Məhkəmə qərarları › İş №2-1(120)-2572/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2572/2023

12.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2572/2023 12.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N970-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində N saylı hərbi hissə komandirinin N fev ral N993-cü il tarixli əmrinə əsasən hərbi hissənin şəxsi heyyətinin siyahısına salınmışdır. N saylı hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli 22 saylı əmrinə əsasən şəxsi heyətin siyahısına salınmışdır. N saylı hərbi hissə komandirinin N fevral N996-cı il tarixli 34 saylı əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılmışdır. Bütün bunlar bir daha onun döyüş əməliyyatlarında fəal iştirak etməyini təsdiq edir. Bütün bunları Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.20N5-ci il tarixli və xx.xx.2023-cü il tarixli arxiv arayışları da təsdiq edir. Buna baxmayaraq onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etmiş olduğu müraciətə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın xx.xx.20N7-ci il tarixli iclasına baxılarkən Mərkəzi Arxivinin xx.xx.20N5-ci il tarixli və xx.xx.2023-cü il tarixli arxiv arayışlarına əsasən barəsində müsbət qərar qəbul olunmadığı və məhkəməyə müraciət etməyi məsləhət bilinmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim etmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir.Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür.Buna etiraz edib bildirirəm ki, Müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 7 aprel 2006-cı il tarixli 90-İİİ QD №-li Qanunu ilə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №-li Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün 22 sentyabr N995-ci il tarixli 2N6 №-li Qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamənin N-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, «N988-ci il fevralın N-dən N99N -ci il oktyabrın 9- dək erməni milliyətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində- keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə-Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N99N -ci il oktyabrın 9-dan N994-cü il mayın N0dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir». Həmin Əsasnamənin N-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir».Hesab edirəm ki, iddia tələbi əsassızdır. Belə ki, İddiaçı xidmət etdiyi hərbi hissəni özbaşına tərk etdiyi üçün ona “Müharibə veteram” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidməti yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya aministiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxlərə “Müharibə veteram” adı verilə bilməzBu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna zidddir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 47.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci və N54-cü maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı tələblərinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarına əsasən Beyləqan rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Beyləqan rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.N970-ci il tarixdə anadan olmuş və Beyləqan rayonu, Aşqallar kəndində qeydiyyatdadır. - İşdə olan НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı N993-N996cı illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında xidmət etmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 4/3-42 nömrəli məktubunda qeyd edilmişdir ki, "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.20N7-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Xidmət etdiyiniz hərbi hissəni özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən “Müharibə Veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə gorə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi arxivinin xx.xx.20N5-ci il tarixli 9/2-N48N nömrəli arxiv arayışının surətindən göstərilmişdir ki, verilir N970-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, N saylı hərbi hissə komandirinin N fevral N993-cü il tarixli 6 saylı əmri ilə (əsas:səh-36. Şİ9, sııavi İ tabər, İİİ tağun İİİ bölmə. tuşlayıcı) hərbi hissənin şəxsi heyəti siyahısına daxil edilmiş, N saylı hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli 22 saylı əmri ilə (əsas:səh-NN7,sıra 26. sıravi. 6 motoatıcı bölük, həqiqi hərbi xidmət, N970) Seyfəli təlim mərkəzindən gəlməklə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil adilmiş, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas:səh- 7l. sıra-838) hərbi hissəni özbaşına tərk etdiyi üçün Azər. Resp. SQBQR-nin 27 iyun N995-ci il tarixli sərəncamına uyğun olaraq hərbi hissənin şəxsi heyətinin siyahısından silinmiş, N saylı hərbi hissə komandirinin N0 dekabr N995-ci il tarixli 946 saylı əmrilə (əsas:səh-2N. 4.. 2MAT. sıravi) fərarilik eldikdən sonra Füzuli hərbi prokurorluğuna təsir-tədbir xəbərdarlığından sonra yenidən hərbi hissənin şəxsi heyəyinin siyahısına salınmaqla xidməti vəzifəsinin icrasına başlamış və komandirin N fevral N996-cı il tarixli 34 saylı əmrilə (əsas:səh-60, sıra-73.§l, sıravi. 2 MAT. Beyləqan. N970) Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Siralarından ehtiyata tərxis edilmiş, qeydiyyat üçün Beyləqan rayon hərbi komissarlığına göndərilmişdir. N saylı hərbi hissə komandirinin iyun-oktyabr N995-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı hərbi hissədən xaric olunması barədə məlumat aşkar edilməmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 4/2-3N33 nömrəli məktubunda göstərilmişdir ki, “Seyfəli” təlim mərkəzindən N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmiş, toplanışla gəlmiş, N970-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 22 №-li əmrilə (əsas: §-2, səh-NN7, sıra-26, əmrdə hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq xidmət keçmək üçün 6-cı MAT-a göndərilmişdir.N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №-li əmrində (əsas: §-N5, səh-239, sıra-8, əmrdə atasının adı, hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) 6-cı MAT-ın hərbi qulluqçusu İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə, qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N994xx.xx.N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar edilməmişdir. 2N2 №-li hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli N №-li əmrində (əsas: §-N, səh-78, sıra-N0, əmrdə adı “Üzeyir” yazılmışdır) hərbi hissələrini özbaşına tərk etmiş, hissəyə qayıtmış və xx.xx.N995-ci il tarixdən qazan təminatından çıxarılaraq gələcək hərbi xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilən şəxsi heyətin siyahısında, sıravi XN adı qeyd olunmuşdur.N №li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: xx.xx.N995, səh-20, sıra- N93) 2N2 №-li hərbi hissədən göndərilmiş, sıravi İddiaçı hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli 26 №-li əmrinə əsasən, tərxis olunması (hərbi hissə komandirinin əmrinin nömrəsi və tarixi qeyd olunmamışdır) barədə məlumat yazılmışdır. Hərbi hissəsini özbaşına tərk edərək fərarilik etmiş, Füzuli Qarnizonu Ərazi Hərbi Prokurorluğunun təsir-tədbir xəbərdarlığından sonra qayıtmış, 2N2 №-li hərbi hissədən göndərilmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli N №-li əmrilə (əsas: §-4, səh-2N, sıra-N0) 2-ci MAT-ın şəxsi heyətinin siyahısına salınaraq bütün növ müavinətlərlə təmin olunmuş və xidməti vəzifəsinin icrasına başlamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən, yuxarı yaş hədli, N970-ci təvəllüdlü, 2-ci MAT-ın hərbi qulluqçusu, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis olunduğuna görə, N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 34 №-li əmrilə (əsas: §-N, səh-60, sıra-73) lazımi sənədlərlə təmin olunaraq qeydiyyata düşmək üçün Beyləqan RHK-na göndərilmişdir.Qeyd edirik ki, N №-li hərbi hissə komandirini yanvar-dekabr N994-cü il, yanvar-noyabr N995-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar edilməmişdir.NN0 №-li hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək, N №-li hərbi hissənin xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-43- NN/2-467/23 nömrəli məktubunda qeyd edilmişdir ki, Şirvan inzibati Məhkəməsinin məktubunda adı qeyd olunmuş-iddiaçı xx.xx.N970-ci il təvəllüdlü İddiaçı adına yazılmış H3 № ******* saylı “Uçot kartasında- xx.xx.N988-ci il tarixdə Beyləqan RHK-ı tərəfindən nizami xidmətə yararlı sayılaraq keçmiş SSRİ Silahlı Qüvvələri sıralarına hərbi xidmətə göndərilmiş, xx.xx.N988-ci il tarixdən xx.xx.N990-cı keçmiş SSR! Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçməsi. 05 NN N990-cı il tarixdə keçmiş SSRİ Nazirlər Sovetinin xx.xx.N990-cı il tarixli 96N nömrəli qərarına əsasən ehtiyata tərxis edilməsi, xx.xx.N990-cı ii tarixdə Beyləqan RHK-da hərbi vəzifəlilərin qeydiyyatına götürülməsi, xx.xx.N995-ci il tarixdən xx.xx.N996-cı il tarixədək N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçməsı və xx.xx.N996-cı il tarixdə Az.Resp.Müdafiə Nazirinin 26 saylı 24.0N N996-cı il tarixli əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması və ehtiyatda olmağın son. yaş həddinə çatdığı üçün SHXÇDX-nin Beyləqan rayon şöbəsində hərbi vəzifəlilərin qeydiyyatından silinməsi yazılmışdır. xx.xx.N970-ci il təvəllüdlü İddiaçı xx.xx.N993-cü ii tarixdə səfərbərliklə Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına N saylı hərbi hissəyə təhvil verilmiş, lakin hansı tarixədək hərbi xidmət keçməsi barədə H3№ ******* saylı uUçot kartası”nda məlumat yazılmamışdır. (Əsas: Səfərbərliklə Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına təhvil verilmiş şəxslərin qeydiyyat kitabı- səhifə N04, sıra 8N) H3Nü ******* saylı “Uçot kartası”nda təqsırləndirici material və cinayət işi olubolmaması hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi döyüş əməliyyatlarında iştirak etməsi, barəsində cinayət təqibinə xitam verilməsi və amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi, habelə xidmət dövrü yaralanması və digər məlumatlar aşkar edilmədi. Füzuli Hərbi Prokurorluğunun xx.xx.20N6-cı il tarixli N7/3N37 saylı məktubuna əsasən, “İddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda təqsirləndirici material və cinayət işi olmamışdır.” Əlavə olaraq İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin kserosurətləri ünvana göndərilir. Məhkəmənin yekun qərarının SHXÇDX-nin Aparatına təqdim edilməsi üçün Xidmətin Beyləqan rayon şöbəsinin ünvanına göndərilməsinə aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. - İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Beyləqan rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3/3-xx-xx/28598/2023 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.N970-ci il təvəllüdlü Beyləqan rayon Aşıqalılar kənd sakini İddiaçı barəsində Beyləqan Rayon Polis Şöbəsində heç bir məhkumluq və təqsirləndirici material yoxdur. - İşdə olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-3/2-5890/23 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı N993-cü ilin fevral ayından N996- cı ilin fevral ayına kimi 849, N və N nömrəli hərbi hissələrdə xidmət etməsi ilə bağlı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. (maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin N-ci bəndinə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə müəyyən etdi ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin İddiaçı hərbi hissəsini özbaşına tərk edərək fərarilik etdiyinə görə və hərbi xidmətdən qanuni əsaslarla təxris olunması barədə məlumat olmadığından və müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq müharibə veteranı adının verilməsini istisna edən hallardan biri də, məhz hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmasına dair sübutların (əmrin), həmçinin hərbi qulluqçunun hərbi hissədə xidməti barədə əmrlərin hərbi biletlə bir yerdə təqdim edilməməsidir. İş materiallarından göründüyü kimi İddiaçı hərbi xidmətdən qanuni əsaslarla təxris olunması, həmçinin xidməti barədə məlumat aşkar olunmamış, həmçinin o, hərbi hissəsini öbaşına tərk etmişdir. İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №li əmri ilə hərbi hissəni özbaşına tərk etdiyinə görə, qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-xx.xx.N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar edilməmişdir. 2N2 №-li hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli N №-li əmrində hərbi hissələrini özbaşına tərk etmiş, hissəyə qayıtmış və xx.xx.N995-ci il tarixdən qazan təminatından çıxarılaraq gələcək hərbi xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilən şəxsi heyətin siyahısında, sıravi XN adı qeyd olunmuşdur. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında 2N2 №-li hərbi hissədən göndərilmiş, sıravi İddiaçı hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli 26 №-li əmrinə əsasən, tərxis olunması barədə məlumat yazılmışdır. Hərbi hissəsini özbaşına tərk edərək fərarilik etmiş, Füzuli Qarnizonu Ərazi Hərbi Prokurorluğunun təsir-tədbir xəbərdarlığından sonra qayıtmış, 2N2 №-li hərbi hissədən göndərilmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli N №-li əmrilə 2-ci MAT-ın şəxsi heyətinin siyahısına salınaraq bütün növ müavinətlərlə təmin olunmuş və xidməti vəzifəsinin icrasına başlamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən, yuxarı yaş hədli, N970-ci təvəllüdlü, 2-ci MAT-ın hərbi qulluqçusu, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis olunduğuna görə, N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 34 №-li əmrilə lazımi sənədlərlə təmin olunaraq qeydiyyata düşmək üçün Beyləqan RHK-na göndərilmişdir. N №-li hərbi hissə komandirini yanvar-dekabr N994-cü il, yanvar-noyabr N995-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar edilməmişdir. NN0 №-li hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək, N №-li hərbi hissənin xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Prezidentinin «Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» 20 sentyabr N997-ci il tarixli 634 nömrəli Fərmanına əsasən ehtiyata buraxılmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir. Bəhs olunanlara əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə N7). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə N9.N). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə N9.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabadehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-69-cu və 85.N-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, H.Z.Tağıyev, N0) verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar