Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2581/2025 21.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral X1rşı “xx.xx.2024-cü il tarixli, 0276 nömrəli və xx.xx.2022-ci il tarixli, 0090 nömrəli Dağ mədən ayırma aktlarının müddətinin uzadılması” tələbinə dair iddiası üzrə iş materiallarına 21 may 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 X5 tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə Şamaxı rayonu “Pirsaatçay” qum-çınqıl yatağında 30 ha sahədə karxana fəaliyyəti məqsədilə xx.xx.2024-cü il tarixli, 0276 nömrəli və Siyəzən rayonu “Gilgilçay” qum-çınqıl yatağında 4 ha sahədə karxana fəaliyyəti məqsədilə 5 il müddətinə xx.xx.2022-ci il tarixli, 0090 nömrəli Dağ mədən ayırma aktlarının müddətinin uzadılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının 28 iyun 2012-ci il tarixli, 74 nömrəli Sərəncamına əsasən Pirsaat çayı ərazisində "xxxx" ASC-yə qum-çınqıl istehsalı üçün 30 ha torpaq sahəsi 15 il müddətində icarəyə verilmişdir. X7 X5 tərəfindən İddiaçı ASC-yə Şamaxı Rayonu “Pirsaatçay” qumçınqıl yatağında 30 ha sahədə karxana fəaliyyəti məqsədilə xx.xx.2024-cü il tarixli, 0276 nömrəli Dağ mədən ayırma aktı verilmişdir. Bundan əlavə İddiaçı ASC-yə X7 X5 tərəfindən Siyəzən Rayonu “Gilgilçay” qum-çınqıl yatağında 4 ha sahədə karxana fəaliyyəti məqsədilə 5 il müddəfinə xx.xx.2022-ci il tarixli, 0090 nömrəli Dağ mədən ayırma aktı verilmişdir. 0276 nömrəli Dağ-mədən ayırması aktından görünür ki, “Qudyalçay” qumçınqıl yatağında qum-çınqıl hasilatı aparılması ilə bağlı 30 hektar torpaq sahəsində iddiaçıya 1 il müddətinə müvafiq icazə verilmişdir. 0090 nömrəli Dağ-mədən ayırması aktından görünür ki, “Qudyalçay” qum-çınqıl yatağında qum-çınqıl hasilatı aparılması ilə bağlı 4 hektar torpaq sahəsində iddiaçıya 5 il müddətinə müvafiq icazə verilmişdir. Məlumat üçün bildirirlər ki, "xxxx" ASC 2021-ci ildən etibarən İddiaçı ASC adlandırılmışdır. İddiaçı ASC-yə verilmiş Uyğunluq sertifikatlarından görünür ki, iddiaçının fəaliyyəti beynəlxalq şərtlərə uyğundur. İddiaçı tərəfindən məktubla X7 X4 müraciət olunaraq İddiaçı ASC-yə verilmiş xx.xx.2024-cü il tarixli, 0276 nömrəli və xx.xx.2022-ci il tarixli, 0090 nömrəli Dağ mədən ayrıma aktlarının müddətinin uzadılması xahiş olunmuşdur. X7 X3 20 noyabr 2024-cü il tarixli, 3-14-19/2-1727/2024-cü il tarixli məktubuna əsasən İddiaçı ASCyə verilmiş xx.xx.2024-cü il tarixli, 0276 nömrəli və xx.xx.2022-ci il tarixli, 0090 nömrəli Dağ mədən ayrıma aktlarının müddətinin uzadılmasından imtina edilmişdir. İmtinaya əsas Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Pirsaat çayında son illər Karxana fəaliyyəti, eləcə də sel sularının təsiri nəticəsində çayın hər iki sahilində şiddətli eroziya, məcrayuma prosessləri və dərinlik deformasiyaları müşahidə olunduğu əsas göstərilərək “Pirsaatçay” qum-şınqıl yatağında karxana fəaliyyətinin davam etdirilməsinin məqsədəuyğun hesab edilməməsi” göstərilmişdir. Bundan başqa “Gilgilçay” qum-çınqıl yatağında yerləşən karxana fəaliyyəti dörvründə inert materiallarının nizamsız istismarı nəticəsində çayın axın istiqamətinin dəyişdirilməsi, çay yatağının normadan artıq qazılması, çay suyundan qanunsuz istifadə nəticəsində rayonun Yenikənd, Kolanı, Tuğay və Əmirxanlı kəndlərinin su təminatına mənfi təsir göstərməsi nəzərə alınaraq sözügedən yataqda da İddiaçı ASC-yə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən karxana fəaliyyətinin davam etdirilməsinin məqsədəuyğun hesab edilməməsi” göstərilmişdir. Yer təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədi ilə “Dağ-mədən ayırması” statusunun verilməsi Qaydalarının 3.3-cü bəndinə əsasən “Dağ-mədən ayırması” verilməşindən aşağıdakı hallarda imtina edilir: 3.3.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim olunmadıqda (bu Qaydaların 3.2.7-1-ci yarımbəndinin tələbləri nəzərə alınmaqla); 3.3.2. ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və təhrif olunmuş məlumatlar olduqda; 3.3.3. qanunvericilikdə nəzərdə tutulan digər hallarda. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən “Dağ-mədən ayırması”nın müddəti yerin təkindən istifadəyə xüsusi razılığın (lisenziyanın) və ya icazənin müddəti ilə tənzimlənir və xüsusi razılığın müddəti uzadıldıqda “Dağ-mədən ayırması”nın da müddəti ona müvafiq uzadılaraq sənədlərdə dəyişikliklər aparılır. X7 X3 20 noyabr 2024-cü il tarixli, 3-14-19/2- 1727/2024-cü il tarixli məktubuna əsasən İddiaçı ASC-yə verilmis xx.xx.2024-cü il tarixli, 0276 nömrəli Dag mədən ayırma aktının müddətinin uzadılmasından imtinaya göstərilmiş “əsas”, yəni “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən İddiaçı ASC-yə ayrılmış Pirsaat çayında son illər Karxana fəaliyyəti, eləcə də sel sularının təsiri nəticəsində çayın hər iki sahilində şiddətli eroziya, məcrayuma prosessləri və dərinlik deformasiyaların müşahidə olunmasına görə həmin ərazidə karxana fəaliyyətinin məqsədəuyğun hesab edilməməsi mücərrəd olmaqla heç bir əsaslandırma aparılmamış, imtinanın əsasları qanunvericiliyə uyğun olaraq qeyd edilməmiş, iddiaçı tərəfindən hansı qanunnvericiliyin tələblərinin pozulması qeyd edilməmişdir. Eyni zamanda X7 X3 20 noyabr 2024-cü il tarixli, 3-14-19/2-1727/2024 nömrəli məktubuna əsasən İddiaçı ASC-və verilmis xx.xx.2022-ci il tarixli, 0090 nömrəli Daq mədən ayırma aktının müddətinin uzadılmasından imtinaya göstərilmis “əsas”, yəni İddiaçı ASC-yə “Gilgilçay” qum-çınqıl yatağında ayrılmış şahədə guya qum-çınqıl yatağında yerləşən karxana fəaliyyəti dövründə inert materiallarının nizamsız istismarı nəticəsində çayın axın istiqamətinin dəyişdirilməsi, çay yatağının normadan artıq qazılması, çay suyundan qanunsuz istifadə nəticəsində rayonun, Yenikənd, Kolanı, Tuğay və Əmirxanlı kəndlərinin su təminatına mənfi təsir göstərməsi nəzərə alınaraq sözügedən yataqda da İddiaçı ASC-yə X8 Ehtiyatları Agentliyi tərəfindən karxana fəaliyyətinin davam etdirilməsinin məqsədəuyğun hesab edilməməsi bildirilmişdir. 2024-cü il üçün iddiaçının “Dağ işlərinin inkişafı” planı aidiyyəti qurumlar kimi cavabdeh-X7 X5 və X6 Görülməsı və X9 Agentliyi tərəfindən razılaşdırılmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İş materiallarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 X5 məhkəməyə mübahisənin ərazi aidiyyəti barədə vəsatət təqdim etmişdir. Vəsatətdə bildirilmişdir ki, İddiaçı ASC tərəfindən Agentliyə müraciət olunaraq ona verilmiş Şamaxı rayonu “Pirsaatçay” qum-çınqıl yatağında 30 ha sahədə karxana fəaliyyəti ilə bağlı verilmiş xx.xx.2024-cü il tarixli, 0276 nömrəli və Siyəzən rayonu, Gilgilçay qum-çınqıl yatağında 4 ha sahədə karxana fəaliyyəti ilə bağlı verilmiş xx.xx.2022-ci il tarixli, 0090 nömrəli “Dağ-mədən ayırması” aktlarının müddətinin uzadılması xahiş olunmuşdur. Agentliyin 20 noyabr 2024-cü il tarixli 3-14-19/2- 1727/2024cü il tarixli məktubuna əsasən İddiaçı ASC-yə Şamaxı rayonu “Pirsaatçay” qum-çınqıl yatağında 30 ha sahədə karxana fəaliyyəti məqsədilə verilmiş xx.xx.2024-cü il tarixli 0276 nömrəli və Siyəzən rayonu “Gilgilçay” qum-çınqıl yatağında 4 ha sahədə karxana fəaliyyəti məqsədilə verilmiş xx.xx.2022-ci il tarixli 0090 nömrəli “Dağ-mədən ayırması” aktlarının uzadılması məqsədəmüvafiq hesab edilməmişdir. İddiaçının tələbindən göründüyü kimi, onun hüquqi marağı Şamaxı və Siyəzən rayonları ərazisində yerləşən “Pirsaatçay” və “Gilgilçay” qum-çınqıl yataqlarında qum-çınqıl hasilatı aparılması ilə bağlı “Dağ-mədən ayırması” aktlarının müddətinin uzadılmasından ibarətdir ki, bu hal da hazırki iddianın daşınmaz əmlakla bağlı mübahisələrə aid olduğunu təsdiq edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə əsasən inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Odur ki, işin baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. İşin hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, “mübahisənin ərazi aidiyyəti barədə” vəsatət təmin edilməli, iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə daşınmaz əmlak – üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. İddiaçının tələbindən göründüyü kimi, onun hüquqi marağı Şamaxı rayonu ərazisində yerləşən “Pirsaatçay” qum-çınqıl yatağında və Siyəzən rayonu ərazisində yerləşən “Gilgilçay” qum-çınqıl yatağında qum-çınqıl hasilatı aparılması ilə bağlı Dağ mədən ayırma aktlarının müddətinin uzadılmasından ibarətdir ki, bu hal da hazırki iddianın daşınmaz əmlakla bağlı mübahisələrə aid olduğunu təsdiq edir. İPM-nin 81.1-ci maddəsinə əsasən inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Şamaxı və Siyəzən rayonları Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Avropa Məhkəməsi “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə 22 dekabr 2009cu il tarixli qərarında qeyd etmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, "Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. İş materialları əsasında məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlaklar isə Şamaxı və Siyəzən rayonlarının ərazisində yerləşir. Belə olan halda məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq inzibati məhkəmədə, yəni Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. İPM-nin: 8.1-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 8-ci, 23.1-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral X1rşı “xx.xx.2024-cü il tarixli, 0276 nömrəli və xx.xx.2022-ci il tarixli, 0090 nömrəli Dağ mədən ayırma aktlarının müddətinin uzadılması” barədə iddia tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-2581/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2581/2025
21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver