Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-2571/2022 23.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydinə düzəliş edilməsi və təkrar X6nin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 23 dekabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus doğum haqqında akt qeydinə yazılmış doğum tarixinin “xx xxxxxxx 2003-cü” il tarixindən “14 iyul 2003-cü” il kimi və doğum yerinin “Ağcabədi rayonundan” “Rusiya Federasiyası Sank-Peterburq şəhəri” kimi düzəliş edilərək ona təkrar X6nin verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2003-cü il tarixdə Rusiya Federasiyasının Sank-Peterburq şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 190-cı maddəsinin tələbinə görə adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Ona aid şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi məqsədi ilə aidiyyəti orqana müraciət etmiş, orada məlum oldu ki, onun doğum yeri Ağcabədi rayonu, doğum tarixi isə xx.xx.2003-cü il kimi qeyd edilmişdir. O, yuxarıda qeyd etdiyi uyğunsuzluqların aradan qaldırılaraq təkrar X6nin verilməsindən ötrü Cavabdehnə müraciət etmişdir. Lakin Cavabdehndə ona imtina məktubu verərək məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Təbii ki, doğum aktı qeydində olan uyğunsuzluq onun qeyd etdiyi sənədləşmə işində böyük çətinliklər yaratdı və sənədləşmə işini mümkünsüz hala gətirdi. Hesab edir ki, Cavabdeh doğum aktı qeydinə düzəliş edərək təkrar şəhadətnamənin verilməsində imtinası onun qanunvericilikdə müəyyən olunmuş hüquqlarını məhdudlaşdırması ilə yanaşı, qanunu kobud şəkildə pozmuşdur. Belə ki, iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də açıq şəkildə görmək olur ki o, xx.xx.2003-cü ildə Rusiya Federasiyası Sank-Peterburq şəhərində anadan olmuşdur. Hesab edir ki, Cavabdeh imtinası tam olaraq əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindərı) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarnı müəyyən edən Əsas müddəalar»ın preambulasında göstərilmişdir ki, bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 4cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı, nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi, adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi, yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi, övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi, atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi, atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi, ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi, cinsin dəyişməsinin təsdiqi haqqında səhiyyə idarəsinin rəyi, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. Həmin Müddəaların 5-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Həmin Müddəaların 6-cı bəndinə görə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. Həmin Müddəaların 8ci bəndinə görə şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə görə «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, Cavabdeh inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı doğum akt qeydinə düzəliş edilməklə təkrar X6nin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli, 05/76-838/15 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, X2 barəsində xx.xx.2003-cü il tarixdə Ağcabədi rayonu, Arasbar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 09 saylı doğum haqqında akt qeydində uşağın doğumunu təsdiq edən sənədlər Ağcabədi ayonu, Yuxarı Qiyamadınlı kənd həkim Ambulator məntəqəsi qeyd edilmiş, təqdim olunan sənədlərdə isə Rusiya Federasiyası Sankt-Peterburq doğum evi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 ınart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşiıq vəziyyəti akt qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində səhvlərə dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxlər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi ərazinin qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Bununla bağlı izah edirik ki, təqdim olunan sənədlərlə doğum haqqında akt qeydində uşağın doğumunu təsdiq edən sənədiərdə uyğuynsuzluq və ziddiyyət olduğu üçün xx.xx.2003-cü il tarixdə Ağcabəai rayonu, Arasbar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 09 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında doğulduğu yerə və doğum tarixinə dəyişiklik edilməsi rayon qeydiyyat şöbəsində mümkün deyildir. İş materiallarında olan Cavabdeh hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, xx/xx-1170/13 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı doğum haqqında akt qeydi kserosurəti Sizə göndərilir. Həmçinin İddiaçı doğumun qeydə alınması üçün əsas olan sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin Ekspert komissiyası tərəfindən sənədlərin və işlərin, həmçinin istifadə olunmamış şəhadətnamələrin məhvə ayrılması haqqında akt xx.xx.2014-cü il tarixdə təsdiq edildikdən sonra 1992-2008-ci illərə aid doğum haqqında ərizə, o cümlədən ərizəyə əlavə edilmiş sənədlər yandırma yolu ilə məhv edilmişdir. İş materiallarında olan xx.xx.2003-cü il tarixli, 09 saylı “Doğum haqqında Akt Qeydi”nin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdə Ağcabədi rayonu, Arasbar kəndində anadan olmuş, atası X4, anası isə X3r. İş materiallarında olan xx.xx.2003-cü il tarixli, AZ-İ № 335762 seriyalı “X6”nin surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdə Ağcabədi rayonu, Arasbar kəndində anadan olmuş, atası X4, anası isə X3r. İş materiallarında olan Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdə Ağcabədi rayonu, Arasbar kəndində anadan olmuşdur. İş materiallarında olan Rusiya Federasiyası Səhiyyə Nazirliyi Dövlət Səhiyyə Müəssisəsi 15 nömrəli Doğum evi tərəfindən verilmiş 14 iyul 2003-cü il tarixli, Seriya 40 № 150357 nömrəli «Doğum haqqında Tibbi Şəhadətnamə”dən görünür ki, X5 14 iyul 2003-cü il tarixdə, saat 13:30-da 15 nömrəli Doğum evində kişi cinsindən olan uşaq dünyaya gətirmişdir. İş materiallarında olan Rusiya Federasiyası Səhiyyə Nazirliyi Dövlət Səhiyyə Müəssisəsi 1 nömrəli Doğum evi tərəfindən verilmiş 14 iyul 2003-cü il tarixli, 3293 nömrəli «X1 Çıxarış”dan görünür ki, X5 14 iyul 2003-cü il tarixdə, saat 13:30-da 1 nömrəli Doğum evində oğlan uşağı dünyaya gətirmişdir. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar»ın preambulasında göstərilmişdir ki, bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. X9 13-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. X11 14-cü bəndinə görə itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. İşdə olan sübutlar əsasında müəyyən olunur ki, İddiaçı xx.xx.2003-cü il tarixdə Ağcabədi rayonu, Arasbar kəndində anadan olmuş, bu barədə Ağcabədi rayon Arasbar kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2003-cü il tarixli, 09 saylı Doğum haqqında Akt Qeydi tərtib edilmiş, onun əsasında iddiaçı xx.xx.2003-cü il tarixli, AZ-İ № 335762 seriyalı X6 verilmişdir. İddiaçı isə ona məxsus doğum haqqında akt qeydinə yazılmış doğum tarixinin “xx xxxxxxx 2003-cü” il tarixindən “14 iyul 2003-cü” il kimi və doğum yerinin “Ağcabədi rayonundan” “Rusiya Federasiyası Sank-Peterburq şəhəri” kimi düzəliş edilərək ona təkrar X6nin verilməsini cavabdeh inzibati orqandan xahiş etmiş, cavabdeh inzibati orqan isə bundan imtina edərək bildirmişdir ki, X2 barəsində xx.xx.2003-cü il tarixdə Ağcabədi rayonu, Arasbar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 09 saylı doğum haqqında akt qeydində uşağın doğumunu təsdiq edən sənədlər Ağcabədi ayonu, Yuxarı Qiyamadınlı kənd həkim Ambulator məntəqəsi qeyd edilmiş, təqdim olunan sənədlərdə isə Rusiya Federasiyası Sankt-Peterburq doğum evi göstərilmişdir. Odur ki, təqdim olunan sənədlərlə doğum haqqında akt qeydində uşağın doğumunu təsdiq edən sənədiərdə uyğuynsuzluq və ziddiyyət olduğu üçün xx.xx.2003-cü il tarixdə Ağcabəai rayonu, Arasbar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 09 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında doğulduğu yerə və doğum tarixinə dəyişiklik edilməsi rayon qeydiyyat şöbəsində mümkün deyildir. Məhkəmə qeyd edir ki, hazırkı halda İddiaçı özünün doğum tarixinin “xx xxxxxxx 2003-cü” il deyil, “14 iyul 2003-cü” il olduğunu və doğum yerinin “Ağcabədi” rayonu deyil, “Rusiya Federasiyasının Sank-Peterburq” şəhəri olduğunu təsdiq edən yetərli sübutları nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmənin mövqeyinə görə İddiaçı doğum akt qeydinə düzəliş edilməklə təkrar X6nin verilməsindən cavabdeh inzibati orqan Cavabdeh imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydinə düzəliş edilməsi və təkrar X6nin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydinə düzəliş edilməsi və təkrar X6nin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-2571/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2571/2022
23.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver