Məhkəmə qərarları › İş №2-1(120)-2560/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2560/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2560/2025 25.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2005-ci il tarixli, 439 nömrəli akt qeydinə düzəliş edilərək, “xx xxxxxx 1964-cü il” tarixli doğum tarixini “20 dekabr 1961-ci il” tarixə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şirvanşəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2005ci il tarixli, 439 nömrəli aktı qeydinə düzəliş edilərək, “xx xxxxxx 1964-cü il” tarixli doğum tarixini “20 dekabr 1961-ci il” tarixə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səmədova (Hüseynova) Bəyaz Ələkbər qızı 20 dekabr 1961-ci il tarixdə İsalı İnzibati Ərazi Dairəsinin tərkibində olan Zamanlı kəndində anadan olmuşdur. Evliyəm. Orta Təhsillidir. Orta təhsilini Gədəbəy rayonu Zamanlı kənd məktəbində 1969-1979-cu illərdə almışdır. Əvvəlki soyadı Hüseynova olmuşdur. 27 sentyabr 2007-ci il tarixdə X7 ilə nikahı rəsmiləşmişdir. Nikahdan sonra ona indiki Səmədova soyadı verilmişdir. Nikah Cavabdehndə xx.xx.2005-cu il tarixdə 439 nömrəli aktla rəsmiləşdirilmişdir. Nikah haqqında akt qeydində X1, yəni iddiaçının doğum tarixi xx.xx.1964-cü il kimi qeyd edilmişdir. O, bu şəhadətnamə ilə ilk dəfə şəxsiyyət vəsiqəsi almaq üçün Şirvan şəhər is Şöbəsinə müraciət etdiyində xx.xx.2005-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində doğum tarixi xx.xx.1964 yazılmış daha sonra da bu yanlışlıq davam etmişdir. 24 iyun 2015-ci il tarixdə Səyyar-Asan 3 tərəfindən verilmiş şəxsiyyət vəsiqələrində doğum tarixi xx.xx.1964-cü il kimi qeyd edilmişdir. Bildirirəm ki, bu tarixlər yanlış qeyd edilmişdir. Mən xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. Doğum haqqında şəhadətnamədə təvəllüdü xx.xx.1961-ci il kimi, xx.xx.1962-ci il tarixli, 04 nömrəli doğum haqqında akt qeydində də təvəllüdü xx.xx.1961-ci il kimi qeyd olunmuşdur. Uzun illər bu yanlışlığa görə əziyyət çəkir. Şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün Qeydiyyat və Şəxsiyyət vəsiqəsi qruplarına sonuncu müraciətimdə ona hər şeyin düz olduğunu bu problemin nikah haqqında akt qeydinin yarandığını bildirmişdirlər. Doğum haqqında şəhadətnamədə və doğum haqqında akt qeydimdə 1961-ci il yazmasına baxmayaraq nikah rəsmiləşdirilərkən 1961 əvəzinə 1964 qeyd edilmiş, ilk dəfə vəsiqə alarkən nikah haqqında şəhadətnamə ilə müraciət etdiyinə görə 1964 yazılmış, bu yanlışlıq sonra da davam etmişdir. Nikah haqqında akt qedyində dəyişikliyin edilməsi üçün müraciət etdiyində hər şeyr ortaya çıxmışdır. Nikah haqqında akt qeydinə dəyişiklik edilməsi üçün Cavabdehnə müraciət etdiyində məsələ araşdırılmış, təsdiq olunmuşduir ki həqiqətən də 1961-ci ildə anadan olmuşdur. Lakin mübahisələndirdiyi şəxsiyyət vəsiqəsində 1964-cü il yazıldığını əsas gətirərək tələbindən imtina edilmişdir. Bildirirəm ki, şəxsiyyət vəsiqəsi nikah haqqında şəhadətnamə verildikdən sonra alınıb və buna görə oraya 1964-cü il yazılıb. Digər əsas kimi qızı Səmədova Aylinin doğum haqqında akt qeydində onun təvəllüdümün 1964 kimi yazılmasıdır. Bildirsə də, bu şəxsiyyət vəsiqəmdəki məlumatlara görə belə olub, onlar ona yenə də imtina cavabı verdilər. Cavabdehin imtinası əsassızdır, əsas gətirdikləri şəxsiyyət vəsiqəsi nikah haqqında şəhadətnamə ilə verilib, qıznın doğum haqqında akt qeydində isə ana qrafasında olan yanlışlıqda məhz o şəxsiyyət vəsiqəsinə görədir. Cavabdehin imtinasını əsaslı saysaq onda o 4 yaşında məktəbə başlamışdır. Bu ki mümkünsüzdür. Azərbaycan SSR Xalq Maarif Nazirliyi 1969-cu ildə məktəbə uşaqları 7 yaşında yuxarı qəbul ediblər. O cümlədən onun doğumu ilə bağlı tarixlər şəhadətnamədə, akt qeydində 1961-ci il kimi qeyd olunub. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı və Cavabdeh nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 360/2022 saylı, xx.xx.2022-ci il tarixli) İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, nikah haqqında Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2005-ci il tarixli 439 nömrəli akt qeydində düzəliş olunaraq doğum tarixinin “xx.xx.1961 -ci il” yazılması barədə müraciətinə baxılmışdır. Müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2005-ci il tarixli 439 nömrəli nömrəli nikah haqqında akt qeydində qadın qrafasında qadının doğum tarixi “xx.xx.1964-cü il” yazılmış və həmin akt qeydinin üzərində dəyişiklik edilməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Eyni zamanda həmin qeyd əsasında verilmiş AZ-İ 182827 nömrəli şəhadətnamədə və “Səyyar Asan3” Xidmət mərkəzində DİN-nin PvŞV bölməsi tərəfindən xx.xx.2015-ci ildə verilmiş AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsində Gədəbəy rayonunun Zamanlı kəndində anadan olmuş İddiaçı doğum tarixi “xx.xx.1964-cü il” qeyd edilmişdir. Həmçinin ata haqqında qeydin əsasları qrafasında bu nikah barədə məlumatlar göstərilmiş Cavabdeh xx.xx.2008-ci il tarixli 833 nömrəli doğum haqqında akt qeydinin ana qrafasında ana - İddiaçı doğum tarixi “xx.xx.1964-cü il” qeyd edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.1 -ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Göründüyü kimi müvafiq normada, kifayət qədər əsasların olması vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsinin mümkünlüyünü şərtləndirən imperativ qaydalardan biri kimi təsbit edilmişdir. Göstərilənlərə əsasən xx.xx.2005-ci il tarixli 439 nömrəli akt nikah haqqında akt qeydində yuxarıda göstərilən dəyişikliyin aparılması tələbinizin icrasından imtina olunur və bildiririk ki, müraciətinizə baxılmasının nəticəsindən sizin subordinasiya və (məcburetmə haqqında iddia ərizəsi ilə) məhkəmə qaydasında şikayət etmək hüququ vardır. - İşdə olan AZE1532241 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1964-cü ildə ünvan 2 ünvanında qeydiyyatdadır. - İşdə olan AZ-T №275432 nömrəli, 20 noyabr 2024-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 20 dekabr 1961-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. Ana qrafasında X6 qeyd edilmişdir. - İş materiallarında olan AZ-İ№182827 nömrəli nigah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2005-ci il tarixdə xx.xx.1958-ci ildə doğulmuş X7 ilə xx.xx.1964-cü ildə doğulmuş X5 arasında nikah bağlamışdır. Nikahdan sonra arvad Səmədova soyadını götürmüşdür. - İş materiallarında olan Dövlət Miqrasiya Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı hər hansı xarici ölkə ərazisinə girişinə qadağanın olub-olmaması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə məlumat daxil olmamış, şəxsin ölkə ərazisindən çıxışına məhdudiyyət tətbiq edilməmişdir. Sorğuda qeyd etdiyi digər məsələ üzrə Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyildir. - İş materiallarında olan Cavabdeh məhkəməyə ünvanladığı 27 yanvar 2025-ci il tarixli məktubda göstərilmişdir ki, vətəndaş İddiaçı müraciəti üzrə toplanmış icraat materialları (sonuncunun nikaha daxil olan qadın və ana qismində qeyd olunduğu Cavabdeh xx.xx.2005-ci il tarixli 439 nömrəli nikah və xx.xx.2008-ci il tarixli 833 nömrəli doğum haqqında akt qeydlərinin təsdiq olunmuş surəti ilə birlikdə) göndərilir. xx.xx.2025-ci il tarixədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün akt qeydləri üzrə yoxlama aparılmış və xx.xx.1964-cü il təvəllüdlü Səmədova (Hüseynova) Bəyaz Ələkbər qızının doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Eyni zamanda aparılmış yoxlama zamanı informasya sistemində Gədəbəy rayonunun inzibati ərazi vahidinə aid icra nümayəndəlikləri tərəfindən tərtib edilmiş xx.xx.1961-ci il təvəllüdlü X2 doğumu və həmin akt qeydində ana qismində qeyd edilmiş X3 ölümü və sonuncunun ana qismində qeyd edildiyi əlavə 4 doğum haqqında akt qeydləri aşkarlanmışdır ki, müvafiq qeydlərə dair informasiya sistemindən əldə edilmiş çıxarışlar göndərilir. Həmin akt qeydlərinin təsdiq olunmuş surətinin əldə edilməsinə zərurət yaranarsa bununla bağlı Gədəbəy rayon Qeydiyyat şöbəsinə müraciət edə bilər. - İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı Gədəbəy rayonunun inzibati ərazi vahidinə aid icra nümayəndəlikləri tərəfindən tərtib edilmiş xx.xx.1962-ci doğum akt qeydindən görünür ki, X5 20 dekabr 1961-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. Ana qrafasında X6 qeyd edilmişdir. - İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı 439 nömrəli, 27 sentyar 2005-ci il tarixli nigah haqqında akt qeydindən görünür ki, xx.xx.2005-ci il tarixdə xx.xx.1958-ci ildə doğulmuş X7 ilə xx.xx.1964-cü ildə doğulmuş X5 arasında nikah bağlamışdır. Nikahdan sonra arvad Səmədova soyadını götürmüşdür. - İşdə olan Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X12 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X12 Ərazi Dairəsi üzrə Nümayəndəliyində olan məlumata əsasən İddiaçı ailəlidir, 1982-ci ildən ünvan 6 ünvanında qeydiyyatdadır və yaşayır. Məktubda qeyd etdiyi digər sorğular barədə nümayəndəlikdə heç bir məlumat aşkar olunmadı. - İşdə olan Şirvan şəhər Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Şirvan şəhər Prokurorluğunun icraatında xx.xx.1964cü il təvəllüdlü İddiaçı barəsində hər hansı təqsirləndirici material olmamışdır. - İş materiallarında olan Cavabdeh məhkəməyə ünvanladığı 06 may 2025-ci il tarixli məktubda göstərilmişdir ki, vətəndaş İddiaçı nikahı haqqında Cavabdeh xx.xx.2005-ci il tarixli 439 nömrəli akt qeydinin təsdiq olunmuş surəti göndərilir. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimafın 15 Nq-ü əlavəsinə əsasən nikaha daxil olmaq haqqında ərizələr, dövlət rüsumunun ödənilməsinə dair və ərizələrə əlavə edilən digər sənədlərin saxlanma müddəti 5 (beş) il müəyyən olunduğu üçün sorğu məktubunun nikah haqqında akt qeydinin tərtib olunmasına əsas olmuş sənədlərin göndərilməsinə dair hissədə icrası mümkünsüzdür. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, İddiaçı doğum haqqında akt qeydində doğum tarixinin “20 dekabr 1961-ci il” tarixi əvəzinə “xx xxxxxx 1964-cü il” tarixi qeydi aparılmışdır. Məhkəmə qeyd edir ki, qanunvericilikdə nikah haqqında akt qeydlərində düzəlişlərin edilməsi və yeni nikah haqqında şəhadətnamə verilməsi barədə qadağanedici norma mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. 161.4. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 164.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlərin X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 164.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsi üçün lazım olan sənədlərin siyahısı vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydasına əsasən müəyyən olunur. 164.3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının elektron qaydada həyata keçirildiyi hallar istisna edilməklə, qeydiyyat kitabına yazılan hər bir qeyd ərizə verənlərə oxunmalı, onlar tərəfindən və qeyd aparan vəzifəli şəxs tərəfindən imzalanmalı, möhürlə təsdiq edilməlidir. 164.3-1. Qeydiyyatı elektron qaydada aparılan vətəndaşlıq vəziyyəti akt qeydləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vəzifəli şəxsinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilir. 164.3-2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan vəzifəli şəxs müvafiq qeydin həmin qeyd üzrə razılığı tələb olunan digər şəxslərlə razılaşdırılmasının yoxlanılmasını təmin edir. Nikahda olan valideynlərdən doğulmuş uşağın doğumunun qeydə alınması üçün valideynlərdən biri müraciət edərsə, bu halda güman edilir ki, o digərinin razılığı ilə hərəkət edir. Müraciət edən şəxs tərəfindən yalan məlumat təqdim edilməsi gələcəkdə həmin akt qeydinin ləğvi üçün əsasdır. 164.4. Ərizə verən şəxslərə vətəndaşlıq vəziyyəti aktının qeydə alınması haqqında müvafiq şəhadətnamə verilir. 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs, yaxud onun qanuni nümayəndəsi, etibarnamə ilə səlahiyyət verdiyi şəxs, barəsində akt qeydi tərtib edilmiş şəxs öldükdə isə yaxın qohumları müraciət etdikdə verilir. 164.6. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında şəhadətnamələrdə göstərilən məlumatlar X4 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında müvafiq şəhadətnamədə göstərilən məlumatların X4 Sistemi üzərindən təqdim edilməsi həmin şəhadətnamənin təqdim edilməsinə bərabər tutulur.[167] Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.1.Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 12.7. Uçot kitabları dəqiq və aydın doldurulur, buraxılmış səhvlər müvafiq qeydlərdə düzəldilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: -vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.

8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

9. Bu əsas müddəaların 4-cü bəndində sadalanan sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi toplanmış bütün materiallarla birlikdə icra üçün müvafiq qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur.

10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki uşağın doğulması müvafiq olaraq qeydə alınır və doğum haqqında akt qeydi ilə rəsmiləşdirilir. Qeyd olunmalıdır ki, əgər doğum haqqında akt qeydində səhvə yol verilərsə bu səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Qaydaların 6.5-ci bəndinin tələbinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Şifahi məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən edilir ki, iddiaçı soyadının dəyişdirilməsi üçün cavabdehə müraciət edərkən və hal-hazırda onun barəsində Qaydaların 6.5-ci bəndində göstərilən, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş hər hansı digər məhdudlaşdırıcı hallar yoxdur. Qeyd olunan Qaydaların tələbinə əsasən (6.15-6.18-ci bəndlər) ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir, rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır, qeydiyyat şöbəsi və ya konsulluq əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq, 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir, adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. Yuxarıda göstərilənləri hazırki iddiaya tətbiq etdikdə görünür ki, iddiaçının nikah haqqında akt qeydində həqiqətən də səhvlərə yol verildiyi müəyyən olunur. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq iddiaçının doğumu barədə tərtib olunmuş akt qeydinin təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmuşdur. Həmin akt qeydinin təhlili zamanı müəyyən olunmuşdur ki, iddiaçının doğum tarixi “xx.xx.1964-cü il” kimi qeydə alınmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının nikah haqqında akt qeydində iddiaçının doğum tarixinin səhv yazıldığı müəyyən olunduğundan və bu halı təsdiq edən kifayət qədər dəlillər olduğundan iddiaçının nikah haqqında akt qeydində düzəlişlərin edilməsindən imtina edilməsi ilə bağlı cavabdehin imtinası əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. Səmədova (Hüseynova) Bəyaz Ələkbər qızının barəsində xx.xx.2005-ci il tarixdə tərtib edilmiş 439 nömrəli nikah haqqında akt qeydində düzəliş edilsin, cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh üzərinə doğum tarixi “xx.xx.1964cü il” kimi göstərilmiş İddiaçı doğum tarixi qrafasına düzəliş edilərək «xx.xx.1961-ci il» kimi qeyd edilməklə, yeni nikah haqqında şəhadətnamə verilməsi öhdəliyi qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar