Məhkəmə qərarları › İş №2-1(120)-2544/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2544/2025

21.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2544/2025 21.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 01 iyun 2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 21 iyul 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun İT-İ seriyalı ******* nömrəli əmək kitabçasına 1972-2001-ci illər ərzində qeyd edilən sığorta stajını, 1974-1976-cı illər hərbi xidmət dövrünü, 1995-1996-cı illərdə “Şəfəq” adına kolxozda olan iş stajını nəzərə alaraq, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “ona 01 iyun 2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyası təyinatı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələblərinə əsasən yasa görə əmək pensiyasının təyinatı üçün 25 il sığorta stajı tələb olunur. Onun 1972-2001-ci illər ərzində ümumilikdə 27 il sığorta stajı vardır. Bu dövrə İT-İ seriyalı ******* nömrəli əmək kitabçasına 1972-2001-ci illər ərzində işiədiyi müəssisə və təşkilatlar tərəfindən qeyd edilmiş sığorta stajı, 1974-1976-cı illər hərbi xidmət dövrü, mövsümi işlərlə əlaqədar Təsərrüfatlararası Təmir Tikinti İdarəsində işlədiyi dövrdə paralel olaraq “Şəfəq” adına kolxozda işlədiyi 1995-1996-cı illərdəki dövrə aid iş stajı daxildir. 08 oktyabr 2010-cu il tarixdə 4027 saylı şəhadətnamə ilə qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyalarının rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı ilədək) əmək pensiyası hüquqlarının nəzərə alınması əmək kitabçasına əsasən müəyyən edilir. Bu səbəbdən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-1/2-A- 305509/2024 saylı məktubla 1983-2001-ci illərdə işlədiyi müəssisədə əmək haqqı kitabları saxlanılmadığından həmin illərə aid əmək haqları barədə arayış təqdim edə bilmədiyi üçün ona əmək pensiyası təyin etməkdən imtina edilmişdir, halbuki həmin dövrlərdə işləməyi Biləsuvar rayonu Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48-10RA/2-280-2024 saylı Arxiv arayışı ilə təsdiq edilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı Mərkəzi Filiala yaşa görə ərnək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. İddiaçının müraciətinə baxılaraq xx.xx.2024-cü il tarixli, 3-17-1/2-A-176927/2024 nömrəli “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubu ilə biidirilmişdir ki. iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulan dövrdən (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin ediiməsi mıımkün deyil. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2018-ci il tarixindən 01,07.2019-cu il tarixinədək pensiya yaş həddi kişilər üçün 64 yaş müəyyən edilmişdir. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslərdə daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı ıl tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 7 il 10 ay 7 gün təşkil etdiyi müəyyən edilmişdir. Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən iddiaçıya məxsus əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1983-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdənçıxma əmri SSRİ dövrünə aid möhürlə təsdiqlənib) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Bildiririk ki, sözügedən dövr üzrə əməkhaqqı almağını təsdiq edən sənədləri (əmək haqqı arayışları və əmrlərdən çıxarışları) təqdim etdikdən sonra həmin dövrün sığorta stajına daxil edilməsinə baxıla biləcəyi qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bildiririk ki, Fondun 2 saylı X1 tərəfindən xx.xx.1983-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək Biləsuvar Təsərrüfatlararası Təmir Tikinti müəssisəsində iş stajı barədə Biləsuvar rayonu Dövlət Arxivində qarşılıqlı yoxlama keçirilərək yoxlama aktı tərtib edimişdir. Həmin Akta əsasən müəyyən edilmişdir ki, Biləsuvar Təsərrüfatlararası Təmir Tikinti müəssisəsinin 1983-1984-cü illərə aid əmr kitabı Biləsuvar rayonu dövlət arxivində saxlanılmadığından həmin illərdə İddiaçı adına olan əmrləri yoxlamaq mümkün olmamışdır. Eyni zamanda həmin aktda 1985-2001-ci illərə aid əmrlər kitabında İddiaçı adına olan faktlar aşağıda qeyd edilən qaydada müəyyən edilmişdir: 1). xx.xx.1985-ci il əmr № 33/4 1983-1984-cü il hesabına növbəti əmək məzuniyyətinə buraxılması barədə; 2) xx.xx.1986-cı il əmr № 8/1 1985-ci il hesabına növbəti əmək məzuniyyətinə buraxılması barədə; 3) xx.xx.1986-cı il əmr № 12/2 Təsərrüfatda ehtiyac yarandığı üçün məzuniyyətdən təcili geri çağırılması barədə; 4) xx.xx.1986-cı il əmr № 22/3 İİ dərəcə traktorlar üzərində təmir işləri ilə əlaqədar 6 may tarixindən müvəqqəti olaraq İ.Əliyevin emalatxanasına keçirilməsi barədə; 5) xx.xx.1986-cı il əmr № 22/2 1985-1986-cı illər hesabına növbəti əmək məzuniyyətinə buraxılması barədə; 6) xx.xx.1986-cı il əmr № 63/1 Biləsuvar Təsərrüfatlararası Təmir Tikinti müəssisəsinin traktorçusu, traktorların təmiri üzrə 4-cü dərəcəli çilingər keçirilməsi barədə; 7) xx.xx.1987-ci il əmr № 48/3 traktorçu vəzifə öhdəliklərini yaxşı icra etdiyi üçün əməkhaqqının üzərinə 25% əlavənin hesablanması barədə; 8) xx.xx.1988-ci il əmr № 48/10 Biləsuvar Təsərrüfatlararası Təmir Tikinti müəssisəsinin traktorçusu 01 iyul tarixindən əməkhaqqının yol vərəqələrinə əsasən hesablanması barədə; 9) xx.xx.1988-ci il əmr № 52/2 1986-1987-ci illər hesabına növbəti əmək məzuniyyətinə buraxılması barədə; 10) xx.xx.1988-ci il əmr № 53/2 1988-ci il hesabına növbəti əmək məzuniyyətinə buraxılması barədə; 11) xx.xx.1992-ci il əmr № 16/3 xx.xx.1992-ci il tarixindən traktoru təmirə dayandığı üçün İ dərəcə ilə fəhlə keçirilərək M.Həbibovun briqadasına göndərilməsi barədə; 12) xx.xx.2001-ci il əmr № 02-Biləsuvar Təsərrüfatlararası Təmir Tikinti müəssisəsi özəlləşdirildiyi üçün işdən azad edilməsi barədə. Bildiririk ki, həmin akta əsasən Biləsuvar Təsərrüfatlararası Təmir Tikinti müəssisəsinin 1983-2001-ci illərə aid əməkhaqqı cədvəlləri arxivdə saxlanılmadığından və harada saxlanıldığı barədə məlumat olmadığından İddiaçı xx.xx.1983-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək əməkhaqqı faktlarını yoxlamağın mümkün olmadığı müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-361/2024 nömrəli qərarının 37-ci bəndində qeyd olunmuşdur ki, X11 Filialı tərəfindən təqdim edilmiş Ağdam rayonu 5 nömrəli tam orta məktəbə aid olan 1994-2004 dövrlərinin bəzi aylarının əmək haqqı cədvəllərində iddiaçının adı aşkar edilməmişdir və apellyasiya məhkəməsi tərəfindən işin həmin halını ümumiyyətlə araşdırmamış, bu sənədlərə hüquqi qiymət verilmədən, məhkəməyə təqdim olunmuş əmək kitabçasında olan məlumatlar mötəbər hesab edilmişdir. Göründüyü kimi Ali Məhkəmə həmin qərarda iş stajının iddiaçının əmək kitabçasında qeyd olunması ilə kifayətlənməyərək əməkhaqqı cədvəllərinin araşdırma zamanı nəzərə alınmalı olduğu qənaətinə gəlmişdir. Əlavə olaraq bildiririk ki, Qanunun 12.1-ci maddəsinin xx.xx.2011-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən İddiaçı həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Xidməti yoxlama zamanı müəyyən edilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində xx.xx.2021-ci il tarixli müayinə əsasında iddiaçının xx.xx.2021-ci il tarixindən müəyyən edilmiş İİ dərəcə əlilliyi barədə “diaqnoz öz təsdiqini tapmadı” qərarı qəbul edilmişdir. Bu səbəbdən əmək pensiyasının ödənişi xx.xx.2024-cü il tarixindən dayandırılmışdır. Nəticədə xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək əlilliyə görə əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2021-ci il tarixində xx.xx.2021-ci il tarixinədək 130 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 180 manat, xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan Biləsuvar rayon Dövlət Arxivinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-48-10RA/2-280-2024 saylı Arxiv Arayışında aşağıdakılar bildirilmişdir: Biləsuvar (Puşkin) rayon Təsərrüfatlararası təmir-tikinti idarəsinin 1985-2001ci illərə aid əmr kitablarına baxış keçirildi. Baxış zamanı məlum oldu ki, Sizin 1983-cü ildə Təmir-tikinti birliyinə işə girməyinizi təsdiq edən əmr kitabı Biləsuvar rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Lakin bütün əmr kitabları araşdırılan zaman məlum oldu ki, Təmirtikinti birliyinin xx.xx.1985-ci il tarixli 29 №-li əmrinə əsasən 1983-1984-cü illərin hesabına əmək məzuniyyətinə gedibsiniz və xx.xx.1985-ci il tarixli 32 №-li əmr ilə məzuniyyətdən geri qayıdıbsınız. xx.xx.1985-ci il tarixli, 38 №-li əmr ilə 2-ci dərəcəli traktorist işinə keçirilibsiniz, xx.xx.1985-ci il tarixli, 43 №-li əmr ilə texnikanız xarab olduğu üçün təmirə dayandırılmışdır. xx.xx.1986-cı il tarixli 8 №-li əmr ilə əmək məzuniyyətinə gedibsiniz. xx.xx.1986-cı il tarixli, 12 №-li əmr ilə məzuniyyətdən qayıtmısınız. xx.xx.1986-cı il tarixli, 22 №-li əmr ilə 1985-ci ilin hesabına əmək məzuniyyətinə gedibsiniz. xx.xx.1986-cı il tarixli, 60 №-li əmr ilə Təmirçi təyin edilibsiniz. xx.xx.1987-ci il tarixli, 48 №-li əmr ilə yaxşı işlədiyinizə görə 25 % əlavə mükafat almısınız. xx.xx.1987-ci il tarixli, 49 №-li əmr ilə Təmirçi işinə keçirilibsiniz. xx.xx.1988-ci il tarixli, 48 №-li əmr ilə növbəti əmək məzuniyyətinə buraxılıbsınız. xx.xx.1988-ci il tarixli, 53 №-li əmr ilə məzuniyyətdən geri qayıtmısınız. xx.xx.1991-ci il tarixli, 57 №-li əmr ilə 1990-1991-ci illər üçün əmək məzuniyyətinə buraxılıbsınız. xx.xx.1992-ci il tarixli, 16 №-li əmr ilə xx.xx.1992-ci il tarixindən traktor təmirə dayandığı üçün fəhlə işinə keçirilmisiniz. xx.xx.2001-ci il tarixli, 02 №-li əmr ilə Dövlət Əmək Nazirliyinin 240 №-li Sərancamına əsasən Biləsuvar Təmir-tikinti müəssisə işçiləri işdən azad edilmişdir. Həmin siyahının 04-cü sırasında Sizin, yəni İddiaçı adı qeyd edilmişdir. Əsas: Biləsuvar (Puşkin) rayon Təsərrüfatlararası təmir-tikinti idarəsinin 1985-2001-ci illərə aid əmr kitabları. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 17 oktyabr 2012-ci il tarixli, 2(022)-761/2012 saylı qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilərək, Biləsuvar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 323 saylı arayışın İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 5-115/2-499/2025 saylı məktubunda bildirilmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin 17 oktyabr 2012-ci il tarixli, 2(022)-761/2012 saylı qətnaməsindən apellyasiya şikayəti verilməmişdir və həmin qətnamə 20 noyabr 2012-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan 07 aprel 2025-ci il tarixli Aktdan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan X9nın Blləsuvar rayon qəbul şöbəsinin aparıcı mütəxəssisi X5, Əmək və X6 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X14 fillalının Biləsuvar rayon qəbul şöbəsinin baş mütəxəssisi X7, Biləsuvar rayon Dövlət Arxivinin müdiri X3 iştirakı ilə bu Aktı tərtib edirlər ondan ötrü ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirllyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialından daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-17-1/3-1-27012/2025 saylı məktubunun icrası ilə bağlı İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.2001-ci il tarixədək Biləsuvar Təsərrüfatlararası Təmir Tikinti müəssisəsində işləməsi faktı arxivdə saxlanılan sənədlərə əsasən yoxlanıldı. Biləsuvar Təsərrüfatlararası Təmir Tiklnti müəssisəsinin 1983, 1984-cü illərə aid əmrlər kitabı Biləsuvar rayonu dövlət arxivində saxlanılmadığından, həmin illərdə İddiaçı adına olan əmrləri yoxlamaq mümkün olmadı. 1985-2001-ci illərə aid əmrlər kitabında İddiaçı adına olan faktlar aşağıda qeyd edilən qaydada müəyyən edildi: 1) xx.xx.1985-ci il əmr № 33/4 1983-1984-cü il hesabına növbəti əmək məzuniyyətinə buraxılması barədə; 2) xx.xx.1986-cı il əmr № 8/1 1985-ci il hesabına növbəti əmək məzuniyyətinə buraxılması barədə; 3) xx.xx.1986-cı il əmr № 12/2 Təsərrüfatda ehtiyac yarandığı üçün məzuniyyətdən təcili geri çağırılması barədə; 4) xx.xx.1986-cı il əmr № 22/3 İİ dərəcə traktorlar üzərində təmir işləri ilə əlaqədar 06 may tarixdən müvəqqəti olaraq İ.Əliyevln emalatxanasına keçirilməsi barədə; 5) xx.xx.1986-cı il əmr № 22/2 1985-1986-ci illər hesabına növbəti əmək məzuniyyətinə buraxılması barədə; 6) xx.xx.1986-cı il əmr № 63/1 Biləsuvar Təsərrüfatlararası Təmir-Tikinti müəssisəsinin traktorçusu traktorların təmiri üzrə 4-cü dərəcəli çilingər keçirilməsı barədə; 7) xx.xx.1987-ci il əmr № 48/3 traktorçu vəzifə öhdəliklərini yaxşı icra etdiyi üçün əmək haqqının üzərinə 25% əlavənin hesablanması barədə; 8) xx.xx.1988-cü il əmr № 48/10 Biləsuvar Təsərrüfatlararası Təmir-Tikinti müəssisəsinin traktorçusu 01 iyul tarixdən əmək haqqının yol vərəqələrinə əsasən hesablanması barədə; 9) xx.xx.1988-cü il əmr № 52/2 1986-1987-ci illər hesabına növbəti əmək məzuniyyətinə buraxılması barədə; 10.xx.xx.1988-ci il əmr № 53/2-1988-ci il hesabına növbəti əmək-məzuniyyətinə buraxılması barədə. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Biləsuvar Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli, 442 saylı Arayışından görünür ki, 1955-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixə kimi, yəni 2 il 1 ay Sovet Ordusu Silahlı Qüvvələri sıralarında xidmət etmişdir. Əsas: NZ № ******* hərbi bilet. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 12 dekabr 2024-cü il tarixli, 3-17-1/2-A-305509/2024 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) Qanun) 7-ci maddəsinə əsassn müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensıya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa gorə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək pensiya yaş həddi kişilər üçün 64 yaş müəyyən edilib. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınrnış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci madddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğunuz müddət və 1995-1996-cı illərdə “Şəfəq” kolxozunda əmək fəaliyyətiniz (adam günü norması əsasında) də nəzərə alınmaqla cəmi sığorta stajınız 7 il 10 ay 7 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1983-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdənçıxma əmri SSRİ dövrünə aid möhürlə təsdiqlənib) sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Bildiririk ki, xx.xx.1983-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək əməkhaqqı almağınızı təsdiq edən sənədləri (əməkhaqqı arayışları və əmrlərdən çıxarışları) təqdim etdikdən sonra həmin dövrün sığorta stajınıza daxil edilməsinə baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxılacaqdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən Sizə xx.xx.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib, hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan xx.xx.1955-ci il tarixdə doğulmuş İddiaçı məxsus 21 may 1974-cü il tarixdə tərtib və notarial qaydada təsdiq olunmuş ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək 2 il 2 ay 19 gün Puşkin (indiki Biləsuvar) rayon baytarlıq stansiyasında, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək 5 ay 22 gün Əli Bayramlı (indiki Şirvan) daxili işlər şöbəsinin mühafizə bölməsində, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək 1 ay 20 gün 13 nömrəli səyyar mexanikləşdirilmiş dəstədə, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək 1 il 9 ay 18 gün 19 nömrəli səyyar mexanikləşdirilmiş dəstədə, xx.xx.1983-cü il tarixdən xx.xx.2001-ci il tarixədək 17 il 7 ay 11 gün Puşkin (Biləsuvar) rayon təsərrüfatlararası təmir tikinti birliyində (müəssisəsində) əmək fəaliyyəti ilə məşğul olmuş, həmin müəssisələrdə ümumilikdə 22 il 3 ay sığorta stajı toplamışdır. İş materiallarında olan 2012-ci il tarixli 323 nömrəli arxiv arayışına əsasən iddiaçının 1995-1996-cı illərdə “Şəfəq” kolxozunda işlədiyi qeyd olunsa da, məhkəmə həmin illərin onun Puşkin (Biləsuvar) rayon təsərrüfatlararası təmir tikinti birliyindəki əmək fəaliyyəti dövrü ilə uyğunsuzluq təşkil etdiyini və əmək kitabçasında öz əksini tapmadığını, 1995- 1996-cı illərin onun Puşkin (Biləsuvar) rayon təsərrüfatlararası təmir tikinti birliyindəki əmək fəaliyyəti dövrünə daxil edildiyini nəzərə alaraq, “Şəfəq” kolxozunda işlədiyi qeyd olunan həmin illərin İddiaçı sığorta stajına daxil edilməsini mümkün hesab etmir. Beləliklə, hərbi xidmət illəri (2 il 1 ay) və əmək fəaliyyəti dövrü (22 il 3 ay) nəzərə alınmaqla İddiaçı sığorta stajının cəmi 24 il 4 ay təşkil etdiyi müəyyən olunur. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığını mübahisələndirməmişdir. Cavabdeh inzibati orqanın iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtinasının digər dəlillərinə - iddiaçıya məxsus əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1983-cü il tarixindən xx.xx.2001-cı il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdənçıxma əmri SSRİ dövrünə aid möhürlə təsdiqlənib) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməməsinə, sözügedən dövr üzrə əməkhaqqı almağını təsdiq edən sənədlərin (əmək haqqı arayışları və əmrlərdən çıxarışlar) təqdim edilməməsinə münasibətdə məhkəmə bildirir ki, qeyd olunan halların mövcud olduğu təqdirdə belə bunun məsuliyyətinin İddiaçı üzərinə qoyulması iddiaçının təqsirinin olmaması səbəbindən yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Həmçinin, “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə iddiaçının xx.xx.1983-cü il tarixindən xx.xx.2001-cı il tarixinədək olan dövrlərdə əldə etdiyi iş stajının onun ümumi iş stajına daxil edilməməsini əsassız hesab edir. Beləlikə, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, iddiaçının hərbi xidmət illəri nəzərə alınmaqla sosial sığorta stajı ümumilikdə 24 il 4 ay təşkil edir və bu müddət ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət deyildir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2 və 3.2.1-ci maddələrində qeyd olunur ki, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı müraciət etdiyi inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı İddiaçı yaşa görə əmək pensiyasının təyinatından imtina etməkdə haqlıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina dəlilləri, yəni, iddiaçının 25 il sosial sığorta stajına malik olmamasına dair dəlilləri əsaslı, iddiaçının tələbi isə əsassız olduğundan iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 01 iyun 2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar