Məhkəmə qərarları › İş №2-1(120)-257/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-257/2024

16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-257/2024 16.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə və üçüncü şəxs "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına qarşı “Salyan rayonu, Arbatan kəndində yerləşən 141,7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin üçüncü şəxs "xxxx" QSC BOKT-un adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi, həmin qeydin və xx.xx.2004-cü il tarixli 461 nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə və üçüncü şəxs "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına qarşı “Salyan rayonu, Arbatan kəndində yerləşən 141,7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin üçüncü şəxs "xxxx" QSC BOKT-un adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi, həmin qeydin və xx.xx.2004-cü il tarixli 461 nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 2-1(120)-257/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə və üçüncü şəxs "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına qarşı “Salyan rayonu, Arbatan kəndində yerləşən 141,7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin üçüncü şəxs "xxxx" QSC BOKT-un adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi, həmin qeydin və xx.xx.2004-cü il tarixli 461 nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi” barədə iddia tələbi üzrə Salyan rayon İcra və Probasiya şöbəsi zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə və üçüncü şəxs "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin və üçüncü şəxs "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə olan halda məhkəmə mövcud iddia ərizəsi üzrə tələbə münasibət bildirməyi zəruri hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. 23 avqust 1999-cu il tarixdə "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı ilə “Ağabəyli” X7 arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Kredit Təşkilatı tərəfindən Fermer Təsərrüfatına 120.463.000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə X3 öhdəliklərinin təminatı kimi təsərrüfatın başçısı İddiaçı məxsus ticarət obyekti və ev girov qoyulmuş və 23 avqust 1999-cu il tarixdə tərəflər arasında girov müqaviləsi bağlanmışdır. 13\13 saylı girov müqaviləsindən görünür ki, X8 X9 filialı ilə «Ağabəyli» kəndli (fermer) təsərrüfatı arasında bağlanmış xx.xx.1999-cu il tarixli müqavilə əsasında təsərrüfata verilmiş ********* (27.370 manat 60 qəpik) manat məbləğində kreditin təminatı kimi «Ağabəyli» kəndli (fermer) təsərrüfatının rəhbəri İddiaçı məxsus ümumi dəyəri tərəflərin razılığı ilə ********* manat məbləğində qiymətləndirilən Salyan rayonunun Arbatan kəndində yerləşən həyətyanı torpaq sahəsi və əlavə tikililəri ilə birlikdə fərdi yaşayış evi və Salyan şəhəri, X.R.Ulutürk prospektində yerləşən ticarət obyekti girov qoyulmuşdur. Fermer Təsərrüfatı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını lazımınca təmin etmədiyi üçün 2001-ci ildə kredit təşkilatı iddia tələbi ilə məhkəməyə müraciət edərək Fermer Təsərrüfatından kredit borcuna görə 136.853.000 manat tutulmasını və icranın cavabdehin əmlakına yönəldilməsini xahiş etmişdir. İş materiallarında olan 3 saylı Yerli İqtisad Məhkəməsinin 298/1-2001 №-li 18 iyul 2001-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının iddiası təmin olunaraq X8 X9 filialı ilə “Ağabəyli” X7 arasında bağlanılmış 13/13saylı xx.xx.1999-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, “Ağabəyli” X7ndan ********* (yüz otuz altı milyon səkkiz yüz əlli üç min) manatın tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına verilməsi, cavabdehin vəsaiti olmadığından həmin məbləğin onun əmlakına yönəldilməsi qət olunmuşdur. İş materiallarında olan 3 saylı Yerli iqtisad Məhkəməsinin 05 avqust 2002-ci ildə verdiyi icra vərəqəsindən görünür ki, 3 saylı Yerli İqtisad Məhkəməsinin 298/1-2001 №-li 18 iyul 2001-ci il tarixli qətnaməsi 20.08 2001-ci ildə qüvvəyə minmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC Qiymətləndiricilər Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2002-ci il tarixli 157 nömrəli AKT-da göstərilmişdir ki, Salyan rayon “Ağabəyli” KFT-nın əmlakı hesabından 136.853.000(bir yüz otuz altı milyon səkkiz yüz əlli üç min) manat pulun ödənilməyən qalan hissəsinin İddiaçı mülkiyyətində olan Salyan rayonu Arbatan kəndində yerləşən 1990-cı ildə tikilmiş, sahəsi 337,4 kv.m olan həyətyanı torpaq sahəsi, əlavə tikililəri ilə su borusu və elektrik xətləri ilə təhciz olunmuş fərdi yaşayış evi 114.500.000 (bir yüz on dörd milyon beş yüz min) manat dəyərində qiymətləndirilmişdir. İşdə olan Salyan Rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə icraçıları qrupunun məhkəmə icraçısı Y.Məmmədov, tələbkar "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı Xüsusi Layihələr və Konsaltinq İdarəsinin baş iqtisadçısı R.Məmmədov, "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının Salyan filialının müdiri V.İslamov, Salyan rayon “Ağabəyli” KFT-nın başçısı İddiaçı, “Ağabəyli” KFT-nın başçısı İddiaçı arvadı X1 iştirakı ilə tərtib edilmiş xx.xx.2003-cü il tarixli aktdan görünür ki, Salyan rayonu Arbatan kəndində yerləşən 1990-cı ildə tikilmiş, sahəsi 337,4 kv.m olan həyətyanı torpaq sahəsi, əlavə tikililəri ilə su borusu və elektrik xətləri ilə təhciz olunmuş 114.500.000 (bir yüz on dörd milyon beş yüz min) manat qiymətləndirilən fərdi yaşayış evi İddiaçı tərəfindən təhvil verilmişdir, "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının Salyan filialının müdiri V.İslamov tərəfindən təhvil alınmışdır. Həmçinin İddiaçı arvadı X1 "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına, Salyan Rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə icraçıları qrupuna, 3 saylı Yerli iqtisad Məhkəməsinə ünvanlanmış xx.xx.2003-cü il tarixli ərizəsindən görünür ki, İddiaçı öz adına qeydiyyatda olan Salyan rayonu, Arbatan kəndində yerləşən şəxsi mülki qiymətləndirilib könüllü qaydada təhvil verməyə razılığını bildirmişdir və ərizə ilə müraciət etmişdir. O da həmin mülkin öz payına düşən hissəsini “Ağabəyli” KFT-nın "xxxx" QSC Bank olmayan Kredit Təşkilata olan borcu əvəzində təhvil verilməsinə və həmin mülkin üzərində "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyət hüququnun tanınmasına razılığını bildirmişdir. İş materiallarında olan Dövlət texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 461 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Salyan rayonu, Arbatan kəndində yerləşən ümumi sahəsi 141,7 kv.m yaşayış sahəsi 60,8 kv.m olan 3 otaqdan ibarət yaşayış evini "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Həmin qətnamənin icrası ilə əlaqədar girovun predmeti olan Salyan şəhəri, X.R.Ulutürk prospektində yerləşən sahəsi 59,2 kv m metr olan ticarət obyekti Salyan rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsi tərəfindən 28 avqust 2002- ci il tarixli aktla "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına təhvil verilmiş, 11 iyul 2003-cü il tarixdə Kredit Təşkilatının həmin ticarət obyektinə olan mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra həmin obyekt notariatda təsdiq olunmuş 18 iyul 2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 11.000.000 manata satılmışdır. Salyan Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(057)-537/2012 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, 1)İddiaçı məxsus Salyan şəhəri, X.R.Ulutürk prospektində yerləşən sahəsi 59,2 kv.m.olan ticarət obyektinin təhvil verilməsi barədə xx.xx.2002-ci il tarixli akt, həmin əmlaka "xxxx" QSC BOKT təşkilatının Salyan filialının mülkiyyət hüququnu təsdiq edən sənəd, həmçinin qeyd olunan əmlakın aiqı-satqısına dair 18 iyul 2003-cü il tarixli 176193 nömrəli müqavilə, həmin müqaviləyə əsasən iddiaçıya məxsus obyektin, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Salyan Ərazi İdarəsi tərəfindən 6 saylı qeydiyyat kitabının 77-ci səhifəsində 288 saylı qeydiyyat nömrəsi ilə xx.xx.2003-cü il tarixdə X2 adına qeydiyyata alınması etibarsiz hesab olunması”) Salyan şəhəri, X.R.Ulutürk prospektində yerləşən sahəsi 59,2 kv.m.olan ticarət obyekti onun mülkiyyətçisi İddiaçı qaytarılması, 3)X4 "xxxx" QSC BOKT təşkilatına qarşı 2.200 manat pulun və mübahisəli ticarət obyektində çəkdiyi xərclərin tələbi ilə əlaqədar iddia qaldırmaq hüququ izah olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarxli, 2(106)-448/2013 saylı qətnaməsinə əsasən Salyan Rayon Məhkəməsinin 2(057)- 537/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsində 3-cü şəxs X5 tərəfndən verilmiş Apelyasiya şikayəti təmin olunmuş, Salyan rayon məhkəməsinin 2(057)-537/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətanamə qəbul edilmiş, İddiaçı Salyan şəhəri, X.R.Ulutürk küçəsində yerləşən ticarət obyektinin onun mülkiyətindən alınmasının qanunsuz hesab olunaraq həmin əmlakın təhvil verilməsinə dair tərtib edilmiş 28 avqust 2002-ci il tarixli aktın, həmin ticarət obyektinin alqı-satqısına dair 18 iyul 2003-cü il tarixli müqavilənin və onun əsasında verilmiş sənədlərin qanunsuz olduğundan etibarsız hesab edilməsi barədə iddiası təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 dekabr 2013-cü il tarixli, 2(102)-4287/2013 saylı qərarına əsasən İddiaçı şikayəti təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin 08 iyul 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Salyan rayon məhkəməsinin 2(006) 38,39,41 -2005-ci il saylı 14 mart 2005-ci il tarixli icra vərəqəsinə əsasən, Salyan rayon Arbatan kəndində yerləşən 3 otaqlı ümumi sahəsi 141,7 kv.metr, yaşayış sahəsi 60,8 kv.m.olan yaşayış evi İddiaçı qanunsuz sahibliyindən alınıb və "xxxx" QSC BOKT təşkilatına təhvil verilməsi, İddiaçı evdə yaşayn digər ailə üzvləri, "xxxx" QSC BOKT-nın mülkiyyətində olan mülkiyyət hüququ xx.xx.2004cü i! tarixli, 461 saylı qeydiyyat vəsiqəsi ilə təsdiq olunan Salyan rayon Arbatan kəndində yerləşən 3 otaqlı ümumi sahəsi 141,7 kv.metr, yaşayış sahəsi 60,8 kv.m.olan yaşayış evindən çıxarılması, onların həmin mənzildə pasport qeydiyyatının ləğv olunması qərara alınmışdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə qeyd edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Məhkəmə tərəfindən müəyyən edilir ki, 3 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2001-ci il tarixli 298/1-2001 nömrəli qətnaməsinə və onun əsasında verilmiş xx.xx.2002-ci il tarixli eyni nömrəli icra vərəqəsinə əsasən iddiaçının rənbəri olduğu «Ağabəyli» kəndli (fermer) təsərrüfatının əmlakı hesabına 27.370 manat 60 qəpik məbləğində pulun alınıb "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının hesabına ödənilməsini təmin etmək məqsədilə «Ağabəyli» kəndli (fermer) təsərrüfatına məxsus, qiymətləndirici tərəfindən dəyəri 3.600 manat müəyyən edilən, Salyan şəhəri, X.R.Ulutürk prospektində yerləşən ümumi sahəsi 59,2 kv.m olan bir ədəd ticarət obyekti borc əvəzində xx.xx.2002-ci il tarixli rəsmi razılıq məktubuna istinad olunaraq "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına xx.xx.2002-ci il tarixli aktla təhvil verilmişdir. Sonradan 3 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsinə və onun əsasında verilmiş xx.xx.2002-ci il tarixli icra vərəqəsinə əsasən «Ağabəyli» kəndli (fermer) təsərrüfatının borcunun qalan hissəsinin ödənilməsi məqsədilə «Ağabəyli» kəndli (fermer) təsərrüfatının rəhbəri İddiaçı mülkiyyətində olan Salyan rayonunun Arbatan kəndində yerləşən 1990-cı ildə tikilmiş, sahəsi 337,4 kv.m həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evi əlavə tikililəri ilə birlikdə tərəfin və tələbkarın qarşılıqlı razılığı nəzərə alınaraq "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Bu barədə də Salyan rayon İcra Bölməsinin, "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının nümayəndələrinin, Ağabəyli» kəndli (fermer) təsərrüfatının rəhbəri İddiaçı və onun həyat yoldaşının iştirakı ilə xx.xx.2003-cü il tarixli akt tərtib olunmuşdur. Salyan rayon məhkəməsinin 2(057)-265/2012 №-li iş materiallarında olan xx.xx.2001-ci il tarixli izahatdan görünür ki, iddiaçı Ağayev X6 rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları qrupuna dəvət olunmuş və izahatında göstərmişdir ki, 3 saylı Yerli İqtisad Məhkəməsinin 298/1-2001 №-li 18 iyul 2001-ci il tarixli qətnaməsindən yuxarı instansiya məhkəməsinə şikayəti yoxdur, qətnamə ilə təmin edilmiş pul məbləğini banka ödənilməli olmasını bilir, borc məbləğin ödənilməsi üçün yaşayış evi və ticarət obyektini girov qoymuşdur, həmin əmlakların sənədləri X8 Sənaye Bankındadır, təsərrüfatın Qızılağac kəndində 1.69 ha. torpaq sahəsi var və təsərrüfatın başqa yerdə hər hansı bir əmlakı yoxdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Hazırki vəziyyətdə məhkəməyə daxil olmuş sənədlər üzrə müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evi ilə bağlı aparılmış qeydiyyat 3 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2001-ci il tarixli 298/1-2001 nömrəli qətnaməsinə və onun əsasında verilmiş xx.xx.2002-ci il tarixli eyni nömrəli icra vərəqəsinə əsasında həyata keçirilmişdir. Müvafiq icra tədbirləri əvvəlki adı Salyan rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsi olan, hazırki adı Salyan İcra və Probasiya şöbəsi tərəfindən aparılmış aktlaşma və digər sənədləşmə əsasında keçirilmişdir və iş materiallarında olan Dövlət texniki İnvertarlaşdırma və bundan sonra mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 461 nömrəli qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Hazırki iddia ərizəsi üzrə tərəflər arasında olan münasibətlər inzibati sahədə (publik) deyil, mülki hüquq sahəsində yaranmışdır. Bu səbəbdən də həmin şəxslər arasında qeyd edilən mülki mübahisələrə inzibati mübahisə kimi inzibati məhkəmələrdə baxıla bilməz. İş materiallarından görünür ki, xx.xx.2004-cü il tarixli 461 nömrəli qeydiyyat vəsiqəsinin veriməsinə əsas olan hallar müvafiq icra sənədinin Salyan rayon İcra və Probasiya şöbəsinin icra olunması əsasında olmuşdur. Yəni mübahisə iddiaçı və Salyan rayon İcra və Probasiya şöbəsi arasında yaranmış icra münasibətlərindən törəmişdir, belə ki, iddiaçı və yoldaşının razılığı əsasında aktlaşma tərtib edilmişdir. Bu halda daşınmaz əmlakın hərraca göndərilməsi və s. barədə aparılmalı olan tədbirlərin həyata keçirilməsi barədə hər hansı sənədləşmə və ya inzibati akt məhkəmə tərəfindən aşkar edilməmişdir. Müvafiq icra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin «İcra haqqında» Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzlbati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. Qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından məhkəmə nəzərə çatdırır ki, icra sənədinin icrası ilə bağlı icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət vermək hüququna malikdir. Həmçinin məhkəmə tərəfindən nəzərə çatdırılır ki, 3 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2001-ci il tarixli 298/1-2001 nömrəli qətnaməsinin icrası ilə əlaqədar girovun predmeti olan Salyan şəhəri, X.R.Ulutürk prospektində yerləşən sahəsi 59,2 kv m metr olan ticarət obyekti Salyan rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsi tərəfindən 28 avqust 2002- ci il tarixli aktla "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına təhvil verilmiş, 11 iyul 2003-cü il tarixdə Kredit Təşkilatının həmin ticarət obyektinə olan mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra həmin obyekt notariatda təsdiq olunmuş 18 iyul 2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 11.000.000 manata satılmışdır. Bundan sonra iddiaçı Salyan rayon məhkəməsinə müraciət etmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(057)-537/2012 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, 1)İddiaçı məxsus Salyan şəhəri, X.R.Ulutürk prospektində yerləşən sahəsi 59,2 kv.m.olan ticarət obyektinin təhvil verilməsi barədə xx.xx.2002-ci il tarixli akt, həmin əmlaka "xxxx" QSC BOKT təşkilatının Salyan filialının mülkiyyət hüququnu təsdiq edən sənəd, həmçinin qeyd olunan əmlakın aiqı-satqısına dair 18 iyul 2003-cü il tarixli 176193 nömrəli müqavilə, həmin müqaviləyə əsasən iddiaçıya məxsus obyektin, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Salyan Ərazi İdarəsi tərəfindən 6 saylı qeydiyyat kitabının 77-ci səhifəsində 288 saylı qeydiyyat nömrəsi ilə xx.xx.2003-cü il tarixdə X2 adına qeydiyyata alınması etibarsiz hesab olunması”) Salyan şəhəri, X.R.Ulutürk prospektində yerləşən sahəsi 59,2 kv.m.olan ticarət obyekti onun mülkiyyətçisi İddiaçı qaytarılması, 3)X4 "xxxx" QSC BOKT təşkilatına qarşı 2.200 manat pulun və mübahisəli ticarət obyektində çəkdiyi xərclərin tələbi ilə əlaqədar iddia qaldırmaq hüququ izah olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarxli, 2(106)-448/2013 saylı qətnaməsinə əsasən Salyan Rayon Məhkəməsinin 2(057)- 537/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsində 3-cü şəxs X5 tərəfindən verilmiş Apelyasiya şikayəti təmin olunmuş, Salyan rayon məhkəməsinin 2(057)-537/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətanamə qəbul edilmiş, İddiaçı Salyan şəhəri, X.R.Ulutürk küçəsində yerləşən ticarət obyektinin onun mülkiyətindən alınmasının qanunsuz hesab olunaraq həmin əmlakın təhvil verilməsinə dair tərtib edilmiş 28 avqust 2002-ci il tarixli aktın, həmin ticarət obyektinin alqı-satqısına dair 18 iyul 2003-cü il tarixli müqavilənin və onun əsasında verilmiş sənədlərin qanunsuz olduğundan etibarsız hesab edilməsi barədə iddiası təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 dekabr 2013-cü il tarixli, 2(102)-4287/2013 saylı qərarına əsasən İddiaçı şikayəti təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin 08 iyul 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli məktub hüquqi yardım edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 50 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə və üçüncü şəxs "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına qarşı “Salyan rayonu, Arbatan kəndində yerləşən 141,7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin üçüncü şəxs "xxxx" QSC BOKT-un adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi, həmin qeydin və xx.xx.2004-cü il tarixli 461 nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) şikayət verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar