Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-256/2025 24.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Kərimli Fidan Rauf qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “adının torpağa mülkiyyət hüququna dair JN-246 nömrəli dövlət aktında mülkiyyətçilər sırasına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “adının torpağa mülkiyyət hüququna dair JN-246 nömrəli dövlət aktında mülkiyyətçilər sırasına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdirxxxxxxx İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45xxxxxxx4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılırxxxxxxx Məhkəmənin 05xxxxxxx09xxxxxxx2024-cü il tarixli qərardadı ilə idida tələbi “İddiaçı torpağa mülkiyyət hüququna dair JN-246 nömrəli dövlət aktında mülkiyyətçilər sırasına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmiş və iddiaçı əsl İddiaçı ilə əvəz edilmişdirxxxxxxx İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, X15 Komissiyasının torpaq islahatına başlaması ərəfəsində ailə üzvləri 6 nəfərdən ibarət olmuşdurxxxxxxx 1998-ci ildə kəndlərində torpaqların islahatı aparılan zaman ailə üzvləri ilə ümumilikdə 1xxxxxxx23 ha torpaq sahəsi göstərən JN 246 nömrəli Dövlət Akt verilmişdirxxxxxxx Bu aktda şəhid olmuş qardaşı X3 görə “Torpaq islahatı haqqında” Azərbaycan Rspublİkasının Qanununun 14-cü maddəsinə əsasən ona şəhid ailəsi kimi iki pay, yəni 0xxxxxxx40 ha torpaq sahəsi verilmişdirxxxxxxx Belə nəticəyə gəlir ki, 1xxxxxxx23 ha torpaq sahəsi akt üzrə 5 nəfərin payına düşən torpaq sahəsidirxxxxxxx Bundan əlavə aktda adı olmayan İddiaçı pay torpaq sahəsi ayrılıb verilmişdirxxxxxxx Hal-hazırda həmin torpaq sahəsindən istifadə edirlərxxxxxxx Lakin ona verilən torpaq sahəsi İslahat komissiyasının torpaq payı verilən sıyahısına salınmasına baxmayaraq və JN 246 nömrəli Dövlət Aktında adı qeyd olunmamışdırxxxxxxx Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci ıl tarixlixxxxxxx 226 saylı Fərmanı ilə «X13 Komissiyasının yaradılması haqqında» 1995-ci il 02 mart tarixli, 290 nömrəli Fərmanı qüvvədən düşmüş və Rayon Aqrar İslahat Komissiyalarının da fəaliyyətlərinə xitam verilmişdirxxxxxxx Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2015-ci il tarixli, 453 saylı Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdirxxxxxxx Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bəzi funksiyalarının icrası Əmlak Məsələləri Dövlət xidmətinə və digər orqanlara bu və ya digər şəkildə həvalə edilmişdirxxxxxxx Birbaşa nəzərdə tutulmayan bəzi məsələlərin həll edilmə funksiyaların icrası isə məhkəmə qaydasında həll edilirxxxxxxx Buna gorə də Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz əmlakın Dövlət Katastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi 26xxxxxxx01xxxxxxx2023-cü il tarixli 312-3- 44/2-M-02xx-xx/2023 nömrəli məktubunda məhkəməyə müraciət edilməyi tövsıyyə edilmişdirxxxxxxx Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qarar qəbul edilməsini məhkəmədən xahiş etmişdirxxxxxxx Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilmişlərxxxxxxx Məhkəmə iclasında iddiaçı və cavabdehin nümayəndəsi iştirak etmirxxxxxxx Məhkəmə İPM-in 62xxxxxxx3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdixxxxxxx Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdırxxxxxxx Belə ki, İnzibati Prosessual Məcəllənin 35xxxxxxx1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılırxxxxxxx Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndirxxxxxxx İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidirxxxxxxx «İnzibati icraat haqqında» Qanunun: 2xxxxxxx0xxxxxxx1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdirxxxxxxx 2xxxxxxx0xxxxxxx2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridirxxxxxxx 62xxxxxxx1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludurxxxxxxx Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilirxxxxxxx 62xxxxxxx2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılırxxxxxxx İnzibati Prosessual Məcəllənin: 2xxxxxxx2xxxxxxx1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılırxxxxxxx 24xxxxxxx1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidirxxxxxxx 24xxxxxxx4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməzxxxxxxx 32xxxxxxx1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilərxxxxxxx Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilərxxxxxxx 38xxxxxxx1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilərxxxxxxx “Torpaq islahatı haqqında” Qanunun 20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X15 komissiyaları aparırxxxxxxx Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə X15 komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlərxxxxxxx Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlərxxxxxxx Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlərxxxxxxx Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirxxxxxxx Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilərxxxxxxx Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilirxxxxxxx Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X15 komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdirxxxxxxx Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununa görə torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdirxxxxxxx Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidirxxxxxxx Torpaq islahatı keçirilən zaman sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarından vətəndaşlara torpaq payı almaq hüququ verilmiş, bundan sonra kolxoz və sovxozlar ləğv edilərək torpaq sahələri üzərində yeni mülkiyyət növləri formalaşmışdırxxxxxxx 31xxxxxxx05xxxxxxx2012-ci il tarixədək qüvvədə olmuş 01xxxxxxx09xxxxxxx2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdirxxxxxxx Ali Məhkəmənin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2xxxxxxx3-cü bəndində qeyd edilmişdir ki,məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlarxxxxxxx Həmçinin həmin qərarın 16xxxxxxx6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilərxxxxxxx Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 12xxxxxxx05xxxxxxx2020-ci il tarixli 2-1 (102)-1103/20 nömrəli, 15xxxxxxx09xxxxxxx2020-ci il tarixli 2-1(102)-1577/2020 nömrəli və 23xxxxxxx09xxxxxxx2020-ci il tarixli 2-1 (102)-1225/2020 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdirxxxxxxx Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11 -ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidirxxxxxxx Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”xxxxxxx İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdirxxxxxxx Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edirxxxxxxx İş materiallarında olan JN-246 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın surətindən müəyyən olunur ki, Masallı rayonu, Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli Qərarı ilə Nümayəndə, X4, X6, X7 və X1 təsərrüfatı məhsulları istehsalı üçün 1xxxxxxx23 ha torpaq sahəsi verilmişdirxxxxxxx X14 verilməsin əsas olmuş Masallı rayonu, Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli Qərarı və qərara əlavə olunmuş pay almaq hüququ olan vətəndaşların siyahısından müəyyən olunur ki, həmin siyahıda Nümayəndə, X4, X6, X7 və X2 adları qeyd edilmişdirxxxxxxx Masallı rayon İcra Hakimiyyəti başçısının Öncəqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 28 mart 2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, Nümayəndə Azad oğlu 1997-1999-cu illərdə Aqrar islahat aparılan zaman kənddə yaşamışdır, ona naturada pay torpaq sahəsi verilmiş, lakin Dövlət Aktına adı salınmamışdırxxxxxxx Məhkəmə iddiaçının ərizədə qeyd etdiyi hallara münasibətdə iş materiallarında olan sənədlərə və sübutlara əsaslanaraq müəyyən edir ki, iddiaçı ilk öncə Dövlət Aktına dəyişiklik edilməsi və adının mülkiyyətçilər sırasına əlavə olunması üçün həmin aktın verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının müvafiq qərarını mübahisələndirməlidirxxxxxxx İş materiallarından müəyyən olunur ki, iddiaçının uzun müddətdir ki, mübahisəli qərardan və Dövlət Aktından məlumatı vardırxxxxxxx Belə ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, X15 Komissiyasının torpaq islahatına başlaması ərəfəsində ailə üzvləri 6 nəfərdən ibarət idixxxxxxx 1998-cı ildə kənddə torpaqların islahatı aparılan zaman ailə üzvlərinə ümumilikdə 1xxxxxxx23 ha torpaq sahəsi göstərən JN 246 nömrəli Dövlət Akt verilmişdirxxxxxxx Məhkəmə hesab edir ki, iddiaçının 1998-ci ildən indiyədək həmin qərardan və qərar əsasında tərtib edilmiş dövlət aktından məlumatsız olmağı ağlabatan hesab edilə bilməzxxxxxxx Həmçinin prosessual müddətin bərpasına dair ərizədə iddiaçının nümayəndəs qeyd etmişdir ki, iddiaçı həmin torpaqdan hal-hazırki dövrədək mübahisəsiz istifadə etmişdir və onun adının aktda olmamasından məlumatsız olmuşdurlarxxxxxxx Həmin akt onlara bir neçə il sonra verilmiş və akt verilən zaman oğlu İddiaçı Rusiya Federasiyasında olmuşdurxxxxxxx İddiaçı uzun müddətdir ki, ölkə hüdudlarından kənarda olduğundan həmin haldan xəbərsiz olmuş və yalnız çıxarış almaq istərkən bilib, dərhal da məhkəməyə müraciət etmişdirxxxxxxx Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi Masallı rayon İcra Hakimiyyətinə qarşı Masallı rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli, 34 nömrəli qərarı və həmin qərar əsasında tərtib edilən JN-246 saylı, kod:80511028 nömrəli dövlət aktından məlumatlı olmuşdurxxxxxxx İddia ərizəsi isə 09xxxxxxx03xxxxxxx2023-cü il tarixdə Şirvan İnzibati Məhkəməsinin icraatına daxil olmuşdurxxxxxxx Həmçinin məhkəmə prosessual müddətin bərpası barədə ərizəyə münasibətdə qeyd edir ki, iddiaçının nümayəndəsi tərəfindən qeyd etdiklərini təsdiq edən mötəbər sənəd və sübut təqdim etməmişdirxxxxxxx Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdırxxxxxxx İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludurxxxxxxx 48xxxxxxx1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidirxxxxxxx 35xxxxxxx3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edirxxxxxxx Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilərxxxxxxx Məhkəmənin müxtəlif tarixli hüquqi yardım məktubları ilə İddiaçı və onun nümayəndəsi Nümayəndə yardım edilərək dövlət aktının tərtib olunmasına əsas olmuş komissiyanın müvafiq qərarının mübahisələndirilməsi və həmçinin qanunvericiliyin müddətlə bağlı tələbləri, həmçinin müddətin bərpası ilə bağlı ərizənin təqdim edilməsi hüququ izah olunmuşdurxxxxxxx Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, prosessual müddətin bərpasına dair ərizə təmin edilməmli, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “İddiaçı torpağa mülkiyyət hüququna dair JN-246 nömrəli dövlət aktında mülkiyyətçilər sırasına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamalıdırxxxxxxx Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçının nümayəndəsinin “buraxılmış prosessual müddətin bərpası” barədə ərizəsi təmin edilməsinxxxxxxx İddia mümkün sayılmasınxxxxxxx Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilərxxxxxxx Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-256/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-256/2025
24.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver