Məhkəmə qərarları › İş №2-1(120)-257/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-257/2025

06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-257/2025 06.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2024-cü il tarixli, 7965 nömrəli müqaviləyə əsasən Lənkəran şəhəri, ünvan 1 ünvanında qeyri yaşayış sahəsinin yerləşdiyi 56.1 kv.m torpaq sahəsinə dair istifadə hüquqlarının və torpaq sahəsinin üzərinə yerləşən 56.1 kv.m olan qeyri yaşayış sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlak dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “ona qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində inşa edilmiş qeyri-yaşayış binasına hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Lənkəran Bələdiyyəsi və xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" müstəqil kiçik müəssisəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. Şirvan İnzibati Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2-1(120)-80/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Lənkəran şəhər X9 rəyasət heyətinin 09 sentyabr 1992-ci il tarixli, 13 nömrəli iclas protokolunun qərarına əsasən Lənkəran şəhəri, Füzuli küçəsi ünvanında qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 5x8=40 kv.m torpaq sahəsi və onun üzərində yerləşən 55,0 kv.m qeyri-yaşayış sahəsinə (vahid əmlak kimi) onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(106)-43/2023 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-80/2022 nömrəli 20 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilməsi, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsinə qarşı “qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində inşa edilmiş qeyri-yaşayış binasına hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsinə dair inzibati iş məhkəmə icraatının davam etdirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı ərizə təqdim edərək və iddia tələbinin dəyişdirilərək “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2024-cü il tarixli, 7965 nömrəli müqaviləyə əsasən Lənkəran şəhəri, ünvan 1 ünvanında qeyri yaşayış sahəsinin yerləşdiyi 56.1 kv.m torpaq sahəsinə dair istifadə hüquqlarının və torpaq sahəsinin üzərinə yerləşən 56.1 kv.m olan qeyri yaşayış sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlak dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxx 1959-cu il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Hazırda isə ailə üzvləri ilə birlikdə yuxanda qeyd etdiyi ünvanda yaşayır. Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının 11 mart 1997-ci il tarixli sərəncamı ilə Lənkəran şəhərinin Fizuli küçəsində ayrılmış torpaq sahəsində memarlıq və şəhərsalma şöbəsi tərəfindən verilmiş layihə əsasında onun, yəni Lənkəran şəhər sakini İddiaçı şəxsi vəsaiti hesabına tikdirdiyi 5x8=40 kv.m sahəsi olan mağazanın onun adına qeydə alınması qərara alınmışdır. Beləliklə də Lənkəran şəhərinin Fizuli küçəsində ayrılmış torpaq sahəsində şəxsi vəsaiti hesabına mağaza tikdikdən sonra bu barədə Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısına müraciət etmiş və Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə tikdirdiyi 5x8=40 kv.m sahəsi olan mağazanın onun adına qeydə alınması qərara alınmışdır. Həmin vaxtdan tikdirdiyi mağazadan öz mülkiyyəti kimi istifadə edir. Bu yaxınlarda o, həmin mağazaya dair sənədləri toplayıb, Lənkəran şəhərinin Fizuli küçəsində ayrılmış torpaq sahəsində şəxsi vəsaiti hesabına tikdirdiyi mağaza və mağazanın yerləşdiyi torpaq sahəsi üzərində müvafiq qeydiyyatın aparılması ilə əlaqədar ərizə ilə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsinə müraciət etmişdir. Lakin həmin idarə tərəfindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmiş, bu barədə ona məktub göndərilmiş və həmin məktubda qeyd edilmişdir ki, hazırkı ərizədə barəsində qeyd olunan əmlaka dair aidiyyəti sənədlərin Ərazi İdarəsinə təqdim olunması və faktiki yerində iştirakınızla müayinənin tələb olunması tələb olunan vacib şərtlərdəndir və qeyd olunan səbəbdən hazırki müraciətinizdən imtina edilir. Baxmayaraq ki, o, həmin idarəyə Lənkəran Şəhər İcra Hakimiyyətinin Başısınm sərəncamını da təqdim etmiş və həmin sərəcamda bir başa qeyd olunubdur ki, Lənkəran şəhər sakini İddiaçı şəxsi vəsaiti hesabına tikdirdiyi 5x8=40 kv.m sahəsi olan mağaza onun adına qeydə alınsın. Lakin nəyə görə bundan imtina edilir o, başa düşə bilmir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsi onun hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etdiyi üçün o, hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, hazırki iş üzrə sərəncama münasibətdə, habelə iddia ərizəsində qeyd olunanlarla bağlı tərəfimizdən müvafiq araşdırmalar aparılmıış və nəticədə məlum olmuşdur ki, ünvan 3 ünvanında yerləşən, Lənkəran şəhər icra Hakimiyyəti başçısının 09 sentyabr 1992-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsində hazırki iş üzrə iddiaçı (İddiaçı) tərəfindən inşa edilmiş qeyri-yaşayış binasına dair vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması proseduru ilə əlaqədar həmin şəxsin Ərazi idarəsinə ünvanlanmış 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə baxılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki. təqdim olunan sənədlər üzrə aparılan ekspertizasının nəticəsi olaraq faktiki vəziyyətlə aidiyyəti sənəd üzrə məlumatlar arasında uyğunsuzluq mövcuddur. Belə ki, həmin ərəfədə hazırki iş üzrə iddiaçı tərəfindən təqdim olunmuş sənədlər üzrə inşa edilmiş qeyri-yaşayış binasına dair ilkin torpaqayırma sənədi, tikintiyə icazə, habelə istismara icazə sənədi təqdim olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7.-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Xidmət orqanı olaraq bildiririk ki, həmin qeyri-yaşayış binası üzərində vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması üçün tələb olunan sənədlər tam şəkildə (istismara icazə sənədi tələb olunan tikili olduğundan) iddiaçı tərəfindən təqdim edilmədiyindən, həmin şəxsin icraatda olan ərizəsinin icrası təmin olunmamış və onun ünvanına 03 fevral 2021-ci il tarixli, **********92 qeydiyyat nömrəli “imtina” məktubu göndərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən hazırki sərəncamla İddiaçı cavabdeh olaraq Ərazi idarəsinə qarşı “mağazanın və həmin mağazanın yerləşdiyi torpaq sahəsinin iddiaçının adına dövlət qeydiyyatına alınması və onun adına müvafiq çıxarışın verilməsi” iddia tələbinə qanunamüvafiq olaraq etiraz edirik və iddianın təmin olunmaması barədə qərar qəbul etməyi xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin, üçüncü şəxslər Lənkəran Bələdiyyəsinin və "xxxx" müstəqil kiçik müəssisəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. İddia inzibati mübahisədir, iddia üzrə mübahisəli daşınmaz əmlak (torpaq sahəsi) Lənkəran şəhəri ərazisində yerləşdiyindən və Lənkəran şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri, həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının “Tikinti ayrılması haqqında qərarlarda qismən dəyişiklik edilməsi barəsində” 11 mart 1997-ci il tarixli, 1239 nömrəli sərancamının surətindən görünür ki, Lənkəran şəhər XDS Rəyasət heyətinin 09 sentyabr 1992-ci il tarixli qərarında (pr. № 13) qismən dəyişiklik edilmiş, "xxxx" kiçik müəssisəsinə Lənkəran şəhərində ayrılmış torpaq sahəsində memarlıq və şəhərsalma şöbəsi tərəfindən verilmiş layihə əsasında Lənkəran şəhərinin sakini İddiaçı şəxsi vəsaiti hesabına tikdirdiyi 5x8=40 kv.metr sahəsi olan mağaza onun adına qeydə alınmışdır. İş materiallarında olan Lənkəran Bələdiyyəsinin 24 dekabr 2002-ci il tarixli, 12 saylı iclas protokolundan Çıxarışdan görünür ki, Lənkəran şəhər XDS Rəyasət heyətinin 09 sentyabr 1992-ci il tarixli qərarında (pr. № 13) qismən dəyişiklik edilmiş, «Dərya” kiçik müəssisəsinə Lənkəran şəhərində ayrılmış torpaq sahəsində memarlıq və şəhərsalma şöbəsi tərəfindən verilmiş layihə əsasında Lənkəran şəhərinin sakini X5 şəxsi vəsaiti hesabına tikdirdiyi 5x8=40 kv.metr sahəsi olan mağaza onun adına qeydə alınmışdır. İş materiallarında olan Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 10-54/7-300 saylı məktubunda bildirilmişdir ki, Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixə kimi müddəti əhatə edən sərancamlar kitabı arxiv 2005-ci ildə yeni binaya köçürülərkən itmişdir. Lakin həmin sərancamlar kitabına aid olan əlavə materiallar arxivdə mövcuddur. Əlavə materiallar kitabında xx.xx.1997-ci il tarixli, 1239 nömrəli sərancam vardır və bu sərancamda İddiaçı adı qeyd edilmişdir. İş materiallarında olan "xxxx" kiçik müəssisəsinin Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısına ünvanladığı xx.xx.1992-ci il tarxili məktubunda bildirilmişdir ki, "xxxx" kiçik müəssisəsi Lənkəran şəhər XDS İcraiyyə Komitəsinin 26 oktyabr 1991-ci il tarixli, 15 nömrəli qərarı ilə qeydə alınmışdır. Müəssisənin nizamnaməsində əhaliyə ticarət iaşə xidməti göstərilməsi nəzərdə tutulmuşdur. Odur ki, Sizdən xahiş edirik ki, Lənkəran şəhəri camaşırxana firma mağazasının tikilməsindən ötrü 10x5 m ölçüdə sahə ayırasınız. İş materiallarında olan "xxxx" kiçik müəssisəsinə mağaza tikintisindən ötrü torpaq sahəsi ayrılması haqqında Lənkəran Şəhər İcra Hakimiyyətinin Baş Memarının xx.xx.1992-ci il tarixli, 372 saylı Layihəsindən görünür ki, Lənkəran şəhər XDS Rəyasət heyəti qeyd edir ki, "xxxx" kiçik müəssisəsi şəhər icra hakimiyyəti aparatına 01 iyun 1992-ci il tarixli, 06 nömrəli məktubla müraciət edərək mağaza tikintisindən ötrü sahə ayrılmasıı xahiş etmişdir. Lənkəran şəhər XDS Rəyasət heyəti şəhərin Füzuli küçəsində "xxxx" kiçik müəssisəsinə 5x8=40 kv.m sahə mağaza tikintisindən ötrü ayrılması, ayrılmış sahənin planının təsdiq edilməsi və obyektin layihəsinin memarlıq şöbəsi ilə razılaşdırıldıqdan sonra tikintinin aparılmasına icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 03 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” X3 surətindən görünür ki, İddiaçı ilə Lənkəran bələdiyyəsi arasında 15,0 kv.m torpaq sahəsinin icarəyə verilməsinə dair 5 illik icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan Lənkəran bələdiyyəsinin 05.2022-ci il tarixli, 143/01 saylı arayışından görünür ki, Lənkəran şəhər sakini İddiaçı ilə Lənkəran bələdiyyəsi tərəfindən “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 03 saylı müqavilə bağlanmışdır. Həmin torpaq sahəsinin üzərində tikiliyə İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilməsinə etiraz etmirlər. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********662300 nömrəli məktubunda qeyd edilmişdir ki, uçot-baza və arxiv məlumatlarında "xxxx" X6 (VÖEN: **********) xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatına alınması, hazırda fəaliyyə vəziyyətinin aktiv olması, təsisçisi və rəhbərinin X7 olması barədə məlumatlar mövcuddur. İş materiallarında olan Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2024-cü il tarixli, 7965 nömrəli müqavilədən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini R.Şahbazov ilə İddiaçı arasında Lənkəran şəhəri, ünvan 1 ünvanında qeyri yaşayış binasının yerləşdiyi 56.1 kv.m torpaq sahəsi xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək müqavilə bağlanmışdır. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq ekspertlər qarşısında “Lənkəran şəhər X9 rəyasət heyətinin 09 sentyabr 1992-ci il tarxli, 13 nömrəli iclas protokolunun qərarına əsasən İddiaçı qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 5x8=40 kv.m torpaq sahəsinin naturada və sənəd üzrə yerinin və koordinatlarının müəyyən edilməsi; İddiaçı tikdirdiyi 5x8=40 kv.m sahəsi olan mağazanın Lənkəran şəhər X9 rəyasət heyətinin 09 sentyabr 1992-ci il tarxli, 13 nömrəli iclas protokolunun qərarına əsasən İddiaçı qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 5x8=40 kv.m torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşib-yerləşməməsi; İddiaçı tərəfindən Lənkəran şəhəri, Füzuli küçəsində ayrılmış torpaq sahəsində inşa edilmiş 5x8=40 kv.m sahəsi olan mağaza “Memarlıq və şəhərsalma şöbəsi” tərəfindən verilmiş layihəyə uyğun inşa edilmişdirmi və mağaza binasının layihəsi tikinti və şəhərsalma normalarına uyğun olub-olmaması; mübahisəli torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsinin müəyyən edilməsi” məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında verdikləri 23 iyul 2021-ci il tarixli, 10/1717 saylı rəydə ekspert qərardadın üçüncü sualı üzrə - iddiaçının faktiki istifadəsində olan tikilinin eninin 5 metr, uzunluğunun isə 11 metr, yəni faktiki sahəsi 55 kv.metrdir. Həmçinin qeyd olunur ki, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 11 mart 1997-ci il tarixli, 1239 nömrəli sərancamında isə iddiaçının adına qeydə alınması qeyd olunan mağazanın sahəsinin “Memarlıq və şəhərsalma şöbəsi” tərəfindən verilmiş layihəyə əsasən 5x8=40 kv.m olduğu qeyd olunur. Odur ki, iddiaçının faktiki istifadəsində olan tikili “Memarlıq və şəhərsalma şöbəsi” tərəfindən verilmiş layihəyə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişiklik edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na uyğun inşa edilmədiyi, qərardadın birinci-ikinci-dördüncü suallarını cavablandırmaq üçün mütəxəssi rəyi Mərkəzə təqdim olunmadığına görə, qərardadın bu suallarının cavablandırmağın mümkün olmadığını” vurğulamışlar. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Həmin təyinat əsasında verdikləri 10 noyabr 2021-ci il tarixli, 10/4968 saylı rəydə ekspert qərardadın birinci-ikinci sualları üzrə - Lənkəran şəhər X9 rəyasət heyətinin 09 sentyabr 1992-ci il tarxli, 13 nömrəli iclas protokolunun qərarına əsasən İddiaçı qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 5x8=40 kv.m torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki sənədlər təqdim edilmədiyindən həmin torpaq sahəsinin sənəd üzrə koordinatlarını, eyni zamanda İddiaçı tikdirdiyi mağazanın Lənkəran şəhər X9 rəyasət heyətinin 09 sentyabr 1992-ci il tarxli, 13 nömrəli iclas protokolunun qərarına əsasən İddiaçı qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 5x8=40 kv.m torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün olmadığı, İddiaçı naturada istifadə etdiyi 0.0058 ha (5.27 x 11.1) torpaq sahəsinin yeri və koordinatlarının müəyyən edildiyi; qərardadın üçüncü sualı üzrə - İddiaçı istifadəsində olan 0.0058 ha torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsinin müəyyən olunmadığını” vurğulamışlar. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Həmin təyinat əsasında verdikləri 08 aprel 2022-ci il tarixli, 10/1985 saylı rəydə ekspert qərardadın birinci sualı üzrə - mülki işin materiallarında olan məlumatlara əsasən qeyd olunur ki, İddiaçı naturada faktiki istifadəsində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları aşağıdakı kimidir: X=312451.0700, Y= 4290625.1350; X=312443.1840, Y=4290632.9490; X=312446.8358, Y=4290636.7453; X=312454.6974, Y=4290628.9511. Lakin Lənkəran şəhər X9 rəyasət heyətinin 09 sentyabr 1992-ci il tarxli, 13 nömrəli iclas protokolunun qərarına əlavə olunmuş sxemdə ayrılmış torpaq sahələrinin koordinatları, miqyası və tərpənməz dayaq nöqtəsindən məsafələr qeyd olunmadığına görə, İddiaçı qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 5x8=40 kv.m torpaq sahəsinin sənəd üzrə dəqiq yerini və koordinatlarını müəyyən etmək mümkün olmadı. Qərardadın ikinci sualı üzrə - mülki işin materiallarında olan məlumatlara əsasən qeyd olunur ki, Lənkəran şəhər X9 rəyasət heyətinin 09 sentyabr 1992-ci il tarxli, 13 nömrəli iclas protokolunun qərarına əsasən iddiaçıya 40 kv.m (5x8) torpaq sahəsi ayrılsa da, iddiaçının faktiki istifadə etdiyi tikilinin yerləşdiyi torpaq sahəsinin eni 5 metr, uzunluğu isə 11 metrdir. Bununla da iddiaçının onun üçün ayrılmış 5 metr enində 8 metr uzunluğunda torpaq sahəsinin sənədlərinin 3 metr uzunluğunda 5 metr enində aşdığı müəyyən olunur. Qərardadın üçüncü sualı üzrə - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı istifadəsində olan 0.0058 ha torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri üst-üstə düşməsi müəyyən olunmadı. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisi qarşısında suallar qoyulmuş, mütəxəssis rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Araşdırma zamanı Lənkəran şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 1239 nömrəli sərəncamına əsasən Lənkəran şəhər XDS Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli, 13 nömrəli iclas protokolundan çıxarışla "xxxx" kiçik müəssisəsinə ayrılmış torpaq sahəsində İddiaçı tikdirdiyi 40 kv.m qeyri-yaşayış binasının onun adına qeydə alınması müəyyən olunmuşdur. Həmin tikilialtı torpaq sahəsinin ayrılan vaxt və hazırda hüquqi statusunun dövlət mülkiyyətində, kateqoriyasının yaşayış məntəqələrinin torpaqlarına aid və məqsədli istifadə növünün sahibkarlıq fəaliyyəti üçün olması müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Lənkəran şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 1239 nömrəli sərəncamına əsasən Lənkəran şəhər XDS Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli, 13 nömrəli iclas protokolundan çıxarışla "xxxx" kiçik müəssisəsinə ayrılmış torpaq sahəsində İddiaçı tikdirdiyi 40 kv.m qeyri-yaşayış binasının onun adına qeydə alınmış tikilialtı torpaq sahəsinin hüquqi statusunun, kateqoriyasının və məqsədli istifadə növünün qonşu torpaq sahələrinin hüquqi statusuna (qonşu torpaq sahələrinin bir hissəsi xüsusi mülkiyyətə keçmiş), kateqoriyasına və məqsədli istifadə növünə uyğun olması müəyyən olunmuşdur. Sözügedən tikilialtı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmadığından tikilialtı torpaq sahəsi barədə elektron baza məlumatlarında məlumatların mövcud olmaması, tikilialtı torpaq sahəsinin faktiki koordinatlarının elektron kadastr xəritəsinə uyğun olması müəyyən olunmuşdur. Sözügedən tikilialtı torpaq sahəsinin faktiki vəziyyətdə ölçüsü ilə sənəd üzrə ölçüsü arasında uyğunsuzluğun mövcud olması müəyyən olunmuşdur (sənəd üzrə ölçüsü 40 kv.m (5m x 8m), faktiki ölçüsünün 56,1 kv.m (5,10m x 11m). Qərardadın üçüncü sualı üzrə: İddiaçının faktiki istifadəsində olan 56,1 kv.m ölçüdən ibarət tikilialtı torpaq sahəsinin faktiki koordinatlarının elektron kadastr xəritəsinə uyğun olması və ərazi hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Qərardadın dördüncü sualı üzrə: Lənkəran şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 1239 nömrəli sərəncamına əsasən Lənkəran şəhər XDS Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli, 13 nömrəli iclas protokolundan çıxarışla "xxxx" kiçik müəssisəsinə ayrılmış torpaq sahəsində İddiaçı tikdirdiyi 40 kv.m qeyri-yaşayış binasının onun adına qeydə alınmış 40 kv.m tikilialtı torpaq sahəsi kimi iddia olunan torpaq sahəsi üzərində faktiki ölçüsü 56,1 kv.m ölçüdən ibarət qeyri-yaşayış tikilisinin mövcud olması müəyyən olunmuşdur. Qeyd edilən tikilinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmaması müəyyən olunmuşdur. Həmin tikilinin faktiki olaraq iddiaçının istifadəsində olması müəyyən olunmuşdur. Qərardadın beşinci sualı üzrə: Qeyd edilən mübahisəli tikilinin və altındakı torpaq sahəsinin faktiki ölçüsünün 56,1 kv.m (5,10m x 11 m) olması müəyyən olunmuşdur. Sualın digər hissəsini cavablandırmaq mütəxəssisin imkanı xaricindədir. Qərardadın altıncı sualı üzrə: Sualı cavablandırmaq mütəxəssisin imkanı xaricindədir. Qərardadın yeddinci sualı üzrə: Torpaq sahəsinin üzərində inşa edilmiş tikilinin tikintialtı sahəsinin faktiki ölçüsünün 56,1 kv.m (5,10m x 11m) olması müəyyən olunmuşdur. Həmin tikintialtı torpaq sahəsinin bütövlüklə hüquqi statusunun-dövlət mülkiyyətində, kateqoriyasının yaşayış məntəqələrinin torpaqlarına aid olması müəyyən olunmuşdur. Qeyd edilən 56,1 kv.m tikintialtı torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Sualın digər hissəsini cavablandırmaq mütəxəssisin imkanı xaricindədir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia həm də əsaslıdır. Belə ki, iddiaçı “xx.xx.2024-cü il tarixli, 7965 nömrəli hüquq və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə müqaviləsinə əsasən Lənkəran şəhəri, ünvan 1 ünvanında qeyri yaşayış sahəsinin yerləşdiyi 56.1 kv.m torpaq sahəsinə dair istifadə hüquqlarının və torpaq sahəsinin üzərinə yerləşən 56.1 kv.m olan qeyri yaşayış sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlak dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı tələb etməkdə haqlıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi). Bu səbəbdən də iddia təmin edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: (158.1.1) girov hüququ; (158.1.2) əmlakdan istifadə hüququ; (158.1.3) servitutlar. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X4 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X4 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X8rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X10rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 4. İcarə münasibətlərinin obyektləri Torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər. Maddə 6. İcarəyə verilən bələdiyyə torpaqları Bələdiyyə mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: ehtiyat fondu torpaqları; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: Maddə 3. Torpaq münasibətləri

1. Torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir.

2. Torpaq münasibətlərinin iştirakçıları Azərbaycan Respublikası, dövlət orqanları, bələdiyyələr, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, xarici dövlətlərdir.

3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçıları kimi bu Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilərlər.

4. Torpaq münasibətlərinin obyekti torpaq sahəsi və onun üzərində hüquqlardan ibarətdir. Maddə 4. Torpaq sahəsi

1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.

2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir.

3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir.

4. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

5. Torpaq sahəsi bölünən və bölünməz ola bilər. Bölünən o torpaq sahələri hesab edilir ki, öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı hissələrə bölünə bilər və bölgüdən sonra bu hissələrin hər biri müstəqil torpaq sahələrinə çevrilməklə dövlət qeydiyyatından keçirilə bilər. Bölünməz o torpaq sahələri hesab edilir ki, onlar öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməzlər. Torpaqların həddindən artıq bölünməsinin qarşısını almaq məqsədilə dövlət qeydiyyatına alına bilən torpaq sahəsinin minimum həddinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.

2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.

3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 6. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: - bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınması; - torpaqlardan qanunvericiliyə uyğun istifadə olunmasına və onların mühafizəsinə dövlət nəzarətinin təşkil edilməsi və həyata keçirilməsi; Maddə 18. Yaşayış məntəqələrinin torpaqları və onların tərkibi

1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir.

2. Yaşayış məntəqələrinin torpaqların tərkibinə həmçinin sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri daxildir. Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ

1. Dövlət mülkiyyətində olan torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Maddə 51. Torpaq sahəsi üzərində icarə hüququ

1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.

2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir.

3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.

4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.

6. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları, torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq Məcəlləsinin 66-cı maddəsinin tələblərindən irəli gələrək “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Bundan başqa qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.3-cü maddəsinə görə inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanunun 64.4-cü maddəsinə görə etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi idarəsinin imtinası üçün dəlil gətirmişdir: - qeyri-yaşayış binası və yerləşdiyi torpaq sahəsinə dair aidiyyəti üzrə ilkin hüquqmüəyyənedici sənədlərin əsli təqdim olunmadığından və faktiki yerində sözügedən əmlakın müəyyən edilməsi proseduru təmin olunmadığı səbəbindən icraatda olan ərizənin icrasından imtina edilmişdir. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan iddiaçının müraciətinə formal əsaslarla cavab vermişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqanın iddiaçıya Lənkəran şəhər X9 rəyasət heyətinin 09 sentyabr 1992-ci il tarxli, 13 nömrəli iclas protokolunun qərarı ilə ayrılmış torpaq sahəsinin, eləcə də həmin torpaq sahəsinin üzərində inşa edilmiş qeyriyaşayış binasına hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsinə imtinasını təqdim olunmuş sənədlər üzrə aparılan ekspertizasının nəticəsi olaraq faktiki vəziyyətlə aiddiyyəti sənəd üzrə məlumatlar arasında uyğunsuzluğun mövcud olması, iddiaçı tərəfindən təqdim olunmuş sənədlər üzrə inşa edilmiş qeyri-yaşayış binasına dair ilkin torpaqayırma sənədi, tikintiyə icazə, habelə istismara icazə sənədinin təqdim olunmaması ilə şərtləndirməsi özü-özlüyündə yolverilməzdir. Digər tərəfdən, mübahisə predmeti olan torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bütün zəruri sənədlərin əldə olunmaqla iddiaçıya ayrılması, eləcə də təyinatı qeyri-yaşayış binasının tikintisi olmaqla torpaq sahəsi ayrılması barədə Lənkəran şəhər X9 rəyasət heyətinin 09 sentyabr 1992-ci il tarxli, 13 nömrəli iclas protokolunun qərarı qüvvədə olduğundan, həmin torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü olmaması halının mövcudluğu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları ilə uzlaşmır. Məhkəmə cavabdehin imtina üçün gətirdiyi dəlillərə münasibətdə əlavə olaraq qeyd edir ki, faktiki vəziyyətlə aiddiyyəti sənəd üzrə məlumatlar arasında uyğunsuzluğun mövcud olması da iddiaçının iradəsindən irəli gələn hal deyil və bunun aradan qaldırılması cavabdehin özünün səlahiyyətləri daxilindədir. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından tərəflər arasında bağlanmış icarə müqavilələri və tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri mötəbər sübut kimi qiymətləndirilməlidir. Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mülkiyyət hüququ qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, yerli icra hakimiyyəti orqanının tikintiyə razılıqla bağlı sənədi, istismara icazə və digər sənədləri nəzərə alaraq cavabdehə müraciət etmiş, cavabdeh isə işin mahiyyəti üçün əsas olan həmin sənədləri nəzərə almadan formal əsaslarla müraciətin təminin həyata keçirməmiş, təqdim edilməli olan sənədlərin konkret formada təqdim edilməsini tələb etmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10-cu maddəsində nəzərdə tutulmuş sənədlər cavabdehə təqdim edilmişdir. Cavabdeh isə, həmin Qanunun 15.1-ci maddəsinin tələblərinə əsasən müraciətin təminindən imtina etmişdir ki, məhkəmə həmin imtinanı qeyd olunan maddənin tələbləri ilə uzlaşmadığı qənaətindədir. Belə ki, adıçəkilən maddədən görünür ki, Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən inzibati orqanlar tərəfindən qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, imtina məktubunda qeyd edilən halların əsassız olduğu iş materiallarına əlavə edilmiş sübutlarla, eləcə də ekspert rəyi ilə sübuta yetirilir və qeyd olunan iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzuqların olmadığı müəyyən edilmişdir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3483/2024 nömrəli mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edir. Belə ki, mütəxəssis rəyinə əsasən Lənkəran şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 1239 nömrəli sərəncamına əsasən Lənkəran şəhər XDS Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli, 13 nömrəli iclas protokolundan çıxarışla "xxxx" kiçik müəssisəsinə ayrılmış torpaq sahəsində İddiaçı tikdirdiyi 40 kv.m qeyri-yaşayış binasının onun adına qeydə alınması, tikilialtı torpaq sahəsinin ayrılan vaxt və hazırda hüquqi statusunun dövlət mülkiyyətində, kateqoriyasının yaşayış məntəqələrinin torpaqlarına aid və məqsədli istifadə növünün sahibkarlıq fəaliyyəti üçün olması, torpaq sahəsinin və üzərindəki qeyri-yaşayış sahəsinin faktiki ölçülərin 56,1 kv.m olması, 56,1 kv.m tikintialtı torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi halları müəyyən edilmişdir. Belə ki, torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış sahəsinin faktiki ölçülərin 56,1 kv.m olması hissəsi üzzərində araşdırılma aparılmışdır. İddiaçı tərəfindən qeyd edilən ölçülərlə bağlı hal-hazırda qüvvədə olan Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2024-cü il tarixli, 7965 nömrəli müqaviləsini məhkəməyə təqdim etmişdir ki, həmin müqaviləyə əsasən Lənkəran şəhəri, ünvan 1 ünvanında qeyri yaşayış sahəsinin yerləşdiyi 56.1 kv.m torpaq sahəsinin xx.xx.2026-cı il tarixədək İddiaçı icarəyə verildiyi müəyyən edilir. Eləcə də, torpaq sahəsinin "xxxx" kiçik müəssisəsinə ayrılmış torpaq sahəsindən ayrılması halı mövcud olmuşdur ki, bu günə kimi həmin hissə də müəssisə tərəfindən mübahisənin olmadığı müəyyən edilir. Həmçinin məhkəmə tərəfindən üçüncü şəxs qismində cəlb edilən "xxxx" kiçik müəssisəsi iddia tələbinə münasibət bildirməmiş, bu günə kimi qəbul edilən qərarları, müqavilələri mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən halı İddiaçı hüquqlarının qeydə alınmasından imtina kimi qiymətləndirmək düzgün olmaz. İddiaçı onun barəsində tərtib edilərək təqdim edilən və hal-hazırda qüvvədə olan inzibati aktlara etimad göstərmiş və digər şəxslər tərəfindən müvafiq mübahisələr qaldırılmamışdır. Belə ki məhkəmə hesab edir ki, tərəflər uzun müddət susmaqla, yəni İddiaçı qarşı mübahisəli torpaq sahəsi və tikililərlə bağlı heç bir irad bildirməyiblərlə, müvafiq tələblər ilə məhkəmədə iddia qaldırmayıblarla artıq öz iradə ifadələrini bildirmiş və qeyd edilən aktlarla razılaşmışdırlar. Müvafiq qeyd edilən sənədlər ilə torpaq sahəsinin iddiaçıya qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Beləliklə, məhkəmə, Mülki Məcəllənin 139-1.1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsaslanaraq hesab edir ki, Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2024-cü il tarixli, 7965 nömrəli müqaviləsinə əsasən Lənkəran şəhəri, ünvan 1 ünvanında qeyri yaşayış sahəsinin yerləşdiyi 56.1 kv.m torpaq sahəsinə dair istifadə hüquqlarının və torpaq sahəsinin üzərinə yerləşən 56.1 kv.m olan qeyri yaşayış sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlak dövlət reyestr xidmətində dövlət qeydiyyatının aparılması üçün əsasdır. «Hüquqların dövlət qeydiyyatından imtina»-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan tələblərdən heç biri müəyyən olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin 9.6-cı bəndinə əsasən qanunla müəyyən edilmiş müddətdə hüquqları dövlət qeydiyyatına almaq, 8.1-ci bəndinə əsasən Xidmətin fəaliyyət istiqamətlərindən biri də dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etməkdən ibarətdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir, eləcə də imtinada qeyd edilən müvafiq rəyin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə, hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin edilməli, Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2024-cü il tarixli, 7965 nömrəli müqaviləsinə əsasən İddiaçı Lənkəran şəhəri, ünvan 1 ünvanında qeyri yaşayış sahəsinin yerləşdiyi 56.1 kv.m torpaq sahəsinə dair istifadə (icarə) hüquqlarının və torpaq sahəsinin üzərinə yerləşən 56.1 kv.m olan qeyri yaşayış sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlak dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulmalıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının iş üzrə verilmiş ekspert rəyi ilə bağlı xərclərin ona aid edilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərclər İddiaçı tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2024-cü il tarixli, 7965 nömrəli müqaviləsinə əsasən İddiaçı Lənkəran şəhəri, ünvan 1 ünvanında qeyri yaşayış sahəsinin yerləşdiyi 56.1 kv.m torpaq sahəsinə dair istifadə (icarə) hüquqlarının və torpaq sahəsinin üzərinə yerləşən 56.1 kv.m olan qeyri yaşayış sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlak dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********,Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar