif olunmasına baxmayaraq o, imtina etmiş və torpaq sahəsini yeni təsərrüfatlara icarəyə verilməsinə baxmayaraq qanunsuz əkin işlərini davam etdirmişdir. Zeynəb Kazımovanın əraziyə aid hüquqmüəyyənedici sənədi olmadığından irəli sürdüyü tələblər əsassızdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 25 nömrəli sərəncamının icarəsində olmuş 25 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsini xahiş edir. Hazırkı işdə tələb “mübahisələndirmə haqqında” iddiaya uyğundur. Bu qəbildən olan iddialarda isə, mövcud qanunvericilik iddia müddətini nəzərdə tutur və bu müddət kriteriyasına riayət olunmaması mümkünlük şərtinin mövcud olmaması nəticəsini yaradır. Mübahisə predmet olan sərəncam xx.xx.2017-ci il tarixdə qəbul olunmuşdur, lakin hazırkı iddiaçı bu sərəncamı 2023-cü ilin mart ayında (məhkəməyə daxil oldğu vaxt), yəni sərəncamların qəbul olunduğu vaxtdan müvafiq olaraq 05 il 06 aydan sonra mübahisələndirmişdir. Mübahisələndirilən sərəncamın iddiaçı tərəfə məlum olması vaxtına gəldikdə isə, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli sərəncamı, 08 saylı icarə müqaviləsi ilə həmin torpaq sahəsinin 25 ha "xxxx" MMC şirkətinə 49 il müddətinə icarəyə verilmişdir. 25 ha torpaq sahəsinə görə mənə 2500 (iki min beş yüz) manat kompensasiya hesablanmış, lakin o, hesablanmış kompensasiyanı almaqdan imtina etmişdir. Bundan başqa iddiaçı iddia ərizəsində bir daha qeyd etmişdir ki, icarəmdə olan torpaq sahəsinin icarə müddəti bitməmiş Cavabdeh məndən xəbərsiz xx.xx.2017-ci il tarixli 97 saylı sərəncamla icarə hüququma xitam vermiş və mənə bu barədə heç bir məlumat verməmişdir. Həmin 25 ha torpaq sahəsi 2017ci ildə "xxxx" MMC-nin icarəsinə verilsə də həmin torpaqdan mən 2022-ci ilə qədər istifadə etmişəm və icarə haqqlarında ödəmişəm. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 97 saylı sərəncamına və xx.xx.2017-ci il tarixli, 08 saylı icarə müqaviləsinə əsasən Ağcabədi rayon ərazisindən 1000.0 hektar torpaq sahəsi "xxxx" MMC -nin icarəsinə verilmişdir. İş materiallarına və məhkəmə iclasında iştirak edən tərəflrin çıxışlarına əsasən müəyyən edilmişdir ki, 24 iyun 2021-ci il tarixində artıq iddiaçı tərəfin torpaq sahəsinin onlara bağlı hissədə ləğv edildiyi və üçüncü şəxs "xxxx" MMC-yə icarəyə verilməsi barədə məlumatı olmuşdur. "xxxx" MMC tərəfindən İddiaçı məktub ünvanlanaraq iddiaçı tərəfə çatmalı olan 2500 manat kompensasiyanın verilməsi barədə məlumattlarının MMC-yə təqdim edilməsinin xahi olunduğu müəyyən edilir. (poçt qəbzi iş materiallarına əlavə edilmişdir). Digər bir hal isə iddiaçılar barəsində qəbul edilən 02 aprel 2004-cü il tarixli 102 saylı Cavabdeh Başçısının Sərəncamında icarə müddətinin 15 il müddətinə olmasıdır ki, qeyd edilən müddət bitdikdən sonra iddiaçılar tərəfindən müddətin artımı və ya digər hərəkətlərlə bağlı İcra Hakimiyyətinə hər hansı müracitin olduğu öz əksini tapmamışdır. Üçüncü hal isə iş materiallarına əlavə edilən Ağcabədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(017)-1048/2022-ci il tarixli qətnaməsinin surətidir ki, qeyd edilən qətnaməyə nəzər yetirilən zaman İddiaçı hal-hazırda mübahisələndirdiyi Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli 97 saylı sərəncamından məlumatının olduğu müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçı qanunda nəzərdə tutulmuş iddia müddətini üzürsüz səbəblərdən ötürmüş, Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 97 saylı sərəncamından xabərdar olmuşdur. İddiaçıya 25 ha torpaq sahəsinə görə 2500 manat kompensasiya hesablanaraq ona təklif edildiyində artıq iddiaçı onunla bağlanmış icarə müqaviləsinin ləğv olunmasından və torpaq sahəsinin "xxxx" MMCnin icarəsinə verildiyindən xəbərdar olmuşdur. İddiaçı tərəfindən sərəncamdan məlumatsız olmasını təsdiqləyən tutarlı dəlil və sübut gətirilmədiyindən, iddia sərəncamlara münasibətdə iddia müddəti ötürülməklə qaldırılmışdır. İddia müddətinin bərpası ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə üçüncü şəxsin nümayəndəsi tərəfindən ünvanlanan iddia müddətinin tətbiqinə dair ərizəyə və məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(120)-2543/2023 nömrəli hüquqi yardım məktubuna iddiaçı tərəfindən buraxılmış müddəti üzürlü hesab edib müddətin bərpa edilməsi xahiş olunmuşdur. Nəzərə alınmalıdır ki, İPM-in 24.4-cü maddəsində sadalanan “istisna” hallarının mövcudluğu barədə iddiaçının dəlili olmadığından, mübahisənin halları üzrə buraxılmış iddia müddətinin bərpası barədə ərizənin verilməsi də mümkün deyil. Həmçinin nəzərə alınmalıdır ki, mübahisə predmeti olan sərəncamın qanunla müəyyən edilmiş vaxtlarda mübahisələndirilməməsi, təkcə cavabdeh inzibati orqan üçün deyil, üçüncü şəxslər üçün də əlavə nəticələr yaranmasına şərait yaratmış olur. Müvafiq vaxtda mübahisənin qaldırılması isə, başqa şəxslər qarşısında öhdəliklərin genişlənməməsinə səbəb ola bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya xx.xx.2023-cü il tarixli, 2-1(120)-2543/2023 nömrəli məktublarla hüquqi yardım məktubuna münasibət bildirmək üçün vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Bununla da, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, mübahisələndirilən sərəncam üzrə iddia müddətləri buraxılmışdır. Odur ki, məhkəmə hazırkı iddianın mümkün sayılmaması qənaətinə gəlir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə bütün qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-2543/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2543/2023
15.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver