Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-256/2023 15.12.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X11 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan, iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, iddiа ərizəsində dəqiqləşmə аpаrıldığını, iddiaçı qismində İddiaçı, cavabdeh qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının tanınmasını, iddia tələbinə isə “dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun 11 il 3 ay dövlət qulluğu stajı vardır. Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsi tərəfindən 24 oktyabr 2008-ci il tarixdə sabiq dövlət qulluqçusu kimi ona əlilliyə (İİİ qrup) görə əmək pensiyası təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına ərizə ilə müraciət edib pensiya yaşı çatdığı üçün əlilliyə görə aldığı pensiyanın qulluq stajı ilə əvəz edilməsini xahiş etmişdir. Mərkəzi filialdan əmək pensiyaları haqqında qanuna edilmiş dəyişikliklərə uyğun olaraq dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı tələb olunduğu üçün ona yeni pensiya təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Lakin Mərkəzi filial onun artıq pensiyada olduğu nəzərə almamışdır. Onun pensiyası “Əmək pensiyaları haqqında” Qanuna 1 iyul 2017-ci il tarixindən edilmiş dəyişikliklərə uyğun deyildir. Əvvəlki, yəni pensiya çıxdığı dövürdə qüvvədə olan qanunla hesablanmalıdır. Qanunun geriyə tətbiqi mümkün deyildir. Qeyd edilənləri nəzərə alaraq cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona dövlət qulluqçusu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. iddiaçı Ə.A.X6 təqdim etdiyi sənədlərə əsasən onun dövlət qulluğu stajının 09 il 07 ay 01 günü təşkil etməsi səbəbindən ona dövlət qulluqçusu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. Bundan sonra, İddiaçı iddia ərizəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 6.2-ci maddəsinə əsasən, pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Sözügedən Qaydaların 6.2-ci bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 51 nömrəli misalda qeyd edildiyi kimi, təyin edilmiş yeni növ pensiya “Əmək pensiyaları haqqında” Qanununa 1 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliklərə uyğun olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci və 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixindən qüvvədə olan redaksiyalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər ödənilməlidir:- İddiaçının 65 yaşının tamam olması; -iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixədək azı 15 il dövlət qulluğu stajının mövcdu olması. iddiaçı xx.xx.1955-ci il təvəllüdlü İddiaçı məxsus xx.xx.1972-ci il tarixli əmək kitabçasına əsasən müəyyən edilir ki, o, xx.xx.1972xx.xx.1973-cü il tarixlərdə, xx.xx.1973- xx.xx.1974-cü il tarixlərdə, xx.xx.1978-xx.xx.1978-ci il tarixlərdə, xx.xx.1980-xx.xx.1981-cı ii tarixlərdə, 01 12.1981 -xx.xx.1987-ci il tarixlərdə, xx.xx.1987xx.xx.1991-ci il tarixlərdə, 06.12 1991-xx.xx.1093 cü il tarixlərdə, xx.xx.1993-xx.xx.1994-cü il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan 1227 nömrəli pensiya işinin surətindən məlum olur ki, İddiaçı xx.xx.2008-ci il tarixdə orta aylıq əməkhaqqının 60 faizi olan 199.73 manat məbləğində 3-cü dərəcəli əlilliyə görə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 33 sayli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli müayinə barədə məlumatına əsasən, İddiaçı ümumi xəstəlik səbəbindən xx.xx.2015-ci il tarixdə üçüncü dərəcəli əlillik təyinatı aparılmışdır, İddiaçı yaşının tamam olduğu 11,06.2020-ci il tarixədək dövlət qulluğu stajı (01 07.1980-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1987-ci il, xx.xx.1989-xx.xx.1991-ci il tarixləri arasında olan dövrlər) 09 il 04 ay 13 günü təşkil etdiyindən ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş, Sabirabad şəhəri, H.Həmidov küçəsi, ev 118-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.1972-ci il tarixdən xx.xx.1996-cı il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, Fondun Sabirabad rayon şöbəsi tərəfindən 24 oktyabr 2008-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi əlilliyə (İİİ qrup) görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Sözügedən Qaydaların 6.2-ci bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 51 nömrəli misalda qeyd edildiyi kimi, təyin edilmiş yeni növ pensiya “Əmək pensiyaları haqqında” Qanununa 1 iyul 2017-ci il tarixindən edilmiş dəyişikliklərə uyğun olaraq hesablanır. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci və 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixindən qüvvədə olan redaksiyalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filialda sizə dair mövcud olan sənədlərdə dövlət qulluğu stajınız 15 ildən az (9 il 7 ay 1 gün) təşkil edir. Bu səbəbdən də sizə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, Fondun Sabirabad rayon şöbəsi tərəfindən 24 oktyabr 2008-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi əlilliyə (İİİ qrup) görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Sözügedən Qaydaların 6.2-ci bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 51 nömrəli misalda qeyd edildiyi kimi, təyin edilmiş yeni növ pensiya “Əmək pensiyaları haqqında” Qanununa 1 iyul 2017-ci il tarixindən edilmiş dəyişikliklərə uyğun olaraq hesablanır. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci və 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixindən qüvvədə olan redaksiyalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filialda sizə dair mövcud olan sənədlərdə dövlət qulluğu stajınız 15 ildən az (9 il 7 ay 1 gün) təşkil edir. Bu səbəbdən də sizə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun dövlət qulluğu stajının 15 ildən az (9 il 4 ay 13 gün (xx.xx.1980- xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1987-ci il, xx.xx.1989-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər)) olduğu müəyyən edilib. Bu səbəbdən də adıçəkilən şəxsə sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Bundan əlavə, onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-166803/2023 nömrəli etiraza əlavədə qeyd edilmişdir ki, iddiaçı Ə.Nuriu 29 sentyabr 2021-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona dövlət qulluqçusu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı Ə.X6 təqdim etdiyi sənədlərə əsasən onun dövlət qulluğu stajının 09 il 07 ay 01 günü təşkil etməsi səbəbindən ona dövlət qulluqçusu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 28 aprel 2022-ci i! tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 6.4-cü bəndinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə Qanunun 5.1 -ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci və 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiyalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər ödənilməlidir: - İddiaçının 65 yaşının tamam olması; - İddiaçının 65 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixədək azı 15 il dövlət qulluğu stajının mövcdu olması. İş materiallarında olan 1227 nömrəli pensiya işinin surətindən məlum olur ki, iddiaçı Ə,Nurluya xx.xx.2008-ci il tarixdə orta aylıq əməkhaqqının 60 faizi olan 199.73 manat məbləğində 3-cü dərəcəli əlilliyə görə dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 33 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli müayinə barədə məlumatına əsasən İddiaçı ümumi xəstəlik səbəbindən xx.xx.2015-ci il tarixdə üçüncü dərəcəli əlillik təyinatı aparılmışdır. Beləliklə İddiaçı xx.xx.2008-ci il tarixdə əlilliyə görə dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsinə baxmayaraq onun 65 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdə həmin tarixə qanunvericiliklə tələb edilən 15 il daha artıq dövlət qulluqçusu kimi iş stajı mövcud olmadığından cavabdeh inzibati orqan tərəfindən haqlı olaraq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2020-ci ii tarixədək onun dövlət qulluğu stajı (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1987-ci il, xx.xx.1989- xx.xx.1991:ci il tarixləri arasında olan dövrlər) 09 il 04 ay 13 günü təşkil etdiyindən ona döviət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-235423/2023 nömrəli etiraza əlavədə qeyd edilmişdir ki, İddiaçı 29 sentyabr 2021-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona dövlət qulluqçusu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı Ə.X6 təqdim etdiyi sənədlərə əsasən onun dövlət qulluğu stajının 09 il 07 ay 01 günü təşkil etməsi səbəbindən ona dövlət qulluqçusu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 6.4-cü bəndinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə Qanunun 5.1-cı maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. İş materiallarında olan 1227 nömrəli pensiya işinin surətindən məlum olur ki, İddiaçı xx.xx.2008-ci il tarixdə orta aylıq əməkhaqqının 60 faizi olan 199.73 manat məbləğində 3-cü dərəcəli əlilliyə görə dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 33 saylı Tibbi Sosial Ekspert Komissiyasının müayinə barədə məlumatına əsasən İddiaçı ümumi xəstəlik səbəbindən xx.xx.2008-ci il tarixdə üçüncü dərəcəli əlillik təyinatı aparılmışdır. İddiaçı xx.xx.2008-ci il tarixdə sabiq dövlət qulluqçusu kimi əlilliyə görə pensiya təyinatı aparılarkən həmin dövrdə mövcud olan qanunvericiliyə əsasən onun 11 il 03 ay dövlət qulluğu stajı nəzərə alınmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilirdi. Bu səbəblə də İddiaçı xx.xx.2008-ci il tarixdə sabiq dövlət qulluqçusu kimi əlilliyə görə pensiya təyinatı həmin dövrdə mövcud olmuş qanunvericiliyə əsasən onun 5 ildən artıq dövlət qulluğu stajı və əlillik dərəcəsi mövcud olduğu üçün təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci və 20.11.2-ci maddəiərinin 01 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiyalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər ödənilməlidir: - İddiaçının 65 yaşının tamam olması; -İddiaçının 65 yaşının tamam olduğu 11,06.2020-ci il tarixədək azı 15 il dövlət qulluğu stajının mövcdu olması. İddiaçı hazırki iddia tələbi üzrə ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yuxarıda göstərilən hər 3 şərt eyni anda mövcud olmalıdır. Belə ki, İddiaçı 65 yaşı 11,06.2020-ci il tarixdə tamam olduğundan həmin dövrdə mövcud olmuş qanunvericiliyə əsasən 15 il qulluq stajı olan şəxsə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilirdi. İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixədək onun dövlət qulluğu stajı (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981xx.xx.1987-ci il, xx.xx.1989-xx.xx.1991-ci il tarixləri arasında olan dövrlər) 09 il 04 ay 13 günü təşkil etdiyindən ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan sənədlərdən və məhkəmə icraatı zamanı tələb olunmuş pensiya işindən məlum olur ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2008-ci il tarixdə üçüncü dərəcəli əlilliyinə görə pensiya təyin edilmişdir. İddiaçi hazırki iddia tələbi ilə dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsini xahiş edir. Əvvəla Məhkəmə qeyd edir ki, əmək pensiyaçılarına dövlət qulluğu stajına görə əlavələrin təyin olunması üçün onun dövlət qulluqçusu statusuna malik olması zəruri və mütləq dispozisiya şərtidir. Nəzərə almaq lazımdır ki, dövlət qulluqçusunun statusu ilə bağlı məsələlər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Qeyd olunan qanunvericilik icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Bundan başqa nəzərə alınmalıdır ki, dövlət qulluğu stajına əlavələrinin müəyyən edilməsi üçün təkcə vəzifənin dövlət qulluğu vəzifəsinə aid olub-olmaması ilə yanaşı, həmçinin onun həmin hüququnun yaranması üçün digər şərtlərinin ödənilib-ödənilməməsini yoxlamalıdır. Məhkəmə bildirir ki, hazırki iddia üzrə mübahisənin həllində hüquq münasibətlərinin yarandığı anın müəyyən olunması mühim rol oynanır. Hüquq münasibətlərinin yarandığı anının müəyyən olunması üçün həm qüvvədən düşmüş, həmçinin də qüvvədə olan qanunvericilikdə dövlət qulluğu stajına görə əlavələrin təyin olunması üçün hansı şərtlərin nəzərdə tutulduğu müəyyən olunmalı və bu şərtlər əsasında iddiaçının dövlət qulluğu stajına görə əlavələrin tələb etmək hüququnun yaranıb-yaranmamasına qiymət verməlidir. Bunun üçün isə qanunvericiliyin aşağıdakı müddəaları təhlil olunmalıdır. xx.xx.2005-ci il tarixdə qüvvəyə minmiş və xx.xx.2007-ci il tarixdə qüvvədən düşmüş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun -5.1.müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və azı 5 il dövlət qulluğunda çalışmış dövlət qulluqçusunun pensiya almaq hüququ vardır. (28 iyul 2005-ci il tarixədək olan redaksiyada) -5.1.Bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır.(28 iyul 2005-ci il tarixdən sonra dəyişiklik) 5.1.Pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına aşağıdakılar daxil edilir: 5.2.1."Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra dövlət qulluğu vəzifəsində qulluq stajı; 5.2.2. 1991-ci il oktyabrın 18-dən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında iş stajı; 5.2.3. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti, 5.3.Dövlət qulluqçusunun qulluq stajı Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada hesablanır 5.4. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçusunun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda və qaydada müavinət almaq hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: -12. Yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: kişilər—60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda; qadınlar—55 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Şərh olunan maddələrin normalarından göründüyü kimi, “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olan vaxtda əmək pensiyaçının dövlət qulluğu stajına görə əlavələri almaq hüququnun yaranması üçün xx.xx.2005-ci il tarixədək və həmin tarixdən sonra nəzərdə tutulmuş əsasların əhatə dairəsi fərqlənmişdir. xx.xx.2005-ci il tarixədək olan redaksiyada əmək pensiyaçının dövlət qulluğu stajına görə əlavənin almaq hüququ aşağıda göstərilən 2 şərt ödənildiyi halda yaranır. - pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış olması; - azı 5 il dövlət qulluğu stajı olmasıdır. xx.xx.2005-ci il tarixdən sonra olan redaksiyada əmək pensiyaçının dövlət qulluğu stajına görə əlavənin almaq hüququ aşağıda göstərilən 3 şərt ödənildiyi halda yaranır. - pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmaması; - azı 5 il dövlət qulluğu stajı olması; - pensiya yaşına çatdıqda və ya əlil olduqda; Qanunun hər iki redaksiyasının təhlilindən görünür ki, “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu əmək pensiyaçının dövlət qulluğu stajına görə əlavələri almaq hüququnu pensiya yaşına çatması və ya əlil olmasından, 5 il dövlət qulluğu stajı olmasından, həmçinin pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmamasından asılı etmişdir. Nəzərə alınmalıdır ki, adı çəkilən Qanun əlil olması şərtinin əlillik dərəcələrindən asılı etməmişdir. Sadalanmış qanunvericiliyin müddəalarının hazırki işin faktiki hallarına tətbiqi zamanı müəyyən olunur ki, iddiaçının “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olan vaxtda 5 il dövlət qulluğu stajı olsa da, bu hal iddianın təmini əsası qismində çıxış etmir. Məhkəmə bununla bağlı iki əsası bildirir. Birincisi, iddiaçının xx.xx.2005-ci il tarixədək 5 il dövlət qulluğu stajı olsa da, o həmin dövrdə əlilliyə görə işdən çıxmamışdır. Belə ki, iş materiallarında olan pensiya işindən olan qeydlərdən görünür ki, iddiaçıya əlilliyə görə pensiya xx.xx.2008-ci il tarixdə təyin edilmişdir. Həmin dövrdə vətəndaşın yaşa görə əmək pensiyası hüququ 60 yaşı (xx.xx.2000-ci il tarixdən sonra 62 yaş) tamam olduqda yaranırdı. Lakin, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olduğundan, onun həmin dövrdə 50 yaşı tamam olmuşdur. Belə olan halda xx.xx.2005-ci il tarixədək qüvvədə olan “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsinin tələblərinin iddiaçıya münasibətdə tətbiq edilməsi istisna olunur. İkincisi isə odur ki, xx.xx.2005-ci il tarixdən sonra belə qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin hamısı iddiaçı tərəfindən ödənilmədiyindən, həmin dövrdə olan normaların ona münasibətdə tətbiq edilməsi mümkün deyildir. Belə ki, iddiaçı əlil olsa da və 5 il dövlət qulluğu stajına malik olsa da, o, xx.xx.2006-cı il tarixdə əlilliyə görə pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda əmək fəaliyyətində olmuşdur. Həmçinin, iddiaçının həmin dövrdə yaşa görə əmək pensiya hüququ yaranmamışdır. Beləliklə Məhkəmə hesab edir ki, həm xx.xx.2005-ci il tarixədək, həmçinin də xx.xx.2005-ci il tarixdən sonra qüvvədə olmuş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər iddiaçı tərəfindən ödənilmədiyindən, həmin maddənin müddəalarının ona tətbiq olunması mümkün deyildir. Məhkəmə, dövlət qulluqçusu kimi əlavələri almaq üçün 5 il dövlət qulluğu stajı ilə bağlı “Dövlət qulluğu haqqında” Qanunun, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017ci il tarixədək olan müddəalarına istinadən iddiaçının həmin dövrdə əlavələrin alması üçün hüququn yaranıb-yaranmamasını yoxlayır. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: (xx.xx.2018-ci il tarixədək olan dəyişikliyə qədər) -23.1.Dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. -23.2.Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 5 il qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Qanunun (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiya): -7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. -20.1.7. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr -20.11.1-ci maddəsinə əsasən, bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla, dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında müəyyən edilir. -20.11.3-cü maddəsinə əsasən, dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Məhkəmə qeyd edir ki, yuxarıda adı çəkilən Qanunların müddəalarından görünür ki, şəxsə dövlət qulluğuna görə əlavələrin təyin edilməsi üçün dövlət qulluğunda 5 il iş stajının olması zəruridir. Bu zaman təkcə həmin stajın mövcudluğu deyil, həmçinin iddiaçının həmin dövrdə yaşa görə pensiya almaq hüququnun yaranması da mühim rol oynayır. Nəzərə alınmalıdır ki, həmin dövrdə kişilərə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt ödənilməlidir: 1) 62 yaş (xx.xx.2011-dən sonra 63 yaş) 2) 12 il sığorta stajı. Məhkəmə bildirir ki, iddiaçının 5 il dövlət qulluğunda iş stajı olsa da, onun həmin dövrdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmamışdır. Çünki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olduğundan, onun 62 yaşı yalnız xx.xx.2017-ci il tarixdə tamam olmuşdur. Bundan başqa, nəzər alınmalıdır ki, həmin dövrdə qüvvədə olan qanunvericilikdə əlilliyə görə pensiya alan şəxslərin dövlət qulluğuna görə əlavələrin alması nəzərdə tutulmamışdır. Bu müddəa yalnız xx.xx.2017-ci il tarixdən sonra “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əlavə olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının qüvvədən düşmüş Qanunun tələbləri baxımından (5 il qulluq stajının olması şərti) dövlət qulluqçusu kimi pensiyaya çıxması üçün göstərilmiş şərtlər ödənilmədiyindən, həm “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun, həmçinin də “Əmək pensiyaları haqqında” Qanunun (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiya) tələbləri ona şamil edilmir. Başqa sözlə desək iddiaçıya dövlət qulluğu stajına görə əlavələrin təyin olunması üçün dövlət qulluğu stajının 5 il olması ilə bağlı şərt ona münasibətdə tətbiq edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının inzibati orqan arasında pensiya hüquq münasibətlərinin yaranması onun pensiya yaşına çatması və zəruri olan iş stajının ödənildiyi andan yaranır. Hazırki iddia üzrə iddiaçı tərəfindən ümumi iş stajının ödənilib-ödənilməməsi mübahisələndirilmir. Bu səbəbdən də məhkəmə yaş ilə bağlı şərtin yalnız xx.xx.2020-ci il tarixdə, yəni 65 yaşı tamam olduğu vaxtda ödənildiyi qənaətinə gəlir. Göstərilən bu hal bir mənalı olaraq ona əsas verir ki, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının nəzərdə tutulub-tutulmasının müəyyən edilməsi məhz hazırda qüvvədə olan qanunvericilik əsasında həyata keçirilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: (xx.xx.2018-ci il tarixdən sonraki dəyişiklik ) -23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. -23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Qanunun (01 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiya): -3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “Əmək pensiyaları haqqında” Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. -5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslər öz arzuları ilə yalnız bir pensiya təyin edilir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -20.1.7. Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); -20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Bir daha qeyd olunmalıdır ki, hazırda vətəndaşa lət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması üçün dövlət qulluğu stajının 15 il olması zəruridir. Məhkəmə bildirir ki, bu zaman təkcə iş stajının 15 il olması deyil, xüsusi ilə dövlət qulluğunda stajın 15 il olması zəruridir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsində dövlət qulluğunda iş stajının hansı meyarlar əsasında qiymətləndirildiyi göstərilmişdir. Həmin maddənin müddəalarına görə əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. 1991- ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin və 1991-ci il oktyabrın18-dən İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixinədək) Azərbaycan Respublikası dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na əsasən həyata keçirilir. Həmin Siyahının 1.17-ci bəndində rayon (şəhər) X4 icraiyyə komitəsinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Toplusunda”göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Həmin Siyahının 2.13-cü bəndinə əsasən rayon, şəhər X4 (Məclisininn) icraiyyə komitəsinin, rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti baçısının (Bakı şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında mövcut olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Toplusunda”göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Şərh olunan müddəaların hazırki işin faktiki hallarına tətbiqi zamanı müəyyən olunur ki, iddiaçının dövlət qulluğunda iş stajının 09 il 04 ay 13 gün olması mübahisələndirilməyən haldır. İddiaçı və cavabdeh arasında yaranmış mübahisənin əsasının iddiaçının xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1987-ci il, xx.xx.1989-xx.xx.1991-ci il tarixləri arasında işlədiyi müddət təşkil edir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı 1987-1989-cu illər arasında olan ixisasartırma ilə bağlı hissənin dövlət qulluqçusu stajına əlavə edilməsi barədə araşdırma aparılmasına ehtiyac yoxdur. Çünki qeyd edilən dövr əlavə olunsa belə iddiaçının tələb olunan 15 il stajı toplanmır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1999/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında analoji iş üzrə də vətəndaşın dövlət qulluğuna aid olan iş stajının müəyyən edilməsi X5 məktubu əsasında mümkündür. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1053/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, dövlət qulluqçularının pensiya almaq hüququ müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış və müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatan şəxslərə aid edilir. Həmin Qanun xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş və həmin vaxtdan qüvvədən düşmüşdür. İddiaçının qeyd olunan Qanunun tələbinə əsasən dövlət qulluqçusu kimi pensiyaya çıxması üçün onun xx.xx.2006cı il tarixə 60 yaşının tamam olması tələb olduğu halda, həmin vaxt 50 yaşı tamam olduğundan və həmin vaxtadək pensiya yaşına çatmadığı üçün qeyd edilən qanunun tələbləri ona münasibətdə tətbiq edilə bilməz.” Göründüyü kimi, bu növ iddialar üzrə dövlət qulluğunda iş stajının 5 il müddəti kimi nəzərə alınması üçün vətəndaşın həmin dövrdə qüvvədə olan qanunvericilik əsasında yaş stajı ilə bağlı şərti ödəmiş olsun. Digər tərəfdən məhkəmə hesab edir ki, ali məhkəmənin qeyd olunan qərarında göstərildiyi kimi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş normaların hazırkı münasibətdə tətbiqinin istisna olunması ilə yanaşı, eyni zamanda xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş normalarının tətbiqi də mümkün deyildir. Başqa sözlə, istər xx.xx.2006-cı il tarixədək, istərsə də xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 5 il dövlət qulluğu stajına malik olan şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququndan o zaman bəhz edilə bilər ki, dövlət qulluqçusu 5 il dövlət qulluğu stajı toplanılması ilə yanaşı, həmçinin pensiya yaşına da çatmış olsun və ya əlil olmuş olsun. Göründüyü kimi təkcə 5 il dövlət qulluğu stajının toplanılması iddianın təmini əsası qismində çıxış etmir. Eyni zamanda digər şərtlərdən hər hansı biri də ödənilməlidir ki, iş materiallarından da görünür ki, qeyd olunan şərtlərdən heç biri ödənilməmişdir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-256/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-256/2023
15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver