Məhkəmə qərarları › İş №2-1(120)-256/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-256/2024

23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-256/2024 23.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Kürdəmir rayonu Çöhranlı kəndində yerləşən 0.87 ha həyətyanı torpaq sahəsinə dair hüququn X2na aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının (ləğv olunmuş) 1996-cı il tarixli müvafiq qərarı əsasında, mərhum atası X13 və X1na müştərək olaraq ayrılmış 0,87 ha həyətyanı torpaq sahəsinin, mülkiyyət hüququ əsasında onların adına müəyyən edilərək tanınması və mülkiyyət hüququnun verilməsi ilə bağlı qeydiyyata alınma vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2-1(120)-2120/2022 nömrəli qərardadı ilə, İddia tələbinə İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X22 16 saylı Ucar ərazi idarəsinə qarşı “Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Xırdapay kənd inzibari ərazi dairəsi üzrə nümayəndəliyinin Çöhranlı kəndi üzrə 1996-2000-ci illərə aid 1 nömrəli təsərrüfatbaşına kitabın 1354 nömrəli şəxsi hesabında göstərilən 0,87 ha həyətyanı torpaq sahəsinə dair X2nun mülkiyyət hüquqlarının tanınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 18 may 2023-cü il tarixli 2-1(120)-722/2023 nömrəli qərardadı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X22 16 saylı Ucar ərazi idarəsinə qarşı “Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Xırdapay kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Çöhranlı kəndi üzrə 1996-2000-ci illərə aid 1 nömrəli təsərrüfatbaşına kitabın 1354 nömrəli şəxsi hesabında göstərilən 0,87 ha həyətyanı torpaq sahəsinə dair X2nun mülkiyyət hüquqlarının tanınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Kürdəmir rayonu Çöhranlı bələdiyyəsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 18 may 2023-cü il tarixli 2-1(120)-722/2023 nömrəli qərardadı ilə, İddia tələbinə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X22 16 saylı Ucar ərazi idarəsinə qarşı “istifadəsində və faktiki mülkiyyətində olan Kürdəmir rayonu Çöhranlı kəndində yerləşən 0.87 ha həyətyanı torpaq sahəsinə dair hüququn X2na aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1951-ci ildə Kürdəmir rayonunun Çöhranlı kəndində doğulub, boya-başa çatmış və ailə həyatı qurmuşdur. X1 2004-cu ildə, atası X13 isə 2011-ci ildə vəfat etmişlər. Ötən əsrin 90-ci illərinin sonunda aparılan torpaq islahatları zamanı hər iki valideynləri sağ olmaqla yanaşı, bir təsərrüfatda yaşamışlar, (uşaqlar digər xüsusi təsərrüfatlarda məskunlaşdıqlarından). Adları çəkilən mərhum valideyinləri, 0,12 ha həyətyanı torpaq sahəsi ilə əhatə edilmiş ferdi yaşayış sahəsində (dədə-babadan qalmış və saman kərpicinən inşa edilmiş evdə) öz ömürlərini başa vurmuşlar.Valideynlərinin vəfatından sonra o, İ növbə Qanuni vərəsə kimi miras əmlaka sahib çıxmış (digər vərəsələrin qarşılıqlı razılıqları ilə), onun mühafizəsini həyata keçirməklə, faktiki olaraq onun idarəçiliyinə başlamış, mirası qəbul etdiyini şəksiz nümayiş etdirərək, Azərbaycan Respublikası Mülki Məcəllənin 1243-cü maddəsinin tələblərinə uyğun hərəkətləri icra etməyə başlamışdır. 20-ci əsrin 90-cı illərində keçirilən Torpaq İslahatları ilə əlaqədar olaraq, Kürdəmir rayon Aqrar-İslahat Komissiyasının müvafiq Qərarı ilə (valideynlərinin arzu və istəklərinə əsasən), həmin vaxtda sağ olan ata və anası üçün nəzərdə tutulan pay torpaqlarının (hər birinə 0, 82 ha olmaqla) əvəzinə, əvvəlki həyətyanı torpaqlarına bitişik olan 0, 87 ha torpaq sahəsi ayrılmışdı. Torpaqların ölçülərək valideyinlərinə verilməsi prosesində o da, şəxsən iştirak etmişdir. Sonradan etinasızlıq (biganəlik) ucbatından, ölçülərək onlara verilmiş torpaq sahəsinin sənədləşməsi (rəsmiləşdirilməsi) ilə bağlı səhlənkarlıq edilərək, heç kim bununla maraqlanmamış, nəticədə, 0, 87 ha sahəyə torpaq Şəhadətnaməsi alınmamışdır.Ötən illər ərzində qeyd edilən həyətyanı torpaq sahəsindən öncə valideynləri, sonra isə o, mübahisəsiz ve qeydşərtsiz olaraq istifadə etmişlər. Belə ki, həmin sahədə müxtəlif meyvə ağacları (qiymətləndirilən) əkilərək, yeni bağ salınmış, ümumi torpaq sahəsi daş hasara alınaraq, içərisində 2 mərtəbəli yaşayış evi tikilmişdir (onun tərəfindən). Qeyd etdiyi zamandan etibarən də o, ailə üzvləri ilə birlikdə, sözü gedən dədə-baba yurdunda məskunlaşaraq, yaşayır. Ötən il (2021) qeyd edilən həyətyanı sahənin rəsmiləşdirilməsinə ehtiyac duyulduğundan, (qocalıq yaşına çatmağı ilə bağlı, miras əmlakın gələcək müqəddəratının pozitiv həlli və s. məqsədilə) onun rəsmiləşdirilməsi Qərarına gəlmişdir.İnsidentlə bağlı bir neçə səlahiyyətli təşkilatlara, o cümlədən də, İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin tabeliyindəki DƏDK və RPHŞ-ə, 16 saylı Ucar Ərazi İdarəsinə (DƏDRX-i) rəsmi Müraciətlər etmişdir. Sorğularına aldığı cavablarda, tələbindən imtina edilmiş və bu imtinanı onunla əsaslandırmışlar ki, guya keçirilən Torpaq İslahatları zamanı valideyinlərinə (müştərək) 0,87 ha həyətyanı sahə faktiki olaraq ayrılsa da, yuridik olaraq (hansı naməlum səbəbdənsə) qeydiyyata alınmamışdır. (Dövlət Arxivində və yerli Bələdiyyədə qeydə alınmasına baxmayaraq). Vaxtilə, yanlışlığa və ya səhlənkarlığa yol verildiyini dərk edən 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi ona, məsələnin məhkəmə yolu ilə həll edilməsini tövsiyə etmişdir. (davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə edildiyi də, nəzərə alınmaqla)Göründüyü kimi, sözü gedən həyətyanı torpaq sahəsində qeydə alınmasının başqa cürə mümkünsüzlüyünü anlayaraq, Qanuni vərəsə kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1,-ci maddəsində nəzərdə tutulmuş məhkəmə müdafiəsi hüququndan istifadə etmək zərurətində qalmalı olmuşdur. Odur ki, yuxarıdakılara və Azərbaycan Respublikası MPMnin 307.2.6.-311-ci maddələrinin tələblərinə uyğun olaraq, Kürdəmir rayon Aqrar-İslahat Komissiyasının (ləğv olunmuş) 1996-cı il tarixli müvafiq Qərarı əsasında, mərhum atası X14 və X1na müştərək olaraq ayrılmış 0,87 ha həyətyanı torpaq sahəsinin, Mülkiyyət hüququ əsasında onların adına müəyyən edilərək tanınması və Mülkiyyət hüququnun verilməsi ilə bağlı Qeydiyyata alınma vəzifəsinin, 16 saylı Ucar Ərazi İdarəsinin (ƏMDX DƏDKR-nin) üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış etiraz məktubunda göstərilmişdir ki, Hacıyev X11 rayonu, Çöhranlı kəndində yerləşən 0.87 hektar həyətyanı torpaq sahəsi üzərində X2nun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 11,05.2022-ci il tarixdə **********5 qeydiyyat nömrəli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən 0.87 hektar həyətyanı torpaq sahəsinin qeydiyyatı ilə bağlı Kürdəmir rayon Arxivindən Kürdəmir RİHB-nın Xırdapay(Çöhranlı) kənd İnzibati Ərazi Nümayəndəliyinin 1996-2000-cı illərə aid Çöhranlı kəndinin 1 saylı Təsərrüfatbaşına kitab”-dan 164 nömrəli arayışı əsas sənəd kimi təqdim edilmişdir. Sənədlərin ekspertizası zamanı müəyyən olunmuşdur ki, təqdim edilmiş Arxiv arayışında 0.87 hektar torpaq sahəsi qeyd edilməsinə baxmayaraq Ərazi İdarəsinin elektron baza məlumatlarında DBF siyahısında (hüquq sahiblərinin subyektlərinin siyahısı) X7 və X3 adına torpaq sahəsi 0.12 hektar qeyd edilmişdir. Bununla bağlı “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsinə əsasən təqdim edilən sənədlərin qeydiyyatı bir ay müddətinə dayandırılıraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə ********** nömrəli məktubla sorğu verilmişdir. İqtisadiyyat Nazirliy yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti sorğuya cavab olaraq torpaq sahəsinin 0.12 hektar olmasını qeyd etmişdir. Vətəndaşa və ailə üzvlərinə məxsus 0,25 ha həyətyanı torpaq sahəsinə işlənmiş JN- 22F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə Kürdəmir rayon Arxivindən Kürdəmir RİHB-nın Xırdapay(Çöhranlı) kənd İnzibati Ərazi Nümayəndəliyinin 1996-2000-ci illərə aid Çöhranlı kəndinin 1 saylı “Təsərrüfatbaşına kitab”-da qeyd edilmiş 0.87 hektar həyətyanı torpaq sahəsi arasında 480 metr fərq var.“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştiraklarını təmin etməmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Kürdəmir rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Kürdəmir rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan sənədlər: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 11 may 2022-ci il tarixli **********25 nömrəli məktubunda göstərilmişdir ki, X2na məxsus Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən 0.87 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 16 saylı Ucar Ərazi İdarəsində baxılmışdır. Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən 0.87 hektar həyətyanı torpaq sahəsinin qeydiyyatı ilə bağlı Kürdəmir rayon Arxivindən Kürdəmir RİHB-nın Xırdapay(Çöhranlı) kənd İnzibati Ərazi Nümayəndəliyinin 1996-2000-ci illərə aid Çöhranlı kəndinin 1 saylı “Təsərrüfatbaşına kitab”-dan 164 nömrəli Arayışı əsas sənəd kimi təqdim etmişdir. Sənədlərin ekspertizası zamanı müəyyən olunmuşdur ki, təqdim edilmiş Arxiv arayışında torpaq sahəsi 0,87 hektar torpaq sahəsi qeyd edilməsinə baxmayaraq,Ərazi İdarəsinin elektron baza məlumatlarında DBF siyahısında (hüquq sahiblərinin subyektlərinin siyahısı) torpaq sahəsi 0,12 hektar qeyd edilmişdir. Bununla bağlı “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsinə əsasən təqdim etdiyi sənədlərin qeydiyyatı bir ay müddətinə dayandırılaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə ********** nömrəli məktubla sorğu verilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti sorğuya cavab olaraq torpaq sahəsinin 0.12 hektar olmasını qeyd etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunur. Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən 0.12 hektar həyətyanı torpaq sahəsinə dair yerqurluşu xəritəsindən çıxarış təqdim edilməklə təkrar müraciət edəcəyi təqdirdə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması məsələsinə baxıla bilər. - Kürdəmir Rayon Dövlət Arxivinin 27 avqust 2021-ci il tarixli, 164 nömrəli arxiv arayışında göstərilmişdir ki, Kürdəmir rayonun Çöhranlı kəndində qeydiyyatda olan İddiaçı müraciəti əsasında bildirilir ki, mərhum atası X7 adına Kürdəmir RÍHB-nın Xırdapay (Çöhranlı) kənd İƏV-yi üzrə İcra Nümayəndəliyinin Rayon Dövlət Arxivində saxlanılan 1996-2000-ci illərə aid Çöhranlı kəndinin l saylı təsərrüfatbaşına kitabın 1354 təsərrüfatda xususi nömrəli şəxsi hesabina əsasən onun başçılıq etdiyi təsərrüfatda xüsusi mülkiyyətində 0.87 ha hayətyani torpaq sahəsi və ümumi (yararlı) sahə 280 kv.m, o cümlədən yaşayış sahəsi 210 kv.m olan fərdi ev qeydə alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 12 sentyabr 2022-ci il tarixli **********59 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı Kürdəmir rayon Aqrar İslahat Komissiyasının (ləğv olunmuş) 1996-cı il tarixli müvafiq qərarı əsasında mərhum atası X13 və anası X5 müştərək olaraq ayrılmış 0.87 ha həyətyanı torpaq sahəsinin mülkiyyət hüququ əsasında onların adına müəyyən edilərək tanınması və mülkiyyət hüququnun verilməsi ilə qeydiyyata alınma vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə inzibati iş ilə bağlı xx.xx.2022-ci il tarixli 2-1(120)-2120/2021 saylı sorğuya “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsində etdiyi müraciətinin (ərizəsinin) təsdiq edilmiş surəti göndərilir. İddiaçı müraciəti ilə əlaqədar inzibati icraat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1 və 15-ci maddəsinə əsaslanaraq aparılmışdır. - Kürdəmir Rayon Dövlət Arxivinin 25 avqust 2022-ci il tarixli, 67 nömrəli məktubunda göstərilmişdir ki, Kürdəmir rayon Dövlət Arxiv İdarəsində saxlanılan Kürdəmir rayon İHB-nin Xırdapay kənd İƏV-nin Çöhranlı kənd üzrə 1996-2000-ci illərə aid 1 nömrəli təsərüfatbaşına kitabın 1354 nömrəli şəxsi hesabında göstərilən X7 adına aid olan sənədlərin təsdiq olunmuş surətini göndərilmişdir. Təqdim edilmiş Kürdəmir rayon Dövlət Arxiv İdarəsində saxlanılan Kürdəmir rayon İHB-nin Xırdapay kənd İƏV-nin Çöhranlı kənd üzrə 1996-2000-ci illərə aid 1 nömrəli təsərüfatbaşına kitabın 1354 nömrəli şəxsi hesabında təsərrüfat başçısı qismində iddiaçının mərhum atası X7 adına 0.87 ha torpaq sahəsi qeydə alınmışdır. - Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Çöhranli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 100 nömrəli məktubunda göstərilmişdir ki, X2nun Kürdəmir rayon Çöhranlı kənd İnzibati Ərazi Dairəsinin Çöhranlı kəndi üzrə 2011-ci ilə aid 01 nömrəli təsərrüfatbaşına kitabın 4 nömrəli şəxsi hesabında göstərilən 0,96 hektar həyətyanı torpaq sahəsinin olmasına dair qeydiyyat aparılsa da həmin torpaq sahəsinə aid Kürdəmir rayon Aqrar İslahat komissiyasının (ləğv olunmuş) xx.xx.1997-ci il tarixli qərarı ilə onun mülkiyyətinə verilməsinə dair heç bir sənəd tapılmadı. Təsərrüfatın xüsusi mülkiyyəti hesab olunan yaşayış evi 0,02 ha, tikildiyi il 1961-ci il, ümumi sahəsi 60 kv.m, o cümlədən yaşayış sahəsi 48 kvm-dır. Həyətdaxili tiklilər 26 kv.m tövlə qeyd olunmuşdur. X2 xx.xx.2011-ci il tarixdə vəfat etmiş və həmin günədək tək yaşamışdır. Vəfat etdiyi gündən bu günə kimi həmin evdə heç kəs yaşamır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 14 mart 2023-cü il tarixli 3-21-3-36/2- 904/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı Kürdəmir rayon Aqrar islahat Komissiyasının (ləğv olunmuş) 1996-cı il tarixli müvafiq qərarı əsasında mərhum atası X13 və X1na müştərək olaraq ayrılmış 0.87 ha həyətyanı torpaq sahəsinin mülkiyyət hüququ əsasında onların adına müəyyən edilərək tanınması və mülkiyyət hüququnun verilməsi ilə qeydiyyata alınma vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə inzibati iş ilə bağlı xx.xx.2022-cı il tarixli 2-1(120)-2120/2022 saylı sorğuya “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsində baxılmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 27 mart 2023-cü il tarixli 3-21-3-36/2- 1080/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı Kürdəmir rayon Aqrar İslahat Komissiyasının (ləğv olunmuş) 1996-cı il tarixli müvafiq qərarı əsasında mərhum atası X13 və anası X16-qızına müştərək olaraq ayrılmış 0.87 ha həyətyanı torpaq sahəsinin mülkiyyət hüququ əsasında onların adına müəyyən edilərək tanınması və mülkiyyət hüququnun verilməsi ilə qeydiyyata alınma vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə inzibati iş ilə bağlı xx.xx.2022-ci ıl tarixli 2-1(120)-2120/2022 saylı sorğuya “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi idarəsində baxılmışdır. Sorğuda qeyd olunan sənədlərin təsdiq edilmiş surətləri xx.xx.2023-cü il tarixli, **********04 saylı məktubla göndərilmişdir. - Kürdəmir Rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 5-56-5/2-419/2023 nömrəli məktubunda göstərilmişdir ki, Kürdəmir Rayon İcra Hakimiyyətində 1996-2000-ci illərə aid məlumatlar yoxdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının 12 iyun 2017-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair Təlimatın 13.3.2. bəndinə əsasən rayon İcra Hakimiyyətinin arxivində 5 il müddəti ötmüş bütün sərəncam, əmr və digər daimi saxlanılan sənədlər saxlanılmaq üçün rayon Dövlət Arxivinə təhvil verilir. Qeyd olunanlar nəzərə alaraq gələcəkdə 5 il müddəti ötmüş məlumatların əldə edilməsi üçün Kürdəmir rayon Dövlət Arxivinə müraciət edə bilər. - Kürdəmir Rayon Dövlət Arxivinin 14 aprel 2023-cü il tarixli, 3-48-2RA/2-30/2023 nömrəli məktubunda göstərilmişdir ki, Kürdəmir rayon Dövlət Arxiv İdarəsinə daxil olmuş 06 mart 2023-cü il tarixli (daxilolma xx.xx.2023-cü il) 2-1 (120) 722/2023 nömrəli məktubda Kürdəmir rayonun Çöhranlı kəndi üzrə 1996-2000-ci illərə Aqrar İslahatın keçirilib keçirilməməsi, əgər keçirilmişdirsə, həmin qərarın və "adlı siyahının" X2na aid hissəsinin müvafiq qaydada təsdiq olunmuş surətlərini məhkəməyə təqdim olunmasını xahiş edilmişdir. Kürdəmir rayon Dövlət Arxiv İdarəsində araşdırılma aparılmış Çöhranlı kəndi üzrə yuxarıda göstərilən illərə aid Aqrar İslahatın keçirilməsi barədə hər harsı bir arxiv sənədləri aşkar edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3- 60/2-875/2023 nömrəli məktubunda göstərilmişdir ki, Kürdəmir rayonu, Çöhranlı kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair suyektlərin siyahılarından X2nun adı qeyd edilmiş hissədən çıxarışların, eləcə də torpaq sahələrinin ayrılması ilə bağlı Kürdəmir rayon Aqrar İslahat Komissiyasının qərarının təsdiq olunmuş surətinin verilməsi barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə daxil olmuş məktuba "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində aidiyyəti üzrə baxılmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-722/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/3865 nömrəli məktubu ilə xx.xx.2024-cü il tarixli 10/3865 №-li ekspert rəyi məhkəməyə ünvanlanmışdır. xx.xx.2024-cü il tarixli 10/3865 nömrəli ekspert rəyinin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-36/2-1145/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının Xırdapay (Çöhranlı) kənd inzibati ərazi nümayəndəliyinin 1996-2000-ci illərə aid Çöhranlı kəndinin 1 saylı “Təsərrüfatbaşına-kitab”dan 164 nömrəli arayışa əsasən X9 ayrılmış Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən, idarənin arxiv materiallarında mövcud olan, Kürdəmir rayonu Çöhranlı bələdiyyəsi və Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Çöhranlı kənd İnzibati Ərazi Dairəsi uzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş “Kürdəmir rayonu Çöhranlı bələdiyyəsinin yerquruluşu planından çıxarış” da əks olunan koordinatlarla müəyyənləşən 0.87 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının Xırdapay (Çöhranlı) kənd İnzibati Ərazi Nümayəndəliyinin 1996-2000-ci illərə aid Çöhranlı kəndinin 1 saylı “Təsərrüfatbaşına-kitab”-dan 164 nömrəli arayışa əsasən X9 ayrılmış Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən, idarənin arxiv materiallarında mövcud olan, Kürdəmir rayonu Çöhranlı bələdiyyəsi və Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Çöhranlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş “Kürdəmir rayonu Çöhranlı bələdiyyəsinin yerquruluşu planından çıxarış” da əks olunan koordinatlarla müəyyən edilən torpaq sahəsi idarənin elektron baza məlumatlarında təqdim olunan “Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlan”nda (TEKUİS) yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, tikinti altında olan torpaqlar uqodiyalı (həyətyanı sahə) olmaqla bələdiyyə mülkiyyətinə aid torpaqlar olaraq göstərilmişdir. “Kürdəmir rayonu Çöhranlı kəndi S.Vurğun adına təsərrüfatın ərazisində aparılan torpaq arasında sürüşmə, konfiqurasiya və bucaq fərqləri mövcud olduğu üçün torpaq sahəsinin islahat xəritəsində yerləşdiyi ərazini təsbit etmək mümün olmadı.Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının Xırdapay (Çöhranlı) kənd İnzibati Ərazi Nümayəndəliyinin 1996-2000-ci illərə aid Çöhranlı kəndinin 1 saylı “Təsərrüfatbaşınakitab” -dan 164 nömrəli arayışa əsasən X9 ayrılmış Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən, idarənin arxiv materiallarında mövcud olan, Kürdəmir rayonu Çöhranlı bələdiyyəsi və Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Çöhranlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş “Kürdəmir rayonu Çöhranlı bələdiyyəsinin yerquruluşu planından çıxarış” da əks olunan koordinatlarla müəyyənləşən 0.87 ha torpaq sahəsi ilə baxış zamanı naturada göstərilən torpaq sahəsi eyni ərazi olmaqla üst- üstə düşür.Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının Xırdapay (Çöhranlı) kənd İnzibati Ərazi Nümayəndəliyinin 1996- 2000-ci illərə aid Çöhranlı kəndinin 1 saylı "Təsərrüfatbaşına-kitab”-dan 164 nömrəli arayışa əsasən X9 ayrılmış Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən idarənin arxiv materiallarında mövcud olan, Kürdəmir rayonu Çöhranlı bələdiyyəsi və Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Çöhranlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş "Kürdəmir rayonu Çöhranlı bələdiyyəsinin yerquruluşu planından çıxarış da əks olunan koordinatlarla müəyyənləşən 0.87 ha torpaq sahəsi idarənin elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu ınforrnasiya sistem məlumatlarında eyni konfiqurasiyada olmaqla bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olaraq göstərilmişdir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının Xırdapay (Çöhranlı) kənd İnzibati Ərazi Nümayəndəliyinin 1996- 2000-ci illərə aid Çöhranlı kəndinin 1 saylı “Təsərrüfatbaşına-kitab”-dan 164 nömrəli arayışa əsasən X9 ayrılmış Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən, idarənin arxiv materiallarında mövcud olan, Kürdəmir rayonu Çöhranlı bələdiyyəsi və Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Çöhranlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş “Kürdəmir rayonu Çöhranlı bələdiyyəsinin yerquruluşu planından çıxarış” da əks olunan koordinatlarla müəyyənləşən 0.87 ha torpaq sahəsi baxış zamanı iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi olaraq təyinatına uyğun istifadə edilir.Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının Xırdapay (Çöhranlı) kənd İnzibati Ərazi Nümayəndəliyinin 1996-2000-ci illərə aid Çöhranlı kəndinin 1 saylı “Təsərrüfatbaşına-kitab” -dan 164 nömrəli arayışa əsasən X9 ayrılmış Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən 0.87 ha həyətyanı torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi mütəxəssis tərəfindən aşkar edilməmişdir. -Kürdəmir rayonu Çöhranlı Bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 14 nömrəli məktubunda göstərilmişdir ki, Kürdəmir rayonu Çöhranlı kəndində yerləşən 0.87 ha torpaq sahəsinin X2nun adından (çıxarış) arayışın verilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış hüquqların əldə edilməsini təsdiq edən sənəddir. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən olunur ki, iddiaçı məhkəməyə müraciət edərək bildirmişdir ki, mərhum atası X7 adına 0.87 ha torpaq sahəsi qeydə alınmışdır və bu barədə Kürdəmir rayon Dövlət Arxiv İdarəsində saxlanılan Kürdəmir rayon İHB-nin Xırdapay kənd İƏV-nin Çöhranlı kənd üzrə 1996-2000-ci illərə aid 1 nömrəli təsərüfatbaşına kitabın 1354 nömrəli şəxsi hesabını təqdim edilmişdir. İddiaçı cavabdeh orqana müvafiq müraciətlə müraciət etmiş, cavabdeh orqan tərəfindən imtina edilərək göstərilmişdir ki, təqdim edilmiş Arxiv arayışında torpaq sahəsi 0,87 hektar torpaq sahəsi qeyd edilməsinə baxmayaraq,Ərazi İdarəsinin elektron baza məlumatlarında DBF siyahısında (hüquq sahiblərinin subyektlərinin siyahısı) torpaq sahəsi 0,12 hektar qeyd edilmişdir. Bununla bağlı “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsinə əsasən təqdim etdiyiniz sənədlərin qeydiyyatı bir ay müddətinə dayandırılaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə ********** nömrəli məktubla sorğu verilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti sorğuya cavab olaraq torpaq sahəsinin 0.12 hektar olmasını qeyd etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunur. Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən 0.12 hektar həyətyanı torpaq sahəsinə dair yerqurluşu xəritəsindən çıxarış təqdim edilməklə təkrar müraciət edəcəyi təqdirdə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması məsələsinə baxıla bilər. İşin araşdırılmış hallarından görünür ki, Kürdəmir rayon İHB-nin Xırdapay kənd İƏVnin Çöhranlı kənd üzrə 1996-2000-ci illərə aid 1 nömrəli təsərüfatbaşına kitabın 1354 nömrəli şəxsi hesabında Kürdəmir rayonu, Çöhranlı kəndində X2nun adına 0.87 ha torpaq sahəsi qeydə alınmışdır. Kürdəmir Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X13 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Bu haldan müəyyən olunur ki, mərhum İddiaçı mübahisəli torpaq sahəsində vəfat edən günədək istifadə və sahiblik etmişdir.Məhkəməyə təqdim edilmiş X23 Xİdmət Mərkəzində Notariat Ofisinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən, İddiaçı X7 qanun üzrə vərəsəsidir. Hal-hazırda İddiaçı məhkəməyə müraciət edərək mübahisəli torpaq sahəsinə X2nun mülkiyyət hüquqlarını qeydə alınmasını xahiş etmişdir, cavabdeh orqan tərəfindən imtina məktubunu aldığını bildirmişdir. Məhkəmə tərəfindən müvafiq sorğular göndərilmişdir, Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Çöhranli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 100 nömrəli məktubunda göstərilmişdir ki, X2nun Kürdəmir rayon Çöhranlı kənd İnzibati Ərazi Dairəsinin Çöhranlı kəndi üzrə 2011-ci ilə aid 01 nömrəli təsərrüfatbaşına kitabın 4 nömrəli şəxsi hesabında göstərilən 0,96 hektar həyətyanı torpaq sahəsinin olmasına dair qeydiyyat aparılsa da həmin torpaq sahəsinə aid Kürdəmir rayon Aqrar İslahat komissiyasının (ləğv olunmuş) xx.xx.1997-ci il tarixli qərarı ilə onun mülkiyyətinə verilməsinə dair heç bir sənəd tapılmadı. Təsərrüfatın xüsusi mülkiyyəti hesab olunan yaşayış evi 0,02 ha, tikildiyi il 1961-ci il, ümumi sahəsi 60 kv.m , o cümlədən yaşayış sahəsi 48 kvm-dır. Həyətdaxili tiklilər 26 kv.m tövlə qeyd olunmuşdur. X2 xx.xx.2011-ci il tarixdə vəfat etmiş və həmin günədək tək yaşamışdır. Vəfat etdiyi gündən bu günə kimi həmin evdə heç kəs yaşamır. Kürdəmir Rayon Dövlət Arxivinin 25 avqust 2022-ci il tarixli, 67 nömrəli məktubunda göstərilmişdir ki, Kürdəmir rayon Dövlət Arxiv İdarəsində saxlanılan Kürdəmir rayon İHB-nin Xırdapay kənd İƏV-nin Çöhranlı kənd üzrə 1996-2000-ci illərə aid 1 nömrəli təsərüfatbaşına kitabın 1354 nömrəli şəxsi hesabında göstərilən X7 adına aid olan sənədlərin təsdiq olunmuş surətini göndərilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsaəsn “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və cavabdeh inzibati orqanın imtinası iddiaçının mərhum nənəsinin mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfin mövqeyi ilə razılaşmır. Belə olan halda Məhkəmənin qənaətinə görə Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən 0,87 ha torpaq sahəsinin (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) mərhum İddiaçı mülkiyyət hüquqları yarandığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrinə əsasən onun hüquqları qeydiyyata alınmalıdır. Odur ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi nin imtinası qanuna zidd sayılmalı və iddiaçının mərhum atasının hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X12 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X12 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X8 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X8 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X17rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddənin tələbinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti tərəfindən müvafiq olaraq dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, eləcə də müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə,iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Digər tərəfdən, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, iddiaçının mərhum atası, iddiaçının mərhum anası və iddiaçı Kürdəmir Rayon Dövlət Arxivinin Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının Xırdapay (Çöhranlı) kənd İnzibati Ərazi Nümayəndəliyinin 1996-2000-ci illərə aid Çöhranlı kəndinin 1 saylı “Təsərrüfatbaşınakitab”-dan 164 nömrəli arayışa əsasən və Kürdəmir rayon Dövlət Arxiv İdarəsində saxlanılan Kürdəmir rayon İHB-nin Xırdapay kənd İƏV-nin Çöhranlı kənd üzrə 1996-2000ci illərə aid 1 nömrəli təsərrüfatbaşına kitabın 1354 nömrəli şəxsi hesabında Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən 0,87 ha torpaq sahəsindən faktiki mülkiyyətçi hüququ ilə uzun müddət ərzində fasiləsiz və etirazsız sahiblik etmişdir. Həmçinin təqdim edilmiş mütəxəssis rəyi və ekspert rəyindən müəyyən olunur ki, Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının Xırdapay (Çöhranlı) kənd inzibati ərazi nümayəndəliyinin 1996-2000-ci illərə aid Çöhranlı kəndinin 1 saylı “Təsərrüfatbaşınakitab”dan 164 nömrəli arayışa əsasən, X9 ayrılmış Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən, idarənin arxiv materiallarında mövcud olan, Kürdəmir rayonu Çöhranlı bələdiyyəsi və Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Çöhranlı kənd İnzibati Ərazi Dairəsi uzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş “Kürdəmir rayonu Çöhranlı bələdiyyəsinin yerquruluşu planından çıxarış” da əks olunan koordinatlarla müəyyənləşən 0.87 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının Xırdapay (Çöhranlı) kənd İnzibati Ərazi Nümayəndəliyinin 1996- 2000-ci illərə aid Çöhranlı kəndinin 1 saylı “Təsərrüfatbaşına-kitab”-dan 164 nömrəli arayışa əsasən X9 ayrılmış Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən, idarənin arxiv materiallarında mövcud olan, Kürdəmir rayonu Çöhranlı bələdiyyəsi və Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Çöhranlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş “Kürdəmir rayonu Çöhranlı bələdiyyəsinin yerquruluşu planından çıxarış” da əks olunan koordinatlarla müəyyən edilən torpaq sahəsi idarənin elektron baza məlumatlarında təqdim olunan “Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlan”nda (TEKUİS) yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, tikinti altında olan torpaqlar uqodiyalı (həyətyanı sahə) olmaqla bələdiyyə mülkiyyətinə aid torpaqlar olaraq göstərilmişdir. “Kürdəmir rayonu Çöhranlı kəndi S.Vurğun adına təsərrüfatın ərazisində aparılan torpaq arasında sürüşmə, konfiqurasiya və bucaq fərqləri mövcud olduğu üçün torpaq sahəsinin islahat xəritəsində yerləşdiyi ərazini təsbit etmək mümün olmadı. Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının Xırdapay (Çöhranlı) kənd İnzibati Ərazi Nümayəndəliyinin 1996-2000-ci illərə aid Çöhranlı kəndinin 1 saylı “Təsərrüfatbaşına-kitab” -dan 164 nömrəli arayışa əsasən X9 ayrılmış Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən, idarənin arxiv materiallarında mövcud olan, Kürdəmir rayonu Çöhranlı bələdiyyəsi və Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Çöhranlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş “Kürdəmir rayonu Çöhranlı bələdiyyəsinin yerquruluşu planından çıxarış” da əks olunan koordinatlarla müəyyənləşən 0.87 ha torpaq sahəsi ilə baxış zamanı naturada göstərilən torpaq sahəsi eyni ərazi olmaqla üst- üstə düşür. Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının Xırdapay (Çöhranlı) kənd İnzibati Ərazi Nümayəndəliyinin 1996-2000-ci illərə aid Çöhranlı kəndinin 1 saylı “Təsərrüfatbaşına-kitab”-dan 164 nömrəli arayışa əsasən X9 ayrılmış Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən, idarənin arxiv materiallarında mövcud olan, Kürdəmir rayonu Çöhranlı bələdiyyəsi və Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Çöhranlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş “Kürdəmir rayonu Çöhranlı bələdiyyəsinin yerquruluşu planından çıxarış” da əks olunan koordinatlarla müəyyənləşən 0.87 ha torpaq sahəsi baxış zamanı iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi olaraq təyinatına uyğun istifadə edilir. X9 ayrılmış Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən 0.87 ha həyətyanı torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi mütəxəssis tərəfindən aşkar edilməmişdir. Həmçinin Kürdəmir rayonu Çöhranlı Bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 14 nömrəli məktubunda göstərilmişdir ki, Kürdəmir rayonu Çöhranlı kəndində yerləşən 0.87 ha torpaq sahəsinin X2nun adından (çıxarış) arayışın verilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6-cı maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. Göründüyü kimi, iddiaçının mərhum atasının adına daşınmaz əmlak, yəni 0,87 hektar torpaq sahəsinin ayrılmasına dair Kürdəmir Rayon Dövlət Arxivi tərəfindən göndərilmiş Kürdəmir rayon İHB-nin Xırdapay kənd İƏV-nin Çöhranlı kənd üzrə 1996-2000ci illərə aid 1 nömrəli təsərrüfatbaşına kitabın 1354 nömrəli şəxsi hesab, həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnu həyata keçirməsi və bu müddət ərzində ona dövlət, yerli özünüidarə orqanları, fiziki və hüquqi şəxslər tərəfindən etiraz edilməməsi, bununla da qanunvericiliyin tələbinə əsasən həmin əmlakın mülkiyyətçisi kimi qeydə alınmasını tələb etmə hüququnu əldə etməsi, həmçinin, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinin tələblərinə əsasən 0,87 hektar həyətyanı torpaq sahəsinin faktiki mülkiyyətçisinə çevrilməsi cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmadan iddiaçının hazırki iş üzrə tələbi haqqında müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən 0,87 ha torpaq sahəsinin (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) X2na aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsindən əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Azərbaycan SSR Nazirlər Sovetinin 26 fevral 1991-ci il tarixli 72 saylı qərarı ilə N.Tusi adına kolxozun 6 noyabr 1993-cü il tarixli 1 saylı qərarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən 3 aprel 1990cı il tarixli qərar iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi, qanunvericliyin tələbinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların xüsusi mülkiyyətinə verilmişdir. Həmçinin qanunverici həmin torpaq sahələrinin vətəndaşların mülkiyyətinə hansı ölçüdə verilməsini də müəyyən edərək göstərmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən fərdi yaşayış evi üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” təlimatın: 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istfadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. «X19rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, prosessual xərc - məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsindən tutulmalıdır. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə Q ə r a r a a l d ı: İddiaçı iddiası təmin edilsin. Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının Xırdapay (Çöhranlı) kənd İnzibati Ərazi Nümayəndəliyinin 1996-2000-ci illərə aid Çöhranlı kəndinin 1 saylı “Təsərrüfatbaşına-kitab”-dan 164 nömrəli arayışa əsasən və Kürdəmir rayon Dövlət Arxiv İdarəsində saxlanılan Kürdəmir rayon İHB-nin Xırdapay kənd İƏV-nin Çöhranlı kənd üzrə 1996-2000-ci illərə aid 1 nömrəli təsərrüfatbaşına kitabın 1354 nömrəli şəxsi hesabında qeydə alınmış Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən 0,87 ha torpaq sahəsinin (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) X2na aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi nin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ

22. Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğugündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar