Məhkəmə qərarları › İş №2-1(120)-2555/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2555/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2555/2025 02.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X14, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “ünvan 1ində yerləşən 0,26 hektar torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin X4, X5, X10 və X11 ümumi birgə mülkiyyətində olduğunu göstərən 03 may 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “ünvan 1ində yerləşən 0,26 hektar torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin X4, X5, X10 və X11 ümumi birgə mülkiyyətində olduğunu göstərən 03 may 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X12, X13, X23 və X24 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ataları yaşlı olduğundan sui-istifadə edən qardaşı X1 rayonu, Aşağı Qaramanlı kəndində yerləşən fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0.26 ha torpaq sahəsinə dair adına çıxarış əldə etmişdir. Belə ki, ilkin hüquqmüəyyənedici sənədləri ataları X7 məxsus olan ünvan 1inə yerləşən fərdi yaşayış evi və 0,26 ha torpaq sahəsinə dair sonradan X15 adına xx.xx.2012-ci il tarixində **********07- 10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Qeyd olunan torpaq sahəsi və fərdi yaşayış evində ilkin olaraq atalarnın və digərlərinin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmış, daha sonra isə həmin əmlak bağışlama müqaviləsi əsasında cavabdeh X16 bağışlanılmış və onun adına xx.xx.2012-ci il tarixli, **********07-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Neftçala rayon məhkəməsinin yekun məhkəmə qətnaməsi ilə tanış olan zaman ona bəlli olmuşdur ki, Neftçala rayon İcra Hakimiyyəti başçısının Aşağı Qaramanlı kənd inzibati ərazi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışda qeyd olunmuşdur ki, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.26 ha torpaq sahəsi X7, X20ma, X21 və X17 məxsusdur və həmin evdə qeydiyyatda olmaqla yaşayırlar. Həmin arayış və 12 aprel 2021-ci il tarixli 1396 nömrəli təsərrüfatbaşına kitabdan çıxarış sənədinə əsasən adıçəkilən şəxslərin adına çıxarış verilmiş, eyni zamanda ünvan 1ində yerləşən 0.26 ha sahəni əhatə edən torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X12 və onun ailə üzvləri X18, X23, X25 ümumi birgə mülkiyyətində olduğu göstərilmişdir. Həmin arayış X23 tərəfindən qanunsuz şəkildə əldə edilmişdir. Çünki həmin evdə sadəcə yuxarıda adı çəkilən şəxslər yox, həmçinin onlar da qeydiyyatda olmuşdurlar. Belə ki, X31 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 190 nömrəli, 15 mart 2024-cü il tarixli arayışına əsasən onların 191 nömrəli 15 mart 2024-cü il tarixli arayışa əsasən isə İddiaçı2 həmin ünvanda qeydiyyatı mövcud olmuşdur. Ancaq X3 X4, X8, X19 və X11 həmin ünvanda qeydiyyatda olduğunu göstərən bir arayış hazırladaraq həmin evə sadəcə qeyd olunan dörd nəfərin adma çıxarış alınmasına nail olmuşdur. Qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi və üçüncü şəxslər X12, X13, X23 və X24 məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1ində olan 0.26 ha fərdi yaşayış evi X4 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Neftçala rayonu İcra Hakimiyyəti başçısının Aşağı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2012-ci il tarixli, 1695 nömrəli arayışının surətindən görünür ki, X12 xx.xx.2012-ci il tarixli, MA seriyalı, ******* saylı reyestrdən çıxarışa əsasən ünvan 2i ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi mülkiyyətində olan 0,26 ha torpaq sahəsi ilə birlikdə X7, X9, X16, X17 məxsusdur və həmin evdə yaşayırlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1ində olan 0.26 ha fərdi yaşayış evi X10 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 1019 nömrəli məktubundan görünür ki, ünvan 1ində yerləşən 0.26 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilən fərdi yaşayış evi xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən X12 və onun ailə üzvləri X8, X10, X11 ümumi birgə mülkiyyətinə verilmişdir. ünvan 1ində yerləşən 0.26 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilən fərdi yaşayış evi A№ 172059 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” və xx.xx.2012-ci il tarixli 1396 nömrəli təsərrüfatbaşına kitabdan çıxarış sənədinə əsasən rəsmiləşdiilmişdir. X18, X23, X2 rayonu, Aşağı Qaramanlı kəndində yerləşən 0.26 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilən fərdi yaşayış evini xx.xx.2012-ci il tarixli, 4Ə-38 saylı bağışlanma müqaviləsinə əsasən X7 bağışlanmış, xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış sənədinə istinadən hüquqlarını qeydiyyata aldırmışdır. İş materiallarında olan Neftçala rayonu İcra Hakimiyyəti başçısının Aşağı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 5-67-7/2-22/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Neftçala rayonu İcra Hakimiyyəti başçısının Aşağı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Aşağı Qaramanlı kəndində qeydiyyatda olmaqla Aşağı Qaramanlı kəndində yaşayan X4, İddiaçı1 və Aşağı Qaramanlı kəndində qeydiyyatda olmaqla Astanlı kəndində təsərrüfatı olan, lakin Bakı şəhərində yaşayan Kərimova (Ağalarova, Abdullayeva) Sevda Əlifağa qızının təsərrüfatbaşına kitabdan təsdiq olunmuş çıxarışlarını göndərmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» İddia ərizəsindən müəyyən olunur ki, iddiaçılar İddiaçı1 və Kərimova X26 rayonu, Aşağı Qaramanlı kəndində yerləşən 0,26 hektar torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin X4, X5, X10 və X11 ümumi birgə mülkiyyətində olduğunu göstərən 03 may 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı). Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Məhkəmənin qənaətinə görə iddiaçılar hazırda X4, X5, X10 və X11 ümumi birgə mülkiyyətində olan 03 may 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə dair heç bir əsaslı hüquqmüəyyənedici sənəd təqdim edə bilmirlər. İddiaçılar iddia ərizəsində qeyd etmişdir ki, ataları yaşlı olduğundan sui-istifadə edən qardaşı X1 rayonu, Aşağı Qaramanlı kəndində yerləşən fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0.26 ha torpaq sahəsinə dair adına çıxarış əldə etmişdir. Belə ki, ilkin hüquqmüəyyənedici sənədləri ataları X7 məxsus olan ünvan 1inə yerləşən fərdi yaşayış evi və 0,26 ha torpaq sahəsinə dair sonradan X15 adına xx.xx.2012-ci il tarixində **********07-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən çıxarış İddiaçı1 və İddiaçı2 hüquqlarının pozulması ilə nəticələnməmişdir. Ümumi olaraq isə məhkəmə iddia ərizəsi üzrə qeyd edilən tələbləri qaldırmaqda iddiaçının subyektiv hüququ olmadığı və bu səbəbdən tələbin dəqiqləşdirilməsi, digər sübutların toplanılması və digər hissələrdə hüquqi yardım göstərilməsinə və dəqiqləşmələr aparılmasına zərurət olmadığı qənaətinə gəlir. Belə ki, mübahisələndirilən çıxarışın verilməsinə əsas olan sənəd Aqrar İslahat komissiyasının qərarı olmuşdur ki, qeyde edilən qərarın hal-hazırda da qüvvədə olduğu müəyyən edilir. Və qeyd edilən qərarla iddiaçıya da torpaq sahəsi ayrılmışdır ki, iddiaçı məhkəmə iclasında boş torpaq sahəsinin olduğunu bildirsə də, həmin torpaq sahəsi ilə bağlı hüququnu tələb etməmiş, inzibati orqana müraciət etməmiş və qərarı mübahisələndirməmişdir. Həmçinin Məhkəmə iddiaçının qeyd edilən qərarı mübahisələndirmək hüququ üzrə əlavə olaraq qeyd edir ki, çıxarışın verilməsi üçün əsas olan Neftçala rayon Aqrar İslahat Komissiyasının 33 saylı qərarının xx.xx.1998-ci il tarixli olmasıdır. Belə ki, qeyd edilən qərar hal-hazırda qüvvədədir və digər şəxslər tərəfindən mübahisələndirilməmiş, dəyişdirilməmiş, ləğv edilməmişdir. İddiaçı həmin qərarın üçüncü şəxslərə aid olan hissə də mübahisələndirə bilər ki, belə olan halda avabdeh inzibati orqan müvafi qicrah hakimiyyəti olmalıdır. Lakin bir nüansda diqqətə çatdırılmalıdır ki, qeyd edilən qərarla artıq iddiaçıya ayrıca təsərrüfat kimi tortpaq sahəsi ayrılmışdır. İş materiallarına və yuxarıda qeyd edilənlər əsasən iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə tərəflər arasında olan mülki iş ilə bağlıdır ki, qeyd edilən hal mülki xarakterlidir və tələbdə qeyd edilən arayış inzibati akt hesab edilmədiyindən onun tərtib olunduğu zaman inzibati orqan tərəfindən hər hansı inzibati araşdırmanın aparılması nəzərdə tutulmamışdır. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının hansı hüququnun pozulduğunu müəyyən etmək mümkün deyildir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanın hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11 -ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011 -ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçının adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Həmçinin iddiaçı iddia ərizəsində qeydiyyata alınmanın qanunsuz yolla edildiyini bildirmişdir ki, qeyd edilən hal cinayət xarakterli olduğundan iddiaçıya həmin faktlarla bağlı əldə etdiyi sübutlarla bir yerdə cinayət təqibini həyata keçirən müvafiq orqana və qeydiyyatın ləğvi ilə bağlı isə digər müvafiq orqana müraciət etmək hüququ izah olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçılara 19 avqust 2025-ci il tarixli, 2-1(120)-2555/2025 nömrəli hüquqi yardım məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Həmin Qərarın 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Həmin Qərarın 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmə hesab edir ki, hal-hazırki iddiada mümkünlük şərtlərinə əməl edilməməsi əsasından çıxış edərək iddia mümkün sayılmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “ünvan 1ində yerləşən 0,26 hektar torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin X4, X5, X10 və X11 ümumi birgə mülkiyyətində olduğunu göstərən 03 may 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar