Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2580/2025 12.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Tağızadə Aygün Bahadır qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddiаsı üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Sosial Təminat Siyasəti Şöbəsinə) qarşı “müharibə veteranlıq vəsiqəsinin təsdiq edilməsi, müharibə iştirakçısı olmağının müəyyən edilməsi, aylıq təqaüdün ayrılması, ödənilməyən veteranlıq, müharibə iştirakçısı üçün ödənilən aylıq təqaüdün ayrılması, ödənilməyən veteranlıq, müharibə iştirakçısı üçün ödənilən ödənişlərin xx.xx.1992-ci ildən bu günədək aylığı 80 manat illiyi 960 manat olmaqla, cəmi məbləği 57.600 (əlli yeddi min altı yüz) manat pulun bank hesabına birdəfəlik ödənişlərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Sosial Təminat Siyasəti Şöbəsinə) qarşı “müharibə veteranlıq vəsiqəsinin təsdiq edilməsi, müharibə iştirakçısı olmağının müəyyən edilməsi, aylıq təqaüdün ayrılması, ödənilməyən veteranlıq, müharibə iştirakçısı üçün ödənilən aylıq təqaüdün ayrılması, ödənilməyən veteranlıq, müharibə iştirakçısı üçün ödənilən ödənişlərin xx.xx.1992-ci ildən bu günədək aylığı 80 manat illiyi 960 manat olmaqla, cəmi məbləği 57.600 (əlli yeddi min altı yüz) manat pulun bank hesabına birdəfəlik ödənişlərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiaçının olduğu kimi saxlanılmasını, cavabdeh kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tanınmasını, iddia tələbinə “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2580/2025-ci il nömrəli, 10 iyun 2025-ci il tarixli qərardadına əsasən iddiaçının olduğu kimi saxlanılması, cavabdeh kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tanınması, iddia tələbinə “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasının davam etdirilməsi qərara alınmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1971-ci ildə ünvan 2ində doğulmuş və həmin kənddə yaşayır. Həqiqi-hərbi xidmətini 1987-ci ildə Azərbaycan SSRİ-də başa vurub rayona gəldikdən sonra, X4 müharibəsi başlamışdır. Oda könüllü olaraq 30 mart 1992-ci il tarixli 099 nömrəli əmri (qərarı) ilə Şuşada N nömrəli hərbi hissənin Biləsuvar tağımının tərkibində Bölmə komandiri və atıcı əsgər kimi döyüşmüşdür. Bir neçə hərbi hissədə, axırıncı dəfə N saylı hərbi hissədə qeydiyyatda olmuş və döyüşlərdə iştirak etmişdir. Könüllü ordu sıralarında bir müddət döyüşmüş, sentyabr 1993-cü ildə yaralandıqdan sonra ordu sıralarından ayrılıb evə qayıtmışdır. Bir neçə müddətdən sonra veteranlıqla bağlı müraciət etsə də Müdafiə Nazirliyindən heç bir cavab ala bilməmişdir. Hazırki vəziyyətdə əlavə müalicə və müayinə edilsə də sağalmaq üçün nəticə əldə edə bilməmişdir. Dərmanları almağa pul tapa bilmir, xəstəliyi daha da şiddətlənir və getdikçə ağırlaşır, yeriməkdə əziyyət çəkir, ayaq üstə qala bilmir, bu səbəbdən işləyə bilmir, çox əziyyət çəkir. Ailənin maddi-sosial şəraiti pis olduğu üçün müalicələrinə görə borclanmışlar. İ Dağlıq Qarabağ müharibəsinin iştirakçısı olduğu halda veteranlıqla bağlı heç bir təqaüd almamış və ya verilməmişdir. Halbu ki, müharibədə iştirakını təsdiq edən sənədlər, şahidlər vardır. Belə olan halda hüquqları pozulduğu üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ordu sıralarından təxris edildiyi dövrdən bu günədək olan dövr üçün veteranlığı ilə bağlı ödənişləri ala bilmədiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ödənilməyən illərlə bağlı telefonla zəng vurub Müdafiə Nazirliyindən ödəniş edilməyən illər üçün ödənişi necə ala bilər sualına cavab verilmiş ki, ödənilməyən illərin Veteranlıq ödənişləri bir illik 960 AZN manat olmaqla aldığı veteranlıq ödənişlərini 30 (otuz) illik dövr müddəti məhkəməyə müraciət edərək tələb edə bilər. Bir neçə dəfə məktubla müraciət etsə də məktublarına heç bir cavab verilməmişdir. İddiaçı hüquq və azadlıqlarını tələb etmək üçün telefon cavablarını, yəni həmin ödəniş edilməyən illər üçün məhkəməyə müraciət etməli olduğunu bildirmişlər, o da məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinin mümkünsüz sayılmasına dair yazılı münasibəti (etiraz): İddia ərizəsini qəbul etmirlər və hesab edirlər ki, aşağıdakı səbəblərə görə iddia təmin oluna bilməz. İddiaçı Komissiyanın rəyini almadan, ona imtina olunmadığı halda məhkəməyə müraciət etdiyindən, ərizəsi mümkün sayıla bilməz. “Müharibə veteranı” adı müvafiq Komissiyanın rəyi əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinə əsasən: “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Belə ki, İddiaçı (iddia ərizəsinə əlavə edilib) inzibati orqana ünvanladığı ərizənin tarixi kimi xx.xx.2022-ci il göstərilsə də, əslində il iddiaçı tərəfindən yanlış qeyd olunub, onun dekabr 2024-cü (və ya yanvar 2025?-bu tarix məhkəmə tərəfindən yoxlanılmalıdır) il tarixli həmin ərizəsi xx.xx.2025-ci ildə Komissiyayaa daxil olmuşdur. Hətta iddia ərizəsinin tarixinə də baxılsa (xx.xx.2024) görə bilərik ki, inzibati orqanın cavabının alınması üçün nəzərdə tutulmuş müddət gözlənilmədən məhkəməyə müraciət olunmuşdur. Komissiyaya daxil olmuş ərizədə konkret olaraq hansı tarixdən hansı tarixədək hansı hərbi hissədə (və ya hissələrdə) xidmət keçməsi barədə məlumat olmadığından, hərbi bilet və sair sənədlər göndərilmədiyindən bunu araşdırılması üçün iddiaçıya sorğu göndərilir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivin fevral 2025-ci il tarixli məktubdan görmək olar ki, İddiaçı xidmət keçdiyi hərbi hissənin nömrəsi göstərilmədiyindən, xidmət keçməsi, döyüş əməliyyatlarında iştirak etməsi, təxris olunması və xidmət zamanı yaralanması barədə araşdırma aparılması qeyri-mümkün olub. (Qeyd: Mərkəzi Arxiv Komissiyasının səlahiyyətlərini daşımır ki, cavabı imtina kimi qəbul olunsun). Məhkəmənin nəzərinə çatdırmaq lazımdır ki, hətta 25.12.?2022?2024-cü il tarixli ərizəsi ilə məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddia ərizəsində göstərilənlər əsasında ziddiyyət olduğundan bu istiqamətdə araşdırma aparmaq mümkünsüz olur və onların dəqiqləşdirilməsi iddiaçı tərəfindən aparıla bilər. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ünvanlanmış 25.12.?2022?2024-cü il tarixli ərizəsində: “Ağdam döyüşlərində olmuşam və 1994-cü ilin yay aylarında yaralanaraq ordu qüvvələrindən ayrılmışam” göstərsə də xx.xx.2024-cü il tarixli iddia ərizəsində məhkəməyə bildirmişdir: “Könüllü ordu sıralarında bir müddət döyüşdükdən sonra sentyabr 1993-cü ildə yaralandıqdan sonra ordu sıralarından ayrılıb evə qayıdıb.” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanları nəzərə alaraq, iddia ərizəsinin mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Tərəflərin iştirakı və izahatları: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin (nümayənəndəsi) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Biləsuvar rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, poçt qəbzindən müəyyən olunur ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə xx.xx.2024-cü il tarixdə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab verməmiş və hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia mümkün iddiadır. Faktiki hallar və sübutlar: İddiaçıya məxsus AA seriyalı 5115241№-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, iddiaçı xx.xx.1971-ci ildə doğulmuşdur, ünvan 2i ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 13 fevral 2025-ci il tarixli, 3-25- 29/2-222/2025 nömrəli məktubundan görünür ki, İddiaçı xidmət keçdiyi hərbi hissənin nömrəsi göstərilmədiyindən xidmət keçməsi, döyüş əməliyyatlarında iştirak etməsi, tərxis olunması və xidmət zamanı yaralanması barədə araşdırma apara bilmirlər. Qeyd edilir ki, yanvar 2019-cu il tarixdən xx.xx.2025-ci il tarixədək Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə İddiaçı barəsində müraciət daxil olmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Biləsuvar rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-13-69/2-4535/2025 nömrəli məktubundan görünür ki, Biləsuvar rayonu Aşağı Cürəli kənd sakini, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı barədə Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli 62803/2019-74-5 nömrəli məktubunun, borclunun axtarışı haqqında qərarın, xx.xx.2019-cu il tarixli 2(022)-27/2019 nömrəli icra vərəqəsinin, Biləsuvar Rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli 15208 nömrəli məktubunun surəti və İddiaçı məhkumluğu barədə tələbnamə məhkəməyə göndərilmişdir. Həmçinin bildirilmişdir ki, İddiaçı barədə hazırda Biləsuvar Rayon Polis Şöbəsində cinayət işi və ya təqsirləndirici material yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2025ci il tarixli, 3-25-14/2-5615/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya daxil olmuş xx.xx.2025-ci il tarixli 3-25-4/2- 919/2025 nömrəli (Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-2580/2025 nömrəli) məktuba cavab olaraq bildirilmişdir ki, vətəndaş İddiaçı komissiya tərəfindən imtinası və müraciəti yoxdur. Vətəndaşın adının araşdırılması və siyahıya əlavə olunması üçün hərbi biletin birinci səhifəsi notarial qaydada təsdiq edilmiş, qalan səhifələrinin sadə surətini, şəxsiyyət vəsiqəsinin surətini, arxiv arayışını və xidmət etdiyi hərbi hissəni qeyd etməklə ətraflı ərizəsini (yalnız poçt vasitəsi ilə) komissiyaya göndərməyi tövsiyə olunur. Tətbiq edilən Hüquq: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. (maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 1-ci bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavadehin imtinası qanuni və əsaslıdır. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Müharibə veteran adının və vəsiqəsinin” verilməsinə yönəlmişdir. Məhkəmə, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il, 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməni təhlil edərək qeyd edir ki, iddiaçının xidməti barədə məlumatlar mötəbər sübutlarla təsdiq edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində– Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara– müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Məhkəmə müəyyən etdi ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq müharibə veteranı adının verilməsini istisna edən hallardan biri də, məhz xidməti barədə məlumatların, həmçinin döyüş əməliyyatlarında iştirakı barədə əmrlərin hərbi biletlə bir yerdə təqdim edilməməsidir. İş materiallarından müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi, tərxis olunması və xidmət zamanı yaralanması barədə məlumat aşkar edilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, Müdafiə Nazirliyinin 13 fevral 2025-ci il tarixli, 3-25-29/2-222/2025 nömrəli məktubundan görünür ki, İddiaçı xidmət keçdiyi hərbi hissənin nömrəsi göstərilmədiyindən xidmət keçməsi, döyüş əməliyyatlarında iştirak etməsi, tərxis olunması və xidmət zamanı yaralanması barədə araşdırma apara bilmirlər. İddiaçının iddia ərizəsinin məzmunundan müəyyən edilir ki, 30 mart 1992-ci il tarixli 099 nömrəli əmri (qərarı) ilə Şuşa şəhərində N nömrəli hərbi hissənin Biləsuvar tağımının tərkibində bölmə komandiri və atıcı əsgər kimi döyüşmüşdür. Bir neçə hərbi hissədə, axırıncı dəfə N saylı hərbi hissədə qeydiyyatda olmuş və döyüşlərdə iştirak etmişdir. Bir müddət döyüşmüş, sentyabr 1993-cü ildə yaralandıqdan sonra ordu sıralarından ayrılıb evə qayıtmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı 1993-cü ilin sentyabrından sonra hərbi əməliyyatlarda iştirak etməmiş, hərbi xidmətdən qanuni əsaslarla təxris olmasına dair hər hası sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə görə, müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada iddiaçının döyüşlərdə iştirak edən hərbi hissənin tərkibində xidmət etməməsi onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun düzgün olaraq iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabadehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. NƏTİCƏVİ HİSSƏ Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-2580/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2580/2025
12.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver