Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2587/2025 13.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülməklə mənzil kirayəsi xərcinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülməklə mənzil kirayəsi xərcinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2000-ci il tarixdə həqiqi hərbi xidmətə çağrılmışdır. xx.xx.2001-ci il tarixdə hərbi xidməti bitirmişdir. Bundan sonra xx.xx.2003-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Silahlı Qüvvələrdə Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etmişdir. Son hərbi xidmət yeri N saylı hərbi hissə olmuşdur. O, xidməti dövründə xəstəliklə əlaqədar olaraq Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müalicədə olmuşdur. Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 357 nömrəli Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidmətə yararsız kimi ehtiyata buraxılmışdır. O, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etdiyi vaxtlarda da özünün yaşayış mənzili, fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi olmadığı və kirayədə qaldığı üçün hərbi hissə tərəfindən ona mənzil kirayəsi haqqı verilmişdir. Ona görə də o xəstəliyi ilə əlaqədar olaraq şifahi şəkildə Beyləqan rayon İcra Hakimiyyəti başçısı aparatının həmin məsələyə baxan şöbəsinin qəbulunda olmuş və ona bildirmişlər ki, mənzil kirayəsi haqqı verilməsi mümkün deyildir. Bundan sonra o, təkrar rəsmi qaydada ərizə ilə Beyləqan rayon İcra hakimiyyəti başçısına müraciət etmişdir. Bütün bunlara baxmayaraq Beyləqan rayon İcra hakimiyyəti həmin ərizəyə 12 dekabr 2024-cü il tarixli cavab məktubunda bildirmişdir ki, xidmət müddəti qanunla göstərilən müddətə uyğun olmadığı üçün mənzillə və ya fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi ilə təmin olunacaq hüququ yaranmadığından mənzil növbəsinə alınması və kirayə haqqı ilə təmin olunması mümkün deyil. Əlbətdə o İcra hakimiyyəti başçısının bu cavabı ilə razılaşa bilməmişdir. Əvvəla Hərbi Qulluqçuların Statusu haqqında Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 2-ci bəndində bildirilir ki, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları, Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi ilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Deməli qərarda göstərildiyi kimi öz istəyi ilə deyil, xəstəliklə istefaya buraxılmışdır. Bu da o deməkdir ki, həmin imtiyazlar ona da şamil edilir. Bundan əlavə Beyləqan rayon İcra hakimiyyətinin cavab məktubunda bildirilir ki, guya onun hərbi xidmət müddəti qanunda göstərilən 15 il təqvim ilinə çatmır. O bu bəhanə ilə də razılaşa bilməmişdir. Çünki onun orduda həqiqi hərbi xidmətdə olduğu 1 il 11 gün müddətlə könüllü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etdiyi 14 il 11 ay 3 gün xidməti hesablandıqda 15 il 11 ay 14 gün xidmət etmişdir. Bu da o deməkdir ki, istər xəstəliyinə görə, istərsə də hərbi xidmətinə görə yuxarıda qeyd etdiyi imtiyazlar ona da şamil edilməlidir. Çünki hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndində bildirilir ki, vətəndaşların həqiqi hərbi xidmət, bağlaşma üzrə xidmət etdiyi dövr onların ümumi əmək stajına daxil edilir. Beyləqan rayon İcra hakimiyyəti bütün bu qanunları bildiyi halda məqsədli şəkildə, qanunla ona verilən hüquqlarını icra etməkdən imtina etmişdir. Cavabdeh Beyləqan rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə iddia ərizəsinə etiraz təqdim edilərək göstərmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik vo Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsi tərəfindən təqdim olunmuş 19 noyabr 2024-cü il tarixli 434 nömrəli arayışa əsasən mətum olmuşdur ki, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı 11,10 2000-ci İl tarixdən 20.10 2001-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2003-cü i! tarixdən 03.08,2018-ci il tarixodak Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi təqvim ili üzrə 14 il 11 ay 3 gün xidmət edərək "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V" bəndi ilə xəstaiiyə görə ehtiyata buraxılmışdır. Müraciəti ilə əlaqədar İddiaçı Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən göndərilirmiş xx.xx.2024-cü il tarixli, 5- 37-2/2-H-107- 068/2024 nömrəli məktubda bildirilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında" Azerbaycan Respublikası Qanununun 12-ci maddəsinin 7-ci hissəsində deyilir ki, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər əgər Silahlı Qüvvələrin və qanunvericiliklə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ilindən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tululan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər. İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2003-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında müddətdən artıq hərbi xidmət qulluqçusu kimi xidmətə başlamış və xx.xx.2018-ci il tarixdə xəstaltyə görə ordu sıralarından ehtiyata buraxılmışdır. Hərbi xidməti 15 təqvim ilindən az olduğuna görə yuxarıda göstərilən Qanunun 12-ci maddəsində qeyd edilən hüquqlar (yaşayış sahəsi, yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilmir) iddiaçıya şamil olunmur, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci və 7-ci hissələrinin, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli Qərardadı qəbul edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan va ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. İddiaçı “Hərbi qulluqçuların statusu haqqında" Azerbaycan Respublikası Qanununun ö-cu maddəsinin 1-ci hissəsini (vətəndaşların həqiqi hərbi xidmət, bağlaşma üzrə xidmət keçdiyi dövr onların ümumi əmək stajına daxil edilir) əsas gətirərək müddətli həqiqi hərbi xidmət keçdiyi dövrü də əlavə hesablayaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi 15 ildən artıq xidmət etdiyini göstərmişdir. “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununda (maddə 12) müddətli həqiqi hərbi xidmət müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının xidmət müddətinə daxil edilmədiyindən və onun müddətdən artıq hərbi xidmət qulluqçusu kimi xidmət müddəti 15 təqvim ilindən az olduğu üçün İddiaçı Hidayəl oğlunun iddia tələbi əsassız olduğuna görə mümkün sayılmamalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, iş materiallarına əlavə olunmuş: - AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. - Beyləqan rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Beyləqan Rayon İcra Hakimiyyəti bildirir ki, ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəliliyinə alınması və mənzil kirayə haqqı ilə təmin olunmasına köməklik göstərilməsi barədə müraciətə baxılmışdır. “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 7-ci hissəsində deyilir ki, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər əgər Silahlı Qüvvələrin və qanunvericiliklə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ilindən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər. xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2003-cü illdə Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında müddətdən artıq hərbi xidmət qulluqçusu kimi xidmətə başlamış və xx.xx.2018-ci il tarixdə xəstəliyə görə ordu sıralarından ehtiyata buraxılmışdır. Hərbi xidməti 15 təqvim ilindən az olduğuna görə yuxarıda göstərilən Qanunun 12-ci maddəsində qeyd edilən hüquqlar şamil olunmur. “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli Qərardadında müraciətdə qeyd etdiyi xüsusata ətraflı şərh verilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-45/2-993/2025 saylı məktubunda göstərilmişdir ki, sorğuda qeyd edilən İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilmədiyindən sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmək mümkün olmadı. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli, 6 saylı arayışında göstərilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsində qeydiyyatda olan çavuş xx.xx.1978-ci il təvəllüdlü İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət, xx.xx.2003-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi həqiqi hərbi xidmət keçmiş və 2-ci Ordu Korpus komandirinin xx.xx.2018-ci il tarixli əmrinə əsasən “Hərbi Xidmətkeçmə Haqqında" Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə əsasən xəstəliyə görə xx.xx.2018-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. - Beyləqan rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025ci il tarixli məktubda göstərilmişdir ki, İddiaçı cavabdeh Beyləqan Rayon İcra Hakimiyyətinə qarşı "müvəqqəti mənzil kirayə haqlarının ödənilməsi və mənzil və ya fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə cavabdeh Beyləqan Rayon İcra Hakimiyyətinin etiraz məktubunu və Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatı tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli, 5-37-2/2-H-107-068/2024 nömrəli məktubu, həmçinin məktubun verilməsinə əsas olan sənədlərin surətləri göndərilmişdir. - Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Beyləqan şəhər İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, nümayəndəlikdə olan son qeydiyyat məlumatlarına əsasən Beyləqan şəhər sakini İddiaçı hazırda Beyləqan şəhəri G.Əsədov küçəsi, ev 13-də daimi pasport qeydiyyatındadır. Lakin Beyləqan şəhər İƏD-si üzrə Nümayəndəliyində vətəndaşın Beyləqan rayonu ərazisində mülkiyyət hüququ əsəsında özünə məxsus olan yaşayış sahəsi və ya kirayə müqaviləsi əsasında yaşadığı barədə hər hansı bir məlumat yoxdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Şirvan inzibati Məhkəməsinin məktubunda adı qeyd olunmuş-İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmiş, 01.09.2öü3-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHG) kimi xidmət keçmiş və 03 08.2018-ci il tarixdə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılmışdır. Əlavə olaraq İddiaçı Şəxsi işinin “Xidmət dəftərçəsindən və ehtiyata tərxis edilməsi barədə N saylı hərbi hissə komandirinin xx.xx.2018-ci il tarixli 228 nömrəli əmrindən çıxarışın təsdiq edilmiş surətləri ünvanına göndərilmişdir. Məhkəmənin yekun qərarının SHXÇDX-nin Aparatına təqdim edilməsi üçün Xidmətin Beyləqan rayon şöbəsinin ünvanına göndərilməsinə aidiyyəti üzrə göstəriş verməyi xahiş etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının ikinci hissəsinə əsasən yaradılmış Komissiya tərəfindən Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatı məsələsinə baxılır. Müdafiə Nazirliyinin Şəxsi X2 Sistemindən, ehtiyatda olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı Azərbaycan Ordusunda xx.xx.2000-ci il tarixdən xx.xx.2001 -ci il tarixdək müddətli həqiqi hərbi xidməti və xx.xx.2003-cü il tarixdən xx.xx.2018-ci il tarixədək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində, ümumilikdə 15 il 08 ay 09 gün həqiqi hərbi xidmətdə olduğu müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq ehtiyatda olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı ümumi hərbi xidməti qanunvericilikdə tələb olunan 20 (iyirmi) təqvim ili təşkil etmədiyini nəzərə alaraq, onun adını mənzillə təmin olunmalı hərbi qulluqçuların adlı siyahısına daxil edilməsi sözügedən Fərmanın tələblərinə uyğun deyil. - Beyləqan rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025ci il tarixli məktubda göstərilmişdir ki, Beyləqan şəhər sakini İddiaçı hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməmiş və ona kirayə pulu verilməmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmək və dövlət vəsaiti hesabına daimi mənzil təminatı ilə bağlı ünvanladığı 14 avqust 2025-ci il tarixli 2-1(120)-2587/2025 nömrəli məktubunuza aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının ikinci hissəsinə əsasən yaradılmış Komissiya tərəfindən, Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatına baxılır. Hərbi qulluqçunun xidmət illərinin hesablanması vərəqəsindən, ehtiyatda olan çavuş İddiaçı, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək (01 il, 00 ay, 09 gün) Azərbaycan Respublikası Dövlət Sərhəd xidmətində və xx.xx.2003-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Ordusu sıralarında xidmət keçməsi müəyyən olunmuşdur. Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmət müddəti təqvim ili ilə ümumi 14 (on dörd) il 08 (səkkiz) ay təşkil edir. Bu səbəbdən ehtiyatda olan çavuş İddiaçı adının mənzillə təmin olunmalı hərbi qulluqçuların adlı siyahısına daxil edilməsi sözügedən Fərmanın tələblərinə uyğun deyil. - Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Beyləqan şəhər İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Beyləqan rayon İHB-nın Beyləqan şəhər İƏD-si üzrə Nümayəndəliyi Sizin xx.xx.2025-ci il tarixli, 2-1(120)-2587/2025 nömrəli məktubunuza cavab olaraq bildirir ki, vətəndaş Heydərov X1 şəhəri G.Əsədov küçəsi ev 13 ünvanında qeydiyyatdadır, lakin hazırda ünvan 10şayır. Vətəndaşın özündən aldığı məlumata görə həmin ünvanda kirayə qalması ilə əlaqədar rəsmi oaraq, kirayə müqaviləsi bağlamamışdır. Vətəndaş İddiaçın hərbi qulluqçu kimi mənzil növbəsinə götürülüb-götürülməməsi və kirayə pulunun verilib-verilməməsi barədə nümayəndəlikdə heç bir rəsmi məlumat yoxdur. Məhkəmə hesab edir ki, hazırkı növ iddialara baxılması zamanı məhkəmə təkcə cavabdehin mövqeyi ilə kifayətlənməyib iddianın mahiyyəti üzrə qiymətləndirilməsində bütün faktiki və hüquqi halların mövcudluğuna münasibət bildirməli, bütün zəruri faktiki şərtlər yoxlanılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 9. Silahlı Qüvvələr İ. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 1.0. 1.Azərbaycan Respublikasının Silahlı Qüvvələri (bundan sonra — Silahlı Qüvvələr) - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisat; “Müdafiə haqqında” Qanun: Maddə 7. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və yerli hərbi idarəetmə orqanlarına rəhbərlik edən dövlət orqanıdır və onların inkişafına, həmçinin müdafiə vəzifələrinin yerinə yetirilməsinə hazırlığına görə tam məsuliyyət daşıyır. Maddə 12. Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi dövlət qurumu olub Azərbaycan Respublikasının suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün və bölünməzliyinin silahlı müdafiəsi üçün təsis olunur. “Sərhəd mühafizə orqanları haqqında” Qanun: Maddə 1. Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları sərhəd qoşunlarından, çevik hərəkət qüvvələrindən, xüsusi hava əməliyyatları qüvvələrindən, sahil mühafizəsindən, sərhəd nəzarətindən və digər qurumlardan ibarət olmaqla, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını təmin edir. Sərhəd mühafizə orqanlarının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir. Müvafiq icra hakimiyyəti orqanının rəhbəri sərhəd mühafizə orqanlarına rəhbərliyi həyata keçirir. Maddə 2. Sərhəd mühafizə orqanları haqqında qanunvericilik Sərhəd mühafizə orqanları haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Sərhəd mühafizə orqanları öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericilik aktlarını, o cümlədən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrini əsas tutur. Bu zaman Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrinin qarnizon xidməti üzrə müddəaları və sərhəd mühafizə orqanlarının təyinatı ilə əlaqədar olmayan digər müddəaları tətbiq edilmir (xüsusi təyinatlı təhsil müəssisələrindən başqa). Maddə 33. Sərhəd mühafizə orqanları hərbi qulluqçularının hüquqları, vəzifələri, təminatları və məsuliyyəti Sərhəd mühafizə orqanları hərbi qulluqçularının hüquqları, vəzifələri, təminatları, hərbi qulluqla əlaqədar onların hüquqlarının məhdudlaşdırılması və məsuliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, "hərbi qulluqçuların statusu haqqında”, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları ilə tənzimlənir. Maddə 39. Sərhəd mühafizə orqanlarının mənzil fondunun xüsusiyyətləri Sərhəd mühafizə orqanlarının hərbi qulluqçuların Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə, "hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sərhəd mühafizə orqanlarının mənzil fondundan ayrılan mənzil sahəsi ilə təmin edilirlər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı (Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli 15 noyabr 2021-ci il tarixli Fərmanı ilə, Fərmanın Adında və 1-ci hissədə “'Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “'Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilmişdir) Bənd 1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında” Əsasnamə: İ.Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (bundan sonra - Dövlət Sərhəd Xidməti) Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 iyul tarixli, 740 nömrəli Fərmanı ilə yaradılmış, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
3. Dövlət Sərhəd Xidmətinin aparatı və strukturuna daxil olan sərhəd qoşunları, sahil mühafizəsi, çevik hərəkət qüvvələri, xüsusi hava əməliyyatları qüvvələri, sərhəd nəzarəti, hərbi aviasiya hissələri, hərbi dəniz hissələri, habelə digər təyinatlı hərbi hissələr və qurumlar (xüsusi təyinatlı təhsil, təlim, elmi tədqiqat, mədəni-maarif, rabitə, tikintiistismar, maddi-texniki təminat, tibb, redaksiya-nəşriyyat, məlumat-hesablama müəssisələri və s.) Dövlət Sərhəd Xidmətinin vahid sistemini təşkil edir. Dövlət Sərhəd Xidməti ona həvalə edilmiş vəzifələri bilavasitə özü və tabeliyindəki qurumlar vasitəsi ilə həyata keçirir.
14. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları "Hərbi xidmət haqqında” və "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının qanunlarına, "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə, hərbi nizamnamələrə və digər qanunvericilik aktlarına müvafiq olaraq həqiqi hərbi xidmət keçirlər, Silahlı Qüvvələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquq və imtiyazlardan istifadə edirlər. Dövlət Sərhəd Xidmətində işçilərlə əmək münasibətləri müvafiq qanunvericiliyə uyğun olaraq tənzimlənir. "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunun preambulasına görə Azərbaycan Respublikası müstəqil dövlət və beynəlxalq hüququn subyekti kimi Azərbaycan Respublikasının Konstitusiyasına və "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına müvafiq olaraq öz silahlı qüvvələrinə malikdir. Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alınmasına, təcavüz olarsa onun dəf edilməsinə xidmət edir. Azərbaycan Respublikasının müdafiəsinin təşkilinin əsaslarını müəyyənləşdirən "Müdafiə haqqında” 1993-cü il 26 noyabr tarixli Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və yerli hərbi idarəetmə orqanlarına rəhbərlik edən dövlət orqanıdır. Həmin Qanunun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi dövlət qurumu olub Azərbaycan Respublikasının suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün və bölünməzliyinin silahlı müdafiəsi üçün təsis olunur. Müharibə şəraitində Silahlı Qüvvələr öz vəzifələrini sərhəd qoşunları, daxili qoşunlar və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər qoşunlarla sıx əlaqədə yerinə yetirirlər. Göründüyü kimi, qanunverici Silahlı Qüvvələri və digər qoşunları ayırmışdır. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında” Əsasnamənin Ümumi müddəalarının birinci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 iyul tarixli Fərmanı ilə yaradılmış, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Əsasnamənin 3-cü bəndinə əsasən Dövlət Sərhəd Xidməti ona həvalə edilmiş vəzifələri bilavasitə və tabeliyindəki hərbi hissələr və digər orqanlar vasitəsilə həyata keçirir. Həmin Əsasnamənin 14-cü bəndinə qeyd edilib ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları "Hərbi xidmət haqqında” və "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunlarına, "Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə, hərbi nizamnamələrə və digər qanunvericilik aktlarına müvafiq olaraq həqiqi hərbi xidmət keçirlər, Silahlı Qüvvələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquq və imtiyazlardan istifadə edirlər. "Sərhəd mühafizə orqanları haqqında” Qanunun 1 -ci maddəsinə görə Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları sərhəd qoşunlarından, çevik hərəkət qüvvələrindən, xüsusi hava əməliyyatları qüvvələrindən, sahil mühafizəsindən, sərhəd nəzarətindən və digər qurumlardan ibarət olmaqla, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını təmin edir. Həmin Qanunun 2-ci maddəsinə əsasən sərhəd qoşunları öz fəaliyyətində Azərbaycan Respublikası ümumqoşun nizamnamələrini rəhbər tutur. Bu zaman Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ümumqoşun nizamnamələrinin qarnizon xidməti üzrə müddəaları və sərhəd qoşunlarının təyinatı ilə əlaqədar olmayan digər müddəaları tətbiq edilmir (hərbi peşə təhsili məktəblərindən başqa). Yuxarıda göstərilən Qanunun İV fəslində sərhəd qoşunlarının hərbi qulluqçularının hüquqları, vəzifələri, təminatları və məsuliyyəti müəyyən edilmişdir. "Sərhəd qoşunları haqqında” Qanunun 33-cü maddəsində Sərhəd mühafizə orqanları hərbi qulluqçularının hüquqları, vəzifələri, təminatları, hərbi qulluqla əlaqədar onların hüquqlarının məhdudlaşdırılması və məsuliyyəti "Hərbi qulluqçuların statusu haqqında”, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları ilə tənzimlənməsi müəyyən olunmuşdur. Eyni zamanda, bu Qanunun 39-cu maddəsi sərhəd mühafizə orqanlarının mənzil fondunun xüsusiyyətlərini müəyyən edir. Həmin maddəyə görə sərhəd mühafizə orqanlarının hərbi qulluqçuları Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sərhəd qoşunlarının mənzil fondundan ayrılan mənzil sahəsi ilə təmin edilirlər. Belə olan halda, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi haqqında” Fərmanından göründüyü kimi, həmin Fərmanla yalnız 20 il qüsursuz xidmət etmiş Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi və bu məqsədlə müvafiq Komissiyanın yaradılması müəyyən edilmişdir. Ona görə də, bu Fərmanda nəzərdə tutulan sosial təminatlar başqa hərbi birləşmələrin hərbi qulluqçularına şamil oluna bilməz. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən, hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Hərbi təhsil müəssisələrinin ailəli kursantları ailə yataqxanalarında yerləşdirilir, belə yataqxanalar olmadıqda isə onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği hərbi qulluqçular (hərbi təhsil müəssisələrinin ailəli kursantları) üçün ayda iyirmi səkkiz manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əlli faizindən az olmayaraq müəyyən edilir. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) üçün yaşayış sahələrinin, o cümlədən xidməti mənzillərin tikintisi bu məqsədlər üçün hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.
2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. ... Yerli icra hakimiyyəti başçıları fərdi mənzil tikintisində və ya evlər alınmasında, o cümlədən kənd yerində fərdi mənzil tikintisində və ya evlər alınmasında iştirak etmək arzusunu bildirən zabitlərə, gizirlər və miçmanlara müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, tikintidə, tikinti. materialları almaqda kömək göstərməlidirlər.
7. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Məhkəməyə daxil olmuş iş materiallarından müəyyən olunur ki, İddiaçı Silahlı Qüvvələrdə xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək (01 il, 00 ay, 09 gün) Azərbaycan Respublikası Dövlət Sərhəd xidmətində və xx.xx.2003-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Ordusu sıralarında xidmət keçməsi müəyyən olunmuşdur. Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmət müddəti təqvim ili ilə ümumi 14 (on dörd) il 08 (səkkiz) ay xidmət etmişdir. Buna görə yuxarıda qeyd edilən Fərmanın iddiaçıya şamil edilə bilməz və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İş üzrə prosessual xərc yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülməklə mənzil kirayəsi xərcinin ödənilməsi” iddia ərizəsi təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Amilya Hüseynova