Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-258/2022 23.02.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “İddiaçı və X6 mülkiyyətinə verilmiş JN-537, Kod 80600018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı üzrə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarının X7 aid olan hissədə ləğv edilməsi və X10 adlı şəxsin adının JN-537, Kod 80600018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 23 fevral 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və X6 mülkiyyətinə verilmiş JN- 537, Kod 80600018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı üzrə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarının X7 aid olan hissədə ləğv edilməsi və X10 adlı şəxsin adının JN-537, Kod 80600018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 23 fevral 2022-ci il tarixli qərardadı ilə iddia tələbi “İddiaçı və X6 mülkiyyətinə verilmiş JN-537, Kod 80600018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı üzrə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarının X7 aid olan hissədə ləğv edilməsi” hissədə mümkün sayılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1962-ci il tarixdə anadan olmuşdur. X9 ilə rəsmi nikaha daxil olmadan ailə həyatı qurmuş, nikahlarını isə 2009-cu ildə rəsmiləşdirmişlər. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə ona Cəlilabad rayonunun Alar kəndində 0,56 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin ona verilməsinə dair JN-537, Kod 80600018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Qeyd edilən Aqrar İslahat Komissiyasının qərarında və “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında “X10” adlı şəxsin adı da qeyd edilmişdir. Halbuki, o, belə bir adda şəxsi tanımır və həmin şəxslə birlikdə mülkiyyətləri yoxdur. Həmin torpaq sahəsi onun həyat yoldaşı X9 ilə ona verilmişdir. Lakin sənəd üzərində həyat yoldaşının adının əvəzinə səhvən “X10” adlı şəxsin adı qeyd edilmişdir. Adı qeyd edilən “X10” adlı şəxsin Cəlilabad rayonu, Alar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində qeydiyyatda olmaması və orada yaşamaması Cəlilabad rayonu, Alar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin arayışı ilə təsdiq edilir. Həmçinin Cəlilabad rayon Alar bələdiyyəsinin arayışı ilə də qeyd edilən Dövlət X3” adlı şəxsin adının, soyadının səhvən yazılması, eləcə də X10” adlı şəxsin ümumiyyətlə Alar kəndində yaşamaması və qeydiyyatda olmaması öz təsdiqini tapır. O, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında “X10” adlı şəxsin adının çıxarılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ərizə ilə müraciət etdikdə, orada rəsmi olaraq bildirilmişdir ki, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından mülkiyyətçinin adının çıxarılmasından ötrü məhkəməyə müraciət etməlidir. Göründüyü kimi, JN-537, Kod 80600018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı üzrə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarının X7 aid olan hissədə ləğv edilməsi və X10 adlı şəxsin adının JN-537, Kod 80600018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından çıxarılması üçün əsaslar mövcuddur və onun adı həmin hissədə ləğv edilməklə adı Dövlət Aktından çıxarılmalıdır. Qeyd edilən hal mülkiyyətçi kimi onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır və o mülkiyyət hüququnun bərpa edilməsindən ötrü məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən rəsmi olaraq bildirilmişdir ki, Cəlilabad rayonu, Alar kəndində yerləşən “Torpağa mülkiyyət hüququna dair” JN-537 saylı Dövlət aktının 0.56 ha pay torpaq sahəsinin 4781.20 kv.metr hissəsində olan planşeti ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etdiyi kompleks yerquruluşu xəritəsində olan məlumatlara əsasən ləğv edilmişdir. “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından mülkiyyətçinin adının çıxarılması Xidmətin 8 saylı Cəlilabad Ərazi İdarəsinin səlahiyyəti xaricindədir və bununla bağlı Məhkəməyə müraciət etmək hüququ vardır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250S nömrəli Sərancamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planı”na uyğun olaraq Cəlilabad rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmişdir. Aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən sonra elektron kadastr məlumat bazasına daxil ediləcəkdir. Dövlət Aktının ləğv edilməsi məsələsinin araşdırılması ilə əlaqədar aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət edilə bilər. İş üzrə qanunamüvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin 28.10.2021-ci il tarixli qərardadı ilə X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat ünvanlanmışdır. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxs gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi “X10 adlı şəxsin adının JN-537, Kod 80600018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissədə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 17.08.2021-ci il tarixli, **********72 nömrəli məktubundan görünür ki, Cəlilabad rayonu, Alar kəndində yerləşən “Torpağa mülkiyyət hüququna dair” JN-537 saylı Dövlət Aktının 0.56 ha pay torpaq sahəsinin 4781.20 kv.metr hissəsində olan planşeti ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etdiyi kompleks yerquruluşu xəritəsində olan məlumatlara əsasən ləğv edilmişdir. “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından mülkiyyətçinin adının çıxarılması Xidmətin 8 saylı Cəlilabad Ərazi İdarəsinin səlahiyyəti xaricindədir və bununla bağlı Məhkəməyə müraciət etmək hüququ vardır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250S nömrəli Sərancamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planı”na uyğun olaraq Cəlilabad rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmişdir. Aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən sonra elektron kadastr məlumat bazasına daxil ediləcəkdir. Dövlət Aktının ləğv edilməsi məsələsinin araşdırılması ilə əlaqədar aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət edilə bilərsiniz. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-537 saylı, kod 80600018 olan Dövlət Aktından görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə İddiaçı və X6 ümumi birgə mülkiyyətinə 0.56 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu, Alar kəndində yerləşən 0.10 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı və X6 adına daşınmaz əmlakın dövlət reyestrində 72 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində 18.10.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan və Cəlilabad rayon Alar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş “nikah haqqında şəhadətnamə”dən görünür ki, X9 ilə İddiaçı arasında nikah 31.10.2009-cu il tarixdə bağlanaraq, 49 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Cəlilabad Rayon İHB-nın Alar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17.08.2021-ci il tarixli, 536 nömrəli arayışından görünür ki, X2 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Təsərrüfatbaşına kitabında qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Cəlilabad rayonu Alar Bələdiyyəsi tərəfindən verilmiş 17.08.2021-ci il tarixli, 82 nömrəli arayışından görünür ki, Cəlilabad rayonu Alar kənd sakini İddiaçı “Torpağa mülkiyyət hüququna dair” 11 iyun 1998-ci il tarixli, 02951 nömrə ilə qeydə alınmış JN-537 nömrəli Dövlət X1 adı, soyadı səhvən olaraq yazılmışdır. X10 adlı şəxs ümumiyyətlə Alar kəndində yaşamayıb və qeydiyyatda olmayıb. İş materiallarına əlavə edilmiş Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının 25.11.2021-ci il tarixli, 1332 nömrəli məktubundan görünür ki, 1995-ci il təvəllüdlü X6 Cəlilabad rayonu Alar kənd sakini İddiaçı və ya digər şəxslərin qəyyumluğuna və ya himayəsinə verilməsi barədə Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən Sərancam verilməmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 20 sentyabr 2021-ci il tarixli, **********04 saylı məktubu ilə məhkəməyə göndərilmiş “B.Kərimov” adına üzüm istehsalı və emalı müəssisəsinin yaşayış məntəqəsində (Alar kəndində) daimi yaşayan vətəndaşların siyahısında İddiaçı və X6 adları qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 nömrəli qərarı ilə Cəlilabad rayonu B.Kərimov adına üzüm istehsalı və emalı müəssisələri Aqrar İslahat Komissiyasının qərarı təsdiq edilmiş və X17 Komissiyasının sədri tərəfindən təsdiq edilmiş Cəlilabad rayonu B.Kərimov adına üzüm istehsalı və emalı müəssisəsinin yaşayış məntəqəsində (Alar kəndində) daimi yaşayan, torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında 6004 sıra sayı ilə İddiaçı və 6007 sıra sayı ilə X6 adları qeyd edilmiş, adlarına Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 nömrəli qərarı ilə 0.56 ha pay torpaq sahəsi ilə bağlı JN-537 nömrəli, Kod 80600018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı hazırlanmışdır. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununa görə torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. Torpaq islahatı keçirilən zaman sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarından vətəndaşlara torpaq payı almaq hüququ verilmiş, bundan sonra kolxoz və sovxozlar ləğv edilərək torpaq sahələri üzərində yeni mülkiyyət növləri formalaşmışdır. Məhkəmə qeyd edir ki, aqrar islahatı nəticəsində torpaq payı alacaq subyektlərin dairəsi aqrar islahat komissiyaları tərəfindən təsdiq edilmiş siyahılar və həmin siyahılar əsasında tərtib edilərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində saxlanılan elektron siyahılar əsasında müəyyən edilir. Göründüyü kimi, mübahisə predmeti olan X15 rayon AİK-in sədri tərəfindən təsdiq edilmiş siyahı əsasında hazırlanmış və Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 nömrəli qərarı ilə üçüncü şəxs X6 adı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd olunmuşdur. Bu isə onu deməyə əsas verir ki, mübahisə predmeti olan 0,56 ha torpaq sahəsi adları çəkilən şəxslərin hamısının mülkiyyətinə verilmişdir ki, hazırki iş üzrə üçüncü şəxs X10 da həmin subyektlərin dairəsində olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəf olduğu Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, iddiaçının üçüncü şəxs X6 adının “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından çıxarmaqda olan hüquqi marağı onu birgə mülkiyyətçi kimi torpaq payından məhrum etmək və torpaq sahəsinə tam mülkiyyət hüququnu əldə etməkdən ibarətdir. Digər tərəfdən üçüncü şəxs X6 adının Dövlət Aktından çıxarılması iddiaçının pay həcminin artmasına və islahat komissiyasının müəyyən etdiyi normadan artıq pay almasına zəmin yaradacaqdır. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan Regional filialına qarşı “çoxuşaqlı ana kimi sosial müavinət (yaşa görə sosial pensiya) təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassızdır və rədd olunmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “X10 adlı şəxsin adının JN-537, Kod 80600018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-258/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-258/2022
23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver