Məhkəmə qərarları › İş №2-1(120)-2562/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2562/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2562/2024 03.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona əmək xəsarətinə görə ödəncin 2015-ci ildən Azərbaycan Respublikasında inflyasiya nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 03 oktyabr 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2405/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə ona ödənilən ödəncin Azərbaycan Respublikasında inflyasiya nəzərə alınmaqla yenidən hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “ona əmək xəsarətinə görə ödəncin 2015-ci ildən Azərbaycan Respublikasında inflyasiya nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1990-cı il tarixdə traktorçu maşinist vəzifəsində işlədiyi Ağcabədi rayonunun “Araz” kolxozunda istehsalatda baş vermiş qəza nəticəsində istehsalat xəsarəti almış və Həkim Əmək Komissiyasının qərarı əsasında o, İİ qrup ömürlük əlil hesab edilmişdir. İstehsalatda baş vermiş qəza hadisə ilə bağlı aldığı xəsarətə görə ödənclər o zaman həmişə “Araz” kolxozu tərəfındən ona ödənilmişdir. Lakin 1997-ci ildən Aqrar İslahatları nəticəsində “Araz” kolxozu ləğv edilmiş və həmin vaxtdan ona ödənclərin ödənilməsi dayandırılmışdır. Sonradan onnun müxtəlif orqanlara şikayətləri nəticəsində 2010-cu ildən ödənclərin verilməsi bərpa edilsə də, lakin 1997-ci ildən 2010-cu ilə kimi ona ödənc ödənilməmişdir. Ona görə də “Araz” kolxozu ləğv edildikdən sonra ona dayandırılmış ödənclərin ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Sosial Müdaflə Fondunun Ağcabədi rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin Azərbaycan Respublikasının Dövlət Sosial Müdafıə Fondunun Ağcabədi rayon şöbəsinin 09 mart 2012-ci il tarixli, 25/242 saylı məktubu ilə ona bildirilmişdir ki, “Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2010-cu il tarixli, 51 nömrəli qərarının 1.3-cü bəndinə əsasən ödənilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi tərəfındən həyata keçirilir. Sonradan o, dayandırılmış ödənclərin ödənilməsinin təmin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi Dövlət Sosial Təminat Xidmətinin xx.xx.2014-cü il tarixli, 04/386 №-li cavab məktubunda “Kolxoz və ya sovxozda çalışarkan əmək zədəsi almış şəxslərə xx.xx.2010-cu il tarixindən əvvəlki müddət üçün rayon (şəhər) əhalinin sosial müdafıəsi mərkəzləri tərəfındən kompensasiya ödənilmədiyi” bildirilmişdir. Ona görə də o, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2-1(81)-2405/14 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və “İstehsalat xəsarəti nəticəsində 1990-ci ildə təyin edilmiş və 1997-ci ildən 2010cı ilə kimi ödənilməsi dayandırılmış ödənclərin yenidən hesablanmaqla ödənilməsini Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafıəsi Nazirliyinə həvalə edilməsi” qərara alınmışdır. Həmin işdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi Sosial Müdafıəsi Nazirliyi Dövlət Sosial Təminat Xidməti tərəfındən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-1629/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə təmin edilməmiş və iş üzrə birinci insatansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə məhkəmə qərarı icra edilmiş və bu vaxta kimi icra edilir. Lakin Xidmət ona ödənilməli ödəncləri hazırkı vaxta düzgün hesablamır və çox aşağı məbləğdə ödənc hesablayıb ödəmişdir. Halbuki, ona ödənilməli ödəncin məbləğ daha çox olmalı idi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi ona ödənclərin hesablaması üçün müəyyən edilmiş müddət üzrə orta əmək haqqını düzgün hesablamamışdır. Ona görə də o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Miidafıəsi Nazirliyinə və Dövlət Sosial Müdafıəsi Fonduna müraciət edərək, Respublikada baş vermiş inflyasiya və qiymət artımları yüksək səviyyədə olmasına baxmayaraq, ödənclərin ödənilməsinin artırılması xahiş edilmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi cavab verməmiş, lakin DSMF-nin xx.xx.2023-cü il tarixli, 3-17-1/12-c-139979/2023 saylı cavabında ona bildirilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 mart tarixli, 51 saylı qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş” “İstehsalat qəzası və peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 3.7-ci və 3.8-ci bəndləri qüvvədən düşmüş hesab edilmişdir. Bununla da sözügedən kompensasiya məbləğinin yenidən hesablanması nəzərdə tutulmamışdır”. Hesab edir ki, cavabdehin ona vermiş olduğu cavab əsassızdır və real şəraiti və onun maddi vəziyyətini nəzərə almamışdır. Həmçinin qeyd edir ki, Nazirlik ona ödənclərin verilməsi üçün hesablanmalı orta əmək haqqı kimi 1997-2009-cü illəri üzrə Azərbaycan Respublikası kənd təsərrüfatı üzrə muzdlu işçilərinin orta aylığını əsas götürmüşdür. Qeyd edir ki, ona ödənclərin hesablanması onun xəsarət aldığı vaxtı, yəni 1991-ci ildə kolxoz üzrə orta aylıq əmək haqqı əsas götürülməlidir. Lakin cavabdeh hesablanıb ödənilməli ödənci 1997-2009-cü illərdə kolxoz-sovxozların fəaliyyət göstərmədiyi dövrləri əsas götürmüşdür. Həmin vaxtlarda Respublikada kolxoz və sovxozlar ləğv edilmişdir. Ona görə də cavabdeh ona ödənclərin hesablanması üçün Respublika üzrə orta aylıq əmək haqqı əsasında həyata keçirilməldir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 saylı Qərarı ilə təsdiq olunmuş “Əmək qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği” barədə Qaydaların 1.2-ci bəndinə əsasən işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir. Bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2010-cu il tarixli, 51 saylı qərarınm 1-ci bəndinə əsasən “Emənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərər görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən aylıq Kompensasiya 2010-cu il yanvarın 1-dən etibarən bu Qaydaların 2-ci bəndində nəzərdə tutulan şəxslərə, yəni Ermənistan Respublikasının müəsisəslərində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə, ləğv edilmiş kolxoz və sovxozlarda dəymiş zərərə görə ödənc almaq hüququ olan zərəçəkənlərə onların müraciəti əsasında təyin edilir. Həmin Qaydaların 4.2ci bəndinə əsasən bu Qaydaların 2-ci bəndində göstərilən şəxslərin müvafıq sənədləri 2010-cu il 1 yanvar vəziyyətinə ödənclərin aylıq məbləği və hüquqi ünvanı göstərilməklə Azərbaycan Respublikası Dövlət Sosial Müdafıəsi Fondunun yerli orqanları tərəflndən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin yerli orqanlarına təhvil verilir”. İş üzrə təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, 1997-ci ildən 2010-cu ilə kimi əmək zədəsinə görə əlavə müavinət hesablanıb ödənilməsi mübahisəsiz haldır. Ona görə bu vaxta kimi ona müavinət ödənilir. Lakin, müavinət ödəyən qurum ona ödənilən müavinəti Respublikada inflyasiya nəzərə alınmadan ödənilməsi düzgün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçınm arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfındən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktm qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçiin müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. Həmin Qaydalarin 2.1-ci bəndinə görə istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması ilə dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Ona görə də hesab edir ki, ona ödənclərin ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıdakı qərarlarına uyğun olaraq müəyyən edilib ödənilməlidir. “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cü il tarixli 17 saylı Qərarının 1 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilir. Həmçinin, “Orta əmək haqqı hesablanarkan nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 saylı qərarına uyğun olaraq müəyyən edilir”. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı 08 iyun 2023-cü il və 14 iyun 2023-cü il tarixdə Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək, əmək xəsarətinə görə ödəncin yenidən hesablanaraq ödənilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun 20 iyun 2023-cü il tarixli, 3-17-1/2-C-139979/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2010-cu il tarixli 51 nömrəli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydalarının 3.7 və 3.8.ci bəndləri qüvvədən düşdüyündən sözügedən kompensasiya məbləğinin yenidən hesablanması nəzərdə tutulmamışdır. Bundan sonra İddiaçı iddia ərizəsində Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2- 1(81)-2405/2014 nömrəli 15 iyul 2014-cü il tarixli qərarına əsasən ödənilən ödəncin yeni şəraitin, Azərbaycan Respublikasında inflyasiyanın nəzərə alınmaqla yenidən hesablanıb ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bildirirlər ki, iddiaçı S.X3 rayon filialı tərəfindən xx.xx.2012-ci il tarixli qərarla xx.xx.2010-cu il tarixdən 107 manat məbləğində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənilən xəsarətə görə ödənc təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydalarının 1.1-ci yarımbəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra - təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2010-cu il tarixli 51 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydalarının 3.7 və 3.8-ci bəndləri qüvvədən düşmüş hesab edilmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi və 19 mart 2010-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydalarının 3.8-ci bəndi, yəni ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclərin bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilməsi və dövlət mülkiyyətində saxlanılan kolxoz və sovxozların siyahısının rübdə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilməsinə dair bənd 19 mart 2010-cu il tarixdən qüvvədən düşdüyündən iddiaçıya təyin edilmiş xəsarətə görə ödəncin sözügedən maddədə göstərilən qaydada yenidən hesablanması mümkün hesab edilmir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına, o cümlədən işdə olan 1 saylı Bakı İnzibati-İqisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(81)-2405/14 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(103)-1629/2014 saylı qanuni qüvvəyə minmiş qərarlarına əsasən Azərbaycan Respublikası Dövlət Aqrar-Sənaye Komitəsinin Ağcabədi rayonu “Araz” kolxozu tərəfindən tərtib olunmuş “istehsalatda bədbəxt hadisə” barədə aktdan görünür ki, traktorçu-maşinist vəzifəsində çalışan İddiaçı xx.xx.1990-cı il tarixdə əmək fəaliyyətini yerinə yetirərkən xəsarət almış, Azərbaycan SSR-nin Sosial Təminat Nazirliyi HƏEK-nin 1039 №-li, xx.xx.1991-ci il tarixli aktından çıxarışa əsasən 1965-ci il təvəllüdlü İddiaçı istehsalat travması nəticəsində aldığı xəsarətə görə İİ qrup əlillik dərəcəsi müəyyən edilmişdir və o, əmək qabiliyyətsizdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi Dövlət Sosial Təminat Xidmətinin İddiaçı ünvanladığı 11 mart 2014-cü il tarixü, 04/386 saylı məktubunda iddiaçının cavabdeh orqana olan müraciəti ilə bağlı ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2010-cu il tarixli, 51 saylı qərarı xx.xx.2010-cu il tarixdən qüvvəyə mindiyindən kolxoz və ya sovxozda çalışarkən əmək zədəsi almış şəxslərə göstərilən tarixdən əvvəlki müddət üçün rayon (şəhər) əhalinin sosial müdafıəsi mərkəzləri tərəfindən kompensasiya ödənilmir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfındən müəyyən edilmiş və Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının iclasında öz təsdiqini tapmış işin həqiqi hallarından görünür ki, iddiaçı 27 fevral 1990-cı il tarixdə Ağcabədi rayonunun “Araz” kolxozunda traktorçu-maşinst vəzifəsində işlədyi vaxt istehsalatda baş vermiş qəza nəticəsində xəsarət almış və X5 Komissiyasının qərarı ilə İİ qrup əlil hesab edildiyindən, aldığı əmək zədəsinə görə “Araz” kolxozu tərəfındən ona əlavə müavinət ödənilmiş, lakin respublikada aparılan aqrar islahatların nəticəsində “Araz” kolxozu ləğv edildiyindən, 1997-ci ildən aldığı xəsarətə görə ona ödənilən əlavə müavinətlər dayandırılmış, 2010-cu il tarixdən bu müavinətin verilməsi bərpa edilsə də, ona 1997-2010-cu ilədək ödənilməli olan əlavə müavinətlər verilməmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinə qarşı vurulmuş xəsarətə görə qeyd olunan illər üzrə ödəncin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və 1 saylı Bakı İnzibati-İqisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(81)-2405/14 saylı qərarı ilə iddia tələbi təmin olunmuşdur. Azərbaycan Respublikası Dövlət Sosial Müdafıə Fondunun Ağcabədi rayon (şəhər) şöbəsinin 25/11-791 saylı, 25 noyabr 2014-cü il tarixli arayışına əsasən Ağcabədi rayonu, Kəbirli kənd sakini X4 1990-cı ildən hal-hazıradək Azərbaycan Respublikası Dövlət Sosial Müdafıə Fondunun Ağcabədi rayon şöbəsindən İİ qrup əlilliyə görə əmək pensiyası alır. Beləliklə, iş materiallarına, o cümlədən cavabdeh inzibati orqanın hazırki iddiaya qarşı etirazına əsasən İddiaçı 08 iyun 2023-cü il və 14 iyun 2023-cü il tarixlərdə Dövlət Sosial Müdafiə Fonduna “əmək xəsarətinə görə ödəncin yenidən hesablanaraq ödənilməsi” barədə müraciət etmiş, sonuncu 20 iyun 2023-cü il tarixli, 3-17-1/2-C- 139979/2023 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydalarının 3.7 və 3.8-ci bəndləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2010-cu il tarixli 51 saylı qərarı ilə qüvvədən düşdüyündən sözügedən kompensasiya məbləğinin yenidən hesablanması nəzərdə tutulmamışdır. Məhkəmə cavabdehin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından müəyyən olunduğu kimi, iddiaçının əmək xəsarətinə görə ödənc almaq hüququ xx.xx.1990-cı il tarixdə yaranmış, istehsalatda baş vermiş qəza hadisəsi ilə bağlı aldığı xəsarətə görə ödənclər o zaman işlədiyi Ağcabədi rayonu “Araz” kolxozu tərəfındən ona ödənilmiş, 1997-ci ildən Aqrar İslahatı nəticəsində “Araz” kolxozu ləğv edilmiş və həmin vaxtdan ona ödənclərin ödənilməsi dayandırılmış, 1997-2010-cu illərdə həmin ödəncin ödənişi həyata keçirilməmiş, lakin 1 saylı Bakı İnzibati-İqisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(81)-2405/14 saylı qərarı ilə iddiaçıya aldığı xəsarətə görə ödənc məbləğinin Dövlət Sosial Müdafiə Fondu tərəfindən, həm də ödənişin dayandırıldığı 1997-ci ildən etibarən 2010-cu ilədək ödənilməli olduğu müəyyən edilərək bərpa olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydalarının 3.7 və 3.8-ci bəndlərinə əsasən Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən edilir və hər ilin birinci rübündə keçən ilin orta əmək haqqı əsasında yenidən hesablanaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Dövlət mülkiyyətində saxlanılan kolxoz və sovxozların siyahısı rübdə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilir. Göründüyü kimi, iddiaçının əmək xəsarətinə görə Dövlət Sosial Müdafiə Fondundan ödənc almaq hüququ 1997-ci il tarixdən, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydalarının 3.7 və 3.8-ci bəndlərinin qüvvədə olduğu dövrdə yaranmışdır və tərəflər arasında mülki-hüquq münasibətləri yarandığı zaman qüvvədə olmuş və iddiaçıya aldığı xəsarətə görə ödənilən ödəncin yenidən hüsablanması hüququ verən qeyd olunan normativ hüquqi akta əsasən İddiaçı aldığı xəsarətə görə ödəncin işləmiş olduğu sahə (traktorçu-maşinist) üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən edilməsi və hər ilin birinci rübündə keçən ilin orta əmək haqqı əsasında yenidən hesablanaraq ona ödənilməsi hüququnu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2010-cu il tarixli, 51 saylı qərarı qəbul edilməmişdən əvvəl qanuni əsaslarla əldə etmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qərarını əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında istehlak mallarının qiymətlərinin və pullu xidmətlərin tariflərinin (bundan sonra istehlak qiymətləri adlanacaqdır) artması ilə əlaqədar vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin təşkilati-hüquqi əsaslarını müəyyən edir. Həmin Qanunun 1-ci maddəsinə əsasən İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Qanunun “İndeksləşdirmə obyektləri”nin əhatəsi verilmiş 3-cü maddəsinə əsasən birdəfəlik müavinətlər istisna olmaqla, dövlət pensiyaları, təqaüdlər, sosial müavinətlər (uşaqlı ailələrə, ştatların ixtisarı, müvəqqəti əmək iqtidarsızlığı ilə, hamiləliklə əlaqədar verilən və başqa müavinətlər) indeksləşdirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydalarının 3.7 və 3.8-ci bəndlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2010-cu il tarixli 51 saylı qərarı ilə qüvvədən düşdüyünə istinad etməklə İddiaçı aldığı xəsarətə görə ödənilən ödəncin yenidən hesablanmasından imtina etməsi qanunazidd olaraq qiymətləndirilməlidir. İPM-in 52-ci məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı aldığı əmək xəsarətinə görə ödəncin 2015-ci ildən Azərbaycan Respublikasında inflyasiya nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78 – 79-cu, 81ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı aldığı əmək xəsarətinə görə ödəncin 2015-ci ildən Azərbaycan Respublikasında inflyasiya nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar