Məhkəmə qərarları › İş №2-1(120)-2552/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2552/2023

13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2552/2023 13.12.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 оğlunun katibliyi, İddiaçı və onun vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Kürdəmir rayon Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 21 saylı qərarına əsasən ona sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılaraq satılmış, yaşayış məntəqələri torpaqları olmaqla uqodiyası şərti yararsız torpaq sahəsində yerləşən 1.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinin üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayon Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 21 saylı qərarına əsasən ona sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış 1.0 ha torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(120)-2552/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə Kürdəmir rayon Karrar bələdiyyəsinin iş üzrə adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2-1(120)-2552/2023 nömrəli qərardadı ilə İddiaçı vəkili X3 vəsatəti təmin edilərək, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2-1(120)-2552/2023 nömrəli qərardadı ilə iddia tələbinə “Kürdəmir rayon Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 21 saylı qərarına əsasən ona sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılaraq satılmış, yaşayış məntəqələri torpaqları olmaqla uqodiyası şərti yararsız torpaq sahəsində yerləşən 1.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı və onun vəkili X6 ayrı-ayrılıqda şifahi məhkəmə iclasında izahatında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə və üçüncü şəxs Kürdəmir rayon Karrar bələdiyyəsinə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinin və üçüncü şəxs Kürdəmir rayon Karrar bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Kürdəmir rayon Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 21 saylı qərarından, torpaqların alqı-satqısına dair aktdan, yerquruluşu planından çıxarışdan görünür ki, Kürdəmir rayon Karrar kənd sakini İddiaçı Karrar bələdiyyəsinin alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən 1 hektarının satılması qərara alınmış, həmin torpaq sahəsinin yerquruluşu planı hazırlanmışdır. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş xx.xx.2011-ci il tarixli, A №318945 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Kürdəmir rayon Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 21 saylı qərarı ilə İddiaçı sahibkarlıq məqsədi ilə satılmış 10000.46 kv.m torpaq sahəsinin plan-ölçüsü tərtib olunaraq 430 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsinin iddiaçıya göndərdiyi 19 yanvar 2023-cü il tarixli, 3-21-3-36/2-Ə-0001/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayonu, Karrar kəndində yerləşdiyi 1.0 ha sahibkarlıq torpaq sahəsinə təkrar imtinanın verilməsinə köməklik göstərilməsi ilə bağlı ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, Kürdəmir rayonu, Karrar kəndində yerləşdiyi 1.0 ha sahibkarlıq torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Kürdəmir rayonu, Karrar kəndində yerləşən 1.0 ha sahibkarlıq torpaq sahəsinin qeydiyyatı ilə bağlı Kürdəmir rayonu, Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 21 nömrəli protokoldan çıxarışı, ləğv edilmiş DTXK-nin Kürdəmir rayon şöbəsi və bələdiyyə tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli 78 nömrəli torpaqların alqı-satqısına dair aktı, Kürdəmir rayonu, Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 21 nömrəli qərarı əsasında ləğv edilmiş DTXK-nin Kürdəmir rayon şöbəsi tərəfindən tərtib edilmiş AN-318945 nömrəli torpaq sahəsinin planı və ölçüsünü, DTXK-nin Kürdəmir rayon şöbəsinin Memarlıq və Tikinti şöbəsinin Rəyi təqdim edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsinə əsasən təqdim etdiyiniz sənədlərin qeydiyyatı bir ay müddətinə dayandırılaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə, Kürdəmir rayon İcra Hakimiyyətinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müvafiq sorğu verilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin sorğuya cavab olaraq təqdim etdiyi Kürdəmir rayonu, Karrar kəndində yerləşdiyi 1.0 ha sahibkarlıq torpaq sahəsinə işlənmiş Kürdəmir rayonu, Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 21 nömrəli qərarı əsasında ləğv edilmiş DTXK-nin Kürdəmir rayon-şöbəsi tərəfindən tərtib edilmiş AN-318945 nömrəli torpaq sahəsinin planı və ölçüsünü tərtib edilməsinə əsas olan sənədlərin surəti ilə sizin təqdim etdiyiniz sənədlərin tarixləri fərqli olduğu aşkar edilmişdir. Belə ki, təqdim etdiyiniz Kürdəmir rayonu, Karrar bələdiyyəsinin qərarında tarix xx.xx.2006-cı il qeyd edilsədə sorğu əsasında əldə edilmiş bələdiyyə qərarının və torpaqların alqı-satqısına dair aktında qərarın tarixi xx.xx.2006-cı ildir. Kürdəmir rayonu, Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 21 nömrəli protokoldan çıxarışı, ləğv edilmiş DTXK-nin Kürdəmir rayon şöbəsi və bələdiyyə tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli 78 nömrəli torpaqların alqı-satqısına dair aktın qeydiyyatdan keçib-keçməməsi barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə sorğu verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi tərəfindən sorğuya cavab olaraq bildirmişdir ki, Kürdəmir rayonu, Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 21 nömrəli qərarı Bələdiyyələrlə iş Mərkəzində aşkar edilmədiyi qeyd edilmişdir. Həmçinin ləğv edilmiş DTXK-nin Kürdəmir rayon şöbəsi tərəfindən verilmiş Rəyin tarixi xx.xx.2006-cı il olsada sorğu əsasında əldə edilmiş Rəyin tarixi xx.xx.2006-cı ildir. Əlavə olaraq bildiririk ki, bələdiyyənin yerqurluşu sxemində ləğv edilmiş DTXK-nin Kürdəmir rayon şöbəsinin möhürü yoxdur. Memarlıq və Tikinti şöbəsinin Rəyi torpaq sahəsinin ayrılması barədə deyil tikinti məqsədi ilə verilmişdir. Ləğv edilmiş DTXK-nin Kürdəmir rayon şöbəsindən təhvil götürülmüş kadastr planlarının qeydiyyat kitabında toıpäq sahəsinin Təyinatı qrafasında örüş qeyd edilmişdir. Məlumat üçün bildiririk ki, Kürdəmir rayonu, Karrar kəndində yerləşdiyi 1.0 ha sahibkarlıq torpaq sahəsinin qeydiyyata alınmasından imtina edilərək **********42 nömrəli imtina bildirişi göndərilmişdir. İş materiallarında olan Kürdəmir rayonu Karrar Bələdiyyəsinin məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli, 141 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin 23 iyun 2023-cü il tarixli, 2-1 (120)2552/2023-cü il məktubunuza cavab olaraq bildiririk ki, Kürdəmir rayon Karrar bələdiyyəsinin xx.xx.2006-ci iltarixli, 21 saylı qərarına əsasən İddiaçı yararsız torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün satılması nəzrədə tutulan 1.0 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin alqı-satqısına dair akt bağlanılmışdır. Torpaq sahəsinin pulu ödənilmişdir. Torpağın verilməsi dair “torpaqların yerqurluşu” planı tərtib olunmuş və həmin planın tərtib edilməsinə əsas DTXK-nin Kürdəmir rayon şöbəsi tərəfindən rəylər verilmişdir. Verilmiş torpaq sahəsi bələdiyyə torpağına aid olub İddiaçı şəxsi mülkiyyətindədir. Torpaqların uçot sistemində həmin sahə yarasız torpaq sahəsi kimi qeyd edilmiş və şoranlıq sahədir. Həmin torpaq sahəsilə bağlı heç bir mübahisə yoxdur. Hazırda mülkiyyətçi tərəfindən qorunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsinin məhkəməyə göndərdiyi 04 iyul 2023-cü il tarixli, 3-21-3-36/2-2331/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Şirvan İnzibatı Məhkəməsinin 2-1(l20)-2552/2023 saylı, xx.xx.2023-cü il tarixli sərəncamının icrası ilə əlaqədar bildiririk ki Əkbərov X5 rayonu. Karrar kəndində yerləşən 1.0 hektar sahibkarlıq torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixdə ********* qeydiyyat nömrəli ərizə ilə 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki. Kürdəmir rayonu, Karrar kəndində yerləşən 1.0 ha sahibkarlıq torpaq sahəsinin qeydiyyatı ilə bağlı Kürdəmir rayonu, Karrar bələdiyyəsinin 15 10 2006-cı il tarixli 21 nömrəli protokoldan çıxarışı, ləğv edilmiş DTXK-nın Kürdəmir rayon şöbəsı və bələdiyyə tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli 78 nömrəli torpaqların alqısatqısına dair aktı Kürdəmir rayonu, Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 21 nömrəli qərarı əsasında ləğv edilmiş DTXK-nin Kürdəmir rayon şobəsı tərəfindən tərtib edilmiş AN-318945 nömrəli torpaq sahəsinin planı və ölçüsünü, DTXK-nin Kürdəmir rayon şöbəsinin, Memarlıq və Tikinti şöbəsinin Rəyi təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 14-cu maddəsinə əsasən təqdim etdiyiniz sənədlərin qeydiyyatı bir ay müddətinə dayandırılıraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə, Kürdəmir rayon İcra Hakimiyyətinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı Ünvan Reyestri Xidmətinə müvafiq sorğu verilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin sorğuya cavab olaraq təqdim etdiyi Kürdəmir rayonu Karrar kəndində yerləşdiyi 1 0 ha sahibkarlıq torpaq sahəsinə işlənmiş Kürdəmir rayonu, Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 21 nömrəli qərarı əsasında ləğv edilmiş DTXK-nin Kürdəmir rayon şöbəsi tərəfindən tərtib edilmiş AN- 31895 nömrəli torpaq sahəsinin planı və ölçüsünü tərtib edilməsinə əsas olan sənədlərin surəti ilə sizin təqdim etdiyiniz sənədlərin tarixləri fərqli olduğu aşkar edilmişdir. Belə ki, təqdim etdiyiniz Kürdəmir rayonu, Karrar bələdiyyəsinin qərarında tarix xx.xx.2006-cı il qeyd edilsədə sorğu əsasında əldə edilmiş bələdiyyə qərarının və torpaqların alqı-satqısına dair aktında qərarın tarixi xx.xx.2006-cı ildir Kürdəmir rayonu, Karrar bələdiyyəsinin 15 10 2006-cı il tarixli, 21 nömrəli protokoldan çıxarışı ləğv edilmiş DTXK-nin Kürdəmir rayon şöbəsi və bələdiyyə tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli, 78 nömrəli torpaqların alqısatqısına dair aktın qeydiyyatdan keçib-keçməməsi barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə sorğu verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi tərəfindən sorğuya cavab olaraq bildirmişdir ki, Kürdəmir rayonu, Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 21 nömrəli qərarı Bələdiyyələrlə iş Mərkəzində aşkar edilmədiyi qeyd edilmişdir. Həmçinin ləğv edilmiş DTXK-nin Kürdəmir rayon şöbəsi tərəfindən verilmiş Rəyin tarixi xx.xx.2006-cı il olsada sorğu əsasında əldə edilmiş Rəyin tarixi xx.xx.2006-cı ildir. Əlavə olaraq bildiririk ki, bələdiyyənin yerqurluşu sxemində ləğv edilmiş DTXK-nın Kürdəmir rayon şöbəsinin möhürü yoxdur. Memarlıq və Tikinti şöbəsinin Rəyi torpaq sahəsinin ayrılması barədə deyil tikinti məqsədi ilə verilmişdir. Ləğv edilmiş DTXK-nin Kürdəmir rayon şöbəsindən təhvil götürülmüş kadastr planlarının qeydiyyat kitabında torpaq sahəsinin təyinatı qrafasında orüş qeyd edilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlər qəbul edilir daxil edilmiş sənədlərlədə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasını müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrındə aparılır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırıİmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edirik. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsinin məhkəməyə göndərdiyi 17 avqust 2023-cü il tarixli, 3-21-3-36/2-2899/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati ilşlə bağlı məlumatın və sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi barədə Əmlak Məsələri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə ünvanlanmış 23 iyun 2023-cü il tarixli, 2-1(120)-2552/2023 saylı məktubunuza aidiyyəti üzrə 16 saylı Ucar Ərazi idarəsində baxılmışdır. Bildiririk ki, Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 21 saylı qərarı ilə İddiaçı sahibkarlıq məqsədilə ayrılmış, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən **********0025 kadastr nömrəli (blank nömrəsi AN2318945) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 1.0 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən islahat uqodiyası örüş olmaqla, kəndin perspektiv inkişafı torpaqlarında yerləşməklə yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, bələdiyyə mülkiyyətinə aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsinin məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2-3020/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir;

1. Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 21 nömrəli qərarı ilə İddiaçı ayrılmış, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 1.0 ha torpaq sahəsinə tərtib edilən ‘Torpaq sahəsinin planı və ölçüsü sənədi’ndə əks olunan koordinatlarla müəyyənləşən 1.0 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir.

2. Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 21 nömrəli qərarı ilə İddiaçı ayrılmış, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 1.0 ha torpaq sahəsinə tərtib edilən “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 1.0 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, islahat uqodiyası örüş olmaqla kəndin perspektiv inkişaf torpaqlarında yerləşir.

3. Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 21 nömrəli qərarı ilə İddiaçı ayrılmış, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 1.0 ha torpaq sahəsinə tərtib edilən “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 1.0 ha torpaq sahəsində mütəxəssis tərəfindən planalma işləri həyata keçirilən zaman iddaçı sözügedən torpaq sahəsinin özünün istifadəsində olduğunu bildirmişdir. Əlavə olaraq bildiririk ki, 1.0 ha torpaq sahəsinin təyinatı üzrə istifadə edilib-edilməməsi mütəxəssisin səlahiyyətlərinə aid deyildir.

4. Baxış zamanı iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 1.32 ha torpaq sahəsi Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 21 nömrəli qərarı ilə İddiaçı ayrılmış, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 1.0 ha torpaq sahəsinə tərtib edilən “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 1.0 ha torpaq sahəsi ilə üst-üstə düşür.

5. Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 21 nömrəli qərarı ilə İddiaçı ayrılmış, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 1.0 ha torpaq sahəsinə tərtib edilən “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 1.0 ha torpaq sahəsinin alqı-satqı predmetinin olubolmamasına aidiyyatı qurumlar tərəfindən tərtib edilib, təsdiq edilmiş “Ərazinin tikintiplanlaşdırma layihəsi” təqdim edildikdən sonra baxıla bilər. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunur. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7133 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir; Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-3020/2023 nömrəli mütəxəssis rəyinə və “Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 21 nömrəli qərarı ilə İddiaçı ayrılmış, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 1.0 ha torpaq sahəsinə tərtib edilən “Torpaq sahəsin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 1.0 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-3020/2023 nömrəli mütəxəssis rəyində Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 21 nömrəli qərarı ilə İddiaçı ayrılmış, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 1.0 ha torpaq sahəsinə tərtib edilən "Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 1.0 ha torpaq sahəsinin yaşayış məntəqələri torpaqları kateqoriyalı, islahat uqodiyası örüş olmaqla kəndin perspektiv inkişaf torpaqlarında yerləşdiyi qeyd olunmuşdur. Lakin “kadastrportali.az” elektron kadastr portalında olan məlumatlara əsasən, həmin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları olmaqla, uqodiyası şərti yararsız torpaqlara aiddir. Qərardadın üçüncü sualı üzrə: Mütəxəssis rəyində olan məlumatlara əsasən, Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 21 nömrəli qərarı ilə İddiaçı ayrılmış, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 1.0 ha torpaq sahəsinə tərtib edilən “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 1.0 ha torpaq sahəsində mütəxəssis tərəfindən planalma işləri həyata keçirilən zaman iddiaçı sözügedən torpaq sahəsinin özünün istifadəsində olduğunu bildirmişdir. Qərardadın dördüncü sualı üzrə: Mütəxəssis rəyində olan məlumatlara əsasən, baxış zamanı iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 1.32 ha torpaq sahəsinin Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 21 nömrəli qərarı ilə İddiaçı ayrılmış, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 1.0 ha torpaq sahəsinə tərtib edilən "Torpaq sahəsinin planı və ölçüsü sənədi"ndə əks olunan koordinatlarla müəyyənləşən 1.0 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunur. Qərardadın beşinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən, Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 21 nömrəli qərarı ilə İddiaçı ayrılmış, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 1.0 ha torpaq sahəsinə tərtib edilən Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 1.0 ha torpaq sahəsinin alqı-satqı predmetinin olub-olmamasına aidiyyəti qurumlar tərəfindən tərtib edilib, təsdiq edilmiş “Ərazinin tikinti-planlaşdırma layihəsi" təqdim edildikdən sonra baxıla bilər. Qərardadın altıncı sualı üzrə: Mütəxəssis rəyində olan məlumatlara əsasən, Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 21 nömrəli qərarına əsasən İddiaçı satılmış 1.0 ha torpaq sahəsinin özünün istifadəsində olduğunu nəzərə alaraq həmin torpaq sahəsinin koordinatları digər şəxslərin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Qərardadın yeddinci sualı üzrə: “Kadastrportali.az” elektron kadastr portalında olan məlumatlara əsasən, Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 21 nömrəli qərarı ilə İddiaçı ayrılmış, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 1.0 ha torpaq sahəsinə tərtib edilən "Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 1.0 ha torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları olmaqla, uqodiyası şərti yararsız torpaqlara aiddir. Eyni zamanda qeyd olunur ki, xx.xx.2011-ci il tarixdə ANQ318945 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatları “Google Yer” programı vasitəsilə tədqiq edən zaman torpaq sahəsinin ətrafında fərdi yaşayış evlərinin inşa edildiyi müəyyən olundu. Məhkəmə, iddiaçının hazırkı tələblə bağlı ilkin müraciətindən cavabdehin imtinasının qanuniliyini və əsaslığını yuxarıda qeyd edilən sübutlarla yanaşı, aşağıdakı hüquq normalarına uyğun qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X1rşı” iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, - 6 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 33-cü maddəsinə əsasən ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. Ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir. Azərbaycan Respublikasının qanunvericiliyində birbaşa nəzərdə tutulmamışdırsa, ərizəni müvafiq səlahiyyətli orqana göndərən inzibati orqan tərəfindən ərizənin mahiyyəti üzrə hər hansı rəy verilməsi yolverilməzdir. Bu Qanunun 33.1-ci maddəsində nəzərdə tutulmuş hallarda ərizə qanunla müəyyən olunmuş müddətdə təqdim olunmuşdursa, ərizənin təqdim edilməsi ilə bağlı müddətə maraqlı şəxs tərəfindən əməl olunmuş sayılır. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 90.1-ci maddəsinə əsasən inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassızdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, “X7 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi deməkidi». Həmin işdə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Kürdəmir rayon Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 21 saylı qərarına əsasən 1.00 (bir) hektar torpaq sahəsi İddiaçı satılmış, torpağın alqı-satqısına dair akt, yerquruluşu planından çıxarış, Kürdəmir rayon Karrar kənd sakini İddiaçı Karrar bələdiyyəsinin alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən 1 hektarının satılmasına dair qərar, həmin torpaq sahəsinin yerquruluşu planı tərtib edilmişdir. Həmin qərarın və digər sənədlərin qanunla müəyyən olunmuş qaydada geri çağırıldığını, ləğv edildiyini, dəyişdirildiyi, qüvvədə olma müddəti qurtardığını və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməsini cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməsi məhkəmə tərəfindən müəyyən edilmədi. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmçinin iş materialları ilə müəyyən olunur ki, mübahisələndirilən torpaq sahəsi iddiaçının faktiki sahiblik və istifadəsindədir. Məhkəmə qeyd edir ki, cavabdehin imtinasının əsasını Karrar bələdiyyəsinin qərarında tarix xx.xx.2006-cı il qeyd edilsədə sorğular əsasında bələdiyyə qərarının və torpaqların alqı-satqısına dair aktında qərarın tarixi xx.xx.2006-cı il, Kürdəmir rayonu, Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 21 nömrəli protokoldan çıxarışı, ləğv edilmiş DTXK-nin Kürdəmir rayon şöbəsi və bələdiyyə tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli 78 nömrəli torpaqların alqı-satqısına dair aktın qeydiyyatdan keçib-keçməməsi barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzindən sorğuya cavab olaraq bildirmişdir ki, Kürdəmir rayonu, Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 21 nömrəli qərarı Bələdiyyələrlə iş Mərkəzində aşkar edilmədiyi qeyd edilməsi əsas gətirilsədə iddiaçının qərarın mövcudluğu, mübahisə predmetinin iddiaçının sahibliyində və faktiki istifadəsində olması təsdiq olunduğu üçün sənədlərin (qərarın qəbul olduğu gün) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə təhvil verilməməsi, qərarın qəbul olduğu tarixdəki günlərin fərqli qeyd edilməsi iddiaçının mülkiyyət hüquqlarının dövlət reysterində qeydiyyata alınmasından imtina üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçının xeyrinə qəbul edilmiş qərarın Kürdəmir rayon Karrar bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə təhvil verilməməsi və yaxud qərarın qəbul edilməsi tarixnin ayı və ili eynilik təşkil etdiyi, günün fərqliliklə qeyd edilməsi xeyrinə qərar qəbul edilmiş vətəndaşın (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Bundan başqa cavabdeh inzibati orqanın imtinasında mübahisə predmeti olan torpaq sahəsinin yaşayış məntəqələri torpaqları kateqoriyalı, islahat uqodiyası örüş olmaqla kəndin perspektiv inkişaf torpaqlarında yerləşdiyini qeyd etsədə, məhkəmə tərəfindən təyin olunmuş ekspert rəyində “kadastrportali.az” elektron kadastr portalında olan məlumatlara əsasən, həmin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları olmaqla, uqodiyası şərti yararsız torpaqlara aidd olduğu qeyd olunmuş, cavabdeh isə həmin dəlilə münasibətdə sübutunu nə inzibati icraatı aparıldığı müddətdə, nədə məhkəmə iclaslarında təqdim edə bilməmişdir. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Kürdəmir rayon Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 21 saylı qərarına əsasən ona sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılaraq satılmış, yaşayış məntəqələri torpaqları olmaqla uqodiyası şərti yararsız torpaq sahəsində yerləşən 1.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 50 (əlli) manatdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, ekspert rəyinin verilməsi üçün aparılmış tətqiqatın dəyəri cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı Ucar ərazi idarəsindən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4-cü, 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Kürdəmir rayon Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 21 saylı qərarına əsasən ona sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılaraq satılmış, yaşayış məntəqələri torpaqları olmaqla uqodiyası şərti yararsız torpaq sahəsində yerləşən 1.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar