Məhkəmə qərarları › İş №2-1(120)-2560/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2560/2023

18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-2560/2023 18.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “5-ci sinif X4 və digər şagirdlərə riyaziyyat informatika, kimya, biologiya və musiqi dərsinin qanunamüvafiq qaydada tədris olunmadığı üçün uşaqların pozulmuş hüquqlarının bərpa olunmağını və.s” barədə iddianın mümkünlüyü məsələsinə Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “5-ci sinif X4 və digər şagirdlərə riyaziyyat informatika, kimya, biologiya və musiqi dərsinin qanunamüvafiq qaydada tədris olunmadığı üçün uşaqların pozulmuş hüquqlarının bərpa olunmağını və.s” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2-1(120)-2560/2023 nömrəli məktubu ilə İddiaçı hüquqi yardım edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, İddiaçı və cavabdehin nümayəndəsi X5 məhkəmə iclasına gəlmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lerik rayonun Orand kənd tam orta məktəbin direktoru X3 qanunsuzluqlan barəsində etdiyi müraciətlər məqsədli şəkildə ört basdır edilir və müraciətlərinə hər dəfə fərqli cavab məktubu yazılır. Etdiyi müraciətə əvvəl cavab olaraq bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabnetinin 2010 cu il 3 iyun tarixli 103 nömrəli qərarının 6.2-ci bəndinə əsasas mahiyyət etibarı ilə yaxın fənnlərin tədrisinə yol verildiyi üçün məktəbin drektoru Babək Rəhimov güya heç bir qanunsuzluga yol verməmişdir. Məcbur qalaraq Portal.edu.az saytına informatika, kimiya, bialogiya fənlərinə mahiyət etibarı ilə hansı fənnlərin yaxın olması barədə 16 yanvar 2023 cü il tarixində müraciət etmişlər. Müraciətlərinə 26 yanvar 2023 cü il tarixdə cavab verilərək Nazirlər Kabnetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarının 6.2-ci bəndinə əsasas kimiyanın, bialogiyaya, riyaziyyatın, fizikaya və informatikanın riyaziyata yaxın fənnlər olduğu qeyd olundu. Həmin cavab məktubunu ərzələrinə əlavə edərək aidiyəti qrumlara göndərdi. Sonradan müraciətinə cavab yazıldı ki, zərurət yarandığı üçün qeyri ixtisas dərsləri Rəhimovlar ailəsinə tapşırılıb. X1suzluqlarıni örtbasdır edə bilmədilər. Bu qanunsuzluqlar barəsində etdiyi müraciətdən sonra təkrarən müraciətinə cavab olaraq bildirilir ki, Rəhimovlar ailəsi peşəkarlıq cəhətdən daha təcrübəli, məlumatlılıq və elmi nəzəri səviyəsi ilə fərqlənən həmin fənn üzrə kurikulum üzrə təlim kursunu müfəqətiyətlə bitirmiş diaqnostik qiymətləndirmədən yüksək nəticə göstərildiyi üçün qeyri ixtisas dərsləri onlara verilmişdir. Ona maraqlıdır ixtisasca idman müəllimi olan Ramiz Rəhimov qeyri ixtisası olan Biologiya fənnindən nece diaqnostik imthanda iştirak edib və hansı kurikulum kursu idman müəlliminə biologiyadan serifıkat verib və nəyin müqabilində. İdman müəllimi Ramizin oglu olan kollec təhsilli ibtidai sinif müəllimi olan Rəhimov Mustafa riyaziyyatdan nece diaqnostik imtahanda iştirak edib və riyaziyyatdan hansı kurikulum kursu ona riyaziyyatdan sertifikat verib ki o 5-11-ci sinfə kimi riyaziyyatdan dərsləri əvəzçiliklə tədris edib. Fizika müəllimi olan Rəhimov Müqabil kimyadan və yeznəsi Texnologiya müəllimi olan Asif Rəhimov informatikadan, məktəbin direktoru ixisasca texnologiya müəllimi olan Babək Rəhimov musiqidən hansı kurikulum kursunun sertifikatım alıblar və hansı yolla. Onun bir valideyin kimi Rəhimovlar ailəsinin qeyri ixtisas fənlərindən əldə etdikləri kurikulum kurslarının sertifıkatlarıyla tanış olmaq hüququ vardır. Rəhimovlar ailəsi qeyri ixtisas fənlərindən hans təlim kurslarından keçərək qeyri ixtisas fənnlərinin peşəkarcasına bilmələri ilə bağlı verilmiş rəylərlə onunda bir valideyn kimi tanış olmaq hüququ vardır. Məktəb dövlət müəsissəsidir, aşkarlıq və şəffavlıq prinsipləri ilə idarə olunmalıdır. Məktəb Rəhimov qardaşlannının şəxsi müəsisəsi deyildir. Rəhimov qardaşları nəinki qeyri ixtisas fənlərini hətta dəmək saatlarını da öz manapoliyalanna alaraq pullarını mənimsəyirlər. Belə ki, ata idman müəllimi olan Rəhimov Ramiz və ogul kollec təhsilli ibtidai sinif müəllimi Mustafa Rəhimov əmək saatlarınınm pulunu tədris adıyla mənimsəyirlər. Məktəbdə ata və oğuldan başqa peşəkar müəllim yoxdurmu ki, heç olmasa əmək saatları onlara verilsin və həmin dərslər doğurdan tədris olunaraq pulları məktəbin direktoru Babək Rəhimov və qardaşları tərəfindən mənimsənilməsin. Babək Rəhimovu məktəbdə dərslərin tədrisi düşündürmür. O özünün və qardaşlarının maddi rifahını düşünür və kimlərsə hansı məqsədlə onu himayə edir. Babək Rəhimovun yuxanda adlannın qeyd etdiyim qardaşlan və qohumlarının ixtisaslarına uyğun dərs yükü az olduğu üçün o qonşu məktəblərdən ixtisaslı müəllim gətirmək isdəmir ki, qaraşlan və qohumlarını qanunsuz dərs yükü ilə təmin etsin. Necə olur ki, Tarix müəllimi, İngilis dili müəllim kəndlərindən kilometrlərlə uzaqdan müqavilə ilə işləməyə gəlir. Ancaq Rəhimovlar ailəsinin tədris etdiyi qeyri ixtisas dərslərini tədris etməyə müəllim tapılmır. Babək Rəhimovun qanunsuzluqları barəsində etdiyi müraciətləri örtbastır etməkdən ötrü əvvələr Nazirlər Kabnetinin 6.2 bəndini əsas gətirilirdi. Sonradan zərurət yarandığını əsas gətirdilər. Hal hazırda isə Rəhimovlar ailəsinin peşəkar olduğunu və qeyri ixtisas fənlərindən kurikulim kurslarında güya iştirak etdiklərini əsas gətirirlər. Onda belə çıxır ki, Orand məktəbində işləmək üçün hansısa unuversiteti və ya kolleci bitirməyə ehtiyac yoxdu. Hansısa kursda 1-2 həftəlik təlim keçib gəlib dərs demək mümkündür. Qeyd etdiklərinə əsasən övladı 5 sinif şagirdi X4 və digər şagirdlərə riyaziyyat informatika, kimiya, bialogiya və müsiqi dərsinin tədrisini qanunamüvafiq qaydada tədris olunmadığı üçün uşaqların pozulmuş hüquqlarının bərpa olunmağını, məktəbin direktoru Nazirlər Kabnetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarının 6.2-ci bəndinin öz yaxın qohumlarının maddi rihfahmın yaxşılaşdırmaq məqsədindən Nazirlər Kabnetinin qərarını düzgün icra etmədiyi üçün vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsini və Nazirlər Kabnetinin 2010 cu il 3 iyun tarixli 103 nömrəli qərarının 6.2-ci bəndini düzgün icra etmədiyi üçün Qanunun aliliyini əsas götürərək qanunda nəzərdə tutulmuş qaydada inzibati tədbir görülməsi barədə qərar qəbul edilməsini xahiş edirəm. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə tərəfindən izah olunan hallar ona aydın olduğunu bildirir və iddia tələblərini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iş üzrə iddianın qeyrimümkün sayılmasını və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Başqa sözlə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktları ilə (sərəncamları) iddiaçıların mülkiyyət və ya digər hüquqlarına müdaxilə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 03 aprel 2023-cü il tarixli, 2-1(120)-2560/2023 nömrəli hüquqi yardım məktubu ünvanlanaraq, cavabdeh inzibati orqanın mühahisələndirilən inzibati aktları ilə hansı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutları təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “5-ci sinif X4 və digər şagirdlərə riyaziyyat informatika, kimya, biologiya və musiqi dərsinin qanunamüvafiq qaydada tədris olunmadığı üçün uşaqların pozulmuş hüquqlarının bərpa olunmağını və.s” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar